Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1899/2021 26.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Səmədov Tofiq Səməd oğlu və Hüseynov Azər Soltanhəmid oğlundan ibarət tərkibdə Orucova Aysu Əli qızının katibliyi ilə İddiaçı cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə və Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı hərraca görə ödənilmiş məbləğin geri qaytarılması tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-1639/2021 saylı, 28 aprel 2021-ci il tarixli qərarından cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi,540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1639/2021 saylı, 28 aprel 2021-ci il tarixli qərarı ilə İddiaçı cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə və Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı hərraca görə ödənilmiş məbləğin geri qaytarılması tələbinə dair iddiası təmin edilmiş və ünvan 1 ünvanında yerləşən zirzəmi üçün ödənilən 4.500 (dörd min beş yüz) manat pul vəsaitinin İddiaçı qaytarılması vəzifəsi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə (məbləğin 25% hissəsində) və Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə (məbləğin 75% hissəsində) həvalə edilmişdir. Qərardan cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi apelyasiya şikayəti verərək qərarın ləğv edilərək, iddia tələbinin rədd edilməsini xahiş etmiş və şikayətini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin əqdin etibarsızlığını tənzimləyən 337.5-ci maddəsinə əsasən, əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərin hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə geri qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Qərardan da aydın görünür ki, müqavilə tərəfləri İddiaçı və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətidir. Məhkəmə yuxarıda qeyd olunan maddənin tələblərinə tam şəkildə əməl etməmişdir. Belə ki, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən sözügedən hərracla bağlı heç bir iştirak və qanunsuzluq halları mövcud olmadığı, Maliyyə Nazirliyi hərracı təşkil etmədiyi və həmçinin məhkəmə iddia ərizəsinə təkcə müqavilə tərəfi olan hazırkı İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə münasibətdə baxmalı olduğu halda, bu prosedura əməl etmədən Maliyyə Nazirliyini faktiki olaraq cavabdeh qismində tanıyaraq, iddianın təmin edilməsi üçün iddia tələbini faiz nisbətinə bölməklə vəsaitin 75%-ni “dövlət büdcəsi"nə yönəltmişdir ki, bununla da sözügedən maddənin tələblərindən kənara çıxmışdır. Eyni zamanda, Bakı inzibati Məhkəməsi Azərbaycan Respublikası Prezidentinin 10.08.2000-ci il tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında Dövlət Əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramının 13-cü bəndinə istinad edərək qeyd edir ki, özəlləşdirmədən əldə olunmuş pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsinə daxil olur və bu vəsaitdən 25 %-i Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin hesabına ayrılır. Lakin sözügedən Fərmanda qeyd olunan müddəa hər hansı bir orqanın səhv hərəkəti nəticəsində dövlət büdcəsinə tutulmanın yönəldilməli olduğu anlamına gəlməməlidir. İş materiallarından tam aydın olaraq görünür ki, inzibati orqan olaraq Maliyyə Nazirliyi ilə iddiaçı arasında heç bir hüquq münasibətləri olmadığından və Maliyyə Nazirliyi tərəfindən iddiaçıya hər hansı ziyan vurulmadığından iddia tələbinin və bununla bağlı hər hansı öhdəliyin Maliyyə Nazirliyinə qarşı yönəldilməsi yolverilməzdir və əsassız hesab edilməlidir. Maliyyə Nazirliyi büdcədən maliyyələşən və ya maliyyə yardımı alan təşkilatları hər ilin dövlət büdcəsində nəzərdə tutulmuş xərclərin istiqamətləri üzrə maliyyələşdirir. Nazirliyin digər təşkilatarın əvəzinə vəsaiti hər hansı bir təyinata yönəltmək səlahiyyəti yoxdur. Xərc istiqamətləri qanunla təsdiq olunduğundan və Maliyyə Nazirliyinin onu dəyişdirmək hüququ olmadığından məhkəmə qərarının icrasının aidiyyəti büdcə təşkilatına deyil, birbaşa və maliyyə mənbəyi göstərilmədən mücərrəd şəkildə Maliyyə Nazirliyinə yönəldilməsi tamamilə yanlışdır və belə olan halda yuxarıda sadalanan pozuntular nəticəsində qəbul edilən məhkəmə qərarının icrası ümumiyyətlə mümkünsüzdür. Başqa sözlə, büdcə təşkilatı (bu halda Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti) Nazirliyin müvafiq xəzinədarlıq qurumuna sifariş vermək öhdəliyindən kənarda qaldığından xəzinədarlığın əsas prinsipləri pozulmuş və vəsaitin hansı xərclərdən ödənilməli olması məsələsi isə mübahisə doğurmaqdadır. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə kollegiyası tərəflərin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını apelyasiya şikayətinin dəlilləri ilə araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməlidir. Аzərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apelyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün kollegiya birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmə iddia tələbini təmin etməklə düzgün nəticəyə gəlmişdir. Belə ki, iş materiallarından müəyyən edilir ki, İddiaçı 30/01 nömrəli, 29 avqust 2017ci il tarixli hərrac protokoluna əsasən, Bakı şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Departamenti Yasamal rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin 5 mərtəbəli binasının ünvan 1 ünvanında yerləşən zirzəmisinin (47,4 kv.m) satış hərracında qalib olmuşdur. 13.09.2017-ci il tarixli qəbzə əsasən, həmin qəbzdə göstərilən bank hesabına iddiaçı tərəfindən 4.500 manat ödənilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bak şəhər Ərazi İdarəsi tərəfindən İddiaçı verilmiş texniki pasportun surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin (zirzəminin) ümumi sahəsi 47.4 kv.m təşkil edir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli çıxarışdan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, məhəllə 528, Hüseyn Cavid prospekti B ünvanında yerləşən 47.4 kv. m qeyri-yaşayış sahəsi üzərində İddiaçı mülkiyyət hüquqları 192 nömrəli reyestr kitabının 18051 nömrəli vərəqində qeydiyyata alınmışdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 22 oktyabr 2018-ci il tarixli, 2(011)- 7067/2018 saylı qətnaməsinin surətindən görünür ki, X1 tərəfindən verilmiş iddianın təmin edilməsi və ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin (zirzəminin) İddiaçı satılmasına dair 29 avqust 2017-ci il tarixli, 30/01 sayl hərrac protokolunun etibarsız hesab edilməsi və ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə (zirzəmiyə) dair İddiaçı ilə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi arasında 30 avqust 2017ci il tarixdə bağlanmış 3579 saylı müəssisənin (obyektin) alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi qət edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin 2(103)-2270/2019 saylı, 12 fevral 2019-cu il tarixli qətnaməsi ilə, apelyasiya şikayətinin təmin edilməməsi, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 22 oktyabr 2018-ci il tarixli, 2(011)-7067/2018 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Əmlak Məsələləri Dövlət Komitəsinin 10 iyul 2019-cu il tarixli, 133 nömrəli sərəncamı ilə məhkəmə qətnaməsinin icrası təmin edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin 27 fevral 2020-ci il tarixli məktubun surətindən görünür ki, İddiaçı tərəfindən hərracın etibarsız hesab edilməsi nəticəsində artıq ödənilmiş vəsaitin geri qaytarılması barədə 20 fevral 2020-ci il tarixli ərizəsi aidiyyəti üzrə baxılması üçün Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə göndərilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən İddiaçı ünvanlanmış **********32 saylı, 28 fevral 2020-ci il tarixli məktubun surətindən görünür ki, iddiaçının müraciətinə baxılmış və cavab olaraq bildirilmişdir ki, ünvan 4 ünvanında yerləşən 31.4 kv.m qeyri-yaşayış sahəsinin özəlləşdirilməsinə dair alqı-satqı müqaviləsi üzrə İddiaçı tərəfindən dövlət büdcəsinə 17.000 manat məbləğində vəsait ödənilmişdir. “Dövlət əmlakın özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının 16.05.2000-ci il tarixli Qanununun 11.1-ci maddəsinə əsasən dövlət əmlakının özəlləşdirilməsindən əldə olunan pul vəsaiti dövlət büdcəsinə köçürülür. Həmin Qanunun 30-cu maddəsinə əsasən, dövlət əmlakının özəlləşdirilməsi ilə əlaqədar yaranan mübahisələr qanunvericiliklə müəyyən edilmiş qaydada məhkəmə qaydasında həll edilir. Qeyd olunanları nəzərə alaraq, iddiaçının aidiyyəti üzrə müvafiq məhkəməyə müraciət etməyi tövsiyyə olunmuşdur. Bundan sonra İddiaçı cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə və Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı hərraca görə ödənilmiş məbləğin geri qaytarılması tələbinə dair iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydad həll edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 08 oktyabr 2020-ci il tarixli, **********66 saylı məktubundan görünür ki, ünvan 1 ünvanında yerləşən 47.4 kv.m qeyri-yaşayış sahəsi 29.08.2017-ci il tarixli hərracda İddiaçı tərəfindən 4.500 (dörd min beş yüz) manata satın alınmışdır. “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Qanunun 1.0.1-ci maddəsinə əsasən, dövlət əmlakının özəlləşdirilməsi-dövlət əmlakının bu Qanunla müəyyən edilmiş qaydalara uyğun alıcıların mülkiyyətinə verilməsidir. Həmin Qanunun 11.1-ci maddəsinə əsasən, dövlət əmlakının özəlləşdirilməsində əldə olunan pul vəsaiti dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 23 dekabr tarixli, 432 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirmədən əldə olunan vəsaitin Azərbaycan Respublikasının dövlət büdcəsinə daxil edilməsi və ondan istifadə olunması qaydaları”nın 1-ci bəndinə əsasən, bu Qaydalar “Dövlət əmlakının özəlləşdirilməsi haqqında" Azərbaycan Respublikasının Qanununa və “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı”na (bundan sonra - İİ Dövlət Proqramı) uyğun olaraq hazırlanmışdır və özəlləşdirmədən əldə olunan vəsaitin Azərbaycan Respublikasının dövlət büdcəsinə daxil edilməsi və ondan istifadə olunması qaydalarını müəyyən edir. Həmin Qaydaların 2-ci bəndinə əsasən, özəlləşdirmədən daxil olan vəsaitə özəlləşdirilən obyektlərin və onların səhmlərinin, özəlləşdirmə opsionlarının satışından, özəlləşdirmə prosesində rüsumların ödənilməsindən əldə edilən pul vəsaiti və digər daxilolmalar aiddir. Özəlləşdirmədən əldə olunan pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsinə daxil edilir. Həmin Qaydaların 4-cü bəndinə əsasən, ödəmə məbləği alıcı tərəfindən özəlləşdirilən obyektin satış şərtlərinə uyğun olaraq dövlət büdcəsinə köçürülür. Həmin Qaydaların 8-ci bəndinə əsasən, dövlət əmlakının özəlləşdirilməsi nəticəsində əldə edilən pul vəsaitinin uçotunun aparılmasını və onun dövlət büdcəsinə köçürülməsinin təmin edilməsini, habelə mühasibat uçotunu aparmaqla maliyyə və statistik hesabatların tərtib olunmasını Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi həyata keçirir. Azərbaycan Respublikası Prezidentinin 09 fevral 2009-cu il tarixli, 48 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında Əsasnamənin 8.22-ci bəndinə əsasən, qanunvericilikdə nəzərdə tutulmuş qaydada dövlət büdcəsinə artıq ödənilmiş vergilərin və qeyri-vergi ödənişlərinin dövlət büdcəsindən qaytarılmasını həyata keçirmək cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin vəzifələrinə aiddir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 416.2-ci maddəsinə əsasən, hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. Həmin Məcəllənin 575.1-ci maddəsinə əsasən, əgər satıcı satılmış əşyanı alıcıya verməkdən imtina edirsə, alıcı alğı-satqı müqaviləsinin icrasından imtina edə bilər. Həmin Məcəllənin 575.2-ci maddəsinə əsasən satıcı fərdi-müəyyən əşyanı verməkdən imtina etdikdə, alıcı satıcıya qarşı bu Məcəllənin 452-ci maddəsində nəzərdə tutulan tələbləri irəli sürə bilər. Həmin Məcəllənin 452.1-ci maddəsinə əsasən, fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir. Həmin Məcəllənin 452.2-ci maddəsinə əsasən, kreditor öhdəliyin predmeti olan əmlakın ona verilməsini tələb etmək əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Göründüyü kimi, qeyri-yaşayış sahəsi hərracda iddiaçı tərəfindən satın alınmış və 4.500 manat haqq ödənilməklə alqı-satqısı həyata keçirilmişdir. Daha sonra qanuni qüvvədə olan məhkəmə qətnaməsi əsasında hərrac protokolu və alqı-satqı müqaviləsi etibarsız sayılmışdır. İddiаçı özəlləşdirilmiş əmlaka görə pul vəsaitini dövlət büdcəsinə köçürmüş, hərrac protokolu ləğv edildiyindən, əmlak iddiaçıya təqdim edilmədiyindən tərəflərin əvvəlki vəziyyəti bərpa edilməli, iddiaçının ödədiyi pul vəsaiti ona qaytarılmalıdır. Ödənilmiş vəsaitin dövlət büdcəsindən qaytarılması ilə bağlı isə cavabdeh qismində Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi ilə yanaşı, həmçinin, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi də çıxış etməldir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 10 avqust tarixli, 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında Dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramının 13.1-ci bəndində qeyd edilir ki, özəlləşdirmədən daxil olan vəsaitə özəlləşdirilən obyektlərin və səhmlərin, özəlləşdirmə opsionlarının satışından, özəlləşdirmə prosesində rüsumların ödənilməsindən əldə edilən pul vəsaiti və digər daxilolmalar aiddir. Özəlləşdirmədən əldə olunmuş pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsinə daxil olur (13.2-ci bənd). Dövlət əmlakının özəlləşdirilməsində müstəqil maliyyə məsləhətçisinin cəlb edilməsi, özəlləşdirmə ilə bağlı informasiya təminatının təşkili müəssisələrin özəlləşdirməqabağı sağlamlaşdırılması, özəlləşdirmədən sonra müəssisələrin fəaliyyətinin dəstəklənməsi tədbirlərinin maliyyələşdirilməsi, dövlət əmlakının qorunub saxlanılması və mühafizəsi, Azərbaycan Respublikasının mülkiyyət hüquqlarının qorunması ilə bağlı Azərbaycan Respublikasını xarici ölkələrin müvafiq orqanlarında, habelə məhkəmə orqanlarında təmsil etmə xərclərinin ödənilməsi məqsədilə Əmlak Məsələləri Dövlət Komitəsinin hesabına bu vəsaitin 25%-i həcmində ayırmalar nəzərdə tutulur. Qeyd edilən normaya əsasən qətnamə icra edilərkən ödənilmiş 4.500 manatın 25 % hissəsi Əmlak Məsələləri Dövlət Komitəsinə, qalan 75 % hissəsi isə dövlət büdcəsinə köcürülmüşdür. Məhkəmə kollegiyası qərarın Maliyyə Nazirliyinə aid edilən hissəsində qeyd edir ki, Maliyyə Nazirliyi büdcədən maliyyələşən orqandır. Xərc istiqamətləri qanunla təsdiq olunduğundan və Maliyyə Nazirliyinin onu dəyişdirmək səlahiyyəti olmadığından məhkəmə qərarının maliyyə mənbəyi göstərilmədən hərrracdan əldə edilmiş və dövlət büdcəsinə ödənilmiş vəsaitin mücərrəd şəkildə Maliyyə Nazirliyinə yönəldilməsi düzgün deyildir. Belə ki, dövlət əmlakının özəlləşdirilməsindən əldə edilən pul vəsaitinin 75%-nin dövlət büdcəsinə ödənildiyi işin mübahisəsiz halıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Hazırkı işə apelyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, qərar dəyişdirilməli və ünvan 1 ünvanında yerləşən zirzəmi üçün ödənilən 4.500 (dörd min beş yüz) manat pul vəsaitinin İddiaçı qaytarılması vəzifəsi dövlət büdcəsi hesabına Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə (məbləğin 75% hissəsində) həvalə edilməlidir. Göstərilənlərə əsasən və İPM-in 68, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1639/2021 saylı, 28 aprel 2021-ci il tarixli qərarı “ünvan 1 ünvanında yerləşən zirzəmi üçün ödənilən 4.500 (dörd min beş yüz) manat pul vəsaitinin İddiaçı qaytarılması vəzifəsi Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə (məbləğin 75% hissəsində) həvalə edilsin” hissəsində dəyişdirilsin. ünvan 1 ünvanında yerləşən zirzəmi üçün ödənilən 4.500 (dörd min beş yüz) manat pul vəsaitinin İddiaçı qaytarılması vəzifəsi dövlət büdcəsi hesabına Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə (məbləğin 75% hissəsində) həvalə edilsin. Qərar qalan hissədə dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Mirzə Tağızadə Hakim: Tofiq Səmədov Hakim: Azər Hüseynov
Məhkəmə qərarları › İş №2-1(103)-1899/2021
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1899/2021
26.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver