Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1893/2020 10.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Ağayev Valeh Məmməd oğlunun sədrliyi və məruzəsi ilə, Nuriyeva Afaq Bayram qızı və Hüseyn Aida Əli qızından ibarət tərkibdə; məhkəmə iclas katibi X3, iddiaçının nümayəndəsi Balcanov Mustafa Möhyəddin oğlu, cavabdehin nümayəndəsi X2 iştirakı ilə. İddiaçı Kamil qızının cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu X9 üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə pensiyanın təyin edilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-1110/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsаsən inzibati işə Bаkı Аpеllyаsiyа Məhkəməsinin binаsındааçıq məhkəmə iclаsındа bахаrаq müəyyən еtdi: İddiaçı Kamil qızı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dövlət Sosial Müdafiə Fondunun X1rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçıya 52 yaşı tamam olduğu tarixdən, yəni xx.xx.2012-ci ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və hazırki dövrə qədər yaranmış fərqin ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandıırlmışdır ki, iddiaçı xx.xx.1960-cı ildə Qazax rayonunda doğulmuşdur. İddiaçı xx.xx.1978-ci ildən xx.xx.1979-cu ilə qədər Qazax rayonu İ Şıxlı kənd Vidadi adına üzümçülük sovxozunda fəhlə, xx.xx.1980-cı ildən xx.xx.1993-cü ilə qədər «Azərelektromaş» EİB-də dolaqçı, yığıcı, rəngsaz, anbardar, nəzarətçi, xx.xx.1993-cü ildən xx.xx.1996-cı ilə qədər Yenidənqurma və X11 130 N-li X8 idarəsində şöbə rəisi, xx.xx.1996-cı ildən xx.xx.2005-ci ilə qədər 26 saylı X10 1 N-li sahəsinə iş icraçısı vəzifəsində işləmişdir. Ona 52 yaşı tamam olan tarixdən, yəni xx.xx.2012-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması ilə bağlı cavabdeh inzibati orqana ərizə ilə müraciət etmişdir. Lakin cavabdeh xx.xx.2019-cu il tarixli **********0 N-li imtina məktubu ilə ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasından imtina etmişdir. İmtinanın səbəbi kimi, xx.xx.2006-cı il tarixə qədər ümumi iş stajının 25 ildən az olması göstərilmişdir. Halbuki, yuxarıda da qeyd etdiyi kimi, xx.xx.2006-cı il tarixə qədər qüvvədə olan qanunvericiliyə əsasən əmək kitabçasında qeyd olunan bütün dövrlə iş stajı kimi qəbul olunmalıdır. Bu əsasdan hesab edir ki, cavabdeh inzibati orqanın imtinası əsaslı olmamışdır. xx.xx.2020-ci il tarixə təyin olunmuş məhkəmə iclasında cavabdehin adının “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu X9 üzrə Mərkəzi Filialı” kimi oxunması qərara alınmışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1110/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qərarı ilə rədd edilməmişdir. Həmin qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi Bakı şəhəri 26 saylı X10 yerləşdiyi Bakı şəhəri Moskva prospekti 69 ünvanına sorğu etməmiş, əmək müqaviləsinin mövcud olub-olmamasını və işlədiyi dövr ərzində maaş cədvəlini müəssisədən tələb etməməklə qanunvericiliyin tələbini pozmuşdur. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək onun təmin olunmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayəti ilə razılaşmadığını bildirərək, birinci instansiya məhkəməsinin qərarının qüvvəsində saxlanılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmə kоllеgiyаsı işin mаtеriаllаrını yохlаyаrаq, tərəflərin izаhаtlarını dinləyib, аpеllyаsiyа şikаyətinin dəlillərini аrаşdırаrаq hеsаb еdir ki, аpеllyаsiyа şikаyəti təmin еdilməli, birinci instаnsiyа məhkəməsinin qərarı ləğv edilməli, iddia təmin edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İddiaçının apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası qərarın qanuniliyini tam yoxlayır. Belə ki, birinci instansiya məhkəməsi iddianı rədd edərkən hesab etmişdir ki, Bakı şəhəri 26 saylı X12 xx.xx.2004-cü il tarixdə qeydiyyatdan keçdiyindən, müvafiq arxiv məlumatları mövcud olmadığından, iddiaçının həmin müəssisədə xx.xx.1996-cı il tarixdən xx.xx.2005-ci il tarixədək olan iş stajının onun ümumi iş stajına daxil edilməsi mümkün deyildir. İş materiallarında olan notarial qaydada təsdiq edilmiş xx.xx.1978-ci il tarixli Əmək Kitabçasından görünür ki, xx.xx.1978-ci ildən xx.xx.1979-cu ilə qədər Qazax rayonu İ Şıxlı kənd Vidadi adına üzümçülük sovxozunda fəhlə, xx.xx.1980-cı ildən xx.xx.1993-cü ilə qədər «Azərelektromaş» EİB-də dolaqçı, yığıcı, rəngsaz,anbardar, nəzarətçi, xx.xx.1993-cü ildən xx.xx.1996-cı ilə qədər Yenidənqurma və X11 130 N-li X8 idarəsində şöbə rəisi, xx.xx.1996-cı ildən xx.xx.2005-ci ilə qədər 26 saylı X10 1 N-li sahəsində iş icraçısı vəzifəsində işləmişdir. İş materiallarından görünür ki, Azərbaycan Respublikası Rayonlararası 26 saylı Təmir-Tikinti Trestinin (VÖEN: **********) xx.xx.2019-cu il tarixli Güzəştli arayışında göstərilmişdir: “Verilir İddiaçı Kamil qızına ondan ötəri ki, O, həqiqətən xx.xx.1996-cı il tarixdən xx.xx.2005-ci ilədək Bakı şəhər 26 saylı Təmir-Tikinti Trestində iş icraçısı vəzifəsində işləmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 911 N-li qərarına əsasən kod 23200000 sıfır 19906 üzrə İİ siyahı ilə güzəştli şərtlərlə pensiya hüququ verir.” İş materiallarından görünür ki, iddiaçı hazırkı tələblə cavabdeh orqana müraciət etmişdir. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun X9 İdarəsi iddiaçının müraciətini təmin etməkdən imtina edərək xx.xx.2019-cu il tarixli **********0 nömrəli məktubla bildirmişdir ki, “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Sumqayıt şəhər “ASAN xidmət” mərkəzi tərəfindən İdarəyə daxil olmuş ərizənizə və ona əlavə olunmuş sənədlərə baxaraq bildiririk ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə qadınlar 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda, bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. İdarəyə təqdim etdiyiniz xx xxxxxx 1978-ci il tarixli əmək kitabçanızın 26-27-ci səhifələrində xx.xx.1996-xx.xx.2005-ci il tarixləri arasındakı dövr əzində Bakı şəhər 26 saylı “Təmir-Tikinti Tresti”nin 1 nömrəli sahəsində işlədiyiniz qeyd olunmuşdur. İdarə tərəfindən yuxarıda qeyd olunan dövrdə əmək stajınızın dəqiqləşdirilməsi məqsədi ilə araşdırma aparılaraq həmin müəssisənin xx xxxxxxx 2004-cü il tarixində Vergi orqanlarında qeydiyatdan keçərək VÖEN aldığı müəyyən edilmişdir. Qeyd olunan ziddiyyətli faktları nəzərə alaraq sizə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı mümkün hesab edilmir.” Bundan sonra iddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və mübahisə yuxarıda qeyd edilən qaydada həll edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq aşağıdakıları qeyd edir: Belə ki, xx.xx.2006-cı il tarixdən qüvvədə olan «Əmək pensiyaları haqqında» Qanunun həmin vaxt (xx.xx.2017-ci il tarixədək) qüvvədə olan9.1-ci maddəsinin redaksiyasına görə axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar-52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun qeyd olunan tələbindən göründüyü kimi, iddiaçının azı 20 il sığorta stajı olduqda və həmin stajın azı 10 ilini əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışdıqda, onun 52 yaşından güzəştli şərtlərlə pensiya hüququ yaranır. Cavabdeh orqanın ərizəni təmin etməkdən imtina edərkən ona əsaslanmışdır ki, iddiaçının xx.xx.1996-xx.xx.2005-ci il tarixləri arasındakı dövr əzində Bakı şəhər 26 saylı “Təmir-Tikinti Tresti”nin 1 nömrəli sahəsində işlədiyi Bakı şəhər 26 saylı “Təmir-Tikinti Tresti”nin xx xxxxxxx 2004-cü il tarixində Vergi orqanlarında qeydiyatdan keçərək VÖEN aldığı müəyyən edilmişdir. İddiaçının qalan idarələrdə işləməsi cavabdeh orqan tərəfindən qəbul olunmuşdur. Məhkəmə kollegiyası Bakı şəhər 26 saylı “Təmir-Tikinti Tresti”nin dövlət qeydiyyatına alınması ilə bağlı qeyd edir ki, İnternet vergi İdarəsində olan kommersiya qurumlarının dövlət reyestri məlumatlarından görünür ki, Bakı şəhər 26 saylı “Təmir-Tikinti Tresti xx.xx.1993-cü il tarixdə dövlət qeydiyyatına alınmışdır. İş materiallarında olan iddiaçının əmək kitbçasının surətindən və “xxxxxxxxx” ASC-nin xx.xx.2020-ci il tarixli məktubdan görünür ki, iddiaçının təkcə “Azərelektomaş” EİB-də işlədiyi rəngsaz peşəsi (1 il 5 ay 12 gün), xx.xx.1996-cı ildən xx.xx.2005-ci ilə qədər 26 saylı X10 1 N-li sahəsində iş icraçısı (9 il 4 ay 16 gün) vəzifəsi üzrə 10 ildən çox güzəştli stajı, xx.xx.1978-ci ildən xx.xx.2005-ci ilə kimi isə 20 ildən çox ümumi stajı mövcuddur. Məhkəmə kollegiyası yuxarıda qeyd edilən qanunvercilik normalarını hazırkı mübahisəyə tətbiq edərək və işdə olan sənədlərə əsaslanaraq belə qənaətə gəlir ki, cavabdeh inzibati orqan iddiaçının xx.xx.2006-cı il tarixədək 20 ildən artıq ümumi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 saylı qərarı ilə təsdiq olunmuş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” 2 saylı siyahısı”nda təkcə 2 peşə üzrə (XXVİİ-ci bölmə, 2290100a—13450 saylı kod rəngsaz, 2290100b—24441 saylı kod iş icraçısı peşələrində işləməklə 10 il güzəştli iş stajının olmasını, eyni zamanda xx.xx.2012-ci ildə iddiaçının 52 yaşının tamam olmasını nəzərə almadan, iddiaçının müraciətini təmin etməməkdə haqlı olmamışdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1110/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qərarı ləğv edilməli, iddia təmin edilməlidir. Göstərilənlərə əsasən və İPM-in 87, 89, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı Kamil qızının apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1110/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qərarı ləğv edilsin. İddia təmin edilsin. İddiaçı Kamil qızına xx.xx.2012-ci ildən 52 yaşından güzəştli şərtlərlə yaşagörə əmək pensiyasının təyin edilməsi və hazırki dövrə qədər yaranmış fərqin ödənilməsi vəzifəsi cavabdehə həvalə edilsin. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) аy müddətində Аzərbаycаn Rеspublikаsı Аli Məhkəməsinin İnzibаti kоllеgiyаsınа (AZ 1025, Bakı şəh., Yusif Səfərov küç.,14, 1193-cü məhəllə) Bаkı Аpеllyаsiyа Məhkəməsi vаsitəsilə kаssаsiyа şikаyəti vеrilə bilər. Sədrlik edən: Valeh Ağayev Hakimlər: Afaq Nuriyeva Aida Hüseyn
Məhkəmə qərarları › İş №2-1(103)-1893/2020
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1893/2020
10.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver