Məhkəmə qərarları › İş №2-1(103)-1900/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1900/2023

30.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1900/2023 30.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X4 Məmmədova (sədrlik edən və məruzəçi), Cahangir Afər oğlu Yusifovdan və X1 ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi ilə, İddiaçı1, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)-7335/2022 saylı qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 30 may 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq, müəyyən etdi: İddiaçı1 cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə qarşı «dəymiş maddi və mənəvi ziyanın ödənilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Bakı İnzibati xx.xx.2022-ci il tarixli, 2-1(112)-7335/2022 saylı qərardadı ilə iddianın mümkün sayılmaması qərara alınmışdır. Həmin qərardaddan narazı qalan İddiaçı1 tərəfindən apellyasiya şikayəti verilərək, qərardadın ləğv edilməsi və işin baxılması üçün Bakı İnzibati Məhkəməsinə qaytarılması xahiş edilmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiaçının tələbi ona maddi və mənəvi zərərin ödənilməsindən (vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi) barədədir. Yəni, cavabdehin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində (Məhkəmə Qətnaməsinin icra edilməməsi səbəbindən) (AR İPM-nin 2.2.7-ci maddəsi) iddiaçıya vurulmuş ziyanla bağlıdır. Əgər Məhkəmə Qətnaməsi icra olunmuş olsaydı, ona hər hansı maddi zərər və ya mənəvi ziyan dəyməmiş olacaqdır. Digər tərəfdən məhkəmənin qənaətindən o, nəticə əldə olunur ki, mahiyyəti “işə bərpa” olma barədə iddialar özündə həmşinin məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi tələbini də birləşdirir. Bu qənaətdən çıxış edərək məhkəmə hesab etmişdir ki, məhkəmə qərarı ilə işə bərpa olunan işçinin məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi ayrıca bir məhkəmə mübahisəsinin predmeti kimi çıxış edə bilməz. Birincisi, məhkəmənin xx.xx.1996-cı il tarixli,2-725/1996 saylı qətnaməsi icra olunarsa qətnamdə göstərilmiş 2 ay 5 günlük həcmdə məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi təmin olunacaqdır. Çünki ondan sonrakı dövrün əmək haqqısının ödənilməsi həmin qətnamə ilə tənzimlənmir. İkincisi məhkəmə müəyyən edə bilməmişdir ki, onun tələbi qətnamənin icrası ilə bağli deyildir.O, qətnamə icra olunmadığından bu tələbi irəli sürmüşdür.Yasamal Rayon Xalq Məhkəməsinin xx.xx.1996-cı il tarixli, 2-725/1996 saylı Qətnaməsində dəqiq yazılıb ki, iddiaçı tutduğu vəzifəyə işə bərpa olunsun və onun məcburi proqul etdiyi 2 ay 5 günlük müddət üçün ayda 69326 manat hesabı ilə 139807 manat tutularaq ona ödənilsin. Onun hazirki tələbi isə bu dövrə aid deyil.Onun tələbi xx.xx.1996 və sonrakı illərə aiddir.Yəni, tələb məhkəmə qətnaməsinin icra olunmamasına görə qətnaməyə aid olmayan illər üçün dəymiş ziyan barədədir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək şikayətin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)-7335/2022 tarixli qərardadı ləğv edilməli, iş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün həmin məhkəməyə göndərilməlidir. Belə ki, birinci instansiya məhkəməsi öz qərarını əsaslandırarkən istinad etmişdir ki, İddiaçı1 Azərbaycan Respublikasının gömrük orqanlarında tutduğu Xudafərin Gömrükxanasının rəis müavini vəzifəsindən Dövlət Gömrük Komitəsi sədrinin 26 mart 1996-cı il tarixli 203 nömrəli əmri ilə azad olunmuşdur. İddiaçı1 bundan sonra Yasamal Rayon Xalq Məhkəməsində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə qarşı işə bərpa tələbi ilə iddia qaldırmışdır. Həmin Məhkəmənin 2- 725/1996 saylı iş üzrə 31 may 1996-cı il tarixli qətnaməsi ilə iddia təmin edilərək, İddiaçı1 Xudafərin Gömrükxanasının rəis müavini vəzifəsinə bərpa olunması, onun məcburi proqul etdiyi iki ay beş günlük müddət üçün ayda 69.326 manat hesabı ilə 139.307 manat pul vəsaitinin X3 alınıb İddiaçı1 verilməsi qət edilmişdir. Məhkəmə qətnaməsi, ondan qanunla müəyyən edilmiş müddət ərzində şikayət verilmədiyindən qüvvəyə minmişdir. Qətnamə üzrə icra vərəqəsi tərtib olunmuşdur. Sonradan, yəni 2019-cu ilin aprel ayında icra sənədi yenidən icraya yönəldilmişdir. Lakin qətnamənin icrası həmin iş üzrə cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən təmin olunmamışdır. İddiaçı almalı olduğu əmək haqqını maddi ziyan (mahiyyətinə görə “əldə çıxmış fayda”) qismində, eləcə də qətnamənin icra olunmaması nəticəsində ona dəymiş mənəvi ziyanın ödənilməsi barədə ərizə ilə cavabdeh inzibati orqan Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə müvafiq müraciət ünvanlasa da, müsbət nəticə əldə olunmamışdır. Məhkəmə ilk növbədə qeyd edir ki, hazırkı iş üzrə İddiaçı1 iddiasında tələb etdiyi maddi ziyan əldən çıxmış fayda qismində məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsini ehtiva edir və iddiada tələb olunan mənəvi ziyan da bununla bağlıdır. Həmçinin, qərarda göstərilmişdir ki, iddiaçının ikinci – mənəvi ziyanın ödənilməsi tələbinə gəldikdə isə, məhkəmə diqqətə çəkir ki, “mənəvi ziyanın ödənilməsi” tələbi birinci tələblə (maddi ziyanla) birbaşa bağlıdır. Bundan başqa nəzərə alınmalıdır ki, müvafiq məhkəmə qətnaməsinin icra olunmadığı aşkar bilinsə də, bunun hansı səbəbdən baş verməsi, başqa sözlə həmin məhkəmə qərarının icra olunmamasına görə cavabdeh tərəfin inzibati və ya cinayət məsuliyyətinə (İXM və ya CM-lə müəyyən olunmuş) cəlb olunması barədə hər hansı məhkəmə aktı mövcud deyil. Məlum olduğu kimi, qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icra olunmaması müvafiq məsuliyyətə səbəb olur. Dəymiş mənəvi ziyanın ödənilməsi məsələsinə belə qərar qəbul olunaraq qüvvəyə mindikdən sonra baxıla bilər. Hazırkı inzibati məhkəmə icraatında isə, bu xüsusata, yəni məhkəmə qətnaməsinin qəsdən icra olunmaması məsələsinə qiymət verilə bilməz. Məhkəmə həmçinin qeyd edir ki, dəymiş mənəvi ziyanın mövcudluğu, habelə nədə ifadə olunması və məbləğinin müəyyənləşdirilməsi Yasamal Rayon Xalq Məhkəməsinin 31 may 1996-cı il tarixli qətnaməsinin icrası başa çatdırıldıqdan sonra real formada mümkün görünər. Odur ki, məhkəmənin qənaətinə görə yuxarıdakılara əsasən iddianın “mənəvi ziyanın ödənilməsi” hissəsinə inzibati məhkəmə icraatı qaydasına baxıla bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qənaəti ilə razılaşmayaraq aşağıdakılara diqqət çəkir. İddiaçının tələbi ona maddi və mənəvi zərərin ödənilməsindən (vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi) barədədir.Yəni, cavabdehin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində (Məhkəmə Qətnaməsinin icra edilməməsi səbəbindən) iddiaçıya vurulmuş ziyanla bağlıdır. Əgər Məhkəmə Qətnaməsi icra olunmuş olsaydı, ona hər hansı maddi zərər və ya mənəvi ziyan dəyməmiş olacaqdır. Digər tərəfdən birinci instansiya məhkəməsinin qənaətindən o, nəticə əldə olunur ki, mahiyyəti “işə bərpa” olma barədə iddialar özündə həmşinin məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi tələbini də birləşdirir. Bu qənaətdən çıxış edərək məhkəmə hesab etmişdir ki, məhkəmə qərarı ilə işə bərpa olunan işçinin məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi ayrıca bir məhkəmə mübahisəsinin predmeti kimi çıxış edə bilməz. Birincisi, məhkəmənin xx.xx.1996-cı il tarixli,2-725/1996 saylı qətnaməsi icra olunarsa qətnamdə göstərilmiş 2 ay 5 günlük həcmdə məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi təmin olunacaqdır. Çünki ondan sonrakı dövrün əmək haqqısının ödənilməsi həmin qətnamə ilə tənzimlənmir. İkincisi məhkəmə müəyyən edə bilməmişdir ki, onun tələbi qətnamənin icrası ilə bağli deyildir.O, qətnamə icra olunmadığından bu tələbi irəli sürmüşdür.Yasamal Rayon Xalq Məhkəməsinin xx.xx.1996-cı il tarixli, 2-725/1996 saylı Qətnaməsində qət olunmuşdur ki, iddiaçı tutduğu vəzifəyə işə bərpa olunsun və onun məcburi proqul etdiyi 2 ay 5 günlük müddət üçün ayda 69326 manat hesabı ilə 139807 manat tutularaq ona ödənilsin. Göründüyü kimi, iddiaçının hazirki tələbi isə həmin dövrə aid deyildir.Onun tələbi xx.xx.1996-cı il və sonrakı illərə aiddir.Beləliklə, hazırkı tələb məhkəmə qətnaməsinin icra olunmamasına görə yaranmış tələbdir, yəni qətnamədə həll olunmuş tələblərə və əhatə olunmuş dövrə aid olmayan illər üçün dəymiş ziyan barədədir. Məhkəmə Kollegiyası göstərilənlərə əsasən hesab edir ki, apellyasiya şikayəti qismən edilməli, Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)-7335/2022 tarixli qərardadı ləğv edilməli, iş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün həmin məhkəməyə göndərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə əsasən: Maddə 81.1. İnzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və ya qərardadlardan, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, şikayət verilə bilər. Şikayətə apellyasiya qaydasında apellyasiya instansiyası inzibati kollegiyaları (bundan sonra - apellyasiya instansiyası məhkəmələri) tərəfindən baxılır. Maddə 81.2. İnzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Maddə 81.3. Bu fəsildə başqa qaydanın müəyyən edilmədiyi hallarda, şikayət üzrə inzibati məhkəmə icraatında birinci instansiya məhkəməsində icraatla bağlı bu Məcəllədə nəzərdə tutulmuş müvafiq prosessual qaydalar, o cümlədən iddia ərizəsinin formasına və məzmununa dair tələblər və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiyası məhkəməsində icraatla bağlı müvafiq müddəaları tətbiq olunur. Maddə 83.1. Şikayət inzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və müstəqil mübahisələndirilməsi bu Məcəllə ilə nəzərdə tutulmuş qərardadlardan verilə bilər. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)-7335/2022 qərardadı ləğv edilsin. İş sonrakı prosessual hərəkətlərin həyata keçirilməsi üçün Bakı İnzibati Məhkəməsinə göndərilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar