Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1891/2021 04.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Həmidov Həmid Üzeyir oğlu (sədrlik edən və məruzəçi), Nağıyeva Elmira Eyvaz qızı və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X24 qızının katibliyi ilə, İddiaçı-nin nümayəndəsi X3, Cavabdeh Bakı şəhər Cavabdeh nümayəndəsi X4, Üçüncü şəxs X10 nümayəndəsi X11 iştirakları ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdeh Bakı şəhər Cavabdehnə qarşı X22 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmaqla kompensasiyanın ödənilməsi tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-644/2021 saylı, 15 aprel 2021-ci il tarixli qərarından üçüncü şəxs tərəfindən tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı "xxxx" ASC Cavabdehnə və üçüncü şəxs X5rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək "xxxx" ASC-də ipoteka ilə yüklü edilmiş və hal-hazırda bankın mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 1 mərtəbəli binada 25,4 kvm. ümumi, 14,0 kvm. yaşayış sahəsindən ibarət mənzilinin sökülməsi ilə əlaqədar əmlakın əvvəlki mülkiyyətçisi və banka borclu olan şəxs X14 Bakı şəhəri Cavabdeh tərəfindən ayrılmış kompensasiyanın (yardımın) "xxxx" ASC-yə ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə 07.02.2020-ci il tarixli qərardadla X22 inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, X22 15 fevral 2008- ci il tarixli kredit müqaviləsinə əsasən "xxxx" İKB ASC-dən illik 18 faizlə 24 ay müddətinə 35.000 ABŞ dolları kredit götürmüşdür. Lakin borclu müqavilənin şərtlərini pozaraq borc öhdəliyini vaxtında icra etmədiyindən, Bank tərəfindən borcun tutulması və tutmanının ipoteka predmetinə yönəldilməsi ilə bağlı məhkəməyə iddia ərizəsi ilə müraciət edilmiş, Yasamal rayon məhkəməsinin 30.09.2010-cu il tarixli, 2(004)-3754/2010 saylı qətnaməsinə əsasən borclu X12 34494.68 (otuz dörd min dörd yüz doxsan dörd USD dolları 68 sent) USD əsas borc, 5088.15 (beş min səksən səkkiz ABŞ dolları 15 sent) USD faiz borcu və 30 (otuz) ABŞ dolları dəbbə pulu olmaqla, cəmi 39612.83 (otuz doqquz min altı yüzon iki ABŞ dolları 83 sent) USD və 19 manat dövlət rüsumunun tutularaq Banka ödənilməsi, tutmanın ipoteka predmeti olan ünvan 1-yə yönəldilməsi, həmin evin açıq hərracdan satılması, həmin əmlakın satışından əldə olunan pul vəsaiti hesabına X1 borcunun ödənilməsi, borc ödənildikdən sonra vəsait qalarsa cavabdeh X14 verilməsi qət edilmişdir. Yasamal rayon məhkəməsinin 30.09.2010-cu il tarixli, 2(004)-3754/2010 saylı qətnaməsi qanuni qüvvəsin aldıqdan sonra məhkəmənin icra vərəqəsinə əsasən ünvan 1 hərraca çıxarılmış, hərracda alıcı olmadığından tələbkar olan "xxxx" İKB ASC-nə təklif olunmuşdur. Hərracın yekunları üzrə əmlakın alqı-satqı müqaviləsinə əsasən ünvan 1 Bank tərfindən alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 24.06.2019-cu il tarixdə ünvan 1-nin "xxxx" İKB ASCnin mülkiyyətinə keçməsi ilə bağlı çıxarış verilmişdir. İpoteka predmetləri ilə bağlı aparılmış monitorinq nəticəsində məlum olmuşdur ki, "xxxx" İKB ASC-də ipoteka ilə yüklü edilmiş və hal-hazırda bankın mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 1 mərtəbəli binada 25,4 kv.m ümumi, 14,0 kv.m yaşayış sahəsindən ibarət mənzilinin də yerləşdiyi bina sökülmüşdür. Həmin binanın sökülməsi ilə əlaqdar əmlakın əvvəlki mülkiyyətçisi və banka borclu olan şəxs X14 kompensasiya (yardım) ayrılmışdır. Bankın mülkiyyətində olan əmlakın sökülməsi ilə əlaqdar ayrılmış yardımın "xxxx" İKB ASC-nə ödənilməsi barədə Cavabdeh xəbərdarlıq edilməsinə baxmayaraq, Cavabdeh X14 ödənilməsi nəzərdə tutulan yardımın hazırki mülkiyyətçi İddiaçı ("xxxx" İKB) ASC-yə ödənilməsinə rəsmi münasibət bildirməmişdir və kompensasiyanın (yardımın) ödənilməsini təmin etməmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-644/2021 saylı, 15 aprel 2021-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilmiş, İddiaçı ("xxxx" İKB) ASC-də ipoteka ilə yüklü edilmiş və halhazırda bankın mülkiyyətində olan ünvan 1 ünvanında yeləşən 1 mərtəbəli binada 24,4 kvm. ümumi, 14,0 kvm. yaşayış sahəsindən ibarət mənzilin sökülməsi ilə əlaqədar əmlakın əvvəlki mülkiyyətçisi və banka borclu olan şəxs X14 Bakı şəhəri, Cavabdeh tərəfindən ayrılmış kompensasiya (yardım) İddiaçı ("xxxx" İKB) ASC-yə ödənilməsi qərara alınmışdır. Üçüncü şəxs X10 nümayəndəsi X19 qərardan apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qızı X22 15 fevral 2008-ci il tarixli kredit müqaviləsinə əsasən "xxxx" İKB ASC-dən illik 18 faizlə 24 ay müddətinə 35.000 ABŞ dolları kredit götürmüş, kreditin qaytarılmasının təminatı olaraq qızının mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən mənzil ipotekaya qoyulmuşdur. Kredit müqaviləsi üzrə qızının banka 523 ABŞ dolları borcu qalmışdır. Lakin bank əsassız olaraq mənzili ələ keçirmişdir. Dövlətin həmin mənzilə görə ayırdığı 50.000 manat kompensasiyanın bank tərəfindən tələb edilməsi qanunsuzdur. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs X10 nümayəndəsi X19 apellyasiya şikayətinə uyğun izahat verərək şikayətinin təmin olunmasını, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi X13 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, birinci instansiya məhkəməsinin qərarının qüvvədə saxlanmasını, apellyasiya şikayətinin təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi nümayəndəsi X18 apellyasiya şikayətinin təmin olunması, iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyərək, apellyasiya şikayətini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. İş materiallarına əlavə edilmiş və məhkəmə icraatında tədqiq edilmiş: - Vergilər Nazirliyinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən verilmiş 22.11.2019-cu il tarixli çıxarışın lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, 25.02.1994-cü ildə hüquqi şəxs kimi qeydə alınmış "xxxx" X8 Açıq Səhmdar Cəmiyyətinin hazırki adı İddiaçı Açıq Səhmdar Cəmiyyətidir. - Kreditor "xxxx" İKB ASC ilə borcalan X22 arasında bağlanmış 14.02.2008-ci il tarixli, 06/08 nömrəli kredit müqaviləsinin surətindən görünür ki, kreditor tərəfindən borcalana illik 18% olmaqla 240 ay müddətinə, ayda 540,16 ABŞ dolları ödəməklə 35000 (otuz beş min) ABŞ dolları məbləğində kredit verilmişdir. - Kreditor-ipoteka saxlayan "xxxx" İKB ASC, alıcı-ipotekaqoyan X22 və satıcı X23 arasında bağlanmış 14.02.2008-ci il tarixli, 06/03(i) nömrəli alqı-satqı və ipoteka müqaviləsinin surətindən görünür ki, satıcı mülkiyyətində olan ümumi sahəsi 25,4 kvm., o cümlədən yaşayış sahəsi 14 kvm. olan Bakı şəhəri, Yasamal rayonu, Abdulla Şaiq küçəsi, 18/20 nömrəli mənzili 48000 (qırx səkkiz min) ABŞ dollarına alıcı-ipotekaqoyana satmış, alıcı-ipotekaqoyan Milana Dibirova isə həmin evi 14.02.2008-ci il tarixli, 06/08 nömrəli kredit müqaviləsi üzrə yaranmış öhdəliyin təminatı kimi kreditor-ipoteka saxlayan qarşısında ipoteka ilə yüklü etmişdir. - Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Seriya MH, ******* nömrəli, 05.04.2008-ci il tarixli çıxarışının surətindən görünür ki, X22 ünvan 6ni "xxxx" İKB-nin 3 saylı filialı qarşısında 20 il müddətinə ipoteka ilə yüklü etmiş və bu barədə daşınmaz əmlakın dövlət reyestrində 665 nömrəli reyestr kitabının 61024 nömrəli vərəqində qeydiyyat aparılmışdır. - Bakı şəhəri, Yasamal rayon məhkəməsinin 30.09.2010-cu il tarixli, 2(004)- 3754/2010 nömrəli qətnaməsinin surətindən görünür ki, həmin qətnaməyə əsasən iddiaçı "xxxx" İKB-nın cavabdeh X5rşı kredit müqaviləsi üzrə borcun ödənilməsi və borcun ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddiası təmin edilmiş, cavabdeh X15 iddiaçı "xxxx" İKB-nın xeyrinə ödəniş gününə olan məzənnə üzrə manatla 34494,68 ABŞ dolları əsas borcun, 5088,15 ABŞ dolları fazi borcunun və gecikdirməyə görə 23.06.2010-cu il tarixədək hesablanmış 30 ABŞ dolları dəbbə pulunun, ümumilikdə 3962,83 ABŞ dolları məbləğində borcun tutulması, tutmanın ipoteka predmeti olan ünvan 1-yə yönəldilməsi, həmin evin açıq hərracdan satılması, həmin əmlakın satışından əldə olunan pul vəsaiti hesabına X10 "xxxx" İKB-yə olan borcunun ödənilməsi, həmin evin satışından əldə olunan pul vəsaiti hesabına cavabdehin iddiaçıya olan borcu ödənildikdən sonra artıq vəsait qalarsa cavabdeh X14 verilməsi qət edilmişdir. - Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış 03.03.2021-ci il tarixli, **********97 nömrəli və 07.04.2021-ci il tarixli, **********44 nömrəli məktublara əlavə edilmiş sənədlərdən görünür ki, Bakı şəhəri, Yasamal rayon məhkəməsinin 30.09.2010-cu il tarixli, 2(004)-3754/2010 nömrəli qətnaməsi üzrə 18 mart 2011-ci il tarixdə icra vərəqəsi verilmişdir. “Əmlak İxtisaslaşdırılmış Hərrac Mərkəzi” hərracın nəticələri haqqında 10.05.2012-ci il tarixli, Y-1073 №-li yekun protokola və 10.05.2012-ci il tarixli hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqaviləyə əsasən X14 məxsus ünvan 1 ünvanda yerləşən mənzili “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.7-ci maddəsinə əsasən ipotekasaxlayan "xxxx" İKB ASC 15938 manat almışdır. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ünvan 1 ünvanda yerləşən mənzil 24.06.2019-ci il tarixdə "xxxx" İKB ASC-nin xüsusi mülkiyyəti kimi qeydə alınmışdır. - Məhkəmə qərarlarının surətlərindən görünür ki, Bakı şəhəri, Nəsimi rayon məhkəməsinin 2(006)-5490/201 nömrəli, 29.10.2019-cu il tarixli qətnaməsinə əsasən ilkin iddia üzrə iddiaçı X10 ilkin iddia üzrə cavabdeh "xxxx" İKB ASC-yə, müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı çıxarışın etibarsız hesab edilməsi tələbinə dair ilkin iddia tələbi, qarşılıqlı iddia üzrə iddiaçı "xxxx" İKB Açıq Səhmdar Cəmiyyətinin cavabdeh X9rşı borc tələbinə dair qarşılıqlı iddia tələbi təmin edilməmişdir. Bakı Apelyasiya Məhkəməsinin 2(103)-1127/2020 nömrəli, 10 mart 2020-ci il tarixli qətnaməsi ilə Bakı şəhəri, Nəsimi rayon məhkəməsinin 2(006)-5490/201 nömrəli, 29.10.2019-cu il tarixli qətnaməsi, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)- 5424/2020 nömrəli, 04.11.2020-ci il tarixli qərarı ilə Bakı Apelyasiya Məhkəməsinin 2(103)- 1127/2020 nömrəli, 10 mart 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. - 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 25.04.2019-cu il tarixli, 2-1(81)- 1088/2019 nömrəli qərardadın surətindən görünür ki, iddiaçı Bakı şəhəri, Cavabdehlər X14, X2, X16 və X7rşı Azərbaycan Respublikası Maliyyə Nazirliyi üçüncü şəxs qismində icraata qəbul edilməklə kompensasiyanın ödənilməsi tələbinə dair iş üzrə iddia baxılmamış saxlanılmışdır. - Bakı şəhər Yasamal İcra Hakimiyyətinin Baçşısı tərəfindən məhkəməyə ünvanlanmış 2501/d №-li, 29.01.2021-ci il tarixli məktubdan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 572 nömrəli, 29.12.2018-ci il tarixli qərarı ilə Bakı şəhəri, Yasamal rayonunda, “Sovetski” adlandırılan ərazidə bəzi yaşayış və qeyri-yaşayış obyektlərinin Bakı şəhərinin Baş Planına uyğun olaraq dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi məqsədi ilə dövlət ehtiyacları üçün satın alınması layihəsi çərçivəsində ünvan 1 ünvanında yerləşən yaşayış sahəsinə görə həmin əmlakın 2018-ci il iyun ayına olan bazar dəyəri və “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş bütün kompensasiya növləri nəzərə alınmaqla (Azərbaycan Respublikasının Prezidentinin 26.12.2007-ci il tarixli 689 saylı Fərmanı ilə nəzərdə tutulmuş 20 % və digər əlavələr nəzərə almaqla) 50 000 manat məbləğində kompensasiya müəyyən edilmişdir. - "xxxx" X8 tərəfindən Bakı şəhəri, Cavabdehnə ünvanlanmış və sonuncu tərəfindən 04.09.2019-cu il tarixdə qəbul edilmiş 04.09.2019-cu il tarixli, 21/6775 nömrəli məktubdan görünür ki, "xxxx" İKB Açıq Səhmdar Cəmiyyəti ilə X22 arasında bağlanmış 14.02.2008-ci il tarixli kredit müqaviləsinə əsasən X14 kredit verilmişdir. Kreditin təminatı olaraq X10 mülkiyyətindəki ünvan 6 ünvanında yerləşən, 1 mərtəbəli binada 25,4 kvm. ümumi, 14,0 kvm. yaşayış sahəsindən ibarət mənzili 14 fevral 2008-ci il tarixli alqı-satqı və ipoteka müqaviləsinə əsasən Bankın xeyrinə ipoteka ilə yüklü edilmiş, ipoteka müqaviləsi notarial qaydada təsdiq edilmiş və dövlət reyestrində qeydə alınmışdır. İpoteka predmetləri ilə bağlı aparılmış monitorinq nəticəsində məlum olmuşdur ki, ipoteka saxlayan olaraq "xxxx" İKB Açıq Səhmdar Cəmiyyətinə heç bir məlumat verilmədən yuxarıda qeyd olunan ipoteka predmeti yerləşən binanın sökülməsi halı aşkarlanmışdır. Həmçinin o da məlum olmuşdur ki, ünvan 6 ünvanında yerləşən, 1 mərtəbəli binada 25,4 kv.m. ümumi, 14,0 kv.m. yaşayış sahəsindən ibarət mənzilin də yerləşdiyi binanın sökülməsi ilə əlaqədar Cavabdeh tərəfindən mülkiyyətçi X14 yardım ayrılmışdır. "xxxx" İKB Açıq Səhmdar Cəmiyyətinin ipotekasaxlayan olmasını və Bankla X22 arasında bağlanmış 14 fevral 2008-ci il tarixli kredit müqaviləsi öhdəliklər tam olaraq yerinə yetirilmədiyini nəzərə alaraq binanın sökülməsi ilə bağlı ayrılmış yardımın X10 "xxxx" İKB Açıq Səhmdar Cəmiyyətinin 3 saylı Filialında olan hesabına köçürülməsi xahiş edilmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etməmiş və qərarını onunla əsaslandırmışdır ki, mübahisəli mənzil əvvəllər üçüncü şəxsin mülkiyyətində olduğundan kompensasiya məbləği ona ayrılsa da, sonradan icra sənədinə əsasən açıq hərracda satılmış və 10.05.2012-ci il tarixli hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqaviləyə əsasən ipoteka saxlayan İddiaçı (əvvəlki adı ilə "xxxx" İKB ASC) tərəfindən 15938 manat alınmış, İddiaçı-nin mülkiyyət hüquqları həmin mənzil üzərində 24.06.2019cu ildə qeydə alınmışdır. İddiaçı-nin müvafiq mənzil üzərində hüquqlarının qeydiyyatı 24.06.2019-cu ildə aparılsa da bu hal onun həmin mənzil üzərində sərəncam vermə hüququnu yaratmışdır. Mülkiyyətçi kimi isə onun qanunla qorunan hüquqları hələ 10.05.2012-ci ildə yaranmışdır və hazırki işdə iddiaçının mülkiyyətində olan yaşayış sahəsi dövlət ehtiyacları üçün geri alınanda banka müvafiq kompensasiya ödənilməmişdir. Belə olan halda həmin mənzilə görə Bakı şəhəri, Cavabdeh tərəfindən ayrılmış müvafiq kompensasiya məbləği iddiaçıya ödənilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mahiyyət etibarı ilə düzgün hüquqi qənaətə gəldiyini hesab etmiş və öz mövqeyini aşağıdakı kimi əsaslandırmışdır. İş materiallarından görünür ki, İddiaçı (əvvəlki adı ilə "xxxx" İKB ASC) ilə üçüncü şəxs X22 arasında bağlanmış kredit və ipoteka müqavilələrinə əsasən bank tərəfindən Milana Dibirovaya illik 18% olmaqla 240 ay müddətinə, ayda 540,16 ABŞ dolları ödəməklə 35000 (otuz beş min) ABŞ dolları məbləğində kredit vermiş, kreditin ödənilməsinin təminatı olaraq Milana Dibirovanın mülkiyyətində olan ünvan 6 ünvanında yerləşən mənzil bank qarşısında ipoteka ilə yüklü edilmişdir. Milana Dibirova kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyinə görə bank tərəfindən məhkəməyə müraciət edilmiş, qanuni qüvvəsini almış məhkəmə qətnaməsinə əsasən Milana Dibirovadan ümumilikdə 3962,83 ABŞ dolları məbləğində borcun tutulması, tutmanın ipoteka predmeti olan ünvan 1-yə yönəldilməsi, həmin evin açıq hərracdan satılması, həmin əmlakın satışından əldə olunan pul vəsaiti hesabına X10 "xxxx" İKB-yə olan borcunun ödənilməsi qət edilmişdir. Qanuni qüvvəsini almış məhkəmə qətnaməsinə əsasən verilmiş icra sənədi üzrə ipoteka predmeti olan ünvan 1 ünvandan yerləşən mənzil hərracın keçirilməsinin yekun protokoluna görə ipotekasaxlayan "xxxx" İKB ASC tərəfindən 15938 manat alınmış, həmin mənzil 24.06.2019-ci il tarixdə "xxxx" İKB ASC-nin xüsusi mülkiyyəti kimi daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Mənzilə dair verilmiş çıxarış üçüncü şəxs tərəfindən məhkəmə qaydasında mübahisələndirilmiş, tələbi rədd edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Torpağın alınmasını zəruri edən dövlət ehtiyacının və həmin torpağı alan orqanın müəyyən edilməsi barədə” 29.12.2018-ci il tarixli, 572 nömrəli Qərarına əsasən Bakı şəhərinin Yasamal rayonu ərazisində vətəndaşlara məxsus Nabat Aşurbəyova, Süleyman Tağızadə, Abdulla Şaiq və Çingiz Mustafayev küçələri arasındakı ərazidə 1130 ədəd, Nəriman Nərimanov prospekti, İsmayıl bəy Qutqaşınlı, Bəşir Səfəroğlu və Mirzağa Əliyev küçələri arasındakı ərazidə 880 ədəd olmaqla, ümumilikdə 2010 yaşayış və qeyri-yaşayış obyektinin dövlət ehtiyacları üçün alınması qərara alınmış, alınan torpağın, həmçinin həmin torpağın hər bir mülkiyyətçiyə məxsus hissələrinin və onlarla birlikdə alınacaq digər əmlakın qiymətləndirilməsi üçün qiymətləndirmə komissiyasını yaratması, dövlət əhəmiyyətli kommunikasiya xətlərinin çəkilməsi məqsədi ilə alınan daşınmaz əmlakın dövlət ehtiyacları üçün alınmasının “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun həyata keçirilməsini təmin etməsi, alınan torpaq və alınmanın təsirinə məruz qalan şəxslər, onlara ödənilmiş kompensasiyanın məbləğləri barədə məlumatı altı ayda ən azı bir dəfə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etməsi Cavabdehnə tapşırılmışdır. Cavabdeh tərəfindən mübahisəli yaşayış sahəsinə görə həmin əmlakın 2018-ci il iyun ayına olan bazar dəyəri və “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının qanunu ilə müəyyən edilmiş bütün kompensasiya növləri nəzərə alınmaqla 50.000 manat məbləğində kompensasiya müəyyən edilmişdir. Hazırda iddiaçı üzərində mülkiyyət hüquqlarını qeydə aldığı həmin mənzilə görə cavabdeh tərəfindən üçüncü şəxsə ayrılmış kompensasiyanın ona ödənilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.9-cu maddəsinə görə dövlət ehtiyacları tələb etdikdə dövlət tərəfindən mülkiyyət yalnız qanunla icazə verilmiş hallarda yolların və digər kommunikasiya xətlərinin çəkilməsi, sərhəd zolağının müəyyən edilməsi və ya müdafiə əhəmiyyətli obyektlərin tikilməsi məqsədilə müvafiq dövlət orqanı tərəfindən və yalnız bazar dəyəri miqdarında qabaqcadan əvəzi ödənilməklə özgəninkiləşdirilə bilər. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Bu müddəalar dövlətin ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün, yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri olan qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 246.7-ci maddəsinə əsasən torpaqların dövlət ehtiyacları üçün alınması, bununla bağlı kompensasiya məbləğinin hesablanması və ödənilməsi qaydaları, habelə bu sahədə tərəflər arasında yaranan digər münasibətlər “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun: - 3.1.1-ci maddəsinə əsasən dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin (magistral neft və qaz boru kəmərlərinin, kanalizasiya, yüksək gərginlikli elektrik xətlərinin, hidrotexniki qurğuların) çəkilməsi və quraşdırılması həmin Qanuna əsasən torpağın alına biləcəyi dövlət ehtiyaclarına daxildir. - 4.1-ci maddəsinə əsasən, bu Qanunun 3-cü maddəsinə uyğun olaraq dövlət ehtiyacları üçün tələb olunan hər hansı torpaq və ya paylı mülkiyyətdə olan torpaqda müvafiq pay (paylar) mülkiyyətçi (mülkiyyətçilər) ilə razılaşma əsasında, belə razılıq əldə edilmədikdə isə, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında məcburi qaydada dövlət tərəfindən kompensasiya ödənilməklə bu Qanuna uyğun olaraq alına bilər; - 7.1-ci maddəsinə əsasən torpağın və ya onun müəyyən hissəsinin alınması nəticəsində öz torpağından köçürülən və həmin torpaqda yaşamaq və ondan istifadə hüququnu itirən, torpağının və digər əmlakının miqdarının, dəyərinin və ya faydalılığının azalmasına məruz qalan, sahibkarlıq fəaliyyətini tam və ya qismən davam etdirmək iqtidarında olmayan, iş yerini itirən, ümumi istifadə imkanlarını əldə etməkdən məhrum olan, əmlakının, yaxud da yaşamaq üçün vasitələrinin hər hansı digər itkisi və azalmasına məruz qalan şəxs alınmanın təsirinə məruz qalan şəxs hesab edilir. - 7.2-ci maddəsinə əsasən alınmanın təsirinə məruz qalan şəxs bu Qanunla müəyyən olunmuş qaydada bu Qanunun 7.1-ci maddəsində nəzərdə tutulmuş itki və məhrumiyyətlər nəzərə alınmaqla kompensasiya almaq hüququna malikdir. - 54.1-ci maddəsinə əsasən alınmanın təsirinə məruz qalan bütün şəxslərə torpaqlarının alınması əvəzində, yaxud torpağa dair digər hüquqları ilə bağlı bu Qanuna uyğun olaraq ədalətli kompensasiya ödənilməlidir. - 20.1.6-cı maddəsinə əsasən alan orqan alınmanın təsirinə məruz qalan şəxslərə və torpağın alınması nəticəsində zərər çəkəcək digər şəxslər və təşkilatlara kompensasiya ödəmək öhdəliyini daşıyır. - 23-cü maddəsinə əsasən həmin Qanunun 19-cu maddəsinə uyğun olaraq qəbul edilən torpağın alınması haqqında qərarla yaradılan qiymətləndirmə komissiyası alan orqan və torpağın alınması qrupu (qrupları) ilə qarşılıqlı əlaqədə həmin qərarla müəyyən edilmiş müddətdə alınan hər bir torpaq və digər əmlakın qiymətləndirilməsi məqsədləri üçün qanunvericiliyə uyğun olaraq keçirilən müsabiqə yolu ilə müstəqil qiymətləndirici cəlb edir, müstəqil qiymətləndiricinin hər bir alınan torpaq və digər əmlakın qiymətləndirilməsinə dair təqdim etdiyi təklifləri, köçürülmə ilə bağlı planlaşdırıcının təklifləri, habelə həmin təkliflərə dair nəzarət orqanının rəyini təhlil edir, hər bir torpaq və digər əmlakın bazar qiyməti ayrıca göstərilməklə, hər bir alınmanın təsirinə məruz qalan şəxsə ödənilən kompensasiyanın məbləği barədə qərar qəbul edir. Məhkəmə kollegiyası qeyd edir ki, mübahisəli mənzil əvvəllər üçüncü şəxsin mülkiyyətində olduğundan kompensasiya məbləği ona ayrılsa da mübahisəli mənzil icra sənədinə əsasən açıq hərracda satılmış və 10.05.2012-ci il tarixli hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqaviləyə əsasən ipotekasaxlayan İddiaçı (əvvəlki adı ilə "xxxx" İKB ASC) tərəfindən 15938 manat alınmış, İddiaçı-nin mülkiyyət hüquqları həmin mənzil üzərində 24.06.2019-cu ildə qeydə alınmışdır. Belə olduğu halda məhkəmə kollegiyası hesab edir ki, İddiaçı-nin müvafiq mənzil üzərində hüquqlarının qeydiyyatı 24.06.2019-cu ildə aparılsa da bu hal onun həmin mənzil üzərində sərəncam vermə hüququnu yaratmışdır, mülkiyyətçi kimi isə onun qanunla qorunan hüquqları hələ 10.05.2012-ci ildə yaranmışdır. İş materiallarında göründüyü kimi, hazırki işdə iddiaçının mülkiyyətində olan yaşayış sahəsi dövlət ehtiyacları üçün geri alınsa da ona müvafiq kompensasiya ödənilməmişdir. Belə olduğu halda məhkəmə kollegiyası hesab edir ki, İddiaçı ("xxxx" İKB) ASC-də ipoteka ilə yüklü edilmiş və hal-hazırda bankın mülkiyyətində olan ünvan 1 ünvanında yeləşən 1 mərtəbəli binada 24,4 kvm. ümumi, 14,0 kvm. yaşayış sahəsindən ibarət mənzilin sökülməsi ilə əlaqədar əmlakın əvvəlki mülkiyyətçisi və banka borclu olan şəxs X14 Bakı şəhəri, Cavabdeh tərəfindən ayrılmış kompensasiya (yardım) İddiaçı ("xxxx" İKB) ASC-yə ödənilməlidir. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. 3-cü şəxsin apellyasiya şikayətinin dəlilləri iddiaçı ilə onun arasında olmuş kredit münasibətlərinin mübahisələndirilməsinə yönəlmişdir. 3-cü şəxs göstərmişdir ki, o kredit müqaviləsi üzrə bütün öhdəlikləri yerinə yetirmişdir, lakin bank əsassız olaraq mənzili öz mülkiyyətinə keçirmişdir. İş materillarında olan Yasamal rayon Məhkəməsinin 30 sentyabr 2010-cu il tarixli qətnaməsindən görünür ki, X22 ilə İddiaçı ("xxxx" İKB) ASC arasında olan mübahisə öz həllini tapmış, onun banka olan borcu tutulmaqla tutmanın ipoteka predmeti olan ünvan 7 ünvanına yönəldilməsi və açıq hərracdan satılması qət olunmuşdur. 2012-ci ildə həmin mənzil, qanuni qüvvəsini almış məhkəmə qətnaməsinə əsasən verilmiş icra sənədi əsasında hərrac vasitəsilə İddiaçı ("xxxx" İKB) ASC tərəfindən alınmış və 24 iyun 2019-cu il tarixdə bankın xüsusi mülkiyyəti kimi Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətində qeydə alınmışdır. İş materiallarında olan məhkəmə qərarlarından o da görünür ki, iddiaçı X22 cavabdeh İddiaçı ("xxxx" İKB) ASC-yə qarşı (3-cü şəxs DƏDRX cəlb edilməklə) mübahisəli mənzilə dair bankın adına verilmiş çıxarışın etibarsız hesab edilməsinə dair iddia ilə məhkəməyə müraciət etmiş və Bakı şəhər Nəsimi rayon Məhkəməsinin 29.10.2019-cu il tarixli qətnaməsi ilə iddia əsassız olduğundan təmin edilməmişdir. Həmin qətnamə Apellyasiya Məhkəməsi və Ali Məhkəmə tərəfindən dəyişdirilmədən saxlanılmışdır. Göründüyü kimi, kompensasiya ayrılan vaxt mübahisələndirilən mənzil bankın mülkiyyətində olmuşdur. Belə olan halda məhkəmə kollegiyası qeyd edilənlərə əsasən belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddiaçının tələbini təmin etməməklə iş üzrə düzgün nəticəyə gəlmişdir. İddiaçının apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsas təşkil etmədiyindən apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-644/2021 saylı, 15 aprel 2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan, təqdim edildiyi gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına (Bakı şəh.Yusif Səfərov küç.14, 1193-cü məh. AZ1025) Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-1891/2021
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1891/2021
04.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver