Məhkəmə qərarları › İş №2-1(103)-1898/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1898/2024

20.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1898/2024 20.06.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Əkbərov Kamran Hüseyn oğlu və Abbasova Günel Məhərrəm qızından ibarət tərkibdə, cavabdehin nümayəndəsi X3 və iddiaçının iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyin təyin edilməsi tələbinə dair” inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 779/2024 saylı xx.xx.2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı məcburetmə haqqında iddia ərizəsi, sonradan isə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə (i.v.61) ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək ona müvafiq qrup əlilliyin təyin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini aşağıdakılarla əsaslandırmışdır: «…2002-ci ilin aprel ayından 2015-ci ilə qədər Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyi orqanlarında zabit kimi çalışmış, 2013-cü ilin noyabr ayında, xidməti xəzifənin icrası zamanı avtoqəza hadisəsi sə bəbindən ağır xəsarətlər almış və 6 aydan artıq stasionar müalicə almışdır. Onun aldığı xəsarətlər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 fevral 2008-ci il tarixli, 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Xəstəliklər cədvəlinin” 23 b, 26b, 43b, 66b, və 82c maddəsinin İİİ qrafasına müvafiq olaraq, iddiaçının sağlamlığı sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı kimi qiymətləndirilərək, xəstəliyin hərbi xidmət dövründə alındığı təsdiq olunmuşdur. Nəticədə ikinci qurup əlil kimi pensiyaya çıxmaq məcburiyyətində qalmışdır. Cavabdeh, tərəfindən verilmiş xx.xx.2015-cı il tarixli Müayinə olunan şəxs haqqında Məlumat kartından göründüyü kimi, İddiaçı hərbi Xidmət dövrü ilə əlaqədar keçirilmiş kəlləbeyin travmasının davamlı qalıq əlamətləri, Postravmatik ensefalopatiya,Sol gözdə travmadan sonra subretinal qansızma. Dayaq hərəkət və hissi funksiyanın mülayim dərəcə pozulması ilə müşayət olunan onurğanın yayılmış ostroxandrozu, C4-C5 fəqərəarası diskin protraziyası diaqnozları ilə ikinci dərəcəli əlillik dərəcəsi təyin edilmişdir. İkunci dərəcəli əlillik verilməsinin meyarı olaraq, sinir sisteminin müxtəlif (travma, infeksiya, xroniki intoksikasiya və ya qan dövranı pozunluqları mənşəli) kəskin nəzərə çarpan vegetativ əlamətlərlə keçən funksional pozuntuları hesab olunmuşdur. Bu əsaslarla iddiaçıya xx.xx.2015-ci il tarixdən İkinci qrup əlillik statusu verilməklə, ayda 585 manat pensiya təyin olunmuşdur. Lakin pensiyası kəsilmiş, maraqlındıqda Agentlik tərəfindən verilmiş 24 yanvar 2023-cü il tarixli 3-17-4/2-H-1197/2023 saaylı sonuncu cavabla ona bildirilmişdir ki, “Hərbi xidmər dövrü ilə əlaqədar” əlillik vəziyyətinin qiymətləndirilməsi üçün Siz xx.xx.2022-ci il tarixdə Agentlikdə komissiyada əyanı müayinə olunmuşunuz. Təqdim edilən tibbi sənədlər və əyani müayinənin nəticəsi olaraq barənizdə “Diaqnoz əlillik dərəcəsi təyin etmir” qərarı verilmişdir. Belə ki, müayinə zamanı göndərişdə əsas xəstəlik və ağırlaşma kimi qeyd edilmiş Kəllədaxili travmanın nəticələri onurğanın ossteoxondrozu, bel və digər şöbələrin fəqərəarası diskilərinin radikulopatiyası” diaqnozu Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 saylı Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq əlillik təyinatına əsas verilməmişdir. Hesab edir ki, Agentliyin adı çəkilən, lakin tarixi bəlli olmayan qərarı qanunsuz və əsassızdır...” Cavabdeh iddia ərizəsinə etirazında iddianın rədd olunmasını məhkəmədən xahiş etmişdir. Etiraz aşağıdakılarla əsaslandırılmışdır: “…Bakı Baş Səhiyyə İdarəsinin xx.xx.2022-ci il tarixli göndərişi əsasında aparılmış qiymətləndirilmə zamanı iddiaçıya qoyulmuş “Kəllədaxili travmaların nəticələri. Onurğanın osteoxondrozu, Bel və digər şöbələrin fəqərəarası disklərinin radikulopatiya ilə, Radikulopatiya. Gözün gözətrafı nahiyəsinin travmalarının nəticələri diaqnozu əlillik əlaməti təyin etmir əsası ilə imtina qərarı qəbul edilmişdir . Həmçinin sonuncu göndəriş əsasında vətəndaş əyani müayinəyə dəvət olunmuş və xx.xx.2023-ci il tarixli müayinə aktı ilə barəsində diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul olunmuşdur. Beləliklə, həm elektron qiymətləndirmənin, həm əyani müayinənin nəticəsində vətəndaşa əlillik təyinatının aparılması mümkün olmamışdır...” Bakı İnzibati Məhkəməsinin 2-1(112)-779/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı ilə iddia təmin edilmiş və İddiaçı xx.xx.2023-cü il tarixdən əlilliyin təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulmuşdur. Cavabdeh apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddianın rədd olunması barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti Azərbaycan Respubikasının İnzibati Prosessual Məcəlləsinin (“İPM”) 85-ci maddəsinin tələblərinə uyğun verilmişdir, apellyasiya icraatı mümkündür. Apellyasiya şikayəti aşağıdakılarla əsaslandırılmışdır: «…Anoloji işlərdə yalnızca ekspert rəyinə əsaslanaraq qətnamə qəbul edilməsi yolverilməzdir. Belə ki, məhkəmənin nəzərinə çatdırmaq istəyirik ki, Ekspertiza üçün əhəmiyyətli və şikayətlərinə uyğun ilə instrumental müayinə nəticələri (KT, MRT, EEQ) təqdim edilməmiş, nevroloji ocaqlı əlamətlər müəyyən edilməmişdir. Göndərişdə qeyd olunan diaqnoz əlillik təyinatına əsas vermədiyi halda məhkəmə xüsusi tibbi bilik tələb edən sahədə qərar çıxararaq orqanın diskresion səlahiyyətinə əsassız müdaxilə etmişdir. Həmçinin, əlilliklə əlaqədar sualların həlli məhkəmə tibb ekspertlərinin deyil, Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 saylı Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirlilməsi Qaydasının” 1-ci bəndinə görə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və X2-Sosial Ekspertlərinin səlahiyyətlərinə aiddir. Bundan əlavə, diaqnoz onun hazırkı vəziyyətini əks etdirsə də şəxsin əyani müayinəsində aşkar edilmiş patofunksional dəyişikliklər əlillik səviyyəsində olmadığından, ona Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması mevarlan”nda maddələrdən birini aid etmək mümkün olmamışdır. Məhkəmənin nəzərinə çatdırılır ki, əlillik müəyyən edilməsi üçün diaqnozda qeyd edilən xəstləiyin ağırlaşmaları xüsusilə mövcud olmalıdır və hazırkı isdə iddiaçıda sözügedən ağırlaşmalar mövcud deyildir. Maddi hüquq normalarının tələbləri baxımından Bakı İnzibati Məhkəməsinin qərarı qanunsuz və əsassızdır. İddiaçının əlilliyinin təyin edilməsi istiqamətində Agentlik tərəfindən hər hansı qanuna zidd hərəkətə və ya hərəkətsizliyə yol verilməməsinə, o cümlədən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin pozulmamasına baxmayaraq, məhkəmə qanunsuz olaraq iddianı təmin etməklə maddi və prosessual hüquq normalarını pozmuşdur. Bu səbəbdən Bakı İnzibati Məhkəməsinin qərarı ləğv edilməlidir...” Məhkəmə kollegiyasının iclaslarında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə uyğun izahat verərək təmin olunmasını, iddiaçı isə onunla razılaşmamış və iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək birinci instansiya məhkəməsinin qərarının qüvvsində saxlanılmasını məhkəmədən xahiş etmişlər. İİ. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb belə hesab edir ki, aşağıdakı əsaslara görə cavabdehin apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İş materiallarına əlavə olunmuş 19 iyun 2015-ci il tarixli 23/1/579 nömrəli əxəstəlik şəzadətnəaəsinə əsasən Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin Mərkəzi Hərbi-Həkim Komissyiasının qərarı ilə iddiaçının hərbi xidmət zamanı aldığı xəsarət – “Politravma. Travmatik şok, kəllənin üz sümüklərinin hər iki almacıq, saq çənə sümüyünün, sınığı, 10-cu fəqərənin arxa çıxıntısının sınığı, sol 4.5.6-cı qabırğalarının sınığı, Saq gözaltı və çənəaltı nahiyyənin kəsilmiş yaraları. Beyin silkələnməsi diaqnozları qoyulmuşdur. Əmək qabliyyətinin itirilməsi dərəcəsinin müəyyən edilməsi üçün Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyi HTBİ mərkəzi hərbi-həkim komissiyası tərəfindən həyata keçirilmiş, hərtərəfli və təkrar müayinələrdən sonra, iddiaçıya 19 iyun 2015-ci il tarixli, 23/1 /579 saylı Xəstəlik şəhadətnaməsi ilə Keçirilmiş qapalı kəllə beyin travmasından sonrakı davamlı qalıq əlamətləri. Posttravmatik ensefalopatiya. Sol gözdə travmadan sonra subretinal qansızma. Dayaq hərəkət və hissi funksiyaların mülayim dərəcədə pozulması ilə müşayət olunan onurğanın yayılmış osteoxondrozu, C5-C5 fəqərəarası diskin protruziyası.ThlO fəqərəsinin arxa çıxıntısının köhnə sınığının nəticəsi, Hipertaniya xəstəliyi İİ mərhələ, tədricən inkişaf edən gedişlə, sağ gözün mürəkkəb, dərəcəsi 1,25D, ümumi amertoriyası Q,75D olan miorik astiqmatizmi (korreksiyasız görmə itiliyi 0,8, korreksiya ilə1,0) Sol gözün mürəkkəb dərəcəsi 2,25D, ümumi ametroziyası 2,OD olan miorik astiqmatizmi (korreksiyasız görmə itiliyi-0,4, korreksiya vermir). Burunla tənəffüs birtərəfli mülayim pozulması ilə burun çəpərinin sola doğru əyriliyi diaqnozları qoyulmuş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 fevral 2008-ci il tarixli, 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Xəstəliklər cədvəlinin” 23 b, 26b, 43b, 66b, və 82c maddəsinin İİİ qrafasına müvafiq olaraq, iddiaçının sağlamlığı sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı kimi qiymətləndirilərək, xəstəliyin hərbi xidmət dövründə alınmışdır”kimi şəhadətləndirilmişdır. Bundan sonrakı hadisələrin xronoloji ardıcıllığı aşağıdakılardan ibarət olmuşdur: Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyi Hərbi Tibb İdarəsinin xx.xx.2015-ci il tarixli göndərişi əsasında iddiaçının əlillik vəziyyətinə baxılmış və Səbəbi: Hərbi xidmət dövrü ilə əlaqədar; “X1: Vİ Sinif - Sinir sistemi xəstəlikləri => G90-G99 - Sinir sisteminin digər pozğunluqları => G93 - Baş beynin digər zədələnmələri => G93.8 - Baş beynin digər dəqiqləşdirilmiş zədələnmələri, Diaqnozun mətni: M50.1 Boyun şöbəsinin fəqərəarası disklərinin radikulopatiya ilə zədələnməsi, Boyun radikulopatiyası. C3-C4,C4-C5,C5- C6,C6-C7 fəqərəarası disklərdə protruziyalar.Boyun osteoxondrozu. Kökcük ağrılarla (Hərbi travmadır-Mərkəzi Hərbi Həkim komissiyasının xx.xx.2019-cu il 498 saylı qərarı)., Meyar: 2.2. İkinci dərəcə əlillik => 2.2.12. Sinir sisteminin müxtəlif (travma, infeksiya, xroniki intoksikasiya və ya qan dövranı pozğunluqları mənşəli), kəskin nəzərə çarpan vegetativ əlamətlərlə keçən fu...” səbəbi ilə 1 illik əlillik dərəcəsi təyin edilmişdir. Bundan sonra, elektron təyinatla xx.xx.2016-cı il tarixli göndəriş əsasında baxılmış və “X1: Vİ Sinif - Sinir sistemi xəstəlikləri => G90-G99 - Sinir sisteminin digər pozğunluqları => G93 - Baş beynin digər zədələnmələri => G93.8 - Baş beynin digər dəqiqləşdirilmiş zədələnmələri, Diaqnozun mətni: Keçirilmiş kəllə-beyin travmasının davamlı qalıq əlamətləri. Postravmatik ensefalopatiya. Sol gözdə travmadan sonra subretinal qansızma. Dayaq hərəkət və hissi funksiyanın mülayim dərəcə pozulması ilə müşayiət olunan onurğanın yayılmış osteoxondrozu. C4-C5 fəqərəarası diskin protruziyası., Meyar: 2.2. İkinci dərəcə əlillik => 2.2.12. Sinir sisteminin müxtəlif (travma, infeksiya, xroniki intoksikasiya və ya qan dövranı pozğunluqları mənşəli), kəskin nəzərə çarpan vegetativ əlamətlərlə keçən fu...” səbəbi ilə 5 il müddətinə əlillik dərəcəsi verilmişdir. Həmin xəstəxananın xx.xx.2020-ci ildə sözügedən xəstəxananın 0033003AADAN saylı sisteminin və birləşdirici toxumanın xəstəlikləri => M40-M54 - Dorsopatiyalar => M50-M54 - Digər dorsopatiyalar => M50 - Boyun şöbəsinin fəqərəarası disklərinin zədələnməsi Diaqnozun mətni: Boyun şöbəsinin fəqərəarası disklərinin radikulopatiya ilə zədələnməsi, Boyun radikulopatiyası. C3-C4,C4-C5,C5-C6,C6-C7 fəqərəarası disklərdə protruziyalar, Məzkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: əlavə müalicəyə ehtiyacın olması barədə qərar qəbul edilmişdir.” səbəbi ilə imtina verilmişdir. Daha sonra, Bakı DTX Hərbi Tibb Baş İdarəsinin xx.xx.2021-ci ildə sözügedən xəstəxananın göndərişi əsasında baxılmış və “X1: XİX Sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => T90-T98 - Travmaların, zəhərlənmələrin və xarici səbəblərin digər təsirlərinin nəticələri => T90 - Başın ..., Diaqnozun mətni: Kəllədaxili travmaların nəticələri, Keçirilmiş qapalı kəllə-beyin travması.baş beyin əzilməsindən sonrakı davamlı qalıq əlamətləri,dağınıq üzvi əlamətlər və vegetativ damar krizləri ilə.Nevrasteniya, Qabarıq nəzərə çarpan asteno-nevrotik sindrom.Kəllədaxili travmaların nəticələri, Başın çoxsaylı travmaları Kəllənin və üz sümüklərinin sınığının nəticələri, Kəllənin və sümüklərinin sınıqlarının nəticələri.Onurğanın osteoxondrozu, Onurğanın osteoxondrozu Bel və digər şöbələrin fəqərəarası disklərinin radikulopatiya ilə, Bel və digər şöbələrin fəqərəarası disklərinin radikulopatiya ilə zədələnməsi, Məzkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: Əlavə müalicəyə ehtiyacın olması barədə qərar qəbul edilmişdir” səbəbi ilə imtina verilmişdir. Daha sonra, həmin tibb müəssisəsinin xx.xx.2022-ci il tarixli göndərişi əsasında baxılmış və “X1: XİX Sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => S00-S09 - Başın travmaları => S09 - Başın digər və dəqiqləşdirilməmiş travmaları => S09.7 - Başın çoxsaylı... ; Diaqnozun mətni: Əsas diaqnoz S09.7 Başın çoxsaylı travmaları, Başın çoxsaylı travmaları Ağırlaşma T90.4 Gözün gözətrafı nahiyəsinin travmalarının nəticələri, Gözün gözətrafı nahiyyəsinin travmalarının nəticələri Ağırlaşma T90.2 Kəllənin və üz sümüklərinin sınığının nəticələri, Kəllənin və sümüklərinin sınıqlarının nəticələri Ağırlaşma G83.2 Yuxarı ətrafların monoplegiyası, Sol yuxarı ətrafın parezi Ağırlaşma F48.0 Nevrasteniya, Qabarıq nəzərə çarpan asteno-nevrotik sindrom. Ağırlaşma S22.4 Qabırğaların çoxsaylı sınıqları, Sol İV,V,Vİ qabırğaların sınığı Ağırlaşma G90.8 Vegetativ [avtonom] sinir sisteminin digər pozğunluqları, Vegetativ damar krizləri Ağırlaşma T93.4 Aşağı ətrafın sinirinin travmasının nəticələri, Posttravamatik ensefalopatiya Yanaşı xəstəliklər M42 Onurğanın osteoxondrozu, Dayaq-hərəkət və hissi funksiyaların ifadəli dərəcədə pozulması ilə müşayiət olunan onurğanın yayılmış osteoxondrozu. Yanaşı xəstəliklər R26 Hərəkətin və yerişin pozulmaları, Yerişin pozulması, Yanaşı xəstəliklər E11 İnsulindən asılı olmayan şəkərli diabet, Şəkərli diabet 2ci tip, Məzkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: Son bir ildə ixtisaslaşmış bərpa müalicə kursu yetərli deyil stasionar şəraitdə ixtisaslaşmiş əlavə müayinə və müalicə qərarı verilir..” səbəbi ilə imtina verilmişdir. Daha sonra, həmin göndəriş əsasında əyani müayinəsi həyata keçirilmiş və Diaqnoz əlillik əlaməti təyin etməməsi barədə Qərar qəbul edilmişdir. Onun əsasında Əlillik atsisteminə X1: XİX Sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => S00-S09 - Başın travmaları => S09 - Başın digər və dəqiqləşdirilməmiş travmaları => S09.7 - Başın çoxsaylı...., Diaqnozun mətni: Başın çoxsaylı travmaları.Nevrasteniya, Qabarıq nəzərə çarpan asteno-nevrotik sindrom.Vegetativ [avtonom] sinir sisteminin digər pozğunluqları, Vegetativ damar krizləri. Posttravamatik ensefalopatiya. Onurğanın osteoxondrozu,, Məzkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir.” Daha sonra, Bakı Baş Səhiyyə İdarəsinin xx.xx.2022-ci il tarixli göndərişi əsasında baxılmış və Diaqnozun mətni: Kəllədaxili travmaların nəticələri. Onurğanın osteoxondrozu, Bel və digər şöbələrin fəqərəarası disklərinin radikulopatiya ilə, Radikulopatiya. Gözün gözətrafı nahiyəsinin travmalarının nəticələri., Məzkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul arlilmicrliı ” cahahi ila imtina varilmişdir. Həmçinin sonuncu göndəriş əsasında vətəndaş əyani müayinəyə dəvət olunmuş və xx.xx.2023-ci il tarixli müayinə aktı ilə barəsində Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul olunmuşdur. Bundan sonra, iddiaçı növbəti ayda, yəni xx.xx.2023-cü il tarixdə cavabdehə qarşı hazırkı iddianı qaldıraraq müvafiq qrup əlilliyi təyin olunmasını tələb etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tələbində haqlıdır. Belə ki, iş materiallarına əsasən müəyyən olunur ki, birinci instansiya məhkəməsi tərəfindən iş üzrə təyin edilmiş məhkəmə-tibbi ekspertizası üzrə Məhkəmə-Tibbi Ekspertiza və X4-Təcrübi və Tədris Birliyinin ekspertləri tərəfindən xx.xx.2023-cü il tarixdə T315/2023 nömrəli ekspert rəyi verilmişdir. Həmin rəydə komissiya iddiaçının adına tərtib olunmuş sənədlərə, özünün məhkəmə tibbi müayinəsinə və qərardadda göstərilən suala uyğun komissiya aşağıdakı nəticəyə gəlmişdir: - vətəndaş İddiaçı tibbi sənədlərinə əsasən o, hazırda “Kəllə daxili travmaların nəticələri, keçirilmiş qapalı kəllə-beyin travması, baş beyin əzilməsindən sonrakı davamlı qalıq əlamətləri, dağınıq üzvü əlamətləri və vegetativ damar krizləri ilə, nevrosteniya, qabarıq nəzərə çarpan asteno-nevrotik sindrom, kəllədaxili travmaların nəticələri, başın çoxsaylı travmaları, kəllənin və üz sümüklərinin sınığının nəticələri, kəllənin və sümüklərinin sınıqlarının nəticələri, onurğanın osteoxondrozu, bel və digər şöbələrin fəqərəarası disklərinin radikulopatiya ilə, bel və digər şöbələrin fəqərəarası disklərinin radikulopatiya ilə zədələnməsi” xəstəliklərindən əziyyət çəkir. Göründüyü kimi, ekspert rəyində təsbit olunan xəstəliklər sonuncu 088 forma göndərişlərdə təsbit olunan diaqnozun tərkibində də mövcuddur. Belə olan halda, qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”n Əlavəsinin 6.1; 6.1.1-6.1.5–ci bəndlərinə əsasən: - Başın travmaları (S02-S09);”Baş və boyun nahiyəsinin sınıqları ( T01.0); Baş və boyun nahiyəsinin sınıqları (T02.0); Baş beynin və kəllə sinirlərinin, onurğa beynin və boyun səviyyəsində digər sinirlər ilə müştərək travmaları (T06.0); Başın travmalarının nəticələri (T90) əlillik veriləmsinə əsas olan meyarlar olmaqla, - ümumi beynin mülayim pozuntuları ilə baş beynin əzilməsi, kontuziyası; baş beynin əzilməsi kontuziyası; psixi təzahür edən pozuntularla baş beynin əzilməsi, kontuziyası; vegeto-damar mülayim pozuntuları ilə baş beynin əzilməsi, kontuziyası; vegeto-damar təzahür edən pozuntuları ilə baş beynin əzilməsi, kontuziyası tez-tez baş verən paroksizmal vəziyyətlərlə (gündəlik tutmalar) və (və ya) ümumi vəziyyətə təzahür edən təsirlə”- qiymətləndirilir. Göründüyü kimi, tibb müəssisəsinin sonuncu 088 formalı xx.xx.2022-ci il tarixli göndərişlrində təsbit olunan diaqnozun və tədqiq olunan ekspert rəyində iddiaçının əyani müayinəsi zamanı aşkar olunan xəstəliklər Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın qeyd olunan göstəriciləri ilə uyğunluq təşkil edir. Qeyd olunanlar onu deməyə əsas verir ki, mübahisələndirilən göndəriş meyarlara uyğun doldurulmuş və onda təsbit olunan diaqnozdan hal-hazırda da əziyyət çəkən idiaçının digər ağırlaşmaları da nəzərə alınmaqla, ona əlillik təyin edilməsinə əsas verir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş "Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası» da mənın 1.5.1-ci bəndi də məhz aşağıdakıları nəzərdə tutur: - şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, 1.5.3-cü bəndinə əsasən əlillik müddətinin bitməsindən sonra bu Qaydanın 1.5.1-ci və 1.5.2-ci yarımbəndlərində qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi - göndərişin verilməsi üçün əsasdır. Bütün bu yuxarıda qeyd olunanlar onu deməyə əsas verir ki, iddiaçıda mövcud olan xəstəliklər ona əlillik təyinatına əsas verdiyindən tibb müəsisəsi tərəfindən 088 forma göndərişin verilməsini zəruri etmişdir. cavabdeh orqan tərəfindənisə “diaqnoz əlillik əlaməti təyin etmir” səbəbi ilə ona əsassız olaraq əlillik təyin edilməsindən imtina olunmuş, bununla da onun qanunla qorunan hüququnu pozmuşdur. İPM-in 73.1-ci maddəsi isə nəzərdə tutur ki, inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanunazidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə də qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarı ilə iddianın təmin olunmasını mahiyyəti üzrə düzgün nəticə kimi qiymətləndirir. Bu baxımdan, məhkəmə kollegiyası, cavabdehin apellyasiya şikayətinin, Agentlik tərəfindən hər hansı qanunazidd hərəkətə və ya hərəkətsizliyə yol verilmədiyini, qərarın maddi hüquq normaları baxımından qanunsuz və əsassız olduğunu mübahisələnirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 779/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və İPM-in 68, 69, 82, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-779/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar