Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1903/2022 15.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Həmidov Həmid Üzeyir oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi tələbinə dair” inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5330/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı məhkəməyə məcburetmə haqqında iddia ərizəsi və və sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə (i.v.59) ilə məhkəməyə müraciət edərək, ona 52 yaşının tamam olduğu xx.xx.2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehə iddia qaldıraraq cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir (İPM-m 33.1). İddianın əsaslarına iddiaçı 16 fevral 1961-cı ildə anadan olmuş, 24 fevral 2021-ci il tarixində ərizə ilə cavabdehə müraciət edərək, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmiş, lakin sonuncu 02 dekabr 2020-ci il tarixli cavab məktubu ilə pensiya təyin olunmasından imtina edərək bunu onunla əsaslandırmışdır ki, iddiaçının təqdim etdiyi əmək kitabçasında güzəştli iş stajı 2006-cı ilə kimi 10 ildən azdır (9 il 9 ay 13 gün), həmçinin, “Qum adası» X3 İdarəsində alətlər meydançasında mexanik vəzifəsi güzəştli peşələrin siyahısına düşmür. Halbuki, SOCAR-ın Qazma İşləri tresti tərəfindən verilmiş güzəştli staj haqqında arxiv arayışına əsasən iddiaçı əmək fəaliyyətini xx.xx.1992-ci il tarixindən başlayaraq xx.xx.2006-cı il tarixinə kimi davam etdirmişdir cəmi 13 il 10 ay 15 gün işləmiş, bunun da 10 il 8 ayını qazmaçı, təmir quyusunda usta, qazma üzrə mühəndis-texnoloq kimi güzəştli pensiya hüququ verən peşə və vəzifələrdə çalışmışdır. Cavabdeh iddia ərizəsinə etirazında iddiaçının güzəştli iş stajının olmadığını mübahisələndirərək iddianın rədd olunmasını məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin Məhkəməsinin 2-1(112)-5330/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, İddiaçı 52 yaşdan xx.xx.2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddianın rədd olunması haqqında yeni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayəti «Əmək pensiyaları haqqında» Qanunun 9.1-ci maddəsinə istinadən onunla əsaslandırılmışdır ki, qərar əsassızdır. Belə ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2007-ci il 12 №-li qərarı ilə təsdiq edilmiş, “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın neft, qaz və qaz və qaz kondensatının hasilatı, neft,qaz kondensatı, kömür və şiştin emalı bölməsinin (10) qazma bəndində (10.1) quyuların qazılması üzrə istehsalat proseslərində quyuların əsaslı təmiri və sınaqdan keçirilməsində, qüllə quraşdırılmasında məşğul olan mexaniklər və böyük mexaniklər vəzifələri nəzərdə tutulmamışdır. Odur ki. iddiaçının təqdim etdiyi xx.xx.1992-ci il tarixli İT-İ ******* nömrəli əmək kitabçasında xx.xx.2003-xx.xx.2006-cı il tarixləri arasındakı dövr ərzində alətlər meydançasında mexanik vəzifəsi quyuların qazılması üzrə istehsalat proseslərində quyuların əsaslı təmiri və sınaqdan keçirilməsində və qüllə quraşdırılması sahəsinə aid deyil. Eyni zamanda, iddiaçının həmin İdarədə işlədyi texnoloq vəzifəsi sözügedən Siyahıda nəzərdə tutulmamışdır. Bu səbəbdən, iddiaçının xx.xx.2006-cı il tarixinədək güzəştli stajı 10 ildən az (9 il 9 ay 13gün) təşkil edir. Apellyasiya şikayəti Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (“İPM”) 85-ci maddəsinin tələblərinə uyğun verilmişdir, apellyasiya icraatı mümkündür. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi V.Əhmədov apellyasiya şikayətini dəlillərinə uyğun müdafiə edərək, təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclası barədə xəbərdar edilmiş İddiaçı məhkəməyə gəlməmiş, İPM-in 62.3-cü maddəsinin tələblərini nəzərə alan məhkəmə kollegiyası onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İİ. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirib hesab edir ki, aşağıdakı əsaslara görə cavabdehin apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Belə ki, xx.xx.2006-cı il tarixdən qüvvədə olan «Əmək pensiyaları haqqında» Qanunun 9.1-ci maddəsinin xx.xx.2017-ci il tarixədən qüvvədə olan redaksiyasına görə axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar-55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fə fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan iverdikdə əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Əvvəllər, xx.xx.2006-cı il tarixə qədər qüvvədə olmuş, «Vətəndaşların pensiya təminatı haqqında» Qanunun xx.xx.1997-ci il tarixədək qüvvədə olan 13-cü maddəsinin 1ci hissəsinin «a» bəndinə əsasən yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər - istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli Siyahısı üzrə kişilər – 50 yaşına çatdıqda azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdir (Qanunun qeyd edilən 13-cü maddəsinə xx.xx.1997-ci il 321-İQD saylı Qanunu ilə edilən dəyişikliklə 50 yaş həddi 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılmış və 2000-ci ilin avqustun 1-dən etibarən artıq 52 yaş təşkil etmişdir). Həmin Qanunun 67-ci maddəsinin 3-cü hissəsinə əsasən əsasən hərbi xidmət dövrü, ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti iş stajına daxil edilir. Həmin Qanunun 69-cu maddəsinin 1-ci hissəsinə əsasən iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Qanunvericiliyin qeyd olunan tələbləri nəzərə alınmaqla iş materiallarına - iddiaçının əmək kitabçasının (№ İT-İ 0682019; xx.xx.1992), hərbi biletinin (№5286478;xx.xx.1986)) və diplomunun (№ 856479; xx.xx.1992) surətlərinə, SOCAR “Kompleks qazma işləri” Tresti tərəfindən verilmiş SOCAR**********80020123X00054 nömrəli, xx.xx.2021-ci il tarixli arxiv arayışına (i.v.47) əsasən xx.xx.2006-cı il tarixinə aşağıdakı iş stajı müəyyən olunur: xx.xx.1985-xx.xx.1992: müddətli həqiqi hərbi xidmət və ali təhsil müddəti (6 il 10 ay 3 gün); xx.xx.1992 - xx.xx.1994: “Xəzərdənizneftqazsənayesi” İstehsalat Birliyinin “Qum adası” DQİİ 215 saylı buruğa neft və qaz üzrə istismar və kəşfiyyat quyularının qazılmasında 4-cü dərəcəli qazmaçı köməkçisi (1 il 10 ay 11 gün); xx.xx.1994 - xx.xx.1995: həmin idarədə Mərkəzi mühəndis texnoloji xidmətə “Bahar” sahəsinə müvəqqəti olaraq İİİ kateqerqoriyalı mühəndis-texnoloq (11 ay 2 gün); xx.xx.1995 – xx.xx.1996: həmin idarədə 3 saylı əsaslı təmir quyusuna müvəqqəti 12ci dərəcəli (8 ay 3 gün); xx.xx.1996 – xx.xx.1996-cı illərdə və Mərkəzi-mühəndis texnoloji xitmətində (8 ay 3 gün usta (cəmi: 1 il 4 ay 6 gün) xx.xx.1996 – xx.xx.2003: həmin idarədə neft və qaz üzrə istismar və kəşfiyyat quyularının qazılmasında 5-ci dərəcli qazmaçı köməkçisi (6 il 11 ay 21gün); xx.xx.2003 – xx.xx.2003: həmin idarədə Mərkəzi-mühəndis texnoloji xidmətində 13cü dərəcəli texnoloq ( 3 ay 4 gün); xx.xx.2003 – xx.xx.2005: həmin idarədə alət meydançasında mexanik (2 il 7 ay 15 gün). İddiaçının qeyd olunan iş stajı toplandıqda, onun xx.xx.2006-cı il tarixinə 20 ildən də çox ümumi iş stajı toplanır ki, həmin stajında 10 ildən də çoxunu güzəştli şərtlərələ pensiya hüququ verən xüsusilə zərərli və ağır vəzifələrdə çalışmışdır. Belə ki, SOCAR “Kompleks qazma işləri” Trestinin qeyd olunan xx.xx.2021-ci il tarixli arxiv arayışından (i.v.47) görünür ki, «xx.xx.1968-ci il təvəllüdlü İddiaçı “Xəzərdənizneftqazsənayesi” İstehsalat Birliyinin “Qum adası” X3 İdarəsində xx.xx.1992-ci ildən xx.xx.2006-cı il tarixinə qədər idarədə işlədiyi 13 il, 10 ay, 15 gün iş stajının güzəştli iş stajı 11 il, 01 ay, 01 gün təşkil etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun 320 saylı qərarı ilə təsdiq edilmiş «Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli pensiya hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin» 1 saylı Siyahının “X. Neftin qazılması və hasilatı (dəniz neftçiləri üçün), neft, qaz, qaz kondensatı, kömür və şistin emalı” bölməsində nəzərdə tutulan peşə və vəzifələrdə, o cümlədən: qazmaçı köməkçisi kimi 1100000a-11297 kodu üzrə, buruq ustası kod 1100000b-23196 kodu üzrə, (qeyd quyuların əsaslı təmiri uzrə ustalar 1100000b—23485 kodunda yer almışdır) 1 Siyahının bilavasitə buruqlarda məşğul olan qazma üzrə mühəndis-texnoloq 1100000b-22247 kodu ilə -11 il, 01 ay, 01 gün güzəştli iş stajı təşkil edir ki, bunun da xx.xx.2006-cı il tarixinə qədəri 10 ildən də çoxdur. Həmin arayışda, həmçinin, qeyd edilmişdir ki, mühəndis-texnoloq və qazma üzrə mühəndisin iş funksiyaları eynidir. Bu hazırkı mərhələdə məhkəməyə təqdim edilmiş “Kompleks qazma işləri” trestinin qazma mühəndisi və mühəndis-texqoloqlarının vəzifə Təlimatları ilə öz təsdiqini tapır. Qeyd olunanlardan göründüyü kimi, cavabdehin apellyasiya şikayətinin iddiaçının 2006-cı ilə qədər 10 il güzəştli stajının olmadığını mübahisələndirən dəlilərinin əsassız olduğu sübuta yetirilir. Beləliklə də qeyd olunanlar onu deməyə əsas verir ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəinin tələbi baxımından hazırkı mübahisənin qanuni əsasını təşkil edən «Vətəndaşların pensiya təminatı haqqında» Qanunun 13-cü maddəsinin «a» bəndinin qeyd olunan tələbi nəzərə alınmaqla, iddiaçıının, 2006-cı ilə qədər azı 20 il ümumi, 10 il isə 1 nömrəli Siyahıda nəzərdə tutulan vəzifələrdə iş stajı olduğundan, 52 yaşından güzəştli şərtlərlə əmək pensiyası hüququ yaranır. İşə əlavə olunmuş şəxsiyyət vəsiqəsinin (No ********; ASAN 2 xx.xx.2018) sürətinə əsasən isə xx.xx.1968-ci il təvəllüdlü iddiaçının 52 yaşı xx.xx.2020-ci il tarixində tamam olur. «Əmək pensiyaları haqqında» Qanunun 32.1-ci yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. Həmin Məcəllənin 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Göründüyü kimi, birinci instansiya tərəfindən iddianın təmin edilməsi və cavabdehin üzərinə iddiaçıya 52 yaşından güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi vəzifəsinin havalə edilməsi işin hallarına, maddi və prosessual hüquq normalarına uyğun nəticədir. İPM-in 73.1-ci maddəsi də məhz nəzərdə tutur ki, inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Göstərilənlərə əsasən məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5330/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarının əsassız olduğunu mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, həmin qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İPM-in 69, 82, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5330/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1(bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Cahangir Yusifov Hakimlər: Həmid Həmidov Elşən Kazımov
Məhkəmə qərarları › İş №2-1(103)-1903/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1903/2022
15.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver