Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1887/2023 13.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X35 üzrə Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X28 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Aytən Pənah qızı Oruczadədən və X12 ibarət tərkibdə, X20-Yusiflinin katibliyi ilə, Cavabdehin nümayəndəsi X11 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X35 üzrə Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5440/2022 saylı 30 noyabr 2022-ci il tarixli qərarından iddiaçı və cavabdeh tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə 13 sentyabr 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən” çıxarışa əsasən vergi orqanının keçirdiyi operativ vergi nəzarəti tədbiri Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən xx.xx.2021-ci il tarixli KY211694569 nömrə ilə qeydiyyata alınmışdır. **********0222 saylı xx.xx.2021-ci il tarixli “operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” qərara əsasən cavabdeh tərəfindən iddiaçıya məxsus olan (ünvan 3 ünvanında yerləşən obyektdə “Üzeyir” şadlıq sarayında, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin yerinə yetirilməsinə cəlb edilməsi üzrə xx.xx.2021-ci il tarixdə operativ vergi nəzarəti keçirilmişdir. Cavabdeh tərəfindən iddiaçıya məxsus obyektdə Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin yerinə yetirilməsinə cəlb edilməsi halları yoxlanılmış, yoxlama zamanı işlərin yerinə yetirilməsinə cəlb olunmuş 5 (beş) nəfər fiziki şəxslə əmək müqaviləsi bağlanmadığına görə, 5 (beş) nəfər fiziki şəxs isə Vergi Məcəllənin 220.10-cu maddəsinə uyğun olaraq fəaliyyətə başlayanadək" Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə, habelə Vergi Məcəlləsinin 220.10-cu maddəsinə uyğun olaraq xidmət göstərən fiziki şəxslərin “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz" əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələsi üzrə operativ vergi nəzarətinin nəticəsi haqqında xx.xx.2021-ci il tarixli DVX seriyalı 005296 aktla rəsmiləşdirilmiş və həmin işçilərin siyahısı akta əlavə edilmişdir. Cavabdeh tərəfindən **********6518 saylı xx.xx.2021-ci il tarixli vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərar qəbul edilərək, vergi ödəyicisinə məxsus ünvan 4 ünvanında yerləşən “Üzeyir” şadlıq evində keçirilən operativ vergi nəzarət tədbiri zamanı Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 5 (beş) nəfər və 5 (beş) nəfər “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən fiziki şəxslərin işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi faktı aşkar edilərək iddiaçıya 20000 (iyirmi min) manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. DVX seriyalı 005296 saylı xx.xx.2021-ci il tarixli akta əsasən İddiaçı Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən maliyyə sanksiyasının tətbiq edilməsi qərara alınmışdır. Hazırda İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X35 üzrə Baş İdarəsi tərəfindən qəbul edilmiş **********6518 saylı xx.xx.2021-ci il tarixli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarının ləğv edilməsi”ni tələb edir. İddiaçının əsaslandırması: İddia onunla əsaslandırılmışdır ki, İddiaçı (VOEN: **********) xx.xx.2021 -ci il tarixdə operativ vergi nəzarəti tədbiri keçirilmiş və nəticəsi xx.xx.2021-ci il tarixli DVX seriyalı 005296 nömrəli aktla rəsmiləşdirilmişdir. Həmin akt əsas götürülərək, "Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2021ci il tarixli **********6518 nömrəli qərar qəbul olunmuşdur. Həmin qərarla İddiaçı (VÖEN: **********) 5 nəfər fiziki şəxsi Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən müəyyən işlərin yerinə yetirilməsinə cəlb etdiyinə, habelə Vergi Məcəlləsinin 220.10-cu maddəsinə uyğun olaraq 5 nəfər fiziki şəxsi aparıcılıq, çalğıçılıq, rəqqaslıq, aşıqlıq, məzhəkəçilik və digər oxşar fəaliyyətlə məşğul olan şəxslərin, foto, audio-video sahəsində məşğul olan şəxslərin və iaşə obyektlərində müştərilərə xidmət göstərən fiziki şəxslərin (ofisiantın) fəaliyyətə başlayanadək, “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb etdiyinə görə Azərbycan Respublikası Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən hər bir fiziki şəxs üzrə 2000 (iki min) manat olmaqla, ümumilikdə 20000 (iyirmi min) manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Halbuki həmin şəxslər müəyyən işlərin yerinə yetirilməsinə cəlb olunan şəxslər olmamışlar. Belə ki, onlardan 1 nəfər klarnet ifaçısı, 1 nəfər qarmon ifaçısı, 1 nəfər aparıcı, 1 nəfər sintizator ifaçısı, 1 nəfər nağara ifaçısı, 3 ofisiant (lakin işləməyə gəlməyib), 2 musiqiçi olmuşdur. Ofisiantlar işləmək üçün deyil, səhəri günü işin olub-olmamasını dəqiqləşdirmək üçün gəlmişlər. Digər şəxslər isə musiqiçi olduqlarından onların iş saatı 18:00-da başlayacaq imiş. Lakin vergi orqanının əməkdaşları işin başlanılmasını gözləmədən, 15:20 radələrində akt tərib edərək, həmin şəxslərin işə cəlb olunduqları ehtimalına gəlmişlər. Buna baxmayaraq, şəxslərdən təzyiq altında izahat alaraq, onlara izahatlarında iddiaçı ilə onlar arasında xidmət müqavilələrinin bağlanıİmadığını qeyd etməyi məcbur etmişlər. Bundan əlavə, operativ vergi nəzarəti zamanı “Operativ vergi nəzarətinin keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında” Tələbnamə təqdim edilərək, 1 iş günü müddətində sənədlərin təqdim olunması tələb olunmuş, lakin vergi orqanının əməkdaşları tərəfindən 1 iş günü gözlənilmədən, saat 15:10 radələrində vergi ödəyicisinin hüquqları kobud surətdə pozularaq, xx.xx.2021-ci il tarixli DVX seriyalı 005296 nömrəli akt tərtib edilmişdir. Həmçinin Vergi Məcəlləsinin 23.1.2-ci maddəsinə əsasən vergi orqanının yoxlamaların keçirilməsi zamanı yalnız vergi ödəyicisindən və ya onun vəzifəli şəxslərindən izahat almaq hüququ olduğu halda, qeyd olunan maddənin tələbləri pozularaq, vergi ödəyicisi ilə xidmət müqaviləsi əsasında münasibətləri formalaşan şəxslərdən izahatlar almışlar. Cavabdehin etirazları: Cavabdeh tərəfindən iddiaya dair yazılı etiraz verilərək bildirilmişdir ki, araşdırma zamanı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X35 üzrə Baş İdarəsinin xx.xx.2021-ci il tarixli **********022 nömrəli “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” Qərarına əsasən xx.xx.2021-ci il tarixdə fiziki şəxs İddiaçı (VÖEN: **********) sahibkarlıq fəaliyyətini həyata keçirdiyi Bakı şəhəri, Binəqədi rayonu, Mir Cəlal küçəsi, ev 105 ünvanında yerləşən obyektdə keçirilmiş operativ vergi nəzarəti tədbiri zamanı Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən fiziki şəxsin işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi faktı üzrə 5 (beş) nəfər və “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən fiziki şəxsin işlərin yerinə yetirilməsinə cəlb edilməsi faktı üzrə 5 (beş) nəfər fiziki şəxs müəyyən edilmişdir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 58.10-cu maddəsinin tələblərinin pozulduğu aşkar olunaraq xx.xx.2021 -ci il tarixli DVX seriyalı 005296 nömrəli “Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə, habelə Vergi Məcəlləsinin 220.10-cu maddəsinə uyğun olaraq xidmət göstərən fiziki şəxslərin “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələsi üzrə operativ vergi nəzarətinin nəticəsi haqqında”akt tərtib edilmiş, lakin vergi ödəyicisi heç bir əsas göstərmədən aktı imzalamaqdan imtina etmişdir. Tərtib edilmiş aktın bir surəti vergi ödəyicilərinin vergi uçotu haqqında sənədlərində sonuncu ünvan kimi qeyd olunmuş ünvana və elektron qutusuna göndərilmiş, məktub vergi ödəyicisi tərəfindən xx.xx.2021 -ci il tarixdə saat 14:39:35-də oxunmuşdur. Tərtib edilmiş akt əsasında Baş İdarə tərəfindən xx.xx.2021-ci il tarixli **********6518 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərar qəbul olunaraq vergi ödəyicisinə 20000 (iyirmi min) manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Qeyd olunan qərar və “Vergi borcunun, faizlərin, maliyyə sanksiyalarının məbləğlərinin, inzibati cərimələrin ödənilməsi, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə” Tələbnamə vergi ödəyicilərinin vergi uçotu haqqında sənədlərində sonuncu ünvan kimi qeyd olunmuş ünvana və elektron qutusuna göndərilmiş və araşdırma zamanı elektron qutuda xx.xx.2021-ci il tarixli **********161800 nömrəli məktubun vergi ödəyicisi tərəfindən xx.xx.2021-ci il tarixdə saat 16:13:53-də oxunduğu müəyyən edilmişdir. İddiaçı ərizəsində aktda adları qeyd olunmuş işçiləri işlərin yerinə yetirilməsinə cəlb etmədiyini, onlardan 1 nəfərin klarnet ifaçısı, 1 nəfərin qarmon ifaçısı, 1 nəfərin aparıcı, 1 nəfərin sintezator ifaçısı, 1 nəfərin nağara ifaçısı, 3 nəfərin ofisiant, 2 nəfərin isə musiqiçi olduğunu və onlara təzyiq göstərərək izahat alındığını bildirmişdir. “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz" əldə edilmədən fiziki şəxsin işlərin yerinə yetirilməsinə cəlb edilməsi faktı üzrə müəyyən olunmuş 5 (nəfər) nəfər fiziki şəxs aşağıda qeyd olunan izahatları təqdim etmişdir: X8 xx.xx.2021 -ci il tarixli etirafedici izahatında toy olan əksəriyyət günlərdə İddiaçı tərəfindən “X49”da klarnet ifaçısı qismində işə cəlb edildiyini bildirmişdir. Sabit qəbzlə işlədiyi üçün əmək və ya xidməti müqavilə bağlamadığını bildirmişdir. Uçot-baza məlumatlarına əsasən X3 xx.xx.2021-ci il tarixində aldığı “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında” Qəbz digər rayon (şəhər) və qəsəbələrdə kəndlərdə fəaliyyətin göstərilməsi üçün nəzərdə tutulmuş qəbzdir. Həmin qəbzdə Bakı şəhərində fəaliyyətin göstərilməsi nəzərdə tutulmamışdır. Vergi Məcəlləsinin 221.8.2-ci maddəsinə əsasən bu Məcəllənin 218.4.4-cü maddəsində göstərilən fiziki şəxslər qeydiyyatda olduğu yerdən asılı olmayaraq, həmin fəaliyyətin faktiki həyata keçirildiyi ərazi üçün bu Məcəllənin 220.10-cu və 220.11 -ci maddələrinə uyğun müəyyən edilən sadələşdirilmiş vergini ödəyirlər. Fiziki şəxs eyni dövr ərzində bu Məcəllənin 220.11 -ci maddəsində nəzərdə tutulan müxtəlif əmsallar tətbiq olunan ərazilərdə fəaliyyət göstərərsə, bu zaman ən yüksək əmsal tətbiq edilən ərazi üzrə müəyyən olunmuş sabit vergi məbləği ödənilir. X16 xx.xx.2021 -ci il tarixli etirafedici izahatında toy olan vaxtlarda “X49”da sintezator ifaçısı kimi işə cəlb olunduğunu bildirmiş və sabit qəbz əsasında fəaliyyət göstərdiyi üçün onunla əmək və ya xidməti müqavilə bağlanmadığını bildirmişdir. X29 xx.xx.2021 -ci il tarixli etirafedici izahatında toy olan vaxtlarda “X49”da aparıcılıq etmək üçün İddiaçı tərəfindən işə cəlb edildiyini, sabit qəbz əsasında fəaliyyət göstərdiyi üçün onunla əmək və ya xidməti müqavilə bağlanmadığını bildirmişdir və əmək haqqının gündəlik 20 manat təşkil etdiyini bildirmişdir. X33 xx.xx.2021-ci il tarixli etirafedici izahatında toy olan vaxtlarda “X30rmon ifaçısı kimi işə cəlb edildiyini və sabit qəbz əsasında fəaliyyət göstərdiyi üçün onunla əmək və ya xidməti müqavilə bağlanmadığını bildirmişdir. X24 xx.xx.2021-ci il tarixli etirafedici izahatında İddiaçı tərəfindən “X38 nağara ifaçısı kimi işə cəlb edildiyini və onunla əmək və ya xidməti müqavilə bağlanmadığını bildirmişdir. Bildiririk ki, X16, X29, X33 və X24 tərəfindən ümumiyyətlə sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında” Qəbz alınmamışdır. 2021-ci ildə qüvvədə olan Vergi Məcəlləsinin 221.8.5-ci maddəsinə əsasən Bu Məcəllənin 218.4.4-cü maddəsində göstərilən fiziki şəxslər bu Məcəllənin 220.10- cu maddədə nəzərdə tutulan fəaliyyəti həyata keçirməyə başlayanadək, müvafiq icra hakimiyyəti orqanından könüllü olaraq növbəti ay, rüb, yarımil və ya il üçün “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” almalıdır. Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən fiziki şəxsin işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi faktı üzrə müəyyən olunmuş 5 (beş) nəfər fiziki şəxs aşağıdakı izahatları vermişdir: X6 xx.xx.2021 -ci il tarixli etirafedici izahatında. xx.xx.2021 -ci il tarixində İddiaçı tərəfindən “X31 ofisiant vəzifəsinə işə qəbul olunduğunu və onunla əmək və ya xidməti müqavilə bağlanmadığını bildirmişdir. X26 xx.xx.2021-ci il tarixli etirafedici izahatında xx.xx.2021-ci il tarixində “X51’da musiqiçi kimi dəvət olunduğunu bildirmişdir. X14 xx.xx.2021-ci il tarixli etirafedici izahatında xx.xx.2021ci il tarixindən İddiaçı tərəfindən “X31 musiqiçi vəzifəsinə işə cəlb olunduğunu, onunla əmək və ya xidməti müqavilə bağlanmadığını bildirmişdir. X7 xx.xx.2021 -ci il tarixli etirafedici izahatında xx.xx.2021-ci il tarixindən İddiaçı tərəfindən “X31 ofisiant vəzifəsinə işə cəlb olunduğunu və onunla əmək və ya xidməti müqavilə bağlanmadığını bildirmişdir. X2 xx.xx.2021-ci il tarixli etirafedici izahatında xx.xx.2021ci il tarixindən İddiaçı tərəfindən “X31 ofisiant vəzifəsinə işə cəlb olunduğunu, onunla əmək və ya xidməti müqavilə bağlanmadığını, qeyri-rəsmi olaraq nağd şəkildə 12 manat əmək haqqı aldığını bildirmişdir. ƏƏSMN-nin bildiriş bazasından alınmış məlumata əsasən operativ vergi nəzarətinin həyata keçirilməsindən sonra İddiaçı ilə X7 arasında xx.xx.2021-ci il tarixində, X6 arasında xx.xx.2021-ci il tarixində və X2 arasında isə xx.xx.2021-ci il tarixində əmək müqaviləsi bağlanmışdır. Göründüyü kimi, operativ vergi nəzarəti tədbiri hər hansı pozuntu olmadan Azərbaycan Respublikasının Vergi Məcəlləsinin tələblərinə uyğun formada keçirilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5440/2022 saylı 30 noyabr 2022-ci il tarixli qərarı ilə iddianın qismən təmin edilərək, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Vergi Xidmətinin X35 üzrə Baş İdarəsinin "Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında" **********6518 saylı xx.xx.2021-ci il tarixli qərarının X4 maliyyə sanksiyası hesablanması hissəsində ləğv edilməsi və iddianın qalan hissədə təmin edilməməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan İddiaçı tərəfindən apellyasiya şikayəti verilərək, qərarın “iddianın təmin edilməyən” hissəsində ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Həmçinin qərardan narazı qalan cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X35 üzrə Baş İdarəsi tərəfindən apellyasiya şikayəti verilərək, qərarın “iddia tələbinin təmin edilmiş” hissəsində ləğv edilib, iddianın tam rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. İddiaçının apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddianın məzmunu ilə eynilik təşkil edir, əlavə olaraq Azərbaycan Respublikası Vergi Məcəlləsinin və Əmək Məcəlləsinin müvafiq maddələrinə uyğun əsaslandırılmışdır. Cavabdeh inzibati orqanın apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddiaya dair yazılı etirazın məzmunu eynilik təşkil edir, əlavə olaraq Azərbaycan Respublikası Vergi Məcəlləsinin müvafiq maddələrinə uyğun əsaslandırılmışdır. Tərəflərin izahatları: Cavabdehin nümayəndəsi X25 öz apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək, onun təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının iddianın təmin edildiyi hissədə ləğv edilməsini və həmin hissədə iddianın rədd edilməsi, iddiaçının apellyasiya şikayətinin isə təmin edilməməsini xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, hazırki iddia növünə görə “mübahisələndirmə haqqında” iddialara aiddir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. İddiaçı tərəfindən mübahisələndirilən xx.xx.2021-ci il tarixli qərarın ləğvi ilə bağlı məhkəməyə xx.xx.2022-ci il tarixdə müraciət edildiyi üçün “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.1-ci maddəsində nəzərdə tutulmuş 30 günlük iddia müddətinə əməl olunmuşdur. Bu baxımdan iddia mümkündür. İşin mahiyyətinə gəldikdə isə hazırki işdən müəyyən olunur ki, vergi orqanının **********6518 saylı xx.xx.2021-ci il tarixli vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərar qəbul edilərək, vergi ödəyicisinə məxsus ünvan 4 ünvanında yerləşən “Üzeyir” şadlıq evində keçirilən operativ vergi nəzarət tədbiri zamanı Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 5 (beş) nəfər və 5 (beş) nəfər “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən fiziki şəxslərin işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi faktı aşkar edilərək iddiaçıya 20000 (iyirmi min) manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Hazırda İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin sözügedən qərarının ləğv edilməsi”ni tələb edir. Mübahisələndirmə haqqında iddialarla bağlı mübahisələr üzrə məhkəmə qərarı, öhdəliyin icrası və məcburetmə haqqında iddialardan fərqli olaraq, mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına uyğun çıxarılmalıdır. Bu məqsədlə, inzibati aktın qanuniliyi iki mərhələdə yoxlanılır: 1) formalhüquqi baxımdan; 2) maddi-hüquqi baxımdan. İnzibati akt qanunda əksini tapan şərtlərə uyğun gəlmirsə, qanuna zidd sayılır. İnzibati aktın qanuni hesab edilməsi üçün aşağıdakı şərtlərin mövcudluğu zəruridir: 1. inzibati aktın səlahiyyətli orqan tərəfindən qəbul edilməsi və bu zaman icraat və forma ilə bağlı bütün müddəalara riayət olunması (formal-hüquqi baxımdan qanunilik); 2. inzibati aktın qüvvədə olan hüquqa uyğun olması. İnzibati orqanın əsaslandığı səlahiyyətverici normanın dispozisiya şərtləri konkret halda mövcud olmalı və inzibati aktın nəticəsi həmin normada nəzərdə tutulmuş nəticə ilə üst-üstə düşməlidir (maddi-hüquqi baxımdan qanunilik). Hazırki iş üzrə mübahisəli inzibati aktın qanuniliyi həm formal-hüquqi baxımdan, həm də maddi-hüquqi baxımdan yoxlanılarkən Kollegiya aşağıdakıların qeyd olunmasını zəruri hesab edir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə qismən razılaşaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Vergi Məcəlləsi vergi ödəyiciləri tərəfindən büdcədən vergi məbləğlərinin yayındırılmasının qarşısının alınması (o cümlədən, vergilərin hesablanması) məqsədilə vergi orqanını müxtəlif tədbirlər, o cümlədən kameral vergi yoxlaması, səyyar vergi yoxlaması və operativ vergi yoxlaması həyata keçirmək səlahiyyəti ilə təchiz etmişdir. Vergi qanunvericiliyi qeyd olunan yoxlamalardan hər birinin keçirilmə şərtlərin və qaydalarını tənzimləyir. Nəzərə almaq lazımdır ki, vergi orqanı qanunvericiliyin yol verdiyi hədlərdə həmin yoxlamalardan hər hansı birini seçməkdə diskresion səlahiyyətə malikdir. Bununla yanaşı, vergi orqanı bu və ya digər yoxlama tədbirini seçərkən həmin tədbirin həyata keçirilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş əsaslara istinad etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinə görə qanunla müəyyən edilmiş vergilər və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər kəsin borcudur. Heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergilər və başqa dövlət ödənişləri ödəməyə məcbur edilə bilməz. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1.1-ci maddəsinə görə qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifələri sırasına daxildir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 23.1-ci maddəsinə əsasən vergi orqanlarının hüquqları aşağıdakılardır: 23.1.1. bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək; 24.0.1-ci və 24.0.2-ci maddələrinə görə vergi orqanları vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə borcludur. 50.1-ci maddəsinə əsasən Operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti ücün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən və aşağıdakı məsələləri əhatə edən vergi nəzarəti formasıdır: 50.3-ci maddəsinə əsasən Operativ vergi nəzarəti vergi orqanının əsaslandırılmış qərarına əsasən həyata keçirilir. Həmin qərarda vergi ödəyicilərinin yerləşdiyi ərazi, habelə operativ vergi nəzarəti ilə əhatə olunmalı olan məsələ (məsələlər), operativ vergi nəzarətinin müddəti və operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi (şəxsləri) göstərilir. 50.4-ci maddəsinə əsasən Operativ vergi nəzarəti vergi ödəyicisinə əvvəlcədən xəbərdarlıq edilmədən başlanır və vergi ödəyicilərinin faktiki iş vaxtı həyata keçirilir. Operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi nəzarətə başladıqdan sonra bu Məcəllənin 50.3-cü maddəsində nəzərdə tutulmuş vergi orqanının qərarını vergi ödəyicisinə dərhal təqdim etməlidir. 50.5-ci maddəsinə əsasən Operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsləri tərəfindən öz səlahiyyətləri çərçivəsində vergi ödəyicilərinin ərazilərinə və ya binalarına (yaşayış binaları (sahələri) istisna olmaqla) daxil olması, ərazilərinə, binalarına (yaşayış binaları (sahələri) istisna olmaqla), habelə sənədlərinə və əşyalarına baxış keçirilməsi, sənədlərin tələb edilməsi, sənədləri və nümunə kimi əşyaları götürməsi, ekspert cəlb edilməsi, mütəxəssis, tərcüməçi və müşahidəçi dəvət edilməsi və aksiz markası ilə markalanmalı olan markalanmamış və ya saxta aksiz markası ilə markalanmış, habelə məcburi nişanlama ilə nişanlanmalı olan nişanlanmamış və ya saxta məcburi nişanlama ilə nişanlanmış malların siyahıya alınması bu Məcəllə ilə müəyyən edilmiş qaydada həyata keçirilir. 50.6-ci maddəsinə əsasən operativ vergi nəzarətinin nəticələri üzrə vergi orqanının vəzifəli şəxsləri tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada akt tərtib edilir. Operativ vergi nəzarəti tədbirlərinin keçirilməsi zamanı bu Məcəllənin 39-43-cü və 46-49-cu maddələrinin müddəaları tətbiq edilir. 50.7-ci maddəsinə əsasən Azərbaycan Respublikasının ərazisində nağd pul hesablaşmaları aparan vergi ödəyiciləri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada nəzarət-kassa aparatları vasitəsilə belə hesablaşmaları həyata keçirirlər. 58.1. Verginin (o cümlədən ödəmə mənbəyində verginin) hesabatda göstərilən məbləği verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən azaldılmışdırsa, habelə büdcəyə çatası vergi məbləği hesabat təqdim etməməklə yayındırılmışdırsa vergi ödəyicisinə (bu Məcəllənin 58.1-1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla) azaldılmış və ya yayındırılmış vergi məbləğinin (kameral vergi yoxlaması nəticəsində hesablanmış əlavə vergi məbləği istisna olmaqla) 50 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir. 50.1.7-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələləri üzrə operativ vergi nəzarətini həyata keçirirlər. 58.10-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi yolu ilə onların gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaradıldığına görə işəgötürənə hər bir belə şəxs üzrə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə 2000 manat, ikinci dəfə yol verdikdə 4000 manat, üç və daha çox dəfə yol verdikdə 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir. Vergi Məcəlləsi vergi ödəyicilərinin sahibkarlıq fəaliyyəti ilə məşğul olmasına nəzarət etmək və büdcədən vergi məbləğlərinin yayındırılmasının qarşısının alınması (o cümlədən, vergilərin hesablanması üçün) məqsədilə vergi orqanına müxtəlif tədbirlər həyata keçirmək səlahiyyəti vermişdir ki, bunlar - kameral vergi yoxlaması, səyyar vergi yoxlaması (növbəti və növbədənkənar) və operativ vergi yoxlamasıdır. Vergi qanunvericiliyi hər üç yoxlamanın keçirilmə şərtlərini, qaydalarını tənzimləmişdir və vergi orqanı qanunvericiliyin yol verdiyi hədlərdə qeyd edilən yoxlamalardan hər hansı birini seçməkdə diskresion səlahiyyətə malikdir. Vergi Məcəlləsinin 58.10-cu maddəsində qeyd olunan vergi hüquq pozuntusu formal tərkibli olduğundan, həmin əmələ görə vergi ödəyicisinə maliyyə sanksiyasının tətbiqi vergidən yayınma faktının baş verməsi ilə şərtləndirilə bilməz. Başqa sözlə, sözügedən maddədə təsvir olunan vergi hüquq pozuntusu üçün hər hansı bir maddi nəticənin baş verməsi ilə şərtləndirilməmişdir. 58.10-cu maddəsinin tətbiqi üçün əmək müqaviləsi hüquqi qüvvəyə minmədən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi faktının müəyyən edilməsi yetərlidir. Belə ki, qanunverici məhz həmin faktın özünü gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaradan hal kimi normada təsbit etmişdir. Bu zaman, əməlin həmin norma ilə tövsif olunması üçün cəlb edilən işçinin işləri (xidmətləri) hansı müddətdə yerinə yetirdiyinin də əhəmiyyəti yoxdur. Başqa sözlə, vergi ödəyicisi sözügedən maddədə təsvir edilən əməli törətməklə artıq işçinin gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaratmış olur və bu əməlinə görə hər bir işçi üçün 2000 manat məbləğində maliyyə sanksiyasının tətbiqinə məruz qalır. Eyni zamanda qeyd edilməlidir ki, Vergi Məcəlləsində göstərilən əmələ görə tətbiq olunan maliyyə sanksiyasının məbləği dəqiqdir, dəyişilməzdir, aşağı və ya yuxarı həddi qanunla müəyyən edilməmişdir. Operativ yoxlama zamanı İddiaçı tərəfindən verilmiş izahata əsasən qeyd edilən ünvanda çalışan işçilərdən 1 nəfər- Elşən Haqverdiyev tərəfindən ona sabit qəbz təqdim olunduğu üçün onunla müqavilə bağlamamış, digər 9 nəfərlə isə nə əmək, nə də xidmət müqaviləsi bağlanmayıb, onların əmək haqqı onun tərəfindən gündəlik nağd qaydada ödənilir. İzahatı alınan X13 xx.xx.2021-ci il tarixdə İddiaçı tərəfindən ofisant kimi işə qəbul olunduğunu, lakin xx.xx.2021-ci ildə “Üzeyir” şadlıq sarayına işləməyə gəldiyini, əmək haqqısının 15 manat təşkil etdiyini, əmək haqını İlyas müəllimdən aldığını, vergi orqanında qeydiyyatda olmadığını, sabit qəbz almadığını bildirmişdir. İzahatı alınan X47 xx.xx.2021-ci ildə “Üzeyir” şadlıq sarayı tərəfindən həmin saraya gəlin gətirdikdə müsuqiçi kimi əvəz etməyə dəvət edildiyini, oranın işçisi olmadığını, əmək və ya xidməti müqavilə bağlamadığını, əmək haqqısının 3 manat təşkil etməsini və əmək haqqını nağd şəkildə nağara çalan Arif adlı şəxsdən aldığını, vergi orqanında qeydiyyatda olmadığını, sabit qəbz almadığını bildirmişdir. X44 xx.xx.2021-ci ildə İddiaçı tərəfindən “Üzeyir” şadlıq sarayına müsiqiçi vəzifəsinə dəvət edildiyini, əmək və ya xidməti müqavilə bağlamadığını, əmək haqqısının günlük 3 manat təşkil etdiyini, nağd şəkildə sahibkardan aldığını, vergi orqanında qeydiyyatda olmadığını, sabit qəbz almadığını bildirmişdir. X17 xx.xx.2021-ci il tarixdən “Üzeyir” şadlıq sarayında İddiaçı tərəfindən ofisant olaraq işə qəbul edildiyini, onunla əmək və ya xidməti müqavilə bağlamadığını, işlədiyi hər günün müqabilində heç bir sənəd imzalamadan qeyri-qanuni olaraq 12 manat məbləğində əmək haqqı aldığını, VÖEN-nin olduğunu, hazırda dondurduğunu, sabit qəbzinin olmadığını bildirmişdir. X9 xx.xx.2021-ci il tarixdə İddiaçı tərəfindən ofisant olaraq işə qəbul edildiyini, onunla əmək və ya xidməti müqavilə bağlamadığını, gündəlik toy olan günlərdə İlyas tərəfindən günün sonunda heç bir sənəd imzalamadan, qeyr-rəsmi olaraq nağd şəkildə 12 manat əmək haqqı aldığını, VÖEN-nin olmadığını, sabit qəbz almadığını bildirmişdir. X33 toy olan vaxtlarda “Üzeyir” şadlıq sarayında qarmon ifa etmək üçün İddiaçı tərəfindən işə qəbul edildiyini, sabit qəbz ödəyicisi olduğu üçün əmək və ya xidməti müqavilə bağlamadığını, toy olan günlərdə 15 manat əmək haqqını İddiaçı aldığını, bununla bağlı heç bir sənəd imza etmədiyini, vergi orqanında qeydiyyatdan keçdiyini, məlumatsız olduğu üçün məcburi dövlət sosial sığorta haqqını ödəmədiyi üçün sabit qəbz almadığını bildirmişdir. X29 toy şənliyi vaxtlarında “Üzeyir” şadlıq sarayında aparıcılıq etmək üçün İddiaçı tərəfindən işə dəvət edildiyini, sabit qəbz ödəyicisi olduğu üçün əmək və ya xidməti müqavilə bağlamadığını, toy olan günlərdə 20 manat əmək haqqını İddiaçı aldığını, bununla bağlı heç bir sənəd imza etmədiyini, vergi orqanında qeydiyyatdan keçdiyini, məlumatsız olduğu üçün məcburi dövlət sosial sığorta haqqını ödəmədiyi üçün sabit qəbz almadığını bildirmişdir. X18 toy şənliyi vaxtlarında “Üzeyir” şadlıq sarayında sintezator ifa etmək üçün İddiaçı tərəfindən işə dəvət edildiyini, sabit qəbz ödəyicisi olduğu üçün əmək və ya xidməti müqavilə bağlamadığını, toy olan günlərdə 15 manat əmək haqqını İddiaçı nağd şəkildə aldığını, bununla bağlı heç bir sənəd imza etmədiyini, vergi orqanında qeydiyyatdan keçdiyini, məlumatsız olduğu üçün məcburi dövlət sosial sığorta haqqını ödəmədiyi üçün sabit qəbz almadığını bildirmişdir. X24 toy şənliyi vaxtlarında “Üzeyir” şadlıq sarayında nağara ifaçısı kimi İddiaçı tərəfindən işə dəvət edildiyini, əmək və ya xidməti müqavilə bağlamadığını, əmək haqqının hər toya görə 15 manat təşkil etdiyini və bunu nağd şəkildə sahibkardan aldığını, vergi orqanında qeydiyyatdan keçdiyini, sabit qəbz aldığını, lakin səhv olaraq rayon əmsallı (digər rayon, qəsəbə və kəndlərdə) istifadə etdiyini bildirmişdir. X1 Hüseynov tərəfindən “Üzeyir” evinə klarnet ifaçısı qismində işə dəvət edildiyini, sabit qəbzlə işlədiyi üçün əmək müqaviləsi və ya xidməti müqavilə bağlamadığını, vergi orqanında qeydiyyatdan keçdiyini və digər rayon, şəhər, qəsəbə və kəndlər üzrə sabit qəbz aldığını bildirmişdir. Beləliklə, həmin izahatlara münasibətdə birinci instansiya məhkəməsi hesab etmişdir ki, vergi orqanının operativ vergi nəzarəti qaydasında 10 nəfərlə əmək və ya xidmət müqaviləsi bağlanmadan işlərin görülməsinə cəlb olunduğuna görə 9-u barəsində tətbiq etdiyi maliyyə sanksiyası düzgün olmuş, lakin 1-i ilə hər hansı müqavilə olmasa da, həmin şəxsin sabit qəbzi olduğu üçün ona münasibətdə vergi orqanının maliyyə sanksiyası tətbiq etməsi qanunsuz və əsassız olmuşdur. Vergi orqanı birinci instansiya məhkəməsinin yuxarıda qeyd olunan bir nəfərə- Elşən Haqverdiyevə münasibətdə vergi orqanının qəbul etdiyi qərarın ləğv edilməsi ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş və ona istinad etmişdir ki, həmin şəxsin adına verilmiş sabit qəbzə görə ona “digər rayon (şəhər) və qəsəbələrdə, kəndlərdə fəaliyyətin həyata keçirilməsinə” icazə verilmişdir. İddiaçı tərəf birinci instansiya məhkəməsinin qərarının “9 nəfərə münasibətdə maliyyə sanksiyasının hesablanması barədə vergi orqanının qərarının qanuni və əsaslı olması” barədə qənaəti ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş və ona istinad etmişdir ki, həmin şəxslərdən bəzilərinin sabit qəbzi mövcud olmuşdur. Qeyd olunan məsələlər işə apellyasiya qaydasında baxan məhkəmə tərəfindən bir daha araşdırılmış və məlum olmuşdur ki, həqiqətən də sabit qəbzinin olduğunu deyən Elşən Haqverdiyevin adına verilən sabit qəbzin məzmununa görə, ona “digər rayon (şəhər) və qəsəbələrdə, kəndlərdə fəaliyyətin həyata keçirilməsinə” icazə verilmişdir. Həmin qəbzdə Bakı şəhərində fəaliyyətin göstərilməsi nəzərdə tutulmamışdır. Vergi Məcəlləsinin 221.8.2-ci maddəsinə əsasən bu Məcəllənin 218.4.4-cü maddəsində göstərilən fiziki şəxslər qeydiyyatda olduğu yerdən asılı olmayaraq, həmin fəaliyyətin faktiki həyata keçirildiyi ərazi üçün bu Məcəllənin 220.10-cu və 220.11-ci maddələrinə uyğun müəyyən edilən sadələşdirilmiş vergini ödəyirlər. Fiziki şəxs eyni dövr ərzində bu Məcəllənin 220.11-ci maddəsində nəzərdə tutulan müxtəlif əmsallar tətbiq olunan ərazilərdə fəaliyyət göstərərsə, bu zaman ən yüksək əmsal tətbiq edilən ərazi üzrə müəyyən olunmuş sabit vergi məbləği ödənilir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, işin bu halı birinci instansiya məhkəməsi tərəfindən araşdırılmamış və nəticədə vergi orqanının mübahisələndirilən qərarı Elşən Haqverdiyevə münasibətdə qanunsuz olaraq ləğv edilmişdir. Odur ki, Kollegiya hesab edir ki, vergi orqanının mübahisələndirilən qərarı Eləşn Haqverdiyevə münasibətdə qanuni və əsaslı olduğu üçün birinci instansiya məhkəməsinin qərarı həmin şəxsə münasibətdə vergi orqanının qərarının ləğv edilməsi hissəsində ləğv edilməli və iddia həmin hissədə rədd edilməlidir. Bundan əlavə, məhkəmə araşdırmaları zamanı məlum olmuşdu ki, iddiaçı inzibati icraat zamanı izahatı alınan şəxslərdən bəzilərinin sabit qəbzinin mövcud olduğuna istinad edir. İnzibati icraat zamanı izahatı alınan şəxslərin izahatına nəzər yetirilərkən məlum olmuşdur ki, yalnız Elşən Haqverdiyev və Arif Məmmədov izahat verərkən onlar tərəfindən sabit qəbzin alındığını bildirmişlər. Bu məsələ apellyasiya baxışı zamanı araşdırılarkən məlum olmuşdur ki, Arif Məmmədov tərəfindən hər hansı sabit qəbz alınmamış, bu hal cavabdeh orqanın səlahiyyətli nümayəndəsi tərəfindən təsdiq olunmuş, iddiaçı tərəf isə bu dəlilini təsdiq edə biləcək hər hansı sübutu (qəbzi) məhkəməyə təqdim etməmişdir. Həmçinin apellyasiya baxışı zamanı müəyyən olundu ki, iddiaçı ilə X24 arasında xx.xx.2021-ci il tarixli müddətsiz əmək müqaviləsi mövcud olmuş, lakin həmin müqavilə xx.xx.2021-ci il tarixli bildiriş əsasında ləğv edilmişdir. Yəni, cavabdeh tərəfindən aparılan operativ vergi yoxlaması zamanı (xx.xx.2021-ci il tarixdə) iddiaçı ilə Arif Məmmədov arasında rəsmi əmək münasibətləri olmamışdır. Beləliklə, operativ vergi nəzarəti qaydasında maliyyə sanksiyası tətbiq olunan 10 nəfər işçi ilə iddiaçı arasında əmək və ya xidmət müqaviləsinin bağlanmadığı, həmin şəxslərdən hər hansı birinin Bakı şəhərində fəaliyyət göstərmək üçün sabit qəbzinin olmadığı bir daha sübuta yetirilmişdir. İddiaçı ilə işlərin görülməsinə cəlb edilməklə bağlı hər hansı müqavilənin bağlanmaması inzibati icraat zamanı istər iddiaçının özünün, istərsə də izahatı alınan 10 nəfər şəxsin verdikləri izahatlarla tam təsdiq olunur. Yuxarıda sadalanan maddələrin tələbləri baxımından, vergi orqanı müəyyən məsələlər üzrə, o cümlədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin yerinə yetirilməsi ilə bağlı əmək müqaviləsinin hüquqi qüvvəyə minmədən işlərə cəlb edilməsinin yoxlanılması məqsədilə operativ vergi nəzarətini həyata keçirmək hüququna malikdir. Bu məqsədlə vergi orqanı müvafiq qərar qəbul etməlidir. Daha sonra yoxlamanın nəticələrinə dair müvafiq akt tərtib edilməlidir. Əmək qanunvericiliyin tələblərinin pozuntusu müəyyən edildiyi təqdirdə, vergi orqanı vergi ödəyicisi kimi işəgötürənə münasibətdə müvafiq maliyyə sanksiyasını tətbiq etməlidir. Məhkəmə kollegiyası aşağıda qeyd olunanlara əsasən hesab edir ki, vergi orqanı tərəfindən qəbul edilmiş “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” adı çəkilən xx.xx.2021-ci il tarixli qərar 10 nəfərə münasibətdə qanuni və əsaslı olmuşdur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 5-1-ci bəndinə əsasən Əmək müqaviləsi bildirişi - bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılmasının, ona dəyişiklik edilməsinin və ya xitam verilməsinin müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemində (bundan sonra - elektron informasiya sistemi) elektron qaydada qeydiyyata alınması məqsədi ilə işəgötürən tərəfindən həmin elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilən elektron sənəddir. Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-ci hissəsinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən əmək münasibətləri sahəsində - a) əmək müqaviləsinin şərtlərinə və onlarda nəzərdə tutulan öhdəliklərə əməl etmək, b) bu Məcəllənin və əmək qanunvericiliyinə dair digər normativ hüquqi aktların tələblərini yerinə yetirmək və c) əmək müqavilələrini bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla və qaydada pozmaq işəgötürənin əsas vəzifələrindəndir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2014-cü il tarixli 183 №-li qərarı ilə “Əmək müqaviləsi bildirişinin forması və onun elektron informasiya sisteminə daxil edilməsi qaydaları, əmək müqaviləsi bildirişinin qeydiyyata alınması ilə bağlı işəgötürənə və Azərbaycan Respublikasının Vergilər Nazirliyinə göndərilən məlumat forması, habelə qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını real vaxt rejimində əldə etməklə bağlı Qaydalar” təsdiq edilmişdir. Həmin Qaydaların 3.4-cü bəndinə əsasən əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə daxil edilməsi “Elektron hökumət” portalının gücləndirilmiş elektron imza ilə daxil olmağa imkan verən autentifikasiya vasitələrindən istifadə edilməklə, bilavasitə işəgötürən tərəfindən və ya “Elektron hökumət” portalında yerləşdirilmiş “Səlahiyyətli şəxsin qeydiyyatdan keçirilməsi” xidməti vasitəsilə işəgötürənin səlahiyyət verdiyi şəxslər tərəfindən həyata keçirilir. Beləliklə, vergi orqanının iddiaçı barəsində **********6518 saylı xx.xx.2021-ci il tarixli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarı qəbul etməkdə haqlı olduğu müəyyən olunur. Yəni, hazırki işdə cavabdeh inzibati orqan İPM-nin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu tam sübuta yetirir. İddiaçının isə iddia ərizəsində və apellyasiya şikayətində qeyd etdiyi hallar məhkəmə araşdırması zamanı təsdiqini tapmamış, cavabdeh tərəfindən təqdim edilmiş yoxlama materialları ilə təkzib edildiyi üçün o, vergi orqanının qərarının qanunsuz və əsassız olub, onun hüquqlarını pozduğunu sübuta yetirə bilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 70.1-ci maddəsinə görə inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İddiaçının apellyasiya şikayətinin dəlillərinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, həmin dəlillərin bir qismi iddia ərizəsinin məzmunu ilə eynilik təşkil etməklə, formal mülahizə xarakterli olub, iş materialları və qanunvericiliklə təkzib edildiyindən, kifayət qədər əsaslandırılmadığından, bir qismi isə bu qərarın əsaslandırıcı hissəsində göstərilənlərlə bağlı əsassız olduğu üçün qəbul edilmir və birinci instansiya məhkəməsinin qərarının “iddianın təmin edilmədiyi” hissədə ləğv edilib, həmin hissədə iddianın təmin edilməsi üçün əsas yaratmır. Qeyd olunmalıdır ki, hazırki işdə cavabdeh inzibati orqan mübahisələndirilən xx.xx.2021-ci il tarixli qərarının X5 münasibətdə də qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübuta yetirmişdir. Buna görə də birinci instansiya məhkəməsi iddiaçının iddiasının məhz həmin şəxsə münasibətdə təmin olunaraq vergi orqanının qərarının 1 nəfər şəxsə münasibətdə ləğv edilməsi ilə bağlı düzgün olmayan nəticəyə gəlmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsalandırılmalıdır. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Məhkəmə kollegiyası onu da qeyd edir ki, birinci instansiya məhkəməsinin qərarında İddiaçı adı səhvən “X19” kimi göstərilmişdir ki, bu da texniki səhv hesab olunduğundan kobud prosessual pozuntu kimi qiymətləndirilmir və kollegiya hesab edir ki, həmin texniki səhv məhkəmə qərarının məhz bu əsasla ləğv edilməsi üçün əsas vermir. Göstərilənlərlə bağlı məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti isə təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5440/2022 saylı 30 noyabr 2022-ci il tarixli qərarı qismən, iddianın təmin edildiyi – “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Vergi Xidmətinin X35 üzrə Baş İdarəsinin "Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında" **********6518 saylı xx.xx.2021-ci il tarixli qərarının X4 munasibətdə maliyyə sanksiyasının hesablanması hissəsində ləğv edilməsi” hissədə ləğv edilməli, həmin hissədə iddia rədd edilməli, məhkəmə qərarı “iddianın təmin edilmədiyi” qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5440/2022 saylı 30 noyabr 2022-ci il tarixli qərarı qismən, iddianın təmin edildiyi- “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Vergi Xidmətinin X35 üzrə Baş İdarəsinin "Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında" **********6518 saylı xx.xx.2021-ci il tarixli qərarının X4 munasibətdə maliyyə sanksiyasının hesablanması hissəsində ləğv edilməsi” hissədə ləğv edilsin. Həmin hissədə iddia rədd edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5440/2022 saylı 30 noyabr 2022-ci il tarixli qərarı “iddianın təmin edilmədiyi” qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Aytən Oruczadə Rəşid Səmədov
Məhkəmə qərarları › İş №2-1(103)-1887/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1887/2023
13.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver