Məhkəmə qərarları › İş №2-1(103)-1902/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1902/2021

02.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1902/2021 02.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən və məruzəçi), Həmidov Həmid Elmira oğlu və Nağıyeva Elmira Eyvaz qızından ibarət tərkibdə, cavabdehin nümayəndəsi Nümayəndə və iddiaçının iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “mənzillə təmin olunması üçün adının müvafiq siyahıya daxil edilməsinə dair” iddiasına dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin N-1(11N)-1474/N0N1 saylı 14.04.N0N1-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) binasında açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı məhkəmədə iddia qaldıraraq, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müavinətinin gücləndirilməsi tədbirləri barədə” 569 saylı N8.1N.N011-ci il tarixli Fərmanına uyğun olaraq iddiaçının adının dövlət vəsaiti hesabına mənzillə təmin olunmalı hərbi qulluqçuların müvafiq siyahısına daxil edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul qəbul edilməsini xahiş etmişdir. İddianın əsaslarına görə iddiaçı 01.08.199N-ci ildən 08.0N.N016-cı ilədək Azərbaycan Silahlı Qüvvələrində hərbi xidmət keçmiş, Azərbaycan Respublikası Müdafiə Nazirinin N4.10.N015-ci il tarixli 0961 nömrəli əmri ilə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “J” bəndinə (öz arzusu ilə yalnız zabit heyəti vəzifələrində təqvim hesabı ilə azı 10 il xidmət etmiş zabitlər) əsasən ehtiyata buraxılmışdır. N nömrəli hərbi hissə komandirinin N fevral N016-cı il tarixli 0691 nömrəli əmri ilə şəxsi heyətin siyahısından çıxarılmış və 11.0N.N016-cı ildə SHXÇDX-nin Cəbrayıl rayon bölməsinə qeydiyyata durmuşdur. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmişdir və müharibə veteranıdır. “Qüsursuz Xidmətlərə görə” Azərbaycan Respublikası Prezidenti adından Azərbaycan Respublikası Müdafiə Nazirinin 049t nömrəli əmri ilə 3-cü, 010Nt nömrəli əmri ilə N-ci, 064t nömrəli əmri ilə 1ci dərəcəli medallarla təltif olunmuşdur. Həmçinin, xidmət etdiyi illər ərzində xidməti vəzifələrini nümunəvi yerinə yetirdiyinə görə dəfərlərlə Hərbi Hissə Komandanlığı tərəfindən “Təşəkkür”lər, “Fəxri fərman”lar, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 10 illik, 90 illik, 95 illik yubiley medalları ilə də təltif edilmişdir. Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müavinətinin gücləndirilməsi tədbirləri barədə” 569 saylı N8.1N.N011- ci il tarixli Fərmanına əsaslanaraq bir neçə dəfə ərizə ilə cavabdehə müraciət edərək dövlət vəsaiti hesabına mənzillərlə təmin olunan hərbi qulluqçuların siyahısına salınmağını xahiş etmişdir. Axırıncı dəfə N7.06.N0N0-ci il tarixdə edilən növbəti müraciətinə cavab verməmişdir. Əvvəlki müraciətlərinə imtina cavabı verilmiş, buna əsas kimi göstərilmişdir ki, qeyd edilən Fərmanın qüvvəsi N0 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçulara şamil olunur, lakin Siz Gəncə Hərbi Məhkəməsinin N8.04.N004-cü il tarixli hökmü ilə 1 (bir) il hərbi xidmət üzrə məhdudlaşdırma, yəni aylıq qazancının 10 faizi dövlət nəfinə tutulma cəzası ilə cəzalandırılmısınız”. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.6-cı maddəsinə əsasən, məhkumluğun ödənilməsi və ya götürülməsi məhkumluqla bağlı olan bütün hüquqi nəticələri ləğv edir. Barəsində 1 (bir) il hərbi xidmət üzrə məhdudlaşdırma bitdiyi - 18.05.N005-ci il tarixdən etibarən iddiaçının bu əsasla, yəni əvvəllər məhkum olmağı əsası ilə hər hansı məhdudiyyətə məruz qalmağı artıq cinayət qanununun “ədalət” prinsipi ilə uzlaşmır və bu hal iddiaçının hüquqlarının pozulması kimi qiymətləndirilməlidir. İmtina uçun gətirilçn dəlil elə cavabdehin özü tərəfindən iddiaçıya verilmiş təltiflərlə təkzib olunur. Belə ki, Azərbaycan Respublikasının 17 may N00N-ci il tarixli, 333-İİQ nömrəli qanunu ilə təsdiq edilmiş “Qüsursuz xidmətə görə” medalı haqqında Əsasnamənin 1-ci bəndinə əsasən “Qüsursuz xidmətə görə” medalı ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrində qüsursuz həqiqi hərbi xidmət keçən, hər il iyun ayının N6-na qədər 10, 15 və N0 təqvim ili tamam olmuş hərbi qulluqçular təltif edilirlər. Həmin Əsasnamənin N-ci bəndinə müvafiq olaraq "Qüsursuz xidmətə görə" medalının üç dərəcəsi vardır. İddiaçı hərbi xidmət zamanı qüsursuz xidmət etmiş hərbi qulluqçu hesab olunduğundan cavabdeh tərəfindən qeyd olunan təltiflərə layiq görülmüşdür. Bundan əlavə digər medallarla da təltif edilmişdir. Beləliklə də, N0 ildən çox xidmət ilinin cəmi 1 ili üzrə barəsində məhkəmə hökmü ilə cəza təyin olunmuş, lakin məhkum edilməklə cəzasını çəkmədən xidmətini davam etdirmiş, xidmət illərində fərqləndiyinə görə müxtəlif medallarla, xüsusi ilə də qüsursuz xidmət etmiş hərbi qulluqçu kimi təltiflərə layiq görülmüşdür. Belə olan halda, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müavinətinin gücləndirilməsi tədbirləri barədə” Azərbaycan Respublikası Prezidentinin N8 dekabr N011-ci il tarixli 569 nömrəli Fərmanı ona da şamil edilməlidir. Bakı İnzibati Məhkəməsinin N-1(11N)-1474/N0N1 saylı 14.04.N0N1-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, Azərbaycan Respublikasının Prezidentinin “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müavinətinin gücləndirilməsi tədbirləri barədə” 569 saylı N8 dekabr N011-ci il tarixli Fərmanına uyğun olaraq İddiaçı adının dövlət vəsaiti hesabına mənzillə təmin olunmalı hərbi qulluqçuların müvafiq siyahısına daxil edilməsi vəzifəsi cavabdehə həvalə edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin rədd olunmasını xahiş etmişdir. Apellyasiya şikayəti İPM-in 85-ci maddəsinin tələbələrinə uyğun venilmişdir, apellyasiya icraatı mümkündür. Cavabdehin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin qərarı əsassızdır, maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Məhkəmə Azərbaycan Respublikasının Prezidentinin “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müavinətinin gücləndirilməsi tədbirləri barədə” 569 saylı N8 dekabr N011-ci il tarixli Fərmanı pozaraq N0 təqvim ili qüsursuz xidməti olmamış, Gəncə Hərbi Məhkəməsinin N8.04.N004-cü il tarixli hökmü ilə AR GM-nin 341.1-ci maddəsi (rəisin və ya vəzifəli şəxsin hakimiyyətdən və ya qullu mövqeyindən sui-istifadə etməsi, hakimiyyət həddini və ya qulluq səlahiyyətini aşması, hakimiyyətdən qəsdən istifadə etməməsi) maddəsi ilə təqsirli bilinən hərbi qulluqçunun dövlət vəsaiti hesabına mənzillə təmin edilməsi barədə qərar qəbul etmişdir. İddiaçı iddia ərizəsində N0 təqvim ili qüsursuz xidmət etdiyini göstərsə də, Gəncə Hərbi Məhkəməsinin N8.04N004-cü il tarixli hökmü bunun əksini sübut edir. Qeyd olunan Fərmana əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin N0 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçuları dövlət vəsaiti hesabına təmin edilsinlər. İddiaçının xidməti qüsursuz sayılmadığından mənzillə təmin olunacaq hərbi qulluqçuların siyahısına daxil edilə bilməzdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikaytini dəlillərinə uyğun müdafiə edərək təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə etiraz edərək, onun qüsursuz xidmətini medalları ilə sübuta yetirildiyini bildirərək, birinci instansiya məhkəməsinin qərarını qüvvəsində saxlanılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, aşağıdakı əsaslara görə apellyasiya şikayəti təmin edilməli, iddiaçının tələbinin rədd edilməsi barədə yeni qərar çıxarılmalıdır. «İnzibati icraat haqqında» Qanunun 71.1-ci maddəsinə əsasən maraqlı şəxslər hüquqlarını və ya qanunla qorunan maraqlarını müdafiə etmək məqsədilə inzibati aktdan və ya inzibati aktın qəbul edilməsindən imtinadan şikayət vermək hüququna malikdirlər. Həmin Qanunun 71.N-ci maddəsinə əsasən şəxsin müraciətinin məqsədi inzibati aktın qəbulu ilə bağlı olmadığı hallarda inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən də bu fəslin qaydalarına uyğun olaraq şikayət verilə bilər. İPM-in 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 33.N-ci maddəsinə əasən bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. İşin mübahisələndirilməyən hallarından görünür ki, iddiaçı Azərbaycan Respublikasının Müdafiə Nazirinin N4.10.N015-ci il tarixli 0961 nömrəli əmri ilə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “J” bəndinə (öz arzusu ilə) ehtiyata buraxılmışdır. İddia ərizəsinə və ona əlavə olunmuş sənədələrə, o cümlədən, cavabdehin iddiaçının müraciətlərinə ünvanladığı N8.0N.N018, N5.07.N018-ci il tarixli əsasən müəyyən olunur ki, iddiaçı ehtiyata buraxıldıqdan sonra bir neçə dəfə, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müavinətinin gücləndirilməsi tədbirləri barədə” 569 saylı N8.1N.N011- ci il tarixli Fərmanına müvafiq olaraq, dövlət vəsaiti hesabına mənzillərlə təmin olunan hərbi qulluqçuların siyahısına salınmasını cavabdehdən xahiş etmiş, lakin sonuncu onun xidmət illərində məhkumluğu olduğuna görə adının 199N-ci ildən xidmətə başlamış hərbi qulluqçuların adlı siyahısına salınması üçün müsbət qərar qəbul olunmadığını bildirmişdir. Bundan sonra, iddiaçının axırıncı dəfə NN.06.N0N0-ci il tarixli ərizə ilə cavabdehə ünvanlanmış müraciəti cavabsız qalmışdır. Cavabdeh, birinci instansiya məhkəməsində işə baxılarkən məhəkəməyə təqdim etdiyi iddia ərizəsinə etirazında qeyd olunanları mübahisələndirməmiş, eyni zamanda, iddianı qəbul etməmiş, xidməti qüsursuz sayılmadığından iddiaçının mənzillə təmin olunacaq hərbi qülluqçuların siyahısına daxil edilməsini mümkünsüz hesab etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, qeyd olunan əsasa görə cavabdeh tərəfindən iddiaçının mənzillə təmin olunacaq hərbi qülluqçuların siyahısına daxil edilməsindən imtina olunması qanuni və əsaslıdır. Belə ki, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin N8.1N.N011ci il tarixli Fərmanının 4-cü abzasının 1-ci hissəsi ilə qərara alınmışdır ki, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin N0 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçuları dövlət vəsaiti hesabına mənzillə təmin edilsinlər ( N-ci hissəsi bu Fərmanın 1ci hissəsinə uyğun olaraq dövlət vəsaiti hesabına mənzillərlə təmin olunan hərbi qulluqçuların siyahısını hazırlamaq, tələb olunan mənzillərin sayını və bölgüsünü müəyyən etmək məqsədi ilə Komissiya yaradılmasını nəzərədə tutur.) Azərbaycan Respublikası Prezidentinin qeyd olunan Fərmanla təsbit olunan qərardan göründüyü kimi, hərbi qulluqçular dövlət vəsaiti hesabına, o halda, mənzillə təmin edilə bilərlər ki, onlar N0 təqvim ili və daha çox qüsursuz xidmət etmiş olsunlar. Lakin iş mateiallarına əsasən 01.08.199N- 08.0N.N016-cı illərdə Azərbaycan Silahlı Qüvvələrində hərbi xidmət keçmiş iddiaçının xidmətinin qüsursuz olduğu müəyyən edilmir. Belə ki, iddia ərizəsinndən və cavabdehin apellyasiya şikayətindən, eləcə də iş materiallarında olan Gəncə Hərbi Məhkəməsinin 0N iyun N014-cü il tarixli 1(095)-057/04 saylı məktubundan görünür ki, iddiaçı həmin məhkəmənin N8.04.N004-cü il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 341.1-ci maddəsi (rəisin və ya vəzifəli şəxsin hakimiyyətdən və ya qulluq mövqeyindən sui-istifadə etməsi, hakimiyyət həddini və ya qulluq səlahiyyətini aşması, hakimiyyətdən qəsdən istifadə etməməsi) ilə təqsirli bilinərək, 1 (bir) il hərbi xidmət üzrə məhdudlaşdırma, yəni, aylıq qazancının 10 faizi dövlət nəfinə tutulma cəzasına məhkum edilmişdir. Göründüyü kimi, iddiaçının qeyd olunan cinayət hadisəsini törətməsi faktı məhkəmənin qanuni qüvvəsini almış hökmü ilə təsdiq olunması onun hərbi xidmət dövrünü qüsursuz başa vurması kimi qiymətləndirilməsini istisna edir. Qeyd olunmalıdır ki, iddiaçının istinad etdiyi qüsursuz xidmətlərinə görə medallarla təltif olunması da, onun Cinayət Məcəlləsinin 341.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi faktını aradan qaldırmır. Onu da qeyd etmək lazımdır ki, qanuni qüvvəsini almış məhkəmə qərarlarına (AR Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının N-1(10N)-718/N018 saylı 1N aprel N018-ci il tarixli qərarına) əsasən də müəyyən olunur ki, məhkəmə praktikasında oxşar işlərə baxılarkən, məhkəmələr tərəfindən inzibati orqanın maraqlı şəxsə imtinasını həmin orqan güdməli olduğu qanuni məqsədinə uyğun hesab edilmişdir. ”İnzibati icraat haqqında” Qanunun 13.N-ci maddəsinin tələbi də, məhz, nəzərədə tutur ki, inzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Həmin Qanunun 13.5-ci maddəsinin təlbinə görə isə fiziki və ya hüquqi şəxslərin etimadı qanunsuz hərəkətlərə əsaslana bilməz. Beləliklə, iddiaçının hazırkı iddia tələbində haqlı olmadığı işdə olan sübutlarla və qanunvericiliyin tələbləri ilə sübuta yetirilir. Belə olan halda cavabdehin tərəfindən onun hüquqları pozulmuş hesab oluna bilməz. İPM-in 73.1-ci maddəsinin mənasından da görünür ki, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə o zaman öhdəlik qoyur ki, inzibati aktın qəbulundan imtina olunması və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsi qanuna zidd olsun və iddiaçının hüquqlarını pozmuş olsun. Birinci instansiya məhkəməsinin qərarından isə görünür ki, məhkəmə işdə olan sübutlara düzgün qiymət verməmiş, qanunvericiliyin tələblərini düzgün təfsir etməmiş, nəticədə iddianın təmin olunması barədə əsassız nəticəyə gəlmişdir. Ona görə də məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin həmin qərarın əsassız olduğunu mübahisələndirən dəlilləri ilə razılaşır və yekunda belə qənaətə gəlir ki, onun şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin N-1(11N)-1474/N0N1 saylı 14.04.N0N1-ci il tarixli qərarı ləğv edilməli, İddiaçı iddia tələbinin rədd edilməsi barədə yeni qərar çıxarılmalıdır. Qeyd edilənlərə əsasən və İPM-nin 68, 69, 8N, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara a l d ı: Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin N-1(11N)-1474/N0N1 saylı 14.04.N0N1-ci il tarixli qərarı ləğv edilsin və iş üzrə yeni qərar çıxarılsın. İddiaçı iddia tələbi təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 1(bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Cahangir Yusifov Hakimlər: Həmid Həmidov Elmira Nağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar