Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1902/2024 16.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1 və İddiaçı2 Qapalı Səhmdar Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinə qarşı ("xxxx" Qapalı Səhmdar Cəmiyyəti, X8 və X5 üçüncü şəxslər qismində inzibati məhkəmə icraatına cəlb edilməklə) iş üzrə QƏRARİ (Açar sözlər: « qərarın ləğv edilməsi və s. ») Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Şərafət Asif qızı Məmmədova (sədrlik edən və məruzəçi), Cahangir Afər oğlu Yusifovdan və X2 ibarət tərkibdə, Elsun Canməmməd oğlu Bəyalıyevin katibliyi, İddiaçıların nümayəndəsi və vəkili Vəkil1, Cavabdehin nümayəndəsi X6 iştirakları ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3590/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. MGBİ HŞDQİ tərəfindən xx.xx.2021-ci il tarixdə qeydiyyata alınmış "xxxx" QSC-nin nizamnaməsinin surətindən müəyyən olunur ki, "xxxx" QSC-nin təsisçiləri kimi İddiaçı1 (1180 manat, 1180 dəd adi adlı səhm 59 %, pul şəklində), X5 (680 manat, 680 ədəd adi adlı sənədsiz səhm, 34 faiz pul şəklində) X8 (120 manat, 120 ədəd adi adlı sənədsiz səhm, 6%, pul şəklində) və İddiaçı2 QSC (20 manat, 20 ədəd adi adlı sənədsiz səhm, 1 %, pul şəklində) qeyd olunmuşdur.
2. "xxxx" QSC-nin təsisçilərinin növbədənkənar ümumi yığıncağının xx.xx.2023- cü il tarixli iclas protokolunun surətindən görünür ki, QSC-nin 2-ci redaksiyada Nizamnaməsi təsdiq edilmiş, X9 QSC-nin qanuni təmsilçisi, direktoru vəzifəsindən azad olunmuş və X7 QSC-nin qanuni təmsilçisi, direktoru vəzifəsinə təyin olunmuşdur.
3. Kommersiya qurumunun dövlət qeydiyyatı haqqında xx.xx.2023-cü il tarixli ərizənin surətindən görünür ki, "xxxx" QSC-nin rəhbəri (Qanuni təmsilçi) kimi X7 ərizə ilə "xxxx" QSC-nin dövlət qeydiyyatı ilə bağlı vergi orqanına müraciət etmişdir.
4. Kommersiya qurumunun dövlət qeydiyyatına dair ərizənin qeydiyyat orqanı tərəfindən qəbul edilməsi haqqında xx.xx.2023-cü il tarixli bildirişdən görünür ki, "xxxx" QSC-nin ərizəsi qeydiyyata alınmış və ərizənin baxılmasına dair sənədin 13 noyabr 2023-cü il tarixədək hüquqi şəxsin elektron kabinetinə göndəriləcəyi bildirilmişdir.
5. MGBİ HŞDQİ tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli **********850600 №li çıxarışın surətindən müəyyən olunur ki, "xxxx" QSC xx.xx.2021-ci il tarixdə (VÖEN) ********** qeydiyyat nömrəsi ilə hüquqi şəxs qismində dövlət qeydiyyatına alınmışdır. Hüquqi şəxsin hüquqi ünvanı Bakı şəhəri, Yasamal rayonu, Cəfər Cabbarlı, ev 44, qanuni təmsilçisi (hazırkı) X7 (əvvəlki) X9) qeyd olunmuşdur.
6. MGBİ HŞDQİ-nin **********177000 №li xx.xx.2023-cü il tarixli qərarın surətindən müəyyən olunur ki, MGBİ HŞDQİ tərəfindən "xxxx" QSC-nin (VÖEN: **********, bundan sonra Cəmiyyət) reyestrdə qeydə alınmış faktlarının sonrakı dəyişikliyinin dövlət qeydiyyatına alınmasına dair təqdim edilmiş xx.xx.2023-cü il tarixli, **********230400 qeydiyyat nömrəli müraciətinə baxılaraq Cəmiyyətin reyestrdə qeydə alınmış faktlarının sonrakı dəyişiklikliyinin dövlət qeydiyyatına alınmasından imtina edilməsi qərara alınmışdır.
7. MGBİ HŞDQİ tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli **********911900 №-li çıxarışın surətindən müəyyən olunur ki, "xxxx" QSC xx.xx.2021-ci il tarixdə (VÖEN) ********** qeydiyyat nömrəsi ilə hüquqi şəxs qismində dövlət qeydiyyatına alınmışdır. Hüquqi şəxsin hüquqi ünvanı Bakı şəhəri, Yasamal rayonu, Cəfər Cabbarlı, ev 44, qanuni təmsilçisi X9 qeyd olunmuşdur.
8. MGBİ HŞDQİ tərəfindən "xxxx" QSC-yə ünvanlanmış “Müraciətə baxılması barədə” xx.xx.2023-cü il tarixli **********178700 №li məktubda göstərilmişdir ki, MGBİ HŞDQİyə "xxxx" QSC-nin dövlət reyestrində dəyişiklik aparılması üçün sənədlər təqdim edilmişdir. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 9.2-ci maddəsinə əsasən dəyişiklik bu Qanunun 11.3-cü maddəsinin tələblərinə zidd olmadıqda, müvafiq icra hakimiyyəti orqanı 5 gün müddətində dəyişikliyi qeydiyyata alır. Qanunun 11.3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına təqdim olunmuş sənədlər Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər qanunvericilik aktlarına zidd olduqda hüquqi şəxs statusu almaq istəyən qurumun, habelə xarici hüquqi şəxsin nümayəndəlik və ya filialının dövlət qeydiyyatına alınmasından, Azərbaycan Respublikasında dövlət qeydiyyatına alınmış hüquqi şəxsin nümayəndəlik və ya filialının dövlət reyestrinə daxil edilməsindən, habelə təsis sənədlərində edilmiş dəyişikliklərin və reyestrdə qeydə alınmış faktların sonrakı dəyişikliyinin dövlət qeydiyyatına alınmasından imtina edilə bilər. Dəyişikliklə bağlı təqdim edilmiş sənədlər qanunvericiliyə uyğun olmadığı üçün **********177000 nömrəli xx.xx.2023-cü il tarixli qərarla imtina verilmişdir. Qanunun 15.5-ci maddəsinə əsasən, Dövlət reyestrindən çıxarışı almış şəxs onun düzgünlüyünü yoxlamalı və yanlışlıq aşkar etdikdə, çıxarışın verildiyi vaxtdan 3 həftə müddətində bu barədə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına məlumat verməlidir. Müvafiq icra hakimiyyəti orqanı həmin yanlışlığın aşkar edilməsi barədə məlumatı yoxlamalı və dövlət reyestrində müvafiq düzəlişlər aparmalıdır. xx.xx.2023-cü il tarixdə göndərilmiş dövlət reyestrindən çıxarış və nizamnamə yanlışlıqla hüquqi şəxsin elektron kabinetinə göndərilmişdir. Son tarixli reyestrdən çıxarış və nizamnamə yenidən hüquqi şəxsin elektron kabinetinə göndərilir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
9. İddiaçılar İddiaçı1 və İddiaçı2 Qapalı Səhmdar Cəmiyyəti (İddiaçı2 QSC) cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinə (bundan sonra mətndə MGBİ HŞDQİ) qarşı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti (bundan sonra mətndə "xxxx" QSC) üçüncü şəxs qismində göstərilməklə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məhkəmədən MGBİ HŞDQİ-nin xx.xx.2023-cü il tarixli, **********177000 saylı “Kommersiya qurumunun reyestrdə qeydə alınmış faktlarının sonrakı dəyişikliyinin dövlət qeydiyyatına alınmasından imtina edilməsi haqqında” qərarının ləğv edilməsini və həmin aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin cavabdeh tərəfindən 4 noyabr 2023-cü il tarixdə verilmiş çıxarışda "xxxx" QSC-nin qanuni təmsilçisi kimi X3 adının bərpa edilməsi nəticəsinin ləğv edilərək, 2 noyabr 2023-cü il tarixli çıxarışdakı məlumatların bərpa edilməsinə dair qərar çıxarılmasını xahiş etmişlər.
10. İddiaçılar tələblərini onunla əsaslandırmışlar ki, "xxxx" QSC xx.xx.2021-ci il tarixdə dövlət qeydiyyatına alınmaqla fəaliyyət göstərir. Cəmiyyətin təsisçiləri İddiaçı2 QSC- 1% (20 adi, adlı, sənədsiz səhm)- 20 səs, X5 - 34% (680 adi, adlı, sənədsiz səhm)- 680 səs, İddiaçı159% (1180 adi, adlı, sənədsiz səhm) - 1180 səs, X8 -6% (120 adi, adlı, sənədsiz səhm) - 120 səs. Cəmiyyətin 59% səhmlərinin mülkiyyətçisi olan İddiaçı1 tərəfindən Cəmiyyətin qanuni təmsilçisi funksiyalarını yerinə yetirən direktoruna Mülki Məcəllənin 107-1.6 maddəsinə müvafiq olaraq Səhmdarların növbədənkənar ümumi yığıncağının çağırılması tələbi göndərilmişdi. Lakin icra orqanı (cəmiyyətin direktoru) tərəfindən qanunvericiliklə nəzərdə tutulmuş müddətdə ümumi yığıncağın çağırılması barədə bildiriş göndərilməmiş, İddiaçı1 tərəfindən digər səhmdarlara ümumi yığıncağın xx.xx.2023-cü il tarixdə çağırılması barədə 25 sentyabr 2023-cü il tarixdə bildiriş göndərilmişdir. Cəmiyyətin xx.xx.2023-cü il tarixli ümumi yığıncağında cəmiyyətin 60% səhmlərinin mülkiyyətçiləri (İddiaçı1- 59%, İddiaçı2 QSC-1%) iştirak etmiş və gündəliyə daxil edilmiş məsələlər üzrə qərar qəbul edilmişdir. Həmin qərarla Cəmiyyətin 2-ci redaksiyada yeni nizamnaməsi təsdiq edilmiş, X9 "xxxx" QSC- nin qanuni təmsilçisi, direktoru vəzifəsindən azad edilmiş, X7 "xxxx" QSCnin qanuni təmsilçisi, direktoru vəzifəsinə təyin edilmişdir. Qeyd edilən dəyişikliklər hüquqi şəxslərin dövlət reyestrinə daxil edilməsi üçün cavabdeh vergi orqanına təqdim edilmiş, dəyişikliklər qeydə alınaraq bu barədə MGBİ HŞDQİ tərəfindən 2 noyabr 2023-cü il tarixli çıxarış verilmişdir. Lakin bundan 2 gün sonra, yəni xx.xx.2023-cü il tarixdə cavabdeh orqan tərəfindən tamamilə qanunsuz və əsassız olaraq, “Kommersiya qurumunun reyestrdə qeydə alınmış faktlarının sonrakı dəyişikliyinin dövlət qeydiyyatına alınmasından imtina edilməsi haqqında xx.xx.2023cü il tarixli, **********177000 saylı qərar qəbul edilmişdir. Cavabdehin qeyd edilən qərarının əsaslandırılması kimi, (1) səhmdarların reyestrinin təqdim edilmədiyinə; (2) ümumi yığıncağın keçirilməsi ilə bağlı kütləvi informasiya vasitələrində elanverilmədiyinə; (3) ümumi yığıncağın keçirilməsi barədə bildirişlərin bütün səhmdarlara çatdırılması təmin edilmədiyinə və (4) səhmdarların ümumi yığıncağının xx.xx.2023-cü il tarixli protokolunun möhürlə təsdiq olunmadığına istinad olunmuşdur. Aşağıda qeyd edilənlərlə cavabdehin həmin qərarının qanunsuz olması sübuta yetirilir və bu səbəbdən ləğv edilməlidir. Qərarda istinad edilən “səhmdarların reyestrinin təqdim edilmədiyinə” münasibətdə qeyd olunmalıdır ki, həmin reyestrin təqdim edilməməsi cəmiyyətin əvvəlki direktoru tərəfindən həyata keçirilməli idi və xx.xx.2023-cü il tarixli ümumi yığıncaq protokolunda da bu öz əksini tapmış və X3 direktor vəzifəsindən azad edilməsinin səbəblərindən biri kimi göstərilmişdir. Cavabdehin qərarının Ümumi yığıncağın keçirilməsi ilə bağlı kütləvi informasiya vasitələrində elan verilmədiyi barədə dəlili də əsassızdır. Belə ki, Mülki Məcəllənin 107- 1.8.1-ci maddəsinin tələblərinə görə qapalı səhmdar cəmiyyətə münasibətdə barədə mediada elan verməsi nəzərdə tutulmamışdır. Bundan əlavə, ümumi yığıncaq çağırılan zaman cəmiyyətin qüvvədə olan Nizamnaməsinin 16.6-cı bəndində nəzərdə tutulmuşdur ki, nizamnamənin hər hansı müddəasının qanunvericiliyin tələblərinə zidd olacağı təqdirdə, qanunvericiliyin müddəası tətbiq edilir. Ümumi yığıncağın keçirilməsi barədə bildirişlərin bütün səhmdarlara çatdırılmasının təmin edilmədiyi dəlili də qərəzli və əsassız olmuşdur. Belə ki, Mülki Məcəllənin 107-1.8.2-ci maddəsində ümumi yığıncağının çağırılması barədə bildirişlərin səhmdarlara göndərməsi nəzərdə tutulmuşdur. Ərizəçi tərəfindən bu tələb yerinə yetirilmiş və göndərilmə barədə poçt qəbzləri təqdim edilmişdir. Cavabdehin qənaətinə görə, səhmdarın öz ünvanında olmaması və ya bildirişi qəbul etməkdən yayınması və bunun nəticəsində də ümumi yığıncağın dəfələrlə qeyrimüəyyən müddətə təxirə salınması, yığıncağı çağıran və iştirak edən səhmdarın hüququnun pozulması adi hal kimi qəbul edilməlidir. Ümumi yığıncağın protokoluna möhür vurulmasına gəldikdə isə qeyd etmək lazımdır ki, cəmiyyətin direktoru ümumi yığıncağın çağırılmasını təmin etməmiş, icra orqanı kimi öz vəzifələrini yerinə yetirməmişdir və belə olan halda, səhmdarların ümumi yığıncaqda qəbul etdikləri qərarların taleyini icra orqanında saxlanılan möhürdən asılı edilməsi ağlabatan dəlil deyil. Bundan əlavə, qeyd etmək lazımdır ki, ümumi yığıncağın protokolu Cavabdehə notariat qaydada təsdiq olunmuş formada verilmişdir ki, bu da onların iradə ifadələrinin və qəbul etdikləri qərarın şübhə altına alınması üçün əsas ola bilməz. Cavabdeh vergi orqanı tərəfindən X7 olmasını təsdiq edən dövlət reyestrindən 2 noyabr 2023-cü il tarixdə Çıxarış verdikdən sonra, həmin çıxarışın qüvvədə olmasına baxmayaraq, 4 noyabr 2023- cü il tarixdə guya, dəyişikliyinin dövlət qeydiyyatına alınmasından imtina edilməsi haqqında qərar qəbul etməsi açıq-aşkar qanun pozuntusu olmuşdur. Cavabdeh dövlət reyestrinə daxil etdiyi məlumatı birtərəfli qaydada, çıxarışın ləğvinə dair məhkəmədə iddia qaldırmaq formasında deyil, guya, dəyişikliyin qeydə alınmasından imtina formasında ləğv etməsi səlahiyyətlərindən kənara çıxmaqla, iddiaçıların hüquqlarınının pozulmasına rəvac vermişdir. Bundan əlavə, cavabdeh orqanın rəsmi internet səhifəsində "xxxx" QSC-yə aid reyestr məlumatlarına edilən dəyişikliklərin tarixçəsində 2 noyabr 2023-cü il tarixli dəyişikliyə əsasən qanuni təmsilçinin X7 olduğu barədə qeyd olsa da, 4 noyabr 2123-cü ildə verilmiş çıxarışda onun adı “əvvəlki qanuni təmsilçi” kimi qeyd edilməmişdir ki, bu faktın özü də 4 noyabrda edilmiş dəyişikliyin ciddi qanun pozuntuları ilə həyata keçirildiyini bir daha təsdiq edir. X3 adı qanunsuz olaraq qanuni təmsilçi kimi reyestr məlumatlarına daxil edildiyi andan, o, cəmiyyətin 60% səhmdarları olan ərizəçilərə cəmiyyətin fəaliyyəti ilə bağlı məlumatları əldə etmək imkanı tam məhdudlaşdırılıb, yəni - Cəmiyyətin vergi xidmətində şəxsi kabinetinə giriş məhdudlaşdırılıb, “onlayn banking”-ə girişlər ləğv edilib, ASAN imza nömrəsi ləğv edilib, OTP kodlar (birdəfəlik giriş kodları) ləğv edilib. Cəmiyyətin Ümumi Yığıncağında onun 60% səhmlərinin mülkiyyətçisi kimi iddiaçıların qəbul etdiyi qərarla X9 qanuni təmsilçi, direktor vəzifəsindən azad edilmişdir və faktiki olaraq, səhmdarların iradə ifadəsinə zidd olaraq. Cavabdehin qəbul etdiyi qərar, daha doğrusu, yol verdiyi kobud qanun pozuntusu nəticəsində qanunsuz fəaliyyət göstərir. Sadalanan faktlar da X9 tərəfindən cəmiyyətə külli miqdarda zərər vura biləcək hərəkətlərin edilməsi, yəni, Cəmiyyətin maraqlarına zidd olan əqdlərin bağlanması, Cəmiyyətin pul vəsaitləri üzərində sərəncam verilməsi, cəmiyyətin əmlakının bazar şərtlərindən əhəmiyyətli dərəcədə aşağı şərtlərlə və qiymətlə özgəninkiləşdirilməsi və ya istifadəyə verilməsi; cəmiyyətə aidiyyəti olan şəxslərlə qanunun tələblərini pozan və ya Cəmiyyətin maraqlarına təhlükə yaradan müqavilələrin bağlanması; Cəmiyyətin bağlanmış müqavilələr əsasında malları (işləri, xidmətləri) onların real dəyərindən əhəmiyyətli dərəcədə yuxarı qiymətə satın alması; özü üçün, Cəmiyyətə aidiyyəti olan şəxslər və ya digər şəxslər üçün maddi və qeyri-maddi əmlak nemətləri və bu cür əmlaka hüquqların təmin edilməsi məqsədi ilə Cəmiyyətin əmlakının mənimsənilməsi və ya israf edilməsi kimi real təhlükələr vardır.
11. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə "xxxx" QSC, daha sonra məhkəmənin 2-1(112)-15825/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı ilə X8 və X5 inzibati məhkəmə icraatına üçüncü şəxslər qismində cəlb olunmuşlar.
12. 05.12.2023-cü il tarixdə “Elektron məhkəmə” sistemi vasitəsilə cavabdeh MGBİ HŞDQİ-nin iddia tələbinə dair yazılı etirazı məhkəməyə təqdim olunmuşdur.
13. Cavabdeh inzibati orqan tərəfindən təqdim olunmuş iddaya dair yazılı münasibətdə (etiraz) göstərilmişdir ki, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 9.2-ci maddəsinə əsasən, dəyişiklik bu Qanunun 11.3-cü maddəsinin tələblərinə zidd olmadıqda, müvafiq icra hakimiyyəti orqanı 5 gün müddətində dəyişikliyi qeydiyyata alır. Qanunun 11.3.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına təqdim olunmuş sənədlər Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər qanunvericilik aktlarına zidd olduqda təsis sənədlərində edilmiş dəyişikliklərin və reyestrdə qeydə alınmış faktların sonrakı dəyişikliyinin dövlət qeydiyyatına alınmasından imtina edilə bilər. Dəyişikliklə bağlı xx.xx.2023-cü il tarixdə təqdim edilmiş sənədlər qanunvericiliyə uyğun olmadığı üçün **********177000 nömrəli xx.xx.2023-cü il tarixli qərarla imtina verilmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 63.1-ci maddəsinə əsasən İnzibati orqan öz təşəbbüsü ilə və ya maraqlı şəxslərin ərizəsinə əsasən qəbul etdiyi inzibati aktda olan yazı və hesab səhvlərini düzəldə bilər. Həmin Qanunun 63.3-cü maddəsinə əsasən, inzibati aktda düzəlişlər inzibati orqanın müvafiq vəzifəli şəxsinin və ya kollegial inzibati orqanın üzvlərinin imzası ilə təsdiq olunmalıdır. Qanunun 63.4-cü maddəsinə əsasən İnzibati orqan inzibati akta edilən düzəlişlər barədə bu Qanunun 62-ci maddəsində nəzərdə tutulmuş qaydada maraqlı şəxslərə rəsmi məlumat verməyə borcludur. Həmçinin, Qanunun 15.5-ci maddəsinə əsasən, dövlət reyestrindən çıxarışı almış şəxs onun düzgünlüyünü yoxlamalı və yanlışlıq aşkar etdikdə, çıxarışın verildiyi vaxtdan 3 həftə müddətində bu barədə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına məlumat verməlidir. Müvafiq icra hakimiyyəti orqanı həmin yanlışlığın aşkar edilməsi barədə məlumatı yoxlamalı və dövlət reyestrində müvafiq düzəlişlər aparmalıdır. "xxxx" QSC-nin müraciəti xx.xx.2023-cü il tarixdə Hüquqi Şəxslərin dövlət qeydiyyatı idarəsinə təqdim edilib, lakin həmin gün sənədlərin dövlət qeydiyyatı idarəsində səhvən reyestrə daxil edildiyi üçün reyestrdə müvafiq düzəlişlər aparılmış və bu barədə hüquqi şəxsə məlumat verilmişdir. xx.xx.2023-cü il tarixdə göndərilmiş dövlət reyestrindən çıxarış və nizamnamə yanlışlıqla hüquqi şəxsin elektron kabinetinə göndərilmişdir. Son tarixli reyestrdən çıxarış və nizamnamə yenidən xx.xx.2023-cü il tarixdə **********178700 nömrəli məktuba əlavə edilərək hüquqi şəxsin elektron kabinetinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 106-2.1-ci maddəsinə əsasən, səhmdar cəmiyyəti dövlət qeydiyyatına alındığı tarixdən otuz təqvim günündən gec olmayaraq səhmdarlarının reyestrinin aparılmasını təmin etməlidir. Həmçinin, Məcəllənin 98.1-ci maddəsinə əsasən, nizamnamə kapitalı müəyyən sayda səhmlərə bölünmüş cəmiyyət səhmdar cəmiyyəti sayılır və 103.1-ci maddəsinə əsasən, səhmdar cəmiyyətinin nizamnamə kapitalı cəmiyyətin səhmdarlar tərəfindən əldə edilmiş səhmlərinin nominal dəyərindən təşkil olunur. Məcəllənin 1077.1-ci maddəsinə əsasən, səhm mülkiyyətçisinin həmin səhmin nominal dəyərinə mütənasib surətdə səhmi buraxmış səhmdar cəmiyyətinin nizamnamə kapitalında iştirakını, mənfəətindən dividendlər, ləğvindən sonra isə qalan əmlakının hissəsini almaq hüququnu, həmçinin səhmdar cəmiyyətinin idarə olunmasında iştirak etmək hüququnu təsdiqləyən investisiya qiymətli kağızıdır. Səhmdar cəmiyyətinin idarə olunmasında iştirak etmək hüququnu investisiya qiymətli kağızı olan səhm təsdiq edir.“Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikası Qanununun 17.1.4cü maddəsinə əsasən qiymətli kağız mülkiyyətçilərinin reyestrinin aparılması mərkəzi depozitarin vəzifələrinə aid edilmişdir. Həmin Qanunun 25.3-cü maddəsinə əsasən qiymətli kağızın mülkiyyətçisi olan fiziki və hüquqi şəxslər barədə məlumatlar qiymətli kağız mülkiyyətçilərinin reyestrində əks olunmalıdır.Məcəllənin 107-2.1-ci maddəsinə əsasən isə səhmdarların ümumi yığıncağında səsli səhmlərin ən azı altmış faizinin mülkiyyətçiləri iştirak etdikdə ümumi yığıncaq səlahiyyətlidir. Lakin səhmdarların reyestri təqdim edilməmiş, bununla səhmdar cəmiyyəti ilə bağlı mülki qanunvericiliyin əsas şərtləri pozulmuş, ümumi yığıncağın keçirilməsi üçün səsli səhmlərin mülkiyyətçilərinin müəyyən edilməsi mümkün olmamışdır. Bundan başqa, 107-1.6-cı maddəsinə əsasən, Qanunda nəzərdə tutulmuş hallar istisna olmaqla, səhmdarların növbədənkənar ümumi yığıncağı direktorlar şurasının (müşahidə şurasının) öz təşəbbüsü ilə və ya təftiş komissiyasının (müfəttişin), yaxud səsli səhmlərin on faizinə malik olan səhmdarların yazılı tələbi ilə cəmiyyətin icra orqanı tərəfindən çağırılır. Məcəllənin 102.2-ci maddəsinə əsasən səhmdar cəmiyyətinin nizamnaməsində qanunvericiliyə zidd olmayan digər məlumatlar da nəzərdə tutula bilər. Cəmiyyətin nizamnaməsinin 4.1.17-ci bəndinin 1-ci hissəsinə əsasən, ümumi yığıncağın keçirilməsi ilə bağlı kütləvi informasiya vasitələrində elan verilməlidir. Lakin təqdim edilən sənədlərdən müəyyən edilmişdir ki, yığıncaq icra orqanının rəhbəri tərəfindən çağırılmamış və cəmiyyətin səhmdarlarının növbədənkənar ümumi yığıncağının keçirilməsi barədə kütləvi informasiya vasitələrində elan verilməmişdir. Həmçinin, Məcəllənin 107-1.8.2-ci maddəsinə əsasən beş iş günü müddətində səhmdarların ümumi yığıncağının çağırılması barədə bildirişlər səhmdarlara göndərilməlidir. Lakin təqdim edilmiş sənədlərə əlavə edilmiş bildirişlərdən göründüyü kimi bildirişlərin bütün səhmdarlara çatdırılması təmin edilməmişdir. Bundan başqa, Məcəllənin 107-6.1-ci və Cəmiyyətin nizamnaməsinin 4.1,19-cu maddəsinə əsasən, səhmdarların ümumi yığıncağının protokolu yığıncaq bitdikdən sonra üç iş günündən gec olmayaraq iki nüsxədə tərtib olunur, sədrlik edən şəxs və katib tərəfindən imzalanır və möhürlə təsdiq edilir. Lakin səhmdarların ümumi yığıncağının xx.xx.2023-cü il tarixli protokolu möhürlə təsdiq olunmamışdır. Göründüyü kimi, inzibati orqan tərəfindən qəbul etdiyi inzibati aktda (xx.xx.2023-cü il tarixli hüquqi şəxslərin dövlət reyestrindən çıxarışda) olan yazı səhvinə düzəliş edilməsinə baxmayaraq, həmin səhvin bərpa edilməsi və buna istinad edilməsi yolverilməzdir. xx.xx.2023-cü il tarixli **********177000 nömrəli “Kommersiya qurumunun reyestrdə qeydə alınmış faktlarının sonrakı dəyişikliyinin dövlət qeydiyyatına alınmasından imtina edilməsi haqqında” Qərar səhmdar cəmiyyətinin qanunvericiliyin müddəalarına uyğun şəkildə yenidən ümumi yığıncaq çağıraraq hər hansı məsələ barədə qərar qəbul etməsi səlahiyyətini heç cür məhdudlaşdırmır və qanunvericiliyin tələbləri gözlənilməklə tam əsaslı olaraq verilmişdir.
14. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3590/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə iddianın təmin edilməsi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinin “Kommersiya qurumunun reyestrdə qeydə alınmış faktlarının sonrakı dəyişikliyinin dövlət qeydiyyatına alınmasından imtina edilməsi haqqında” xx.xx.2023cü il tarixli, **********177000 saylı qərarı ləğv edilməsi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinin üzərinə “Kommersiya qurumunun reyestrdə qeydə alınmış faktlarının sonrakı dəyişikliyinin dövlət qeydiyyatına alınmasından imtina edilməsi haqqında” xx.xx.2023-cü il tarixli, **********177000 saylı qərarının icra olunması nəticəsində 04 noyabr 2023-cü il tarixdə verilmiş **********850600 №li çıxarışda "xxxx" qapalı səhmdar cəmiyətinin qanuni təmsilçisi kimi X3 adının bərpa edilməsi nəticəsini ləğv edərək, 02 noyabr 2023-cü il tarixli **********850600 №li çıxarışdakı məlumatların bərpa edilməsi öhdəliyi qoyulması qərara alınmışdır.
15. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, hazırki işdə cavabdeh inzibati orqan tərəfindən xx.xx.2023-cü il tarixdə "BRANDMART” QSC-nin nizamnaməsində və qanuni təmsilçisi ilə bağlı dəyişikliyinin qeydiyyata alınması barədə reyestrdən çıxarış verilsə də, sonradan xx.xx.2023-cü il tarixdə qəbul edilmiş qərar iddiaçıların xeyrinə olmadığı halda, nəinki iddiaçılar birbaşa maraqlı şəxslər qismində inzibati icraata cəlb edilməmiş, onların dinlənilmə hüququ da təmin edilməmişdir. Bu barədə qanunvericiliyin tələblərinə riayət olunduğunu təsdiq edən hər hansı sübut cavabdeh tərəfindən məhkəməyə təqdim olunmamışdır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, inzibati orqan tərəfindən xx.xx.2023-cü il tarixli "Kommersiya qurumunun reyestrdə qeydə alınmış faktlarının sonrakı dəyişikliyinin dövlət qeydiyyatına alınmasından imtina edilməsi haqqında” qərar qəbul edilərkən inzibati icraat "İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun şəkildə aparılmamışdır.
b) Apellyasiya instansiya məhkəməsində icraat
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
16. Qərardan cavabdeh apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 3590/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
c) Apellyasiya şikayətinin dəlilləri
17. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ilk növbədə bildirirlər ki, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun (bundan sonra – Qanun) 9.2-ci maddəsinə əsasən, dəyişiklik bu Qanunun 11.3-cü maddəsinin tələblərinə zidd olmadıqda, müvafiq icra hakimiyyəti orqanı 5 gün müddətində dəyişikliyi qeydiyyata alır. Qanunun 11.3.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına təqdim olunmuş sənədlər Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər qanunvericilik aktlarına zidd olduqdatəsis sənədlərində edilmiş dəyişikliklərin və reyestrdə qeydə alınmış faktların sonrakı dəyişikliyinin dövlət qeydiyyatına alınmasından imtina edilə bilər. Dəyişikliklə bağlı xx.xx.2023-cü il tarixdə təqdim edilmiş sənədlər qanunvericiliyə uyğun olmadığı üçün **********177000 nömrəli xx.xx.2023-cü il tarixli qərarla imtina verilmişdir. Həmçinin, Qanunun 15.5-ci maddəsinə əsasən, dövlət reyestrindən çıxarışı almış şəxs onun düzgünlüyünü yoxlamalı və yanlışlıq aşkar etdikdə, çıxarışın verildiyi vaxtdan 3 həftə müddətində bu barədə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına məlumat verməlidir. Müvafiq icra hakimiyyəti orqanı həmin yanlışlığın aşkar edilməsi barədə məlumatı yoxlamalı və dövlət reyestrində müvafiq düzəlişlər aparmalıdır. "xxxx" QSCnin müraciəti xx.xx.2023-cü il tarixdə Hüquqi Şəxslərin dövlət qeydiyyatı idarəsinə təqdim edilib, lakin həmin gün sənədlərin dövlət qeydiyyatı idarəsində səhvən reyestrə daxil edildiyi üçün reyestrdə müvafiq düzəlişlər aparılmış və bu barədə hüquqi şəxsə məlumat verilmişdir. xx.xx.2023-cü il tarixdə göndərilmiş dövlət reyestrindən çıxarış və nizamnamə yanlışlıqla hüquqi şəxsin elektron kabinetinə göndərilmişdir. Son tarixli reyestrdən çıxarış və nizamnamə yenidən xx.xx.2023-cü il tarixdə **********178700 nömrəli məktuba əlavə edilərək hüquqi şəxsin elektron kabinetinə göndərilmişdir. İddia tələbi ilə bağlı bildirirlər ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Məcəllə)106-2.1-ci maddəsinə əsasən, səhmdar cəmiyyəti dövlət qeydiyyatına alındığı tarixdən otuz təqvim günündən gec olmayaraq səhmdarlarının reyestrinin aparılmasını təmin etməlidir. Həmçinin, Məcəllənin 98.1-ci maddəsinə əsasən, nizamnamə kapitalı müəyyən sayda səhmlərə bölünmüş cəmiyyət səhmdar cəmiyyəti sayılır və 103.1-ci maddəsinə əsasən, səhmdar cəmiyyətinin nizamnamə kapitalı cəmiyyətin səhmdarlar tərəfindən əldə edilmiş səhmlərinin nominal dəyərindən təşkil olunur. Məcəllənin 107-2.1-ci maddəsinə əsasən isə səhmdarların ümumi yığıncağında səsli səhmlərin ən azı altmış faizinin mülkiyyətçiləri iştirak etdikdə ümumi yığıncaq səlahiyyətlidir. Lakin səhmdarların reyestri təqdim edilməmiş, bununla səhmdar cəmiyyəti ilə bağlı mülki qanunvericiliyin əsas şərtləri pozulmuş, ümumi yığıncağın keçirilməsi üçün səsli səhmlərin mülkiyyətçilərinin müəyyən edilməsi mümkün olmamışdır. Həmçinin, Məcəllənin107-1.8.2-ci maddəsinə əsasən beş iş günü müddətində səhmdarların ümumi yığıncağının çağırılması barədə bildirişlər səhmdarlara göndərilməlidir. Lakin təqdim edilmiş sənədlərə əlavə edilmiş bildirişlərdən göründüyü kimi bildirişlərin bütün səhmdarlara çatdırılması təmin edilməmişdir. Bundan başqa, Məcəllənin 107-6.1-ci və Cəmiyyətin nizamnaməsinin 4.1.19-cu maddəsinə əsasən, səhmdarların ümumi yığıncağının protokolu yığıncaq bitdikdən sonra üç iş günündən gec olmayaraq iki nüsxədə tərtib olunur, sədrlik edən şəxs və katib tərəfindən imzalanır və möhürlə təsdiq edilir. Lakin səhmdarların ümumi yığıncağının xx.xx.2023-cü il tarixli protokolu möhürlə təsdiq olunmamışdır. Məcəllənin 1077.1-ci maddəsinə əsasən, səhm mülkiyyətçisinin həmin səhmin nominal dəyərinə mütənasib surətdə səhmi buraxmış səhmdar cəmiyyətinin nizamnamə kapitalında iştirakını, mənfəətindən dividendlər, ləğvindən sonra isə qalan əmlakının hissəsini almaq hüququnu, həmçinin səhmdar cəmiyyətinin idarə olunmasında iştirak etmək hüququnu təsdiqləyən investisiya qiymətli kağızıdır. Göründüyü kimi, səhmdar cəmiyyətinin idarə olunmasında iştirak etmək hüququnu investisiya qiymətli kağızı olan səhm təsdiq edir. “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikası Qanununun 17.1.4-cü maddəsinə əsasən qiymətli kağız mülkiyyətçilərinin reyestrinin aparılması mərkəzi depozitarin vəzifələrinə aid edilmişdir. Həmin Qanunun 25.3-cü maddəsinə əsasən qiymətli kağızın mülkiyyətçisi olan fiziki və hüquqi şəxslər barədə məlumatlar qiymətli kağız mülkiyyətçilərinin reyestrində əks olunmalıdır. Həmçinin Məhkəmənin nəzərinə çatdırırlar ki, iş üzrə Bakı İnzibati Məhkəməsinin qəbul etdiyi xx.xx.2023-ci il tarixli, 15(112)-497/2023 nömrəli müvəqqəti xarakterli müdafiə tədbiri qərardadının mahiyyəti yekun məhkəmə aktının mahiyyəti ilə eynilik təşkil edir. Həm iddia ərizəsində, həm də müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizədə qoyulan tələbin mahiyyəti üzrə eyni olmasına baxmayaq məhkəmə tərəfindən müvəqqəti xarakterli müdafiə tədbiri adı ilə sanki yekun məhkəmə aktının qəbul edilməsi məhkəmə qərarının qanunvericiliyin həm prosessual həm də maddi normalarının pozulması ilə qəbul edilməsi nəticəsinə gəlmək olar. Göründüyü kimi, inzibati orqan tərəfindən qəbul etdiyi inzibati aktda (xx.xx.2023-cü il tarixli hüquqi şəxslərin dövlət reyestrindən çıxarışda) olan yazı səhvinə düzəliş edilməsinə baxmayaraq, həmin səhvin bərpa edilməsi və buna istinad edilməsi yolverilməzdir. xx.xx.2023-cü il tarixli **********177000 nömrəli “Kommersiya qurumunun reyestrdə qeydə alınmış faktlarının sonrakı dəyişikliyinin dövlət qeydiyyatına alınmasından imtina edilməsi haqqında” Qərar səhmdar cəmiyyətinin qanunvericiliyin müddəalarına uyğun şəkildə yenidən ümumi yığıncaq çağıraraq hər hansı məsələ barədə qərar qəbul etməsi səlahiyyətini heç cür məhdudlaşdırmır və qanunvericiliyin tələbləri gözlənilməklə tam əsaslı olaraq verilmişdir.
d) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
18. Apellyasiya şikayətinə iddia ərizəsi ilə oxşar məzmunda yazılı etiraz daxil olmuşdur.
e) Prosses iştirakçılarının izahatları
19. Məhkəmə Kollegiyasının iclasında cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir.
20. Məhkəmə Kollegiyasının iclasında iddiaçıların vəkili (nümayəndəsi) apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir.
21. Məhkəmə Kollegiyasının iclasının vaxtı və yeri barədə məlumat verilmiş 3-cü şəxslər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Kollegiyası İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq inzibati işə baxılmasını mümkün saymışdır.
Tətbiq edilən hüquq
22. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 98.1. Nizamnamə kapitalı müəyyən sayda səhmlərə bölünmüş cəmiyyət səhmdar cəmiyyəti sayılır. 100.1. Səhmləri yalnız onun təsisçiləri arasında və ya qabaqcadan müəyyənləşdirilmiş digər şəxslər dairəsində yayılan səhmdar cəmiyyəti qapalı səhmdar cəmiyyətidir. 102.5. Cəmiyyətin nizamnaməsində əlavə və dəyişikliklərin edilməsi qərarı səhmdarların ümumi yığıncağında, səsvermə hüququna malik olan səhmdarların üçdə iki səs çoxluğu ilə qəbul edilir. 106-2.1. Səhmdar cəmiyyəti dövlət qeydiyyatına alındığı tarixdən otuz təqvim günündən gec olmayaraq səhmdarlarının reyestrinin aparılmasını təmin etməlidir. 107.1. Səhmdar cəmiyyətinin ali idarəetmə orqanı onun səhmdarlarının ümumi yığıncağıdır. Səhmdarların ümumi yığıncağının müstəsna səlahiyyətinə aşağıdakılar aiddir: 107.1.1. cəmiyyətin nizamnaməsini və nizamnamə kapitalının miqdarını dəyişdirmək; 107-1.1. Səhmdarların ümumi yığıncağı növbəti və növbədənkənar ola bilər. 107- 1.2. Səhmdarların növbəti ümumi yığıncağı ildə bir dəfədən az olmayaraq çağırılmalıdır (illik ümumi yığıncaq). 107-1.3. Səhmdarların illik ümumi yığıncağı maliyyə ili bitdikdən sonra altı aydan gec olmayaraq, direktorlar şurası (müşahidə şurası) tərəfindən çağırılır və bu barədə səhmdarlara məlumat verilir. Cəmiyyətin direktorlar şurası (müşahidə şurası) olmadıqda, səhmdarların ümumi yığıncağının çağırılması cəmiyyətin icra orqanı tərəfindən həyata keçirilir. 107-2.1. Səhmdarların ümumi yığıncağında səsli səhmlərin altmış faizinin sahibləri iştirak etdikdə ümumi yığıncaq səlahiyyətlidir. 107-5.1. Səhmdarların ümumi yığıncağının qərarı, bu Məcəllə və cəmiyyətin nizamnaməsi ilə başqa hal nəzərdə tutulmadıqda, bu Məcəllənin 107-3.5-ci maddəsinin müddəaları nəzərə alınmaqla, ümumi yığıncaqda iştirak edən səhmdarların sadə səs çoxluğu ilə qəbul edilir. Cəmiyyətin yenidən təşkili, ləğvi, nizamnaməsinə əlavə və dəyişikliklərin edilməsi haqqında qərarlar “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qayda istisna olmaqla, səhmdarların ümumi yığıncağında səsvermə hüququna malik olan səhmdarların üçdə iki səs çoxluğu ilə qəbul edilir. 107-6.1. Səhmdarların ümumi yığıncağının protokolu yığıncaq bitdikdən sonra üç iş günündən gec olmayaraq iki nüsxədə tərtib olunur, sədrlik edən şəxs və katib tərəfindən imzalanır və möhürlənir.
23. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: 4.1. Azərbaycan Respublikasının ərazisində hüquqi şəxs statusu almaq istəyən qurum, habelə xarici hüquqi şəxsin nümayəndəliyi və ya filialı dövlət qeydiyyatına alınmalı və dövlət reyestrinə daxil edilməlidir. Kommersiya təşkilatları,publik hüquqi şəxslər, habelə xarici hüquqi şəxslərin nümayəndəlikləri və ya filialları yalnız dövlət qeydiyyatına alındıqdan sonra fəaliyyət göstərə bilərlər. Onların dövlət qeydiyyatına alınmadan fəaliyyət göstərməsi qanunla müəyyən edilmiş qaydada məsuliyyətə səbəb olur. 5.1. Hüquqi şəxs statusu almaq istəyən qurumun dövlət qeydiyyatına alınması üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına ərizə ilə müraciət edilməlidir. 5.2. Ərizə təsisçi (bir neçə təsisçi olduqda isə, bütün təsisçilər), qanuni təmsilçi (qanuni təmsilçilər) və ya onların müvafiq qaydada vəkil etdiyi şəxs tərəfindən imzalanır və notariat qaydasında təsdiqlənir. 5.3. Ərizədə aşağıdakılar göstərilir: 5.3.1. təsisçi (təsisçilər) fiziki şəxs olduqda - onun (onların) adı, soyadı, atasının adı, yaşadığı yer, şəxsiyyətini təsdiq edən sənədin nömrəsi və verilmə tarixi; 5.4. Ərizəyə aşağıdakı sənədlər əlavə edilir: 5.4.1. təsis sənədləri – hüquqi şəxs statusu almaq istəyən qurumun təsisçisi (təsisçiləri) və ya onun (onların) səlahiyyətli nümayəndəsi tərəfindən , publik hüquqi şəxslərin isə “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada təsdiq edilmiş nizamnaməsi, habelə bu Qanunun məqsədləri üçün, həmin qurumun təsis edilməsi, nizamnaməsinin təsdiq edilməsi və idarəetmə orqanlarının formalaşdırılması (bu Qanunun 8-1.2-ci maddəsi nəzərə alınmaqla) barədə qərarlar (təsis sənədləri Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş, habelə təsisçilər tərəfindən zəruri hesab edilən digər məsələləri əks etdirməli və bütün təsisçilər (və ya onların səlahiyyətli nümayəndələri) tərəfindən imzalanmalıdır); 9.1. Hüquqi şəxslərin, xarici hüquqi şəxsin nümayəndəlik və ya filiallarının təsis sənədlərinə edilən hər bir dəyişiklik, eləcə də qeydə alınmış faktların hər bir sonrakı dəyişikliyi qeydiyyata alınmalıdır. 9.2. Dəyişikliyin qeydiyyata alınması üçün həmin dəyişikliyin baş verdiyi andan 40 gündən gec olmayaraq Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına ərizə ilə müraciət edilməlidir. Ərizədə, baş vermiş dəyişiklik göstərilməli və həmin dəyişikliyi təsdiq edən sənədlər təqdim edilməlidir. Dəyişiklik bu Qanunun 11. 3-cü maddəsinin tələblərinə zidd olmadıqda, müvafiq icra hakimiyyəti orqanı 5 gün müddətində dəyişikliyi qeydiyyata alır. 11.1. Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş əsaslardan başqa hər hansı digər əsasa görə, hüquqi şəxs statusu almaq istəyən qurumların, habelə xarici hüquqi şəxsin nümayəndəlik və ya filiallarının dövlət qeydiyyatına alınmasından və dövlət reyestrinə daxil edilməsindən, eləcə də dövlət reyestrində dəyişikliklər edilməsindən imtinaya yol verilmir. 11.3. Hüquqi şəxs statusu almaq istəyən qurumun, habelə xarici hüquqi şəxsin nümayəndəlik və ya filialının dövlət qeydiyyatına alınmasından, Azərbaycan Respublikasında dövlət qeydiyyatına alınmış hüquqi şəxsin nümayəndəlik və ya filialının dövlət reyestrinə daxil edilməsindən, habelə təsis sənədlərində edilmiş dəyişikliklərin və reyestrdə qeydə alınmış faktların sonrakı dəyişikliyinin dövlət qeydiyyatına alınmasından yalnız aşağıdakı hallarda imtina edilə bilər: 11.3.1. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına təqdim olunmuş sənədlər Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər qanunvericilik aktlarına zidd olduqda; 11.3.1-1. ərizədə göstərilən məlumatlar və (və ya) ona əlavə edilən sənədlər yanlış olduqda; 11.3.2. hüquqi şəxs statusu almaq istəyən qurumların məqsədləri, vəzifələri və fəaliyyət formaları qanunvericiliyə zidd olduqda; 11.3.2-1. Qeyri-hökumət təşkilatlarının nizamnamələrində dövlət və yerli özünüidarə orqanlarının səlahiyyətlərinin mənimsənilməsi, habelə dövlət nəzarəti və yoxlama funksiyaları nəzərdə tutulduqda; 11.3.3. firma adlarının qorunması haqqında qanunvericiliyin tələbləri pozulduqda və ya eyni adlı qeyri-kommersiya təşkilatı qeydiyyata alınmış olduqda, qeyri-hökumət təşkilatlarının adında Azərbaycan Respublikasının dövlət orqanlarının adlarından, habelə Azərbaycanın görkəmli şəxsiyyətlərinin adlarından (onların yaxın qohumlarının və ya vərəsələrinin icazəsi olmadan) istifadə edildikdə; 11.3.4. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsis sənədlərində aşkar edilmiş çatışmazlıqlar bu Qanunun 8.3-cü maddəsində müəyyən olunmuş müddət ərzində aradan qaldırılmadıqda. 11.4. Hüquqi şəxs statusu almaq istəyən qurumun, xarici hüquqi şəxsin nümayəndəlik və ya filialının, habelə Azərbaycan Respublikasında dövlət qeydiyyatına alınmış hüquqi şəxsin nümayəndəliyinin və ya filialının müvafiq olaraq dövlət qeydiyyatına alınması və dövlət reyestrinə daxil edilməsi, eləcə də təsis sənədlərində edilmiş dəyişikliklərin və reyestrdə qeydə alınmış faktların sonrakı dəyişikliyinin dövlət qeydiyyatına alınması üçün bu Qanunda göstərilməyən sənədlərin tələb olunmasına yalnız o halda yol verilir ki, belə sənədlərin təqdim edilməsi Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında nəzərdə tutulmuş olsun. 11.5. Hüquqi şəxs statusu almaq istəyən qurumun, xarici hüquqi şəxsin nümayəndəlik və ya filialının, habelə Azərbaycan Respublikasında dövlət qeydiyyatına alınmış hüquqi şəxsin nümayəndəliyinin və ya filialının müvafiq olaraq dövlət qeydiyyatına alınmasından və dövlət reyestrinə daxil edilməsindən, eləcə də təsis sənədlərində edilmiş dəyişikliklərin və reyestrdə qeydə alınmış faktların sonrakı dəyişikliyinin dövlət qeydiyyatına alınmasından qanunsuz imtina və ya yayınma barədə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada yuxarı orqana və ya məhkəməyə şikayət verilə bilər. 13.3-1. Kommersiya qurumları və publik hüquqi şəxslər müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) dövlət qeydiyyatına alındıqda və ya təsis sənədlərində edilmiş dəyişikliklərin və qeydə alınmış faktların sonrakı dəyişikliyi dövlət qeydiyyatına alındığı gün qeydiyyat sənədləri (dövlət qeydiyyatı haqqında şəhadətnamə, dövlət reyestrindən çıxarış, nizamnamə və ya nizamnaməyə dəyişiklik) hüquqi şəxsin elektron kabinetinə göndərilir. 13.4. Hüquqi şəxsin dövlət qeydiyyatı haqqında şəhadətnamə və dövlət reyestrindən çıxarışı hüquqi şəxsin, onun filial və nümayəndəliyinin fərdiləşdirilməsi üçün əsasdır.
24. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun: 1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. 2.0.6-cı madəssinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. 64.2-ci maddəsinə əsasən inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. 67.5-ci maddəsinə əsasən maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir.
25. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 68.1 məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2 məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.
Apellyasiya baxışının hədləri
26. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
27. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
28. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir.İddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.
29. İddia tələbinin və apellyasiya şikayətinin dəlilləri ilə bağlı isə məhkəmə Kollegiyası qeyd edir ki, iş materiallarından müəyyən olunur ki, "xxxx" QSC-nin 59% səhmlərinin mülkiyyətçisi X10 tərəfindən Cəmiyyətin icra orqanına müraciət olunaraq ümumi yığıncağın çağırılması xahiş edilmiş, lakin icra orqanı (Cəmiyyətin əvvəlki qanuni təmsilçisi) tərəfindən bu təkliflə bağlı Mülki Məcəllənin 107-1.8-ci maddəsinə uyğun olaraq hər hansı tədbir görülməmiş, buna görə də X10 tərəfindən Cəmiyyətin digər təsisçilərinə bildiriş göndərilməklə ümumi yığıncaq çağırılmış, lakin həmin yığıncaqda Cəmiyyətin 6% səhmlərinin mülkiyyətçisi X8 və 34% səhmlərinin mülkiyyətçisi X5 iştirak etməmişdir. Ümumi yığıncaqda Cəmiyyətin 60% səhmlərinin mülkiyyətçisi olan X10 (59%) və İddiaçı2 QSC-nin (1%) nümayəndəsi iştirak etdiyi üçün yığıncaq Mülki Məcəllənin 107-2.1-ci maddəsinə və cəmiyyətin həmin vaxt qüvvədə olan nizamnaməsinin 4.1.9-cu bəndinə əsasən səlahiyyətli olmuşdur.
30. xx.xx.2023-cü il tarixdə "xxxx" QSC-nin təsisçilərinin növbədənkənar keçirdiyi ümumi yığıncağının qərarı ilə QSC-nin 2-ci redaksiyada Nizamnaməsi təsdiq edilmiş, X9 QSC-nin qanuni təmsilçisi, direktoru vəzifəsindən azad olunmuş və X7 QSC-nin qanuni təmsilçisi, direktoru vəzifəsinə təyin olunmuşdur.
31. Həmin tarixdə "xxxx" QSC-nin rəhbəri (qanuni təmsilçi) X7 ərizə ilə Kommersiya qurumunun dövlət qeydiyyatı üçün ərizə ilə cavabdeh inzibati orqana müraciət etmiş, sonuncu tərəfindən ərizənin qeydiyyata alındığı və ərizənin baxılmasına dair sənədin 13 noyabr 2023-cü il tarixədək hüquqi şəxsin elektron kabinetinə göndəriləcəyi barədə xx.xx.2023-cü il tarixli bildiriş verilmişdir.
32. Bundan sonra MGBİ HŞDQİ tərəfindən xx.xx.2023-cü il tarixli **********850600 №li çıxarış verilərək, həmin çıxarışda xx.xx.2021-ci il tarixdə hüquqi şəxs qismində dövlət qeydiyyatına alınmış "xxxx" QSC-nin əvvəlki qanuni təmsilçisinin X9, hazırki qanuni təmsilçisinin isə X7 olduğu qeyd olunmuşdur. Daha sonra isə cavabdeh orqan tərəfindən xx.xx.2023-cü il tarixli qərarla "xxxx" QSC-nin reyestrdə qeydə alınmış faktlarının sonrakı dəyişikliyinin dövlət qeydiyyatına alınmasına dair təqdim edilmiş xx.xx.2023-cü il tarixli **********230400 qeydiyyat nömrəli müraciətinə baxılaraq Cəmiyyətin reyestrdə qeydə alınmış faktlarının sonrakı dəyişiklikliyinin dövlət qeydiyyatına alınmasından imtina edilməsi qərara alınmışdır. Elə həmin xx.xx.2023-cü il tarixdə yenidən cavabdeh orqan tərəfindən müvafiq reyestrdən çıxarış verilərək, xx.xx.2021-ci il tarixdə hüquqi şəxs qismində dövlət qeydiyyatına alınmış "xxxx" QSC-nin hazrki qanuni təmsilçisinin X9 olduğu qeyd olunmuşdur.
33. Cavabdeh inzibati orqanın xx.xx.2023-cü il tarixli qərarında Cəmiyyətin reyestrdə qeydə alınmış faktlarının sonrakı dəyişikliyinin dövlət qeydiyyatına alınmasından imtina edilərkən 1) Cəmiyyətin səhmdarlarının reyestrinin təqdim olunmamasına; 2) Cəmiyyətin nizamnaməsinin 4.1.17-ci bəndinin 1-ci hissəsinə əsasən növbədənkənar ümumi yığıncağın keçirilməsi ilə bağlı kütləvi informasiya vasitələrində elan verilməməsinə; 3) ümumi yığıncağın keçirilməsi ilə bağlı digər səhmdarlara göndərilmiş bildirişlərin həmin səhmdarlara çatdırılmasının təmin olunmamasına; 4) səhmdarların ümumi yığıncağının xx.xx.2023-cü il tarixli protokolunun möhürlə təsdiq olunmadığına istinad olunmuşdur.
34. Qeyd olunanlarla bağlı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Cəmiyyətin səhmdarlarının reyestrinin təqdim olunması Cəmiyyətin əvvəlki təmsilçisinin (direktorunun) vəzifəsi olmuşdur, onun tərəfindən bu sənədin təqdim olunmaması iddiaçıların tələbinin təmin olunmasından imtina üçün əsas ola bilməzdi.
35. “Ümumi yığıncağın çağırılması ilə bağlı KİV-də elan verilməsi tələbi isə Azərbaycan Respublikasının Mülki Məcəlləsində qapalı səhmdar cəmiyyətlərə münasibətdə nəzərdə tutulmamışdır. Qeyd olunan müddəa Cəmiyyətin nizamnaməsində öz əksini tapsa da, nizamnamənin qanunvericiliklə ziddiyyət təşkil etdiyi halda qanunvericiliyin müddəasının tətbiq ediləcəyi müddəası da nizamnamədə açıq-aydın göstərilmişdir.
36. Odur ki, hazırki vəziyyətdə iddiaçıların növbədənkənar ümumi yığıncağın çağırılması ilə bağlı KİV-də elan vermək kimi vəzifələri olmamışdır.
37. Ümumi yığıncağın keçirilməsi ilə bağlı digər səhmdarlara göndərilmiş bildirişlərin həmin səhmdarlara çatdırılması ilə bağlı məhz sübutların təqdim olunması isə qanunvericiliklə müəyyən olunmamışdır. Mülki Məcəllənin 107-1.8.2-ci maddəsində belə bildirişlərin səhmdarlara yalnız göndərilməsi nəzərdə tutulmuşdur ki, bu qaydaya da riayət olunmuşdur.
38. xx.xx.2023-cü il tarixli protokolun möhürlə təsdiq olunmamasına münasibətdə isə qeyd olunmalıdır ki, hazırki işdən də göründüyü kimi, Cəmiyyətin təsisçiləri, o cümlədən qanuni təmsilçisi ilə digər təsisçilər arasında mübahisə olduğundan belə bir vəziyyətdə protokolun təmsilçi (əvvəlki) tərəfindən möhürlə təsdiq olunmasının tələb edilməsi qanunvericiliyin tələblərinə zidd olmuşdur.
39. Həmçinin qeyd olunmalıdır ki, inzibati orqan tərəfindən iddiaçıların müraciəti təmin olunaraq xx.xx.2023-cü il tarixdə "xxxx" QSC barədə reyestrdən çıxarış verilsə də, sonradan xx.xx.2023-cü il tarixdə yeni çıxarış verilmiş və eyni zamanda Cəmiyyətin reyestrdə qeydə alınmış faktlarının sonrakı dəyişiklikliyinin dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə xx.xx.2023-cü il tarixli qərar da qəbul olunmuşdur. Məhkəmə araşdırmaları zamanı məlum olmuşdu ki, cavabdeh qurum tərəfindən xx.xx.2023-cü il tarixli qərar cavabdehin öz təşəbbüsü ilə inzibati icraat aparılmadan qəbul olunmuşdur.
40. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir.
41. Maddənin məzmunundan da göründüyü kimi, inzibati orqanlar öz təşəbbüsü ilə inzibati akt qəbul edərkən inzibati icraat aparırlar.
42. Qanunun 28-ci maddəsi inzibati icraatın başlanması üçün əsasları müəyyən edir və onlardan biri də inzibati orqanların öz təşəbbüsü ilə inzibati icraat başlamasıdır. 43.Qanununa əsasən inzibati icraatın başlanılması üçün əsaslar aşağıdakılardır: fiziki və ya hüquqi şəxsin ərizəsi; inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi; inzibati aktdan şikayət verildiyi halda, inzibati şikayət (28.1).
44. Qanunun 14-cü maddəsinə əsasən inzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. Diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz.
45. Qanunun 21-ci maddəsinin tələbinə görə qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur.
46. Qanunun 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir.
47. Qanunun 25.1-ci maddəsinə əsasən Qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, maraqlı şəxslər həm icraat zamanı, həm də icraatdan sonra inzibati icraat materialları ilə tanış olmaq və ya icraatla bağlı məlumat almaq hüququna malikdirlər.
48. Qanunun 13.1 və 13.2-ci maddələrinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur.
49. Qanunun 64.2-ci maddəsinə əsasən inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır.
50. Hazırki işdə xx.xx.2023-cü il tarixli qərar qəbul edilməmişdən öncə, cavabdeh tərəfindən inzibati icraatın öz təşəbbüsü ilə başlanması üçün əsasların nə ilə bağlı olduğu, yəni iddiaçıların müraciəti əsasında tələblərinin təmin olunmasına dair qəbul edilmiş xx.xx.2023-cü il il tarixli çıxarışın qanuniliyinin araşdırılması barədə cavabdehin istinad etdiyi daxili araşdırmanın aparılmasına dair qərarın qəbul edildiyi, inzibati icraatın hansı qaydada aparılması, inzibati icraat barədə tərəfin (maraqlı şəxslərin) məlumatlandırılması, inzibati icraatda maraqlı şəxslərin (iddiaçıların) iştirakının, həmçinin onların dinlənilmə hüququnun təmin edilməsi, sübutların obyektiv araşdırılması, etimad hüququnun gözlənilib- gözlənilməməsi, başqa sözlə, aparılan icraatın "İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun aparıldığı müəyyən olunmur.
51. "İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə əsasən maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir.
52. Həmin Qanunun 67-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər.
53. İnzibati orqan qüvvədə olan və mübahisələndirilə bilməyən əlverişli inzibati aktın qanunsuz olması ilə bağlı əsaslı məlumatlar əldə etdiyi hər bir halda, inzibati icraat haqqında qanunvericiliyin tələbləri baxımından xidməti mövqeyinə görə həmin inzibati aktın qəbul edilməsi üzrə əvvəlki inzibati icraatı təzələməyə və icraat aparmağa, icraat çərçivəsində inzibati aktın ləğvini və ya dəyişdirilməsini şərtləndirən halların mövcudluğunu müəyyən etməyə borcludur. Bu zaman inzibati orqan tərəfindən şəxsin həmin inzibati akta etimad hüququnun mövcudluğu, şəxsin etimadının qanunla qorunub-qorunmadığı da "İnzibati icraat haqqında” Qanunun 67- ci, xüsusən də 67.5-67.13-ci maddələrinin müddəaları baxımından yoxlanılmalıdır. İnzibati orqan yalnız bu halların müəyyən edilməsindən sonra inzibati aktın ləğvi və ya dəyişdirilməsi və ya inzibati aktın ləğvi və ya dəyişdirilməsindən imtina barədə qərar (inzibati akt) qəbul etməyə haqlıdır.
54. Təzələnmiş icraat nəticəsində qəbul edilən inzibati akt qanunvericiliyin müvafiq maddələrinə istinad edilməklə inzibati orqan tərəfindən əsaslandırılmalıdır. Şəxs inzibati orqanın hansı hallar əsasında inzibati aktı ləğv etdiyini və ya dəyişdirdiyini, bunun səbəblərini və bu zaman istinad olunan hüquq normalarını qərardan aydın görmək imkanına malik olmalıdır. Bunu şəxsin həmin qərardan müdafiə olunmaq və öz müdafiəsini səmərəli şəkildə həyata keçirmək hüququ tələb edir. İnzibati orqanın öz qərarını əsaslandırma vəzifəsi eyni zamanda və həm də səmərəli məhkəmə nəzarətinin həyata keçirilməsi məqsədlərinə xidmət edir.
55. Hazırki işdə cavabdeh inzibati orqan tərəfindən xx.xx.2023-cü il tarixdə "BRANDMART” QSC-nin nizamnaməsində və qanuni təmsilçisi ilə bağlı dəyişikliyinin qeydiyyata alınması barədə reyestrdən çıxarış verilsə də, sonradan xx.xx.2023-cü il tarixdə qəbul edilmiş qərar iddiaçıların xeyrinə olmadığı halda, nəinki iddiaçılar birbaşa maraqlı şəxslər qismində inzibati icraata cəlb edilməmiş, onların dinlənilmə hüququ da təmin edilməmişdir. Bu barədə qanunvericiliyin tələblərinə riayət olunduğunu təsdiq edən hər hansı sübut cavabdeh tərəfindən məhkəməyə təqdim olunmamışdır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, inzibati orqan tərəfindən xx.xx.2023-cü il tarixli "Kommersiya qurumunun reyestrdə qeydə alınmış faktlarının sonrakı dəyişikliyinin dövlət qeydiyyatına alınmasından imtina edilməsi haqqında” qərar qəbul edilərkən inzibati icraat "İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun şəkildə aparılmamışdır.
56. İPM-in 14.1-ci maddəsinə əsasən, mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir.Göründüyü kimi, hazırkı iş üzrə sübutetmə vəzifəsi cavabdehin üzərinə düşür. Cavabdehin etirazında sübutetmə vasitələri kimi istinad etdiyi hallar isə aktların qəbul edilməsini zəruri edən faktiki şərtləri ödəmir və yalnız ehtimal xarakteri daşıyır. Başqa sözlə, cavabdeh inzibati orqan mübahisələndirilən qərarın qəbulunu zəruri edən faktiki şərtləri sübut edə bilməmişdir.
57. Həmin Məcəllənin 70.1-ci maddəsinə əsasən maddəsinə əsasən, inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur.
58. Həmin Məcəllənin 70.3-cü maddəsinə əsasən inzibati aktın ləğv edilməsi ilə yanaşı, iddiaçının hər hansı öhdəliyin (vəzifənin) yerinə yetirilməsini tələb etməyə haqlı olduğu hallarda, məhkəmə həmin icraat zamanı tələb olunan öhdəliyi (vəzifəni) yerinə yetirməyə məcbur etmə haqqında qərar qəbul edə bilər.
59. Apellyasiya şikayətinin dəlilləri ilə bağlı yuxarıda göstərilənlərdən əlavə məhkəmə Kollegiyası qeyd edir ki, cavabdeh orqan reyestr məlumatlarına dəyişiklik edilməsi barədə qərar (inzibati akt) qəbul edərək 2 noyabr 2023-cü il tarixli Çıxarışı verdikdən sonra, qüvvədə olan həmin qərarın (inzibati aktın) mövcud olduğu halda “cəmiyyətin reyestrdə qeydə alınmış faktların sonrakı dəyişikliyinin dövlət qeydiyyatına alınmasından imtina edilməsi” haqqında qərar qəbul edə bilməzdi. Eyni məsələyə dair müxtəlif tarixli və biri digərini inkar edən (xx.xx.2023 və xx.xx.2023) qərarların qəbul edilməsi qanunsuz olmuşdur.
60. Belə ki, xx.xx.2023-cü il tarixli reyestr qeydiyyatının aparılmasını texniki səhv kimi qiymətləndirən cavabdeh inzibati orqanın həmin reyestr dəyişikliyinin qeydiyyatından imtina üçün qeyd etdiyi “əsaslar”ın hazırkı mübahisəyə aidiyyatı belə yoxdur. Belə ki, cavabdeh inzibati orqanın apellyasiya şikayətində qiymətli kağız mülkiyyətçilərinin reyestrinin aparılmadığını və cavabdeh inzibati orqana həmin reyestrin təqdim edilmədiyini əsas gətirərək keçirilmiş ümumi yığıncağın səlahiyyətsiz olduğunu qeyd etməsi əsaslı deyil. Səhmlərin qeydiyyatının aparılmaması səhmdarların Cəmiyyətin fəaliyyətində Nizamnamə və qanunla müəyyən edilmiş qaydada iştirak etmək hüquqlarını, və öz səhhmlərinə olan mülkiyyət hüquqlarını şübhə altına sala bilməz. Nəzərə almaq lazımdır ki, reyestrə daxil edilməsi barədə müraciət edilən dəyişiklik səhmdarlar tərəfindən səhmlərin özgəninkilərşdirilməsi, yüklü edilməsi və hər hansı formada sərəncam verməsi ilə bağlı olmamışdır.
61. Həmçinin qeyd edilən məsələ hazırkı iş üzrə mübahisə predmeti ola bilməz, çünki səhmdar cəmiyyətinin səhmdarlarının reyestrinin aparılması mərkəzi depozitarın (Milli Depozit Mərkəzinin) səlahiyyətlərinə aiddir.
62. Bundan başqa qeyd olunmalıdır ki, ümumi yığıncağın keçirilməsi barədə bildirişlərin bütün səhmdarlara çatdırılmasının təmin edilmədiyi dəlili də əsassızdır. Belə ki, Mülki Məcəllənin 107-1.8.2-ci maddəsində ümumi yığıncağının çağırılması barədə bildirişlərin səhmdarlara göndərməsi nəzərdə tutulmuşdur. Ərizəçi tərəfindən bu tələb yerinə yetirilmiş və göndərilmə barədə poçt qəbzləri təqdim edilmişdir. Cavabdehin qənaətinə görə, səhmdarın öz ünvanında olmaması və ya bildirişi qəbul etməkdən yayınması və bunun nəticəsində də ümumi yığıncağın dəfələrlə qeyri-müəyyən müddətə təxirə salınması, yığıncağı çağıran və iştirak edən səhmdarın hüququnun pozulması qəbul edilməlidir.
63. Göstərilənlərdən əlavə məhkəmə Kollegiyası onu da qeyd edir ki, iş materiallarında olan Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-731/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadından görünür ki, iddiaçılar X1 və X4 cavabdeh İddiaçı1 və İddiaçı2Qapalı Səhmdar Cəmiyyətinə qarşı “ümumi yığıncağın protokol və qərarının etibarsız hesab edilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə iddia ərizəsinin geri qaytarılmasına dair vəsatət verildiyindən iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin geri qaytarılması qərara alınmışdır.
64. Beləliklə, Məhkəmə Kollegiyası vurğulayır ki, cavabdehin apellyasiya şikayətində qeyd olunan dəlillər qanuni və əsaslı məhkəmə qərarının ləğvinə əsas təşkil etmir.
65. Beləliklə, məhkəmə Kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3590/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır.
66. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2-ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
qərara aldı:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3590/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.