Məhkəmə qərarları › İş №2-1(103)-1899/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1899/2024

18.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1899/2024 18.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Səlimova Səadət Rəşid qızı və Tağızadə Mirzə Nəsib oğlundan ibarət tərkibdə, Əhmədova Könül Seyidələkbər qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndələri X4 və X6 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adının və buna dair vəsiqənin verilməsi” iddiasına dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2- N(NN2)-N476/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D I : İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən “Veteran adlarının müvafiq vəsiqələrinin verilməsi üzrə komissiyası”na qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası Prezidentinin təltif haqqında 202N-ci il 24 iyun tarixli 2722 nömrəli sərəncamı, N nömrəli hərbi hissənin komandirinin birinci müavini-qərargah rəisi general- mayor İkram Əliyevin N494 nömrəli xx.xx.2020-ci il tarixli teleqramı və Azərbaycan Respublikası Müdafiə nazirinin 29 noyabr 202N-ci il tarixli 480 nömrəli əmrində göstərilən meyarların 3-cü bəndin 3.N və 3.2 alt bəndləri əsas götürülərək, cavabdehin xx.xx.2023-cü il tarixli iclas protokolunda ona aid olan qərarın əsassız hesab edilməsini və ona Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etməsiylə əlaqədar olaraq “Veteran adının”, müvafiq vəsiqənin və hüquqların verilməsini xahiş etmişdir İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, xx.xx.N972-ci ildə doğulmuşdur. N994-cü ildən 2023-cü ilədək Azərbaycan Ordusunda Hərbi X9 X3 zabit kimi həqiqi hərbi xitmətdə olmuşdur. 2020-ci ildə sentyabr ayının 27-dən noyabr ayının N0-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda X8 bölmələrinin tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmişdir, həmçinin həmin döyüş əməliyyatlarının döyüş təminatı üzrə tapşırıqların icrasına cəlb olunmuşdur. Bu məqsədlə həmin dövrdə xidmət etdiyi N nömrəli hərbi hissədən N nömrəli hərbi hissəyə xx.xx.2020-ci il tarixdən xidməti zərurətlə əlaqədar ezam olunmuşdur, döyüş əməliyyatları başlandıqdan sonra isə N nömrəli hərbi hissənin komandirinin birinci müavini-qərargah rəisinin N494 nömrəli xx.xx.2020-ci il tarixli teleqramına əsasən N nömrəli hərbi hissədə döyüş tapşırığı yerinə yetirdiyi üçün ezam olunma müddətinin uzadılmasına qərar verilmişdir. Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etməsilə əlaqədar olaraq hərbi hissə komandirinin, Hərbi Hava Qüvvələri komandanının və Azərbaycan Respublikası Müdafiə nazirinin təqdimatı əsasında Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Vətən uğrunda” medalı ilə təltif edilməsi haqqında” 202N-ci il 24 iyun tarixli 2722 nömrəli sərəncamı ilə “Vətən uğrunda” medalı ilə təltif olunmuşdur. “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslərə “Müharibə veteranı”” adının verilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 29 dekabr 202N-ci il tarixli sərəncamından sonra onun da müvafiq sənədləri yuxarı komandanlığa, yəni N nömrəli hərbi hissəyə təqdim olunmuşdur. Sənədlərinin yuxarı komandanlığa təqdim olunması üçün Azərbaycan Respublikası Müdafiə nazirinin 29 noyabr 202N-ci il tarixli sərəncamından sonra onun da müvafiq sənədləri yuxarı komandanlığa, yəni N nömrəli hərbi hissəyə təqdim olunmuşdur. Sənədlərinin yuxarı komandanlığa təqdim olunması üçün Azərbaycan Respublikası Müdafiə nazirinin 29 noyabr 202N-ci il tarixli 480 nömrəli əmrinin 3-cü bəndinin 3.N və 3.2 alt bəndlərində təyin edilmiş meyarlar əsas götürülmüşdür. Bu əmrin meyarlar hissəsinin 3-cü bəndində - 2020- ci il “sentyabrın 27-dən noyabrın N0-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda hərbi aviasiya, X8, radioelektron kəşfiyyat (əks-kəşfiyyat) və mübarizə, pilotsuz uçan aparatlar, raket və artileriya bölmələrinin tərkibində: (bu hissədə döyüş əməliyyatlarının aparıldığı ərazilərə daxil olmadan həmin əməliyyatlarda iştirak etmiş hərbi qulluqçular nəzərdə tutulur)”, 3.N alt bəndində “Döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş hərbi qullquçular (bu məqsədlə ezam olunmuş hərbi qullquçular daxil olmaqla)”, 3.2 alt bəndində isə “Həmin döyüş əməliyyatlarının döyüş təminatı üzrə tapşırıqları yerinə yetirmiş hərbi qullquçlar (bu məqsədlə ezam olunmuş hərbi qullquçular daxil olmaqla)” göstərilmişdir. Göstərilən meyarlara əsaslanaraq, xidmətdə olduğu N nömrəli hərbi hissədə və həm də ezam olunduğu N nömrəli hərbi hissədə xidmətdə olan və döyüş tapşırığı yerinə yetirən hərbi qullquçular “Müharibə veteranı” adına və müvafiq vəsiqəyə layiq görülmüşlər. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən “Veteran adlarının müvafiq vəsiqələrinin verilməsi üzrə komissiyası” onun müvafiq sənədlərini meyarlar haqqında əmrin 3-cü bəndinə uyğun olaraq X8 bölməsi tərkibində fəaliyyət göstərən hərbi qullquçu kimi deyil, digər qoşun növlərinin tərkibində fəaliyyət göstərən hərbi qulluqçu kimi dəyərləndirmiş və sənədlərini Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsini məqsədəuyğun hesab etməmişdir. Daha sonra iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh qismində Azərbaycan Respublikası Müdafiə Nazirliyini göstərməklə, Azərbaycan Respublikası Prezidentinin təltif haqqında 202N-ci il 24 iyun tarixli 2722 nömrəli sərəncamı, N nömrəli hərbi hissənin komandirinin birinci müavini-qərargah rəisi general - mayor İkram Əliyevin N494 nömrəli xx.xx.2020-ci tarixli teleqramı və Azərbaycan Respublikası Müdafiə nazirinin 29 noyabr 202N-ci il tarixli 480 nömrəli əmrində göstərilən meyarların 3-cü bəndin 3.N və 3.2 alt bəndləri əsas götürülərək, cavabdehin xx.xx.2023-cü il tarixli iclas protokolunda ona aid olan qərarının əsassız hesab edilməsini və ona Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etməsilə əlaqədar olaraq “Veteran adının”, müvafiq vəsiqənin və hüquqların verilməsini xahiş etmişdir. İşin birinci instansiya icraatı zamanı cavabdeh iddiaya dair yazılı etiraz təqdim edərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddia tələbinin təmin edilməsini istisna edən faktiki əsası ilə bağlı qeyd etmək zəruridir ki, N nömrəli hərbi hissə komandiri tərəfindən verilmiş arayışa əsasən İddiaçı xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək polkovnik-leytenant hərbi rütbəsində N nömrəli hərbi hissənin tərkibində Gəncə şəhəri, Şəmkir, Ağstafa və Tovuz rayonlarında ezamiyyətdə olmuşdur. Müdafiə Nazirliyinin aparatı nəzdində veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiyanın katibinin xx.xx.2023-cü il tarixli 4/3-2793 nömrəli məktubuna əsasən, iddiaçının xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək ezam olunduğu ərazi (Gəncə şəhəri, Şəmkir, Ağstafa və Tovuz rayonları) Əsasnamənin N-ci hissəsinin onuncu abzasında qeyd olunan ərazi meyarlarına uyğun gəlmədiyinə görə iddiaçıya “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi üçün razılaşdırılması məqsədi ilə sənədlərin Azərbaycan Respublikası Nazirlər Kabinetinə gödərilməsindən imtina etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-N(NN2)-N476/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə iddia təmin edilmiş və iddiaçı xx.xx.N972-ci il təvəllüdlü İddiaçı 2-ci Qarabağ Müharibəsində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarında iştirakı ilə əlaqədar olaraq “Müharibə veteranı” statusu və vəsiqəsinin verilməsi üçün Azərbaycan Respublikasının Nazirlər Kabinetinə müraciət etməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin üzərinə qoyulması qərara alınmışdır. Cavabdeh qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddiaya dair yazılı etiraza uyğun tərtib edilmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək onun rədd edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndələri apellyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2- N(NN2)-N476/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarında olan: - İddiaçıya məxsus AA seriyalı ******* №li şəxsiyyət vəsiqəsi üzrə elektron məlumatlardan müəyyən olunur ki, xx.xx.N972-ci il təvəllüdlü İddiaçı Bakı şəhəri Parlament prospekti 3 ünvanında qeydiyyatdadır. - EZ ******* №li hərbi biletin surətindən müəyyən olunur ki, İddiaçı xx.xx.N994-cü il tarixdən xx.xx.2023-cü il tarixədək Azərbaycan Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdə olmuşdur. - N nömrəli hərbi hissənin komandiri tərəfindən N və N nömrəli hərbi hissə komandirlərinə ünvanlanmış xx.xx.2020-ci il tarixli N494 №li teleqramdan (surəti) müəyyən olunur ki, döyüş tapşrığının yerinə yetirilməsi məqsədilə 952, 988, N və N nömrəli hərbi hissələrə ezam olunan aşağıda adları qeyd olunan hərbi qullquçuların ezam müddətlərinin xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək artırılmasının təmin edilməsi xahiş olunmuşdur: N nömrəli hərbi hissə: polkovnik-leytenant İddiaçı – N nömrəli hərbi hissə komandirinin tədris üzrə müavini – tədris şöbə rəisi. - N saylı hərbi hissə tərəfindən verilmiş: - xx.xx.2020-ci il tarixli N865 №li ezamiyyə vəsiqəsinin surətindən müəyyən olunur ki, İddiaçı xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək 05 gün müddətinə xidməti zərurətlə əlaqədar N saylı hərbi hissəyə ezam olunmuşdur. - xx.xx.2020-ci il tarixli 564 №li ezamiyyə vəsiqəsinin surətindən müəyyən olunur ki, İddiaçı xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək N0 gün müddətinə döyüş tapşırığını yerinə yetirmək üçün 952, 988, N və N saylı hərbi hissələrə ezam olunmuşdur. - İ-4479 №li “Azərbaycan Respublikası Medalının vəsiqəsi”nin notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, İddiaçı Azərbaycan Respublikası Prezidentinin 202N-ci il 24 iyun tarixli 2722 nömrəli Sərəncamı ilə “Vətən uğrunda” medalı ilə təltif olunmuşdur. Cavabdeh inzibati orqan tərəfindən məhkəməyə təqdim olunmuş arayışməlumatdan müəyyən olunur ki, İddiaçı vəzifəsi - HHQ-nin Döyüşə Tətbiqi İdarəsinin X8 X2 X8 rəisinin zenit-raket vasitələrinin tətbiqi üzrə baş köməkçisi olmuşdur - Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubda göstərilmişdir ki, Azərbaycan Respublikası Müdafiə nazirinin müvafiq əmrinə əsasən N və N nömrəli hərbi hissələr N sentyabr – N0 noyabr 2020-ci il tarixlərində Ermənistan Respublikasının irimiqyaslı təxribatının qarşısının alınması məqsədilə əks-hücum və işğal altında olan ərazilərin azad edilməsi üzrə döyüş əməliyyatlarında iştirak etmişlər. - Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2023-cü il tarixli məktubu ilə məhkəməyə təqdim olunmuş N nömrəli hərbi hissənin xx.xx.2023-cü il tarixli 229 nömrəli arayışında (surəti) göstərilmişdir ki, İddiaçı N nömrəli hərbi hissə komandirinin xx.xx.2020-ci il tarixli N nömrəli əmri ilə hərbi hissənin siyahısına daxil olmuş və xx.xx.2020-ci il tarixli 384 nömrli əmri ilə siyahıdan çıxarılmışdır. Bu müddət ərzində N nömrəli hərbi hissənin Gəncə yaşayış məntəqəsində yerləşən komanda məntəqəsinin nəzdində açılan X8 İdarəemə Məntəqəsində döyüş heyətinin tərkibində olmuş, zenit-raket divizionlarının yeni mövqelərdə yerləşdirilməsində, atəş və manevrin idarə olunmasında, döyüş texnikalarının döyüş işinə hazır vəziyyətə gətirilməsində və döyüş zamanı ortaya çıxan nasazlıqların aradan qaldırılmasında, digər X8 bölmələri ilə qarşılıqlı əlaqənin yaradılmasında, düşmənin fasiləsiz hava kəşfiyyatının aparılmasında və analizində, N-ci zenit-raket divizionu tərəfindən düşmənin pilotsuz uçuş aparatının məhv edilməsi zamanı döyüş atışında döyüş heyəti kimi iştirak etmişdir. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış əməliyyatlarda N nömrəli hərbi hissənin döyüş əməliyyatlarının planlanmasını, hazırlanmasını və idarə edilməsini həyata keçirmişdir. Döyüş əməliyyatlarının döyüş təminatını bilavasitə təşkil etmişdir. - Azərbaycan Respublikası Hərbi Prokurorluğu tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubda göstərilmişdir ki, İddiaçı xx.xx.2020- ci il tarixdən xx.xx.2020-ci il tarixədək N №li hərbi hissədə xidmət etməsilə bağlı barəsində Respublika Hərbi Prokurorluğunda cinayət işinin və ya təqsirləndirici materialın olmasına dair məlumat aşkar edilməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır. Belə ki, “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinin Nci hissəsinin ikinci abzasına əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılırlar. Həmin qanunun 7-ci maddəsinin N-ci hissəsinə əsasən, müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Əsasnamənin N-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndinə əsasən, müharibə veteranı adı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda N988-ci il fevralın N-dən N994cü il mayın N2-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin N994-cü il N2 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müvafiq komissiyaların rəyinə əsasən verilir. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il sentyabrın 27-dən noyabrın N0-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci il N sentyabr tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında. 2020-ci il sentyabrın 27-dən noyabrın N0-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarının planlaşdırılmasını, hazırlanmasını və ya idarə edilməsini həyata keçirmiş, habelə hərbi aviasiya, X8, radioelektron kəşfiyyat (əks-kəşfiyyat) və mübarizə, pilotsuz uçan aparatlar, raket və artilleriya bölmələrinin tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş və ya həmin əməliyyatların döyüş təminatı üzrə tapşırıqları (bu Əsasnamənin N-ci hissəsinin onuncu abzasında qeyd olunan ərazilərdə isə döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları) yerinə yetirmiş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında. Qeyd. Bu qayda Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın N-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin birinci hissəsinin üçüncü abzasında göstərilmiş şəxslərə şamil olunmur. Bu Əsasnamənin N-ci hissəsinin onuncu abzasında döyüş əməliyyatlarının bütün təminat növləri dedikdə döyüş təminatı, mənəvi-psixoloji təminat, maddi-texniki təminat və tibbi təminat nəzərdə tutulur. Bu Əsasnamənin N-ci hissəsinin birinci bəndinin birinci-yeddinci yarımbəndlərində qeyd edilən şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən onun yaratdığı müvafiq komissiyanın rəyinə əsasən verilir. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən onun yaratdığı müvafiq komissiyanın rəyinə əsasən verilir Bu Əsasnamənin N-ci hissəsinin birinci bəndinin səkkizinci, doqquzuncu və onuncu yarımbəndlərində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış, əmək müqaviləsinə xitam verilmiş şəxslərin sonuncu xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), hərbi hissələrə (bölmələrə) və ya orqanlara ezam olunmuş mülki şəxslərin isə ezam olunduqları yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və XN Xidməti və Azərbaycan Respublikasının Strateji X5 Agentliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir, o cümlədən: Qeyd. Bu Əsasnamənin N-ci hissəsinin birinci bəndinin doqquzuncu və onuncu yarımbəndlərində nəzərdə tutulan şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi həmin ad və vəsiqəni vermək səlahiyyəti olan dövlət orqanlarının göstərilən şəxslərə münasibətdə müəyyən etdikləri siyahılar Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırıldıqdan sonra verilir. Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarından müəyyən edilir ki, iddiaçının hazırkı tələbi ilə bağlı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin aparatı nəzdində veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya tərəfindən N nömrəli hərbi hissəyə ünvanlanmış xx.xx.2023-cü il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, təqdim olunmuş sənədlərdə polkovnik F.Nəsirovun iştirak etdiyi ərazilər Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarında nəzərdə tutulmuş ərazi meyarlarına uyğun gəlmədiyinə görə xx.xx.2023-cü il tarixli iclas protokoluna əsasən komissiya tərəfindən ona “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi üçün sənədlərinin Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi məqsədəuyğun hesab edilməmişdir. Halbuki, qeyd olunan Əsasnamənin N-ci hissəsinin on birinci abzasında qeyd olunan tələblərindən göründüyü kimi, heç bir ərazi məhdudiyyəti göstərilmədən 2020-ci il sentyabrın 27dən noyabrın N0-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarının planlaşdırılmasını, hazırlanmasını və ya idarə edilməsini həyata keçirmiş, habelə hərbi aviasiya, X8, radioelektron kəşfiyyat (əks-kəşfiyyat) və mübarizə, pilotsuz uçan aparatlar, raket və artilleriya bölmələrinin tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müharibə veteranı adının verilməsi nəzərdə tutulmuşdur. Həmçinin cavabdeh inzibati orqan tərəfindən məhkəmənin müvafiq sorğularına cavab olaraq verilmiş məlumatlardan müəyyən olunur ki: - İddiaçı xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək N nömrəli hərbi hissənin Gəncə yaşayış məntəqəsində yerləşən komanda məntəqəsinin nəzdində açılan X8 İdarəemə Məntəqəsində döyüş heyətinin tərkibində olmuş, zenit-raket divizionlarının yeni mövqelərdə yerləşdirilməsində, atəş və manevrin idarə olunmasında, döyüş texnikalarının döyüş işinə hazır vəziyyətə gətirilməsində və döyüş zamanı ortaya çıxan nasazlıqların aradan qaldırılmasında, digər X8 bölmələri ilə qarşılıqlı əlaqənin yaradılmasında, düşmənin fasiləsiz hava kəşfiyyatının aparılmasında və analizində, N-ci zenit-raket divizionu tərəfindən düşmənin pilotsuz uçuş aparatının məhv edilməsi zamanı döyüş atışında döyüş heyəti kimi iştirak etmişdir. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış əməliyyatlarda N nömrəli hərbi hissənin döyüş əməliyyatlarının planlanmasını, hazırlanmasını və idarə edilməsini həyata keçirmişdir. Döyüş əməliyyatlarının döyüş təminatını bilavasitə təşkil etmişdir. - N və N nömrəli hərbi hissələr N sentyabr – N0 noyabr 2020-ci il tarixlərində Ermənistan Respublikasının irimiqyaslı təxribatının qarşısının alınması məqsədilə əkshücum və işğal altında olan ərazilərin azad edilməsi üzrə döyüş əməliyyatlarında iştirak etmişlər. Hərbi doktrina nöqteyi-nəzərincə sülh və ya müharibə dövründə silahlı qüvvələrin arxa təminatı - silahlı qüvvələrin silahla, hərbi sursatla, yanacaqla, sair maddi-texniki vasitələrlə təmin edilməsi üzrə kompleks tədbirlər sistemini ehtiva edir. Arxa hissə təminatı silahlı qüvvələrin döyüş qabiliyyətinin lazımi səviyyədə saxlanılması üçün onların ehtiyaclarının ödənilməsi, döyüş əməliyyatları zonasında hərbi hissələr tərəfindən hərbi vəzifələrin uğurla həyata keçirilməsinin təmin edilməsi məqsədlərinə xidmət edir və döyüş əməliyyatları təminatının tərkib hissəsi sayılır. Bu baxımdan döyüş təminatı ilə bağlı tapşırıqların yalnız və sadəcə olaraq əməliyyat təminatı kimi təfsir olunması məqbul sayıla bilməz. Döyüş əməliyyatlarının uğurlu olması üçün əməliyyat təminatı ilə yanaşı həm də digər təminat növlərinin, o cümlədən arxa hissə təminatının lazımi şəkildə və qaydada həyata keçirilməsi tələb olunur. Məhkəmə hesab edir ki, hazırkı mübahisəyə münasibətdə, iddiaçının ezam olunduğu ərazilərdə yerinə yetirdiyi xidməti vəzifəni qeyd olunan kontekstdən qiymətləndirmək lazımdır. Başqa sözlə, iddiaçının ezam olunduğu ərazilərdə komanda məntəqəsinin nəzdində açılan X8 İdarəemə Məntəqəsində döyüş heyətinin tərkibində olmuş, zenitraket divizionlarının yeni mövqelərdə yerləşdirilməsində, atəş və manevrin idarə olunmasında, döyüş texnikalarının döyüş işinə hazır vəziyyətə gətirilməsində və döyüş zamanı ortaya çıxan nasazlıqların aradan qaldırılmasında, digər X8 bölmələri ilə qarşılıqlı əlaqənin yaradılmasında, düşmənin fasiləsiz hava kəşfiyyatının aparılmasında və analizində, N-ci zenit-raket divizionu tərəfindən düşmənin pilotsuz uçuş aparatının məhv edilməsi zamanı döyüş atışında döyüş heyəti kimi iştirak etməsi öz əhəmiyyətinə görə döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi kimi dəyərləndirilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin N4.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-N(NN2)-N476/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Məhkəmə kollegiyası şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D I : Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-N(NN2)-N476/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən N (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin (Bakı şəhəri, Yusif Səfərov küçəsi N4, NN93-cü məhəllə) İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar