Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1890/2021 13.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası Sədrlik edən və məruzəçi-hakim Bəktaşi Səadət İnayət qızı, hakimlər Hüseynov Azər Soltanhəmid oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı müharibə veteranı adının və vəsiqəsinin verilməsi tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2- N(NN2)-530/202N saylı 09 mart 202N-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə N0-N3 avqust 202N-ci il tarixlərdə Bakı Apelyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, ona müharibə veteranı adının verilməsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində qeyd etmişlər ki, o, xx.xx.N970-ci il tarixdə Goranboy rayonunda anadan olmuşdur. N2-ci ildə məlum hadisələrlə əlaqədar könüllü olaraq hərbi xidmətə getmişdir. O, Goranboy ƏÖMB-da və N saylı hərbi hissənin tərkibində əsgər kimi xidmət etmişdir. Xidmətdə olarkən Gülüstan, Ağdərə, Dranbon və başqa ərazilər uğrunda gedən döyüşlərdə fəal iştirak etmişdir. Bu barədə hərbi biletində də qeyd aparılmışdır. Sonradan N saylı hərbi hissə N saylı hərbi hissənin tərkibinə daxil edilmişdir. Lakın o, könüllü xidmət etdiyindən N saylı hərbi hissədən evə buraxılmış, yəni N saylı hərbi hissənin tərkibində xidmət etməmişdir. Həqiqətən həmin dövrdə onun qeyd etdiyi hərbi hissələrdə xidmət etdiyi Azərbaycan Respublikası Müdafiə Nazildiyinin İşlər İdarəsinin Mərkəzi Arxivi tərəfindən təqdim olunmuş arayışla təsdiq olunur. Goranboy ƏÖMB-da xidmət zamanı ona həmin batalyonun şəxsi heyətinin üzvü olması barədə vəsiqə verilmişdir. 02.06.N8-ci il tarixdə ona Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyinin üzvü olması barədə vəsiqə verilmişdir, həmin vəsiqə hazırda qüvvədən düşmüşdür. Ona müharibə veteranı adının verilməsi ilə əlaqədar Azərbaycan Respublikası Müdafiə Nazirliyinə müraciət etmişdir. Lakın xahişi təmin olunmamışdır. Bu səbəbdən məhkəməyə müraciət etməli olmuşdur. Sonda iddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-N(NN2)-530/202N saylı 09 mart 202N-ci il tarixli qərarı ilə iddia qismən təmin edilərək, İddiaçı müharibə veteranı adının və vəsiqəsinin verilməsi məsələsinə yenidən baxılması öhdəliyi cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulması qərara alınmışdır. (hakim: P.Hüseynov) Həmin qərardan cavabdeh apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və inzibati iş materiallarının iddia tələbinin araşdırılması və mahiyyəti üzrə qərar qəbul edilməsi üçün Bakı inzibati Məhkəməsinə göndərilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. Cavabdeh apelyasiya şikayətində qeyd etmişdir ki, Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə Komissiyası iddiaçının ‘‘Müharibə veteranı" adı və vəsiqəsinin verilməsinə dair ərizəsi və müvafiq sənədləri araşdıraraq NN yanvar 20N9-cu il tarixli qərarı ilə iddiaçının 3N avqust N2-ci il tarixdən N2 avqust N3-cü il tarixədək Goranboy ƏÖMB-da xidməti və N nömrəli hərbi hissəyə keçirilməsi, N nömrəli hərbi hissədə xidməti və N nömrəli hərbi hissədən qanuni əsaslarla ehtiyata buraxılması barədə məlumat olmadığından iddiaçıya ‘'Müharibə veteranı’’ adı və vəsiqəsinin verilməsindən imtina etmişdir. Belə ki, iş materiallarında olan Müdafiə Nazirliyi Mərkəzi Arxivinin N7 sentyabr 20N8-ci il tarixli arxiv arayışında N nömrəli hərbi hissə komandirinin N iyul N2-ci il tarixdən 28 fevral N3-cü il tarixədək olan nizami hissə üzrə əmrlərində İddiaçı xidməti barədə məlumat aşkar edilmədiyi bildirilmişdir. Həmçinin, surəti şikayətə əlavə edilən Müdafiə Nazirliyi Mərkəzi Arxivinin 25 may 202N-ci il tarixli arayışında da, həmçinin, N nömrəli hərbi hissə komandirinin N iyul N2-ci il tarixdən 28 fevral N3-cü il tarixədək olan nizami hissə üzrə əmrlərində N nömrəli hərbi hissə komandirinin iyul-dekabr N4-cü il tarixli nizami hissə üzrə əmrlərində iddiaçının xidməti barədə məlumat aşkar edilmədiyi qeyd edilmişdir. Məhkəmə qərarının əsaslanıdırıcı hissəsində məhkəmənin iddia tələbinin qismən təmin etməsini əsası olaraq iddiaçının hərbi biletində onun döyüşlərdə iştirak etməsinə dair qeydlərin, həmçinin, SHXÇDX-nin Bakı şəhəri Xəzər Rayon idarəsinin 26 dekabr 20N8-ci il tarixli arayışına əsasən iddiaçının N8 mart N2-ci il tarixdən 06 mart N3-cü il tarixədək xidmətdə olması və döyüşlərdə iştirak etməsinin Komissiya tərəfindən qərar qəbul edilərkən nəzərə alınmadığı qeyd edilmişdir. Bununla əlaqədar qeyd etmək zəruridir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22.09.N5-ci il tarixli 2N6 №-li Qərarı ilə təsdiq edilmiş ‘'Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin N-ci bəndinə əsasən hərbi biletdə olan qeydlər hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda şəxsə "Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi üçün əsas verdiyindən, iddiaçının sonrakı xidməti və qanuni əsaslarla ehtiyata buraxılması arxivdə olan nizami hissə üzrə əmrlərlə təsdiq edilmədiyindən Komissiya tərəfindən əsaslı olaraq ‘‘Müharibə veteranı” adı və vəsiqəsinin verilməsindən imtina edilməsinə dair qərar qəbul edilmişdir. Bununla da cavabdeh inzibati orqan tərəfindən hər hansı hərəkətsizlik edilməmiş, iddiaçının müraciəti araşdırılmış, müvafiq sənədlər əsasında qərar qəbul edilərək iddiaçıya məlumat verilmişdir. Digər tərəfdən iddiaçının tələbi ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi olduğu halda, məhkəmə iddia tələbindən kənara çıxaraq, qərarın nəticə hissəsində iddia tələbini qismən təmin edilmə olaraq formulə etməsi və iddiaçının müraciətinə yenidən baxılması vəzifəsinin cavabdehin üzərinə qoyulması prosessual cəhətdən əsaslı hesab edilə bilməz. İşə apelyasiya qaydasında baxılarkən cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmaqla çağırılmasına baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş, bu səbəbdən məhkəmə kollegiyası İPM-nin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apelyasiya baxışı zamanı İddiaçı apelyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası iddiaçının izahatını dinləyərək, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli və iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İşdən görünür ki, İddiaçı ona müharibə veteranı adının verilməsinin cavabdehə həvalə edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin etmiş və qeyd etmişdir ki, cavabdeh tərəfindən inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki hallar tam və hərtərəfli araşdırılmamışdır. Bu baxımdan məhkəmə hesab etmişdir ki, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki hallar tam və hərtərəfli araşdırılmaqla iddiaçıya müharibə veteranı adının və vəsiqəsinin verilməsi məsələsinə cavabdeh inzibati orqan tərəfindən yenidən baxılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün hüquqi nəticəyə gəlməmişdir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Xəzər Rayon İdarəsi tərəfindən İddiaçı ünvanlanmış N3.0N.2020-ci il tarixli 56 saylı məktubda qeyd olunur: Sizin N3.0N.2020-ci il tarixli ərizənizə əsasən “Müharibə Veteranı" adının və müvafiq vəsiqənin verilməsinə dair toplanmış sənədlər 28.N2.20N8-ci il tarixli N6N4 №-li məktubla Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Aparatının nəzdində fəaliyyət göstərən “Veteran adlarının və vəsiqələrinin verilməsi üzrə komissiya”ya göndərilmişdir. Həmin komissiyadan daxil olmuş N4.0N.20N9-cu il tarixli N/7N-4NN №-li cavab məktubu ilə Sizin barənizdə müsbət qərar qəbul edilmədiyindən təqdim olunan sənədləriniz geri qaytarılmışdır. Məktubda qeyd olunur ki, 3N.08.N2-ci il tarixdən N2.08.N3-cü il tarixədək Goranboy ƏÖMB-da hərbi xidməti və N №-li hərbi hissəyə keçirilməsi, N №-li hərbi hissədə xidməti və N №-li hərbi hissədən qanuni əsaslarla ehtiyata buraxılması barədə məlumat olmadığından vətəndaş İddiaçı “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi məqsədə uyğun deyildir. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi İşlər İdarəsi Mərkəzi Arxivinin N7.09.20N8-ci il tarixli 9/2-N39N6 nömrəli arxiv arayışından görünür ki, Goranboy ƏÖMB komandirinin 0N aprel N2-ci il tarixli N №-li əmrilə (əsas: §-N,səh-9; qeyd: hərbi rütbəsi “çavuş” qeyd olunmuşdur) çavuş İddiaçı rabitə şöbəsində radiotelefonçu vəzifəsinə təyin olunmuşdur. Goranboy ƏÖMB komandirinin 3N avqust N2-ci il tarixli 8 №-li əmrilə (əsas: §- N,səh-42) 2-ci motoatıcı taburun tuşlayıcı operatoru sıravi İddiaçı avqust ayı üçün əmək haqqı alması barədə məlumat vardır. N nömrəli hərbi hissə komandirinin N2 avqust N3-cü il tarixli 2 №-li əmrilə (əsas: §-N ,səh-25,sıra-65N) N969-cu il təvəllüdlü, sıravi İddiaçı şəxsi heyətin siyahısına və bütün növ təminatlara daxil edilərək mühəndis istehkam bölüyünün baş mexaniki-sürücü vəzifəsinə təyin olunmuşdur. N nömrəli hərbi hissə komandirinin 0N oktyabr N3-cü il tarixli 29 №-li əmrilə (əsas: §-N ,səh-N08,sıra-4N) N969cu il təvəllüdlü sıravi İddiaçı sürücü vəzifəsinə təyin olunmuşdur. Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmuş N nömrəli hərbi hissə komandirinin 23.07.N2-ci il tarixdən 28.02.N3-cü il tarixədək olan nizami hissə üzrə əmrlərində İddiaçı xidməti barədə məlumat aşkar olunmamışdır. İş materiallarında olan iddiaçıya məxsus NZ serialı ******* nömrəli hərbi biletin surətindən görünür ki, hərbi biletin N8-ci bölməsində (hərbi əməliyyatlar və s.) aparılmış qeydə əsasən İddiaçı 0N.03.N2-ci ildən 06.09.N3-cü ilədək Gülüstan, Ağdərə, Dranbon uğrunda gedən döyüşlərdə iştirak etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 04.06.2020-ci il tarixdə məhkəməyə təqdim edilmiş Tələbnamədən görünür ki, İddiaçı əvvəllər məhkum olunmasına dair Azərbaycan Respublikası DİN BƏSİİ Əməliyyat sorğu kartotekasında heç bir məlumat yoxdur. İş materiallarında olan Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Xəzər rayon İdarəsinin 26.N2.20N8-ci il tarixli N6N saylı arayışının surətindən görünür ki, İddiaçı həqiqətən 0N.N2.N988-ci il tarixdən N7.NN.N0-cı il tarixədək Sovet Ordusu sıralarında, N8.03.N2-ci ildən 06.03.N3-cü ilədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində hərbi xidmətdə olmuşdur və döyüşlərdə iştirak etmişdir. 0N.N0.20N8-ci il tarixdən SHXÇDX-nin Xəzər rayon idarəsində hərbi qeydiyyatdadir İş materiallarına əlavə edilmiş Müdafiə Nazirliyi Mərkəzi Arxivinin 25 may 202N-ci il tarixli 9/2-4073 nömrəli məktubundan görünür ki, Müdafiə Nazirliyi Mərkəzi Arxivinə daxil olmuş N nömrəli hərbi hissə komandirinin 23.07.N2-ci il tarixdən 28.02.N3-cü il tarixədək olan nizami hissə üzrə əmrlərində N nömrəli hərbi hissə komandirinin iyul-dekabr N4-cü il tarixli nizami hissə üzrə əmrlərində iddiaçının xidməti barədə məlumat aşkar olunmamışdır. Birinci instansiya məhkəməsi iddianı qismən təmin edərək iddiaçının müraciətinə yenidən baxılması vəzifəsinin cavabdehin üzərinə qoyulması qərarına gəlmişdir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarından göründüyü kimi cavabdeh inzibati orqan tərəfindən iddiaçının müraciəti kifayət qədər araşdırılmış və hər hansı hərəkətsizlik edilməmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının müraciətinə yenidən baxılması vəzifəsinin cavabdehin üzərinə qoyulması ilə bağlı düzgün nəticəyə gəlməmişdir. Digər tərəfdən məhkəmə kollegiyası iddiaçının tələbi ilə bağlı aşağıdakıları qeyd edir. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin 2-ci abzasının tələblərinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Bu müddəa Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın N-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir Həmin qanunun 7-ci maddəsinə əsasən, müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir... Veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin N5-ci il 22 sentyabr tarixli 2N6 nömrəli qərarı ilə təsdiq edilmiş Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnaməyə əsasən NN-ci il oktyabrın 9dan N4-cü il mayın N0-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının yerinə yetirilməsi üçün ezam olunmuş hərbi qulluqçulara N0 may N4-cü il tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən bilavasitə döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara-müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Dövlət Sərhəd Xidməti və hərbi hissələr, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Həmin Əsasnamənin N-ci bəndinin NN-ci yarımbəndinə uyğun olaraq, “Müharibə veteranı” adı və müvafiq veteran vəsiqəsi Azərbaycan Respublikasının Müdafiə Nazirliyi...tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir...”. Qanunvericiliyin yuxarıda sadalanmış tələblərinə görə müharibə veteranı adı döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə verilir. Bu mənada, iddiaçının qanunla müəyyən edilmiş qaydada tərxis olunmaması onun “döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxs” statusunu əldə etməməsinə səbəb olur. Başqa sözlə, şəxsin hərbi hissəyə daxil olması kifayət etmir, hərbi xidmətdən qanuni əsaslarla ehtiyata buraxılması (tərxis olunması) da baş verməlidir. Hazırki işdə də iş materiallarında olan sənədlərdə iddiaçının N nömrəli hərbi hissənin şəxsi heyətin siyahısına və bütün növ təminatlara daxil edilməsi öz əksini tapsa da, onun qanuni əsaslarla hərbi hissədən ehtiyata buraxılması (tərxis olunması) hər hansı bir mötəbər sübutla təsdiq olunmur. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən düzgün olaraq İddiaçı hərbi xidmətdən qanuni əsaslarla ehtiyata buraxılmasını təsdiq edən müvafiq sənəd olmadığından ona “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsinin məqsədəuyğun olmaması əsası ilə iddiaçının müraciətinin təmin olunmasından imtina edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə görə inzibati məhkəmə icraatı qaydasında inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) baxılır. Həmin Məcəllənin N2.N-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatlarını, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən hazırkı işə baxılarkən iş üzrə müəyyən edilmiş hallara maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmamış, qərarın ləğvi üçün əsas olan qanun pozuntularına yol verilmişdir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Azərbaycan Respublikası İPM-nin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, cavabdehin apelyasiya şikayətində göstərdiyi dəlilləri əsaslı olduğundan qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməklə, iş üzrə yeni qərar qəbul edilməli və iddia tələbi təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 69, 87.6, 89 və 94.N-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin apelyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-N(NN2)-530/202N saylı 09 mart 202N-ci il tarixli qərarı ləğv edilsin, iş üzrə yeni qərar çıxarılsın. İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı müharibə veteranı adının və vəsiqəsinin verilməsi tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qüvvəyə minir. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən N (bir) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə ondan Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-1890/2021
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1890/2021
13.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver