Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-190/2024 23.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı: İddiаçı İddiaçı Cavabdeh: Bakı şəhər Cavabdehnə qarşı (üçüncü şəxslər Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi cəlb olunmaqla) QƏRARİ (Açar sözlər: “sərəncamının ləğv edilməsi”) Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Şərafət Asif qızı Məmmədova (sədrlik edən və məruzəçi), Cahangir Afər oğlu Yusifovdan və X3 ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi ilə, İddiaçının vəkili Vəkil, Üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi X2 iştirakları ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1952/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından cavabdeh və üçüncü şəxs tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin müvafiq qərarı ilə "Bakı-52" hərbi şəhərciyində yerləşən, təyinatı dəyişdirilərək xüsusi təyinatlı yaşayış binası kimi istifadə edilən binaya Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin xx.xx.2019cu ıl tarixli, **********11 nömrəli məktubuna əsasən “ünvan 1 ünvan nömrələri təyin olunmuşdur.
2. Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Bakı qarnizonu üzrə mənzil komissiyasının xx.xx.2019-cu ıl tarixli, 18 nömrəli Protokolu ilə yaşayış sahəsi almaq üçün təminata qoyulmuş, mənzılsız, kirayədə yaşayan və yaşayış sahələrinin yaxşılaşdırılmasına ehtiyacı olan hərbi qulluqçuların siyahısının təsdiq edilməsi, həmin hərbi qulluqçulara yaşayış sahələrinin verilməsi və əvvəlki kirayə müqavilələrinin ləğv edilməsi qərara alınmışdır.
3. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hüquq İdarəsinin xx.xx.2019-cu il tarixli, 11/1877 nömrəli məktubuna əsasən Müdafiə Nazirliyinin mənzil fonduna aid olan “ünvan 2 ünvanında yerləşən 20 mənzilin gələcəkdə özəlləşdırilməsının həyata keçirilməsi məqsədi ilə xüsusi təyinatlı (xidməti) mənzil fondundan çıxarılması qanunazidd hesab edilməmişdir.
4. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mənzil-İstismar İdarəsinin Bakı Şəhər Cavabdeh Başçısına xx.xx.2019-cu il tarixli, 1786 saylı məktubuna əsasən İddiaçı (həmçinin, digər 19 nəfərə münasibətdə mənzillərin nömrələri fərqli olmaqla) ünvan 3 ünvanında yerləşən yaşayış sahəsinin gələcəkdə özəlləşdırilməsının həyata keçirilməsi məqsədi ilə xüsusi təyinatlı mənzil fondundan çıxarılması və daimi icarə müqaviləsi bağlanmasına icazənin verilməsi xahiş olunmuşdur. 5.Bakı Şəhəri Cavabdeh Başçısının xx.xx.2019-cu il tarixli 135 nömrəli Sərəcamına əsasən aşağıdakılar nəzərə alınmışdır: - ünvan 4 ünvanında yerləşən mənzil xidməti mənzillər siyahısında çıxarılsın. - ünvan 4 ünvanında yerləşən mənzilə dair vətəndaş İddiaçı ilə daimi icarə müqaviləsi bağlanılsın. - Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsindən ünvan 4 ünvanında yerləşən mənzilin gələcəkdə vətəndaş vətəndaş İddiaçı adına dövlət qeydiyyatına alınması xahiş edilsin. - Sərəncamın surəti AR Müdafiə Nazirliyinin Mənzil İstismar İdarəsinə göndərilsin.
6. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən, Bakı şəhəri, Yasamal rayonu, Seyfəddin Dağlı küçəsi 14, mənzil 13 Yeni qaydalarla : AZ 1073, ünvan 5 A, M2 , m1 mənzili İddiaçı daimi istifadə hüququ ilə xx.xx.2019-cu il tarixdə, ********** qeydiyyat nömrəsi ilə (yüklü edilən əmlakın reyestr nömrəsi **********35-05101-091002) qeydiyyata alınmışdır.
7. Bakı Şəhər Cavabdeh Başçısının xx.xx.2020-ci il tarixli 224 nömrəli Sərəcamına əsasən aşağıdakılar nəzərə alınmışdır: - Cavabdeh Başçısının 121, 122, 123, 124, 125, 126, 127, 128, 129, 130, 131, 132, 133, 134, 135, 136, 137, 138, 139, 140 nömrəli xx.xx.2019-cu il tarixli Sərəncamları ləğv olunsun. - Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsindən Bakı şəhəri, Yasamal rayonu, Seyfəddin Dağlı küçəsi, ev 14, mənzil 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16, 17, 18, 19, 20 ünvanında yerləşən yaşayış sahələrinə dair vətəndaşların adına verilmiş istifadə hüququna dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların ləğv edilməsi və bu mənzillərin xüsusi təyinatlı yaşayış sahələri siyahısına daxil edilməsi xahiş edilsin. - Sərəncamın surəti Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mənzil İstismar İdarəsinə və İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə göndərilsin
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
8. İddiaçı Bakı İnzibati Məhkəməsində cavabdeh Bakı şəhər Cavabdehnə qarşı iddia qaldıraraq xx.xx.2019-cu il tarixli, 135 saylı sərəncamının ləğv edilməsinə dair Bakı şəhər Cavabdeh Başçısının xx.xx.2020-ci il tarixli 224 nömrəli sərəncamının iddiaçıya münasibətdə ləğv edilməsi ” barədə qərar qəbul edilməsini xahiş etmişdir.
9. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, yaşayış sahəsi almaq üçün təminata qoyulmuş, mənzilsiz, kirayədə yaşayan və yaşayış sahələrinin yaxşılaşdırılmasına ehtiyacı olan hərbi qulluqçuların yaşayış sahələri ilə təmin edilməsi məqsədi ilə iddia üzrə üçüncü şəxs Azərbaycan Respublikası Müdafiə Nazirliyi Bakı qarnizonu rəisinin 01 may 2017-ci il tarixli qərarı ilə “Bakı-52” hərbi şəhərciyində 14 nömrəli 3 mərtəbəli kazarma binasının yaşayış binası kimi yenidən qurulmasına və binanın yaşayış fondu kimi istifadə olunmasına razılıq verilmişdir.Bundan sonra Bakı qarnizonu mənzil komissisyasının 09 aprel 2019-cu il tarixli 18 nömrəli protokolu əsasında, qeyd edilən binada yaşayış sahəsinə ehtiyacı olan 20 (iyirmi) nəfər hərbi qulluqçuya (iddiaçı da daxil olmaqla) mənzil ayrılmış və yuxanda göstərilən protokol Bakı qarnizonu rəisi tərəfindən 16 aprel 2019-cu il tarixdə təsdiq edilərək mənzillərin göstərilən hərbi qulluqçulara yaşayış sahəsi kimi paylanması qərara alınmışdır.Odur ki, Bakı Şəhər Cavabdeh Başçısının 17 may 2019-cu il tarixli, Sərəncamları ilə ünvan 5 ünvanda yerləşən binadakı mənzillər xidməti mənzillər fondundan çıxarılmış və nəticə etibarı ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən hərbi qulluqçuların hər birinə ayrı-ayrılıqda müvafiq çıxarışlar verilmişdir ki, həmin çıxarışlara əsasən mənzillər üzərində daimi istifadə hüququ qeydə alınmışdır.O cümlədən iddiaçıya verilmiş xx.xx.2019-cu il tarixli, çıxarışdan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Seyfəddin Dağlı küçəsi 14 nömrəli evin, sahəsi 146.2 kv.m olan 13 nömrəli mənzili üzərində mənim daimi istifadə hüququ qeydə alınmışdır. Göstərilən binada mənzil kimi verilmiş sahələr kazarma tipində olduğunua və yaşayış üçün tam yararsız olduğuna görə biz, həm birlikdə, həm də ayrı-ayrılıqda xeyli miqdar pul xərcləyərək həm binanın ümumi istifadədə olan yerlərini, həm də mənzilləri əsaslı surətdə yenidən qurmaqla təmir etdirmiş və artıq 3 (üç) ildir ki, ailə üzvləri ilə birlikdə öz mənzillərində yaşayırlar. Lakin bütün bunlara baxmayaraq, iddiaçı (bildiyinə görə yuxarıda göstərilən digər sakinlər də), 2022-ci ilin təxminən 2-ci rübündə Müdafiə Nazirliyinin Hüquq İdarəsi tərəfinddən AR MN-nin Mənzil İstismar İdarəsi ilə iddiaçı arasında bağlanmış daimi icarə müqaviləsini müvəqqəti icarə müqavləsinə çevrilməsini və ya DƏDRX-ə müraciət edərək verilmiş çıxarışın ləğv edilməsi təklif olunmuşdur. Lakin bu təklifin səbəb və əsasları barədə iddiaçıya heç bir tutarlı cavab verilmədiyinə görə iddiaçı həmin təklifi qəbul etməmişdir. Bu hadisədən sonra məlum olmuşdur ki, mənzillərin verilməsi barədə Bakı şəhər Cavabdeh Başçısının 17 may 2019-cu il tarixli sərəncamı, cavabdehin, yəni Bakı Şəhər Cavabdeh Başçısının 04 sentyabr 2020-ci il tarixli, 224 nömrəli sərəncamı ilə heç bir səbəb və əsas olmadan ləğv edilmişdir (yəni cavabdeh olan inzibati orqan öz sərəncamı ilə özünün tarix etibarı ilə 16 ay əvvəl verilmiş sərəncamını ləğv etmişdir). Digər tərəfdən, iddia üzrə üçüncü şəxs olan AR Müdafiə Nazirliyi, cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə qarşı Bakı İnzibati Məhkəməsində iddia qaldıraraq iddiaçıya və qeyrilərə verilmiş çıxarışların ləğv edilməsi, yaşayış sahəsinin təyinatının dəyişdirilməklə xüsusi mülkiyyətdən çıxarılıb Müdafiə Nazirliyinin xidməti mənzil fonduna verilməsi barədə müvafiq qətnamə çıxarılmasını məhkəmədən xahiş etmidir.Bildirirlər ki, yuxarıda qeyd edilən ünvanda yerləşən mənzil iddiaçının yaşayış sahəsinə ehtiyacı olan hərbi qulluqçu kimi qanunvericiliyin tələblərinə uyğun olaraq verilmişdir.Bakı şəhər Cavabdeh Başçısının 04 sentyabr 2020-ci il tarixli Sərəncamları ilə ləğv edilməsi tam qanunsuz və ədalətsizdir.Belə ki, həmin sərəncamların ləğv edilməsi üçün hər hansı bir əsas və səbəb olmamış, digər tərəfdən isə Bakı şəhər Cavabdeh Başçısı öz verdiyi sərəncamlarını özü ləğv etmək səlahiyyətində deyildir.Göründüyü kimi Bakı şəhər Cavabdeh qanunsuzluğa yol vermişdir və bu barədə də bizə hər hansı bir məlumat verilməmişdir.Eyni zamanda iddiaçı hərbi qulluqçu olmaqla, Vətən yolunda müvafiq xüsusi xidmətləri olmuş, Vətənin ərazi bütövlüyü uğrunda döyüşlərdə iştirak etmiş hərbi qulluqçudur. Möhtərəm Prezident cənab Ali Baş Komandan hər çıxışında bu koteqoriyada olan şəxslərə xüsusi yanaşılmasını, onların mənzil və sosial rifahının yaxşılaşdırılması istiqamətində ardıcıl tədbirlərin həyata keçirilməsini tapşırır. Lakin istər Müdafiə Nazirliyi istərsə də Bakı şəhər Cavabdeh bu çağırışlara biganə yanaşaraq, məhəl qoymayaraq, əksinə qanunla verilmiş mənzillərindən iddiaçını məhrum etmək istəyir.
10. İddiaya dair etirazında cavabdeh bildirmişdir ki, iddiaçının iddiası əsassızdır və buna görə də təmin olunmamalıdır.Belə ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mənzil-İstismar İdarəsinin xx.xx.2019-cu il tarixli, 1786 saylı məktubuna əsasən vətəndaşlar tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Seyfəddin Dağlı küçəsi, ev 14, mənzil 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16, 17, 18, 19, 20 ünvanında yerləşən yaşayış sahələrinin gələcəkdə özəlləşdirilməsinin həyata keçirilməsi məqsədi ilə xüsusi təyinatlı mənzil fondundan çıxarılması və daimi icarə müqaviləsi bağlanmasına icazənin verilməsi xahiş olunmuşdur.Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mənzil-İstismar İdarəsinin xx.xx.2019-cu il tarixli cu il tarixli, 1787 saylı məktubuna əsasən “Bakı-52” hərbi şəhərciyində yerləşən xüsusi təyinatlı yaşayış binasının sosial təyinatlı mənzil fonduna keçirilməsinə sərəncam verilməsi xahiş olunmuşdur. Cavabdeh Başçısının 121, 122, 123, 124, 125, 126, 127,128, 129, 130, 131, 132, 133, 134, 135, 136, 137, 138, 139, 140 nömrəli, xx.xx.2019- cu il tarixli Sərəncamları ilə Bakı şəhəri, Yasamal rayonu, Seyfəddin Dağlı küçəsi, ev 14, mənzil 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16, 17, 18, 19, 20 ünvanında yerləşən mənzillər xidməti mənzillər siyahısından çıxarılmış, Bakı şəhəri,Yasamal rayonu, Seyfəddin Dağlı küçəsi, ev 14, mənzil 1, 2,3, 4, 5, 6, 7,8, 9,10, 11,12, 13, 14, 15, 16,17, 18, 19, 20 ünvanında yerləşən mənzillərə dair vətəndaşlarla daimi icarə müqaviləsi bağlanılmışdır. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mənzil-İstismar İdarəsinin ci il tarixli, 3055 saylı məktubuna əsasən Bakı şəhəri,Yasamal rayonu,Seyfəddin Dağlı küçəsi, ev 14, mənzil 1, 2, 3, 4, 5, 6, 7, 8, 9,10, 11,12, 13, 14, 15, 16,17, 18, 19, 20 ünvanında yerləşən yaşayış sahələrinə dair Cavabdeh Başçısının 121, 122, 123, 124, 125, 126, 127, 128, 129, 130, 131, 132, 133, 134, 135, 136, 137, 138, 139, 140 nömrəli, xx.xx.2019-cu il tarixli sərəncamlarının ləğv edilməsi, eyni zamanda onların əsasında verilmiş reyestrdən çıxarışların ləğv edilməsi və bu mənzillərin xüsusi təyinatlı yaşayış sahələri siyahısına daxil edilməsi məqsədilə Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə müraciət edilməsi xahiş olunmuşdur. Cavabdeh Başçısının 224 nömrəli, xx.xx.2020-ci il tarixli Sərəncamı ilə Cavabdeh Başçısının 121, 122, 123, 124, 125, 126, 127, 128, 129, 130, 131, 132, 133, 134, 135, 136, 137, 138, 139, 140 nömrəli, xx.xx.2019-cu il tarixi Sərəncamları ləğv olunmuş, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsindən Bakı şəhəri, Yasamal rayonu, Seyfəddin Dağlı küçəsi, ev 14, mənzil 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16, 17, 18, 19, 20 ünvanında yerləşən yaşayış sahələrinə dair vətəndaşların adına verilmiş istifadə hüququna dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların ləğv edilməsi və və bu mənzillərin xüsusi təyinatlı yaşayış sahələri siyahısına daxil edilməsi xahiş edilmişdir. Bundan əlavə balansaxlayıcı orqan Müdafiə Nazirliyi olduğundan və onların müraciətlərinə əsasən yuxarıda qeyd olunan sərəncamlar ləğv edilmiş və həmin mənzillər xüsusi təyinatlı yaşayış fondunun mənzillər kateqoriyasına aid edilmişdir. Cavabdeh göstərilənlərə ədsasən iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir.
11. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1952/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə iddianın təmin edilməsi, xx.xx.2019-cu il tarixli, 135 saylı sərəncamının ləğv edilməsinə dair Bakı şəhər Cavabdeh Başçısının xx.xx.2020-ci il tarixli 224 nömrəli sərəncamının İddiaçı aid hissədə ləğv edilməsi qərara alınmışdır.
12. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, “İnzibati icraat haqqında” Qanunun 68.2-ci maddəsində nəzərdə tutulan hallarda qanuni əlverişli inzibati akt ləğv edilə bilər.İddiaçı üçün əlverişli inzibati akt olan xx.xx.2019-cu il tarixli, 135 nömrəli sərəncamının ləğvi üçün yuxarıda göstərilmiş halların heç biri mövcud olmamışdır. Bundan başqa məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, inzibati hüququn təməl prinsiplərindən olan etimadın qorunması prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir.Beləliklə, məhkəmənin gəldiyi nəticəyə görə iddiaçı üçün əlverişli qanuni inzibati akt olan xx.xx.2019-cu il tarixli, 135 nömrəli sərəncamın ləğvi barədə Cavabdeh 224 nömrəli xx.xx.2020-ci il tarixli sərəncamın qəbul edilməsi qanuna uyğun olmamışdır. Bu səbəbdən də, İddiaçı iddiası təmin edilməli, xx.xx.2019-cu il tarixli, 135 saylı sərəncamının ləğv edilməsinə dair Bakı şəhər Cavabdeh Başçısının xx.xx.2020-ci il tarixli 224 nömrəli sərəncamı iddiaçıya aid hissədə ləğv edilməlidir.
13. Birinci instansiya məhkəməsi “İnzibati icraat haqqında” Qanunun 67-ci, 68-ci maddəsinə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 158-ci maddəsində istinad etmişdir.
b) Apellyasiya instansiya məhkəməsində icraat
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
14. Qərardan cavabdeh Bakı şəhər Cavabdeh və üçüncü şəxs Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ayrılıqda apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1952/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarının ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdirlər.
c) Apellyasiya şikayətinin dəlilləri
15. Cavabdeh Bakı şəhər Cavabdeh apellyasiya şikayətinin dəlilləri iddia ərizəsinə etirazın dəlilləri ilə oxşar olmaqla əsaslandırılmışdır.
16. Üçüncü şəxs Azərbaycan Respublikasının Müdafiə Nazirliyi apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki, işə baxan birinci instansiya məhkəməsi qərarın əsaslandırıcı hissəsində AR İPM-nin 68.2-ci maddəsinə istinad edərərək Cavabdeh Başçısının 17 may 2019-cu il tarixli 135 nömrəli sərəncamının ləğv edilməsi üçün normada qeyd olunan əsasların olmaması qənaətinə gəlmişdir.Bununla əlaqədar qeyd etmək zəruridir ki, Azərbaycan Respublikasının “İnzibati İcraat haqqında” Qanununun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır.Həmin Qanunun 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər.Həmin Qanunun 67.3-cü maddəsinə əsasən əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmuşdursa, qanunsuz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır.Azərbaycan Respublikası Prezidentinin 06 iyun 2012-ci il tarixli 648 nömrəli fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 6.8-ci bəndinə əsasən yerli icra hakimiyyəti başçısı konkret (birdəfəlik) təşkilati, nəzarət və ya sərəcamverici tədbirlərin həyata keçirilməsi məqsədi ilə və ya digər birdəfəlik tətbiq halları üçün qeyri-normativ hüquqi aktlar qəbul edir. Qeyri-normativ hüquqi aktlar sərəncam və ya əmrlər formasında qəbul edilir.Cavabdeh Başçısının iddiaçıya münasibətdə qəbul etdiyi 17 may 2019-cu il tarixli 135 saylı sərəncamı qanunsuz əlverişli inzibati aktdır.Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 iyun 2010-cu il tarixli 118 nömrəli qərarı ilə təsdiq edilmiş “Yaşayış sahəsinin xüsusi təyinatlı mənzil fonduna aid edilməsi Qaydası”nın 1.8-ci bəndinə əsasən, yaşayış sahəsinin xüsusi təyinatlı yaşayış sahələrinin növlərindən birinə aid edilməklə, xüsusi təyinatlı mənzil fonduna daxil edilməsi və ondan çıxarılması dövlət mənzil fonduna münasibətdə Azərbaycan Respublikasının iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət xidməti ilə razılaşdırılmaqla sərəncamında və istifadəsində (balansında) yaşayış sahəsi olan mərkəzi icra hakimiyyəti orqanı, dövlət təşkilatı və müvafiq ərazi üzrə yerli icra hakimiyyəti orqanının qərarı, bələdiyyə mənzil fonduna münasibətdə isə müvafiq ərazi üzrə bələdiyyənin qərarı əsasında həyata keçirilir.Cavabdeh Başçısının qeyd edilən 17 may 2019-cu il tarixli 135 saylı Sərəncamının qəbul edilməsi zamanı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə aparılmış razılaşma, balanssaxlayıcı kimi Müdafiə Nazirliyinin qərarı olmamışdır.Bu səbəbdən də sərəncamın qəbul edilməsi üçün hüquqi bir əsas olmamışdır.
d) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
17. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır.
e) Prosses iştirakçılarının izahatları
18. Məhkəmə Kollegiyasının iclasında iddiaçının vəkili iddia tələbinin dəlillərinə uyğun izahat verməklə apellyasiya şikayətlərinin təmin olunmamasını xahiş etmişdir.
19. Məhkəmə Kollegiyasının iclasında üçüncü şəxsin nümayəndəsi X5 apellyasiya şikayətlərinin həllini məhkəmənin mülahizəsinə buraxdıqlarını bildirmişdir.
20. Məhkəmə Kollegiyasının iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmiş cavabdeh və üçüncü şəxs Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin (nümayəndəsi) məhkəmə iclasında iştirak etməmişlər.Məhkəmə Kollegiyası İPM-in 62.3cü maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
21. “İnzibati icraat haqqında” Qanunun: 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 67.4. Qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. 67.5. Maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. 67.6. Maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: ...... 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. ........ 67.7. Bu Qanunun 67.6-cı maddəsində göstərilən hallarda qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Bu zaman maraqlı şəxs xərclənmiş pul vəsaitlərinin və ya istifadə olunmuş əşyanın əvəzini ödəməyə borcludur. Ödəmənin həcmi Azərbaycan Respublikası Mülki Məcəlləsinin əsassız varlanma ilə bağlı müddəalarına uyğun olaraq müəyyən edilir. 67.8. Başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vuran qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırmır. 67.12. Qanunsuz inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Həmin qayda bu Qanunun 67.6.1-ci maddəsində nəzərdə tutulmuş hallara şamil olunmur. 67.13. Qanunsuz inzibati aktın ləğv edilməsi haqqında maraqlı şəxsə bu Qanunun 62-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir.
22. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 25 iyun tarixli, 118 nömrəli qərarı ilə təsdiq edilmiş “Yaşayış sahəsinin xüsusi təyinatlı mənzil fonduna aid edilməsi Qaydaları”nın 1.8-ci maddəsinə əsasən, yaşayış sahəsinin xüsusi təyinatlı yaşayış sahələrinin növlərindən birinə aid edilməklə, xüsusi təyinatlı mənzil fonduna daxil edilməsi və ondan çıxarılması dövlət mənzil fonduna münasibətdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə razılaşdırılmaqla, sərəncamında və istifadəsində (balansında) yaşayış sahəsi olan mərkəzi icra hakimiyyəti orqanı, dövlət təşkilatı və müvafiq ərazi üzrə yerli icra hakimiyyəti orqanının qərarı, bələdiyyə mənzil fonduna münasibətdə isə müvafiq ərazi üzrə bələdiyyənin qərarı əsasında həyata keçirilir.
23. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 68.1- məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2-məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Apellyasiya baxışının hədləri
24. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
25. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
26. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir.
27. Belə ki,iddianın növü sərəncamın qismən ləğv edilməsi ilə bağlıdır. İddianın növü mübahisələndirməyə dair iddiadır.
28. İPM-in 2.2.1-ci maddəsinə əsasən, şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
29. İPM-in 32.1-ci maddəsinə əsasən, Mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər.
30. İddiaçı mübahisələndirdiyi xx.xx.2020-ci il tarixli 224 nömrəli sərəncamının mövcudluğundan iddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın ləğv edilməsi və yaşayış sahəsinin təyinatının dəyişdirilməsinə” dair iddia ərizəsi üzrə işdə üçüncü şəxs qismində iştirak etmək üçün cəlb edilməsi barədə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 9228/2022 nömrəli xx.xx.2022-ci il tarixli qərardadı aldıqdan sonra məlumatlı olmuşdur.Belə olan halda iddiaçı məhkəməyə 10 avqust 2022-ci il tarixdə hazırkı iddia ərizəsini verməklə iddia müddətini buraxmamışdır.
31. İddia tələbinin və apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə məhkəmə Kollegiyası qeyd edir ki, tətbiq edilən qanunvericilik normalarının (Bu qərarın 21-22-ci bəndləri) təhlili göstərir ki, iddiaçıya münasibətdə qəbul olunmuş Cavabdeh Başçısının xx.xx.2019-cu il tarixli 135 nömrəli Sərəncamı qanunsuz əlverişli inzibati aktdır.
32. Həmçinin, qeyd edilən normalara əsasən qanunverici qanunsuz inzibati aktın həmin aktı qəbul etmiş inzibati orqan tərəfindən ləğv edilmə imkanını nəzərdə tutmuşdur.
33. Lakin qanunverici qanunsuz əlverişli inzibati aktın yalnız müəyyən məhdudiyyətlər daxilində ləğv edilməsini təsbit etmişdir. Bu məhdudiyyət ondan ibarətdir ki:
1. Həmin aktın məzmununa maraqlı şəxs etimad göstərir və həmin etimad qanunla qorunur:
2. başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmur;
3. maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəlikləri nəzərdə tutulur və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olur. (İPM-in 67.5-ci maddəsi.)
34. Məhkəmə Kollegiyası qeyd edir ki, işin halları ilə müəyyən edilir ki, iddiaçının barəsində qəbul edilmiş Bakı şəhəri Cavabdeh Başçısının xx.xx.2019-cu il tarixli, 135 nömrəli Sərəncamı iddiaçı barəsində əlverişli inzibati akt olsa da, bu akt qanunsuz olmuş və həmin aktın ləğv edilməsi zamanı “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsində göstərilən hallar mövcud olmamışdır.
35. Belə ki, Bakı Qarnizonu üzrə mənzil komissiyasının xx.xx.2019-cu il tarixli 18 nömrəli protokolundan görünür ki, həmin tarixli iclasda Mənzil komissiyasının qarnizonun уaşayış fonduna yeni ayrılmış yaşayış sahələrinin (mənzillərin) komissiyaya daxil olan sənədlər əsasında yaşayış sahəsi ilə təmin olunmasına ehtiyacı olan hərbi qulluqçulara ayrılması barədə məlumatı dinlənilmiş və yaşayış sahəsini almaq üçün təminata qoyulmuş, mənzilsiz, kirayədə yaşayan və yaşayış şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan hərbi qulluqçuların siyahılarına baxılaraq, cədvəldə göstərilən qaydada yaşayış sahələri (mənzillər) verilməsi və həmin protokol üzrə verilmiş yaşayış sahələrinə (mənzillərə) bağlanılmış əvvəlki kirayə müqavilələrinə xitam verilməsi qərara alınmış, cədvəldə iddiaçının adı 8-ci sırada qeyd olunmuşdur.
36. İddiaçı Cavabdeh Başçısının qeyd edilən xx.xx.2019-cu il tarixli 135 nömrəli Sərəncamı qəbul edilən zaman hərbçi olmuşdur və odur ki, müvafiq proseduru bilməli olduğu və ya kobud ehtiyatsızlıqla bilmədiyi üçün “İnzibati icraat haqqında” Qanunun 67.6.3-cü maddəsinə əsasən etimadın qorunması hüququna istinad edə bilməz.
37. İşdə olan Azərbaycan Respublikasının Baş Prokurorluğunun xx.xx.2020-ci il tarixli “Cinayət işinin başlanması haqqında” qərarından görünür ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin vəzifəli şəxslərinin qanunsuz əməlləri barədə X6 və X1 müraciətləri əsasında Azərbaycan Respublikası CM-nin 308.2-ci maddəsi ilə fakta görə cinayət işi başlanmış, cinayət işi üzrə ibtidai istintaqın aparılması Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq İdarəsinə tapşırılmışdır.
38. Həmin qərarda qeyd edilmişdir ki, ünvan 5 ünvanında yerləşən 3 mərtəbəli əsgər kazarması məqsədli şəkildə dövlət büdcəsinin 3.287.391 manat məbləğində vəsaiti əsasında əsaslı təmir edilərək xidməti yaşayış sahəsinə aid edilməklə, təmir işləri başa çatdırılıb istismara verilmədən Azərbaycan Respublikası Mənzil Məcəlləsi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 iyun 2010-cu il tarixli 118 saylı qəran ilə təsdiq olunmuş “Yaşayış sahəsinin xüsusi təyinatlı mənzil fonduna aid edilməsi Qaydası”nın və “Azərbaycan Respubliksı Silahlı Qüvvələrində xüsusi təyinatlı yaşayış sahəsi ilə təmin olunma qaydaları haqqında Əsasnamə”nin tələbləri pozularaq Bakı qarnizonu üzrə mənzil komissiyasının xx.xx.2019-cu il tarixli, 18 №-li protokolu ilə mülkiyyətlərində daşınmaz əmlak olduğu halda mənzilsiz, kirayədə yaşayan, yaşayış şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan hərbi qulluqçu kimi, növbəlilik prinsipi pozulmaqla 20 ədəd mənzil Nazirliyin yüksək rütbəli və digər vəzifəli şəxslərinə verilmiş, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 iyun 2010-cu il tarixli 118 saylı qərarının tələbləri pozulmaqla həmin vaxt fəaliyyət göstərən Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin razılığı alınmadan Müdafiə Nazirliyinin Mənzil İstismar idarəsinin xx.xx.2019-cu il tarixli müraciəti əsasında Yasamal RİH Başçısının xx.xx.2019-cu il tarixli 121-140 saylı sərəncamları ilə qeyd olunan 20 mənzil gələcəkdə özəlləşdirilməsi məqsədilə xidməti mənzillər siyahısından çıxarılaraq sosial təyinatlı mənzil fonduna keçirilməklə Nazirliyin 6 nömrəli Mənzil İstismar sahəsi tərəfindən hərbi qulluqçular mülki şəxs statusunda göstərilərək həmin mənzillərə dair daimi (müddətsiz) sosial kirayə müqavilələri bağlanılmışdır.
39. Göründüyü kimi, mübahisəli sərəncamın qəbul edilməsinə əsas olan məlumatların həqiqətə uyğun olmayan məlumatlar olması müəyyən edilmiş və bu fakt əsasında ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə etmə cinayətinin tərkib əlamətləri mövcud olduğundan Azərbaycan Respublikası CM-nin 308.2-ci maddəsi ilə cinayət işi başlanmışdır.
40. Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq İdarəsinin xx.xx.2023-cü il tarixli “Cinayət işinin aidiyyəti üzrə göndərilməsi haqqında” qərarından görünür ki, ********* nömrəli cinayət işi ibtidai istintaqın davam etdirilməsi üçün aidiyyəti üzrə Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq baş İdarəsinə göndərilməsi qərara alınmışdır. 41.Daha sonra qeyd edilməlidir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 25 iyun tarixli, 118 nömrəli qərarı ilə təsdiq edilmiş “Yaşayış sahəsinin xüsusi təyinatlı mənzil fonduna aid edilməsi Qaydası”nın 1.8-ci bəndinə əsasən yaşayış sahəsinin xüsusi təyinatlı yaşayış sahələrinin növlərindən birinə aid edilməklə, xüsusi təyinatlı mənzil fonduna daxil edilməsi və ondan çıxarılması dövlət mənzil fonduna münasibətdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə razılaşdırılmaqla, sərəncamında və istifadəsində (balansında) yaşayış sahəsi olan mərkəzi icra hakimiyyəti orqanı, dövlət təşkilatı və müvafiq ərazi üzrə yerli icra hakimiyyəti orqanının qərarı, bələdiyyə mənzil fonduna münasibətdə isə müvafiq ərazi üzrə bələdiyyənin qərarı əsasında həyata keçirilir.
42. İstnad olunan normadan görünür ki, yaşayış sahəsinin xüsusi təyinatlı mənzil fondundan çıxarılması üçün:
1. balansında yaşayış sahəsi olan mərkəzi icra hakimiyyəti orqanı, hazırkı halda Azərbaycan Respublikasının Müdafiə Nazirliyi yaşayış sahəsinin xüsusi təyinatlı mənzil fondundan çıxarılmasına razılıq verilməsi üçün Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə müraciət etməli;
2. Xidmət razılaşdıqdan sonra balansında yaşayış sahəsi olan mərkəzi icra hakimiyyəti orqanı, hazırkı halda Azərbaycan Respublikasının Müdafiə Nazirliyi yaşayış sahəsinin xüsusi təyinatlı mənzil fondundan çıxarılması haqqında qərar qəbul etməlidir.
43. Yalnız bundan sonra şəxs yerli icra hakimiyyəti orqanına müraciət edə və onunla daimi kirayə müqaviləsinin bağlanmasını xahiş edə bilər.
44. Hazırkı işin hallarından isə müəyyən olunur ki, Bakı şəhəri, Yasamal rayonu, Seyfəddin Dağlı küçəsi, ev 14 ünvanda yerləşən 13 saylı mənzil xidməti mənzil olmuş, onun xüsusi təyinatlı mənzil fondundan çıxarılması haqqında qərar qəbul etmək səlahiyyəti balanssaxlayıcı olan Azərbaycan Respublikasının Müdafiə Nazirliyində olduğu halda, müvafiq qərar Cavabdeh tərəfindən qəbul edilmişdir.
45. Beləliklə, istinad olunanlara əsasən müəyyən olunur ki, Bakı şəhəri, Yasamal rayonu, Seyfəddin Dağlı küçəsi, ev 14 ünvanda yerləşən 13 saylı mənzilin xidməti mənzillər siyahısından çıxarılması və iddiaçı ilə daimi icarə müqaviləsinin bağlanması barədə Bakı şəhəri Cavabdeh Başçısının 135 nömrəli, xx.xx.2019-cu il tarixli Sərəncamı qanunsuz inzibati akt olmuşdur.
46. Başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vuran qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırmır.Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər.(“İnzibati icraat haqqında” Qanunun 67.8-ci və 67.2-ci maddələri).
47. “İnzibati icraat haqqında” Qanunun: 35.1. Maraqlı şəxs şikayət verilə bilməyən inzibati aktın ləğv olunması və ya dəyişdirilməsi ilə bağlı aşağıdakı hallarda təkrar ərizə ilə inzibati orqana müraciət edə bilər: 35.1.1. inzibati aktın qəbul olunması üçün əsas olmuş faktiki və ya hüquqi hallar maraqlı şəxsin xeyrinə dəyişdikdə; 35.1.2. maraqlı şəxs üçün daha əlverişli inzibati aktın qəbuluna səbəb ola bilən yeni sübutlar aşkar olunduqda; 35.1.3. inzibati aktın aldatma, hədə-qorxu və ya digər qanunsuz hərəkətlər nəticəsində qəbul edildiyi və ya inzibati orqanı təmsil edən şəxsin icraatın gedişatında cinayət törətdiyi qanuni qüvvəyə minmiş məhkəmə aktı ilə müəyyən olunduqda. 35.2. Bu Qanunun 35.1-ci maddəsində nəzərdə tutulmuş hallarda inzibati orqan təkrar ərizəni yoxlamağa və ərizə ilə bağlı müvafiq qərar qəbul etməyə borcludur.
48. Göründüyü kimi, “İnzibati icraat haqqında” Qanunun adıçəkilən 35-ci maddəsi inzibati orqana əvvəl apardığı inzibati icraatı təzələyərək ilkin icraat zamanı yol verilmiş nöqsanları aradan qaldırmaq, əvvəki icraat zamanı məlum olmayan yeni əsaslarla apardığı icraat gedişində yeni qərar qəbul etmək imkanı tanımışdır.
49. İş materiallarından görünür ki, Azərbaycan Respublikasının Müdafiə Nazirliyi xx.xx.2020-ci il tarixdə 3055 nömrəli məktubla Cavabdehnə müraciət edərək, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mənzil-İstismar İdarəsinin xx.xx.2020-ci il tarixli, 3055 saylı məktubuna əsasən Bakı şəhəri, Yasamal rayonu, Seyfəddin Dağlı küçəsi, ev 14, mənzil 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16, 17 18 19, 20 ünvanında yerləşən yaşayış sahələrinə dair Cavabdeh Başçısının 121, 122, 123, 124, 125, 126, 127, 128, 129, 130, 131, 132, 133, 134, 135, 136, 137, 138, 139, 140 nömrəli, xx.xx.2019-cu il tarixli sərəncamlarının ləğv edilməsi, eyni zamanda onların əsasında verilmiş reyestrdən çıxarışların ləğv edilməsi və bu mənzillərin xüsusi təyinatlı yaşayış sahələri siyahısına daxil edilməsi məqsədilə Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə müraciət etməsi xahiş olunmuşdur.
50. İşdən görünür ki, bu müraciəti nəzərə alan cavabdeh “İnzibati icraat haqqında” Qanunun 35-ci maddəsinə əsasən icraatı təzələmiş və əvvəl qəbul etdiyi qanunsuz inzibati aktı (xx.xx.2019-cu il tarixli sərəncamlarını) ləğv etmişdir.
51. Səlahiyyətli orqanlar tərəfindən verilmiş razılıq məktubları əsasında qəbul edilmiş inzibati akt ilə iddiaçının daimi istifadəsinə verilmiş mənzilin sonradan, iddiaçının razılığı və məlumatı olmadan, xüsusi təyinatlı (xidməti) yaşayış sahələri siyahısına daxil edilməklə “İnzibati icraat haqqında” Qanununun tələblərinin pozulması ilə bağlı birinci instansiya məhkəməsinin və iddiaçının dəlillərinə münasibətdə məhkəmə Kollegiyası qeyd edir ki, işin istinad olunan hallarına əsasən “İnzibati icraat haqqında” Qanunun 67.6-cı maddəsində göstərilən halların mövcudluğunu və qəbul edilmiş inzibati akt nəticəsində əsgər kazarmasının məqsədli şəkildə dövlət büdcəsinin vəsaiti hesabına təmir edilərək xidməti yaşayış sahəsindən çıxarılmaqla ayrı-ayrı vətəndaşlara verilməsini, bununla da dövlət marağına ziyan vurulmasını nəzərə alaraq məhkəmə hesab edir ki, hazırkı halda iddiaçının etimadı qanunla qorunmur və buna görə də iddia tələbi əsassız, hər iki apellyasiya şikayətin dəlilləri əsaslıdır.
52. Mübahisələndirilən sərəncamın qəbul edilməsi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin və Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin tələblərini pozması, yəni iddiaçının daimi istifadəsinə verilmiş mənzilə dair iddiaçının əmlak hüquqlarına müdaxilə olunması ilə bağlı birinci instansiya məhkəməsinin və iddiaçının dəlillərinə münasibətdə məhkəmə Kollegiyası qeyd edir ki, iddiaçı hazırkı iş üzrə mübahisəli mənzildə yaşayır, həmin mənzildən çıxarılmamışdır. Odur ki, mübahisələndirilən Bakı Şəhər Cavabdeh Başçısının xx.xx.2020-ci il tarixli 224 nömrəli Sərəcamı ilə Bakı şəhəri Cavabdeh Başçısının 135 nömrəli, xx.xx.2019-cu il tarixli Sərəncamının ləğv edilməsi nəticəsində iddiaçının mənzil hüququ pozulmamışdır.
53. Odur ki, məhkəmə Kollegiyası hesab edir ki, mübahisələndirilən inzibati aktın qəbulu əsasında iddiaçının qanunla qorunan hüquqları pozulmamışdır.
54. Daha sonra iddiaçının cavabdeh tərəfindən “İnzibati icraat haqqında” Qanunun icraatın aparılması qaydalarını pozmasına istinad etməsi ilə bağlı məhkəmə Kollegiyası qeyd edir ki, İPM-in 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarının pozulduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur.
55. Normanın mənasına görə formal (prosessual) hüquqi tələblərin pozulmasına görə inzibati akt o zaman ləğv olunur ki, həmin pozuntu qərara təsir etsin, yəni müddəaya riayət edilmiş olacağı təqdirdə oxşar deyil, fərqli qərar qəbul edilsin.Hazırkı halda cavabdeh orqan maddi hüquq normalarını düzgün tətbiq etdiyindən məhkəmə Kollegiyası hesab edir ki, onun formal tələblərə əməl etməməsi qərarın ləğvi üçün əsas ola bilməz.
56. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
57. Beləliklə, məhkəmə Kollegiyası hesab edir ki, iddia tələbinin təmin olunması ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmamışdır, odur ki, cavabdeh Bakı şəhər Cavabdeh və 3-cü şəxs Azərbaycan Respublikası Müdafiə Nazirliyinin ayrılıqda verdikləri apellyasiya şikayətləri təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1952/2023 saylı, xx.xx.2023-cü il tarixli Qərarı ləğv edilməli, iddianın rədd olunması barədə yeni qərar qəbul edilməlidir.
58. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2-ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
qərara aldı:
Cavabdeh Bakı şəhər Cavabdeh və 3-cü şəxs Azərbaycan Respublikası Müdafiə Nazirliyinin ayrı-ayrılıqda verdikləri apellyasiya şikayətləri təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1952/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ləğv edilsin. İddia rədd olunsun. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.