Məhkəmə qərarları › İş №2-1(103)-1901/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1901/2024

13.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1901/2024 13.06.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), X6 və Abbasova Günel Məhərrəm qızından ibarət tərkibdə, iddiaçının iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı şəhər Ərazi İdarəsinə qarşı «bağ sahəsinə mülkiyyət hüququnun qeydə alınması və reyestrdən çıxarışın və plan-ölçüsünün tərtib olunub verilməsi tələbinə dair» inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10852/2023 saylı xx.xx.2023cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı öhdəliyin icrası haqqında iddia ərizəsi, sonradan isə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Bakı şəhər İcra Hakimiyyəti Başçısı X2 İnkişaf və X3 ərazisindəki 63/153 nömrəli 0,05 ha bağın üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla bu barədə dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir (İPM m. 34.1). İddiaçı tələbini aşağıdakılarla əsaslandırmışdır: «…Birliyinin Səngəçal ərazisindəki 63/153 nömrəli bağın istifadəyə verilməsi haqqında xx.xx.2007-ci il tarixli № 40896 saylı müqaviləyə əsasən Qaradağ rayonunun Səngəçal ərazisində 0,05 hektar sahəsi olan 63/153 nömrəli bağı sahəsi tikililər, qurğular və ağaclarla birlikdə onun istifadəçiyə verilmişdir. Həmin torpaq sahəsi üzərində hüquqlarının qeydiyyata alınması üçün cavabdehə rəsmi müraciət etmiş, lakin sonuncu əsassız olaraq xx.xx.2021- ci il № **********18 nömrəli bildiriş məktubunda imtina edərək qeyd etmişdir ki, elektron kadastr məlumatlarına əsasən bağ sahəsi bağçılıq yoldaşlığın ayrıc aktından kənarda yerləşir…» Cavabdeh iddia ərizəsinə etirazında iddiaçıya ünvanladığı imtina məktubuna uyğun əsaslarla iddianın rədd olunmasını məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10852/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ilə iddia tələbi təmin edilmiş və Bakı şəhəri, Qaradağ rayonu Səngəçal qəsəbəsi 63/153 nömrəli 0,05 ha bağın üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmuşdur. Cavabdeh apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddiaçının tələbinin rədd olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin («İPM») 85-ci maddəsinin tələblərinə uyğun verilmişdir, apellyasiya icraatı mümkündür. Apellyasiya şikayəti iddia ərizəsinə etirazda göstərilənlərə uyğun şəkildə aşağıdakılarla əsaslandırılmışdır: «…Təqdim edilən Bağlar Təsərrüfatının inkişafı və istismarı birliyi tərəfindən verilmiş 40896 nömrəli müqavilə 22 may 2007-ci il tarixində verilmişdir. Bundan əlavə, elektron kadastr məlumatlarına əsasən bağ sahəsi bağçılıq-yoldaşlığın ayrıc aktından kənarda yerləşir. Bakı İnzibati Məhkəməsi tərəfindən torpaq sahəsinin yerləşməsi müəyyən edilməmiş, torpaq sahəsinin qanuni əsaslarla ayrılıb-ayrılmaması ilə bağlı araşdırma aparılmamışdır…» Məhkəmə kollegiyasının iclası barədə məlumat verilmiş cavabdeh məhkəmə iclasında iştirak etməmiş, İPM-in 62-ci maddəsinə əsasən məhkəmə kollegiyası, onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının qüvvədə saxlanılmasını xahiş etmişdir. İİ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanunun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanunun 8.0 və 8.0.7-ci maddələrinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsi üçün əsasdır. Həmin Qanunun 10.2-ci maddəsinə əsasən qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; …; İş materiallarına əlavə edilmiş, cavabdeh orqan tərəfindən sorğu əsasında birinci instansiya məhkəməsinə təqdim olunmuş arxiv materialarına əsasən müəyyən olunur: N.Nərimanov adına NQÇİ-si Həmkarlar İttifaqı Komitəsinin Bağçılıq Yoldaşlıq təsərrüfat üzvlərinin xx.xx.1998-ci il 02 saylı protokolundan çıxarışdan görünür ki, ərizəsinə əsasən iddiaçı Səlimov X4 yoldaşlıq təsərrüfatına üzvlüyə qəbul edilmiş və sahəsi 500kv.m olan 63/153 nömrəli bağ sahəsi ona təkim edilmiş və bağçılığın üzvlük kitabçası verilmişdir. Bakı Şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən təqdim edilmiş 05/438 saylı xx.xx.2005-ci il tarixli ayrıc aktına əsasən Bakı Şəhər İcra Hakimiyyətinin 10/518 saylı xx.xx.1991-ci il tarixli sərəncamı ilə Nəriman Nərimanov adına Neft və Qazçıxarma İdarəsinə Yoldaşlıq bağçılıqla məşğul olmaq üçün 60 nəfərə və əlavə olaraq 30 nəfərə torpaq sahələrinin ayrılmasına dair ayrılmış torpaq sahəsinin cizgisi tərtib edilmişdir. Bundan əlavə, bir daha, Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Abadlaşdırma və X1 Departamenti Bağlar Təsərrüfatının İnkişafi və İstismarı Birliyi ilə İddiaçı arasında bağlanılmış 40896 saylı xx.xx.2007-ci il tarixli Səngəçal ərazisindəki 63/153 nömrəli bağın istifadəyə verilməsi haqqında müqaviləyə əsasən Qaradağ rayonunun Səngəçal ərazisində yərləşən 0,05 ha torpaq sahəsi olan həmin 63/153 nömrəli bağ onda yerləşən tikintilər, qurğular və ağaclarla birlikdə iddiaçının istifadsinə verilmişdir. Eyni zamanda, birinci instansiya məhkəməsinin sorğusuna əsasən cavabdeh orqan tərəfindən məhkəməyə təqdim olunmuş sənədlərə əsasən müəyyən olunur ki, iddiaçının istifadəsində olan həmin 63/153 nömrəli bağ torpaq sahəsinin planı da tərtib olunmuş və sahəsi 500,3027 kv.m olan torpaq sahəsinin aşağıdakı koordinatları müəyyən olunmuşdur:

1. X = 369763,0224 ; Y = 4444933,0606 ; Z = 0,0000 2. X = 369789,8506 ; Y = 4444934,1411 ; Z = 0,0000 3. X = 369790,2859 ; Y = 4444915,4205 ; Z = 0,0000

4. X = 369763,4510 ; Y = 4444914,5210 ; Z = 0,0000 Əlavə sahəsi 381,0745 kv.m torpaq sahəsinin koordinatları: 1. X = 369789,8506 ; Y = 4444934,1411 ; Z = 0,0000 2. X = 369810,0717; Y = 4444934,95555 ; Z = 0,0000 3. X = 369810,5907 ; Y = 4444916,0993 ; Z = 0,0000 4. X = 369790,2860 ; Y = 4444915,4195 ; Z = 0,0000. Beləliklə də tədqiq olunan sənədlərdən göründüyü kimi, iddia olunvan bağ sahəsinə dair iddiaçının mülkiyyət hüququnun əvəzsiz olaraq qeydə alılınmasını zəruri edən əsaslara dair hüquqmüəyyənedici arxiv sənədləri mövcuddur və bütün bu hallar cavabdehin özü tərəfindən də mübahisələndirilmir. Konkret halda, cavabdedeh tərəfindən yeganə olaraq mübahisələndirilir ki, elektron kadastr məlumatlarına əsasən bağ sahəsi bağçılıq yoldaşlığın ayrıc aktından kənarda yerləşir. Məhkəmə kollegiyası aşağıdakılara görə cavabdehin qeyd olunan əsasla qeydiyyatdan imtinasını əsassız sayır. Birincisi, cavabdeh qeyd olunan elektron kadastr məlumatlarının əsasında nə durduğunu və hansı ilkin sənədlər əsasında həmin bazaya işlənildiyini əsaslanıdırmır. İkincisi, həmin bağ sahəsinin məhkəməyə təqdim olunmuş aerokosmik görüntüsündə iddiaçının bağ sahəsi ilə eyni cərgədə sağı və solu istiqamətində, hətta həmin cərgədən də sonra belə, bağ sahələri (o cümləldən içərsində tikililər olan) mövcudluğu müşahidə olunur. Üçüncüsü, mübahisəli bağ sahəsinin aid olduğu, N.Nərimanov adına NQÇİ Bağçılıq Yoldaşlıq təsərrüfat üzvlərinə bağçılıq üçün ayrılmış torpaq sahəsinin işdə olan və hazırkı mərəhələdə də sorğu əsasında əldə olunmuş ayrıc aktında iddiaçının bağ sahəsinin ayrıc aktından kənarda yerləşdiyinə dair hər hansı qeydi mövcud deyil. Əksinə, hazırkı məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı məhkəməyə bildirmişdir ki, bağ sahəsi verildiyi gündən ondadır, hasarılanmışdır və ona məxsus həmin bağ sahəsi sözügedən ayrıc aktındakı Xəzər dənizi tərfdən sonuncu sırada yerləşir, hətta onun qonşularından bəzilərinin mülkiyyət hüququ qeydə alınıb onlara cavabdeh tərəfindən çıxarışlar verilmişdir. Bununla bağlı iddiaçının təqdim etdiyi sənədlərdən çıxarışlara əsasən həqiqətən də müəyyən olunur ki, cavabdeh orqan tərəfindən Bakı şəhəri, Qaradağ rayonu, Səngəçal qəsəbəsində - 66/154 saylı bağ sahəsi vət. T.H.M»» adına, digər bir vət. «M.S.M» adına isə 258H saylı bağ sahəsi xüsusi mülkiyyət hüququ ilə daşımaz əmlakın dövlət reyestrində qeydə alınıb, onlara reyestrdən çıxarışlar və torpaq sahəsinin plan və ölçüsü tərtib edilib verilmişdir. Belə olan halda da, ən azından, iddiaçının bərbərlik hüququ pozulmuş olur. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 25-ci maddəsinin İ hissəsinə əsasən hamı qanun və məhkəmə qarşısında bərabərdir. Dördüncü bir tərəfdən, onu da qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin 28 oktyabr 2021-ci il tarixli F-144 nömrəli əmri ilə təsdiq edilmiş, “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri (DƏDKR) publik hüquqi şəxsin Nizamnaməsinin 3.1.20-ci bəndi isə nəzərdə tutur ki, Azərbaycan Respublikası vətəndaşlarının qanuni istifadəsindəki yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud uyğunsuzluqlar aradan qaldırılmaqla, onların mülkiyyətinə verilməsini rəsmiləşdirmək cavabdeh qeydiyyat orqanının vəzifəsidir. Cavabdeh tərəfindən isə qanunun qeyd olunan tələblərinə əhəmiyyət verilməmiş, «İnzibati icraat haqqında» Qanunun 24-cü maddəsinin tələblərinə zidd olaraq iddiaçının xeyrinə olan halların nəzərə alınmasından çəkinmiş, beləliklə də mübahisəli bağ sahəsinin iddiaçının adına qeydə alınmasından imtina etməklə, onun qanunla qorunan hüquqlarını pozmuşdur. İPM-in 73.1-ci maddəsi isə nəzərdə tutur ki, inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Birinci instansiya məhkəməsinin qərarından da görünür ki, məhkəmə, iddianı təmin etməklə işdə olan sübutlarla müəyyən edilən hallara və maddi hüquq normalarına uyğun olan nəticəyə gəlmişdir. Bu baxımdan, qeyd edilənləri nəzərə alan məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulduğunu və düzgün tətbiq edilmədiyini mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10852/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Şərh olunanlara əsasən və İPM-in 82, 87, 89, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı:

Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10852/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar