Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-189/2022 21.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı X2 Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X7 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Mirzə Nəsib oğlu Tağızadədən və Aytən Pənah qızı Oruczadədən ibarət tərkibdə, X5-Yusiflinin katibliyi, İddiaçı X2, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı X2 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə əmək pensiyasının təyin olunması” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1160/2021 saylı 20 aprel 2021-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 21 yanvar 2022-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı X6 xx.xx.1962-ci il təvəllüdlüdür. AO seriyalı ******* saylı 24.10.2003-cü il tarixli hərbi biletindən görünür ki, İddiaçı 03.10.1980-ci il tarixdən 10.11.1982-ci il tarixədək həqiqi hərbi xidmətdə olmuşdur. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Nizami rayon İdarəsinin 218 saylı 19.04.2021-ci il tarixli arayışından görünür ki, İddiaçı həqiqətən oktyabr ayı 1980-ci il tarixdən 10.11.1982-ci il tarixədək Sovet Ordusu sıralarında müddətli həqiqi hərbi xidmət keçmiş, ehtiyyatda olmağın son yaş həddinə çatdığı üçün hərbi qeydiyyatdan çıxarılmışdır. Azərbaycan SSR Dövlət Peşə Təhsili Komitəsi tərəfindən verilmiş B seriyalı 127232 saylı diplomun notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı 01.09.1977-ci il tarixdən 19.07.1980-ci il tarixədək 108 nömrəli texniki peşə məktəbində təhsil almışdır. İddiaçı məxsus İT-İ seriyalı ******* saylı əmək kitabçasından görünür ki, İddiaçı 24.10.1980-ci ildən 10.11.1982-ci ilədək Sovet Ordusu sıralarında xidmət etmiş, 01.10.1983-cü ildən 26.04.1984-cü ilədək Bakı şəhəri TM-22- də təhsil almış, 29.04.1984cü ildə “X8” X3 idarəsində 3-cü dərəcəli çilingər-quraşdırıcı təyin edilmiş, 26.03.1993-cü ildə quraşdırıcı peşəsinin 4-cü dərəcəsi verilmiş, 24.04.1997-ci ildə kursu bitirdikdən sonra elektrik qaynaqçısı peşəsinin 3-cü dərəcəsi verilmiş, 26.06.1998-ci ildə elektrik qaynaqçısı peşəsinin 4-cü dərəcəsi verilmiş, 11.09.1999-cu il tarixdə elektrik qaynaqçısı peşəsinin 5-ci dərəcəsi verilmiş, 31.03.2000-ci il tarixdə öz xahişi ilə işdən azad edilmiş, 05.07.2001-ci il tarixdə «Xəzərdənizneftdonanma» idarəsinin Gəmi Təmiri Zavodunda gövdə qaynaq sexinə 4-cü dərəcəli əl ilə işləyən elektrik qaynaqçısı qəbul edilmiş, 19.09.2003-cü ildə gövdə qaynaq sexinin əl ilə işləyən elektrik qaynaqçısı ixtisası üzrə 5-ci dərəcəsi verimiş, 02.05.2005-ci ildə əl ilə işləyən elektrik qaynaqçısı ixtisası üzrə 6-cı dərəcə verilmiş, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin 12.03.2007-ci il tarixli 51 saylı əmrinə əsasən zavod X13 Donanması Gəmi Təmiri Zavodu adlandırılmışdır. Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 22 oktyabr tarixli 6 nömrəli və 10 yanvar 2014-cü il tarixli 213 nömrəli sərəncamlarına əsasən Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinin və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Xəzər X9 yenidən təşkili yolu ilə "xxxx" Qapalı Səhmdar Cəmiyyəti yaradılmışdır, 03.02.2014-cü ildə “Bibiheybət” Gəmi Təmiri Zavodunun Gövdə qaynaq sexinə 6-cı dərəcəli əl ilə qaynaqda elektrik qaynaqçısı keçirilmiş, 03.11.2014-cü ildə Tərsanə bölməsinə 5-ci dərəcəli gəmi takelajçısı keçirilmişdir. Azərbaycan Respublikası "xxxx" ASC-nin 16/12 saylı 05.10.2019-cu il tarixli güzəştli arayışından görünür ki, 1962-ci il təvəllüdlü X6 həqiqətən 29.04.1984-cü il tarixdən (ƏMR № 121/K 28.04.1984) X8 X3 idarəsinə 3-cü dərəcəli quraşdırıcı çilingər, qazla-kəsici peşəsinə işə qəbul olunmuş, 28.03.1993-cü ildə (ƏMR №35/K 28.03.1993) 4cü dərəcəli quraşdırıcı-çilingər, qazla-kəsici peşəsinə keçirilmiş, 24.04.1997-ci il (ƏMR № 20/K 20.04.1997) istehsalat kursunu bitirdikdən sonra 3-cü dərəcəli elektrik qaynaqçısı peşəsinə keçirilmiş, 26.05.1998-ci ildə (ƏMR № 34/K 25.05.1998) 4-cü dərəcəli elektrik qaynaqçısı peşəsi verilmiş, 11.09.1998-ci il (ƏMR №47/K 08.09.1998) 5-ci dərəcə elektrik qaynaqçısı verilmiş, 31.03.2000-ci il (ƏMR 21/K 31.03.2000) tarixdən öz xahişi ilə işdən azad olunmuşdur. 01.10.2001-ci ildə Abşeron Quraşdırma idarəsinin adı dəyişdirilərək "xxxx" ASC adlandırılmışdır (ƏMR N 81/K 28.03.2001). Onun güzəştli şərtlərə yaşa görə əmək pensiyası üçün stajı 15 il 11 ay təşkil edir və göstərilən vəzifə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 №-li 23.01.2007-ci il tarixli fəsil 24 “Elektrik stansiyaları, enerjiqatarları, buxar güc təsərrüfatı “a” (fəhlələr) bəndinə əsasən bilavasitə zərərli sahə hesab edilir. "xxxx" QSC “Bibiheybət” Gəmi Təmiri Zavodunun 81 saylı 04.04.2019-cu il tarixli arayışından görünür ki, X6 həqiqətən 05.07.2001-cı ildən Xəzərdənizneftdonanma idarəsinin Gəmi təmiri zavodunda işə başlamışdır, Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 22 oktyabr tarixli 6 nömrəli və 10 yanvar 2014-cü il tarixli 213 nömrəli sərəncamlarına əsasən Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Xəzər Dəniz Donanmasının yenidən təşkili yolu ilə yaradılmış "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin “Bibiheybət” Gəmi təmiri zavodunda 03.02.2014- cü il tarixindən hal-hazıradək işləyir. 05.07.2001-ci il Gövdə-qaynaq sexinə 4cü dərəcəli əl ilə işləyən elektrik qaynaqçısı qəbul edilmiş (əmr № 195, 05.07.2001), 19.09.2003-cü il - gövdə qaynaq sexinin əl ilə işləyən elektrik qaynaqçısına ixtisası üzrə 5ci dərəcə verilmiş (əmr № 17, 19.09.2003), 02.05.2005-ci il - əl ilə işləyən elektrik qaynaqçısına ixtisası üzrə 6-cı dərəcə verilmiş (əmr № 12, 02.05.2005), 03.02.2014-cü il - “Bibiheybət” GTZ Gövdə qaynaq sexinə 6-cı dərəcəli əl ilə qaynaqda elektrik qaynaqçısı keçirilmiş (əmr № 96, 03.02.2014), 03.11.2014-cü il - Tərsanə bölməsinə 5-ci dərəcəli gəmi takelajçısı keçirilmişdir (əmr № 1537, 03.11.2014). "xxxx" QSC “Bibiheybət” Gəmi Təmiri Zavodunun 198 saylı 01.10.2019-cu il tarixli arayışından görünür ki, X6 həqiqətən 05.07.2001-cı ildən 02.02.2014-cü ilə kimi Xəzərdənizneftdonanması Gəmi təmiri zavodunda Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 22 oktyabr tarixli 6 nömrəli və 10 yanvar 2014-cü il tarixli 213 nömrəli sərəncamlarına əsasən Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Xəzər Dəniz Donanmasının yenidən təşkili yolu ilə yaradılmış "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin “Bibiheybət” Gəmi təmiri zavodunda 03.02.2014-cü il tarixindən hal-hazıradək işləyir. 05.07.2001-ci il - Gövdə-qaynaq sexinə 4cü dərəcəli əl ilə işləyən elektrik qaynaqçısı qəbul edilmiş (əmr № 195, 05.07.2001), 19.09.2003-cü il - gövdə qaynaq sexinin əl ilə işləyən elektrik qaynaqçısına ixtisası üzrə 5ci dərəcə verilmiş (əmr № 17, 19.09.2003), 02.05.2005-ci il - əl ilə işləyən əl qaynaqçısına ixtisası üzrə 6-cı dərəcə verilmiş (əmr № 12, 02.05.2005), 03.02.2014-cü il - “Bibiheybət” GTZ Gövdə qaynaq sexinə 6-cı dərəcəli əl ilə qaynaqda elektrik qaynaqçısı keçirilmiş (əmr № 96, 03.02.2014), 03.11.2014-cü il - Tərsanə bölməsinə 5-ci dərəcəli gəmi takelajçısı keçirilmişdir (əmr № 1537, 03.11.2014). "xxxx" QSC “Bibiheybət” Gəmi Təmiri Zavodunun 04 saylı 15.01.2020-ci il tarixli arayışından görünür ki, X6 05.07.2001-ci il tarixdə işə qəbul edilmiş və “Bibiheybət” Gəmi Təmiri Zavodunun Tərsanə bölməsində gəmi takelajçısı vəzifəsində işləmişdir. "xxxx" QSC “Bibiheybət” Gəmi Təmiri Zavodunun 111 saylı 21.09.2020-ci il tarixli arayışından görünür ki, X6 həqiqətən 05.07.2001-cı ildən 02.02.2014-cü ilə kimi Xəzərdənizneftdonanması Gəmi təmiri zavodunda Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 22 oktyabr tarixli 6 nömrəli və 10 yanvar 2014-cü il tarixli 213 nömrəli sərəncamlarına əsasən Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Xəzər Dəniz Donanmasının yenidən təşkili yolu ilə yaradılmış "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin “Bibiheybət” Gəmi təmiri zavodunda 03.02.2014-cü il tarixindən hal-hazıradək işləyir. 05.07.2001-ci il - Gövdə-qaynaq sexinə 4cü dərəcəli əl ilə işləyən elektrik qaynaqçısı qəbul edilmiş (əmr № 195, 05.07.2001), 19.09.2003-cü il - gövdə qaynaq sexinin əl ilə işləyən elektrik qaynaqçısına ixtisası üzrə 5ci dərəcə verilmiş (əmr № 17, 19.09.2003), 02.05.2005-ci il - əl ilə işləyən elektrik qaynaqçısına ixtisası üzrə 6-cı dərəcə verilmiş (əmr № 12, 02.05.2005), 03.02.2014-cü il - “Bibiheybət” GTZ Gövdə qaynaq sexinə 6-cı dərəcəli əl ilə qaynaqda elektrik qaynaqçısı keçirilmiş (əmr № 96, 03.02.2014), 03.11.2014-cü il - Tərsanə bölməsinə 5-ci dərəcəli gəmi takelajçısı keçirilmişdir (əmr № 1537, 03.11.2014). Azərbaycan Respublikası "xxxx" ASC-nin 24.02.2021-ci il tarixli 22/k-18 saylı güzəştli arayışından görünür ki, 16.02.1962-ci il təvəllüdlü İddiaçı həqiqətən 29.04.1984-cü il tarixdən (ƏMR № 122/K 28.04.1984) X8 X3 idarəsinə 3-cü dərəcəli quraşdırıcı çilingər peşəsinə işə qəbul olunmuş, 26.03.1993-cü il tarixdən (ƏMR № 35/K 02.04.1993) 4-cü dərəcəli quraşdırıcı-çilingər peşəsinə keçirilmiş, 24.04.1997-ci il tarixdən (ƏMR № 20/K 20.04.1997) istehsalat kursunu bitirdikdən sonra 3- cü dərəcəli elektrik qaynaqçısı peşəsinə keçirilmişdir. 26.06.1998-ci il tarixdə (ƏMR № 34/K 25.06.1998) 4-cü dərəcəli elektrik qaynaqçısı peşəsi verilmişdir. 11.09.1999-cu il tarixdə də (ƏMR № 47/K 09.09.1999) 5-ci dərəcəli elektrik qaynaqçısı peşəsi verilmişdir. 31.03.2000-ci il tarixdə (ƏMR № 21/K 31.03.2000) tarixdən öz xahişi ilə işdən azad olunmuşdur. 01.10.2001-ci il tarixdə Abşeron Quraşdırma idarəsinin adı dəyişdirilərək "xxxx" ASC adlandırılmışdır (ƏMR № 81/K 28.03.2001). Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası üçün staj 15 il, 11 ay 2 gün təşkil edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyul tarixli, 320 saylı qərarına (bölmə XXXİİİ), həmçinin Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli, 12 nömrəli qərarının 24-cü (Elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatı) bölməsinə əsasən işlədiyi 8 saatlıq iş günü ərzində həmin trestin Abşeron Quraşdırma sahəsində hündürmərtəbəli binaların və yüksəkliklərlə əlaqədar qurğuların və qapalı çənlərin, rezervuarların, aşağılegirli polad boruların, buxar qazanlarının daxilində glegirli polad borularının quraşdırılmasında bilavasitə iştirak etmişdir. İşlədiyi müddətdə iş qrafikinə uyğun olaraq növbəli iş rejimi ilə xüsusi zərərli iş şəraitində məşğul olmuş, südlə və xüsusi geyimlə təmin olunmuşdur. Tam iş günü ərzində icra etdiyi çilingər və elektrik qaynaqçısı vəzifələri Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli siyahısınında bilavasitə nəzərdə tutulur və güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququna təminat verir. İddiaçı ona güzəştli şərtlərlə yaşa görə pensiyasının təyin edilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu tərəfindən onun tələbinin təmin olunmasından imtina olunmuşdur. Belə ki, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış **********5 saylı 21.02.2020-ci il tarixli imtina məktubunda qeyd edilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 6 mart 2007-ci il tarixinədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiqlənmiş 2 №-li siyahıya görə 25 il ümumi stajı olan və bu stajın ən azı 12 il 6 ayını güzəştli işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun qeyd olunan maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusi ilə ağır olan işlər Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan siyahı üzrə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatı bölməsində (24; -qazanxana, turbin (buxar-qaz turbini) avadanlığının təmiri, yanacaqötürmə avadanlığına və onların işini təmin edən ölçü vasitələri və avtomatikasına xidmət üzrə çilingərlər, elektrik montyorları, bütün adlardan olan elektrik çilingərləri; - abonentlərə ayrılan yerlərədək yeraltı su kəmərlərinin, kamerlərin və arxların xidməti ilə daim məşğul olan isti şəbəkələrin xidməti üzrə çilingərlər; -gərginlik altında olan 330 kV və yüksək gərginlikli bölüşdürücü qurğuların sınağı və ölçülməsi üzrə elektrik çilingərləri (nominal gərginlik altında olan) vəzifələri nəzərdə tutulmuşdur. İdarəyə təqdim edilmiş İT-İ ******* saylı 5 iyun 1984-cü il tarixli əmək kitabçasında onun 29.04.1984-24 04.1997-ci ıl tarixləri arasındakı dövr ərzində “X8” X3 İdarəsində quraşdırıcı çilingər vəzifəsində işlədiyi qeyd edilmişdir. Həmin vəzifə Siyahıda qeyd olunan vəzifəyə uyğun deyil. Bundan başqa 1 yanvar 2006-cı il tarixinədək onun ümumi iş stajı 25 ildən az təşkil edir. Qeyd olunanlar nəzərə alınaraq ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Qeyd olunan imtina məktubundan narazı qalan iddiaçı X6 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı hazırki iddia ilə məhkəməyə müraciət edərək,“23.12.1982-ci il tarixdən 28.10.1983-cü il tarixədək, 29.04.1984-cü il tarixdən hal hazıradək davam edən əmək stajının, 01.09.1977-ci il tarixdən 19.07.1980-ci il tarixədək təhsil aldığı, 24.10.1980- ci il tarixdən 10.11.1982-ci il tarixədək həqiqi hərbi xidmətdə olduğu, fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu dövrlərin iş stajına daxil etməklə onun pensiya hüququnun yarandığı 16.08.2019-cu il tarixdən güzəştli şərtlərlə əmək pensiyasına çıxarılması, pensiyanın hüququ yarandığı gündən hesablanması və yaranacaq fərq məbləğinin hesablanaraq birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, onun müxtəlif yerlərdə və müxtəlif peşələrdə və fərdi sahibkarlıq fəaliyyətində olmaqla, ümumi stajı 25 ildən çox təşkil edir. Bu illərin tam olaraq 17 ildən çoxunu zərərli sayılan peşələrdə və yerlərdə çalışmışdır. Hazırda onun 57 yaşı var. Artıq xeyli müddətdir ki, pensiya hüququndan istifadə edə bilmir. Eyni zamanda həmin dövrdə qüvvədə olan qanunvericiliyə əsasən iş stajına mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti; hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti; ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti daxil edildiyindən onun pensiya hüququ yarandığı tarixədək 25 ildən çox ümumi iş stajı olmuşdur ki, bu stajın 17 ili güzəştli şərtlərlə əmək pensiyası hüququ verən işlərə aid olmuşdur. Onun Azərbaycan Respublikasının qanununa əsasən güzəştli şərtlərlə pensiyaya çıxmaq hüququ var. Lakin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Nizami rayon şöbəsinə etdiyi şifahi, eləcə də yazılı müraciətinə müsbət cavab verilməmişdir. O, hesab edir ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının qanununa əsasən güzəştli şərtlərlə pensiyaya çıxmaq hüququ vardır. Lakin cavabdeh etdiyi müraciətinə qanunsuz olaraq müsbət cavab verməmişdir. Əsassız olaraq neçə illərdir onu bu hüququndan məhrum etmişlər. Buna görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdehin etirazları: İş üzrə cavabdeh tərəfindən iddiaya dair verilmiş yazılı etiraz iddiaçıya ünvanlanmış imtina məktubunun məzmunu ilə eynilik təşkil edir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1160/2021 saylı 20 aprel 2021-ci il tarixli qərarı ilə iddianın təmin edilməməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan İddiaçı tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə baxmış məhkəmə işin araşdırılmasında obyektiv olmamış və araşdırmanı tam aparmamışdır. Tərəflərin izahatları: Apellyasiya baxışı zamanı iddiaçı X6 iddia ərizəsini, apellyasiya şikayətini müdafiə edərək və onların məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi X4 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, iddiaçının hazırki iş üzrə tələbinin təmin olunmasından imtina edən cavabdeh inzibati orqanın imtina məktubunun tarixi 21.02.2020-ci il tarixdir. Lakin həmin imtina məktubunun iddiaçı tərəfindən nə vaxt alınmasını təsdiq edən sübut iş materiallarında mövcud deyil. İddiaçı isə iddia ilə məhkəməyə 22.06.2020-ci il tarixdə müraciət etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 38.2-ci, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.2-ci maddələrinin tələblərini nəzərə alaraq hesab edir ki, iddia qanunla müəyyən edilmiş müddət daxilində verildiyi üçün mümkündür. İşin mahiyyətinə gəldikdə isə hazırki işdən müəyyən olunur ki, iddiaçı X2 cavabdeh inzibati orqana qarşı tələbi “23.12.1982-ci il tarixdən 28.10.1983-cü il tarixədək, 29.04.1984-cü il tarixdən hal-hazıradək davam edən əmək stajının, 01.09.1977-ci il tarixdən 19.07.1980-ci il tarixədək təhsil aldığı, 24.10.1980- ci il tarixdən 10.11.1982-ci il tarixədək həqiqi hərbi xidmətdə olduğu, fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu dövrlərin iş stajına daxil etməklə onun pensiya hüququnun yarandığı 16.08.2019-cu il tarixdən güzəştli şərtlərlə əmək pensiyasına çıxarılması, pensiyasının hüququ yarandığı gündən hesablanması və yaranacaq fərq məbləğinin hesablanaraq birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədədir. Bununla bağlı o, cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu tərəfindən onun ümumi iş stajının 25 ildən az olması və 29.04.1984-24 04.1997-ci ıl tarixləri arasındakı dövr ərzində “X8” X3 İdarəsində quraşdırıcı çilingər vəzifəsində işlədiyi peşənin zərərli peşələrə aid olmaması əsası ilə imtina edilmişdir. Bundan sonra o, məhkəməyə müraciət etmiş, lakin onun iddiası təmin olunmamışdır. Belə ki, işə birinci instnsiya qaydasında baxmış məhkəmə iddiaçının təhsil aldığı və hərbi xidmət dövrünün onun ümumi iş stajına daxil edilməklə 01.01.2006-cı il tarixədək ümumi iş stajının 25 ildən atrıq, yəni 25 il 4 ay olmasına baxmayaraq, güzəştli iş stajının 12 il 6 aydan az olmasına istinad edərək iddianın təmin edilməməsi qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası iddianın təmin edilməməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabilyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. “Əmək pensiyaları haqqında” AR Qanunu 01.01.2006-cı il tarixdə qüvvəyə minmiş, həmin tarixə qədər isə “Vətəndaşların pensiya təminatı haqqında” AR Qanunu qüvvədə olmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 Qərarı ilə “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli, xüsusilə ağır olan və eləcə də zərərli və ağır işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahıları iş yerlərinin attestasiyası nəzərə alınmaqla tətbiq olunur. Qeyd olunan Qanuna Azərbaycan Respublikasının 13.06.1997-ci il tarixli 321-İQD nömrəli Qanunu ilə edilmiş dəyişikliyə əsasən həmin maddədə (13-cü maddədə) nəzərdə tutulan yaş hədləri 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılır. Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu tərəfindən təsdiq olunaraq 08.10.2010-cu il tarixli 4027 nömrəli şəhadətnamə ilə normativ hüquqi akt kimi Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində qeydiyyatdan keçmiş “Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanması Qaydaları”nın 2.1.8-ci bəndində göstərilir ki, Qanunun 9.8-ci maddəsinə əsasən Qanunun qüvvəyə mindiyi günədək 9-cu maddədə göstərilən işlərlə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə təyin olunur. Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə, həmin siyahı təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraitinin xüsusilə zərərli və xüsusi ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12.01.2007-ci il tarixli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. 01.01.2006-cı il tarixə qədər qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü məddəsinin «a» və «b» bəndlərinə əsasən axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; qadınlar - 45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa. b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçiləristehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər - 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. Göründüyü kimi, iddiaçı onun 01.01.2006-cı il tarixə qədər 25 ildən artıq ümumi, 12 il 6 aydan artıq xüsusi stajının tamam olmasına və onun güzəştli şərtlərlə 57 yaşdan əmək pensiyasına çıxmaq hüququnun olduğuna istinad etdiyi üçün əvvəlcə onun “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinin tətbiqi ilə bağlı pensiya hüququnun mümkünlüyü məsələsi yoxlanılmalıdır. Həmin Qanunun 9.8-ci maddəsinin tələbinə görə hüquq münasibətlərinə tətbiq edilməli olan «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin «b» bəndinə əsasən iddiaçının 01.01.2006-cı il tarixə qədər 25 ildən az olmayan ümumi, 12 il 6 aydan az olmayan xüsusi stajının mövcud olub-olmaması yoxlanılmalıdır. Hazırki işdə iddiaçı iddiasının əsası kimi istinad etdiyi hallarla bağlı məhkəməyə hərbi biletini, təhsili barədə sənədi (diplomu), əmək kitabçasını və güzəştli iş stajına dair arayışları təqdim etmişdir. İddiaçıya məxsus diplomun və hərbi biletin surətindən görünür ki, o, 01.09.1977-ci il tarixdən 19.07.1980-ci il tarixədək (2 il 1 ay 18 gün) 108 nömrəli texniki peşə məktəbində təhsil almış, 03.10.1980-ci il tarixdən 10.11.1982-ci il tarixədək (2 il 1 ay 7 gün) həqiqi hərbi xidmətdə olmuşdur. Həmin dövrdə qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin “v” bəndinə əsasən hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti iş stajına daxil edilən əmək fəaliyyətinin növlərinə daxildir. Həmin Qanunun 67-ci maddəsinin üçüncü bəndinin “ğ” yarımbəndinə əsasən ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti işçinin iş stajına daxil edilir. “Əmək pensiyaları haqqında” Qanun qüvvəyə mindikdən sonra əldə edilən sosial sığorta stajı müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödənildikdə və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusuna əsasən əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınır. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun qüvvədə olduğu dövrdə sığortaolunanların sığorta stajını əhatə etdiyi dövr onun ümumi iş stajı ilə müəyyən edilir. Nəzərə alınmalıdır ki, hazırki iş üzrə cavabdeh inzibati orqan tərəfindən iddiaçının xüsusi stajı ilə yanaşı, onun həm də ümumi iş stajının 25 il olması mübahisələndirilir. Əvvəla qeyd olunmalıdır ki, iddiaçının iddia ərizəsindəki tələblərdən biri- 23.12.1982-ci il tarixdən 28.10.1983-cü il tarixədək olan dövrün stajına daxil edilməsi barədədir, iddiaçı bu staja malik olması ilə bağlı hər hansı sənədi məhkəməyə təqdim etməmiş, həmin dövrlə bağlı əmək kitabçasında yalnız təhsil alması barədə qeyd vardır. Həmin dövrdə təhsil alması barədə sənədin təqdim edilməməsi isə qeyd olunan müddətin onun stajına daxil edilməsini mümkünsüz edir. Həmçinin iddiaçı tələbində onun fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu dövrün də iş stajına daxil edilməsini tələb etmiş, lakin həmin dövrlə bağlı yalnız ********** saylı VÖEN qeydiyyatlı sahibkarlıq fəaliyyətinə dair şəhadətnamənin surətini təqdim etmişdir ki, həmin şəhadətnamədən də onun məhz hansı dövrdə sahibkarlıq fəaliyyəti göstərməsini müəyyən etmək mümkün olmamış, bu barədə tələbi də dövr göstərilmədiyindən qeyrimüəyyən olduğu üçün onun stajına daxil edilməsi qeyri-mümkündür. Bununla yanaşı, iddiaçıya məxsus əmək kitabçasından görünür ki, iddiaçı əmək fəaliyyətinə 1984-cü ildə başlamış və müxtəlif peşələrdə işləmişdir. Onun iş stajı 29.04.1984-cü il tarixdən 26.03.1993-cü il tarixədək 8 il 10 ay 27 gün, 26.03.1993-cü il tarixdən 24.04.1997-ci il tarixədək 4 il 28 gün, 24.04.1997-ci il tarixdən 31.03.2000-ci il tarixədək 2 il 11 ay 7 gün, 05.07.2001-ci il tarixdən 01.01.2006-cı il tarixədək 4 il 5 ay 25 gün olmaqla, həmçinin 01.09.1977-ci il tarixdən 19.07.1980-ci il tarixədək (2 il 1 ay 18 gün) təhsil aldığı və 03.10.1980-ci il tarixdən 10.11.1982-ci il tarixədək (2 il 1 ay 7 gün) hərbi xidmət dövrü də nəzərə alınmaqla, ümumilikdə 25 il 4 ay 25 gün təşkil edir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddiaçının 57 yaşdan güzəştli şərtlərlə yaşa görə pensiyaya çıxması üçün cavabdehin mübahisələndirdiyi ümumi staj (25 il) ilə bağlı tələb tam olaraq ödənilir. İşin digər mübahisəli halı ondan ibarətdir ki, iddiaçının güzəştli iş stajı kifayət qədər deyil (12 il 6 aydan az olması), eyni zamanda iddiaçının işlədiyi peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq edilmiş siyahıda nəzərdə tutulmamışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na 2 nömrəli əlavə olan “Əmək pensiyasının təyin olunması üçün zəruri sənədlərin Siyahısı”nın 2.4-cü bəndinə əsasən Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı. Qeyd olunmalıdır ki, qanunvericilikdə işçinin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerindən arayışın tələb olunması məhz ona dəlalət edir ki, işçinin əmək funksiyasını, yəni işçinin yetirməli olduğu müvafiq işi və ya göstərməli olduğu xidməti (güzəştli olub-olmamasını) işəgötürən müəyyən edir. İddiaçının təqdim etdiyi xüsusi stajla bağlı güzəştli arayışları cavabdeh tərəfindən qəbul edilməyib, apellyasiya baxışı zamanı bu hal mübahisələndirildiyi üçün məhkəmə kollegiyası tərəfindən X2 29.04.1984-cü il tarixdən 24.04.1997-ci il tarixədək işlədiyi X8 X3 İdarəsinin fəaliyyət istiqamətləri, iddiaçının çalışdığı sahənin “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” 2 №-li Siyahısında nəzərdə tutulan hansı sahəyə uyğun olub-olmaması, onun işlədiyi quraşdırıcı-çilingər peşəsinin funksiyalarının adıçəkilən Siyahıda nəzərdə tutulan hansı peşənin funksiyaları ilə eynilik təşkil edib-etməməsi, həmçinin quraşdırıcı-çilingər peşəsinin vəzifə təlimatı üzrə gördüyü işlər, həmin işlərin zərərli sahəyə aid olub-olmaması barədə təfərrüatlı arayışın məhkəməyə təqdim edilməsi ilə bağlı Azərbaycan Respublikası "xxxx" ASC-yə (iddiaçının işlədiyi müəssisənin adı sonradan dəyişdirilmişdir) sorğu göndərilmiş və həmin sorğunun ASC-yə çatdırılıb ona cavab məktubunun məhkəməyə verilməsi iddiaçıya həvalə edilmişdir. Lakin apellyasiya baxışı zamanı İddiaçı sorğunun ünvanlandığı Azərbaycan Respublikası "xxxx" ASC-yə yeni rəhbərin təyin edildiyini, məhkəmə sorğusu həmin şəxsə təqdim olunan zaman onun tərəfindən sorğuya cavab verilməsindən imtina edildiyini bildirmişdir. Bununla bağlı məhkəmə kollegiyası iddiaçının işlədiyi peşələrin zərərli peşələrə aid olması ilə bağlı təqdim etdiyi arayışlar və işin birinci instansiya məhkəməsinin icraatında olarkən alınan güzəştli iş stajı ilə bağlı arayışlar əsasında araşdırma apararaq aşağıdakıların qeyd olunmasını zəruri hesab edir. İddiaçının ona güzəştli şərtlərlə yaşa görə pensiyaya çıxmaq büququ verən zərərli peşədə çalışdığını iddia etdiyi dövrlər araşdırılarkən müəyyən olunur ki, o, 29.04.1984-cü ildən 26.03.1993-cü il tarixədək və 26.03.1993-cü ildən 24.04.1997-ci il tarixədək quraşdırıcı çilingər, 24.04.1997-ci ildən 31.03.2000-ci il tarixədək və 05.07.2001-ci ildən 01.01.2006-cı il tarixədək elektrik qaynaqçısı peşələrində çalışmışdır. İddiaçıya məxsus əmək kitabçasında da onun 29.04.1984-cü ildən 26.03.1993-cü il tarixədək və 26.03.1993cü ildən 24.04.1997-ci il tarixədək quraşdırıcı çilingər peşəsində işlədiyi qeyd olunmuşdur. Lakin işdə olan Azərbaycan Respublikası "xxxx" ASC tərəfindən (müəssisənin əvvəlki rəhbəri tərəfindən) verilmiş 05.10.2019-cu il tarixli (i.v.16) güzəştli arayışda onun 29.04.1984-cü ildən 26.03.1993-cü il tarixədək və 26.03.1993-cü ildən 24.04.1997-ci il tarixədək quraşdırıcı çilingər, qazla kəsici işlədiyi və bu peşənin Nazirlər Kabinetinin 12 saylı 23.01.2007-ci il tarixli Qərarı ilə təsdiq olunmuş müvafiq Siyahının 24-cü fəslində olan “Elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatı” “a” fəhlələr peşəsinə aid olduğu, 24.02.2021-ci il tarixli (i.v. 54) güzəştli arayışda isə onun 29.04.1984-cü ildən 26.03.1993-cü il tarixədək və 26.03.1993-cü ildən 24.04.1997-ci il tarixədək quraşdırıcı çilingər işlədiyi və bu peşənin Nazirlər Kabinetinin 320 saylı 21.06.1993-cü il tarixli Qərarı ilə təsdiq olunmuş müvafiq Siyahının XXXİİİ bölməsində “Ümumi peşələr”ə aid olduğu göstərilmişdir. Bu barədə məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı onun əmək kitabçasında və işlədiyi müəssisə tərəfindən verilmiş 24.02.2021-ci il tarixli güzəştli arayışda qeyd olunduğu kimi, 29.04.1984-cü ildən 26.03.1993-cü il tarixədək və 26.03.1993-cü ildən 24.04.1997-ci il tarixədək “quraşdırıcı çilingər” peşəsində işləmişdir ki, həmin peşə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 saylı qərarı ilə təsdiq edilmiş «Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 №-li Siyahısı»nda nəzərdə tutulmamışdır. O ki qaldı həmin dövrlə bağlı müəssisənin daha öncə verdiyi 05.10.2019-cu il tarixli (i.v.16) güzəştli arayışda iddiaçının 29.04.1984-cü ildən 26.03.1993-cü il tarixədək və 26.03.1993-cü ildən 24.04.1997-ci il tarixədək “quraşdırıcı çilingər”, “qazla kəsici” işlədiyinin qeyd olunmasına, Kollegiya hesab edir ki, iddiaçının həmin dövrdə “qazla kəsici” deyil, məhz “quraşdırıcı çilingər” peşəsində işlədiyi iş materialları ilə təsdiq olunur, odur ki, onun “qazla kəsici” peşəsində işləmədiyi, bu barədə nə əmək kitabçasında qeydin olmaması, nə də müəssisə tərəfindən sonuncu dəfə verilmiş 24.02.2021-ci il tarixli güzəştli arayışda məlumatın qeyd olunmaması səbəbindən həmin dövrün onun xüsusi stajı kimi nəzərə alınması mümkün deyildir. Güzəştli iş stajı kimi nəzərə alınmasına istinad olunan digər dövr- iddiaçının 24.04.1997-31.03.2000 (2 il 11 ay 7 gün) və 05.07.2001-03.02.2014 (01.01.2006-cı ilədək olan dövr üzrə 4 il 5 ay 25 gün) illər ərzində işlədiyi “elektrik qaynaqçısı” peşəsidir ki, həmin peşə güzəştli arayışlara əsasən zərərli peşə olsa belə, iddiaçının bu peşədə qanunla tələb olunan 12 il 6 aydan az iş stajının olduğu müəyyən olunur. Göründüyü kimi, iddiaçıya əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi üçün onun Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 saylı qərarı ilə təsdiq edilmiş «Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 №-li Siyahısı»nda nəzərdə tutulan peşələrdə işləyib, xüsusi stajının 12 il 6 ay olması şərti ödənilmir. Belə olan halda məhkəmə kollegiyası hazırki iş üzrə iddiaçının hüquqi marağının güzəştli şərtlərlə yaşa görə ona əmək pensiyasının təyin edilməsinə yönəldiyini nəzərə alaraq hesab edir ki, onun 23.12.1982-ci il tarixdən 28.10.1983-cü il tarixədək, 29.04.1984cü il tarixdən hal-hazıradək davam edən əmək stajının, 01.09.1977-ci il tarixdən 19.07.1980-ci il tarixədək təhsil aldığı, 24.10.1980- ci il tarixdən 10.11.1982-ci il tarixədək həqiqi hərbi xidmətdə olduğu, fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu dövrlərin iş stajına daxil edilməklə, pensiya hüququnun yarandığı 16.08.2019-cu il tarixdən güzəştli şərtlərlə əmək pensiyasına çıxarılması, pensiyanın hüququ yarandığı gündən hesablanması barədə tələbləri əsassız olduğu üçün həmin tələblərinin təmin edilməməsi ilə bağlı birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. İddiaçının “pensiya məbləğinin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə tələbinə gəldikdə isə Kollegiya bu tələbin əsas iddia tələblərinə əlavə tələb olduğunu və əsas tələbin təmin olunmadığını nəzərə alaraq hesab edir ki, həmin tələb də düzgün olaraq təmin edilməmişdir. İddiaçının apellyasiya şikayətinin dəlillərinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, həmin dəlillərin bir qismi formal mülahizə xarakterli olub, iş materialları və qanunvericiliklə təkzib edildiyindən, kifayət qədər əsaslandırılmadığından, bir qismi isə bu qərarın əsaslandırıcı hissəsində göstərilənlərlə bağlı əsassızdır, buna görə də təmin edilməməlidir. Bununla da məhkəmə kollegiyası hesab edir ki, iddiaçının 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmadığı üçün birinci instansiya məhkəməsinin iddia tələbinin təmin edilməməsi barədə gəldiyi nəticə maddi hüquq normalarının tətbiqi baxımından qanuni, işin faktiki halları baxımından əsaslı olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1160/2021 saylı 20 aprel 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı X6 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1160/2021 saylı 20 aprel 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Mirzə Tağızadə Aytən Oruczadə
Məhkəmə qərarları › İş №2-1(103)-189/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-189/2022
21.01.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver