Məhkəmə qərarları › İş №2-1(103)-1892/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1892/2025

02.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1892/2025 02.07.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “qərarın ləğv edilməsi və s.” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X10 Cəmilovanın sədrliyi və məruzəsi ilə, X5 və X3 ibarət tərkibdə, Alıcanlı-Yusifli Sevinc Mahir qızının katibliyi ilə, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “qərarın ləğv edilməsi və s.” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11289/2024 saylı 16 dekabr 2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 02 iyul 2025-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı xx.xx.1958-ci il təvəllüdlüdür. Г-İ 035634 nömrəli diplomdan görünür ki, iddiaçı 1976-cı ildə İ.Məmmədəliyev adına X12 İnstutuna daxil olmuş və 1980-ci ildə Azərbaycan dili və ədəbiyyatı ixtisası üzrə tam kursu bitirmişdir. İddiaçıya məxsus ИT-İ ******* nömrəli əmək kitabçasındakı qeydlərdən görünür ki, iddiaçı xx.xx.1980-cı ildə Lənkəran rayon X21 Kosalar kənd 8 illik məktəbinə ixtisası üzrə müəllim təyin edilmiş, xx.xx.1982-ci ildə verdiyi ərizəsi nəzərə alınaraq xx.xx.1982-ci il tarixdən Kosalar kənd 8 illik məktəbdən azad edilib həmin tarixdən Gəgiran kənd orta məktəbinə ixtisası üzrə müəllim köçürülmüş, xx.xx.1983-cü ildə təyinat müddəti qurtardığı üçün məzuniyyəti qurtardığı gündən – 27 avqust 1983-cü il tarixdən işlədiyi məktəbdən və rayon müəllimliyindən azad edilmiş, xx.xx.1983-cü ildən xx.xx.1994-cü ilədək Cəbrayıl rayonu Hasanlı kənd orta məktəbində fasiləsiz olaraq Azərbaycan dili və ədəbiyyatı müəllimi işləmiş, xx.xx.1994-cü ildə Bakı şəhəri Əzizbəyov rayonu 234 saylı məktəbdə Azərbaycan dili və ədəbiyyat müəllimi təyin edilmiş, xx.xx.1997-ci il tarixldə 234 saylı məktəbin Azərbaycan dili və ədəbiyyatın müəllimi köçürmə yolu ilə Nəsimi rayonunun 19 nömrəli orta məktəbinə keçdiyi üçün tutduğu vəzifədən azad edilmiş, xx.xx.1997-ci ildə Əzizbəyov rayonu 234 saylı məktəbə ədəbiyyat müəllimi köçürmə yolu ilə xx.xx.1997-ci ildən müəllim təyin edilmiş, xx.xx.2023-cü ildə çalışmanın yaş həddinə çatması ilə əlaqədar əmək müqaviləsinə xitam verilib. 1 saylı X1 12 dekabr 2023-cü il tarixli aktında aşağıdakılar qeyd olunmuşdur: Təqdim edilən sənədlərə əsasən: X6 xx.xx.1982-ci il tarixdə 135 nömrəli əmrlə Kosalar kənd 8 illik məktəbindən azad edilərək Gəgiran kənd orta məktəbinə köçürülmüşdür. xx.xx.1980-ci il tarixdən xx.xx.1980-ci il tarixədək əmrlərdən çıxarış kitabı aşkar olunmadığından işə qəbul olma əmrini yoxlamaq mümkün olmamışdır. X20 Şöbəsinin 1983-cü il tarixli 161 nömrəli əmri xx.xx.1983-cü il tarixində deyil, xx.xx.1983-cü il tarixində verilmişdir və iddiaçının adı deyil, digər işçinin adı yazılmışdır. xx.xx.1983-cü il tarixdə verilən əmrlərdə iddiaçının adı aşkar edilməmişdir. Yoxlama Lənkəran-Astara Regional Təhsil İdarəsində saxlanılan arxiv sənədlərinə əsasən aparılmışdır. 1 saylı X1 19 dekabr 2023-cü il tarixli aktında aşağıdakılar qeyd olunmuşdur:təqdim edilən sənədlərə əsasən: Əsgərova Züriyyə (Əsgər qızı) 1980-1983-cü illərdə Kosalar kənd 8 illik məktəbi və Gəgiran kənd orta məktəbində aşağıdakı kimi əmək haqları almışdır. – 1980-ci il 4 ay, 1981-ci il 10 ay, 1982- ci il 8 ay, 1983-cü il 7 ay. Əmək haqqı cədvəllərində “ata” adı qeyd olunmamışdır. İddiaçı xx.xx.2008-ci il tarixdə DSMF-nin Nəsimi rayon Şöbəsi tərəfindən ona yaşa görə təyin edilmiş əmək pensiyasının yenidən hesablanması üçün cavabdeh quruma müraciət etmiş və cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin taabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2024-cü il tarixli, 3-17- 1/1-Q-291125/2023 nömrəli “Ümumi əsaslara görə əmək pensiyasının yenidən hesablanması haqqında” Qərarına əsasən, iddiaçının 18 il 2 ay sosial sığorta stajı olduğu halda 29 il 2 ay hesablanması, xx.xx.1983-xx.xx.1994-cü il tarixində olan əmək fəaliyyəti işğal bölgəsində olduğundan və eyni zamanda əmək kitabçasının doldurulma qaydaları pozulduğundan sosial sığorta stajına daxil edilə bilmədiyi qeyd edilməklə xx.xx.2020-ci il tarixdən xx.xx.2023-cü il tarixədək iddiaçının əmək pensiyası üzrə artıq ödəmə müəyyən edilmişdir. Cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının iddiaçıya ünvanlandığı 26 yanvar 2024-cü il tarixli, 3-171/2-Q-19323 nömrəli “Yaşa görə əmək pensiyasının yenidən hesablanması haqqında” məktubuna əsasən bildirilmişdir ki, təqdim etdiyi sənədlərin surətlərinə əsasən əmək fəaliyyəti dövrü, o cümlədən xx.xx.1976-cı il tarixdən xx.xx.1980-ci il tarixədək əyani təhsil aldığı illər də nəzərə alınmaqla xx.xx.2006cı il tarixədək 18 il 2 ay 8 gün sığorta stajı, xx.xx.2006-cı il tarixdən xx.xx.2008-ci il tarixədək fərdi hesabın sığorta hissəsində qeydə alınmış 476,52 manat pensiya kapitalı və pensiya təyin olunduğu tarixdən sonra 6 il və ya daha çox müddət işlədiyi üçün xx.xx.2008-ci il tarixindən xx.xx.2017-ci il tarixinədək 4360,40 manat pensiya kapitalı əsasında əmək pensiyasının məbləği yenidən hesablanmış və 20.11,2020-ci il tarixdən (müraciət etdiyi tarixdən 3 il əvvəl) 281,59 manat müəyyən edilmişdir. İddiaçının pensiyasının məbləği indeksləşdirilərək xx.xx.2021-ci il tarixdən 313,69 manata, xx.xx.2022-ci il tarixdən 324,35 manata çatdırılmışdır. 324 manat məbləği xx.xx.2023-cü il tarixdən Qanunun 26.4-cü maddəsinə əsasən 341,01 manata, eyni zamanda Qanunun 29.1-ci maddəsinin tələblərinə uyğun olaraq 391,14 manata çatdırılmışdır. Qanunun 37.3.1-ci maddəsinə uyğun olaraq xx.xx.2023-cü il tarixdə işləməyən əmək pensiyaçısı kateqoriyasına keçməsi ilə əlaqədar xx.xx.2017-ci il tarixdən xx.xx.2023-cü il tarixədək fərdi hesabın sığorta hissəsində qeydə alınmış 7328,48 manat pensiya kapitalı əsasında iddiaçının əmək pensiyasının məbləği yenidən hesablanmış və xx.xx.2023-cü il tarixdən 492,92 manat müəyyən edilmişdir. Bundan əlavə müraciətin araşdırılması zamanı müəyyən edilmişdir ki, iddiaçıya xx.xx.2008-ci il tarixdə yaşa görə əmək pensiyası təyin edilən zaman xx.xx.2006-cı il tarixədək sığorta stajı 18 il 2 ay 8 gün olduğu halda, 29 il 2 ay olaraq hesablanmışdır. Nəticədə Qanunun 39.1-ci maddəsi tətbiq olunmaqla xx.xx.2020-ci il tarixdən (müraciət etdiyi tarixdən 3 il əvvəl) xx.xx.2023-cü il tarixədək iddiaçının əmək pensiyası üzrə artıq ödəmə müəyyən edilmişdir. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “1983-1994-cü illərin sosial sığorta stajına hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət etmişdir. Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-2951/2024 saylı, xx.xx.2024-cü il tarixli Qərardadı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “1983-1994-cü illərin sosial sığorta stajına hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işin aidiyyəti üzrə baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2024-cü il tarixli, 3-17-1/1-Q-291125/2023 nömrəli qərarının ləğv edilməsi, 1983-1994-cü illər nəzərə alınmaqla işlədiyi illərin sığorta stajına daxil edilərək, pensiya hüququnun yarandığı tarixdən əvvəlki məbləğinin bərpa edilməsi, tutulmuş məbləğin geri qaytarılması öhdəliyinin cavabdehə həvalə edilməsi”ni xahiş etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli Qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsinə dair iddiaçının ərizəsi məhkəmə icraatına qəbul edilmişdir. İddiaçının əsaslandırması: İddia onunla əsaslandırılmışdır ki, iddiaçının hazırda 66 yaşı var. 1976-1980-ci illərdə X13 İnstitutunda əyani təhsil almış, 1980-ci ildə Lənkəran rayonu Kosalar kənd 8 illik məktəbinə müəllim təyin edilmişdir. Ərizəsi əsasında xx.xx.1982-ci ildən Gəgiran kənd orta məktəbinə köçürülmüşdür. 1983-cü il avqust ayında təyinat müddəti bitdiyi üçün işdən azad edilmiş və xx.xx.1983-cü il tarixdən 1994-cü il tarixinədək ixtisası üzrə Cəbrayıl rayonu Hasanlı kənd orta məktəbində fasiləsiz olaraq Azərbaycan dili və ədəbiyyatı müəllimi işləmişdir. Yaşa görə əmək pensiyasının yenidən hesablanması üçün sənədlərini toplayıb rəsmi ərizə ilə Azərbaycan Respublikası Əmək və X8 Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Təyinatı üzrə Mərkəzi Filialına müraciət etmişdir. Həmin Filialdan iddiaçıya 26 yanvar 2024-cü il tarixli 3171/2-Q- 19323/2024 nömrəli imtina məktubu ilə məhkəməyə müraciət etməyi tövsiyə olunmuşdur. Həmçinin bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1996-cı il tarixli 186 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tətbiqi Qaydaları”na əsasən əmək kitabçasında qeyd edilmiş xx.xx.1983-cü il tarixdən xx.xx.1994-cü il tarixinədək olan dövrün doldurulma qaydası pozulduğu üçün (işə daxilolma və işdən azadolma qeydlərində əmr nömrələri və tarixləri, həmçinin mühür olmadığından) sığorta stajına daxil edilməsi mümkün hesab edilmir. İddiaçı 1993-cü ilin 23 avqust tarixində erməni təcavüzü nəticəsində Cəbrayıl rayonundan məcburi köçkün kimi çıxmışdır. Həmin dövrdə bütün sənədləri Cəbrayıl rayonu Hasanlı kənd orta məktəbində qalmışdır. Bu səbəbdən əmək kitabçasında Cəbrayıl Rayon Təhsil Şöbəsi tərəfindən sadəcə Cəbrayıl rayonu Hasanlı kənd orta məktəbində işlədiyi dövrlər yazılmış, imza və möhürlə təsdiq olunmuşdur. Lakin işə daxilolma və işdən azadolma qeydlərində əmr nömrələri və tarixləri qeyd olunması mümkün olmadığı üçün həmin dövrlərin iddiaçının sosial sığorta stajına daxil edilməsində şübhə yaratmışdır. Eyni zamanda, işğal olunmuş rayonlardan olan müəllimlərə məcburi köçkün kimi işləmədiyinə görə orta aylıq əmək haqqı müəyyən edilmişdir. 1993-1994-cü illər ərzində həmin məbləğ ona ödənilmişdir. Bu barədə Cəbrayıl Rayon Təhsil Şöbəsində qeydlər də mövcuddur. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin etirazları: Cavabdeh tərəfindən iddiaya dair yazılı etiraz verilərək bildirilmişdir ki, iddiaçı 20 noyabr 2023- cü il tarixdə 4 saylı Bakı DOST Mərkəzinə müraciət edərək, ona xx.xx.1983cü il tarixdən xx.xx.1994-cü il tarixədək işlədiyi illərin sığorta stajına daxil edilərək yaşa görə əmək pensiyasının yenidən hesablanmasını xahiş etmişdir. Lakin İddiaçı ünvanlanan xx.xx.2024-cü il tarixli 3-17-1/2-Q-19323/2024 nömrəli məktubla Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1996-cı il tarixli qərar ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları”na əsasən əmək kitabçasında xx.xx.1983-cü il tarixdən xx.xx.1994-cü il tarixədək olan dövrün doldurulma qaydası pozulduğu üçün sığorta stajına daxil edilməsinin mümkün olmadığı bildirilmişdir. Bundan sonra İddiaçı məhkəməyə təqdim etdiyi iddia ərizəsində qeyd edilən bütün dövrlərin sosial sığorta stajına daxil edilməklə yaşa görə pensiyanın təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının təqdim etdiyi sənədlərin surətlərinə əsasən əmək fəaliyyəti dövrü, o cümlədən xx.xx.1976-cı il tarixdən xx.xx.1980-ci il tarixədək əyani təhsil aldığı illər də nəzərə alınmaqla xx.xx.2006cı il tarixədək 18 il 2 ay 8 gün sığorta stajı, xx.xx.2006-cı il tarixdən xx.xx.2008-ci il tarixədək fərdi hesabın sığorta hissəsində qeydə alınmış 476,52 manat pensiya kapitalı və pensiya təyin olunduğu tarixdən sonra 6 il və ya daha çox müddət işlədiyi üçün xx.xx.2008-ci il tarixindən xx.xx.2017-ci il tarixinədək 4360,40 manat pensiya kapitalı əsasında əmək pensiyasının məbləği yenidən hesablanmış və xx.xx.2020-ci il tarixdən (müraciət etdiyi tarixdən 3 il əvvəl) 281,59 manat müəyyən edilmişdir. “Əmək pensiyaları haqqında” Qanunun 29.1-ci maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsi, bu Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçılarına münasibətdə, həmin əlavələrlə birlikdə müəyyən edilmiş məbləği ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əmək haqqının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir. Qeyd olunan maddənin tələblərinə uyğun olaraq iddiaçının pensiyasının məbləği indeksləşdirilərək xx.xx.2021-ci il tarixdən 313,69 manata, xx.xx.2022-ci il tarixdən 324,35 manata çatdırılmışdır. Qanuna xx.xx.2023-cü il tarixdən əlavə edilmiş 26.4-cü maddəyə əsasən 2022-ci il üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) əmək pensiyaçılarına münasibətdə müəyyən etdiyi maddi yardım 2023-cü il yanvarın 1-dən onların əmək pensiyalarının tərkibinə daxil edilməklə, qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarına münasibətdə aylıq maddi yardım məbləğində, digər əmək pensiyaçılarına münasibətdə isə illik maddi yardımın bir aya düşən hissəsi məbləğində hesablanır. Qeyd olunanları nəzərə alaraq əmək pensiyasının məbləği xx.xx.2023-cü il tarixdən Qanunun 26.4-cü maddəsinə əsasən 341,01 manata, eyni zamanda Qanunun 29.1-ci maddəsinin tələblərinə uyğun olaraq 391,14 manata çatdırılmışdır. Qanunun 37.3.1-ci maddəsinə uyğun olaraq xx.xx.2023-cü il tarixdə işləməyən əmək pensiyaçısı kateqoriyasına keçməsi ilə əlaqədar xx.xx.2017-ci il tarixdən xx.xx.2023-cü il tarixədək fərdi hesabın sığorta hissəsində qeydə alınmış 7328,48 manat pensiya kapitalı əsasında iddiaçının əmək pensiyasının məbləği yenidən hesablanmış və xx.xx.2023-cü il tarixdən 492,92 manat müəyyən edilmişdir. Bundan əlavə müraciətin araşdırılması zamanı müəyyən edilmişdir ki, iddiaçıya 01,07.2008-ci il tarixdə yaşa görə əmək pensiyası təyin edilən zaman xx.xx.2006-cı il tarixədək sığorta stajı 18 il 2 ay 8 gün olduğu halda, 29 il 2 ay olaraq hesablanmışdır. Nəticədə Qanunun 39.1-ci maddəsi tətbiq olunmaqla xx.xx.2020-ci il tarixdən (müraciət etdiyi tarixdən 3 il əvvəl) xx.xx.2023-cü il tarixədək iddiaçının əmək pensiyası üzrə artıq ödəmə müəyyən edilmişdir. Cavabdeh göstərilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11289/2024 saylı 16 dekabr 2024-cü il tarixli qərarı ilə iddia tələbi təmin edilərək, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının inventar nömrəli xx.xx.2024-cü il tarixli, 3-17- 1/1-Q291125/2023 qərarının ləğv edilməsi, İddiaçı, 1983-1984-cü illər nəzərə alınmaqla işlədiyi illərin sığorta stajına daxil edilərək, pensiya hüququnun yarandığı tarixdən əvvəlki məbləğinin bərpa edilməsi və tutulmuş məbləğin qaytarılması öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulması qərara alınmışdır. Sonradan Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci iltarixli qərardadı ilə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11289/2024 saylı xx.xx.2024-cü il tarixli qərarının nəticə hissəsində yol verilmiş yanlışlıq düzəldilərək, qərarın nəticə hissəsi “1983-1984-cü illər nəzərə alınmaqla işlədiyi illərin sığorta stajına daxil edilməsi” əvəzinə “1983-1994-cü illər nəzərə alınmaqla işlədiyi illərin sığorta stajına daxil edilməsi” kimi oxunması qərara alınmışdır. Məhkəmənin 2-1(112)-11289/2024 saylı 16 dekabr 2024-cü il tarixli qərarından narazı qalan cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı 20 noyabr 2023-cü il tarixdə Fondun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına müraciət edərək Cəbrayıl rayon Hasanlı kənd orta məktəbində 01,09.1983-cü il tarixdən xx.xx.1994-cü il tarixədək işlədiyi illəri sığorta stajına daxil edilərək yaşa görə əmək pensiyasının yenidən hesablanmasını xahiş etmişdir. Müraciətin araşdırılması zamanı müəyyən edilmişdir ki, iddiaçıya xx.xx.2008-ci il tarixdə yaşa görə əmək pensiyası təyin edilən zaman xx.xx.2006cı il tarixədək sığorta stajı 18 il 2 ay 8 gün olduğu halda, 29 il 2 ay olaraq hesablanmasından imtina cavabı verilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra-Qanun) 8.1-ci maddəsinin xx.xx.2008-ci il tarixdə qüvvədə olmuş tələblərinə əsasən iddiaçıya həmin tarixdən yaşa görə əmək pensiyası təyin edilmişdir. Qanunun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Sözügedən Qanunun 37.3.1 -ci maddəsinə uyğun olaraq yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir və pensiya təyin olunduqdan, həmçinin bu maddəyə əsasən yenidən hesablandıqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir. Pensiyaçı işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə və ya əmək pensiyası təyin olunduğu, yaxud bu maddəyə əsasən yenidən hesablandığı gündən sonra 6 il işlədikdə əmək pensiyası avtomatlaşdırılmış qaydada (bu Qanunun 37.3.2-1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla) yenidən hesablanır. Bu zaman sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya təyin edildikdən, yaxud bu maddəyə əsasən yenidən hesablandıqdan sonra işlədiyi ayların sayı qədər, lakin 72 aydan çox olmamaqla azaldılır. İddiaçının təqdim etdiyi sənədlərin surətlərinə əsasən əmək fəaliyyəti dövrü, o cümlədən xx.xx.1976-cı il tarixdən xx.xx.1980-ci il tarixədək əyani təhsil aldığı illər də nəzərə alınmaqla xx.xx.2006-cı il tarixədək 18 il 2 ay 8 gün sığorta stajı, xx.xx.2006-cı il tarixdən xx.xx.2008-ci il tarixədək fərdi hesabın sığorta hissəsində qeydə alınmış 476,52 manat pensiya kapitalı və pensiya təyin olunduğu tarixdən sonra 6 il və ya daha çox müddət işlədiyi üçün xx.xx.2008-ci il tarixindən xx.xx.2017-ci il tarixinədək 4360,40 manat pensiya kapitalı əsasında əmək pensiyasının məbləği yenidən hesablanmış və xx.xx.2020-ci il tarixdən (müraciət etdiyi tarixdən 3 il əvvəl) 281,59 manat müəyyən edilmişdir. Qanunun 29.1-ci maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsi, bu Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçılarına münasibətdə, həmin əlavələrlə birlikdə müəyyən edilmiş məbləği ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir. Qeyd olunan maddənin tələblərinə uyğun olaraq iddiaçının pensiyasının məbləği indeksləşdirilərək xx.xx.2021-ci il tarixdən 313,69 manata, xx.xx.2022-ci il tarixdən 324,35 manata çatdırılmışdır. Qanuna xx.xx.2023-cü il tarixdən əlavə edilmiş 26.4-cü maddəyə əsasən 2022-ci il üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) əmək pensiyaçılarına münasibətdə müəyyən etdiyi maddi yardım 2023-cü il yanvarın 1-dən onların əmək pensiyalarının tərkibinə daxil edilməklə, qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarına münasibətdə aylıq maddi yardım məbləğində, digər əmək pensiyaçılarına münasibətdə isə illik maddi yardımın bir aya düşən hissəsi məbləğində hesablanır. Qeyd olunanları nəzərə alaraq əmək pensiyasının məbləği xx.xx.2023-cü il tarixdən Qanunun 26.4-cü maddəsinə əsasən 341,01 manata, eyni zamanda Qanunun 29.1-ci maddəsinin tələblərinə uyğun olaraq 391,14 manata çatdırılmışdır. Qanunun 37.3.1-ci maddəsinə uyğun olaraq xx.xx.2023-cü il tarixdə işləməyən əmək pensiyaçısı kateqoriyasına keçməsi ilə əlaqədar xx.xx.2017-ci il tarixdən xx.xx.2023-cü il tarixədək fərdi hesabın sığorta hissəsində qeydə alınmış 7328,48 manat pensiya kapitalı əsasında iddiaçının əmək pensiyasının məbləği yenidən hesablanmış və xx.xx.2023-cü il tarixdən 492,92 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1996-cı il tarixli 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları”na əsasən əmək kitabçasının surətində qeyd edilmiş xx.xx.1983-cü il tarixdən xx.xx.1994-cü il tarixədək olan dövrün doldurulma qaydası pozulduğu üçün (işə daxilolma və işdən azadolma qeydlərində əmr nömrələri və tarixləri, həmçinin möhür olmadığından) sığorta stajına daxil edilməsi mümkün hesab edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1 (102)-1838/2023 saylı iş üzrə qərarında məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə tərəfindən iddiaçının mübahisəli illərinə dair xüsusatlar hərtərəfli araşdırılmalı, əldə edilən mötəbər sübutlar qiymətləndirməli, iddiaçının işdən azad edilmədiyi halda ona əmək haqqının hansı səbəblərdən hesablanmadığını aydınlaşdırmalı və əmək haqqı almadığı aylar üzrə dövrün pensiya hüququ verən əmək stajına daxil edilməsi barədə məhkəmənin gəldiyi nəticə tam əsaslandırılmalıdır. Bundan əlavə müraciətin araşdırılması zamanı müəyyən edilmişdir ki, iddiaçıya xx.xx.2008-ci il tarixdə yaşa görə əmək pensiyası təyin edilən zaman 01.01,2006-cı il tarixədək sığorta stajı 18 il 2 ay 8 gün olduğu halda, 29 il 2 ay olaraq hesablanmışdır. Nəticədə Qanunun 39.1-ci maddəsi tətbiq olunmaqla xx.xx.2020-ci il tarixdən (müraciət etdiyi tarixdən 3 il əvvəl) xx.xx.2023-cü il tarixədək iddiaçının əmək pensiyası üzrə artıq ödəmə müəyyən edilmişdir. Eyni zamanda bildiririk ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli 2-1 (102)- 361/2024 nömrəli qərarının 37-ci bəndində qeyd olunmuşdur ki, X16 Filialı tərəfindən təqdim edilmiş Ağdam rayonu 5 nömrəli tam orta məktəbə aid olan 1994-2004 dövrlərinin bəzi aylarının əmək haqqı cədvəllərində iddiaçının adı aşkar edilməmişdir və apellyasiya məhkəməsi tərəfindən işin həmin halını ümumiyyətlə araşdırmamış, bu sənədlərə hüquqi qiymət verilmədən, məhkəməyə təqdim olunmuş əmək kitabçasında olan məlumatlar mötəbər hesab edilmişdir. Tərəflərin izahatları: xx.xx.2025-ci il tarixdə keçirilmiş məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlanmasına baxmayaraq iddiaçı iştirakını təmin etməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. İnzibati məhkəmə icraatının işitirakçısı hazırki işə iddiaçının iştirakı olmadan baxılmasına etiraz etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki iş üzrə verilmiş apellyasiya şikayətinə İddiaçı iştirakı olmadan baxılması və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Cavabdehin nümayəndəsi X4 apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək onun təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş İddiaçı iddia tələbinin dəqiqləşməsinə dair ərizə təqdim edərək, cavabdeh orqanın xx.xx.2024-cü il tarixli, 3-17-1/1-Q291125/2023 saylı qərarının xx.xx.1983-xx.xx.1994-cü illər olan dövrün sosial sığorta stajına daxil edilməməsi hissəsində ləğv edilməsi, həmin dövrlərin stajına daxil edilərək pensiyasının yenidən hesablanıb ödənilməsi və pensiyadan tutulan məbləğlərin qaytarılması öhdəliyinin cavabdeh orqanın üzərinə qoyulmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə iddiaçının iddia tələbinin dəqiqləşməsinə dair ərizəsi icraata qəbul olunmuşdur. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, iddiaçının hazırki iş üzrə tələbinin təmin olunmasından imtina edən cavabdeh inzibati orqanın imtina məktubunun tarixi 26 yanvar 2024-cü il tarixdir. İddiaçı isə hazırki iddia ilə məhkəməyə xx.xx.2024-cü il tarixdə müraciət etmişdir. Məhkəmə kollegiyası iddianın vaxtında verildiyini nəzərə alaraq hesab edir ki, iddia mümkündür. İddianın mahiyyəti ilə bağlı qeyd olunur ki, hazırda İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı tələbi “yaşa görə təyin edilmiş əmək pensiyasının yenidən hesablanması” ilə bağlıdır. Qeyd olunan tələblə iddiaçı cavabdeh inzibati orqana müraciət etsə də, sonuncu tərəfindən onun tələbinin təmin olunmasından imtina edilmişdir. Bundan sonra iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmiş və onun iddiası məhkəmə tərəfindən təmin edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə tam razılaşmayaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Həmin Qanunun 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmin Qanunun 4.1-ci maddəsinə əsasən bu Qanuna uyğun olaraq əmək pensiyasının aşağıdakı növləri müəyyən edilir: 4.1.1. yaşa görə əmək pensiyası; 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. 23.2-ci maddəsinə əsasən 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tərixli, 175 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın: 4.1-ci bəndinə əsasən əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı aşağıdakılara əsasən müəyyən edilir: 4.1.1. 2006-cı il yanvarın 1-dək olan dövr üzrə: “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 87.1-ci maddəsinə əsasən işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında — işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. Hazırda qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun 69-cu maddəsində təsbit edilmişdir ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. İş materiallarında olan iddiaçının pensiya işindən görünür ki, iddiaçıya xx.xx.2008-ci il tarixdə DSMF-nin Nəsimi rayon Şöbəsi tərəfindən yaşa görə əmək pensiyası təyin edilmişdir. Sonradan iddiaçı ona təyin edilmiş əmək pensiyasının yenidən hesablanması ilə bağlı cavabdehə müraciət edərkən sonuncu tərəfindən iddiaçı barəsində xx.xx.2024-cü il tarixli, 3-17-1/1-Q-291125/2023 saylı “Ümumi əsaslara görə əmək pensiyasının yenidən hesablanması haqqında” qərar qəbul olunmuş və iddiaçının 417,49 manat olan pensiyası yenidən hesablanaraq 492,92 manat məbləğində müəyyən olunmuşdur. Yenidən hesablamanın səbəbi "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.3.1 i/ç maddəsi göstərilmişdir. Qərarın qeyd hisəsində isə göstərilmişdir ki, iddiaçının 18 il 2 ay sosial sığorta stajı olduğu halda 29 il 2 ay hesablanmışdır. xx.xx.1983-xx.xx.1994cü il tarixində olan əmək fəaliyyəti işğal bölgəsində olduğundan və eyni zamanda əmək kitabçasının doldurulma qaydaları pozulduğundan (işə daxil olma və çıxma qeydlərində əmr nömrələri və tarixləri yoxdur, işdən çıxma qeydlərində möhür yoxdur) sosial sığorta stajına daxil edilə bilməz. Qərara əsasən cavabdeh qurum tərəfindən xx.xx.2020-ci il tarixdən xx.xx.2023-cü il tarixədək iddiaçının əmək pensiyası üzrə artıq ödəmə müəyyən edilmişdir. İşə baxan birinci instansiya məhkəməsinin sorğusuna əsasən cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin taabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının 04 aprel 2024-cü il tarixli, 3- 17-1/2- 76611/2024 saylı məktubunda qeyd edilmişdir ki, vətəndaşa pensiya təyin edilən zaman xx.xx.2006-cı il tarixinədək olan sığorta stajı 18 il 2 ay 8 gün olduğu halda, 29 il 2 ay 8 gün olaraq hesablanmışdır. xx.xx.2020-ci il tarixdən (müraciət etdiyi tarixdən 3 il əvvəl) xx.xx.2023-cü il tarixədək iddiaçının əmək pensiyası üzrə artıq ödəmə müəyyən edilmişdir. Belə ki, iddiaçının təqdim etdiyi diplomun surətinə əsasən xx.xx.1976-cı il tarixindən xx.xx.1980-ci il tarixinədək təhsil dövrü, əmək kitabçasının surətinə əsasən xx.xx.1980-ci il tarixindən xx.xx.1983-cü il tarixinədək, xx.xx.1994-cü il tarixindən xx.xx.2006-cı il tarixinədək olan əmək fəaliyyəti dövrləri nəzərə alınmaqla xx.xx.2006-cı il tarixinədək olan iş stajı 18 il 2 ay 8 gün təşkil edir. İddiaçının əmək kitabçasının surətində qeyd edilən xx.xx.1983-cü il tarixindən xx.xx.1994-cü il tarixinədək Cəbrayıl rayonu Hasanlı kənd orta məktəbində olan əmək fəaliyyəti dövrlərini işə girmə və işdən çıxma qeydlərində əmr nömrələri, tarixləri və möhür olmadığından, həmçinin əmək faəliyyəti işğal zonasında olduğu üçün vətəndaşın əməkhaqqı alıb-almadığını müəyyən etmək mümkün olmadığından həmin dövrləri sosial sığorta stajına daxil etmək mümkün olmamışdır. İddiaçı xx.xx.2006-cı il tarixədək 18 il 2 ay 8 gün sığorta stajı, xx.xx.2006-cı il tarixdən xx.xx.2008-ci il tarixədək fərdi hesabın sığorta hissəsində qeydə alınmış 476,52 manat pensiya kapitalı və pensiya təyin olunduğu tarixdən sonra 6 il və ya daha çox müddət işlədiyi üçün xx.xx.2008-ci il tarixindən xx.xx.2017-ci il tarixinədək 4360,40 manat pensiya kapitalı əsasında əmək pensiyasının məbləği yenidən hesablanmış və xx.xx.2020-ci il tarixdən (müraciət etdiyi tarixdən 3 il əvvəl) 281,59 manat müəyyən edilmişdir. Qanunun 37.3.1-ci maddəsinə uyğun olaraq xx.xx.2023-cü il tarixində adıçəkilən şəxsin işləməyən əmək pensiyaçısı kateqoriyasına keçməsi ilə əlaqədar xx.xx.2017-ci il tarixdən xx.xx.2023cü il tarixinədək fərdi hesabının sığorta hissəsində qeydə alınmış 7328,48 manat (xx.xx.2023-cü il tarixinə indeksləşdirilmiş məbləğ) pensiya kapitalı əsasında əmək pensiya məbləği yenidən hesablanmış və xx.xx.2023-cü il tarixindən 492.92 manata, Qanunun 29.1-ci maddəsinin tələblərinə əsaəsn indeksləşdirilərək xx.xx.2024-cü il tarixindən 548,13 manata çatdırılmışdır. İşə baxan birinci instansiya məhkəməsinin sorğusuna Naxçıvan Muxtar Respublikasının Dövlət Arxiv İdarəsinin 02/348 nömrəli, 23 aprel 2024-cü il tarixli cavab məktubunda qeyd edilmişdir ki, vətəndaş Quliyeva (Əsgərova) Züriyyə Əsgər qızının X12 İnstitunun “Azərbaycan dili və Ədəbiyyat” ixtisasına daxil olması, bitirməsi və diplom verilməsi barədə X12 İnstutunun 24 avqust 1976-cı il tarixli 120 nömrəli, 21 iyul 1980-ci il tarixli 3/98 nömrəli əmrlərinin və Dövlət İmtahan Komissiyasının 28 iyul 1980-ci il tarixli 12 nömrəli protokolunun təsdiq olunmuş surətləri təqdim edilmişdir. İşə baxan birinci instansiya məhkəməsinin sorğusuna Elm və Təhsil Nazirliyi Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin xx.xx.2024-cü il tarixli, 3-29-68/2-591/2024 nömrəli məhkəməyə ünvanlandığı cavab məktubunda aşağıdakılar qeyd edilmişdir: - 1993-cü ildə Cəbrayıl rayonunun işğal olunması ilə əlaqədar olaraq İddiaçı 1993cü il tarixindən əvvəlki dövrdə işləməsi barədə məlumatlar müəyyən etmək mümkün olmamışdır. İddiaçı 1993-cü ilə qədər Cəbrayıl rayonu Hasanlı kənd orta məktəbində müəllim vəzifəsində çalışmış, 1993-cü ilin sentyabr ayından 1994-cü ilin sentyabr ayınadək isə özündən asılı olmayan səbəblərdən iş yerini itirdiyi üçün orta aylıq əmək haqqı almışdır. Cəbrayıl rayon Dövlət Arxivi tərəfindən həmin dövrdə İddiaçı ödənilən əmək haqqı barədə arayış X14 Təhsil İdarəsinin Cəbrayıl rayonu təhsil sektoruna təqdim edilmişdir. İddiaçı Naxçıvan X9 aldığı təhsili ilə bağlı sənədlər isə X17 İdarəsində saxlanılır. İddiaçı işə birinci instansiya qaydasında baxılarkən “cavabdehin xx.xx.2024-cü il tarixli 3-17-1/1-Q291125/2023 saylı qərarının tam ləğv edilməsini, həmin dövrlərin stajına daxil edilərək pensiya hüququnun yarandığı tarixdən əvvəlki məbləğinin bərpa edilməsi və pensiyasından tutulan məbləğlərin bərpa edilməsi”ni tələb etsə də, apellyasiya baxışı zamanı cavabdehin xx.xx.2024-cü il tarixli 3-17-1/1-Q291125/2023 saylı qərarı ilə iddiaçının pensiya məbləğinin onun xeyrinə artırıldığı, yəni 417,49 manat olan pensiyasının yenidən hesablanaraq 492,92 manata çatdırıldığı müəyyən olunduğu üçün iddiaçıya hüquqi marağına uyğun olan iddia tələbi irəli sürmək imkanının olması ilə bağlı hüquqi yardım göstərilmişdir. Bununla bağlı iddiaçı cavabdeh orqanın xx.xx.2024-cü il tarixli, 3-17-1/1-Q291125/2023 saylı qərarının yalnız onun hüquqlarına müdaxilə olunan hissəsinin- xx.xx.1983-xx.xx.1994-cü illər üzrə olan dövrün sosial sığorta stajına daxil edilməməsi hissəsində ləğv edilməsi, həmin dövrlərin stajına daxil edilərək pensiyasının yenidən hesablanıb ödənilməsi və pensiyasından tutulan məbləğlərin qaytarılması öhdəliyinin cavabdeh orqanın üzərinə qoyulmasını xahiş etmişdir. Həmin ərizə məhkəmə tərəfindən icraata qəbul edilmişdir. İddiaçının mübahisələndirdiyi cavabdeh orqanın xx.xx.2024-cü il tarixli, 3-17-1/1- Q291125/2023 saylı qərarının müvafiq hissədə qanuniliyi və əsaslılığı yoxlanılarkən müəyyən olundu ki, həmin qərar qəbul edilərkən inzibati icraat haqqında qanunvericiliyin tələblərinə riayət olunmamışdır. “İnzibati icraat haqqında” Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat- fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Maddənin məzmunundan da göründüyü kimi, inzibati orqanlar öz təşəbbüsü ilə inzibati akt qəbul edərkən inzibati icraat aparırlar. “İnzibati icraat haqqında” Qanunun 28-ci maddəsi inzibati icraatın başlanması üçün əsasları müəyyən edir və onlardan biri də inzibati orqanların öz təşəbbüsü ilə inzibati icraat başlamasıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən inzibati icraatın başlanılması üçün əsaslar aşağıdakılardır: fiziki və ya hüquqi şəxsin ərizəsi; inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi; inzibati aktdan şikayət verildiyi halda, inzibati şikayət (28.1). Həmin Qanunun 14-cü maddəsinə əsasən inzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. Diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. Həmin Qanunun 21-ci maddəsinin tələbinə görə qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. Həmin Qanunun 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Həmin Qanunun 25.1-ci maddəsinə əsasən Qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, maraqlı şəxslər həm icraat zamanı, həm də icraatdan sonra inzibati icraat materialları ilə tanış olmaq və ya icraatla bağlı məlumat almaq hüququna malikdirlər. Həmin Qanunun 13.1 və 13.2-ci maddələrinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. “İnzibati icraat haqqında” Qanunun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.3-cü maddəsinə əsasən qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, inzibati orqan qüvvədə olan və mübahisələndirilə bilməyən əlverişli inzibati aktın qanunsuz olması ilə bağlı əsaslı məlumatlar əldə etdiyi hər bir halda, inzibati icraat haqqında qanunvericiliyin tələbləri baxımından xidməti mövqeyinə görə həmin inzibati aktın qəbul edilməsi üzrə əvvəlki inzibati icraatı təzələməyə və icraat aparmağa, icraat çərçivəsində inzibati aktın ləğvini və ya dəyişdirilməsini şərtləndirən halların mövcudluğunu müəyyən etməyə borcludur. Bu zaman inzibati orqan tərəfindən şəxsin həmin inzibati akta etimad hüququnun mövcudluğu, şəxsin etimadının qanunla qorunub-qorunmadığı da “İnzibati icraat haqqında” Qanunun 67-ci, xüsusən də 67.5-67.13-ci maddələrinin müddəaları baxımından yoxlanılmalıdır. İnzibati orqan yalnız bu halların müəyyən edilməsindən sonra inzibati aktın ləğvi və ya dəyişdirilməsi və ya inzibati aktın ləğvi və ya dəyişdirilməsindən imtina barədə qərar (inzibati akt) qəbul etməyə haqlıdır. Təzələnmiş icraat nəticəsində qəbul edilən inzibati akt qanunvericiliyin müvafiq maddələrinə istinad edilməklə inzibati orqan tərəfindən əsaslandırılmalıdır. Şəxs inzibati orqanın hansı hallar əsasında inzibati aktı ləğv etdiyini və ya dəyişdirdiyini, bunun səbəblərini və bu zaman istinad olunan hüquq normalarını qərardan aydın görmək imkanına malik olmalıdır. Bunu şəxsin həmin qərardan müdafiə olunmaq və öz müdafiəsini səmərəli şəkildə həyata keçirmək hüququ tələb edir. İnzibati orqanın öz qərarını əsaslandırma vəzifəsi eyni zamanda və həm də səmərəli məhkəmə nəzarətinin həyata keçirilməsi məqsədlərinə xidmət edir. Qeyd edilən qayda artıq ödənilmiş əmək pensiyası məbləğinin şəxsdən geri tələb olunması ilə bağlı hallara da tam şəkildə tətbiq olunur. Nəzərə almaq lazımdır ki, şəxsə ödənilmiş vəsaitin geri tələb olunması onun iqtisadi maraqları sferasına və əmlak hüquqlarına müdaxilə ilə bağlı olduğu üçün, inzibati orqan həmin pensiyanın təyin olunması barədə qərarın qəbulu ilə nəticələnmiş inzibati icraatı təzələməyə, icraat çərçivəsində pensiyanın artıq ödənilib-ödənilməməsini və bunun səbəblərini müəyyən etməyə, etimad hüququnun qorunması prinsipinin tələbləri və “İnzibati icraat haqqında” Qanunun 67-ci, xüsusən də 67.5-67.13-ci maddələrinin müddəaları baxımından həmin məbləğin tələb edilməsinin mümkünlüyünü yoxlamağa və yalnız bundan sonra şəxsin razılığı və ya məhkəmə qaydasında geri tələb edilən məbləğ barədə qərar qəbul etməyə haqlı sayılmalıdır. İşin faktiki hallarından görünür ki, iddiaçı barəsində xx.xx.2008-ci il tarixli qərarla yaşa görə əmək pensiyası təyin edilərkən onun hazırda mübahisələndirilən 1983-1994-cü illər üzrə olan iş stajı sığorta stajına daxil edilmişdi. Bundan 16 il keçdikdən sonra cavabdeh qurumun xx.xx.2024-cü il tarixli, 3-17-1/1-Q-291125/2023 nömrəli qərarla qeyd olunan dövrləri mübahisələndirib, həmin dövrləri iddiaçının sığorta stajına daxil etməməsi və həmin dövrü çıxmaqla pensiyanın yenidən hesablanması barədə qərar qəbul etməsi yuxarıda qeyd edilən qanunvericilik normaları pozulmaqla həyata keçirilmişdir. Bununla yanaşı qeyd olunmalıdır ki, “İnzibati icraat haqqında” Qanunun 68.4-cü maddəsinə əsasən qanuni inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Hazırki işdən isə görünür ki, cavabdeh qurum iddiaçının xeyrinə olan qanuni əlverişli inzibati aktın qəbul edildiyi vaxtdan (xx.xx.2008-ci ildən) 16 il sonra, həmin pensiya təyinatı zamanı nəzərə alınan 1983-1994cü illərin staja daxil edilməsinə və bu barədə xx.xx.2008-ci il tarixli qərarın (əlverişli inzibati aktın) mövcud olmasına baxmayaraq fərqli mövqe göstərərək həmin dövrün staja daxil edilməməsi qənaətinə gəlmişdir ki, bu barədə xx.xx.2024-cü il tarixli qərarı həmin hissədə qanunsuz əlverişsiz inzibati akt hesab olunur. Eyni zamanda cavabdeh qurumun xx.xx.2024-cü il tarixli, 3-17-1/1-Q-291125/2023 nömrəli qərarından görünür ki, iddiaçının pensiyası yenidən hesablanarkən ona artıq vermə də müəyyən olunmuşdur. Apellyasiya baxışı zamanı məlum oldu ki, cavabdeh qurumun müəyyən etdiyi 409,66 manat artıqvermənin alınması istiqamətində cavabdeh qurum tərəfindən iddiaçının pensiyasından tutulmalar da aparılmışdır. “Əmək pensiyları haqqında” Azərbaycan Respublikası Qanunun (bundan sonra – ƏPQ) 39-cu maddəsinə əsasən: 39.1. Əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. 39.2. Bu Qanunun 39.1-ci maddəsində göstərilmiş əsaslarla əmək pensiyasından və əmək pensiyasına əlavədən tutulan məbləğ, başqa əsaslara görə tutulan məbləğlər nəzərə alınmadan, hər ay əmək pensiyaçısına ödənilməli olan məbləğin 10 faizindən az, 20 faizindən artıq ola bilməz (bu Qanunun 39.3-cü maddəsi nəzərə alınmaqla). Əmək pensiyasından və əmək pensiyasına əlavədən tutulan məbləğ əmək pensiyaçısına ödənilməli olan məbləğin 10 faizindən az olduqda (bu Qanunun 39.3-cü maddəsi nəzərə alınmaqla) tam məbləğdə tutulur. 39.3. Bütün hallarda qanunvericiliklə müəyyən edilmiş cəmi tutulan məbləğ əmək pensiyaçısına veriləcək əmək pensiyası və əmək pensiyasına əlavənin məbləğinin 50 faizindən artıq olmamalıdır. 39.4. Borc ödənilib qurtarmamış əmək pensiyasının və əmək pensiyasına əlavənin verilməsi bu Qanunla müəyyən edilmiş hallarda dayandırılarsa, borcun qalan hissəsi könüllü və ya məhkəmə qaydasında qaytarılır. Qeyd edilən maddədən görünür ki, əmək pensiyaçısına artıq məbləğ ödənilmişsə, əmək pensiyaçısının razılığı olduqda pensiyanı təyin edən orqan bu barədə qərar qəbul etməklə artıq ödənilmiş məbləği əmək pensiyaçısına ödənilməli olan məbləğin 10 faizindən 20 faizinədək miqdarda tuta bilər. Əgər əmək pensiyaçısı belə razılıq verməzsə, onda bu məbləğ məhkəmə qaydasında tutulmalıdır. Lakin işdən müəyyən edilir ki, cavabdeh iddiaçıya artıq vəsait ödənildiyini müəyyən etmiş, həmin məbləğin ona ödənilməli olan əmək pensiyasından tutulması ilə bağlı onun razılığının olub- olmamasını araşdırmamışdır. Halbuki cavabdehin iddiaçıya ödənilməli olan pensiyadan tutma aparması üçün birincisi, onun razılığını almalı, ikincisi, bu razılıq əsasında tutma barədə qərar qəbul etməli idi. İşdən görünür ki, iddiaçının artıq ödənilmiş məbləğin ona ödənilməli olan pensiya ödənişindən tutulmasına razılığı yoxdur. Belə olan halda aydındır ki, qanunvericiliyə əsasən həmin vəsaitin iddiaçıdan tutulması üçün qanuni qüvvəyə minmiş məhkəmə qərarı mövcud olmalıdır. Lakin cavabdeh belə bir qərarı təqdim etmədiyindən, cavabdehin iddiaçıya ödənilən pensiya məbləğindən tutma aparması hərəkəti qanunsuz olmuşdur. İşin apellyasiya baxışı zamanı cavabdehin nümayəndəsi tərəfindən təqdim olunmuş sənədlərdən, o cümlədən iddiaçıya aid Pensiya alt sistemindən çıxarışdan məlum olmuşdu ki, iddiaçının pensiyasından ümumilikdə 99,61 manat tutulma aparılmışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Qeyd olunanlara əsasən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilməli və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11289/2024 saylı 16 dekabr 2024cü il tarixli qərarı ləğv edilməli, iddiaçının apellyasiya baxışı zamanı verdiyi tələbin dəqiqləşdirilməsi barədə ərizəsinə uyğun olaraq iddia tələbi təmin olunmalı və cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli 3-17-1/1-Q291125/2023 saylı qərarı “xx.xx.1983xx.xx.1994-cü illər üzrə olan dövrün onun sosial sığorta stajına daxil edilməməsi hissəsində” ləğv edilməli, həmin dövrlərin iddiaçının sığorta stajına daxil edilərək pensiyasının yenidən hesablanıb ödənilməsi və pensiyadan tutulan məbləğlərin ona qaytarılması öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialın üzərinə qoyulmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11289/2024 saylı 16 dekabr 2024-cü il tarixli qərarı ləğv edilsin. İddiaçının apellyasiya baxışı zamanı verdiyi tələbin dəqiqləşdirilməsi barədə ərizəsinə uyğun olaraq iddia tələbi təmin olunsun. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli 3-17-1/1-Q291125/2023 saylı qərarı “xx.xx.1983-xx.xx.1994-cü illər üzrə olan dövrün İddiaçı sosial sığorta stajına daxil edilməməsi hissəsində” ləğv edilsin. Həmin dövrlərin iddiaçının sığorta stajına daxil edilərək pensiyasının yenidən hesablanıb ödənilməsi və pensiyasından tutulan məbləğlərin qaytarılması öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialın üzərinə qoyulsun. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova X18 Orxan İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar