Məhkəmə qərarları › İş №2-1(103)-1903/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1903/2024

18.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1903/2024 18.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), X7 və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, iddiaçının və onun nümayəndəsi vəkil Nümayəndə1 iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Xəzər rayonu Şüvəlan bələdiyyəsinə qarşı (üçüncü şəxs X6) “sərəncamın və aktın ləğv edilməsi tələbinə dair” inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3190/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh Bakı şəhəri Xəzər rayonu Şüvəlan bələdiyyəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək X4 1200 kv.m. torpaq sahəsinin ayrılması haqqında Şüvəlan Bələdiyyəsi sədrinin 28 noyabr 2005-ci il tarixli 22 saylı Sərəncamının, eləcə də həmin sərəncamın hüquqi nəticəsi olan torpaqların alqı-satqısına dair aktın ləğv edilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. İddia aşağıdakılarla əsaslandırılmışdır: “...İddiaçı Şüvəlan qəsəbəsi ərazisində oğlu, gəlini və nəvələrilə birlikdə sənədsiz evdə yaşayır. O, 2022-ci ilin sentyabr ayında oğlu yaşadıqları evin sökülməsi haqqında Xəzər Rayon Məhkəməsi tərəfindən qətnamə qəbul edildiyi barədə məlumat almışdır. Belə ki, oğlu ona bildirmişdir ki, Səidov Rövşən adında şəxs Xəzər Rayon Məhkəməsinə müraciət edərək, evin sökülməsini və yaşayanların çıxarılmasını tələb etmiş, bu zaman evdə yaşayanlardan yalnız gəlini Nuriyyə Zöhrabova nıcavabdeh kimi göstərmişdir. Gəlini məhkəməyə getməmiş, onun iştirakı olmadan məhkəmə qətnamə qəbul etmişdir. 13 oktyabr 2022-ci il tarixdə iş materialları ilə tanış olduqda iddiaçı və ailə üzvlərinə məlum olmuşdur ki, X2 Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 22 saylı Sərəncamı ilə torpaq sahəsinin ona satıldığını əsas gətirməklə torpağın ona məxsus olduğunu iddia etmiş, bu əsasla mülki işə baxan məhkəmə tərəfindən Səidov Rövşənin torpaq sahəsinin boşaldılması və tikililərin sökülməsi haqqında iddia tələbləri təmin edilmişdir. Mülki işi gedişatı zamanı məhkəmə tərəfindən ekspertiza təyin edilmişdir. Ekspertiza rəyinə əsasən, torpaq sahəsinin bələdiyyə mülkiyyətinə deyil, dövlət torpaqlarına aid olduğu, mübahisələndirilən sahənin Mədəniyyət Nazirliyinin bağçılıq yoldaşlığına ayrılmış əraziyə aid olduğu müəyyən edilmişdir. İddiaçı hesab edir ki, belə olan halda mübahisəli torpaq sahəsinin Şüvəlan bələdiyyəsi tərəfindən X1 dair Sərəncam verilməsi qanunsuzdur və faktiki sahibliyində olan torpaq sahəsinə dair Şüvəlan bələdiyyəsi tərəfindən verilmiş sərəncamın ləğv edilməsi barədə iddia tələbləri ilə çıxış etməkdə haqlıdır...” Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3190/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. İddiaçı apellyasiya şikayəti verərək həmin qərardadın ləğv edilməsini və iddianın mümkün hesab edilməsinə dair qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayəti İnzibati Prosessual Məcəlləsinin (“İPM”) 85-ci maddəsinə uyğun verilmişdir, apellyasiya icraatı mümkündür. Apellyasiya şikayəti aşağıdakılarla əsaslandırılmışdır: “...Bakı İnzibati Məhkəməsi tərəfindən qəbul edilmiş qərardad qanunsuz və əsassızdır. Belə ki, bəhs edilən torpaq sahəsinin 10 ildən atrıq müddətdir ki, tərəfimizdən faktiki istifadə edilməsi işin mübahisəsiz halıdır. Mülki Məcəllənin 178.6-cı maddəsinin tələblərinə əsasən, torpaq sahəsinə 30 il ərzində fasiləsiz və etirazsız sahiblik etdiyimiz halda, məhkəmə qaydasında mülkiyyət hüquqlarının qeydiyyatını tələb etmək hüququmuz yaranacaq. Eyni zamanda 179.3-cü maddəsi, mübahisəli torpaq sahəsinə sahibliyimizi əmlakın mülkiyyətçisi olmayan şəxsdən, yəni indiki halda X3 müdafiə etmək hüquqlarına malik olduğumuzu təsbit edir. Bunun üçün isə mübahisəli torpaq sahəsinə dair X4 ilkin hüquqlar tanıyan inzibati aktın tərəfimizdən mübahisələndirilməsi təbiidir və bu mübahisələndirmə üçün subyektiv hüququ mövcuddur. Mövcud mübahisə ilə bağlı Mülki Məcəllənin 11.1-ci maddəsində nəzərdə tutulan qanunun analogiyası prinsipinin tətbiqi doğru yanaşma olar. Belə ki, "Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun 7.3.5-ci maddəsində göstərilir ki, bu Qanunun 7.1-ci maddəsi nəzərə alınmaqla, həmçinin bu Qanunun 11-ci maddəsinin müddəalarına əməl etmək şərti ilə yaşadıqları torpaqla bağlı qanuni hüquqları olmayan şəxslər də alınmanın təsirinə məruz qalan şəxslər hesab edilirlər. Mövcud mübahisə ilə bağlı Mülki Məcəllənin 11.1-ci maddəsində nəzərdə tutulan qanunun analogiyası prinsipinin tətbiqi doğru yanaşma olar. Belə ki, "Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun 7.3.5-ci maddəsində göstərilir ki, bu Qanunun 7.1-ci maddəsi nəzərə alınmaqla, həmçinin bu Qanunun 11-ci maddəsinin müddəalarına əməl etmək şərti ilə yaşadıqları torpaqla bağlı qanuni hüquqları olmayan şəxslər də alınmanın təsirinə məruz qalan şəxslər hesab edilirlər. Mübahisəli torpaq sahəsi dövlət ehtiyaclarına alınmalı olsa idi, 7.3.5-ci maddənin tələblərinə görə bizə kompensasiya ödənilməli idi, bu da onu deməyə əsas verir ki, dövlət mövcud şəraitdə hətta yaşadıqları torpaqla bağlı qanuni hüquqları olmayan şəxslərə belə hüquqları tanıyır. Bu halda, dövlət torpağı kateqoriyasına aid olan torpaq sahəsinə dair bələdiyyə tərəfindən qanunsuz olaraq verilmiş sənədin mübahisələndirilməsinə subyektiv hüququmuz var, bu hüququn olmaması qənaətinə gələn məhkəmənin haqlı olmadığı aşkardır. Avropa İnsan Hüquqları Məhkəməsinin formalaşmış mövqeyinə görə, dövlət orqanları tərəfindən uzun müddət yol verilmiş maraq mülkiyyətə bərabər tutulmalıdır (“Öneryıldız Türkiyəyə qarşı” Avropa İnsan Hüquqları Məhkəməsinin 18 iyun 2002-ci il tarixli məhkəmə qərarı) Belə olan halda, Avropa İnsan Hüquqları Məhkəməsinin mülkiyyətə bərabər tutuduğu maraq iddiaçı tərəf olaraq bizim subyektiv hüququmuzu yaratmırmı? Birinci instansiya məhkəməsi bu məqamlara lazımi diqqət yetirməmiş, yalnış olaraq iddiaçının subyektiv hüququnun olmadığına dair səhv nəticəyə gəlmişdir . Əgər məhkəmə iddianın mümkünlüyü ilə bağlı sualları yaranmışdırsa, İPM-nin 13-cü və 48-ci maddələrinin tələblərinə uyğun olaraq tərəflərə hüquqi yardım göstərməlidir, prosessual qanunvericiliyə görə bu məhkəmənin vəzifəsidir. Bizə bununla bağlı hüquqi təklif verildiyi halda, Mülki Məcəllənin 178.6, 179.3- cü maddələrinə istinad edən mövqeyimizi məhkəməyə yazılı şəkildə bildirə bilərdik və məhkəmə bu mövqeyə münasibət bildirərdi. İndiki halda isə, məhkəmə hüquqi yardım göstərmək vəzifəsini yerinə yetirmədiyi səbəbindən, subyektiv hüquqlarımızın mövcud olduğuna dair dəlillərimizi qərardadın ləğvinə yönəlmiş şikayətimizdə göstərmək məcburiyyətində qalmışıq...” Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi vəkil Nümayəndə1 apellyasiya şikayətini dəlillərinə uyğun müdafiə edərək, mübahisəli torpaq sahəsinə dair onun heç bir sənədinin mövcud olmadığını qeyd edərək, şikayətin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı vəkilin dedikləri ilə razılaşmış və məhkəmənin verdiyi sualları cavablandırarkən cavabdehin sərəncamı ilə üçüncü şəxs R.Səidova ayrılmış torpaq sahəsində inşa edilmiş özbaşına tikilidə qeydiyyatsız yaşdığını və həmin torpaq sahəsinə dair onun hər hansı sənədinin mövcud olmadığını bildirmişdir. Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh və üçüncü şəxs məhkəmə iclasına gəlməmiş, İPM-in 62-ci maddəsinin tələblərini nəzərə alan məhkəmə kollegiyası onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İİ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Belə ki, İPM-in 35.1-ci maddəsinin tələbinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məcəllənin qeyd olunan normasının mənası onu ehtiva edir ki, inzibati məhkəmə icraatı qaydasında qaldırılan iddia mümkünlüyü şərtlərinin yerinə yetirildiyi halda, yolveriləndir. Yəni, iddia subyektiv hüququ olan şəxs tərəfindən inzibati məhkəmə icraatına aid iddia növündə və iddia müddətləri çərçivəsində, qanunla cavabdehlik daşıya bilən inzibati orqana qarşı qaldırıldığı və formal olaraq (sübutlar da əlavə olunmaqla) əsaslandırıldığı halda, mümkün iddia kimi icraata qəbul edilir. Konkret halda isə iddianın mümkünlük şərti yerinə yetirilmir. Belə ki, iş materiallarına əsasən müəyyən ounur ki, Bakı şəhəri Şüvəlan bələdiyyə sədrinin xx.xx.2005-ci il tarixli 22 №-li sərəncamı ilə Şüvəlan qəsəbəsi ərazisində üçüncü şəxs X4 fərdi yaşayış evinin tikintisi üçün 1200 kv.m. torpaq sahəsi ayrılmış və həmin torpaq sahəsi tərəflər arasında bağlanmış “Torpaqların alqı-satqısına dair” xx.xx.2005-ci il tarixli aktı ilə haqqı ödənilməklə ona satılmışdır. Eyni zamanda, işdən görünür ki, AR ƏN Məhkəmə Ekspertizası Mərkəzinin 10/3247 saylı xx.xx.2022-ci il tarixli ekspert rəyinə əsasən üçüncü şəxs X4 ayrılmış həmin torpaq sahəsinin cizgisi və xəritədən çıxarışa əsasən dörd tərəfdən daş hasarla bərkidilmiş 0.1506ha topaq sahəsinin daxilində yerləşir. Konkret halda, işin mübahisələndirilən hallarından göründüyü kimi, İddiaçı üçüncü şəxsin adına olan həmin sərəncamı və alqı satqı aktının inzibati məhkəmə icraatı qaydasında ləğv olunmasını tələb etmişdir. Halbuki, iddia ərizəsinə və apellyasiya şikayətinə, həm də hazırkı apellyasiya mərhələsində özünün izahatına əsasən və vəkilinin dediklərindən aydın olur ki, iddiaçının sözügedən torpaq sahəsinə və orada inşa edilmiş tikilidə qeydiyyatsız yaşadığı evə (özbaşına tikili) dair hər hansı bir hüquqmüəyyənedici sənədi yoxdur. İşdən də məhz, görünür ki, üçüncü şəxs R.Səidov, İddiaçı və onun ailə üzvlərinə qarşı Bakı şəhər Xətai rayon məhkəməsində “sonuncuların ələdiyyə sərəncamı ilə ona ayrlımış torpaq sahəsindən çıxarılması və inşa olunmuş tikilinin onların hesabına sökülməsi tələbinə dair” iddia qaldırmış, məhkəmənin xx.xx.2022-ci il tarixli 2(003)-96/2022 nömrəli qətnaməsi ilə iddia təmin olunmuş, həmin qətnamədən cavabdehlər və üçüncü şəxs apellyasiya şikayəti vermiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)- 2980/2023 saylı qərardadı ilə Bakı İnzibati Məhkəməsinnin icraatında olan 2-1(112)- 3190/2023 saylı (hazırkı) iş üzrə iş üzrə qanuni qüvvəsini almış məhkəmə aktı qəbul edilənədək dayandırılmışdır. Qeyd olunanlar onu deməyə əsas verir ki, cavabdeh bələdiyyənin sərəncamı ilə üçüncü şəxsə ayrılmış torpaq sahəsinə və orada inşa edilmiş tikilinin ona məxsus olduğu sübuta yetirilmədiyi halda, iddiaçının sözügedən sərəncamı mübahisələndirmək üçün subyektiv hüquqa malik ola bilməz və burada qanun analogiyasının tətbiq edilməsi istisna olunur. Beləliklə də, İPM-in 32.1-ci maddəsinin tələbi qaydasında, iddiaçının cavabdehə qarşı qaldırdığı “sərəncamın və onun doğurduğu nəticələrin aradan qaldırılması (alqı-sağtqı aktının ləğv edilməsi) tələbinə dair” hazırkı mübahisələndirmə haqqında iddiasının həmin Məcəllənin 35.1-ci maddəsində nəzərdə tutulan əsaslandırılmış iddia kimi qiymətləndirilməsi və məhkəmə icraatının mümkün sayıla bilməz və bu baxımdan İPM-in 13-cü maddəsinə əsasən iddiaçıya yardım gösətrilməsinin hüquqi əhəmiyyəti istisna olunur. Həmin Məcəllənin 35.3-cü maddəsi isə nəzərədə tutur ki, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Birinci instansiya məhkəməsi də məhz haqlı olaraq, qərarında qeyd etmişdir ki, iddiaçı üçüncü şəxsə torpaq sahəsi ayrılması barədə inzibati aktı və digər əlaqəli sənədləri mübahisələndirmək üçün subyektiv hüququnu təsdiq edən sübutları məhkəməyə təqdim etməmiş, bununla da cavabdeh tərəfindən onun hüquqlarına müdaxilə təşkil edən hərəkət və ya hərəkətsizliyin edildiyini əsaslandıra bilməmişdir. Belə ki, iddiaçıya həmin ərazidə torpaq sahəsi ayrılmaması işin mübahisələndirilməyən tərəfini təşkil edir və iddiaçı Şüvəlan bələdiyyəsinin sözügedən sərəncamının faktiki yaşadığı evin ərazisini əhatə etməsi faktından çıxış edərək məhkəmə qaydasında ləğvini tələb edir ki, bu hal ona hazırkı iddianı irəli sürməyə əsas vermir. Belə olan halda məhkəmənin qənaətinə görə, iddiaçını subyektiv hüququn sahibi kimi qəbul edə bilmək üçün o, cavabdeh tərəfindən onun hüquqlarına müdaxilə təşkil edən hərəkət və ya hərəkətsizliyin edildiyinə dəlalət edən sübutları məhkəməyə təqdim edə bilmədiyindən, cavabdeh Bakı şəhəri Xəzər rayonu Şüvəlan bələdiyyəsi tərəfindən iddiaçının hansı hüquqlarının pozulduğu və ya onun hüquqlarının pozulması ilə nəticələnən hansı vəzifənin yerinə yetirilmədiyi öz təsdiqini tapmır. Odur ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı ilə iddianın mümkün sayılmaması işin hallarına və prosessual qanunvericiliyin tələblərinə uyğundur. Ona görə də, iddiaçının apellyasiya şikayətinin həmin qərardadın qanunsuz və əsassız olduğunu mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə nəticəyə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3190/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Yuxarıda qeyd edilənlərə əsasən və İPM-in 80, 83, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qəraraaldı: İddiaçının apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3190/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar