Məhkəmə qərarları › İş №2-1(103)-1883/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1883/2024

07.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1883/2024 07.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X15 Səmədovun sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və X17 ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, Cavabdehin nümayəndələri X7 və X8 iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikasının X6rşı “qərarın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-633/2023 saylı, 19 dekabr 2023-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı MMC cavabdeh Azərbaycan Respublikasının X6rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin 10 dekabr 2021-ci il tarixli, 051 nömrəli “Malların (məhsulların) zərərsizləşdirilməsi, məhv edilməsi, geri qaytarılması və ya utilizasiya (təkrar emal, təyinatının dəyişdirilməsi) barədə qərarının ləğv edilməsi və cavabdehin üzərinə qeyd edilən məhsullara dair qida təhlükəsizliyi sertifikatının verilməsi öhdəliyinin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC tərəfindən Hindistan Respublikasının “X18 Limited” şirkətinin istehsalı olan "X27 N30" və "Uriclean N30" bioloji fəallığa malik qida əlavələri (bundan sonra — məhsullar) ölkə ərazisinə qanunamüvafiq qaydada idxal edildikdən və tələb olunan prosedurlar keçildikdən sonra qida təhlükəsizliyi sertifikatının verilməsi məqsədi ilə cavabdehə təqdim olunmuşdur. AQTA tərəfindən müvafiq qida əlavələrinə dair ekspertiza təyin edilmiş və AQTA-nın X10 tərəfindən aparılmış ekspertizaların 20010963/LAB05-21002-T001 və 20010963/LAB05-21002-T002 saylı sınaq protokollarına əsasən hər iki məhsulda normadan artıq Civə (Hg) aşkar olunduğu qeyd edilmiş, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 iyul 2018-ci il tarixli 302 saylı qərarına əsasən qeyd edilən məhsul partiyalarının sertifikatlaşdırılmasından imtina edilmişdir. Lakin qeyd edilən hal obyektiv şərtlərlə qəti şəkildə uzlaşmır. Belə ki, istehsalçı GMP (GMP/21N1278) və İSO 9001:2015 (**********18Q) sertifikatlarına malik olan şirkətdir. İstehsalçı şirkət tərəfindən məhsullar Azərbaycan Respublikasının ərazisinə idxal edilməzdən əvvəl laborator müayinədən keçirilmiş və qeyd edilən maddə (civə) hər hansı müayinənin nəticəsində aşkar edilməmişdir. Ümumiyyətlə məhsulların tərkibində civənin aşkar edilməsi qeyri-mümkün və absurd bir məsələdir. Lakin AQTA-nın xx.xx.2020-d il tarixli 20 nömrəli kollegial qərarına istinad edilərək yanlış və həqiqəti əks etdirməyən ekspertiza tədqiqatının nəticəsi əsasında sertifikatın verilməsindən imtina edilməsi tamamilə qanunsuz və əsassızdır, sahibkar kimi iddiaçının hüquqlarını məhdudlaşdırır və fəaliyyətinə əsassız maneələr yaradır. Cavabdehin iddiaya dair yazılı etirazında göstərilmişdir ki, İddiaçı MMC “X27 №30” və “Uriclean №30” adlı bioloji fəallığa malik qida əlavələrinin idxalı ilə bağlı Agentliyə 2021-ci il 01 və 02 noyabr tarixlərində müraciətləri daxil olmuşdur. Adıçəkilən məhsullardan Agentliyin əməkdaşları tərəfindən nümunələr (5 ədəd) götürülmüş və ekspertiza üçün Azərbaycan X10nun müvafiq laboratoriyasına təqdim edilmişdir. Təqdim edilmiş nümunələrdə yoxlanılan təhlükəsizlik göstəricilərindən Civə (Hg) elementinin miqdarı “Uriclean Tablet №30” məhsulunda normadan 66 dəfə (6.64 mq/kq), “X27 №30” məhsulunda isə normadan 154 dəfə (15.464 mq/kq) yüksək olması səbəbi ilə məhsullar Azərbaycan Respublikasının Qida X1 2020-ci il 18 dekabr tarixli 20 saylı Qərarı ilə təsdiq edilmiş “Qida məhsullarında çirkləndiricilərin yolverilən maksimum miqdarına" dair sanitariya normaları və qaydalarının tələblərinə cavab verməmişdir. Eyni zamanda, istehsalçı şirkət tərəfindən “Uriclean Tablet №30” və “X27 №30” əmtəə nişanlı məhsullarının “civə” üzrə müayinəyə cəlb edilməsi qanunvericiliklə yanaşı istehsalçı müəssisə tərəfindən də civənin təhlükəsizlik göstəricisi kimi qiymətləndirildiyini bir daha təsdiq edir. Nəticədə, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Bakı Regional Bölməsi tərəfindən qanunvericiliyin müvafiq normalarına istinad edilməklə qeyd edilən prosedur qaydalara tam şəkildə əməl edilərək nümunələr götürülmüş, aidiyyəti üzrə sınağı və tədqiqi aparılmış və istifadəyə yararsız olduğu müəyyən edildikdən sonra “Malların (məhsulların) zərərsizləşdirilməsi, məhv edilməsi, geri qaytarılması və ya utilizasiyası (təkrar emalı, təyinatının dəyişdirilməsi) barədə” 2021-ci il 10 dekabr tarixli № 051 saylı Qərarı qəbul edilərək, məhsulların sertifikatlaşdırılmasından imtina edilmiş və həmin məhsulların məhv edilməsini və ya ixrac edildiyi ölkəyə geri göndərilməsini tələb etmişdir. Qeyd edilənlərə əsasən, iddia ərizəsinin təmin edilməməsi və iş üzrə tələblərin rədd edilməsi xahiş edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-633/2023 saylı, 19 dekabr 2023-cü il tarixli qərarı ilə (hakim M.Qarayeva) iddia təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-633/2023 saylı, 19 dekabr 2023-cü il tarixli qərarının ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddia ərizəsinin məzmununa uyğun tərtib edilmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndələri apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək, apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə iddiaçıya lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 62-ci maddəsinə əsasən iddiaçının nümayəndəsinin iştirakı olmadan şikayət üzrə işə baxılmasını mümkün hesab edir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan: -Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “X13” X28 tərəfindən İddiaçı MMC-yə ünvanlanmış 14 oktyabr 2021-ci il tarixli, 10/16076 nömrəli məktubunda bildirilmişdir ki, Hindistanın “X14 Limited” şirkətinin istehsalı olan “Uriclean tablet №30” adlı məhsulun dərman vasitəsi olub-olmamasını müəyyənləşdirmək uçun ekspertizası həyata keçirilmişdir. B/1896/2021 nömrəli, xx.xx.2021-ci il tarixli ekspertiza rəyinə əsasən təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertızası nəticəsinə əsasən “Uriclean tablet №30” adlı məhsul sidik-ifrazat sistemi fəaliyyətini yaxşılaşdırmaq uçun tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici inqridiyentlərin gündəlik dozaları onların dərmən vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. -Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “X13” X28 tərəfindən İddiaçı MMC-yə ünvanlanmış 14 oktyabr 2021-ci il tarixli, 10/16077 nömrəli məktubunda bildirilmişdir ki, Hindistanın “X14 Limited” şirkətinin istehsalı olan “Perfect Mind. Tablet № 30” adlı məhsulun dərman vasitəsi olub-olmamasını müəyyənləşdirmək uçun ekspertizası həyata keçirilmişdir. B/1894/2021 nömrəli, xx.xx.2021-ci il tarixli ekspertiza rəyinə əsasən təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizası nəticəsinə əsasən “X27 №30” adlı məhsul beyin fəaliyyətini yaxşılaşdırmaq üçün tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici inqridiyentlərinin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. -Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Bakı Regional Bölməsinin İddiaçı MMC-yə ünvanlanmış 30 noyabr 2021-ci il tarixli 23/1/İSN-12338 nömrəli məktubunda bildirilmişdir ki, idxal olunmuş “X27 № 30” adlı bioloji fəallığa malik qida əlavəsi məhsulunun sertifikatlaşdırılması zamanı götürülmüş nümunələrin Azərbaycan X10nda aparılmış ekspertizaları göstərmişdir ki, təqdim edilmiş nümunələrdə yoxlanılan təhlükəsizlik göstəricilərindən Civə (Hg) miqdarı normadan artıq olmasına görə məhsul Azərbaycan Respublikasının Qida X2 tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli, 20 saylı qərarın tələblərinə cavab vermir. Qeyd olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 16 iyul 2018-ci il tarixli, 302 saylı qərarının 2.21.3-cü yarımbəndinə əsasən qeyd olunan məhsul partiyasının sertifikatlaşdırılmasından imtina edilmişdir. -Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Bakı Regional Bölməsinin İddiaçı MMC-yə ünvanlanmış 30 noyabr 2021-ci il tarixli 23/1/İSN-12339 nömrəli məktubunda bildirilmişdir ki, idxal olunmuş “Uriclean, Tablet № 30” adlı bioloji fəallığa malik qida əlavəsi məhsulunun sertifikatlaşdırılması zamanı götürülmüş nümunələrin Azərbaycan X10nda aparılmış ekspertizaları göstərmişdir ki, təqdim edilmiş nümunələrdə yoxlanılan təhlükəsizlik göstəricilərindən Civə (Hg) miqdarı normadan artıq olmasına görə məhsul Azərbaycan Respubliksının Qida X3 tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli 20 saylı qərarın tələblərinə cavab vermir. Qeyd olunanları nəzərə alaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 16 iyul 2018-ci il tarixli 302 saylı qərarının 2.21.3-cü yarımbəndinə əsasən qeyd olunan məhsul partiyasının sertifikatlaşdırılmasından imtina edilmişdir. -Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən İddiaçı MMCyə ünvanlanmış 29 dekabr 2021-ci il tarixli, 11/5118 nömrəli məktubunda qeyd edilmişdir ki, “X27 №30” və “Uriclean №30” adlı bioloji fəallığa malik qida əlavələrinin idxalı ilə bağlı Agentliyə 2021-ci il 01 və 02 noyabr tarixlərində müraciətlər daxil olmuşdur. Adıçəkilən məhsullardan Agentliyin əməkdaşları tərəfindən nümunələr (5 ədəd) götürülmüş və ekspertiza üçün Azərbaycan X10nun müvafiq laboratoriyasına təqdim edilmişdir. Təqdim edilmiş nümunələrdə yoxlanılan təhlükəsizlik göstəricilərindən Civə (Hg) elementinin miqdarı “Uriclean Tablet №30” məhsulunda normadan 66 dəfə (6.64 mq/kq), “X27 №30” məhsulunda isə normadan 154 dəfə (15.464 mq/kq) yüksək olması səbəbi ilə məhsullar Azərbaycan Respublikasının Qida X1 2020-ci il 18 dekabr tarixli 20 saylı Qərarı ilə təsdiq edilmiş “Qida məhsullarında çirkləndiricilərin yolverilən maksimum miqdarına” dair sanitariya normaları və qaydalarının tələblərinə cavab verməmişdir. Eyni zamanda, istehsalçı şirkət tərəfindən “Uriclean Tablet №30” və “X27 №30” əmtəə nişanlı məhsullarının “civə” üzrə müayinəyə cəlb edilməsi qanunvericiliklə yanaşı istehsalçı müəssisə tərəfindən də civənin təhlükəsizlik göstəricisi kimi qiymətləndirildiyini bir daha təsdiq edir. -Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Bakı Regional Bölməsinin 10 dekabr 2021-ci il tarixli, 051 nömrəli “Malların (məhsulların) zərərsizləşdirilməsi, məhv edlməsi, geri qaytarılması və ya utilizasiyası (təkrar emal, təyinatının dəyişdirilməsi) barədə 051 nömrəli, 10 dekabr 2021-ci il tarixli Qərarına əsasən İddiaçı MMC-nin xx.xx.2021-ci il tarixli İD**********2 nömrəli müraciəti əsasında xx.xx.2021ci il istehsal tarixli, xx.xx.2024-cü il son istifadə tarixli, EH15001 partiya nömrəli “X22 Ltd” şirkətinin istehsalı olan ümumi sayı 1575 ədəd olan “Uriclean, Tablet № 30” adlı bioloji fəallığa malik qida əlavəsi məhsulu partiyası qida təhlükəsizliyi sertifikatı ilə təmin edilməsindən imtina edilməsi və həmin məhsul partiyasının qərarın hüquqi qüvvəyə mindiyi gündən 30 (otuz) gün ərzində Agentliyin əməkdaşlarının iştirakı ilə məhv edilməsi və ya ixrac edən ölkəyə geri qaytarılması qərara alınmışdır. -Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Bakı Regional Bölməsi tərəfindən İddiaçı MMC-yə ünvanlanmış 13 dekabr 2021-ci il tarixli, 2311/İŞN-13063 nömrəli məktubunda qeyd edilmişdir ki, idxal olunmuş “Uriclean, Tablet №30” adlı bioloji fəallığa malik qida əlavəsi məhsulunun sertifikatlaşdırılması zamanı götürülmüş nümunələrin Azərbaycan X10nda aparılmış ekspertizaları göstərmişdir ki, təqdim edilmiş nümunələrdə yoxlanılan təhlükəsizlik göstəricilərindən Civə (Hg) miqdarı normadan artıq olmasına görə məhsul Azərbaycan Respublikasının Qida X2 tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli 20 saylı qərarın tələblərinə cavab vermir. Qeyd olunanları nəzərə alaraq, İD********** nömrəli, xx.xx.2021-ci il tarixli müraciətlə ölkəyə idxal olunmuş xx.xx.2021-ci il istehsal tarixli, xx.xx.2024-cü il son istifadə tarixli EH15001 partiya nömrəli “X23 Ltd” şirkətinin istehsalı olan ümumi sayı 1575 qutu olan “Uriclean, Tablet №30” adlı bioloji fəallığa malik qida əlavəsi məhsulu partiyası barədə qəbul edilmiş “Malların (məhsulların) zərərsizləşdirilməsi, məhv edilməsi, geri qaytarılması və ya utilizasiyası (təkrar emalı, təyinatının dəyişdirilməsi)” barədə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Bakı Regional Bölməsinin 051 nömrəli, xx.xx.2021-ci il tarixli qərarının icra edilməsi xahiş edilmişdir. -Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Bakı Regional Bölməsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli rəydən görünür ki, Azərbaycan Respublikası Qida X1 xx.xx.2020-ci il tarixli 20 saylı qərarı ilə təsdiq edilmiş “Qida məhsullarında çirkləndiricilərin yolverilən maksimum miqdarına dair sanitariya normaları və qaydaları”nın 1 nömrəli Əlavəsinin 3.3.3 bəndinə əsasən yolverilən normanın <0.1 mq/kq olduğunu nəzərə alaraq, hər iki məhsula dair sınaq nəticələri qanunvericiliyin tələblərinə cavab vermir. Azərbaycan X10nun müvafiq laboratoriyası tərəfindən verilmiş sınaq nəticələrindən görünür ki, təqdim edilmiş nümunələrdə yoxlanılan təhlükəsizlik göstəricilərindən Civə (Hg) elementinin miqdarı “Uriclean Tablet №30” məhsulunda və “X27 №30” məhsulunda isə normadan yüksək olması səbəbi ilə məhsullar Azərbaycan Respublikasının Qida X1 2020ci il 18 dekabr tarixli 20 saylı Qərarı ilə təsdiq edilmiş “Qida məhsullarında çirkləndiricilərin yolverilən maksimum miqdarına” dair sanitariya normaları və qaydalarının tələblərinə cavab verməmişdir. -Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Sanitariya-Karantin Mərkəzi” X28n sınaq laboratoriyasının xx.xx.2023-cü il tarixli 279/13 nömrəli məktubundan görünür ki, xx.xx.2023-cü il tarixdə əməkdaşları həkim-gigiyenist X11 və həkim-laborant X12 tərəfindən Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Bakı Regional Bölməsinin idxal və ixraca nəzarət sektorunun böyük məsləhətçisi X9 və "xxxx" MMC-nin direktoru X16 iştirakı ilə "xxxx" MMC-nin ünvanına idxal olunmuş Hindistanın “X18 Limited” şirkətinin istehsalı olan “Perfect Mind N30” və “Uriclean N30” adlı bioloji aktiv qida əlavələrinin tərkibində civənin qalıq miqdarını təyin etmək məqsədilə hər birindən 5 (beş) ədəd olmaqla laborator müayinələr üçün nümunələr götürülmüşdür. Müayinələr Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx.xx.2010-cu il tarixli 25 saylı əmri ilə təsdiq edilmiş “Qida məhsullarının təhlükəsizliyinə və qida dəyərliliyinə gigiyenik tələblər” sanitariya-epidemioloji qaydalar və normativlərin 1.10. Qidaya bioloji aktiv əlavələr (BAƏ) bölməsinin 1.10.5.bəndinə (Təmiz substansiyalar əsasında BAƏ (vitaminlər, mineral maddələr, üzvi turşular və s.) yaxud müxtəlif qatışıqlardan istifadə etməklə onların konsentratları əsasında (bitki ekstraktları və s.), o cümlədən içkilər üçün quru konsentratlar) uyğun aparılmışdır. Bioloji aktiv əlavələrdə civənin yol verilən maksimum həddinin 1,0 mq/kq çox olmamasını nəzərə alaraq aparılmış laborator müayinələr nəticəsində “Perfect Mind N30” adlı bioloji aktiv qida əlavəsində civə normadan 12,38 dəfə, “Uriclean N30” adlı bioloji aktiv qida əlavəsində civə normadan 5,98 dəfə çox olmuşdur. Beləliklə, hazırkı işin hallarından göründüyü kimi İddiaçı MMC “X27 №30” və “Uriclean №30” adlı bioloji fəallığa malik qida əlavələrinin idxalı ilə bağlı cavabdeh Agentliyə 2021-ci il 01 və 02 noyabr tarixlərində müraciətləri daxil olmuşdur. Adıçəkilən məhsullardan Agentliyin əməkdaşları tərəfindən nümunələr (5 ədəd) götürülmüş və ekspertiza üçün Azərbaycan X10nun müvafiq laboratoriyasına təqdim edilmişdir. Təqdim edilmiş nümunələrdə yoxlanılan təhlükəsizlik göstəricilərindən Civə (Hg) elementinin miqdarı “Uriclean Tablet №30” məhsulunda normadan 66 dəfə (6.64 mq/kq), “X27 №30” məhsulunda isə normadan 154 dəfə (15.464 mq/kq) yüksək olması səbəbi ilə məhsullar Azərbaycan Respublikasının Qida X1 2020-ci il 18 dekabr tarixli 20 saylı Qərarı ilə təsdiq edilmiş “Qida məhsullarında çirkləndiricilərin yolverilən maksimum miqdarına" dair sanitariya normaları və qaydalarının tələblərinə cavab verməmişdir. Eyni zamanda, istehsalçı şirkət tərəfindən “Uriclean Tablet №30” və “X27 №30” əmtəə nişanlı məhsullarının “civə” üzrə müayinəyə cəlb edilməsi qanunvericiliklə yanaşı istehsalçı müəssisə tərəfindən də civənin təhlükəsizlik göstəricisi kimi qiymətləndirildiyini bir daha təsdiq edir. Nəticədə, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Bakı Regional Bölməsi tərəfindən qanunvericiliyin müvafiq normalarına istinad edilməklə qeyd edilən prosedur qaydalara tam şəkildə əməl edilərək nümunələr götürülmüş, aidiyyəti üzrə sınağı və tədqiqi aparılmış və istifadəyə yararsız olduğu müəyyən edildikdən sonra “Malların (məhsulların) zərərsizləşdirilməsi, məhv edilməsi, geri qaytarılması və ya utilizasiyası (təkrar emalı, təyinatının dəyişdirilməsi) barədə” 2021-ci il 10 dekabr tarixli № 051 saylı Qərarı qəbul edilərək, məhsulların sertifikatlaşdırılmasından imtina edilmiş və həmin məhsulların məhv edilməsini və ya ixrac edildiyi ölkəyə geri göndərilməsini tələb etmişdir. İddiaçı hazırki iddia tələbində cavabdehin həmin qərarını mübahisələndirmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddia tələbinin əsassız olması ilə bağlı gəldiyi nəticə ilə razılaşır. Belə ki, mübahisənin yarandıgı dövrdə qüvvədə olmuş: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 iyul 2018-ci il tarixli 302 saylı qərarı ilə təsdiq edilmiş “Yeyinti məhsullarına verilən qida təhlükəsizliyi sertifikatının forması və verilmə Qaydaları”nın 2.1-ci bəndinə əsasən ölkəyə idxal edilən yeyinti məhsulları qanunvericiliyə əsasən tanınmış və ya bu Qaydalara uyğun olaraq Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən verilmiş qida təhlükəsizliyi sertifikatına malik olmalıdır. Həmin Qaydaların 2.21.3-cü yarımbəndinə əsasən yeyinti məhsulları təhlükəsizlik və minimum keyfiyyət göstəricilərinə uyğun olmadıqda qida təhlükəsizliyi sertifikatının verilməsindən imtina edilir. Hazırda qüvvədə olan “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanununun 1.1.9-cu maddəsinə əsasən bioloji aktiv qida məhsulları - qida rasionunu zənginləşdirmək məqsədilə nəzərdə tutulmuş, qidalandırıcı və fizioloji təsirə malik olan nutriyent və digər bioloji aktiv maddələrin birindən və ya bir neçəsindən ibarət, gündəlik qəbuletmə dozası müəyyənləşdirilmiş və dozalaşdırılmış (kapsul, tablet, ampul, damcı və digər analoji formada) qida məhsuludur. Həmin Qanunun 11.5-ci maddəsinə görə bioloji aktiv qida məhsullarının emalına və dövriyyəsinə həmin maddələrin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu Qanunun 25.1-ci maddəsinə əsasən qeydiyyatı aparıldıqdan sonra icazə verilir. Həmin Qanunun 20.3-ci maddəsinə əsasən bu Qanunun 24.5-ci maddəsinə əsasən müəyyən edilən qida və yem məhsullarının Azərbaycan Respublikasının gömrük ərazisinə idxal olunması üçün həmin məhsulların istehsal və emal edildiyi qida obyektləri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən həmin maddəyə uyğun olaraq təsdiq edilməlidir. Qanunun 24.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının ərazisində qida və yem məhsullarının ilkin istehsalı, istehsalı, emalı, dövriyyəsi və utilizasiyası həyata keçirilən qida obyektləri (müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən siyahıya əsasən qeydiyyatı tələb olunmayan və bu Qanunun 24.5-ci maddəsi ilə tənzimlənən qida obyektləri istisna olmaqla) və ya qida obyektləri olmadan fəaliyyət göstərən qida subyektləri, habelə qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalı və emalını həyata keçirən obyektlər qeydiyyat üçün tələb olunan məlumatlar təqdim edildiyi halda, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinə uyğunluğu qiymətləndirilmədən “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq qeydiyyata alınır. Həmçinin, Qanunun 25.1-ci maddəsinə görə Azərbaycan Respublikasının ərazisində istehsal və emal edilməmişdən, dövriyyəyə buraxılmamışdan əvvəl aşağıdakı məhsulların həyat və sağlamlığa təsirinin qiymətləndirilməsi, təhlükəsizliyinin və minimum keyfiyyətinin, etiketlənmə və qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktlarla müəyyənləşdirilmiş digər tələblərə uyğunluğunun müəyyən edilməsi üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən tədqiqi (sınağı) aparılır və məhsulların xüsusiyyətlərindən asılı olaraq bu Qanunun 25.8-ci maddəsinə uyğun olaraq qeydiyyata alınır: ...25.1.5. bioloji aktiv qida məhsulları. Həmin Qanunun 26.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının ərazisindən xarici ölkələrə ixrac edilən qida və yem məhsullarına idxalçı ölkələr tələb etdiyi hallarda, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən idxalçı ölkələrin tələbləri nəzərə alınmaqla sağlamlıq sertifikatı verilir. Qanunun 30.5-ci maddəsinə görə bu Qanuna uyğun olaraq müəyyən edilmiş tələblərə uyğun olmayan və aparılmış tədqiqin (sınağın) nəticəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən həyat və sağlamlıq üçün təhlükəli hesab edilən qida və yem məhsulları bu Qanunun 30.9-cu maddəsinə uyğun olaraq müəyyən edilmiş qaydada utilizasiya və ya məhv edilməlidir. Bu Qanunun 30.5-ci maddəsinə əsasən qida və yem məhsullarının utilizasiyası və ya məhv edilməsi barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən verilir (Qanunun 30.6-ci maddəsi). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 26 oktyabr tarixli 383 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qida və yem məhsullarına sağlamlıq sertifikatlarının verilməsi Qaydası və forması”: 1.1. Bu Qayda “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununun 26.6-cı maddəsinə əsasən hazırlanmışdır və Azərbaycan Respublikasının ərazisindən xarici ölkələrə ixrac və ya təkrar ixrac edilən qida və yem məhsullarına (bundan sonra - məhsul) idxalçı ölkələr tələb etdiyi hallarda, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (bundan sonra - Agentlik) tərəfindən sağlamlıq sertifikatlarının verilməsi qaydasını və formasını müəyyən edir. 1.2. Bu Qaydada istifadə olunan anlayışlar “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanununda və Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarında nəzərdə tutulan mənaları ifadə edir. 2.1. Məhsullara idxalçı ölkələr tələb etdiyi hallarda Agentlik tərəfindən idxalçı ölkələrin tələbləri nəzərə alınmaqla sağlamlıq sertifikatı (bundan sonra - sertifikat) verilir. 2.2. İdxalçı ölkələr tələb etdiyi hallarda Agentlik tərəfindən ixrac olunan heyvan mənşəli qida məhsullarına verilən sağlamlıq sertifikatı həmin məhsulların qida təhlükəsizliyi göstəriciləri ilə yanaşı, “Baytarlıq haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən heyvan sağlamlığı göstəricilərinə uyğunluğunu da təsdiq edə bilər. 2.3. Sertifıkatlaşdırılma prosedurları X4 X5 vasitəsilə həyata keçirilir. 2.16. Sertifikatın verilməsindən aşağıdakı hallarda imtina edilir: 2.16.1. “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 20.1-ci maddəsi ilə müəyyən edilmiş hallarda; 2.16.2. məhsullar qida təhlükəsizliyi və (və ya) minimum keyfiyyət göstəricilərinə uyğun olmadıqda; 2.16.3. məhsullar heyvan sağlamlığı göstəricilərinə uyğun olmadıqda. 2.17. Sertifikatın verilməsindən imtina edildikdə və ya ərizə baxılmamış saxlanıldıqda, Agentlik ərizənin qeydiyyata alındığı tarixdən 7 (yeddi) iş günündən gec olmayaraq, sertifikatın verilməsindən imtina və ya ərizənin baxılmamış saxlanılması haqqında inzibati akt qəbul edir. Həmin inzibati akt qəbul olunduğu tarixdən 2 (iki) iş günü müddətində subyektə (ərizəçiyə) təqdim edilir və ya sifarişli poçt göndərişi vasitəsilə göndərilir. Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarından göründüyü kimi işin hərtərəfli və obyektiv araşdırılması məqsədilə birinci instansiya məhkəməsi tərəfindən müvafiq ekspertiza təyin edilmişdir. Təqdim edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Sanitariya- Karantin Mərkəzi” X28n sınaq laboratoriyasının xx.xx.2023-cü il tarixli 279/13 rəyində bildirilmişdir ki, "xxxx" MMC-nin ünvanına idxal olunmuş Hindistanın “X18 Limited” şirkətinin istehsalı olan “Perfect Mind N30” və “Uriclean N30” adlı bioloji aktiv qida əlavələrinin tərkibində civənin qalıq miqdarını təyin etmək məqsədilə hər birindən 5 (beş) ədəd olmaqla laborator müayinələr üçün nümunələr götürülmüşdür. Müayinələr Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx.xx.2010-cu il tarixli 25 saylı əmri ilə təsdiq edilmiş Qida məhsullarının təhlükəsizliyinə və qida dəyərliliyinə gigiyenik tələblər” sanitariya-epidemioloji qaydalar və normativlərin 1.10. Qidaya bioloji aktiv əlavələr (BAƏ) bölməsinin 1.10.5.bəndinə (Təmiz substansiyalar əsasında BAƏ (vitaminlər, mineral maddələr, üzvi turşular və s.) yaxud müxtəlif qatışıqlardan istifadə etməklə onların konsentratları əsasında (bitki ekstraktları və s.), o cümlədən içkilər üçün quru konsentratlar) uyğun aparılmışdır. Bioloji aktiv əlavələrdə civənin yol verilən maksimum həddinin 1,0 mq/kq çox olmamasını nəzərə alaraq aparılmış laborator müayinələr nəticəsində “Perfect Mind N30” adlı bioloji aktiv qida əlavəsində civə normadan 12,38 dəfə, “Uriclean N30” adlı bioloji aktiv qida əlavəsində civə normadan 5,98 dəfə çox olmuşdur. Göründüyü kimi iddiaçının istinad etdiyi hallar təqdim edilmiş ekspert rəyi ilə təkzib olunur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi mövqeyi ilə razılaşaraq qeyd edir ki, iddiaçının iddia ərizəsində və apellyasiya şikayətində göstərdiyi dəlillər tamamilə üst-üstə düşür. AR İPM-in 14.1-ci maddəsinə əsasən, mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Beləliklə, hazırkı inzibati işə apelyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməməsi ilə əlaqədar gəldiyi nəticə düzgündür, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, şikayət qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq şikayət təmin edilməməli, qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-633/2023 saylı, 19 dekabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-633/2023 saylı, 19 dekabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Xəyalə Cəmilova Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar