Məhkəmə qərarları › İş №2-1(103)-1884/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1884/2024

04.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1884/2024 04.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), X2 və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin cavabdehlər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin Apellyasiya Şurasına, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı qərarların ləğv edilməsi və mənfəəət vergisinin qaytarılması tələbinə dair” inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 8379/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı “CAR 1950 MMC” cavabdehlər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin Apellyasiya Şurasına, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Vergi Xidmətinə və həmin Xidmətin Bakı şəhəri Kiçik Sahibkarlıqla iş üzrə Baş İdarəsinə qarşı Bakı İnzibati Məhkəməsində iddia qaldıraraq aşağıdakılar barədə qərar qəbul edilməsini xahiş etmişdir: -“Cavabdeh1 24 fevral 2023-cü il tarixli, 11 №-li qərarının; -Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “İnzibati şikayətin təmin edilməməsi haqqında” **********282200 №-li xx.xx.2022-ci il tarixli qərarının; - Bakı şəhəri Kiçik Sahibkarlıqla iş üzrə Baş İdarəsinin xx.xx.2022-ci il tarixli, **********546100 №-li qərarının - ləğv edilməsini; -Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 mart 2001-ci il tarixli 55 №-li Qərarı və Vergi Məcəlləsinin 106.1.20-ci maddəsi "xxxx" MMC-yə qarşı tətbiq edilməsi və mənfəət vergisinin 2019-2021-ci illər üzrə Bakı şəhəri Kiçik Sahibkarlıqla iş üzrə Baş İdarəsi tərəfindən 1160,29 AZN məbləğin qaytarılması.” Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8379/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı ilə iddia - cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin Apellyasiya Şurasına qarşı “24 fevral 2023-cü il tarixli 11 №-li qərarının, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Vergi Xidmətinə qarşı “İnzibati şikayətin təmin edilməməsi haqqında” xx.xx.2022-ci il tarixli **********282200 №-li qərarının və onlara qarşı mənfəət vergisinin 2019-2021-ci illər üzrə Bakı şəhəri Kiçik Sahibkarlıqla iş üzrə Baş İdarəsi tərəfindən 1160,29 AZN məbləğin qaytarılması hissələrində mümkün sayılmamışdır. İddiaçı apellyasiya şikayəti verərək, Azərbaycan Respublikasının İnziöbati Prosessual Məcəlləsinin (“İPM”) 35-ci maddəsinin müddəalarına istinadən, həmin qərardadın ləğv edilməsini, 1-ci və 2-ci cavabdehə münasibətdə iddia tələblərinin təmin edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayəti İPM-in 85-ci maddəsinə uyğun verilmişdir, apellyasiya mümkündür. Məhkəmə kollegiyasının iclasları barədə xəbərdar edilmiş iddiaçı (nümayəndəsi) məhkəmə iclasına gəlməmiş, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin («İPM») 62-ci maddəsinin tələblərini nəzərə alan məhkəmə kollegiyası işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X.Əhmədov birinci instansiya məhkəməsinin qərdadının əsaslı və qanuni olduğunu vurğulayaraq qüvvədə saxlanılmasını məhkəmədən xahiş etmişdir. İİ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə hesaba gəlir ki, aşağıdakı əsaslara görə iddiaçının apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Belə ki, İPM-in 32.1-ci maddəsinə asasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. İşin hallarından göründüyü kimi, iddiaçı mübahisələndirmə haqqında iddia vasitəsilə 1-ci və 2-ci cavabdehin qəbul etdiyi qərarlaırın ləğv edilməsini və onların üzərinə mənfəət vergisinin 2019-2021-ci illər üzrə Bakı şəhəri Kiçik Sahibkarlıqla iş üzrə Baş İdarəsi tərəfindən 1160,29 AZN məbləğin qaytarılması öhdəliyini qoyulması barədə qərar qəbul edilməsini tələb etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, həmin cavabdehlərə münasitbətdə iddiaçının qeyd olunan tələbləri üzrə mümkün sayılmaması prosessual qanunvericiliyin tələblərinə uyğundur. Belə ki, iş materiallarına əsasən müəyyən olunur ki, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Kiçik Sahibkarlıqla iş üzrə Baş İdarəsi tərəfindən kameral yoxlama aparılmış və nəticələrinə dair əlaqəli məlumatlara əsasən Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə əsasən 2020-ci il üçün 626,56 manat mənfəət vergisi hesablanaraq “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2021-ci il tarixli **********905000 nömrəli qərar qəbul olunmuşdur. Daha sonra, iddiaçı xx.xx.2022-ci il tarixdə 2020-ci il üçün dəqiqləşmiş mənfəət vergisi bəyannaməsini təqdim edərək bəyannamənin “hesabat dövrünün gəlirləri” hissəsinin 1200.1-ci (malların təqdim edilməsindən gəlir) sətrində 12531,2 manat gəlir, bəyannamənin “hesabat dövründə gəlirlərin əldə edilməsi ilə bağlı xərclər” hissəsinin 1226.4-cü (malın dəyəri) sətrində Nazirlər Kabinetinin 2001- ci il 1 mart tarixli 55 nömrəli Qərarına əsasən gəlir məbləğlərinə uyğun olaraq 10442,67 manat xərc məbləği qeyd edərək 2020-ci il üçün 417,71 manat mənfəət vergisi bəyan etmişdir. Kameral vergi yoxlaması zamanı, iddiaçı tərəfindən 2020-ci ildə təqdim edilmiş 12531,2 manat dəyərində elektron qaimə fakturalar müvafiq dövr üçün gəlir kimi nəzərə alınaraq Vergi Məcəlləsinin 102.1.30-cu maddəsinə əsasən mikro sahibkarlıq subyekti olan fərdi sahibkarlar üçün nəzərdə tutulmuş sahibkarlıq fəaliyyətindən gəlirinin 75 faizi olan güzəşt hüququ nəzərə alınmaqla, Bakı şəhəri Kiçik Sahibkarlıqla iş üzrə Baş İdarəsi tərəfindən iddiaçıya 2020-ci il üçün 208,85 manat əlavə mənfəət vergisi məbləği hesablanmış, “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması xx.xx.2022-ci il tarixli **********2546100 nömrəli müvafiq qərar qəbul olunmuşdur. İddiaçı tərəfindən Bakı şəhəri Kiçik Sahibkarlıqla iş üzrə Baş İdarəsi tərəfindən aparılmış kameral yoxlamanın həmin nəticələrindən narazı qalaraq, İdarənin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması xx.xx.2022-ci il tarixli **********2546100 nömrəli qərarından şikayət instansiyası Dövlət Vergi Xidmətinə inzibati şikayət vermiş, lakin Xidmətin 13 dekabr 2022-ci il tarixli **********118800 nömrəli qərarı ilə şikayət təmin edilməmişdir. Eyni zamanda, iddiaçının Xidmətin həmin qərardan da yuxarı instansiyaya - Cavabdeh1na şikayət vermiş, sonuncunun xx.xx.2023-cü il tarixli qərarı ilə də onun həmin şikayəti də təmin edilməmişdir. Konkret halda, işin mübahisələndirilən hallarından göründüyü kimi, iddiaçı şikayət instansiyalarının (Dövlət vergi Xidmətinin, həm də Apellyasiya Şurasının) qeyd olunan qərarlarının ləğv edilməsini tələb etmişdir. Lakin həmin qərarlar mübahisələndirmə haqqında iddianın predmetini təşkil edə bilməz. Belə ki, İPM-in 32.2-ci maddəsinə əsasən aşağıdakı inzibati aktlar mübahisələndirmə haqqında iddianın predmeti ola bilər: 32.2.1. barəsində məhkəməyə şikayət verilməmiş inzibati akt; 32.2.2. barəsində şikayət verildiyi hallarda, şikayət instansiyasının qərarı ilə dəyişdirilmiş inzibati akt (şikayət instansiyası tərəfindən qərar qəbul edildikdən sonrakı formada ilkin inzibati akt); 32.2.3. şikayət instansiyası tərəfindən şikayətə baxma qaydasında qəbul edilmiş və ilk dəfə olaraq üçüncü şəxs üçün öhdəlik yaradan qərar (inzibati akt). Məcəllənin qeyd olunan tələblərindən göründüyü kimi, mübahisələndirmə haqqında iddianın predmeti barəsində şikayət verilməyən ilkin inzibati akt, şikayət instansiyasında dəyişirilmiş inzibati akt və üçüncü şəxs barəsində öhdəlik yaradan inzibati akt mübahisəlndirmə haqqında iddianın predmeti ola bilər. Konkret halda isə iddiaçı barəsində öhdəlik yaradan, ilkin əlverişsiz inzibati akt var. Həmin aktdan verilən şikayətlər şikayət instansiyları tərəfindən təmin olunmamışdır. Başqa sözlə, şikayət instansiyalarının həmin qərarları ilə barəsində şikayət edilən ilkin inzibati akt nə dəyişdirilmiş, nə də ki üçüncü şəxslər üçün öhdəlik yaratmışdır. Deməli, həmin qərarlar inzibati məhkəmə icraatının predmeti ola bilməz, həmin hissədə iddianın mümkünlüyü istisna olunur. Sözügedən, birinci və ikinci cavabdehlərə münasibətdə, iddia - həm də iddiaçının mənfəət vergisinin 2019-2021-ci illər üzrə Bakı şəhəri Kiçik Sahibkarlıqla iş üzrə Baş İdarəsi tərəfindən 1160,29 manat məbləğin qaytarılması barədə iddia tələbi üzrə mümkün sayıla bilməz. Çünki, iddiaçının həmin bu tələbi, cavabdeh Bakı şəhəri Kiçik Sahibkarlıqla iş üzrə Baş İdarəsinin cavabdehliyinə aid olan və kameral yoxlamanın nəticələrinə dair qəbul etdiyi ilkin inzibati aktın (xx.xx.2022-ci il tarixli **********2546100 nömrəli) qərarından irəli gələn məsələləri özündə əks etdirir. Beləliklə də, qeyd olunanlar onu deməyə əsas verir ki, cavabdehlər İqtisadiyyat Nazirliyinin Apellyasiya Şurasına və İqtisadiyyat Nazirliyi yanında Vergi Xidmətinə qarşı münasibətdə iddia, İPM-in 35.1-cü maddəsinə uyğun əsaslandırılmış iddia kimi qiymətləndirilə bilməz. Həmin orqanlara münasibətdə iddia mükünsüzdür. Qeyd edilən Məcəllənin 35.3-cü maddəsi isə nəzərdə tutur ki, məhkəmə iddianın mümkün sayılmaması barədə qərardad qəbul edir. Beləliklə də, qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərardadı ilə qeyd olunan cavabdehlərə münasibətdə iddianın mümkün sayılmaması barədə gəldiyi nəticəni düzgün nəticə kimi qiymətləndirir. Bu baxımdan məhkəmə kollegiyası, iddiaçının apellyasiya şikayətinin qərardadın əsassız olduğunu və prosessual qanunvericiliyin tələblərinə uyğun olmadığını mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8379/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Qeyd olunanlara əsasən və İPM-in 80, 83, 87, 90, 89, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: İddiaçının apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8379/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar