Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1902/2023 04.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), X6 və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, iddiaçıların nümayəndəsi Vəkil1 üçüncü şəxsin nümayəndəsi Vəkil2 iştirakı ilə, İddiaçılar İddiaçı4, X5, İddiaçı5, İddiaçı2, İddiaçı3 və İddiaçı1 cavabdeh Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinə qarşı (üçüncü şəxs X4) “sərəncamın etibarsız hesab edilməsi tələbinə dair” inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 1586/2022 saylı xx.xx.2022-ci il tarixli qərarından üçüncü şəxsin buraxılmış apellyasiya şikayət vermə müddətinin bərpası barədə ərizəsinə və apellyasiyanın mümkünlüyü məsələsinə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1586/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə İddiaçı4 və qeyrilərinin cavabdeh Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinə qarşı “sərəncamın etibarsız hesab edilməsi haqqında» iddia tələbi təmin olunmuş, Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyəti başçısının 17 mart 2017-ci il tarixli, 69 nömrəli sərəncamı etibarsız hesab edilmişdir. Üçüncü şəxs X4 xx.xx.2023-cü il tarixdə apellyasiya şikayətini də əlavə etməklə, birinci instansiya məhkəməsinin həmin qərarından apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair ərizə ilə məhkəməyə müraciət edərək, müddətin bərpa edilərək, apellyasiya şikayətinə baxılmasını məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, qərar onlara təqdim edilməmişdir. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən onlara şifahi məlumat verildikdən sonra onlara qərarın mövcudluğu bəlli olmuş və Komitənin nümayəndləri tərəfindən qərar 15 mart 2023-cü il tarixində təqdim edilmiş, dərhal sonra da hüquqi xidmət haqqında vəkillə müqavilə bağlamış, qərarla tanış olduqdan sonra, apellyasiya şikayəti hazırlanmışdır. (İPM-in 75.3, 24.1, 24.2-cü maddələrinə istinad olunur). Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi Vəkil2 müddətin bərpası barədə ərizəyə uyğun izahat verərək, təmin olunmasını və apellyasiya şikayəti üzrə işə baxılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçıların nümayəndəsi Vəkil1 üçüncü şəxsin xx.xx.2022-ci il tarixdə qəbul etdiyini və onun həmin qərardaddan məlumatlı olduğunu bildirərək, ərizəsinin rədd olunmasını məhkəmədən xahiş etmişdir. İİ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə hesab gəlir ki, aşağıdakı əsaslara görə üçüncü şəxsin müddətin bərpası barədə ərizəsinin təmin olunmasından imtina olunmalı, apellyasiya şikayəti mümkün sayılmamalıdır. Belə ki, İPM-in 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati-iqtisadi məhkəmə vasitəsilə verilir. İPM-in 24.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Məcəllənin qeyd olunan tələblərinindən göründüyü kimi, məhkəmə qərarından 30 günlük şikayət vermə müddəti ötürüldükdə həmin müddəti məhkəmə o halda bərpa edir ki, proses iştirakçısının təqsiri olmadan buraxılmış olsun. Üçüncü şəxs ərizəsində qeyd edir ki, birinci instansiya məhkəməsinin qərarı ona təqdim olunmamış, qərarın mövcudluğu barədə sonradan məlumat əldə etmiş, dərhal da məhkəməyə müraciət etmişdir. Lakin İş materiallarına əsasən isə onun bu dəlili təkzib olunur. Belə ki, iş materiallarına (i.v 97-98-ci) əlavə olunmuş birinci instansiya məhkəməsinin 28 mart 20220-ci göndərmə məktubuna və rabitə orqanının poçt qəbzinə (ştrix kod SS785770496AZ) əsasən müəyyən olunur ki, Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(112)-1586/2022 saylı qərarının surəti üçüncü şəxs X2 Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi küçəsi,ev 74,mənzil 27 ünvanı üzrə poçt vastəsi ilə rəsmi qaydada göndərilmiş və xx.xx.2022-ci il tarixdə sonuncuya çatdırılmışdır (İş materiallarının 58-ci vərəqindən də görünür ki, həmin ünvanı üzrə göndərilən məhkəmə bildirişi üçüncü şəxs tərəfindən alınmışdır. Eyni zamanda, iş materiallarının 73-cü və 76-cı vərəqlərindən görünür ki, həmin ünvan üzrə göndərilmiş digər xx.xx.2021-ci il tarixli məhkəmə bildirişi üzrə xx.xx.2021-ci il tarixli 17:15-ə təyin olunmuş məhkəmə iclasına üçüncü şəxs gəlib iştirak etmişdir). İPM-in 22.2-ci maddəsinə əsasən bu Məcəllə başqa qayda nəzərdə tutulmamışdırsa,müddətin axımı təqdim edilmə anından, təqdim edilmənin bu Məcəllə ilə məcburi hesab olunmadığı hallarda isə elan edilmə anından başlanır. Məcəllənin qeyd olunan tələbi baxımından, Bakı İnzibati Məhkəməsinin qərarından 30 günlük şikayət vermə müddəti xx.xx.2022-ci il tarixində tamamlanır. İşdən isə görünür ki, üçüncü şəxsin prosessual müddətin bərpası barədə ərizəsi və apellyasiya şikayəti birinci instansiya məhkəməsinə xx.xx.2023-cü il tarixdə, yəni, şikayət vermə müddətinin qurtardığı gündən 10 aydan da sonra təqdim olunmuşdur. Şikayət vermə müddətinin bu qədər müddətə buraxılmasının üzürlü səbəblərinə isə üçüncü şəxs tərəfindən aydınlıq gətirilməmiş, onun təqsiri olmadan prosessual müddətin buraxılması sübutlarla əsaslandırmamışdır. Halbuki, İPM-in 24.2-ci maddəsinin tələbinə görə mübddətin buraxılmasına səbəb olmuş hallar ərizədə ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. Qeyd edilməlidir ki, «X3 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-ın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu 08 may 2008-ci il tarixli qərarında da Plenum məhz qeyd etmişdir ki, «… qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə, maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzrlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzrlülük, göstərilən meyarların sərhədində dayanan elə inkar olunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın.» Beləliklə də üçüncü şəxsin ərizəsinin birinci instansiya məhkəməsinin qərarının ona təqdim olunmadığını və şikayət vermə müddətinin onun təqsiri olmadan buraxıldığını bildirən dəlillirinin əsaslılığı sübuta yetirilmir. Belə olan halda, onun apellyasiya şikayətinin mükünlüyü də istisna olunur. İPM-in 87.3-cü maddəsi isə nəzərədə tutur ki, apellyasiya mümkün sayılmadıqda apellyasiya instansiya məhkəməsi şikayəti qəbuletməkdən imtina edir. Qeyd olunanlara əsasən və İPM-in 80, 83, 87, 90, 89, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r a r a a l d i: Üçüncü şəxs X1 müddətin bərpası barədə ərizəsi təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1586/2022 saylı xx.xx.2022-ci il tarixli qərarından apellyasiya şikayəti vermə müddətinin bərpa edilməsindən imtina olunsun. Apellyasiya şikayəti üzrə apellyasiya mümkün sayılmasın. Apellyasiya şikayəti və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-1902/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1902/2023
04.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver