Məhkəmə qərarları › İş №2-1(103)-1894/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1894/2023

19.07.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1894/2023 19.07.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X25 Aktiv oğlunun sədrliyi və məruzəsilə, Yusifov Cahangir Afər oğlu və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil4, cavabdehin nümayəndəsi X24, üçüncü şəxs X1 nümayəndəsi və vəkili Vəkil3 və üçüncü şəxs X9 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər X3 və X19) “məxsusluq arayışının verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-77/2023 nömrəli 22 fevral 2023-cü il tarixli qərarından cavabdeh və üçüncü şəxslər tərəfindən ayrıayrılıqda verilmiş apellyasiya şikayətlərinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər X3 və X19) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri ZDS Bağlar Təsərrüfatı İdarəsi ilə X20 arasında bağlanmış 29 may 1974-cü il tarixli, 13709 saylı icarə müqaviləsi əsasında X10 istifadəsinə verilmiş Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən sahəsi 0,24 ha olan, 1896 №li bağ sahəsinə mülkiyyət hüququnun İddiaçı mərhum babası X5 məxsus olması barədə arayışın (çıxarışın) verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılması xahiş edilmişdir. Bakı İnzibati Məhkəməsinin (hakim Nəriman Abıyev) 2-1(112)-77/2023 nömrəli 22 fevral 2023-cü il tarixli qərarı ilə iddia təmin edilmiş, Bakı şəhəri ZDS Bağlar Təsərrüfatı İdarəsi ilə X20 arasında bağlanmış 29 may 1974-cü il tarixli, 13709 saylı icarə müqaviləsi əsasında X10 istifadəsinə verilmiş Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən sahəsi 0,24 ha olan, 1896 №-li bağ sahəsinə mülkiyyət hüququnun İddiaçı mərhum babası X5 məxsus olması barədə arayışın (çıxarışın) verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması, aparılmış ekspertiza tədqiqatının dəyəri olaraq İddiaçı 100 (bir yüz) manat məbləğində pulun alınaraq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab AZ34CTRE**********00********) köçürülməsi qərara alınmışdır. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, müvafiq tələblə bağlı xx.xx.2019-cu il, xx.xx.2020-ci il və xx.xx.2021-ci il tarixlərdə İdarəyə müraciət etmişdir. Aparılan araşdırmalar nəticəsində məlum olmuşdur ki, elektron kadastr məlumatlarına əsasən göstərilən bağ sahəsinin yerləşməsi ilə bağlı bağların bölgüsünə dair sxematik xəritəsində uyğunsuzluq vardır. Belə ki, sxematik xəritəyə əsasən bağ sahəsi 1895, 1896 və 1897 saylı bağ sahələrinin yerinə uyğun gəlir. Eyni zamanda, bağ sahəsinin dövlət torpağı olubolmaması barədə ƏMDK-nin Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinə sorğu göndərilmişdir. İdarə daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. Göstərilənlərə əsasən qərarının ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsi xahiş edilmişdir. Eyni zamanda həmin qərardan üçüncü şəxs X3 apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Xəzər rayon Mərdəkan qəsəbəsində yerləşən sahəsi 0,12 ha olan 1900ç saylı bağ sahəsi Bakı şəhəri İcra Hakimiyyəti Başçısı Aparatının Abadlaşdırma və X6 Departamentinin X8 və İstismarı Birliyinin xx.xx.2004-cü il tarixli Müqaviləsi ilə onun istifadəsinə verilmişdir. Həmin tarixdən başlayaraq, qeyd olunan bağ sahəsi sahibliyində və istifadəsindədir. Bağ sahəsini hasarlamış və abadlaşdırmış, balaca bir tikili inşa etmişdir. Təxminən 3 il bundan əvvəl bir neçə nəfər ona məxsus bağ sahəsinə gələrək bağının Əli Ağayevə məxsus olmalarını bildirmişlər. Onlara bunun yanlış olması, bu bağ sahənin ona məxsus olması izah olunmuşdur. Bir neçə zaman keçdikdən sonra həmin şəxslər həmin iddia ilə yenidən gəlmişlər. Hazırda həmin şəxslər İddiaçı adından məhkəmədə iddia qaldıraraq, ona məxsus bağ sahəsinə qanunsuz olaraq yiyələnmək istəyirlər. İddia ərizəsində göstərilən bağ sahəsinin nömrəsi 1896 olsa da, faktiki olaraq iddiaçı ona məxsus 1900ç bağ sahəsini nəzərdə tutur. Cavabdehin xx.xx.2017-ci il tarixli məktubuna əsasən, qeyd olunan bağ sahəsi ilə onunla bağlanmış xx.xx.2004-cü il tarixli 33661 saylı Müqavilə Bakı şəhəri Ərazi İdarəsinin Arxivində mövcuddur. İş materiallarında olan xx.xx.2004-cü il tarixli 33661 nömrəli müqavilə ilə təsdiq olunur ki, ona Bakı şəhəri Xəzər rayonu Mərdəkan bağ massivində yerləşən 1900ç nömrəli bağ sahəsi ayrılmışdır. DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinin xx.xx.2017-ci il tarixli və xx.xx.2019-cu il tarixli məktubları ilə təsdiq olunur ki, Bakı şəhəri Xəzər rayonu Mərdəkan bağ massivində yerləşən 1900ç nömrəli bağ sahəsinin icarə verilməsinə dair xx.xx.2004-cü il tarixli 33661 nömrəli müqavilə Bakı şəhər ərazi İdarəsinin arxivində mövcuddur. Ona ayrılmış torpaq sahəsini hasarlamış və həmin torpaq sahəsinin üzərində bir mərtəbəli fərdi yaşayış evi inşa etmişdir. Bu illər ərzində torpaq sahəsinə maneəsiz istifadə və sahiblik etmişdir. İddiaçı tanımır və görməmişdir. Bir neçə il əvvəl özünü İddiaçı nümayəndəsi kimi təqdim edən, lakin iddiaçı ilə heç bir qohumluq dərəcəsi olmayan, həmin ərazidə daşınmaz əmlakın alqı-satqısı ilə məşğul olan X28 ona məxsus torpaq sahəsinə gələrək həmin sahəsinin iddiaçıya məxsus olmasını və bağ sahəsinin nömrəsinin 1896 olduğunu bildirmişdir. İddiaçı xəbəri olmadan keçirilən məhkəmə araşdırılması zamanı 1896 saylı bağ sahəsinin yerini müəyyən etmək mümkün olmamışdır. Belə ki, DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2021-ci il tarixli məktubu ilə təsdiq olunur ki, Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsində yerləşən 1896 saylı bağ sahəsinin yerləşməsi və bağların sxematik xəritəsində uyğunsuzluq mövcuddur. Bundan başqa, iş materiallarında olan DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2021-ci il tarixli mütəxəssis rəyi ilə təsdiq olunur ki, Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsində yerləşən 1896 saylı bağın koordinatlarını təyin etmək mümkün olmamışdır. Bundan başqa, iş materiallarında olan "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli mütəxəssis rəyi ilə təsdiq olunur ki, Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsində yerləşən 1896 saylı 0,24 ha ölçüdə olan bağ sahəsinin yerləşmə mövqeyini müəyyən etmək mümkün olmamışdır. Bundan başqa, iş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli ekspert rəyi ilə təsdiq olunur ki, Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsində yerləşən 1896 saylı 0,24 ha olan bağ sahəsinin mövcud olan sxematik xəritəsi miqyassız, koordinatsız, hər hansı istinad nöqtəsindən məsafə göstərilməməsi səbəbindən yerləşmə mövqeyini müəyyən etmək mümkün olmamışdır. Məhkəmə iclasında dindirilmiş mütəxəssis və şahid qismində ifadə verən Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsində yerləşən 1894a saylı bağ sahəsinin mülkiyyətçisi X26 bildirmişdir ki, bağ sahələrinin yerləşdiyi ərazidə bağ sahələrin nömrələri sürüşmüş və bağ sahələrinin nömrələrində ardıcıllıq qarışmışdır. Şahid A.Səfərov həmçinin bildirmişdir ki, ona məxsus 1900ç nömrəli bağ sahəsi onun bağ sahəsinin qonşuluğunda yerləşir. Məhkəmədə iddiaçı tərəfindən dəvət olunmuş və şahid qismində ifadə verən 1895 nömrəli bağ sahəsinin istifadəçisi bildirmişdir ki, İddiaçı onun yoldaşının əmisi qızıdır və o, üçüncü şəxsi tanımır. Şahid qismində ifadə verən iddiaçının qohumu üçüncü şəxsin digər qonşularını, o cümlədən 1894a bağ sahəsinin mülkiyyətçisi A.Səfərovu tanımamışdır. Lakin təəssüflər olsun ki, işə baxan birinci instansiya məhkəməsi bütün yuxarıda qeyd olunanları nəzərə almamış, tərtib edilmə tarixi müəyyən olunmayan və hər hansı dövlət qurumu tərəfindən təsdiq olunmayan sxematik xəritəyə istinad edərək ədalətsiz və əsassız qərar qəbul etmişdir. Həmin sxematik xəritədə onun və digər qonşularının torpaq sahələri əks olunmayıb, lakin bəzi qonşuların öz sahələrinə dair dövlət reyestrindən çıxarışlar da əldə etmişlər. Beləliklə, iş materiallarında olan sənədlərlə 1896 saylı bağ sahəsinin yerini müəyyən edən hər hansı sübut və dəlil olmadığı təqdirdə birinci instansiya məhkəməsi həmin torpaq sahəsini yerinin ona məxsus torpaq sahəsinin yeri olmasını müəyyən etmişdir. Məhkəmə yalnız sadə məntiqlə sxematik xəritəyə istinad edərək belə nəticəyə gəlmişdir ki, iddiaçının qohumunun sahəsi olan 1895 saylı bağ sahəsinin yanında 1900ç bağ sahəsi ola bilməz, orada yalnız qohumun 1896 saylı bağ sahəsi ola bilər. Halbuki, məhkəmədə şahid qismində ifadə verən mütəxəssis və 1894a saylı bağ sahəsinin mülkiyyətçisi təsdiq etmişlər ki, bağ sahələrinin nömrələrində sürüşmələr olmuşdur. İşdə olan sənədlərlə iddiaçının tələbləri arasında ziddiyyətlər və uyğunsuzluqlar olduğu üçün cavabdeh iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Bu isə onu göstərir ki, işə baxan birinci instansiya məhkəməsi işin hallarını araşdırmamış və bununla da Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 12-ci maddəsində nəzərdə tutulmuş işin hallarının araşdırılması prinsipini pozmuş və nəticədə həmin Məcəllənin 68-ci maddəsinə zidd qərar qəbul etmişdir. İddiaçının iddia ərizəsində tələbi: “ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı ərazi idarəsinin üzərinə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin rəsmiləşdirilməsi məqsədilə notariat kontoruna təqdim etmək üçün Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsində yerləşən 1896 saylı bağ sahəsinə hüququnun mərhum babam X5 məxsus olması və bu hüququn qeydiyyata alınmasının mümkünlüyü barədə arayışın verilməsi vəzifəsinin qoyulmasına dair qərar qəbul edilməsi” olmuşdur. Eyni cür tələblə iddiaçı məhkəmədən əvvəl cavabdehə ərizə ilə müraciət etmiş və “qanun üzrə vərəsəlik hüququ şəhadətnamənin rəsmiləşdirilməsi məqsədilə notariat kontoruna təqdim etmək üçün Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsində yerləşən 1896 saylı bağ sahəsinə hüququnun mərhum babam X5 məxsus olması haqqında 37 saylı forma arayışın verilməsi” olmuşdur. Lakin işə baxan birinci instansiya məhkəməsi “Bakı şəhəri ZDS Bağlar Təsərrüfatı İdarəsi ilə X30 oğlu arasında bağlanmış xx.xx.1974-cü il tarixli, 13709 saylı icarə müqaviləsi əsasında X10 istifadəsinə verilmiş Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləsən sahəsi 0,24 ha olan 1896 nömrəli bağ sahəsinə mülkiyyət hüququnun İddiaçı mərhum babası X5 məxsus olması barədə arayışın (çıxarışın) verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması” barədə qərar qəbul etmişdir. Beləliklə, İddiaçı məhkəmədən əvvəl çıxarışın verilməsi barədə ərizə ilə inzibati orqana müraciət etməmişdir. Bu isə iddianın mümkünlüyünü aradan qaldıran haldır. İşə baxan məhkəmə isə bunu araşdırmamış, iddianın mümkünlüyünü yoxlamamış və əsassız, qanunsuz qərar qəbul etmişdir. Göründüyü kimi iddiaçı iddia tələbində göstərdiyi inzibati aktın qəbul edilməsi haqqında inzibati orqana müraciət etməmişdir. Belə olan halda inzibati orqana qarşı irəli sürülmüş iddia mümkünsüzdür. Göstərilənlərə əsasən qərarın ləğv edilməsi və iddianın rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Eyni zamanda həmin qərardan üçüncü şəxs X19 apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, X19 Bakı şəhəri Xəzər rayonunda yolları və küçələri süpürən xadiməçi işləyir, maddi vəziyyəti çox ağırdır. 2013-cü ildən X1 razılığı ilə ona məxsus Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsində yerləşən 1900ç nömrəli bağ sahəsində yarımtikili evdə yaşayır. Həmin evdə o, 2 oğlu, qızı və oğlunun hamilə arvadı və 5 yaşında övladı ilə birgə yaşayır. Yaşadığı dövrdə torpağın sahibi kimi Gülxar xanımdan başqa heç kimi görməmiş və tanımır. "Makler” kimi tanıdığı Natiq adlı şəxs 2023-cü ilin mart ayının əvvəlində yaşadığı evə gələrək onun və ailəsinin evdən çıxmağını tələb etmişdir. Özünü İddiaçı nümayəndəsi kimi təqdim edən X28 adlı şəxs Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsində yerləşən 1900ç nömrəli bağ sahəsində uzun illər Xəzər rayonunda yolları və küçələri süpürərək əziyyətlə əldə etdiyi az məvaciblə qurduğu evi əlindən alıb onları küçəyə atmaq istəyir. İddiaçı və yaxud onun qohumlarını heç zaman görməmiş və tanımır. Yaşadığı evin qonşuluğunda Rufat, Niyazi, Abbas və Faiq adlı şəxsləri tanıyır. Göstərilənlərə əsasən qərarın ləğv edilməsi və iddianın rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. İddiaçı tərəfindən məhkəməyə apellyasiya şikayətlərinə etiraz daxil olmuşdur. Etirazda qeyd olunur: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-77/2023 saylı, xx.xx.2023-cü il tarixli Qərarı ilə iddia təmin edilərək, Bakı şəhəri ZDS Bağlar Təsərrüfatı İdarəsi ilə X20 arasında bağlanmış 29 may 1974-cü il tarixli, 13709 saylı icarə müqaviləsi əsasında X10 istifadəsinə verilmiş Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən sahəsi 0,24 ha olan, 1896 №-li bağ sahəsinə mülkiyyət hüququnun İddiaçı mərhum babası X5 məxsus olması barədə arayışın (çıxarışın) verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması qərara alınmışdır. Həmin qətnamədən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi, X3 və X19 tərəfindən apellyasiya şikayətləri verilmişdir. Hesab edir ki, apellyasiya şikayətləri aşağıda qeyd edilənlərə görə əsassız və qanunsuzdur. Belə ki, həmin işin araşdırılmış halları ilə birmənalı olaraq müəyyən edilmişdir ki, həqiqətən də Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən 0,24 ha olan 1896 saylı bağ sahəsi iddiaçıya babasından miras qalmışdır. İddiaçı həmin miras əmlakın öz adına sənədləşdirilməsi üçün cavabdehə müraciət etmiş, cavabdehin formal olaraq, əsassız imtinasından sonra da məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı məhkəməyə müraciət etməmişdən də illər əvvəl, eyni zamanda məhkəməyə müraciəti ilə yanaşı da, ona miras qalmış sözügedən bağ sahəsi ilə bağlı gözlənilən mülkiyyət hüququnun müdafiəsi ilə əlaqədar demək olar ki, ölkənin bütün hüquq mühafizə və digər orqanlarına mütəmadi müraciətlər etmiş, səlahiyyətli şəxslərin qəbulunda olmuş, müvafiq cavablar almışdır. Apellyasiya şikayətlərinə gəlincə, ilkin olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin şikayəti ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri ümumi, şablon ifadələr olmaqla, onun iddiaya etirazının dəlilləri ilə eynilik təşkil edir ki, bununla da bağlı birinci instansiya məhkəməsi bildirmişdir ki: “İddiaçı tərəfindən iddia olunan torpaq sahəsi həm faktiki cəhətdən, həm də bağların sxematik xəritəsinə əsasən mövcud olmaqla yanaşı, nə faktiki cəhətdən, nə də ki bağların sxematik xəritəsinə əsasən onunla qonşu olan və üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış digər bağ sahələrinin hər hansı bir hissəsinə müdaxilə etmir. Torpaq sahəsinin 293 kv.m-lik hissəsinin digər fiziki şəxs tərəfindən hasarlanaraq üzərində 1 mərtəbəli tikilinin inşa olunması isə özlüyündə cavabdeh tərəfindən iddiaçının bağ torpaq sahəsinə dair məxsusluq arayışının verilməsindən imtina üçün qanuni əsas hesab oluna bilməz.” Lazım olan müvafiq normalar Məhkəmə tərəfindən Qərarda kifayət qədər əsaslandırılmış şəkildə göstərildiyindən prosessual qənaət prinsipi baxımından həmin normaların burada yenidən sadalanaraq, məhkəmənin vaxtının əlavə alınmasına lüzum görmür. Cavabdeh Məhkəmə tərəfindən guya maddi hüquq normalarının tətbiq edilməsində səhvə yol verildiyini, prosessual hüquq normalarının kobud şəkildə pozulduğunu göstərsə də, bu pozuntuların, səhvlərin konkret olaraq nədən ibarət olmasını göstərə bilməmiş, sadəcə normaları sadalamaqla kifayətlənmişdir. Buna görə də hesab edir ki, cavabdehin apellyasiya şikayəti açıq-aşkar əsassızdır. G.Allahverdiyevanın apellyasiya şikayəti ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İlkin olaraq, bu apellyasiya şikayətinin dəlillərinin böyük bir hissəsi də iddiaya etirazın dəlilləri ilə eynilik təşkil edir və məhkəmə buna münasibət bildirmişdir. Buna görə həmin hissəyə təkrar münasibət bildirməyə zərurət görmür. Şikayətin maraqlı dəlillərindən biri odur ki, Gülxar xanım bağ sahəsində birmərtəbəli tikilinin onun tərəfindən inşa olunduğunu göstərsə də, digər, onun müttəfiqi olan Nazimə xanım isə min bir əziyyətlə həmin tikilini özünün tikdiyini iddia etməkdədir. Gülxar xanım illərdir ora sahiblik və ordan istifadə etdiyini iddia etsə də, bu dəlilini sübuta yetirə bilməmişdir. Əksinə, həmin sahənin iddiaçının sahibliyində olması və iddiaçı tərəfindən vaxtaşırı müəyyən vergi və digər ödəmələr edilməsi ilə bağlı iddiaçının əlində qalan qəbzlər mövcuddur. Gülxar xanım da dəlillərindən biri kimi iddiaçını tanımadığını bildirir ki, bunun işin mahiyyətinə bilavasitə aidiyyəti yoxdur. İddiaçı babasından miras qalmış bağ sahəsinin yiyəsi kimi üzərinə həmin sənədləri asıb Mərdəkan boyu gəzməli idi ki, hamı bunu bilsin?! Ən maraqlısı isə budur ki, Gülxar xanım iddiaçının əvəzindən danışaraq, iddiaçının məhkəmə proseslərindən xəbəri olmadığını iddia edir. G.Allahverdiyevanın apellyasiya şikayətinin şahidlərlə bağlı dəlili ilə əlaqədar bildiririk ki, iddiaçının təqdim etdiyi şahidin həqiqətən də orada bağının olmasına dair iş materiallarında sübut olsa da, qarşı tərəfin təqdim etdiyi şahid A.Səfərovun özünün hansı bağın yiyəsi olduğu iş materialları ilə müəyyən edilmir. İfadəsində orada bacısının bağının olduğunu desə də, bu ifadəsi də qeyri-müəyyən olmaqla, iş üçün hər hansı əhəmiyyəti yoxdur. Həmçinin o, guya bağın nömrə ardıcıllığının sürüşdüyünü bildirsə də, bu hal da heç nə ilə təsdiq olunmur və iddianın təmin edilməməsi üçün əsas ola bilməz. G.Allahverdiyevanın sonuncu dəlili isə məhkəmənin hər hansı dövlət qurumuna aidiyyəti olmayan və dövlət qurumu tərəfindən təsdiqlənməyən sxematik xəritəyə istinad etməsi ilə bağlı olmuşdur. Bununla bağlı bildirir ki, həmin sxematik xəritə məhz dövlət orqanı olan cavabdehin özü tərəfindən tərtib edilmiş xəritə olmaqla, Məhkəmənin sorğusuna əsasən cavabdeh orqanın xx.xx.2020-ci il tarixli müşayiət məktubu ilə Məhkəməyə göndərilmişdir. Göründüyü kimi G.Allahverdiyevanın bu hissədə də məşhur ifadədə deyildiyi kimi “Roma papasından artıq katolik olmaq” iddiası əbəsdir. Çünki bu hissədə problem olsaydı, cavabdeh orqanın özü bu məsələni xüsusilə vurğulamış olardı. Beləliklə, qeyd olunanlardan göründüyü kimi G.Allahverdiyevanın da apellyasiya şikayəti əsassızdır və təmin edilə bilməz. Nəhayət, X9 apellyasiya şikayətinə gəlincə, onun dəlilləri ondan ibarətdir ki, o, iddiaçını tanımır, torpağın sahibi kimi Gülxar xanımı tanıyır və əziyyət çəkib iddiaçıya məxsus torpaqda ev tikib. Nazimə xanımın iddiaçını tanıyıb-tanımamasının işin mahiyyətinə hər hansı təsiri yoxdur və Nazimə xanımın iddiaçını tanımağına da ehtiyac yoxdur. Çünki o, məşhur el məsəlində də deyildiyi kimi “Hamam suyu ilə dost tutulmanın” nəticəsi olaraq iddiaçıya məxsus torpaq sahəsinə “yerləşdirilmişdir ki”, orada baş verənlər barədə Gülxar xanımgili vaxtında məlumatlandıra bilsin. Nazimə xanım iddiaçıya məxsus torpaqda Gülxar xanıma görə ev tikdiyindən evə çəkdiyi xərci də Gülxar xanımdan istəyər. Çünki indiki insanların çoxunun özünə belə ev qurmaqda çətinlik çəkdiyi dövrdə Gülxar xanım səxavətlilik edərək, guya özünə məxsus torpaq sahəsi kimi təqdim etdiyi (əslində iddiaçıya məxsus sahədə) Nazimə xanıma kömək edibsə, deməli etdiyi köməyi axıra qədər edər. Bir halı da diqqətə çatdırır ki, tərəflərindən cavabdeh X14 qarşı “bağ sahəsindən çıxarılma” tələbinə dair iddia ilə Xəzər Rayon Məhkəməsinə müraciət edilərək, tikilidən onun özünün və onunla birlikdə yaşayan şəxslərin çıxarılaraq, tikilinin onun öz hesabına sökülməklə, onun tərəfindən zəbt edilmiş sahənin əvvəlki vəziyyətinə qaytarılmasına dair qətnamə qəbul edilməsi xahiş edilmiş, iddia icraata qəbul edilmiş, iş üzrə məhkəmənin hazırlıq iclası təyin edilmişdir. Nazimə xanımın hər hansı qanuni əsas olmadan iddiaçıya məxsus bağ sahəsinin bir hissəsini zəbt etməsi iddiaçının mülkiyyət hüquqlarına xələl vurmaqla, iddiaçının torpağı öz adına rəsmiləşdirməsinə suni manelər yaratmışdır ki, bu hal da cavabdeh orqanın iddiaçıya verdiyi imtina məktublarında öz təsdiqini tapmışdır. İddiaçı bir xanım kimi Nazimə xanıma əlavə problem yaratmaq istəmədiyindən onun bu qanunsuz və əsassız hərəkətləri ilə bağlı müvafiq orqanlara şikayətlər etməmişdir. Beləliklə, qeyd olunanlardan göründüyü kimi N.Cəfərovanın da apellyasiya şikayəti əsassız və qanunsuzdur. Göstərilənlərə əsasən apellyasiya şikayətlərinin təmin edilməməsini və qərarın dəyişdirilmədən saxlanılmasını xahiş edir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X24 apellyasiya şikayətlərinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən üçüncü şəxs X19 apellyasiya şikayətlərinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən üçüncü şəxs X1 nümayəndəsi və vəkili Vəkil3 apellyasiya şikayətlərinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil4 apellyasiya şikayətlərinə etiraz edərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə cavabdeh və üçüncü şəxslər tərəfindən verilmiş apellyasiya şikayətləri birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatını dinləyərək, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2019-cu il tarixli məktubundan görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən 1896 saylı bağ sahəsinin icarəyə verilməsinə dair keçmiş X8 və İstismarı Birliyi ilə X20 arasında bağlanılmış xx.xx.1974-cü il tarixli 13709 nömrəli müqavilə İdarənin arxivində mövcuddur. Həmin məktuba əlavə edilmiş Bakı şəhəri İcraiyyə Komitəsinin Bağlar Təsərrüfatı İdarəsi ilə X20 arasında bağlanılmış xx.xx.1974-cü il tarixli 13709 nömrəli müqavilənin surətindən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən sahəsi 0,24 ha olan 1896 №-li bağ sahəsi X15 icarəyə verilmişdir. İş materiallarında olan DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2021-ci il tarixli məktubu ilə Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən 1896 saylı bağ sahəsinə sənədlər məhkəməyə təqdim edilmişdir, o cümlədən məhkəməyə təqdim edilmiş Bakı şəhəri İcraiyyə Komitəsinin Bağ Təsərrüfatı Tresti ilə X20 arasında bağlanmış “Bağ sahələrinin, tikililərinin uzun müddətli icarəyə verilməsi haqqında” 13 yanvar 1967-ci il tarixli, 13709 saylı müqavilənin surətindən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən sahəsi 0,25 ha olan, 127 №-li bağ sahəsi xx.xx.1967-ci ildən xx.xx.1973-cü ilədək X15 icarəyə verilmişdir. İş materiallarında olan cavabdehin Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə 19 iyun 2019-cü il tarixli imtina məktubunda bildirilmişdir ki, göstərilən bağ sahəsi (Bakı şəhəri, Xəzər aryonu, Mərdəkan bağ massivində yerləşən 1896 saylı bağ sahəsi) digər bağ sahələri ilə ümumi hasar daxilindədir, ara sərhədləri şərtidir və bununla bağlı keçid yolu nəzərə alınmaqla notarial qaydada təsdiq edilmiş bölgü sxemi təqdim edilməmişdir. Həmçinin göstərilən sahəyə digər fiziki şəxslər tərəfindən müraciət daxil olmuş və iddiaçıya məxsus bağ sahəsinin bir hissəsi hasarlanaraq digər şəxs tərəfindən bağ evi inşa edilmişdir. Bu səbəblərdən ərizənin icrası mümkün olmamışdır. İş materiallarında olan **********64 №li xx.xx.2020-ci il tarixli məktubu ilə məhkəməyə təqdim olunmuş Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən bağ sahələrinə dair sxematik xəritədə 1896 №li bağ sahəsi əks olunmuşdur. İş materiallarında olan “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş **********25 saylı 28 fevral 2020-ci il tarixli məktubunda qeyd olunmuşdur ki, poçt vasitəsi ilə daxil olmuş ərizəyə əlavə olunmuş sənədlər surətdir. Xəzər rayonu, Mərdəkan bağ massivi ünvanıbda yerləşən 1896 saylı bağ sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı **********49 nömrəli, xx.xx.2019-cu il tarixli və **********889 nömrəli, xx.xx.2019-cu il tarixli məktublarla cavab verilmiş və həmin cavab məktubunda qeyd olunan iradlar aradan qaldırılmamışdır. Bu səbəbdən ərizənin icrası mümkün olmamışdır. İş materiallarında olan xx.xx.1988-ci ildə verilmiş İİİ-JQ seriyalı 440070 №li ölüm haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X7 xx.xx.1988-ci ildə ölmüşdür. İş materiallarında olan xx.xx.2019-cu il tarixdə verilmiş AZ-İİ seriyalı 030854 №li ölüm haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X12 xx.xx.2010-cu ildə ölmüşdür. İş materiallarında olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-3463/2019 nömrəli xx.xx.2019-cu il tarixli qətnaməsinin surətindən görünür ki, 29 may 1974-cü il tarixdə bağlanmış 13709 saylı icarə müqaviləsində göstərilən “X20”nun və İE seriyalı 561151 saylı doğum haqqında şəhadətnamədə göstərilən “X7”nun 13 mart 1988-ci ildə ölmüş “X17” ilə eyni şəxs olması faktı müəyyən edilmişdir. İş materiallarında olan Bakı şəhəri 7 saylı xüsusi notariat ofisinin xüsusi notariusu X21 tərəfindən DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinə ünvanlanmış 568 №li xx.xx.2019-cu il tarixli məktubdan görünür ki, X4 xx.xx.1988-ci il tarixdə vəfat etməsi ilə əlaqədar vərəsələrin xx.xx.2019-cu il tarixli ərizəsi əsasında mərhumun vərəsəsinin qızı X11 olmuş, lakin onun xx.xx.2019-cu il tarixdə ölməsi ilə əlaqədar nəvəsi İddiaçı olması barədə məlumat verilir və Mərdəkan qəsəbəsi, 1896 saylı sahə ünvanında yerləşən 0,24 ha torpaq sahəsinə dair çıxarış verilməsi xahiş olunur. İş materiallarında olan Bakı şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Abadlaşdırma və X6 Departamenti X8 və İstismarı Birliyi ilə X3 arasında bağlanmış Mərdəkan ərazisindəki 1900 “ç” nömrəli bağın istifadəyə verilməsi haqqında 01 dekabr 2004-cü il tarixli müqavilənin surətindən müəyyən olunur ki, qeyd olunan müqavilə ilə Bakı şəhər İcra Hakmiyyətinin xx.xx.2004-cü il tarixli 276 saylı sərəncamı əsasında Əzizbəyov rayonunun Mərdəkan ərazisində 0,12 ha torpaq sahəsi olan 1900 “ç” №li bağ X1 istifadəsinə verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən xx.xx.2021-ci il tarixli məktubla məhkəməyə təqdim edilmiş mütəxəssis rəyində qeyd olunur: İdarənin elektron kadastr baza məlumatlarına əsasən göstərilən bağ sahələrinin yerləşməsi ilə bağların bölgüsünə dair sxematik xəritəsi uyğunsuzluq vardır. Belə ki, keçmiş BTİ və İB tərəfindən vətəndaşalara torpaq (bağ) sahələri ayrılarkən koordinatlarla ayrılmadığından, həmçinin vətəndaşlar bağ sahələrində hasarlama işlərini bağların bölgüsünə bair sxematik xəritəyə uyğun olaraq plan üzrə aparmadıqları üçün və bağ sahəsinin arxiv cizgisi ilə sxematik xəritə arasında bağın konfiqurasiya da fərqli olduğundan 1896 saylı bağ sahəsinin dəqiq harada yerləşməsini müəyyənləşdirmək mümkün deyil. 1900ç saylı bağ sahəsinə dair arxiv qovluğunda cizgi olmadığından və həmin bağ nömrəsi sxematik xəritədə əks olunmağından sözügedən bağ sahəsinin koordinatlarını təyin etmək mümkün olmamışdır. İş materiallarında olan DƏDRX 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən xx.xx.2021-ci il tarixli məktubla məhkəməyə təqdim edilmiş mütəxəssis rəyində qeyd olunur: Müraciətlə əlaqədar olaraq sözugedən mübahisəli əraziyə iddiaçı tərəfdən heç kim qatılmamışdır. 3cü şəxs X2 nümayəndəsi ilə baxış keçirilmişdir. Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən 1896 saylı bağ sahəsində hasarlanma işləri plan üzrə aparılmamışdır. Həmçinin ərazinin arxiv cizgisi ilə sxematik xəritə arasında konfiqurasiya fərqi mövcuddur. Bu səbəbdən 1896 saylı bağın koordinatlarını təyin etmək mümkün olmadı. Bundan əlavə, 1900ç saylı bağ sahəsinin nömrəsi sxematik xəritədə əks olunmadığından və arxiv qovluğunda bağ sahəsinə dair cizgi olmadığından 1900ç saylı bağın koordinatlarını təyin etmək mümkün olmadı. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidməti” publik hüquqi şəxsi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən xx.xx.2022-ci il tarixli məktubla məhkəməyə təqdim edilmiş mütəxəssis rəyində qeyd olunur: xx.xx.1974-cü il tarixli 13709 saylı icarə müqaviləsi əsasında X5 istifadəyə verilmiş 1896 saylı 0,24 ha ölçüdə olan bağ sahəsinin mövcud olan sxematik xəritəsi miqyassız, koordinantsız, hər hansı istinad nöqtəsindən məsafə göstərilməməsi səbəbindən yerləşmə mövqeyini müəyyən etmək mümkün olmamışdır. Lakin iddiaçının iddia etdiyi və naturada göstərdiyi torpaq sahəsi ölçülərək koordinatları müəyyən olunmuşdur. Ölçülmüş ərazinin ümimi sahəsi 2194 kv.m-dir. Ölçülmüş torpaq sahəsinin 293 kv.m-lik hissəsi digər fiziki şəxs tərəfindən hasarlanmış və həmin sahənin üzərində 1 mərtəbəli tikili inşa olunmuşdur. Elektron kadastr baza məlumatlarında və ortofoto görüntüsünə əsasən 1895, 1895b, 1897 saylı bağ sahələri 1896 saylı bağ sahəsinin qonşuluğunda yerləşir (sxematik xəritəyə əsasən 1896 saylı bağ sahəsinin qonşuları 1895 və 1897 saylı bağ sahələridir). Hazırki faktiki ölçüləri daxilində 1896 saylı bağ sahəsinin qonşuluğunda yerləşən və üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış digər baş sahələrinin hər hansı bir hissəsinə müdaxilə edilməsi faktı aşkar olunmadı (1896 saylı bağın müqavilə əsasında ayrılmış torpaq sahəsi 0.24 ha olsa da, iddia olunan sahənin naturada faktiki ölçüsü 2194 kv.m-dir). Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin məlumatına əsasən bağ sahələrinin yerləşmə və bölgü sxemində 1900ç saylı bağ sahəsinin mövcudluğu barədə məlumat yoxdur. 1900 saylı bağ sahəsi isə mübahisəli sahədən təqribən 100 metr cənub tərəfdə qeydiyyatdan keçmişdir (əsas: 1 saylı Bakı Ərazi İdarəsinin məlumatı). Odur ki, həmin bağ sahəsinin 1896 saylı bağ sahəsi ilə üst-üstə düşməsi faktını müəyyən etmək mümkün olmamışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli, 10/4594 №-li rəyindən görünür ki, “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidməti” publik hüquqi şəxsinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin mütəxəssis rəyinə əsasən Bakı şəhəri ZDS Bağlar Təsərrüfatı İdarəsi ilə X20 arasında bağlanılmış xx.xx.1974-cü il tarixli 13709 saylı icarə müqaviləsi əsasında X15 istifadəyə verilmiş Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən 1896 saylı 0,24 ha olan bağ sahəsinin mövcud olan sxematik xəritəsi miqyassız, koordinantsız, hər hansı istinad nöqtəsindən məsafə göstərilməməsi səbəbindən yerləşmə mövqeyini müəyyən etmək mümkün olmamışdır. Lakin iddiaçının iddia etdiyi və naturada göstərdiyi torpaq sahəsi ölçülərək koordinatları müəyyən olunmuşdur. Ölçülmüş ərazinin ümimi sahəsinin 2194 kv.m təşkil etdiyi və ölçülmüş torpaq sahəsinin 293 kv.m-lik hissəsinin digər fiziki şəxs tərəfindən hasarlanaraq üzərində 1 mərtəbəli tikilinin inşa olunduğu müəyyən edilmişdir. “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidməti” publik hüquqi şəxsinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin mütəxəssis rəyinə əsasən elektron kadastr baza məlumatlarında və ortofoto görüntüsündə 1895, 1895b, 1897 saylı bağ sahələri 1896 saylı bağ sahəsinin qonşuluğunda yerləşdiyi müəyyən edilir. Eyni zamanda sxematik xəritəyə əsasən 1896 saylı bağ sahəsinin qonşularının 1895 və 1897 saylı bağ sahələri olduğu müəyyən olunur. Hazırki faktiki ölçülər daxilində 1896 saylı bağ sahəsinin qonşuluğunda yerləşən və üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış digər bağ sahələrinin hər hansı bir hissəsinə müdaxilə edilməsi faktı müəyyən edilmir. “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidməti” publik hüquqi şəxsinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin mütəxəssis rəyinə əsasən bağ sahələrinin yerləşmə və bölgü sxemində 1900ç saylı bağ sahəsinin mövcudluğu barədə məlumatın olmadığı müəyyən edilir. 1900 saylı bağ sahəsinin isə mübahisəli sahədən təqribən 100 metr cənub tərəfdə qeydiyyatdan keçdiyi müəyyən olunur. Odur ki, həmin bağ sahəsinin 1896 saylı bağ sahəsi ilə üst-üstə düşməsi faktının müəyyən edilməsi mümkün olmamışdır. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun: 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir; 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz; 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır; 20.1-ci maddəsinə əsasən hər bir şəxsin onun hüquq və qanuni maraqlarına bilavasitə aid olan məsələlərlə bağlı inzibati orqana müraciət etmək, vəsatət vermək və ya inzibati orqandan məlumat əldə etmək hüququ vardır; 20.2-ci maddəsinə əsasən qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan onun səlahiyyətlərinə aid olan məsələlər üzrə müraciətlərə baxmağa, həmin müraciətlər üzrə müvafiq qərar qəbul etməyə və ya məlumat verməyə borcludur; 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz; 24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur; 45.1-ci maddəsinə əsasən inzibati orqan işin faktiki hallarının müəyyən olunması üçün yararlı və zəruri hesab etdiyi sübutları müstəqil şəkildə toplayır və nəzərə alır; 45.2-ci maddəsinə əsasən inzibati icraat zamanı inzibati orqan tərəfindən aşağıdakı sübutetmə vasitələrindən: 45.2.1. sənədlərdən; 45.2.2. tərəflərin və işdə iştirak edən üçüncü şəxslərin izahatlarından; 45.2.3. şahid ifadələrindən; 45.2.4. müvafiq müayinələrin aparılmasından; 45.2.5. ekspert rəylərindən; 45.2.6 hüquqi yardım qaydasında digər inzibati orqanlar tərəfindən təqdim olunmuş arayışlardan; 45.2.7. işin düzgün həlli üçün əhəmiyyət kəsb edən digər sübutlardan istifadə oluna bilər; 47.1-ci maddəsinə əsasən inzibati orqan sübutlara iş üçün əhəmiyyət kəsb edən bütün faktiki və hüquqi hallara müvafiq olaraq qiymət verir; 47.2-ci maddəsinə əsasən maraqlı şəxslərin arzusu ilə inzibati orqan qəbul edəcəyi inzibati aktı əsaslandırmaq istədiyi bütün faktlar, dəlillər və ya sübutlar barədə, habelə inzibati aktın qəbulu üçün təklif etdiyi hüquqi əsas barədə onlara izahat və ya şərh verməyə borcludur. «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 10-cu maddəsinə əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Kollektiv bağlar özəlləşdirilərkən torpaq sahəsi bağçılığın hər üzvünün mülkiyyətinə verilir. Dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların torpaqları hər bir icarəçinin, kooperativ bağların torpaqları hər bir kooperativ üzvünün mülkiyyətinə verilir. Bağ sahələrinin torpaqları özəlləşdirilərkən onların üzərindəki tikililər, ağaclar və digər obyektlər əvəzsiz olaraq bağ sahiblərinin xüsusi mülkiyyətinə keçir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.1997-ci il tarixli 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında Əsasnamə»nin 1-ci bəndinə görə vətəndaşların qanuni istifadəsində və ya icarəsində olan (fərdi yaşayış evlərinin, həyatyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir. «Yerli icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli 2186 nömrəli Sərəncamına əsasən yerli icra hakimiyyəti orqanlarının, o cümlədən Bakı Şəhər İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilmiş, Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılmışdır ki, ləğv olunan bağ təsərrüfatı idarələrinin arxivlərinin Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə verilməsini təmin etsin və ləğvetmə ilə bağlı digər məsələləri qanunvericiliyə uyğun olaraq həll etsin, bu Sərəncamın qüvvəyə mindiyi tarixədək vətəndaşların qanuni mülkiyyətində olan bağ sahələrinin "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə müvafiq olaraq əvəzsiz qaydada onların mülkiyyətinə verilməsinin aidiyyəti dövlət orqanları tərəfindən rəsmiləşdirilməsini təmin edən tədbirlər görsün. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanununun 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Həmin Qanununun 8.0.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri hesab olunur. Həmin Qanunun 10.2-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı üçün qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın(onlarıntərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. Həmin Qanunun 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda. Həmin Qanunun 22.2-ci maddəsinə əsasən müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə görə mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Həmin Məcəllənin 139-1.1.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri hesab olunur. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarında göstərilir ki, Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər hansı fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2020-ci il tarixli 1017 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsi”nin 3.0.50-ci yarımbəndində və Azərbaycan Respublikası iqtisadiyyat nazirinin 28 oktyabr 2021-ci il tarixli F-144 nömrəli əmri ilə təsdiq edilmiş “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin Nizamnaməsi”nin 3.1.20-ci bəndində isə təsbit edilmişdir ki, Azərbaycan Respublikası vətəndaşlarının qanuni istifadəsindəki yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud uyğunsuzluqlar aradan qaldırılmaqla, onların mülkiyyətinə verilməsini rəsmiləşdirmək cavabdeh inzibati orqanın vəzifəsidir. Məhkəmə kollegiyası qeyd edir ki, Bakı şəhəri İcraiyyə Komitəsinin Bağlar Təsərrüfatı İdarəsi ilə X20 arasında bağlanılmış xx.xx.1974-cü il tarixli 13709 nömrəli müqaviləyə əsasən Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən sahəsi 0,24 ha olan 1896 №-li bağ sahəsi iddiaçının mərhum babası X15 verilmişdir. Həmin müqavilə cavabdeh DƏDKR publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin arxivində mövcuddur və təsdiq edilmiş surəti cavabdehə tərəfindən məhkəməyə də təqdim edilmişdir. X7 xx.xx.1988-ci ildə ölmüşdür. Həmin bağ sahəsi uzun müddət onun istifadəsində olmuşdur. Bakı şəhəri 7 saylı xüsusi notariat ofisinin xüsusi notariusu X21 tərəfindən DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinə ünvanlanmış 568 №li xx.xx.2019-cu il tarixli məktubdan görünür ki, X4 xx.xx.1988-ci il tarixdə vəfat etməsi ilə əlaqədar vərəsələrin xx.xx.2019-cu il tarixli ərizəsi əsasında mərhumun vərəsəsinin qızı X11 olmuş, lakin onun xx.xx.2019-cu il tarixdə ölməsi ilə əlaqədar nəvəsi İddiaçı olması barədə məlumat verilir və Mərdəkan qəsəbəsi, 1896 saylı sahə ünvanında yerləşən 0,24 ha torpaq sahəsinə dair çıxarış verilməsi xahiş olunur. Göründüyü kimi, iddiaçının mərhum babası qeyd olunan bağ sahəsinin qanuni istifadəçisi olmuşdur. Hazırda həmin bağ sahəsi iddiaçının istifadəsindədir. İddiaçının babası vəfat edənə qədər qanuni əsaslarla mübahisəli bağ sahəsi üzərində mülkiyyət hüququnu əldə etdiyi, lakin həmin hüququ təsdiq edən çıxarış almadan öldüyü üçün yuxarıda qeyd edilən normalara əsasən qanuni üzrə vərəsə olan iddiaçının qanunvericiliyə əsasən qeyd edilən bağ sahəsinə hüququn vəfat etmiş babasına məxsus olması barədə arayış tərtib edilərək verilməsini cavabdehdən tələb etmək hüququ vardır. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, cavabdeh inzibati orqan iddiaçıya ayrılmış bağ sahəsinin digər hüquqi və fiziki şəxslərə məxsus torpaq sahələri ilə üst-üstə düşməsi barədə sübutları məhkəməyə təqdim etməmişdir. Bağ sahəsinin yerləşməsi ilə bağların bölgüsünə dair sxematik xəritəsi arasında uyğunsuzluğun olması halına görə iddiaçı məsuliyyət daşımır, bu, onun iradəsindən asılı olan hal deyil. Əksinə, qeyd olunan məsələ cavabdehin vəzifələrinə daxildir. Sxematik xəritə ilə hər hansı uyğunsuzluq olsa belə, cavabdehin vəzifəsi sözügedən uyğunsuzluğu qanunvericiliklə müəyyən edilmiş qaydada aradan qaldırmaqla hüquqların qeydiyyatının aparılmasını təmin etməkdən ibarətdir. Eyni zamanda iş üzrə verilmiş mütəxəssis və ekspert rəylərindən də göründüyü kimi, iddiaçının iddia etdiyi və naturada göstərdiyi torpaq sahəsi ölçülərək koordinatları müəyyən olunmuş, ölçülmüş ərazinin ümumi sahəsinin 2194 kv.metr təşkil etdiyi və ölçülmüş torpaq sahəsinin 293 kv.m-lik hissəsinin digər fiziki şəxs tərəfindən hasarlanaraq üzərində 1 mərtəbəli tikilinin inşa olunduğu müəyyən edilmiş, elektron baza məlumatlarında və ortofoto görüntüsündə 1895, 1895b, 1897 saylı bağ sahələrinin 1896 saylı bağ sahəsinin qonşuluğunda yerləşdiyi müəyyən edilmiş, eyni zamanda sxematik xəritəyə əsasən 1896 saylı bağ sahəsinin qonşularının 1895 və 1897 saylı bağ sahələri olduğu müəyyən olunmuşdur. Faktiki ölçüləri daxilində 1896 saylı bağ sahəsinin qonşuluğunda yerləşən və üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış digər bağ sahələrinin hər hansı bir hissəsinə müdaxilə edilməsi faktı müəyyən edilməmişdir. Beləliklə, iddiaçı tərəfindən iddia olunan torpaq sahəsi həm faktiki cəhətdən, həm də bağların sxematik xəritəsinə əsasən mövcud olmaqla yanaşı, nə faktiki cəhətdən, nə də bağların sxematik xəritəsinə əsasən onunla qonşu olan və üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış digər bağ sahələrinin hər hansı bir hissəsinə müdaxilə edilməsi halı müəyyən olunmamışdır. İş üzrə üçüncü şəxs X3 tərəfindən iddia olunan bağ torpaq sahəsinə gəldikdə, məhkəmə kollegiyası hesab edir ki, həmin torpaq sahəsi ilə bağlı cavabdeh inzibati orqana müraciət olunması iddiaçının hazırki iddiasının təmin olunmaması üçün əsas ola bilməz. Belə ki, iş üzrə verilmiş mütəxəssis və ekspert rəylərindən də göründüyü kim, bağ sahələrinin yerləşmə və bölgü sxemində 1900 “ç” saylı bağ sahəsinin mövcudluğu barədə məlumatın olmadığı müəyyən edilir. 1900 saylı bağ sahəsinin isə mübahisəli sahədən təqribən 100 metr cənub tərəfdə qeydiyyatdan keçdiyi müəyyən olunur. Odur ki, həmin bağ sahəsinin 1896 saylı bağ sahəsi ilə üst-üstə düşmə faktının müəyyən edilməsi mümkün olmamışdır. Mütəxəssislər tərəfindən ölçülmüş torpaq sahəsinin 293 kv.m-lik hissəsinin digər fiziki şəxs tərəfindən hasarlanaraq üzərində 1 mərtəbəli tikilinin inşa olunması isə iddiaçının mərhum babasına məxsus olmuş bağ torpaq sahəsinə dair məxsusluq arayışının verilməsindən imtina üçün əsas hesab oluna bilməz. Məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq qeyd edir ki, apellyasiya şikayətlərinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə qərarının nəticə (qərara aldı) hissəsində bağ sahəsinə mülkiyyət hüququnun iddiaçının mərhum babasına məxsus olması barədə arayışın (çıxarışın) verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması kimi ifadə olunmuşdur. Lakin iddia ərizəsinin məzmunundan da göründüyü kimi, iddiaçının iradə ifadəsi «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 22.2-ci maddəsinin tələblərinə əsasən hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışıın verliməsi ilə əlaqədardır. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, ifadə formasına aydınlıq gətirilməsi məqsədi ilə mübahisələndirilən qərarın nəticə hissəsindən «mülkiyyət» sözü çıxarılmalıdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-77/2023 nömrəli 22 fevral 2023-cü il tarixli qərarı, qərarın nəticə (qərara aldı) hissəsindən «mülkiyyət» sözü çıxarılmaqla dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi, üçüncü şəxs X3 və üçüncü şəxs X19 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-77/2023 nömrəli 22 fevral 2023-cü il tarixli qərarı, qərarın nəticə (qərara aldı) hissəsindən «mülkiyyət» sözü çıxarılmaqla dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar