Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1885/2025 15.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Səmədovun sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və X4 ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, İddiaçı, Üçüncü şəxs X1 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı “sərəncamın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 16 dekabr 2024-cü il tarixli, e-2-1(112)-10602/2024 saylı qərarından cavabdeh və üçüncü şəxs tərəfindən hər biri ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinin mümkünlüyünün yoxlanılması məsələsinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək cavabdeh Nərimanov Bələdiyyəsinin 43 saylı, xx.xx.2024-cü il tarixli sərəncamının ləğv edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 16 dekabr 2024-cü il tarixli, e-2-1(112)-10602/2024 saylı qərarı ilə (hakim A.Əhədova) iddia təmin edilmişdir. Həmin qərardan cavabdeh və üçüncü şəxs ayrı-ayrılıqda apellyasiya şikayətləri verərək, qərarın ləğv edilməsini və iddianın rədd olunması barədə qərar qəbul edilməsini xahiş etmişlər. İş üzrə apelyasiya şikayəti vermə müddəti ötürüldüyündən cavabdehə hüquqi yardım göstərilərək, bildirilmişdir ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10602/2024 nömrəli, 16 dekabr 2024-cü il tarixli qərarı xx.xx.2025-ci il tarixdə cavabdehin elektron kabinetinə yerləşdirilmişdir. Lakin cavabdehin apellyasiya şikayəti xx.xx.2025-ci il tarixdə poçta təqdim edilməklə, məhkəməyə xx.xx.2025-ci il tarixdə daxil olmuşdur. Azərbaycan Respublikası İPM-nin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Lakin hazırki işdə apellyasiya şikayəti qanunla müəyyən edilmiş prosessual müddət ötürülməklə verilmiş və buna baxmayaraq, apellyasiya şikayətinə buraxılmış prosessual müddətin bərpa edilməsi barədə vəsatət əlavə edilməmişdir. Bununla bağlı, məhkəmə kollegiyası cavabdehə Azərbaycan Respublikası İPM-nin 12-ci maddəsinə uyğun xidməti vəzifəsindən istifadə edərək həmin Məcəllənin 13-cü maddəsində nəzərdə tutulmuş hüquqi yardımı göstərərək Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10602/2024 nömrəli, 16 dekabr 2024-cü il tarixli qərarından apellyasiya şikayətini qanunla müəyyən edilmiş müddətdə verildiyinə dair sübutları və ya həmin qərardan şikayət verilməsi üçün prosessual müddət ötürüldüyü təqdirdə həmin müddətin bərpa edilməsinə dair müvafiq ərizəni yuxarıda qeyd olunan tarixdə məhkəməyə təqdim etməyi təklif etmişdir. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs X2 cavabdehin apellyasiya şikayətinin verilmə müddətinin ötürülüb-ötürülməməsi məsələsini məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı cavabdehin apellyasiya şikayətinin verilmə müddəti ötürüldüyündən, şikayətin qeyri-mümkün hesab edilməsi ilə bağlı qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə kollegiyasının iclasında iştirak etməmiş və bunun səbəbləri barəsində heç bir məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.2-ci maddəsinə əsasən apellyasiyanın mümkünlüyü əsaslarını apellyasiya instansiyası məhkəməsi yoxlayır. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Həmin Məcəllənin 22.1-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda nəzərdə tutulmamışdırsa, müddətin axımı təqdim edilmə anından, təqdim edilmənin bu Məcəllə ilə məcburi hesab olunmadığı hallarda isə, elan edilmə anından başlanır. Eyni zamanda, həmin Məcəllənin 23.1-ci maddəsinə görə məhkəmə qərarına (qərardadına) qarşı şikayət verilməsi ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş müddətin axımı, proses iştirakçısına həmin qərara (qərardada) qarşı şikayət vermənin qaydası və müddəti, şikayətin verilə biləcəyi məhkəmə və onun ünvanı barədə məlumatların nəzərdə tutulduğu məhkəmə aktının və ya bu barədə məhkəmə tərəfindən yazılı məlumatın təqdim edildiyi gündən başlanır. Məhkəmə kollegiyası tərəfindən aparılan araşdırma zamanı müəyyən olundu ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10602/2024 nömrəli, 16 dekabr 2024-cü il tarixli qərarı xx.xx.2025-ci il tarixdə cavabdehin elektron kabinetinə yerləşdirilmişdir. Lakin iddiaçının apellyasiya şikayəti xx.xx.2025-ci il tarixdə Bakı İnzibati Məhkəməsinə daxil olmuşdur. Qanunvericilik normasının tələbinə əsasən, iş üzrə qərardan apellyasiya şikayəti vermə müddəti cavabdehə münasibətdə ona təqdim edildiyi tarixdən, yəni xx.xx.2025-ci il tarixdən hesablanmaqla, xx.xx.2025-ci il tarixdə başa çatmışdır. Lakin işdən görünür ki, apellyasiya şikayəti müddət ötürülməklə xx.xx.2025-ci il tarixdə verilmişdir. Hazırda işin hallarına görə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10602/2024 nömrəli, 16 dekabr 2024-cü il tarixli qərarından cavabdeh tərəfindən apellyasiya şikayəti xx.xx.2025-ci il tarixində verilmiş, qanunvericiliklə nəzərdə tutulmuş şikayət vermə müddəti ötürülmüş və ötürülmüş müddətin bərpasına dair vəsatət verilməmişdir. Odur ki, məhkəmə kollegiyası qeyd olunan halları nəzərə alaraq hesab edir ki, hazırki iş üzrə Bakı İnzibati Məhkəməsinin 16 dekabr 2024-cü il tarixli, e-2-1(112)-10602/2024 saylı qərarından Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti mümkün sayılmamalı və geri qaytarılmalıdır. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, üçüncü şəxs X1 üçüncü şəxs statusu ləğv edilməlidir. Azərbaycan Respublikası İPM-nin 28.1-ci maddəsinə əsasən iş üzrə məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər və ya iş yuxarı instansiya məhkəməsinin icraatında olduğu müddətdə, məhkəmə qərarının digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq öz təşəbbüsü ilə və ya həmin şəxslərin vəsatəti əsasında onları üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 01/2022 saylı, 17 fevral 2022-ci il tarixli “İnzibati məhkəmə icraatına üçüncü şəxslərin cəlb edilməsi və onların hüquqi müdafiə vasitələrindən istifadə hüquqlarına dair” qərardadında qeyd edilmişdir ki, “... qəbul edilməsi nəzərdə tutulan məhkəmə aktının digər şəxslərin maraqlarına birbaşa təsir törətməsi halından o zaman söz edilə bilər ki, həmin məhkəmə aktı üçüncü şəxsin hüquqi statusuna təsir etmiş olsun, yəni ona münasibətdə konkret hüquqlar və vəzifələr yaratsın, yaxud mövcud hüquqları və vəzifələri ləğv etsin və ya dəyişdirsin. Cəlbetmə üçün həlledici olan məsələlərdən biri də qəbul edilməsi nəzərdə tutulan məhkəmə qərarının mübahisə tərəfləri olmayan digər şəxslərin qanunla qorunan maraqlarına toxunma halını yaratmasıdır. Belə olan halda, qanunla qorunan maraqlara nəyin aid edilə biləcəyinə aydınlıq gətirilməlidir. Maraqların maddi hüquqla müəyyən olunduğu nəzərə alındıqda qanunla qorunan maraq kimi maddi hüquq norması əsasında tanınmış maraqlar çıxış edirlər. Başqa sözlə, diqqət yetirilməli olan hal ondan ibarətdir ki, konkret baxılan iş üzrə mübahisənin həlli ilə bağlı tətbiq edilən və ya edilməli olan maddi hüquq normalarından hər hansı biri üçüncü şəxsin mənafeyini bu və ya digər dərəcədə müdafiə edirmi? Bu mənada, mütləq nəzərə almaq lazımdır ki, üçüncü şəxs qismində icraata qoşula bilmək üçün şəxsin hüquqları hüquqi mənada qorunmalıdır, yəni mübahisənin həlli ilə əlaqədar tətbiq edilən və ya edilməli olan konkret maddi-hüquq normalarından hər hansı biri şəxsin mənafeyinin bu və ya digər dərəcədə müdafiəsi məqsədini güdməlidir. Hüquqi maraq müəyyən olunmadan, sırf məhkəmə qərarının çıxarılmasından sonra yaranacaq iqtisadi, sosial, mənəvi və ya başqa faktiki maraqların mövcudluğu cəlbetmə üçün yetərli deyildir.” Daha sonra Ali Məhkəmənin qeyd olunan qərardadında qeyd edilmişdir ki, məhkəmə cəlbetmə barədə qərardadı həm öz təşəbbüsü, həm də icraat iştirakçılarının vəsatəti ilə dəyişdirə və ya ləğv edə bilər, habelə üçüncü şəxsin icraatda iştirakına xitam verə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, işə birinci instansiya məhkəməsində baxılması zamanı Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-10602/2024 saylı, 02 dekabr 2024-cü il tarixli qərardadına əsasən üçüncü şəxs X1 İddiaçı Cavabdehnə qarşı “sərəncamın ləğv edilməsi” tələbinə dair iş üzrə inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilməsi qərara alınmışdır. Lakin hazırda məhkəmə kollegiyası hesab edir ki, hazırkı mübahisə üzrə apellyasiya baxışı zamanı işin hallarından müəyyən edilmişdir ki, X2 mübahisə üzrə qanunla qorunan hüquq və maraqlarına toxunan şəxs hesab edilə bilməz. Belə ki, iş materiallarına əlavə edilmiş “İcarəyəverən” Nərimanov rayon Bələdiyyəsi ilə “İcarəçi” İddiaçı arasında bağlanmış “Torpağın icarəyə verilməsinə dair” xx.xx.2005-ci il tarixli 03 saylı Müqaviləyə əsasən “İcarəyəverən” icarə əsasında sahəsi 216 kv.m olan Bakı şəhəri, İsaqzadə qəs. Ev 123 ünvanında olan gələcəkdə “Sahə” adlanan ərazini “İcarəçiyə” 5 (beş) il müddətinə istifadəyə verir, “İcarəçi” isə qəbul edir. İcarə haqqı xx.xx.2005-ci il tarixdən hesablanır. Müqavilənin şərtləri tərəflərin heç birinin təşəbbüsü ilə pozulmadığı halda müqavilə növbəti il üçün uzadılır. Bakı Şəhəri Nərimanov Bələdiyyəsinin xx.xx.2024-cü il tarixli 43 nömrəli sərəncamında qeyd olunmuşdur ki, Nərimanov Bələdiyyəsinin ünvan 2 ünvanında qeydiyyatda olan İddiaçı ilə ünvan 3 ünvanındakı 211 kv. torpaq sahəsinin abadlıq məqsədilə 5 il müddətinə icarəyə verilməsinə dair bağlamış 14 aprel 2005-ci il tarixli 03 saylı icarə müqaviləsinin ünvanın həmin sahəyə aid olmaması, ayrılmış torpaq sahəsindən uzun müddət istifadə edilməməsi səbəbindən antisanitar vəziyyətin yaranmasını nəzərə alaraq icarə müqaviləsinin ləğv edilməsi qərara alınmışdır. İddiaçı tərəfindən məhkəməyə müraciət edilərək Bakı Şəhəri Nərimanov Bələdiyyəsinin xx.xx.2024-cü il tarixli 43 nömrəli sərəncamının ləğv edilməsi xahiş edilmişdir. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, xx.xx.2005-ci il tarixli 03 saylı Müqavilə ilə istifadəyə verilmiş torpaq sahəsi üçüncü şəxs X1 mülkiyyətində olmadığından (onun həmin torpaq sahəsinə dair heç bir hüquqmüəyyənedici sənədi olmadığından), həmçinin Bakı Şəhəri Nərimanov Bələdiyyəsinin xx.xx.2024-cü il tarixli 43 nömrəli sərəncamının ləğv edilməsi ilə onun hansı hüquqlarının pozulması kifayət qədər əsaslandırılmadığından və bununla bağlı sübutlar məhkəməyə təqdim edilmədiyindən üçüncü şəxs qismində cəlb olunmuş X2 mübahisə üzrə qanunla qorunan hüquq və maraqlarına toxunan şəxs deyil və onun üçüncü şəxs statusu ləğv edilməlidir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, üçüncü şəxs X1 üçüncü şəxs statusu ləğv edildiyi üçün onun tərəfindən verilmiş apellyasiya şikayəti də qeyri-mümkün sayılmalıdır. İnzibati Prosessual Məcəllənin 81.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatının iştirakçıları yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Beləliklə, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28, 80, 83, 85, 87, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Bakı İnzibati Məhkəməsinin 16 dekabr 2024-cü il tarixli, e-2-1(112)-10602/2024 saylı qərarından verdiyi apellyasiya şikayəti mümkün sayılmasın və geri qaytarılsın. Üçüncü şəxs X1 üçüncü şəxs statusu ləğv edilsin. Üçüncü şəxs X1 Bakı İnzibati Məhkəməsinin 16 dekabr 2024-cü il tarixli, e-2-1(112)- 10602/2024 saylı qərarından verdiyi apellyasiya şikayəti mümkün sayılmasın və geri qaytarılsın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Xəyalə Cəmilova Elvin Əliyev
Məhkəmə qərarları › İş №2-1(103)-1885/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1885/2025
15.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver