Məhkəmə qərarları › İş №2-1(103)-1895/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1895/2021

02.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1895/2021 02.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Həmidov Həmid Üzeyir oğlu və Nağıyeva Elmira Eyvaz qızından ibarət tərkibdə, iddiaçının nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (3-cü şəxslər: X11 və Səbail rayon Bələdiyyəsi) “torpaq sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və reyestrdən çıxarışın verilməsi tələbinə dair» inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-288/2021 saylı 20.04.2021-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı cаvаbdеh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Səbail rayon Bələdiyyəsinin 131 saylı, 15 dekabr 2005-ci il tarixli qərarı ilə Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi 32 ünvanında yerləşən 600 kv. m. torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, reyestrdən çıxarışın verilməsi vəzifəsinin c üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddianın əsaslarına görə Bakı Şəhər Səbail rayon Bələdiyyəsinin 131 saylı, 15 dekabr 2005-ci il tarixli Qərarı ilə Səbail rayonu, Salyan şossesi 32 ünvanda yerləşən 600 kv.m torpaq sahəsi, əlavə olunmuş cizgi əsasında alqı-satqı qaydasında mülkiyyətinə verilmişdir. İddiaçı həmin torpaq sahəsinə adına çıxarış almaq üçün sənədəlrini cavabdehə təqdim etmiş, bir müddət sonra sonuncu ona imtina məktub ünvanlayaraq torpaq sahəsinin digər bir fiziki şəxsin mülkiyyətində olduğunu bildirmiş və naməlum məhkəmə bildirişinə də istinad etmişdir. Torpaq sahəsinin hansı fiziki şəxsin mülkiyyətində olduğunu soruşduqda, X7 mülkiyyətindədir deyə cavab vermişlər. Ona məxsus torpaq sahəsi Salyan 32 ünvanda yerləşir. X1, X6 və başqaları var və hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Cavabdeh iddianı qəbul etməmiş, rədd olunmasını məhkəmədən xahiş etmiş və bunu onunla əsaslandırmışdır kİ, ayrılmış torpaq sahəsi yerləşmə cizgisi ilə uyğunsuzluq təşkil edir, həmçinin, konfiqurasiya fərqləri mövcuddur və perimetrik ölçülər göstərilməyib. Həmçinin, keçmiş DTXK tərəfindən təsdiq edilmiş alqı-satqı aktı təqdim edilməmişdir.Eyni zamanda, torpaq sahəsi X9 mülkiyyətindədir. Torpaq sahəsi ilə bağlı 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 21(81)5405/2014 saylı inzibati işi ilə bağlı bildirişi daxil olmuş, lakin qanuni qüvvəyə minmiş yekun məhkəmə aktı idarəyə daxil olmamışdır. Səbail Rayon İcra Hakimiyyətinin 30.12.1998-ci il tarixli sərəncamına əsasən Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi, 2018 saylı sahə X3 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq 22.07.2017-ci il tarixli, ********** nömrəli çıxarış verilmişdir. AN -J № 0579909, 28.07.2017-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən sözügedən daşınmaz əmlak X9 adına dövlət reyestrində qeydiyyata alınaraq, 04.08.2017ci il tarixli, ********** nömrəli çıxarış verilmişdir. Bu səbəbdən ərizənin icrası mümkün olmamış, 23.07.2019-cu il tarixli məktub ünvanlanmışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-288/2021saylı 20.04.2021-ci il tarixli qərarı ilə idia rədd edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qərar qanunsuz və əsassızdır, maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul olunuşdur. Məhkəmə tərəfindən obyektiv araşdırma aparılmaımış, düzgün hüquqi qiymət verilməmişdir. Cavabdeh məhkəmən torpaq sahəsinin kimin mülkiyyətinə veridiyi barədə sorğusuna cavab olaraq bildirmişdir ki, torpaq sahəsi X7 mülkiyyətindədir. Lakin adına çıxarış verilməsinə əsas olan sənədləri məhkəməyə təqdim etməmişdir. Elşan Ağayev torpaq sahəsini X4 alqı-satqı müqaviləsi əsasında almışdır. Abbas Əfəndiyevə, Səbail rayon İHnin 1971 saylı 30.12.1998-ci il tarixli sərəncamı ilə ayrılan 600 kv m torpaq sahəsi Badamdar qəsəbəsi 3-cü yaşayış masssivində, iddiaçıya məxsus torpaq sahəsi isə Səlyan 32 ünvanı üzrə yerləşmə cizgisi tərtib olunmuşdur. Torpaq sahələri fərqli ünvanlarda yerləşməklə, aralarındakı məsafə 10 km təşkil edir . Qeyd olunanlara aydınlıq gətirilməsi üçün məhkəmə tərəfindən Məhkəmə Ekspertizası Mərkəzinə məhkəmə-tikinti ekspertizas təyin edilmiş, Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən mütəxəssis rəyi verilməsi həvalə olunmuş, torpaq saəhsinə baxış da keçirilmiş, mütəxəssis tərəfindən lazımi koordinatlar da götürülmüş, lakin rəy tərtib olunub Mərkəzə göndərilmədiyinə görə ekspert ekspertizanın aparılmasından imtina etmiş, beləliklə də məhkəmənin ekspertiza təyin edilməsi barədə qərardadı icra edilməmişdir. Halbuki, ekspertizanın nəticəsindən böyük əhəmiyyət daşıyır. Beləliklə, məhkəmə işə baxarkən işin hallarını tam və hərtərəfli araşdırmamış, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün hallara qiymət verməmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi vəkil Vəkil apellyasiya şikaytini dəlillərinə uyğun müdafiə edərək təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclası barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh (nümayəndəsi) məhkəməyə gəlməmiş, İPM-in 62.3-cü maddəsinin tələblərini nəzərə alan məhkəmə kollegiyası onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə hesab edir ki, aşağıdakı əsaslara görə iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş məhkəmə icraatının davam etdirilməsi üçün həmin məhkəməyə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 56-cı maddəsinin 1-ci hissəsində əsasən Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilməyən dövlət torpaqlarını müvafiq icra hakimiyyəti orqanı, bələdiyyə torpaqlarını isə bələdiyyələr müəyyən edir. Həmin maddənin 6-cı hissəsinin redaksiyasına görə «bələdiyyələrin ehtiyat fondunun özəlləşdirilə bilən torpaqları xüsusi mülkiyyətə bələdiyyənin qərarı (müqavilə) ilə, dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaqlar istifadəyə və icarəyə müvafiq olaraq müvafiq icra hakimiyyəti orqanının və bələdiyyənin qərarı (müqavilə) ilə verilir. Həmin qərarda yerli şərait, torpaq ehtiyatının miqdarı, əhalinin sıxlığı nəzərə alınmaqla, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma layihə sənədlərinə uyğun olaraq verilən torpaq sahələrinin ölçüləri müəyyən edilir. Bələdiyyə mülkiyyətində olan torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının (AR Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin yerli qurumları (kənd təsərrüfatı və qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair) və rayon, şəhər icra hakimiyəti orqanlarının memarlıq xidmətləri (kənd təsərrüfatı və qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair) nəzərdə tutulur) razılığı rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. İş materiallarına əsasən müəyyən olunur ki, birinci instansiya məhkəməsi tərəfindən torpaq sahəsinin statusunun, yəni iddiaçıya ayrılan torpaq sahəsinin həqiqətən Səbail Bələdiyyəsinə aid olub-olmadığı aydınlıq gətirilməmiş, müvafiq sübutlar tələb olunub araşdırma aparılmamışdır. Bundan əlavə, məhkəmə, 11.03.2020-ci il tarixli qərardadı ilə iddiaçıya ayrılan və üçüncü şəxsin mülkiyyətində olan torpaq sahələrinin koordinatlarının və həmin torpaqların üst-üstə düşüb-düşmədiyinin müəyyən edilməsi məqsədilə AR ƏN Məhkəmə Ekspertizası Mərkəzinə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, lakin Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin mütəxəssis rəyi təqdim edilmədiyindən ekspert tərfəfindən ekspertizanın aparılmasından imtina olunmuşdur. Halbuki, iddiaçının apellyasiya şikayətinin dəlilləinə, habelə, işin 123 vərəqinə olan 12 may 2020-ci il tarixli ekspert vəsatəinə əsasən müəyyən olunur ki, torpaq sahəsi tərəflərin iştirakı ilə mütəxəssis tərəfindən baxış keçirilərək tədqiq olunmuş, müvafiq ölçülər götürülmüşdür. Beləliklə də, məhkəmə, ciddi prosessual pozuntulara yol vermiş, iddiaçıya ayrılan torpaq sahəsinin bələdiyyəyə, yoxsa, dövlət mülkiyyətinə aid torpaq sahəsi olduğunu aydınlaşdırmadan, öz qərardadı ilə təyin etdiyi məhkəmə ekspertizasını başa çatdırmadan, və iş üçün əhəmiyyət kəsb edən sübutları toplayıb onları hərtərəfli araşdırıb hüquqi qiymət vermədən, iddianın rədd olunması barədə, əsaslandırılmamış nəticəyə gəlmişdir. Halbuki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (“İPM”) 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Belə olan halda, həmin Məcəllənin 87.7.1-ci maddəsinin tələbinə görə inzibati-iqtisadi məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək, məhkəmə icraatının davam etdirilməsi üçün işi müvafiq inzibati-iqtisadi məhkəməyə göndərə bilər. Beləliklə də qeyd edilənləri nəzərə alan məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin işin hərtərəfli araşdırılmadığını və prosessual hüquq normalarının pozulması ilə qərar qəbul olunduğunu mübahisələndirən dəlilləri ilə razılaşır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti qismən təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-288/2021saylı 20.04.2021-ci il tarixli qərarı ləğv edilməli, iş məhkəmə icraatının davam etdirilməsi üçün həmin məhkəməyə göndərilməlidir. Eyni zamanda, İPM-in 87.9-cu maddəsinin tələblərini nəzərə alan məhkəmə kollegiyası qeyd edir ki, sonrakı prosessual hərəkətlərin davamı çərçivəsində, məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmalı, o cümlədən, torpağın statusunu müəyyən etməli, təyin etdiyi məhkəmə tikinti-texniki ekspertizası üzrə ekspert rəyinin alınmasını təmin etməli və hərtərəfli araşdırıb hüquqi qiymətləndirmə apardıqdan sonra, nəticəsindən asılı olaraq iddiaçının tələbi üzrə mahiyyəti üzrə konkret nəticəyə gəlməlidir. Göstərilənlərə əsasən və İPM-in 80, 83, 87, 90, 89, 90-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA A L D İ: İddiaçı X2 apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(112)-288/2021saylı 20.04.2021-ci il tarixli qərarı ləğv edilsin. İş məhkəmə icraatının davam etdirilməsi üçün həmin məhkəməyə göndərilsin. Qərardaddan kassasiya şikayəti verilmir. Sədrlik edən Cahangir Yusifov Hakimlər Həmid Həmidov Elmira Nağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar