Məhkəmə qərarları › İş №2-1(103)-1884/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1884/2020

03.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1884/2020 03.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nağıyeva Elmira Eyvaz qızı (sədrlik edən və məruzəçi), Cəfərov Namiq Şamil oğlu və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X2, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı (xx.xx.1958-ci il tarixində Ağcabədi rayonunun Boyad kəndində anadan olmuşdur. ünvan 1 B, mənzil 9 ünvanında qeydiyyatdadır) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Bakı şəhəri Binəqədi rayon Xidmət nümayəndəliyinə qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-1(112)-1102/2020 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlük məsələsinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı xx xxxxxx 2019-cu il tarixdə cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fonduna qarşı iddia tələbi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, ona qanunvericiliyə uyğun olaraq Azərbaycan Respublikasının vətəndaşı kimi pensiya təyin edilməsinin cavabdehə həvalə edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, uzun müddətdir ki, o, müxtəlif idarə və komitələrin qarşısında günlərlə vaxt itirərək öz konstitusion hüququnu bərpa etmək məqsədi ilə, yəni ona məxsus pensiyasının alınmasına çalışsa da, xx.xx.2019-cu il tarixli, **********7 nömrəli məktubla cavabdeh tərəfindən onun müraciətindən imtina edilmişdir. Bu səbəbdən də, o məhkəməyə müraciət etmişdir. O, xx xxxxxx 1975-ci il tarixdən öz fəaliyyətini Ağdam rayon əhalinin məişət xidməti kombinatında başlayaraq düz xx xxxxxx 2005-ci il tarixə qədər 545 №-li aptekdə farmaseft texnoloq vəzifəsində işləyərkən öz iş fəaliyyətini dayandırmış, ancaq çox təəssüflər olsun ki, o, pensiyasını ala bilmir. Daha sonra iddiaçı xx.xx.2020-ci il tarixində məhkəməyə ərizə təqdim edərək, hazırkı cavabdehin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondunun Binəqədi rayon şöbəsi ilə əvəz edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-1(112)-1102/2020 nömrəli qərardadı ilə (hakim-A.Abdullayeva) iş üzrə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Binəqədi rayon Şöbəsi ilə əvəz edilməsi qərara alınmışdır. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, iddiaçıya 61 yaşından, yəni xx.xx.2019-cu il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-1(112)-1102/2020 nömrəli qərardadı ilə dəyişdirilmiş iddianın icraata qəbul edilməsi qərara alınmışdır. Bakı İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-1(112)-1102/2020 nömrəli qərarı ilə (hakim A.Abdullayeva) iddia təmin edilmiş, İddiaçı 61 yaşından, yəni xx.xx.2019cu il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Binəqədi rayon şöbəsinə həvalə edilməsi qərara alınmışdır. Qərar iş üzrə tərəflərə göndərilmiş və cavabdeh xx.xx.2020-ci il tarixdə (ştrix kod SP004943518AZ) qərarın surətini almışdır. Daha sonra məhkəmə qərarı xx.xx.2020-ci il tarixində qanuni qüvvəsini aldığı üçün icra olunması üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Binəqədi rayon Şöbəsinə göndərilmişdir. xx.xx.2020-ci il tarixində cavabdeh tərəfindən apellyasiya şikayəti verilmiş, Bakı İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-1(112)-1102/2020 nömrəli qərarının ləğv edilməsi xahiş olunmuşdur. Apellyasiya şikayətinə prosessual müddətin bərpa edilməsi barədə ərizə də əlavə olunmuşdur, ərizə onunla əsaslandırılmışdır ki, müddətin ötürülməsinin səbəbi yeni növ koronavirus infeksiyası ilə bağlı Azərbaycandakı mövcud sanitar epidemioloji vəziyyətlə əlaqədar Nazirlər Kabinetinin müvafiq qərarı ilə müəyyən edilmiş karantin dövründə dövlət qurumlarının işçilərinin say həddinin məhdudlaşdırılması qərarı verilmişdir. Cavabdeh qismində iştirak edən şöbənin işçisi X5 məhdudlaşdırılmış işçilərin siyahısında olduğundan məhkəmə qərarından şikayət vaxtında verilməmişdir. Cavabdeh işin apellyasiya icraatı zamanı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə X6 Hüquqi Şəxsin nümayəndəsi tərəfindən təmsil edilmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini və buraxılmış prosessual müddətinin bərpası barədə ərizəsini müdafiə edərək, apellyasiya şikayətinin mümkün sayılmasını xahiş etdi. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçı apellyasiya şikayəti verilməsi üçün nəzərdə tutulmuş prosessual müddət ötürüldüyündən apellyasiya şikayətinin mümkün sayılmamasını xahiş etdi. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatlarını dinləyib, ərizəni nəzərdən keçirərək, hesab edir ki, cavabdehin buraxılmış prosessual müddətin bərpası barədə ərizəsi təmin edilməməli və apellyasiya şikayəti mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Lakin iş materiallarından görünür ki, cavabdeh qeyd edilən qərarı xx.xx.2020-ci il tarixdə almış, apellyasiya şikayəti isə məhkəməyə xx.xx.2020-ci il tarixində daxil olmuşdur. Göründüyü kimi apellyasiya şikayəti Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsində nəzərdə tutulmuş 30 günlük müddət buraxılmaqla verilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 22.1-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda nəzərdə tutulmamışdırsa, müddətin axımı təqdim edilmə anından, təqdim edilmənin bu Məcəllə ilə məcburi hesab olunmadığı hallarda isə, elan edilmə anından başlanır. Həmin Məcəllənin 23.1-ci maddəsinə əsasən məhkəmə qərarına (qərardadına) qarşı şikayət verilməsi ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş müddətin axımı, proses iştirakçısına həmin qərara (qərardada) qarşı şikayət vermənin qaydası və müddəti, şikayətin verilə biləcəyi məhkəmə və onun ünvanı barədə məlumatların nəzərdə tutulduğu məhkəmə aktının və ya bu barədə məhkəmə tərəfindən yazılı məlumatın təqdim edildiyi gündən başlanır. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh poçt göndərişini xx.xx.2020-ci il tarixdə almış (ştrix kod SP004943518AZ) almış, apellyasiya şikayəti verilməsi üçün qanunvericiliklə müəyyən edilmiş prosessual müddəti ötürərək xx.xx.2020-ci il tarixdə apellyasiya şikayəti vermiş və buraxılmış prosessual müddətin bərpası barədə ərizədə müddətin ötürülməsini koronavirus infeksiyası ilə bağlı yaranmış vəziyyətlə əlaqədar olduğunu qeyd etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, qeyd edilən səbəblərdən cavabdehin buraxılmış prosessual müddətin bərpası barədə ərizəsi təmin edilməməli və apellyasiya şikayəti mümkün sayılmamalıdır. Belə ki, cavabdeh apellyasiya şikayətinin dəlili kimi Azərbaycandakı mövcud sanitar epidemoloji vəziyyətlə əlaqədar Nazirlər Kabinetinin müvafiq qərarı ilə müəyyən edilmiş karantin dövründə dövlət qurumlarının işçilərinin say həddinin məhdudlaşdırılmasını qeyd etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, göstərilmiş hal müddətin ötürülməsi üçün üzrlü səbəb kimi qiymətləndirilmir, belə ki, ölkə ərazisində Nazirlər Kabinetinin müvafiq qərarı ilə müəyyən edilmiş karantin dövrü tətbiq edilsə də, cavabdeh birinci instansiya məhkəməsinin qərarını rəsmi qaydada aldıqdan yalnız 6 ay sonra apellyasiya şikayətini vermişdir. Məhkəmə kollegiyası apellyasiyanın mümkünlüyünün əsaslarını yoxlayaraq bu nəticəyə gəlir ki, cavabdeh tərəfindən apellyasiya şikayətinin verilməsinə dair tələblərə riayət edilməmiş və qərardan apellyasiya şikayəti vermək üçün qanunla müəyyən edilmiş prosessual müddət ötürülmüşdür. Buna görə də cavabdehin qərardan verdiyi apellyasiya şikayəti mümkün sayılmamalı və apellyasiya şikayətinin qəbul edilməsindən imtina edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.3-cü maddəsinə əsasən apellyasiya mümkün sayılmadıqda apellyasiya instansiyası məhkəməsi şikayəti qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 87.4-cü maddəsinə əsasən apellyasiyanın mümkünlüyü ilə bağlı məhkəmə qərardad çıxarır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Bakı şəhəri Binəqədi rayon Xidmət nümayəndəliyinin Bakı İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2- 1(112)-1102/2020 nömrəli qərarından apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə ərizəsi təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-1(112)-1102/2020 nömrəli qərarından cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Bakı şəhəri Binəqədi rayon Xidmət nümayəndəliyi tərəfindən verilmiş apellyasiya şikayəti mümkün sayılmasın və apellyasiya şikayətinin qəbulundan imtina edilsin. Apellyasiya şikayəti onu vermiş şəxsə qaytarılsın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar