Məhkəmə qərarları › İş №2-1(103)-1890/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1890/2022

29.07.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1890/2022 29.07.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Hüseynov Azər Soltanhəmid oğlunun sədrliyi və məruzəsilə, Bəktaşi Səadət İnayət qızı və Abbasov Mirzəli Əbdüləli oğlundan ibarət tərkibdə Aslanova Gülnar Faiq qızının katibliyi ilə, iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı2 vəkili X11 iştirakları ilə, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı 3-cü şəxslər X9 və X12 işə cəlb edilməklə sərəncamın ləğv edilməsi tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-720/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadından iddiaçılar tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi,540-cı məhəllə) şifahi məhkəmə baxışı qaydasında məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı 3-cü şəxslər X9 və X12 işə cəlb edilməklə X7 adına 11/145 inventar nömrəli, xx.xx.2008-ci il tarixli texniki pasportun Bakı şəhəri Cavabdeh başçısının 388/5 nömrəli, xx.xx.2004-cü il tarixli sərəncamının ləğv edilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-720/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə iddia mümükün sayılmamışdır. Qərardaddan narazı qalan iddiaçılar apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin 2-1(112)-720/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadının ləğv edilməsini, iddia tələbinin mümkün sayılması ilə bağlı qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddianın dəlillərinə uyğun əsaslandırılmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı2 vəkili X19 şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qəraradının ləğv edilməsini məhkəmədən xahiş etmişdirlər. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdeh və 3-cü şəxslər lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdirlər və gəlməmə səbəbləri barədə heç bir məlumat verməmişdirlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan cavabdeh və 3-cü şəxslərin (nümayəndəsinin) iştirakları olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə hərtərəfli araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-720/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Belə ki, nzibati Prosessual Məcəllənin 38.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Həmin Məcəllənin 38.3-cü maddəsinə görə inzibati aktla (inzibati aktın qəbul edilməsindən imtina ilə) bağlı şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.1-ci və ya 73.2-ci maddələrində nəzərdə tutulmuş müddətlərdə müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma verildiyi halda bu Məcəllənin 38.1-ci və 38.2-ci maddələrində nəzərdə tutulmuş iddia müddətlərinin axımı aşağıdakı vaxtadək dayandırılır: -38.3.1. müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun şikayət üzrə qəbul etdiyi qərardan (verdiyi yazılı cavabdan) şikayət verilməsi üçün “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.1-ci və ya 73.2-ci maddələrində nəzərdə tutulmuş müddətlər bitənədək (müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma şikayət verilmədiyi halda); -38.3.2. müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun qərarından (yazılı cavabından) müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma şikayət verildiyi halda isə həmin qurumun şikayət üzrə qəbul etdiyi qərar (verdiyi yazılı cavabı) şikayətçiyə təqdim edilənədək. Mübahisələndirmə haqqında iddiaya münasibətdə xüsusi mümkünlük şərti iddia müddətinə riayət edilməsidir. Hazırkı iş üzrə iddia ərizəsi və işin hallarından müəyyən edilir ki, iddiaçılar mübahisəli sərəncam barədə məlumatı “Pro Bono” vəkil bürosunun müraciəti əsasında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Ərazi İdarəsi tərəfindən verilmiş **********03 nömrəli, xx.xx.2021-ci il tarixli cavab məktubundan əldə etmişlər və xx.xx.2021-ci il tarixdə isə məhkəməyə müvafiq iddia ərizəsi ilə müraciət etmişlər. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, iddiaçılar 30 günlük iddia müddətini ötürməmişlər. Lakin, iddiaçıların hazırki iddia tələbini qaldırmaqda subyektiv hüquqları olmamışdır. Belə ki, iddiaçılar mübahisəli sərəncamla X7 adına sənədləşdirilmiş ünvan 1 ünvanda yerləşən qarajın İddiaçı1 atası X2 adına tərtib edilmiş 1964-cü il tarixli “Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid” texniki pasportda evlərinə bitişik şəkildə əks olunmasına, bununla da, həmin qarajın onlara məxsus olmasına istinad etsələr də, iş materiallarına əlavə olunmuş notarius tərəfindən təsdiq edilmiş 20 avqust 1985-ci il tarixli Vəsiyyətnamə və Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 sentyabr 1994-cü il tarixli qərarından müəyyən edilmişdir ki, vəsiyyətnaməyə əsasən fiziki şəxs X8 Bakı şəhəri, Nəsimi rayonu, Ağadadaş Qurbanov küçəsi 44 saylı fərdi yaşayış evinin sahibi dünyasını dəyişdikdən sonra öz əmlakın X3 miras qoymuşdur. Birgə iddiaçılar X5, X1, X6 Ənvər Ağami oğlu cavabdeh X4 qarşı miras şərikləriyi tanıması və onlara çatası əmlak hissəsinə ayrılmasına dair Məhkəməyə müraciət etmişlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 sentyabr 1994-cü il tarixli Qərarından “əsaslandırıcı” hissəsinin 10-cü səhfəsinin 4-cü abzasında qeyd olunmuşdur ki, «далее, из материалов судебного заседания усматривается, что гараж также был построен после 1964 года, вне границ спорного домавладения родственником Мирзоева Аслана Гусеинали оглы - Мирзоевым Рамизом, инвалидом İİİ группы от рождения для своей автомашины, полученной по льготам для инвалидов»- “daha sonra məhkəmə iclasının materiallardan görünür ki, X2 yaxın qohumu olan anadangəlmə lll-cü qrup əlil Ramiz Mirzəyev 1964-cü ildən sonra sözügedən mübahisəli fərdi yaşayış evinin hüdudlarından kənarda ona imtiyazlı qaydada verilmiş avtomobilini saxlamaq məqsədilə həmin qarajı tiktirmişdir.” Qərarın 10-cü səhfəsinin 8-10cü abzaslarında qeyd olunmuşdur ki, «Судебная коллегия принимает во внимание то обстоятельство, что Ахмедов Г.( Ахмедов Гаджи Хасмамед оглы) был пожилым человеком, не имел автомашины и не нуждался в строительстве гаража. При таком положении право собственности на гараж, как на зарегистрированное домовладения, должно принадлежать тому лицу, которое егопостроил. Судебная коллегия считает необходимым разъяснить право этого лица на обращение в суд в общеисковом порядке.» - “Məhkəmə kollegiyası bu halı da nəzərə alır ki, Q.Əhmədov (X8) yaşlı adam olub, avtomobili olmayıb və ona qaraj tikməyə ehtiyacı olmayıb. Belə olan halda, dövlət qeydiyyatdan keçmiş fərdi yaşayış evinə mülkiyyət hüququ kimi sözügedən qaraja da, mülkiyyət hüququ onu tikən şəxsə məxsus olmalıdır. Məhkəmə kollegiyası zəruri hesab edir ki, həmin şəxsə bu məsələ ilə bağlı ümumi mülki qaydada məhkəməyə müraciət etmək hüququ izah edilməlidir”. Qərarın nəticə hissəsində 12-ci səhfəsinin 5-ci abzasında məhkəmə belə nəticəyə gəlmişdir ki, «Судебная коллегия решила: ... исключить из наследственной массы гараж, разъяснив право лицам, построевших это помещение, обращение в суд с иском о признании собственности на него.» - “Məhkəmə kollegiyası qərara aldı: ...qaraj ümumi əmlak siyahısından çıxarılsın və bu sahəni tikən şəxslərə həmin sahəsinin mülkiyyət hüququnun alınmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququnun olması izah edilsin.” Göründüyü kimi, mübahisəli qaraj İİİ qrup əlil olmuş Ramiz Mirzəyev tərəfindən 1964-cü ildən sonra mübahisəli fərdi yaşayış evinin hüdudlarından kənarda ona imtiyazlı qaydada verilmiş avtomobilini saxlamaq məqsədilə tikilmiş, həmin qaraj vərəsəlik mübahisəsinin predmeti olan ümumi əmlak siyahısından çıxarılmış, həmin qaraja dair mülkiyyət hüququnun qarajı tikən şəxsə məxsus olmasına dair mülki qaydada məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur. Hazırki iddiaçılar İddiaçı1 və İddiaçı2 xx.xx.2020-ci il tarixdə vəfat etmiş X2 vərəsələridir. Qaraj isə X2 mülkiyyətində olmamışdır. Məhkəmə kollegiyası bildirir ki, göstərilən hal ona əsas verir ki, X2 mülkiyyətində olmamış qaraja görə iddiaçıların hazırki iddia tələbini irəli sürməyə subyektiv hüquqları olmamışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 30 iyul 2008-ci il tarixli qərarına əsasən, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. Maddənin tələblərindən göründüyü kimi iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. İddianın mümkünlüyü baxımındanhüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. Beləliklə, kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq iddianın mümkün sayılmaması qərarına gəlmişdir. Ona görə də şikayət təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35, 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş şikayət təmin olunmasın. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-720/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar