Məhkəmə qərarları › İş №2-1(103)-1893/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1893/2023

05.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1893/2023 05.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), X5 və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası X8 (PHŞ) qarşı «dövlət qulluğu stajının tanınması və müsahibəyə buraxılma tələbinə dair» inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7749/2022 saylı xx.xx.2022-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə) açıq məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh Azərbaycan Respublikası X4rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun 07 yanvar 2008-ci il tarixindən 21 iyul 2014-cü ilədək Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsində dövlət qulluğunda işləməsini qanuni hesab etməklə həmin müddətin dövlət qulluğu stajına daxil edilməklə onun dövlət qulluğunda staj müddətinin 10 il 3 ay 0 gün hesab edilməsi və bununla bağlı olaraq onun Kənd Təsərrüfatı Nazirliyində vakant vəzifəyə qəbul olunmağı üçün müsahibəyə buraxılması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddianın əsaslarına görə iddiaçı 18 sentyabr 2007-ci il tarixində Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsində Baş mütəxəssis vəzifəsinə təyin olunmuş, daha sonra isə 07 yanvar 2008-ci il tarixindən aparıcı məsləhətçi vəzifəsinə keçirilərək orada işini davam etdirmişdir. 07 yanvar 2008-ci il tarixində o, yeni inzibati vəzifəyə təyin olunan zamanı təyinat və onun müvafiq məlumatları X7 üzrə Komissiyaya göndərilmiş və Komissiya onun təyinatı ilə bağlı Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinə heç bir narazılığını bildirməmişdir. Bundan sonra isə 21 iyul 2014-cü ilədək çalışdığı müddət ərzində dövlət qulluğu üzrə 2-ci dərəcə dövlət qulluqçusu (19 mart 2008-ci il tarixli) və 1-ci dərəcə dövlət qulluqçusu (12 oktyabr 2011-ci il tarixli) ixtisas dərəcələri almış, həmçinin qeyd olunan müddət ərzində dövlət qulluqçusuna verilməli olan bütün imkanlardan (vəzifə maaşı, mükafat, müavinət, məzuniyyət və s) istifadə etmişdir. O, dövlət qulluğu üzrə müsabiqə və müsahibə mərhələlərindən uğurla keçməklə 21 iyul 2014-cü il tarixindən həmin təşkilatda sektor müdiri vəzifəsinə təyin olunmuşdur. Sonuncu vəzifədə 18 dekabr 2017-ci il tarixinədək çalışmış, eyni zamanda dövlət qulluğunun kiçik müşaviri (15 oktyabr 2014-cü il tarixli) ixtisas dərəcəsi almışdır. O, 19 dekabr 2017-ci il tarixindən 2 il müddətində, yəni 19 dekabr 2019-cu il tarixinədək dövlət qulluqçularının ehtiyat kadrları siyahısında (Dövlət başçısının Fərmanına əsasən dövlət orqanının ləğvi ilə əlaqədar olaraq) olmuş və qeyd olunan müddət ərzində dəfələrlə müvafiq mərkəzi icra hakimiyyəti orqanlarından aidiyyəti təsnifat üzrə vəzifəyə təyinatla bağlı təkliflər almışdır. Qeyd olunmalıdır ki, hər zaman tərəfindən dim.gov.az internet portalından istifadə zamanı X1 üzrə elektron xidmətlər bölməsindən “Dövlət qulluqçularından reyestrdən məlumatların verilməsi” alt bölməsində onun dövlət qulluğu staj müddəti 10 il 3 ay 0 gün (18 Sentyabr 2007-18 dekabr 2017) qeyd olunduğunu görmüşdür. Sonuncu dəfə Kənd Təsərrüfatı Nazirliyində vakant vəzifəyə qəbul olunmağı üçün müsahibə üzrə iştirakı ilə bağlı aidiyyəti üzrə sənədlərini cavabdehə təqdim etsə də, sonuncu tərəfindən ümumi müsahibədə iştirak istəyinə 16 mart 2022-ci il tarixli elektron məktubla imtina cavabı verilmiş, səbəb kimi isə vaxtilə dövlət qulluğuna dair qanunvericiliyin tələbləri gözlənilmədən dövlət qulluğuna qəbul edilməyi göstərilmişdir (ümumi müsahibədə iştirakla bağlı ən azı 5 il dövlət qulluğunun olması qeyd olunmuşdur). Xüsusilə vurğulanmalıdır ki, X9 tərəfindən onun dövlət qulluğunda staj müddətini cəmi 3 il 4 ay 27 gün, yəni yalnız sonuncu vəzifə üzrə təyin olunmanı və azad olmanı (21 iyul 2014 - 18 dekabr 2017) staj müddəti kimi nəzərə almışdır. Qeyd olunan hallardan da göründüyü kimi X9 yalnız dövlət qulluğu üzrə müsabiqə və müsahibə mərhələlərindən keçdikdən sonra onun dövlət qulluğunda stajını dövlət qulluğu stajına hesablamışdır. Dövlət qulluğu üzrə müsabiqə və müsahibə mərhələlərindən keçməzdən əvvəlki dövrdə dövlət qulluğunda onun çalışmasını isə dövlət qulluğu stajına hesablamamışdır. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu 21 iyul 2000-ci il tarixində qəbul olunsa da, həmin Qanun işləməmişdir. X7 üzrə Komissiya 2007-ci ildə fəaliyyət göstərsə də, bu bütün sahələri əhatə etməmişdir və o dövlət qulluğuna bütünlüklə qəbulu həyata keçirmək üçün resursa malik olmamışdır. O, 18 sentyabr 2007-ci il və 07 yanvar 2008-ci il tarixlərində dövlət qulluğuna ərizə və əmr əsasında qəbul olunmuşdur. O, 21 iyul 2014-cü il tarixində Dövlət qulluğu üzrə müsabiqə və müsahibə mərhələlərindən uğurla keçməklə sektor müdiri vəzifəsində fəaliyyətini 18 dekabr 2017-ci il tarixinə qədər davam etdirmişdir. O, Kənd Təsərrüfatı Nazirliyində vakant vəzifəyə dövlət qulluğunda çalışmaq üçün ümumi müsahibə üzrə iştirakı ilə bağlı sənədlərini X8 təqdim etsə də, sonuncu tərəfindən onun ümumi müsahibədə iştirak istəyinə imtina cavabı verilmiş, səbəb kimi isə vaxtilə dövlət qulluğuna dair qanunvericiliyin tələbləri gözlənilmədən dövlət qulluğuna qəbul edilməyi göstərilmişdir. Halbuki, cavabdehin mübahisələndirdiyi onun dövlət qulluğuna qəbulu heç bir halda nə etibarsız hesab edilmiş, nə də ləğv edilmişdir, nə də o vəzifəyə təyin olunduqda bundan xəbəri olsa da, ona etirazını bildirməmişdir. Cavabdeh iddia əorizəsinə dair məhkəməyə ünvanladığı etirazında iddianı qəbuletməmiş, iddianın rədd ounmasını məhkəmədən xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 29.3-cü maddəsinin birinci hissəsinə əsasən 1-5-ci kateqoriya dövlət orqanlarında (müvafiq icra hakimiyyəti orqanı istisna olmaqla) inzibati vəzifələrin dördüncü-yeddinci təsnifatlarına (2-ci kateqoriya dövlət orqanlarına aid müvafiq icra hakimiyyəti orqanında inzibati vəzifələrin dördüncü təsnifatına uyğun olan vəzifələr (bölmə rəhbərləri və həmin dövlət orqanı rəhbərinin müşavirləri, köməkçiləri) istisna olmaqla) uyğun olan vəzifələrin həmin dövlət orqanında və ya digər dövlət orqanında inzibati vəzifələrdə qulluq keçən və inzibati vəzifələrin təsnifatına uyğun ixtisas dərəcəsi olan dövlət qulluqçuları, habelə azı 5 il qulluq stajı olan və dövlət orqanında inzibati vəzifələrdə çalışmış, eləcə də bu Qanunun 2.3-cü maddəsində nəzərdə tutulan dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) keçən və xüsusi (hərbi, diplomatik) rütbəsi olan, habelə həmin orqanlarda azı 5 il qulluq (xidmət) stajı olan və xüsusi (hərbi, diplomatik) rütbə nəzərdə tutulan vəzifələrdə çalışmış şəxslər tərəfindən tutulması ümumi müsahibə yolu ilə həyata keçirilir. Dövlət qulluğuna dair qanunvericiliyə əsasən aşağıdakı şəxslər ümumi müsahibədə iştirak etmək hüququna malikdirlər: - həmin dövlət orqanında və ya digər dövlət orqanında inzibati vəzifələrdə qulluq keçən və inzibati vəzifələrin təsnifatına uyğun ixtisas dərəcəsi olan dövlət qulluqçuları. Bu kateqoriyadan olan şəxslər ümumi müsahibədə iştirak etmək üçün hazırda dövlət orqanında inzibati dövlət qulluğu vəzifəsində qulluq keçməklə inzibati vəzifə üzrə ixtisas dərəcəsinə malik olmalıdırlar. -azı 5 il qulluq stajı olan və dövlət orqanında inzibati vəzifələrdə çalışmış şəxslər. Bu kateqoriyadan olan şəxslər ümumi müsahibədə iştirak etmək üçün dövlət orqanında inzibati vəzifələrdə azı 5 il qulluq stajına malik olmalıdırlar. -prokurorluq, ədliyyə, müdafiə, fövqəladə hallar, dövlət təhlükəsizliyi xidməti, xarici kəşfiyyat xidməti, sərhəd xidməti, səfərbərlik və hərbi xidmətə çağırış üzrə dövlət xidməti, xüsusi dövlət mühafizə xidməti, miqrasiya xidməti, daxili işlər, gömrük, vergi və xarici işlər orqanlarında dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) keçən və xüsusi (hərbi, diplomatik) rütbəsi olan şəxslər. Bu kateqoriyadan olan şəxslər ümumi müsahibədə iştirak etmək üçün hazırda qeyd edilən dövlət orqanlarında qulluq (xidmət) keçməklə xüsusi (hərbi, diplomatik) rütbəyə malik olmalıdırlar. - prokurorluq, ədliyyə, müdafiə, fövqəladə hallar, dövlət təhlükəsizliyi xidməti, xarici kəşfiyyat xidməti, sərhəd xidməti, səfərbərlik və hərbi xidmətə çağırış üzrə dövlət xidməti, xüsusi dövlət mühafizə xidməti, miqrasiya xidməti, daxili işlər, gömrük, vergi və xarici işlər orqanlarında azı 5 il qulluq (xidmət) stajı olan və xüsusi (hərbi, diplomatik) rütbə nəzərdə tutulan vəzifələrdə çalışmış şəxslər. Bu kateqoriyadan olan şəxslər ümumi müsahibədə iştirak etmək üçün qeyd edilən dövlət orqanlarında xüsusi (hərbi, diplomatik) rütbə nəzərdə tutulan vəzifələrdə azı 5 il qulluq (xidmət) stajına malik olmalıdırlar. İddiaçı ümumi müsahibədə iştirak edə bilmək üçün dövlət qulluğuna dair qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət orqanında inzibati vəzifələrdə azı 5 il qulluq stajına malik olma tələbinə cavab verməlidir. Bununla bağlı bildirilir ki, dövlət qulluğuna qəbul "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 28.1-ci maddəsinə əsasən müsabiqə əsasında aparılır. Müsabiqə test imtahanından və müsahibədən ibarətdir. Eyni zamanda “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 14.1-ci maddəsində “dövlət qulluqçusu”nun anlayışı verilmişdir. Həmin maddəyə əsasən dövlət qulluqçusu bu Qanunla müəyyən edilmiş qaydada maaşlı (maaş yalnız bu Qanunun 7.1-ci maddəsində göstərilən mənbələrdən verilə bilər) dövlət qulluğu vəzifəsini tutan və inzibati vəzifə üzrə dövlət qulluğuna qəbul edilərkən Azərbaycan Respublikasına sadiq olacağına and içən Azərbaycan Respublikasının vətəndaşıdır. Maddədən də göründüyü kimi dövlət qulluqçusu statusunun əldə edilməsi üçün şəxs həmin Qanunla müəyyən edilmiş qaydada dövlət qulluğu vəzifəsini tutmalıdır. İnzibati vəzifə üzrə dövlət qulluğuna qəbul və inzibati vəzifələrin tutulması prosedurları “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 28-ci və 29cu maddələrində nəzərdə tutulmuşdur. İddiaçı 2008-ci ildə dövlət qulluğuna dair qanunvericiliyin tələbləri pozulmaqla müsabiqədən keçmədən Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsində inzibati vəzifələrin 5-ci təsnifatına aid olan aparıcı məsləhətçi vəzifəsinə dövlət qulluğuna qəbul edilmişdir. Azərbaycan Respublikasının X9 tərəfindən aparılan məlumat bazalarında İddiaçı həmin tarixdə dövlət qulluğuna qəbulla bağlı hər hansı müsabiqədə iştirakı qeydə alınmamışdır. İddiaçı qeyd edilən vəzifəyə müsabiqədən keçməklə təyin edilməli olduğu halda bu cür prosedurdan keçmədən birbaşa dövlət qulluğuna qəbul edilmişdir. Beləliklə İddiaçı 2008-2014-cü illərdə çalışdığı dövlət qulluğu vəzifəsini qanunvericiliklə müəyyən edilmiş qaydada tutmamış, dövlət qulluqçusu statusunu qanunvericiliklə müəyyən edilmiş qaydada əldə etməmişdir. İddiaçı 2014-cü ildə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Maliyyə-təsərrüfat şöbəsində Maliyyə-mühasibat sektorunun müdiri vəzifəsinə təyinatı aparılarkən “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə riayət edilmiş, iddiaçı müsabiqədə iştirak edərək həmin vəzifəyə təyin edilmişdir. İddiaçı “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri gözlənilməklə dövlət qulluqçusu statusunu 2014-cü ildə əldə etmişdir, onun dövlət qulluğuna 2017-ci ildə xitam verilmişdir. İddiaçı dövlət orqanında inzibati vəzifədə qulluq stajı hesablanarkən məhz qeyd edilən müddət nəzərə alınır. Bu müddət (cəmi 3 il 4 ay 28 gün) isə ümumi müsahibədə iştirak etmək üçün tələb edilən dövlət orqanında inzibati vəzifədə 5 il qulluq stajına malik olma tələbini ödəmədiyinə görə İddiaçı ümumi müsahibədə iştirak etmək hüququna malik deyil.Dövlət qulluğuna qəbul "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 28.1-ci maddəsinə əsasən müsabiqə əsasında aparılır.Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi artıq dövlət orqanı statusunda fəaliyyət göstərmirdi. Belə ki, “Azərbaycan Respublikasında dövlət idarəçiliyinin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 24 noyabr 2016-cı il tarixli 1125 nömrəli Fərmanının 5-ci hissəsinə əsasən “İcra hakimiyyəti orqanı” hüquqi statusuna malik Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi əsasında “İçərişəhər” Dövlət Tarix- Memarlıq Qoruğu İdarəsi” publik hüquqi şəxs yaradılmışdır. İddiaçı ilə bağlı qanunsuz inzibati aktın qəbul edilməsi halı X3 vakant inzibati vəzifələrin tutulması üçün xx.xx.2022- ci il tarixdə elan edilmiş ümumi müsahibədə iştirakla bağlı müraciət etdiyi vaxt ümumi müsahibədə iştirak etmək hüququna malik olubolmamasının müəyyənləşdirilməsi məqsədilə sənədləri araşdırılarkən məlum olmuşdur. Bakı İnzibati Məhkəməsinin 12 oktyabr 2022-ci il tarixli, 2-1(112)-7749/2022 nömrəli qərardadı ilə İddiaçı iddia tələbi “onun 07 yanvar 2008-ci il tarixindən 21 iyul 2014-cü ilədək Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsində dövlət qulluğunda işləməsini qanuni hesab etməklə həmin müddətin dövlət qulluğu stajına daxil edilməklə onun dövlət qulluğunda staj müddətinin 10 il 3 ay 0 gün hesab edilməsi” hissəsində mümkün sayılmamışdır Eyni zamanda, məhkəmənin xx.xx.2022-ci il tarixli qərarı ilə iddia rədd edilmişdir. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasnı xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, «Qərar maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Belə ki, 07 yanvar 2008-ci il tarixdən yeni inzibati vəzifəyə, aparıcı məsləhətçi vəzifəsinə təyin olunan zaman təyinatını və ona aid müvafiq məlumatları dövlət qulluğu müəssisələri üzrə Komissiyaya göndərilmiş, «İçərişəhər» Dövlət Tarix- Memarlıq Qoruğu idarəsində vəzifəyə təyin olunarkən X7 üzrə Komissiyanın bu barədə məlumatı olmuş və heç bir narazılığını bildirməmişdir.Çalışdığı müddət ərzində o, ixtisas dərəcələri almış, dövlət qulluğu imkanlarından (vəzifə maaşı, mükafat, müavinət,məzuniyyət və s.) istifadə etmişdir. Sonuncu vəzifədə xx.xx.2017-ci il tarixədək çalışmışdır. X6 diqqətsizliyindən və öz səlahiyyətlərini vaxtılə yetərincə yerinə yetirilməməsi səbəbindən dövlət qulluğu tajı müddəti düzgün hesablanmayıb. Məhkəmə kollegiyasının iclasları barədə xəbərdar edilmiş tərəflər məhkəmə iclasına gəlməmiş, İPM-in 62.3-cü maddəsinin tələblərini nəzərə alan məhkəmə kollegiyası onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İİ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, iddiaçının apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. "Azərbaycan Respublikasının X9 publik hüquqi şəxsin yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 11 aprel tarixli 860 nömrəli Fərmanına əsasən Azərbaycan Respublikasının X9 publik hüquqi şəxs yaradılmış, Azərbaycan Respublikasının X9 dövlət qeydiyyatına alındığı andan Azərbaycan Respublikasının Prezidenti yanında X7 üzrə Komissiya və Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyası ləğv edilmişdir. X6 xx.xx.2022-ci il tarixdə rəsmi saytından çıxarılmış xx.xx.2022-ci il tarixdə elan olunmuş Dövlət qulluğu vəzifələrinin tutulması üçün ümumi müsahibə elanlarında iştirak etmək üçün edilmiş müraciətlərin siyahısından görünür ki, iddiaçı E .Məmmədov xx.xx.2022-ci il tarixdə Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi Maliyyə və təsərrüfat şöbəsi Təsərrüfat sektorunda sektor müdiri vəzifəsi üzrə ümumi müsahibədə iştirak etmək üçün müraciət etmiş, lakin o, dövlət qulluğuna dair qanunvericiliyin tələbləri gözlənilmədən dövlət qulluğuna qəbul edilməsi səbəbindən müraciətinə imtina edilmişdir İşin faktiki ha materallarından göründüyü kimi, iddiaçı öhdəliyin icrası haqqında iddia (İPM m.34.1) )vasitəsilə, "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsində dövlət qulluğunda işləməsini qanuni hesab etməklə, onun Kənd Təsərrüfatı Nazirliyində vakant vəzifəyə qəbul olunmağı üçün müsahibəyə buraxılması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbi birinci instansiya məhkəməsinin qərarı ilə rədd edilmişdir. İddiaçının apellyasiya şikayətinin qeyd olunan dəlillərindən göründüyü kimi, 2008-ci ildən aparıcı məsləhətçi vəzifəsinə təyin olunarkən müvafiq məlumatları Dövlət qulluğu müəssisələri üzrə Komissiyaya göndərilmiş, «İçərişəhər» Dövlət Tarix-Memarlıq Qoruğu idarəsində vəzifəyə təyin olunarkən isə Komissiya bu barədə məlumatlı olmuş və heç bir narazılığını bildirməmiş, çalışdığı müddət ərzində o, ixtisas dərəcələri almış, dövlət qulluğu imkanlarından (vəzifə maaşı, mükafat, müavinət,məzuniyyət və s.) istifadə edərək sonuncu vəzifədə xx.xx.2017-ci il tarixədək çalışsa da X6 öz səlahiyyətlərini yetərincə yetirməmiş,onun dövlət qulluğu vəzifəsini düzgün hesablamamışdır. Məhkəmə kollegiyası iddiaçının qeyd olunan dəlilləri ilə razılaşmayaraq hesab edir ki, cavabdeh tərəfindən iddiaçının dövlət qulluğu müddətinin hesablanması qanunvericilyin tələblərinə uyğundur. Belə ki, “Dövlət Qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən «dövlət qulluqçusu» statusu aşağıdakılarla müəyyən olunur: 14.1. maddəsinə əsasən dövlət qulluqçusu bu Qanunla müəyyən edilmiş qaydada maaşlı (maaş yalnız bu Qanunun 7.1-ci maddəsində göstərilən mənbələrdən verilə bilər) dövlət qulluğu vəzifəsini tutan və inzibati vəzifə üzrə dövlət qulluğuna qəbul edilərkən Azərbaycan Respublikasına sadiq olacağına and içən Azərbaycan Respublikasının vətəndaşıdır. İnzibati vəzifə tutan və hakimiyyət səlahiyyətləri alan dövlət qulluqçusu dövlət vəzifəli şəxsdir. 28.1. Dövlət qulluğuna qəbul müsabiqə əsasında aparılır. Müsabiqə test imtahanından və müsahibədən ibarətdir. 28.2.Müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum inzibati və yardımçı vəzifələrin təsnifat toplusuna uyğun olaraq inzibati vəzifələr üzrə dövlət qulluğuna qəbul üçün ayda bir dəfədən az olmayaraq test imtahanları təşkil edir 28.3.Müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum test imtahanından keçən şəxsə inzibati və yardımçı vəzifələrin təsnifat toplusuna uyğun olaraq inzibati vəzifə üzrə test imtahanından keçdiyini təsdiq edən “Dövlət qulluğu sertifikatı” (bundan sonra – sertifikat) verir. Forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sertifikatın qüvvədəolma müddəti beş ildir. Şəxs dövlət qulluğu vəzifələri üzrə, bu Qanuna uyğun olaraq bir neçə sertifikat ala bilər. 28.4.Müsahibəni dövlət qulluğu vəzifəsinin aid olduğu dövlət orqanı təşkil edir. Müsahibənin keçirilməsi haqqında elan, sənədlərin qəbulu üçün müəyyən edilmiş son müddət göstərilməklə, müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun, dövlət qulluğu vəzifəsinin aid olduğu dövlət orqanının internet saytında və digər kütləvi informasiya vasitələrində verilir. – 28.5. Dövlət qulluğuna qəbul üçün test imtahanından keçdiyini təsdiq edən sertifikatı olan şəxs həmin sertifikatın qüvvədə olma müddətinin hər ili ərzində beş müsahibədə iştirak etmək üçün ödənişsiz müraciət edə bilər. Beşdən artıq müsahibədə iştirak ödənişlidir və müsahibədə iştirak etmək üçün ödənişin məbləğini müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. Müsahibədə iştirak etmək istəyən şəxs müsahibənin keçirilməsi elan edildiyi gündən 30 gün müddətində dövlət qulluğu vəzifəsinin aid olduğu dövlət orqanına müraciət edir. Müraciətə əlavə edilməli sənədlərin siyahısı və sənədlərin qəbulu qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir. 28.7.Müsabiqədən müvəffəqiyyətlə keçmiş namizədlər vakant dövlət qulluğu vəzifəsinə təyin edilmək üçün 5 iş günü müddətində dövlət orqanının rəhbərinə təqdim olunurlar. Dövlət orqanının rəhbəri təqdim olunmuş namizədlərdən birini seçərək, altı ay müddətinə stajçı kimi qulluğa qəbul etməli və vakant dövlət qulluğu vəzifəsinə təyin etməlidir. Staj dövründə dövlət orqanı rəhbərinin təyin etdiyi kurator stajçının işini istiqamətləndirir, fəaliyyətinə nəzarət edir və staj müddəti qurtardıqdan sonra stajçının sınaq müddəti ilə dövlət qulluğuna qəbul edilməsinin məqsədəuyğun olubolmadığı barədə tövsiyə təqdim edir. Tövsiyə müsbət olarsa, stajçı əmək müqaviləsi bağlamaq yolu ilə üç ay sınaq müddəti ilə dövlət qulluğuna qəbul edilir. Əmək müqaviləsində sınaq müddəti ərzində qulluq keçmənin şərtləri müəyyənləşdirilir. Sınaq müddəti ilə dövlət qulluğuna qəbul edilən şəxslə bağlanan əmək müqaviləsinin nümunəsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Sınaq müddəti ərzində əmək müqaviləsi pozulmayıbsa, həmin müddət qurtardıqdan sonra dövlət orqanının rəhbəri müqavilənin şərtlərinə uyğun olaraq, həmin şəxsin daimi dövlət qulluğuna qəbul edilməsi haqqında əmr verir və onunla müvafiq əmək müqaviləsi bağlayır. Daimi dövlət qulluğuna qəbul edilən şəxslə bağlanan əmək müqaviləsinin nümunəsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir 28.8-1. bu Qanunun 28.7-ci maddəsində nəzərdə tutulmuş staj və sınaq müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) inzibati vəzifələrin beşinci – yeddinci təsnifatlarına uyğun olan vakant vəzifələr üzrə müsahibə əsasında ilk dəfə dövlət qulluğuna qəbul edilən şəxslərə də şamil edilir.. 28.10.Daimi dövlət qulluğuna qəbul Azərbaycan Respublikasının adından müvafiq dövlət orqanının sənədi ilə təsdiq edilir. 29.3. –5-ci kateqoriya dövlət orqanlarında (müvafiq icra hakimiyyəti orqanı istisna olmaqla) inzibati vəzifələrin dördüncü-yeddinci təsnifatlarına (2ci kateqoriya dövlət orqanlarına aid müvafiq icra hakimiyyəti orqanında inzibati vəzifələrin dördüncü təsnifatına uyğun olan vəzifələr (bölmə rəhbərləri və həmin dövlət orqanı rəhbərinin müşavirləri, köməkçiləri) istisna olmaqla) uyğun olan vəzifələrin həmin dövlət orqanında və ya digər dövlət orqanında inzibati vəzifələrdə qulluq keçən və inzibati vəzifələrin təsnifatına uyğun ixtisas dərəcəsi olan dövlət qulluqçuları, habelə azı 5 il qulluq stajı olan və dövlət orqanında inzibati vəzifələrdə çalışmış, eləcə də bu Qanunun 2.3cü maddəsində nəzərdə tutulan dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) keçən və xüsusi (hərbi, diplomatik) rütbəsi olan, habelə həmin orqanlarda azı 5 il qulluq (xidmət) stajı olan və xüsusi (hərbi, diplomatik) rütbə nəzərdə tutulan vəzifələrdə çalışmış şəxslər tərəfindən tutulması ümumi müsahibə yolu ilə həyata keçirilir. Bu maddənin müddəaları bu Qanunun 29.2-ci maddəsinin dördüncü hissəsinə uyğun olaraq dövlət qulluğuna qəbul edilmiş dövlət qulluqçuları (şəxslər) barəsində tətbiq edilmir. Dövlət qulluğu vəzifəsinin tutulması üçün nəzərdə tutulan təhsil tələbi (istiqaməti) üzrə elmlər doktoru elmi dərəcəsi olan şəxslər, dövlət orqanlarında (qurumlarında) siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilən vəzifələrdə azı 10 il iş stajı olan şəxslər inzibati vəzifələrin tutulması üçün keçirilən ümumi müsahibədə iştirak edə bilərlər. 1– 5-ci kateqoriya dövlət orqanlarında (müvafiq icra hakimiyyəti orqanı istisna olmaqla) inzibati vəzifələrin dördüncü – yeddinci (2-ci kateqoriya dövlət orqanlarına aid müvafiq icra hakimiyyəti orqanında inzibati vəzifələrin dördüncü təsnifatına uyğun olan vəzifələr (bölmə rəhbərləri və həmin dövlət orqanı rəhbərinin müşavirləri, köməkçiləri) istisna olmaqla) təsnifatlarına uyğun olan vəzifələrin tutulması məqsədi ilə dövlət orqanı rəhbərinin qərarı əsasında, ilk növbədə, həmin dövlət orqanında inzibati vəzifələrdə qulluq keçən və inzibati vəzifələrin təsnifatına uyğun ixtisas dərəcəsi olan dövlət qulluqçularının, habelə bu Qanunun 28.12-ci maddəsinin ikinci hissəsində müəyyən edilmiş vəzifələrə iddia edən şəxslərin iştirakını nəzərdə tutan daxili müsahibə keçirilə bilər. Eyni zamanda, Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 21 iyun tarixli 420 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Qulluqçuları Reyestrinin aparılması Qaydası”nın: 2-ci hissəsinə görə Dövlət Reyestri Azərbaycan Respublikasının dövlət qulluqçuları (o cümlədən stajçı kimi və sınaq müddətinə qəbul edilmiş və dövlət qulluğuna xitam verilmiş şəxslər də daxil olmaqla) barədə məlumatları əks etdirən və Azərbaycan dilində aparılan dövlət mərkəzləşdirilmiş məlumat bankıdır. 3-cü bəndinə əsasən Dövlət Reyestrinin yaradılmasında məqsəd dövlət qulluqçuları haqqında məlumatları toplamaq, təzələmək və təhlil etmək, onların qulluqda yüksəliş yolu ilə seçilməsi, yerləşdirilməsi, ixtisas dərəcələrinin artırılması məsələlərinin və dövlət qulluğu ilə bağlı digər məsələlərin həllində bu məlumatlardan istifadə etmək, müvafiq hallarda bu Qaydalarla və digər normativ hüquqi aktlarla müəyyən edilmiş qaydada dövlət orqanlarını həmin məlumatlarla təmin etməkdir. 12-ci bəndinə əsasən Dövlət Reyestrinə dövlət qulluqçusu haqqında məlumatların ilk dəfə daxil edilməsinə əsas bu şəxsin stajçı kimi dövlət qulluğuna qəbul edilməsidir. Aidiyyəti dövlət orqanı bu şəxs haqqında məlumatları Dövlət Reyestrini aparan dövlət qurumuna dövlət qulluğunda vəzifəyə (o cümlədən staj müddətinə) təyin edildikdən sonra on beş gün ərzində rəsmən təqdim etməlidir. Qanunvericiliyin qeyd olunan tələblərindən göründüyü kimi, iddiaçının ümumi müsahibədə iştirak etmək üçün dövlət qulluğuna dair müəyyən edilmiş ənormalara müvafiq olan dövlət orqanında inzibati vəzifələrdə azı 5 il qulluq stajına malik olması tələb olunur. Lakin, cavabdeh orqan tərəfindən aparılmış araşdırmalar nəticəsində müəyyən olunmuşdur ki, xx.xx.2008-ci ildə dövlət qulluğuna "Dövlət qulluğu haqqında” Qanunun tələbləri pozulmaqla qəbul edilmiş, xx.xx.2014-cu ildən xx.xx.2017-ci ilə kimi Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında “İçərişəhər” X11 Qoruğu İdarəsi/ Nazirlər Kabineti yanında “İçərişəhər” X11 Qoruğu İdarəsinin aparatı/Maliyyə Təsərrüfatı şöbəsi/Maliyyə mühasibət sektorunda sektor müdiri işlədiyi dövr, Qanunun tələblərinə riayət olunmaqla qəbul edildiyi nəzərə alınmaqla, həmin dövr onun dövlət qulluğu stajına daxil edilmiş, yəni həmin müddət ərzində dövlət qulluqçusu statusuna malik olmuş, lakin onun bu statusuna sözügedən İdarənin PHŞ çevrilməsi nəticəsində xx.xx.2017-ci il tarixdə xitam verilmişdir. Göründüyü kimi, iddiaçının dövlət orqanında inzibati vəzifələrdə qulluq keçən və inzibati vəzifələrin təsnifatına uyğun ixtisas dərəcəsi olan dövlət qulluqçusu və dövlət orqanının ləğvi, dövlət qulluqçularının sayının və ya ştatların ixtisarı ilə əlaqədar ehtiyat kadrlar siyahısına daxil edilən şəxs statusuna, həmçinin 5 il qulluq stajına (3 il 4 ay 28 gün) malik olmadığından, cavabdeh inzibati orqan tərəfindən müsahibəyə buraxılmaması qanunsuz hərəkət kimi qiymətləndirilməsi istsna olunur. Belə olan halda, cavabdeh orqan tərəfindən iddiaçının AR Kənd Təsərrüfatı Nazirliyində vakant vəzifəyə qəbul olunmağı üçün müsahibəyə buraxılmasından imtina olunması qanuni və əsaslıdır. Cavabdehin qanuni imtinası isə onun hüquqlarını pozması kimi qiymətləndirilə bilməz. İPM-in 73.1-ci maddəsinin tələbindən də görünür ki, məhkəmə, o halda, inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. inzibati aktın qəbulundan imtina olunması və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsi qanuna zidd və iddiaçının hüquqlarını pozmuş olsun. Birinci instansiya məhkəməsinin qərarında da, məhz, qeyd olunanlar nəzərə alınmış və məhkəmə əsaslı olaraq hesab etmişdir ki, iddia tələbinin təmin edilməsi üçün hüquqi əsaslar müəyyən edilmədiyindən tələb rədd edilməlidir. Beləliklə də qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası, iddiaçının apellyasiya şikayətinin birinci instansiya məhkəməsinin qərarının maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul olunduğunu mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-7749/2022 saylı xx.xx.2022-ci il il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və İPM-in 68, 69, 82, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçının apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7749/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar