Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1884/2023 12.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Tağızadə Mirzə Nəsib oğlu və X1 ibarət tərkibdə, Məmmədova Leyla Asəf qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə və Cavabdeh2nə qarşı “əmək pensiyasının təyin edilməsi” iddiasına dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7154/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D I : İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı Əmlak Məsələləri Dövlət Komitəsi yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzi tərəfindən keçirilmiş 12 iyun 2018-ci il tarixli hərracın nəticələrinə uyğun olaraq bağlanmış xx.xx.2018-ci il tarixli alğı-satqı müqaviləsinin şərtlərinə əsasən tərəfindən ödənilmiş pul vəsaitinin geri qaytarılması barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Əmlak Məsələləri Dövlət Komitəsi yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzi tərəfindən keçirilmiş 12 iyun 2018-ci il tarixli hərracın nəticələrinə uyğun olaraq bağlanmış xx.xx.2018-ci il tarixli alğı-satqı müqaviləsinin şərtlərinə əsasən, 20000 (iyirmi min) manat vəsait ödənilməklə, Bakı şəhəri, ünvan 4anov rayonu, X5 küçəsi, 125 ünvanında yerləşən 4 mərtəbəli binanın yarımzirzəmisinin 36,3 kv.m iddiaçının mülkiyyətinə verilmişdir. Lakin, vətəndaş X2 aidiyyəti məhkəmə qarşısında qaldırılmış iddia tələbi əsasında, Bakı şəhəri ünvan 4anov Rayon Məhkəməsinin 2(005)-2934/2019 saylı, xx.xx.2019-cu il tarixli qətaməsi ilə Əmlak Məsələləri Dövlət komitəsi yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzi tərəfindən keçirilmiş 12 iyun 2018-ci il tarixli hərracın nəticələrinə dair 21/02 saylı protokol, həmin protokol əsasında bağlanmış xx.xx.2018-ci il tarixli alğı-satqı müqaviləsi etibarsız hesab edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin və Azərbaycan Respublikası Ali Məhkəməsinin müvafiq məhkəmə aktlarına əsasən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılmış və qanuni qüvvəyə minmişdir. İddiaçı cavabdehə müraciət edərək xx.xx.2018-ci il tarixli alğı-satqı müqaviləsi əsasında cavabdeh hesabına ödənilmiş 20 000 (iyirmi min) manat vəsaitin geri qaytarılmasını xahiş etmişdir. Cavabdeh iddiaçıya ünvanladığı xx.xx.2022-ci il tarixli **********02 saylı cavab məktubunda, məhkəmə tərəfindən qəbul edilmiş qətnamədə iddiaçı tərəfindən ödənilmiş vəsaitin geri qaytarılması ilə bağlı qərarın olmadığını əsas tutaraq, iddiaçının tələbinin icrasını qeyri-mümkün hesab etmişdir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, Cavabdeh2 iş üzrə cavabdeh qismində cəlb edilməsini xahiş etmişdir. Dəqiqləşmiş ərizə icraata qəbul edilmişdir İşin birinci instansiya icraatı zamanı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə iddiaya dair yazılı etiraz təqdim edərək , iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7154/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilmiş və Bakı şəhəri, ünvan 4anov rayonu, X5 küçəsi, 125 ünvanında yerləşən 4 mərtəbəli binanın yarımzirzəmisi (36,3 kv.m) üçün ödənilən 20000 manat pul vəsaitinin İddiaçı qaytarılması vəzifəsi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə (məbləğin 25% hissəsində) və Dövlət büdcəsi hesabına Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə (məbləğin 75% hissəsində) həvalə edilməsi qərara alınmışdır. Cavabdeh2 qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən sözügedən hərracla bağlı heç bir iştirak və qanunsuzluq halları mövcud olmadığı, Maliyyə Nazirliyi hərracı təşkil etmədiyi və həmçinin məhkəmə iddia ərizəsinə təkcə müqavilə tərəfi olan İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə münasibətdə baxmalı . olduğu halda, bu prosedura əməl etmədən Maliyyə Nazirliyini faktiki olaraq cavabdeh qismində tanımışdır. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsi qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq nümayəndələri məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən işə onların nümayəndələrinin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq və apellyasiya şikayətlərinin dəlilini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-7154/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarında olan: - Hərracların Təşkili üzrə Auksion Mərkəzi tərəfindən tərtib edilmiş 21/02 nömrəli, xx.xx.2018-ci il tarixli hərrac protokolunun surətindən görünür ki, Bakı şəhəri, ünvan 4anov rayonu, X5 küçəsi, 125 ünvanında yerləşən Bakı şəhər İcra Hakimiyyəti, Mənzil Kommunal Təsərrüfatı Departamenti, ünvan 4anov rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin 4 mərtəbəli binanın yarımzirzəmisinin bir hissəsi (36,3 kv.m) 20 000 (iyirmi min) manata İddiaçı satılmışdır. - Bakı şəhəri ünvan 4anov Rayon Məhkəməsinin 2(005)-2934/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzi tərəfindən keçirilmiş 12 iyun 2018-ci il tarixli hərracın nəticələrinə dair 21/02 saylı prootokol, həmin protokol əsasında bağlanmış xx.xx.2018-ci il tarixli alğı-satqı müqaviləsi etibarsız hesab edilmiş, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli, xx.xx.2018-ci il tarixli çıxarış ləğv edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-13419/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən Bakı şəhəri ünvan 4anov Rayon Məhkəməsinin 2(005)-2934/2019 saylı iş üzrə 08 avqust 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-1614/2020 saylkı, xx.xx.2020-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-13419/2019 nömrəli iş üzrə 04 noyabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. - 37 nömrəli, 06 iyun 2018-ci il tarixli və 11 nömrəli, 11 iyul 2018-ci il tarixli qəbzlərin surətindən görünür ki, İddiaçı tərəfindən ödəniş təyinatı Bakı şəhəri, ünvan 4anov rayonu, Ak.H.Əliyev küçəsi, ev 125 olan qeyri-yaşayış sahəsinə görə 20000 manat dövlət büdəsinə ödəniş edilmişdir. - cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış 02 fevral 2022-ci il tarixli, **********02 nömrəli “Əmlakın özəlləşdirilməsi ilə bağlı ödənilmiş vəsaitin geri qaytarılması barədə” məktubun surətindən görünür ki, iddiaçıya müraciəti ilə əlaqədar bildirilmişdir ki, ünvan 4anov Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(005)-2934/2019 nömrəli qətnaməsi ilə iddiaçı X3 cavabdehlər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə, Komitə yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə və ona qarşı iddiası təmin edilərək, Bakı şəhəri, ünvan 4anov rayonu, X5 küçəsi, 125 ünvanıdna yerləşən 36.3 kv.m qeyri-yaşayış sahəsinə dair keçirilmiş hərracın yekunları barədə xx.xx.2018-ci l tarixli, 21/02 nömrəli hərrac protokolunun, onun əsasında Əmlak Məsələləri Dövlət Komitəsi ilə bağlanmış xx.xx.2018-ci il tarixli, 4016 nömrəli alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli, ******* nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(103)-13419/2019 nömrəli qətnaməsi ilə ünvan 4anov Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(005)-2934/2019 nömrəli qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Yuxarıda göstərilən məhkəmə qətnamələrində ödənilən vəsaitin geri qaytarılması ilə bağlı qərar qəbul edilmədiyi üçün tələb olunan vəsaitin tərəflərindən qaytarılması mümkün deyildir. Aidiyyəti üzrə məhkəməyə müraciət etməsi bildirilmişdir. - məhkəmənin sorğusuna əsasən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 14 noyabr 2022-ci il tarixli, **********66 nömrəli məktubla Bakı şəhəri, ünvan 4anov rayonu, X5 küçəsi 125 ünvanında yerləşən ünvan 4anov rayonu, Mənzil Kommunal Təsərrüfatı Birliyinin balansında olan 4 mərtəbəli binanın yarımzirzəmisinin bir hissəsinin (36.3 k.m) özəlləşdirilməsi ilə bağlı xx.xx.2018-ci il tarixli, 21/02 nömrəli hərrac protokolu və 4016, xx.xx.2018-ci il tarixli müəssisəsinin alğı-satqı müqaviləsi təqdim edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Belə ki, “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Qanunun 1.0.1-ci maddəsinə əsasən dövlət əmlakının özəlləşdirilməsi- dövlət əmlakının bu Qanunla müəyyən edilmiş qaydalara uyğun alıcıların mülkiyyətinə verilməsidir. Həmin Qanunun 11.1-ci maddəsinə əsasən dövlət əmlakının özəlləşdirilməsində əldə olunan pul vəsaiti dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 23 dekabr tarixli 432 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirmədən əldə olunan vəsaitin Azərbaycan Respublikasının dövlət büdcəsinə daxil edilməsi və ondan istifadə olunması qaydaları”nın 1-ci bəndinə əsasən bu Qaydalar “Dövlət əmlakının özəlləşdirilməsi haqqında" Azərbaycan Respublikasının Qanununa və “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı”na (bundan sonra - İİ Dövlət Proqramı) uyğun olaraq hazırlanmışdır və özəlləşdirmədən əldə olunan vəsaitin Azərbaycan Respublikasının dövlət büdcəsinə daxil edilməsi və ondan istifadə olunması qaydalarını müəyyən edir. Həmin Qaydaların 2-ci bəndinə əsasən özəlləşdirmədən daxil olan vəsaitə özəlləşdirilən obyektlərin və onların səhmlərinin, özəlləşdirmə opsionlarının satışından, özəlləşdirmə prosesində rüsumların ödənilməsindən əldə edilən pul vəsaiti və digər daxilolmalar aiddir. Özəlləşdirmədən əldə olunan pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsinə daxil edilir. Həmin Qaydaların 4-cü bəndinə əsasən ödəmə məbləği alıcı tərəfindən özəlləşdirilən obyektin satış şərtlərinə uyğun olaraq dövlət büdcəsinə köçürülür Həmin Qaydaların 8-ci bəndinə əsasən dövlət əmlakının özəlləşdirilməsi nəticəsində əldə edilən pul vəsaitinin uçotunun aparılmasını və onun dövlət büdcəsinə köçürülməsinin təmin edilməsini, habelə mühasibat uçotunu aparmaqla maliyyə və statistik hesabatların tərtib olunmasını Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi həyata keçirir. Azərbaycan Respublikası Prezidentinin 9 fevral 2009-cu il tarixli, 48 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında Əsasnamənin 8.22-ci bəndinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş qaydada dövlət büdcəsinə artıq ödənilmiş vergilərin və qeyri-vergi ödənişlərinin dövlət büdcəsindən qaytarılmasını həyata keçirmək cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin vəzifələrinə aiddir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 416.2-ci maddəsinə əsasən hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. Həmin Məcəllənin 575.1-ci maddəsinə əsasən əgər satıcı satılmış əşyanı alıcıya verməkdən imtina edirsə, alıcı alqı-satqı müqaviləsinin icrasından imtina edə bilər. Həmin Məcəllənin 575.2-ci maddəsinə əsasən satıcı fərdi-müəyyən əşyanı verməkdən imtina etdikdə, alıcı satıcıya qarşı bu Məcəllənin 452-ci maddəsində nəzərdə tutulan tələbləri irəli sürə bilər. Həmin Məcəllənin 452.1-ci maddəsinə əsasən fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir. Həmin Məcəllənin 452.2-ci maddəsinə əsasən kreditor öhdəliyin predmeti olan əmlakın ona verilməsini tələb etmək əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Hazırkı işin hallarından müəyyən edilir ki, Hərracların Təşkili üzrə Auksion Mərkəzinin xx.xx.2018-ci il tarixli 21/02 saylı hərrac protokoluna əsasən qeyri-yaşayış sahəsinin ilkin satış qiyməti 20000 manat olmaqla hərraca çıxarılmış və İddiaçı tərəfindən satın alınmışdır. Daha sonra qanuni qüvvədə olan məhkəmə qərarı əsasında hərracın keçirilməsini nəzərdə tutan xx.xx.2018-ci il tarixli protokol, qeyri-yaşayış sahəsinə dair bağlanmış alğı-satqı müqaviləsi etibarsız hesab olunmaqla, ləğv edilmişdir. İddiaçı hərracdan satın aldığı əmlaka görə pul vəsaitini dövlət büdcəsinə köçürmüşdür, hərracın protokolu və tərəflər arasında bağlanmış alğı-satqı müqaviləsi etibarsız hesab edilərək, ləğv olunduğu üçün əmlak iddiaçıya təqdim edilmədiyindən tərəflərin əvvəlki vəziyyəti bərpa olunmalı, iddiaçının ödədiyi pul vəsaiti ona geri qaytarılmalıdır. Ödənilmiş vəsaitin dövlət büdcəsindən qaytarılması ilə bağlı hazırki iş üzrə iddiaçı haqlı olaraq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətini və Cavabdeh2 cavabdeh qismində göstərilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının hərracla bağlı ödədiyi 20000 manat pul vəsaitinin 25 faizi Əmlak Məsələləri Dövlət Komitəsinə, qalan 75 faizi isə dövlət büdcəsinə keçirilmişdir.Bu səbəbdən dövlət büdcəsinə ödənilmiş həmin pul vəsaiti cavabdehlərdən ödənilmiş faizlərə mütənasib qaydada tutulmalıdır. Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 10 avqust tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında Dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramının 13.1-ci bəndində qeyd edilir ki, özəlləşdirmədən daxil olan vəsaitə özəlləşdirilən obyektlərin və səhmlərin, özəlləşdirmə opsionlarının satışından, özəlləşdirmə prosesində rüsumların ödənilməsindən əldə edilən pul vəsaiti və digər daxilolmalar aiddir. Özəlləşdirmədən əldə olunmuş pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsinə daxil olur (13.2-ci bənd). Dövlət əmlakının özəlləşdirilməsində müstəqil maliyyə məsləhətçisinin cəlb edilməsi, özəlləşdirmə ilə bağlı informasiya təminatının təşkili müəssisələrin özəlləşdirməqabağı sağlamlaşdırılması, özəlləşdirmədən sonra müəssisələrin fəaliyyətinin dəstəklənməsi tədbirlərinin maliyyələşdirilməsi, dövlət əmlakının qorunub saxlanılması və mühafizəsi, Azərbaycan Respublikasının mülkiyyət hüquqlarının qorunması ilə bağlı Azərbaycan Respublikasını xarici ölkələrin müvafiq orqanlarında, habelə məhkəmə orqanlarında təmsil etmə xərclərinin ödənilməsi məqsədilə Əmlak Məsələləri Dövlət Komitəsinin hesabına bu vəsaitin 25%-i həcmində ayırmalar nəzərdə tutulur. Qeyd edilən normaya əsasən qətnamə icra edilərkən ödənilmiş 20000 manatın 25 % hissəsi Əmlak Məsələləri Dövlət Komitəsindən, qalan 75 % hissəsi isə Maliyyə Nazirliyindən alınmalıdır. Məhkəmə kollegiyası əlavə olaraq qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının qərarlarında hüquqi mövqeyi də belə əsaslandırılmışdır (2- 1(102)-145/2020 saylı xx.xx.2020-ci il tarixli qərar). Cavabdehin apellyasiya şikayətinin dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının hərracla bağlı ödədiyi 20000 manat pul vəsaitinin 25 faizi Əmlak Məsələləri Dövlət Komitəsinə, qalan 75 faizi isə dövlət büdcəsinə keçirildiyindən və Azərbaycan Respublikası Prezidentinin 9 fevral 2009-cu il tarixli, 48 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında Əsasnamənin 8.22-ci bəndinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş qaydada dövlət büdcəsinə artıq ödənilmiş vergilərin və qeyri-vergi ödənişlərinin dövlət büdcəsindən qaytarılmasını həyata keçirmək cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin vəzifələrinə aid olduğundan cavabdehin apellyasiya şikayətinin dəlili əsassız olmuşdur. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh2 apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 7154/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Məhkəmə kollegiyası şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D I : Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7154/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193cü məhəllə) İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-1884/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1884/2023
12.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver