Məhkəmə qərarları › İş №2-1(103)-1885/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1885/2024

25.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1885/2024 25.06.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X8 Səmədovun sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və X9 ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X6 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “avtomobillə təmin edilməsi üçün tibbi göstərişin verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2451/2023 saylı, 07 dekabr 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli Qərarının 5.2.3-cü maddəsinə əsasən avtomobillə təmin edilməsi üçün tibbi göstərişin verilməsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi bununla əsaslandırılmışdır ki, xx.xx.1993-cü il tarixdən xx.xx.1995-ci il tarixədək N saylı hərbi hissədə müddətli həqiqi hərbi xidmət keçmiş və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Hal-hazırda Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar 2-ci qrup müddətsiz əlildir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə (bundan sonra mətndə- DTSERA) avtomobilə təmin edilməsi üçün tibbi göstəriş verilməsi məqsədilə müraciət etmiş, lakin cavabdeh ürəyində olan problemləri nəzərə almadan imtina etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli Qərarının 5.2.3-cü maddəsinə əsasən hesab edir ki, səhhətində olan ikinci B dərəcəli xroniki qan dövranı çatışmazlığı (İ99) xəstəliyi ilə əlaqədar avtomobillə təmin olunması üçün tibbi göstəriş verilməlidir. Cavabdeh iddiaya dair yazılı etiraz təqdim edərək, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Etirazda qeyd edilmişdir ki, İddiaçı əlillik vəziyyətinə Bakı şəhər 32 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının xx.xx.2019-ci il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik; X2: XX Sinif- Xəstələnmənin və ölümün xarici səbəbləri => Y35-Y35 - Qanunla nəzərdə tutulmuş hərəkətlər və hərbi əməliyyatlar => Y36 - Hərbi əməliyyatlar =>Y36.4-Hərbi əməliyyatlar nəticəsində odlu...; Diaqnozun mətni: Odlu silah mərmi partlamasından sonrakı vəziyyət. Baş beyinin əzilməsinin, silkələnməsinin davamlı qalıq əlamətləri. Kəllədaxili travmaların nəticələri. Durğunluq ürək çatmamazlığı, İİ dərəcə kəllədaxili hipertenziya, vaqo-vegetativ krizlər, koordinator statik pozğunluqlar. Kəskin asteno-nevrotik sindrom. Ürəyin xroniki işemik xəstəliyi, İİ dərəcə.: Meyar: 2.2 İkinci dərəcə əlillik => 2.2.11. epilepsiya, tez-tez təkrarlanan (ayda azı 4 dəfə) tutmalar və ya şəxsiyyətin nəzərəçarpan dərəcədə dəyişilməsi ilə (G40-G41.9);;" səbəbi ilə müddətsiz əlillik dərəcəsi verilmişdir. İddiaçı “avtomobil və motorlu araba almaq üçün” Agentliyə müvafiq müraciət etməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 18 dekabr 2020-ci il tarixli, 501 nömrəli Qərarı ilə təsdqi edilmiş “Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi Şərtləri və Qaydası”na əlavədə olan siyahıda hansı diaqnozu olan şəxslərin avtomobil və motorlu araba almaq hüququnun olması qeyd olunmuşdur. İddiaçının qeyd olunan diaqnozu həmin siyahıda olmadığı üçün ona “əks göstəriş yoxdur” səbəbi ilə imtina verilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2451/2023 saylı, 07 dekabr 2023-cü il tarixli qərarı ilə (hakim T.Məlikov) iddia təmin edilmiş və İddiaçı avtomobillə təmin edilməsi üçün tibbi göstərişin verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh inzibati orqan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddiaya dair yazılı etiraza uyğun tərtib edilmiş, əlavə olaraq qeyd edilmişdir ki, iddiaçının tibbi göstəriş verilməsindən imtina edilməsi istiqamətində Agentlik tərəfindən hər hansı qanunazidd hərəkətə və ya hərəkətsizliyə yol verilməməsinə, o cümlədən, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin pozulmamasına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il tarixli, 501 saylı Qərarı ilə təsdiq edilmiş “Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi Şərtləri və Qaydaları”na uyğun olaraq qiymətləndirilməsinə baxmayaraq, məhkəmə əsassız olaraq iddianı təmin etməklə maddi və prosessual hüquq normalarını pozmuşdur. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddianın təmin edilməməsi haqqında qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək apellyasiya şikayətinin rədd edilməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb, hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: -Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən iddiaçının müraciətinə cavab olaraq verilmiş xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 18 dekabr 2020-ci il tarixli 501 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi Şərtləri və Qaydası”na əsasən imtiyazlı şəxslər tibbi göstəriş olduğu halda Nazirlik tərəfindən növbəlilik qaydasında pulsuz avtomobil ilə təmin edildiyi, göndərişdə qeyd edilən əsas diaqnoz və ağırlaşmaları (Baş beynin əzilməsinin, silkələnməsinin davamlı qalıq əlamətləri. Kəllədaxili travmaların nəticələri. Durğunluq ürək çatışmazlığı, İİ dərəcə Kəllədaxili hipertenziya, vaqo-vegetativ krizlər, kordinator statik pozğunluqlar. Kəskin asteno-nevrotik sindrom. Ürəyin xroniki işemik xəstəliyi, İİ dərəcə) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 18 dekabr 2020-ci il tarixli 501 saylı Qərarına əsasən minik avtomobilinə tibbi göstərişin təyininə əsas vermədiyi qeyd olunaraq imtina edilmişdir. - 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 08 avqust 2018-ci il tarixli 2-1(81)- 2723/2019 saylı qərarından görünür ki, İddiaçı təyin edilmiş 2-ci qrup müddətli Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyinin dəyişdirilməsi və 2-ci qrup müddətsiz Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik təyin edilməsi vəzifəsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Ekspertiza və Reabilitasiya Xidmətinə həvalə edilmişdir. -Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Əlillik” altsistemindən çıxarışdan görünür ki, xx.xx.1962-ci il təvəllüdlü İddiaçı xx.xx.2019-cu il tarixdən Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar səbəbi ilə müddətsiz ikinci dərəcə əlillik təyin edilmişdir. Diaqnozun mətni: Odlu silah mərmi partlamasından sonrakı vəziyyət. Baş beyinin əzilməsinin, silkələnməsinin davamlı qalıq əlamətləri. Kəllədaxili travmaların nəticələri. Durğunluq ürək çatmamazlığı, İİ dərəcə. Kəllə daxili hipertenziya, vaqo-vegetativ krizlər, koordinator statik pozğunluqlar. Kəskin astenonevrotik sindrom. Ürəyin xroniki işemik xəstəliyi, İİ dərəcə. -Azərbaycan Respublikası Müdafiiə Nazirliyi Mərkəzi Həkim Komissiyasının 02 noyabr 2018-ci il tarixli 1598 №li qərarından görünür ki, Qazax RHK tərəfindən 1993-cü ildə hərbi xidmətə çağırılmış, vətəndaş İddiaçı döyüş zonasında hərbi xidmət keçərkən 1993-cü ilin dekabr ayında aldığı və xx.xx.2018-ci ildə Müdafiə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X5 canlı şəxsin məhkəmə-tibbi müayinəsi zamanı təyin edilmiş yaralanmanın nəticələri-diaqnoz: “Odlu silah mərmi partlamasından sonrakı başın alın nahiyəsinin sağ yarısında bir ədəd, sol təpə nahiyəsində bir ədəd, sağ dirsək oynağının arxa bayır səthində bir ədəd, sağ budun aşağı 1/3-nin ön səthində bir ədəd, sağ baldırın orta 1/3-nin ön səthində bir ədəd köhnə çapıq toxumalar” (Azərbaycan Respublikası SHXÇDX-nin Qazax rayon şöbəsinin xx.xx.2018-ci il tarixli 796 nömrəli göndərişi, xx.xx.2018-ci il tarixli 570 nömrəli arayışı, Müdafiə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X5 canlı şəxsin məhkəmə-tibbi müayinəsinin xx.xx.2018-ci il tarixli 615 nömrəli aktı, iki nəfər keçmiş hərbi qulluqçunun şahid ifadəsi, MN MHHK-nın həkim-mütəxəssisinin rəyi ilə təsdiq edilir), “Hərbi travmadir, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır". -Altsistem məlumatlarına əsasən Bakı 32 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının xx.xx.2019-ci il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Azərbaycan Respublikası Ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik; X2: XX Sinif- Xəstələnmənin və ölümün xarici səbəbləri => Y35-Y35 - Qanunla nəzərdə tutulmuş hərəkətlər və hərbi əməliyyatlar => Y36 - Hərbi əməliyyatlar =>Y36.4-Hərbi əməliyyatlar nəticəsində odlu...; Diaqnozun mətni: Odlu silah mərmi partlamasından sonrakı vəziyyət. Baş beyinin əzilməsinin, silkələnməsinin davamlı qalıq əlamətləri. Kəllədaxili travmaların nəticələri. Durğunluq ürək çatmamazlığı, İİ dərəcə kəllədaxili hipertenziya, vaqo-vegetativ krizlər, koordinator statik pozğunluqlar. Kəskin asteno-nevrotik sindrom. Ürəyin xroniki işemik xəstəliyi, İİ dərəcə.: Meyar: 2.2 İkinci dərəcə əlillik => 2.2.11. epilepsiya, tez- tez təkrarlanan (ayda azı 4 dəfə) tutmalar və ya şəxsiyyətin nəzərəçarpan dərəcədə dəyişilməsi ilə (G40-G41.9);;" səbəbi ilə müddətsiz əlillik dərəcəsi verilmişdir. Hazırkı iş üzrə birinci instansiya məhkəməsi hesab etmişdir ki, “ müvafiq ekspert rəyi ilə iddiaçıda ürəyin xroniki işemik xəstəliyi İİ dərəcə xəstəliyinin olması təsdiqini tapmış və məhkəmə iclasına dəvət edilmiş həkim- ekspert qeyd olunan rəyə aydınlıq gətirərək həmin xəstəliyin “Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi Şərtləri və Qaydası”na əlavəsində göstərilən siyahının 57-ci bəndinin 1-ci hissəsində nəzərdə tutulmuş ikinci (İİ B) dərəcəli xroniki qan dövranı çatışmazlığına uyğun olmasını bildirmişdir. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçının xəstəliyi “Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi Şərtləri və Qaydası”na əlavəsində qeyd olunmuş konkret xəstəliklər siyahısının 57-ci bəndinin 1-ci hissəsinə uyğun gəldiyindən və bu xəstəlik istər iddiaçının müraciət etdiyi vaxt qüvvədə olmuş AR Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 saylı Qərarı ilə təsdiq edilmiş Əsasnamənin 5.2.3. bölməsində, istərsə də qüvvədə olan “Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi Şərtləri və Qaydası”na əlavəsində göstərilən siyahısında nəzərdə tutulduğundan iddiaçıya avtomobillə təmin edilməsi üçün tibbi göstərişin verilməsini mümkün edir.” Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini, iş materiallarını və işdə olan sübutları tədqiq edərək hesab edir ki, aşağıdakılara əsasən apelyator tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməlidir. Azərbaycan Respublikası Prezidentinin 30 iyun 2020-ci il tarixli 1077 nömrəli Fərmanı ilə təsdiq edilmiş Dövlət Tibbi-Sosial Ekspertiza və X1: -1.1-ci bəndinə əsasən Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi əlilliyin müəyyən edilməsi və əlilliyi olan şəxslərin reabilitasiyası sahəsində (müvafiq sahə) fəaliyyət göstərən publik hüquqi şəxsdir. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 27.0.1-ci maddəsinə əsasən, dövlət əlilliyi olan şəxslərin və onların ailələrinin qidalanma, geyim və yaşayış yeri daxil edilməklə layiqli həyat səviyyəsinin, həyat şəraitinin yaxşılaşdırılmasının təmin və təşviq edilməsi üçün aşağıdakı tədbirləri həyata keçirir. Həmin Qanunun 30-cu maddəsinə əsasən: 30.1. Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi müvafiq icra hakimiyyəti orqanının təsdiq etdiyi reabilitasiya vasitələrinin növlərinin siyahısına əsasən dövlət büdcəsi hesabına həyata keçirilir. 30.2. Əlilliyi olan şəxslərin bu Qanunun 30.1-ci maddəsində göstərilən reabilitasiya vasitələri ilə təmin edilməsi şərtləri və qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. 30.3. Bu Qanunun 30.1-ci maddəsində göstərilən reabilitasiya vasitələrinin texniki normativ hüquqi aktlara uyğunluğuna nəzarət və onların əlilliyi olan şəxslərə yaşayış yeri üzrə verilməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının 2018-ci il 31 may tarixli 1153-VQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 18 iyul 2018-ci il tarixli 213 nömrəli Fərmanının 2.4-cü bəndinə əsasən, həmin Qanunun 30.3-cü maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi həyata keçirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 18 dekabr tarixli 501 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi Şərtləri və Qaydası”nın: -1.1-ci bəndinə əsasən “Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi Şərtləri və Qaydası” (bundan sonra - Qayda) “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 30.2-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyi olan şəxslərin (bundan sonra - Şəxs) reabilitasiya vasitələri ilə təmin edilməsinin şərtlərini və qaydasını müəyyən edir. -1.2-ci bəndinə əsasən Şəxsin reabilitasiya vasitələri ilə təmin edilməsi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra - Nazirlik) tərəfindən Nazirliyin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi (bundan sonra - Agentlik) və Sosial Xidmətlər Agentliyi vasitəsilə Nazirlik üçün hər il üzrə dövlət büdcəsindən ayrılan vəsait çərçivəsində həyata keçirilir. -1.4-cü bəndinə əsasən Reabilitasiya vasitələri ilə təmin edilmə bu Qaydanın əlavəsi ilə müəyyən olunmuş tibbi göstərişlər olduğu halda, Agentliyin tibbi-sosial ekspert komissiyalarının qərarı əsasında X3 müəyyənləşdirilməklə, minik avtomobilinə münasibətdə Sosial Xidmətlər Agentliyi tərəfindən, digər reabilitasiya vasitələrinə münasibətdə isə Agentliyin tabeliyindəki Protez-Ortopedik İstehsalat və Reabilitasiya Mərkəzi (bundan sonra – Mərkəz) tərəfindən səyyar, ambulator və stasionar formada “Əlilliyi olan şəxslərin hüququları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. -2.1-ci bəndinə əsasən Bu Qaydanın 1.4-cü bəndinə uyğun olaraq, X3 reabilitasiya vasitələrinə dair müvafiq göstərişlərin müəyyən edildiyi tarixdən etibarən minik avtomobilləri Sosial Xidmətlər Agentliyi və ya Nazirliyin tabeliyindəki “Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi”nin “DOST” mərkəzləri (bundan sonra – “DOST” mərkəzi), digər reabilitasiya vasitələri isə Mərkəz və ya “DOST” mərkəzi tərəfindən Şəxsin və ya onun qanuni nümayəndəsinin müraciəti əsasında onlara təhvil verilir. -3.1-ci bəndinə əsasən minik avtomobili Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1.5-ci bəndinə əsasən xüsusi səbəblə, habelə Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar əlilliyi müəyyən olunmuş şəxslərə verilir. -3.2-ci bəndinə əsasən şəxs minik avtomobili və ya mühərrikli təkərli oturacaqla MEİS-də X4 tərtib edilmə ardıcıllığına görə formalaşan növbəliliyə (bu Qaydanın 3.3-cü bəndi nəzərə alınmaqla) uyğun olaraq təmin edilir. Şəxs vəfat etdikdə onun növbəsi ləğv edilir. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər minik avtomobili ilə növbədənkənar təmin olunurlar. Hazırkı işin hallarından görünür ki, iddiaçı müddətsiz təyin edilmiş İİ qrup əlil olaraq minik avtomobili ilə təmin edilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, sonuncu tərəfindən iddiaçıya qoyulmuş diaqnozun Azərbaycan Respublikası Nazirlər Kabinetinin 18 dekabr 2020-ci il tarixli 501 saylı Qərarına əsasən minik avtomobili ilə təmin edilməsi üçün tibbi göstərişin təyininə əsas verilmədiyi səbəbi ilə imtina edilmişdir. İddiaçı cavabdehin imtinası ilə razılaşmır və hazırkı ilə iddia ilə bu imtinanı mübahisələndirir. Cavabdehin imtinasını əsaslı hesab edən məhkəmə kollegiyası qeyd edir ki, işin birinci instansiya icraatı zamanı Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X7 Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, T 348/2023 №li ekspert rəyinin nəticə hissəsindən görünür ki, vətəndaş İddiaçı “Odlu silah mərmi partlamasından sonrakı vəziyyət, baş beyinin əzilməsinin, silkələnməsinin davamlı qalıq əlamətləri, kəllədaxili travmaların nəticələri, durğunluq ürək çatmamazlığı İİ dərəcə, kəllədaxili hipertenziya, vaqo-vegetativ krizlər, koordinator statik pozğunluqlar, kəskin asteno-nevrotik sindrom, ürəyin xroniki işemik xəstəliyi İİ dərəcə” diaqnozu ilə ikinci dərəcə müddətsiz əlillik dərəcəsi təyin edilmişdir. Əlillik və onunla bağlı suallar, o cümlədən də Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli, 501 saylı Qərarına əlavə edilmiş “Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi məsələsi Tibbi- Sosial Ekspert Komissiyasının səlahiyyətlərinə aiddir. Təqdim edilmiş ekspert rəyində də iddiaçıya İİ qrup əlillik təyinatına əsas olmuş diaqnoz (Baş beynin əzilməsinin, silkələnməsinin davamlı qalıq əlamətləri. Kəllədaxili travmaların nəticələri. Durğunluq ürək çatışmazlığı, İİ dərəcə Kəllədaxili hipertenziya, vaqo-vegetativ krizlər, koordinator statik pozğunluqlar. Kəskin asteno-nevrotik sindrom. Ürəyin xroniki işemik xəstəliyi, İİ dərəcə) qeyd edilmişdir ki, həmin xəstəliklər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 18 dekabr 2020-ci il tarixli 501 saylı Qərarına əsasən minik avtomobilinə tibbi göstərişin təyininə əsas vermir. Digər tərəfdən qeyd edilməlidir ki, birinci instansiya məhkəməsi xx.xx.2023-cü il tarixli, T348/2023 nömrəli ekspert rəyinin tərtib edilməsində iştirak etmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X7 X12 məhkəmə-tibb ekspertinin verdiyi izahata əsaslanmışdır ki, məhkəmə kollegiyası bu mövqe ilə razılaşmır. Belə ki, qüvvədə olan qanunvericilik normalarına əsasən şəxsin reabilitasiya vasitələri ilə təmin edilməsi tibbi göstərişlər olduğu halda, Agentliyin tibbi-sosial ekspert komissiyalarının qərarı əsasında X3 müəyyənləşdirilməklə, minik avtomobilinə münasibətdə Sosial Xidmətlər Agentliyi tərəfindən, digər reabilitasiya vasitələrinə münasibətdə isə Agentliyin tabeliyindəki Protez-Ortopedik İstehsalat və Reabilitasiya Mərkəzi (bundan sonra – Mərkəz) tərəfindən səyyar, ambulator və stasionar formada “Əlilliyi olan şəxslərin hüququları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. Eyni zamanda təqdim edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X7 Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, T 348/2023 №li ekspert rəyinin nəticə hissəsində də ekspert tərəfindən Əlilik və onunla bağlı suallar, o cümlədən də Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli, 501 saylı Qərarına əlavə edilmiş “Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi məsələsi Tibbi-Sosial Ekspert Komissiyasının səlahiyyətlərinə aid olduğu qeyd edilmişdir. İş materiallarından müəyyən edildiyi kimi İddiaçı baş beyinin əzilməsinin, silkələnməsinin davamlı qalıq əlamətləri. Kəllədaxili travmaların nəticələri. Durğunluq ürək çatışmazlığı, İİ dərəcə Kəllədaxili hipertenziya, vaqo-vegetativ krizlər, koordinator statik pozğunluqlar. Kəskin asteno-nevrotik sindrom. Ürəyin xroniki işemik xəstəliyi, İİ dərəcə, ikinci dərəcə əlillik, epilepsiya, tez-tez təkrarlanan (ayda azı 4 dəfə) tutmalarla və ya şəxsiyyətin nəzərəçarpan dərəcədə dəyişilməsi ilə (G40-G41.9) diaqnozu qoyulmuşdur. “Yol hərəkəti haqqında” Azərrbaycan Respublikası qanunun 33-cü maddəsinin İİİ hissəsinə əsasən hər hansı şəxsin sağlamlıq cəhətdən sürücülüyə yararlı hesab edilməsinin əsaslarını, habelə nəqliyyat vasitələrini idarə etməsinə mane olan xəstəliklərin və ya fiziki qüsurların siyahısını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyən edir və sürücülüyə yararsız hesab edilən şəxslər barədə məlumatları müvafiq icra hakimiyyəti orqanına göndərir. Avtomotonəqliyyat vasitələrini və onların qoşqularını idarə etmək hüququ verən sürücülük vəsiqəsi almaq istəyən şəxslərdən imtahanların qəbul edilməsi, sürücülük vəsiqələrinin verilməsi və dəyişdirilməsi qaydaları haqqında təlimatın 2.14-cü bəndinə əsasən şəxsin sağlamlıq cəhətdən sürücülüyə yararlılığı, habelə nəqliyyat vasitələrinin idarə edilməsinə maneə olan xəstəliklərin və ya fiziki qüsurların siyahısı Səhiyyə Nazirliyi tərəfindən müəyyən olunur. Digər tərəfdən, iddiaçının məhkəmə kollegiyasının iclasında verdiyi izahatından və iş materiallarına əlavə edilmiş elektron məhkəmə çıxarışından görünür ki, onun sürücülük vəsiqəsi yoxdur. İş materiallarından və qanunvericiliyin tələblərindən göründüyü kimi İddiaçı səhhətinin vəziyyəti ona avtomobil idarə etməyə imkan vermir. Qanunvericiliyin mənasına görə minik avtomobili ilə əlilliyi müəyyən edilmiş şəxsin hər hansısa yaxın qohumu və ya onun göstərişi əsasında başqa şəxs yox, məhz əlilliyi olan şəxslər təmin edilə bilər. Bu səbəbdən birinci instansiya məhkəməsi işin qeyd olunan hallarını nəzərə almayaraq, qanunvericiliyin tələblərinə zidd olaraq iddianın təmin edilməsi barədə qərar qəbul etmişdir. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, cavabdehin iddiaçının avtomobillə təmin edilməsi üçün tibbi göstərişin verilməsindən imtina etməsi iddiaçının qanunla qorunan hüquqlarını pozmamış və işin konkret halı nəzərə alınmaqla iddiaçının vəziyyətinə mütənasib olmuşdur. Azərbaycan Respublikası İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 73.1-ci maddəsinin tələbindən də görünür ki, inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanunazidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi işin hallarını, işdə olan sübutları tam, hərtərəfli araşdırmamış, ədalət mühakiməsini faktlar və sübutların müqayisəli tədqiqatı əsasında düzgün olaraq həyata keçirməmiş, işin hallarına və işdə olan sübutlara düzgün hüquqi qiymət verməmiş, ədalətli məhkəmə araşdırması ilə bağlı təməl prinsipi pozmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sadalanan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-154/2023 saylı, 31 yanvar 2023-cü il tarixli qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli, iddia tələbi təmin edilməməlidir. Nəticəvi hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2451/2023 saylı, 07 dekabr 2023-cü il tarixli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı ““Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli Qərarının 5.2.3-cü maddəsinə əsasən avtomobillə tibbi göstərişin verilməsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Xəyalə Cəmilova Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar