Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1897/2023 17.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ İş № 2-1(103)- 1897/2023 (Açar sözlər: “çıxarış və plan-ölçü sənədinin verilməsi”) Bakı şəhəri 17 oktyabr 2023-cü il Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Şərafət Asif qızı Məmmədova (sədrlik edən və məruzəçi), Cahangir Afər oğlu Yusifovdan və X7 ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə Müşviq oğlunun, Cavabdehin nümayəndəsi X5 iştirakı ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1153/2022 saylı, 13 dekabr 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 17 oktyabr 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti başçısı Aparatının Abadlaşdırma və X2 Departamenti X4 və istismarı Biriliyi ilə İddiaçı arasında Dübəndi ərazisində 19a/20a 2667a/2668a nömrəli bağın istifadəyə verilməsi haqqında 37173 saylı Müqavilə bağlanılmışdır.
2. 20 nömrəli məktəbin Bağçılıq-yoldaşlıq idarə heyətinin yığıncağının 01 nömrəli, xx.xx.1997-ci il tarixli Protokolundan Çıxarışdan görünür ki, Dübəndi qəsəbəsində 19a/20a 2667a/2668a nömrəli 1200 kv.m olan bağ sahəsi İddiaçı daimi istifadəsinə verilmişdir.
3. 20 saylı Məktəbin Həmkarlar Komitəsinin 19a/20a nömrəli üzvlük kitabçasının surətindən müəyyən edilir ki, iddiaçı 1997-ci il tarixindən bağçılıq cəmiyyətinin üzvlüyünə qəbul edilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Azerbaycan Respublikası İqdisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin İ saylı Bakı Ərazi İdarəsinin üzərinə Bakı şəhəri, Pirallahı rayonu, Düdəndi bağ massivində yerləşən 0.12 hektar torpaq sahəsi olan 19a/20a - 2667a/2668a nömrəli bağ ilə əlaqədar daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin qoyulması barədə qərar qəbul edilməsini və 10.000 (on min) manat məbləğində dəymiş mənəvi və maddi zərər cavabdehdən tutularaq iddiaçıya ödənilsi, məkməyə müraciət etmək üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməsini xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı, 23 fevral 2006-cı il tarixdə Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Abadlaşdırma və X2 Departamenti X4 və İstismarı Birliyi ilə bağladığım Müqavilə (N 37173) əsasında Düdəndi ərazisində yerləşən 19a/20a - 2667a/2668a nömrəli bağ iddiaçının istifadəsinə verilmişdir. Həmin bağ sahəsinin ümumi ölçüsü 0.12 hektar sahə təşkil edir və 2006-ci ildə onun tərəfindən hasara alınmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1 maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. AR Mülki Məcəlləsi 139-1-ci maddəsində daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar müəyyən etmişdir. AR MM-nin 139-1.1-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur. AR MM 139-1.1.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin AR MM-nin 139.3 maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Əmlak X9) tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Nümayəndəsi Nümayəndə Miişfıq oğlu 29 mart 2021-ci il tarixdə Azərbaycan Respublikası İqdisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Reyesti Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə iddiaçının və Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Abadlaşdırma və X2 Departamenti X4 və İstismarı Birliyi arasında bağlanmış 23 fevral 2006-cı il tarixli, 37173 nömrəli müqavilənin İdarənin arxivində mövcüdluğu və həmin Müqavilənin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən təsdiq edilmiş sürətinin verilməsi barədə sorğu/ərizə verilmişdir. AR Daşınmaz Əmlakın Dövlət Reyesti Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi 8 aprel 2021-ci il tarixdə nümayəndəyə göndərdiyi cavab məktubunda (№**********37) iddiaçı ilə Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Abadlaşdırma və X2 Departamenti X4 və İstismarı Birliyi arasında bağlanan 0.12 hektar torpaq sahəsi olan 19a/20a - 2667a/2668a nömrəli bağın iddiaçının istifadəsinə verilməsinə dair müqavilənin İdarənin arxivlərində mövcud olduğunu bildirmişdir və həmin müqavilənin təsdiq edilmiş sürətinin göndərmişdir. Müqavilənin təsdiq olunmuş sürəti və AR Daşınmaz Əmlakın Dövlət Reyesti Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi 8 aprel 2021-ci il tarixli cavabı Məhkəməyə iddia ərizəsi ilə birlikdə təqdim olunub. Nümayəndə 14 aprel 2021-ci il tarixdə təsdiq olunmuş müqaviləni Mülki Məcəllənin 139-1 və digər normativ-hüquqi aktların normalarını rəhbər tutaraq Bakı şəhəri, Pirallahı rayonu, Düdəndi bağ massivində yerləşən 0.12 hektar torpaq sahəsi olan 19a/20a -2667a/2668a nömrəli bağ üçün Hüquqların Dövlət qeydiyattı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən çıxarış və texniki pasportun verilməsi üçün AR Daşınmaz Əmlakın Dövlət Reyesti Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciyət etmişdir və 80 manat (30 manat çıxarış, 50 manat texniki pasport üçün) dövlət rüsumu ödəmişdir. Dövlət rüsumunun ödənilməsi haqda qəbz Məhkəməyə iddia ərizəsi ilə birlikdə təqdim olunub. AR Daşınmaz Əmlakın Dövlət Reyesti Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi 8 may 2021-ci il tarixli №**********22 bildirişi ilə iddiaçı AR Bakı şəhəri, Pirallahı rayonu, Düdəndi bag massivində yerləşən 0.12 hektar torpaq sahəsi olan 19a/20a - 2667a/2668a nömrəli bağa mülkiyyət hüququnu dövlət qeydiyyatına almaqdan qanuni əsası olmadan imtina etmişdir. 1 həmin bildiriş 17 may 2021 -ci il tarixdə iddiaçının nümayəndəsinə təqdim olunmuşdur və Məhkəməyə iddia ərizəsi ilə birlikdə təqdim edilmişdir. AR Daşınmaz Əmlakın Dövlət Reyesti Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi/işciləri iddiaçının nümayəndəsinə Pirallahı rayonu, Düdəndi bağ massivində yerləşən bağların koordinatlarını müəyyən etmək mümkün olmadığına istinad edərək onun həmin bağ sahəsinə olan mülkiyyət hüququnu dövlət qeydiyyatına almaqdan imtina edəcəklərini bildirmişdilər. AR Daşınmaz Əmlakın Dövlət Reyesti Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi 8 may 2021-ci il tarixli №**********22 bildirişi “Daşınmaz əmlakın dövlət reyestri haqqında” AR qanununun 15- ci maddəsinə hec bir qanuni əsas olmayaraq istinad etmişdir. AR Daşınmaz Əmlakın Dövlət Reyesti Xidmətinin İ saylı Bakı Ərazi İdarəsi 8 may 2021-ci il tarixli bildirişində (№**********22) istinad etdiyi Azərbaycan Respublikası “Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanununun 15-ci maddəsinə müəyyən olan hüquqların dövlət qeydiyyatına alınmasından imtina üçün nəzərdə tutulan hallarından heç bir mövcud deyildir. Bundan əlavə həmin bildirişdə Bakı şəhəri, Pirallahı rayonu, Düdəndi bağ massivində yerləşən 0.12 hektar torpaq sahəsi olan 19a/20a - 2667a/2668a nömrəli bağın koordinatları və bildirişdə istinad edilən “20 nömrəli məktəb” bağçılıq-yoldaşlıq ərazisinin koordinatları göstərilməmişdir. Bildirişdə istinad edilən əsaslandırmayla və işin faktiki halları arasında səbəb-nəticə əlaqəsi yoxdur.İddiaçı iddia tələbində Mülki Məcəllənin 139.1, 139-1.1, 139-1.7-ci maddələrinə və Azərbaycan Respublikası “Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanununa istinad etmişdir.
6. xx.xx.2021-ci il tarixli məhkəmə iclasında iddiaçının nümayəndəsinin vəsatəti təmin olunaraq, iş üzrə məhkəmə mühəndis-texniki ekpertizası təyin edilməsi barədə Bakı İnzibati Məhkəməsi xx.xx.2021-ci il tarixli, 2-1(112)-7086/2021 saylı qərardad qəbul edilmişdir.
7. 13.12.2022-ci il tarixli 2-1(112)-1153/2022 saylı Bakı İnzibati Məhkəməsinin qərardadı ilə iddiaçının nümayəndəsinin ərizəsi əsasında iddia tələbi dəqiqləşdirilmiş və iddia tələbi “Bakı şəhəri, Pirallahı rayonu, Dübəndi bağ massivində yerləşən 19a/20a2667a/2668a saylı bağ sahəsi üzərində mülkiyyət hüquqlarının İddiaçı adına daşınmaz Əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarış və plan-ölçü sənədinin verilməsi öhdəliyinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması” kimi icraata qəbul edilmişdir.
8. Şifahi məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək və iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, iddianın təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir.
9. Şifahi məhkəmə iclasında iştirak edən cavabdehin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi iddiaya qarşı yazılı etirazına uyğun izahat verərək iddia tələbinin əsassız olduğunu və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, Sərəncamın icrası ilə əlaqədar bildirilir ki, elektron kadastr məlumatlarına əsasən göstərilən bağ sahəsi “20 nömrəli məktəb” bağçılıq-yoldaşlığın ayrıc aktından kənarda yerləşir, ərazi heç bir bağçılıqyoldaşlığın ərazisi deyildir və sənaye, nəqliyyat, rabitə və digər təyinatlı torpaqlardır.Həmçinin, qeyd olunan əraziyə digər fiziki şəxs-X6 21a/22a-2669/2670 nömrəli bağ kimi müraciəti daxil olmuşdur və imtina məktubu almışdır. Bundan əlavə qeyd edirlər ki, iddiaçının maddi və mənəvi zərərin cavabdehdən tutularaq iddiaçıya ödənilməsinə dair müraciəti daxil olmamışdır. Bu səbəbdən ərizənin icrası tərəfimizdən mümkün olmamış və bu barədə vətəndaşa **********22 saylı xx.xx.2021-ci il tarixli cavab məktubu ünvanlanmışdır. “Yerli İcra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli sərəncamı ilə yerli İcra hakimiyyəti orqanlarının, o cümlədən Bakı şəhəri İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, onların yalnız arxivlərinin Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilməsi qərara alınmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq- yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış təqdim edilməlidir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır.
10. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1153/2022 saylı, 13 dekabr 2022-ci il tarixli qərarı ilə iddianın təmin edilməsi, Bakı şəhəri, Pirallahı rayonu, Dübəndi bağ massivində yerləşən 19a/20a2667a/2668a saylı bağ sahəsi üzərində mülkiyyət hüquqlarının İddiaçı adına daşınmaz Əmlakın dövlət reyestrindən qeydiyyata alınaraq çıxarış və plan-ölçü sənədinin verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması qərara alınmışdır.
11. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, hazırkı iş üzrə iddiaçının hüquqi marağı Bakı şəhəri, Pirallahı rayonu, Dübəndi bağ massivində yerləşən 19a/20a- 2667a/2668a saylı bağ sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyata alınaraq çıxarış və planölçü sənədinin verilməsi ilə bağlıdır.
12. İddiaçı cavabdeh inzibati orqana müraciət edərək ona sözügedən bağ sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmişdir. Lakin cavabdeh inzibati orqan müraciətlə əlaqədar olaraq bildirmişdir ki, elektron kadastr məlumatlarına əsasən tərəfinizdən göstərilən bağ sahəsi “20 nömrəli məktəb” bağçılıq-yoldaşlığın ayrıc aktından kənarda yerləşir və qeyd edilən ərazi heç bir bağçılıqyoldaşlığın ərazisi deyildir. “Yerli İcra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli sərəncamı ilə yerli icra hakimiyyəti orqanlarının, o cümlədən Bakı şəhəri İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, onların yalnız arxivlərinin Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilməsi qərara alınmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən hüquqların qeydiyyatından imtina edilmişdir.
13. Qanunvericiliyin istinad olunan normalarına görə, hazırkı işin halları üzrə Bakı şəhəri, Pirallahı rayonu, Dübəndi bağ massivində yerləşən 19a/20a-2667a/2668a saylı 0,12 hektar torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtina olunması üçün əsaslar mövcud deyil. Cavabdehin imtinası ilə bağlı gətirdiyi dəlillər tutarlı sayıla bilməz. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 15-ci maddəsində mülkiyyət hüquqlarının qeydiyyatından imtina edilməsi halları dəqiq göstərilmişdir.
14. Məhkəmədə aparılan icraat zamanı iddia olunan bağ sahəsinin naturada harada yerləşməsi, yerləşdiyi yerin koordinatlarının müəyyən olunması və “20 nömrəli məktəb” bağçılıq yoldaşlığın ayrıc aktından hansı məsafədə kənarda yerləşməsi faktının müəyyən olunması üçün ekspertiza təyin edilmişdir.
15. Məhkəmə tikinti-texniki ekspertizası zamanı aparılmış tədqiqat nəticəsində müəyyən edilmişdir ki (Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 10/3294 saylı ekspert rəyi əsasında) iddiaçıya ayrılmış bağ sahəsinin arxiv bölgü sxemində bağ nömrəsi qeyd olunmadığı üçün bağ sahəsinin naturada yerləşməsini müəyyən etmək mümkün olmamış, göstərilən bağ sahəsinin heç bir bağçılıq-yoldaşlığın ərazisi olmadığı və göstərilən sahənin 20 nömrəli məktəb bağçılıq yoldaşlığın ayrıc aktından təqribən 1200-1300 metr aralı yerləşməklə sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar kateqoriyalı dövlət mülkiyyəti torpağı olduğu müəyyən olunmuşdur. 20 nömrəli məktəb bağçılıq yoldaşlığın bölgü sxemində sözügedən bağ nömrəsi göstərilmədiyinə görə, Bakı şəhəri, Dübəndi bağ massivində yerləşən 19a/20a-2667a/2668a saylı bağ sahəsinin sənəd üzrə döngə nöqtələrinin koordinatlarını təyin etmək mümkün olmadığı göstərilmişdir.
16. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən alınmış mütəxəssis rəyinə görə həmin torpaq sahəsi dövlət mülkiyyəti torpağıdır və yüklü deyildir.(heç bir fiziki şəxsin adına mülkiyyət hüququ üzrə dövlət qeydiyyatına alınmamışdır).
17. Beləliklə, 20 nömrəli məktəbin bağçılıq yoldaşlığının müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarışına əsasən iddiaçıya 0,12 hektar torpaq sahəsi ayrıldığından, 19a/20a-2667a/2668a saylı bağın istifadəyə verilməsinə dair X4 və İstismarı Birliyi ilə iddiaçı arasında 23 fevral 2006-cı il tarixli, 37173 nömrəli müqavilə bağlanıldığından, həmçinin müvafiq uyğunsuzluğu qanunvericiliklə müəyyən edilmiş qaydada aradan qaldırılmanın təmin edilməsi, eyni zamanda torpaq sahəsinin müvafiq ölçmə işlərinin aparılması və iddiaçıya məxsus bağ sahəsinin sərhədlərinin müəyyən edilməsi cavabdehin vəzifələrinə aid olduğundan iddia təmin edilməlidir.
18. Birinci instansiya məhkəməsi «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu və 10-cu maddəsinə, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» AR Qanununun 8.0.7-ci, 2.1-ci, 8-ci, 8.0.2-ci, 8.0.3-cü, 8.0.4-cü, 8.0.5-ci, 8.0.6-cı, 8.0.7-ci, 8.0.8-ci, 10.2-ci, 12.1-ci, 13.7-ci, 15-ci, 15.1.1.-ci, 15.1.2.-ci, 15.1.3.-cü, 15.1.4.-cü, 15.1.5.-ci, 8.0.1-ci, 15.1.6.-cı, 23.1-ci maddəsinə, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin fəaliyyətinin təkmilləşdirilməsi tədbirləri və “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 24 iyun tarixli 116 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanına, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci, 139.3-cü, 146.2-ci maddələrinə, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 67.1-ci, 84.1-ci maddəsinə, “İnzibati icraat haqqında” Qanunun 15.1-ci, 15.2-ci, 24.1-ci, 61-ci maddəsinə əsasən istinad etmişdir.
b) Apellyasiya instansiya məhkəməsində icraat Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
19. Qərardan cavabdeh apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-1153/2022 saylı, 13 dekabr 2022-ci il tarixli qərarının ləğv edilməsini xahiş etmişdir.
c) Apellyasiya şikayətinin dəlilləri
20. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, aparılan araşdırma zamanı məlum olmuşdur ki, göstərilən bağ sahəsi heç bir bağçılıq-yoldaşlığın ərazisinə aid deyildir. İddia olunan torpaq sahəsi “20 nömrəli məktəb” bağçılıq-yoldaşlığın ayrıc aktından təqribən 1200-1300 metr kənarda yerləşir və sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar kateqoriyalı dövlət mülkiyyətində olan torpaq sahəsidir. “20 rmrəli” bağçılıq yoldaşlıq təsərrüfatının bölgü sxemində sözügedən bağ sahəsinin nömrəsi pöstərilməmişdir. Həmçinin, qeyd olunan əraziyə digər fiziki şəxs - X6 21a/22a-2669/2670 nömrəli bağ sahəsi kimi müraciəti daxil olmuşdur və imtina məktubu almışdır.X1 Bakı şəhəri, Pirallahı rayonu, Dübəndi bağ massivində yerləşən ölçüsü 0,12 ha olan, 21a/22a-2669/2670 saylı bağ sahəsi üzərində mülkiyyət hüququna dair çıxarışın verilməsi öhdəliyinin cavabdeh 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi tələbinə dair Bakı İnzibati Məhkəməsinin icraatında 2-1(112)- 5833/2023 saylı inzibati iş mövcuddur. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əlde edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 sayli Bakı Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azerbaycan Respublikası qanununun 23cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. Birinci instansiya məhkəməsi tərəfindən müvafiq iş dəqiq və düzgün araşdırılmamış, qeyd olunan hallar və qanunvericiliyin tələbləri məhkəmə tərəfindən nəzərə alınmamış və nəticə qanunsuz olaraq iddiaçinın iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilmişdir. İş materiallarından görünür ki, Bakı İnzibati Məhkəməsi yuxarıda qeyd olunan halları nəzərə almamış, əsassız olaraq X3 iddia tələbini təmin etmişdir. Bu səbəbdən, həmin Məhkəmə tərəfindən qəbul olunmuş 13 dekabr 2022-ci il tarixli, 2-1(112)-1153/2022 nömrəli qərar ləğv olunmalı, iddiaçının iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul olunmalıdır. Beləliklə, birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq normalarının tətbiq edilməsində səhvə yol verilmiş, habelə prosessual hüquq normaları kobud surətdə pozulmuşdur.
d) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
21. Apellyasiya şikayətinə iddia ərizəsi ilə oxşar məzmunda yazılı etiraz daxil olmuş .
e) Prosses iştirakçılarının izahatları
22. Məhkəmə Kollegiyasının iclasında cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir.
23. Məhkəmə Kollegiyasının iclasında iddiaçının nümayəndəsi apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir.Əlavə olaraq “Elektron kabinet” vasitəsilə təqdim edilən yazılı etiraza uyğun izahat vermişdir.
Tətbiq edilən hüquq
24. «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun: - 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. - 10-cu maddəsinə görə, həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Kollektiv bağlar özəlləşdirilərkən torpaq sahəsi bağçılığın hər bir üzvünün mülkiyyətinə verilir. Dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların torpaqları hər bir icarəçinin, kooperativ bağların torpaqları hər bir kooperativ üzvünün mülkiyyətinə verilir. Bağ sahələrinin torpaqları özəlləşdirilərkən onların üzərindəki tikililər, ağaclar və digər obyektlər də əvəzsiz olaraq bağ sahiblərinin xüsusi mülkiyyətinə keçir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir.
25. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun: - 8.0.7-ci maddəsinə əsasən, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri də 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış hesab olunur. - ..... - 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. - ..... - 8.0.1 qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti (mərkəzi və yerli icra hakimiyyəti orqanları) və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; - ..... - 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. - ...... - 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: - 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; - 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; - 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; - 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; - 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; - 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. - ....... - 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. 26.Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 20 yanvar tarixli 10 nömrəli qərarı ilə təsdiq edilmiş “Torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi Qaydaları”nın: - 3.1. bəndinə görə Torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsinin əsasları üzrə kateqoriyası dəyişdirilməsi təklif olunan torpaq sahəsinin yerləşdiyi ərazi vahidi, aid olduğu kateqoriya, keçirilməsi nəzərdə tutulan kateqoriya, keçirilmənin əsaslandırılması, kadastr nömrəsi, sahə ölçüsü, məqsədli təyinatı, hüquqi rejimi, mülkiyyətdə, istifadədə və ya icarədə olması, kənd təsərrüfatı təyinatlı olduqda torpağın yeri (uqodiyası), suvarılan və ya dəmyə olması barədə məlumatlar və planlaşdırılan konkret istifadə istiqamətləri göstərilməklə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qarşısında vəsatəti aşağıdakılar qaldırırlar: -3.1.1. dövlət mülkiyyətində olan torpaqlara münasibətdə – aidiyyəti dövlət təşkilatları və ya müvafiq yerli icra hakimiyyəti orqanları;
27. “İnzibati icraat haqqında” Qanununun: - 15.1-ci maddəsinə görə, qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. - 15.2-ci maddəsinə görə, qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. - 24.1-ci maddəsinə görə, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur.
28. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 68.1- məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2-məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.
Apellyasiya baxışının hədləri
29. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
30. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
31. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.
32. Məhkəmə Kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti aşağıdakılara görə əsaslıdır və təmin olunmalıdır.
33. Belə ki, cavabdehin etirazının dəlilləri baxımından Məhkəmədə aparılan icraat zamanı iddia olunan bağ sahəsinin naturada harada yerləşməsi, yerləşdiyi yerin koordinatlarının müəyyən olunması və “20 nömrəli məktəb” bağçılıq yoldaşlığın ayrıc aktından hansı məsafədə kənarda yerləşməsi faktının müəyyən olunması üçün Ayrıc aktı tələb olunaraq ekspertiza təyin edilmişdir.
34. Məhkəmə tikinti-texniki ekspertizası zamanı aparılmış tədqiqat nəticəsində müəyyən edilmişdir ki (Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 10/3294 saylı ekspert rəyi əsasında) iddiaçıya ayrılmış bağ sahəsinin arxiv bölgü sxemində bağ nömrəsi qeyd olunmadığı üçün bağ sahəsinin naturada yerləşməsini müəyyən etmək mümkün olmamış, göstərilən bağ sahəsinin isə heç bir bağçılıq-yoldaşlığın ərazisi olmadığı və göstərilən sahənin “20 nömrəli məktəb” bağçılıq yoldaşlığın ayrıc aktından təqribən 1200-1300 metr aralı yerləşməklə sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar kateqoriyalı dövlət mülkiyyəti torpağı olduğu müəyyən olunmuşdur. “20 nömrəli məktəb” bağçılıq yoldaşlığın bölgü sxemində sözügedən bağ nömrəsi göstərilmədiyinə görə, Bakı şəhəri, Dübəndi bağ massivində yerləşən 19a/20a-2667a/2668a saylı bağ sahəsinin sənəd üzrə döngə nöqtələrinin koordinatlarını təyin etmək mümkün olmadığı göstərilmişdir.
35. Beləliklə, müəyyən olunmuşdur ki, iddiaçının iddia etdiyi torpaq sahəsi hasara alınmış, heç bir bağçılıq-yoldaşlığın ərazisinə aid deyil və göstərilən sahə “20 nömrəli məktəb” bağçılıq yoldaşlığı ayrıc aktından təqribən 1200-1300 metr aralı yerləşməklə sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar kateqoriyalı dövlət mülkiyyəti torpağıdır.
36. Bununla belə, qeyd olunan əraziyə digər fiziki şəxs - X6 aidiyyəti olmadığı Bakı İnzibati Məhkəməsinin 2-1(112)-688/2022 saylı inzibati iş üzrə xx.xx.2022-ci il tarixli qərardadına əsasən müəyyən edilmişdir.
37. “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır.
38. Məhkəmə Kollegiyası qeyd edir ki, hazırkı iş üzrə iddiaçının iddiası o zaman əsaslı sayılardı ki, əvvəla iddia etdiyi torpaq sahəsi “20 nömrəli məktəb” bağçılıqyoldaşlığın ayrıc aktına əsasən bağçılıq-yoldaşlığın ərazisinin hüdudları daxilində yerləşsin.Halbuki, aparılan araşdırma zamanı məlum olmuşdur ki, göstərilən bağ sahəsi (hasara alınmış) heç bir bağçılıq-yoldaşlığın ərazisinə aid deyildir. İddia olunan torpaq sahəsi “20 nömrəli məktəb” bağçılıq-yoldaşlığın ayrıc aktından təqribən 1200-1300 metr kənarda yerləşir.
39. İkincisi isə sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar kateqoriyalı dövlət mülkiyyətində olan torpaq sahəsidir.
40. Hazırda iddianın təmin edilməsi torpağın kateqoriyasının dəyişməsinə səbəb olur ki, bu da Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 20 yanvar tarixli 10 nömrəli qərarı ilə təsdiq edilmiş “Torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi Qaydaları”nın tələblərinə zidd olur.(Bu Qərarın-26-cı bəndi).
41. Beləliklə, birinci instansiya məhkəməsi tərəfindən müvafiq iş düzgün araşdırılmamış, yuxarıda qeyd olunan hallar və qanunvericiliyin tələbləri məhkəmə tərəfindən nəzərə alınmamış və nəticədə qanunsuz olaraq iddiaçinın iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilmişdir.
42. Beləliklə, məhkəmə Kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1153/2022 saylı, 13 dekabr 2022-ci il tarixli qərarı ləğv edilməli, iddia tələbi rədd edilməlidir.
43. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
qərara aldı:
Apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1153/2022 saylı, 13 dekabr 2022-ci il tarixli qərarı ləğv olunsun. İddia rədd edilsin. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.