Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1903/2025 02.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X7 Cəmilovanın sədrliyi və məruzəsi ilə, X3 və X6 ibarət tərkibdə, X4-Yusiflinin katibliyi ilə, İddiaçı və onun vəkili Vəkil, Cavabdehin nümayəndəsi X5 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu X13 Xüsusi Şərtlərlə X1rşı “güzəştli şərtlərlə əmək pensiyanın təyin edilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin qəbul etdiyi 2-1(112)-1180/2021 saylı 09 yanvar 2025-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünün yoxlanılması məsələsinə 02 aprel 2025-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə (hazırda Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Sosial Müdafiə Fondu X13 Xüsusi Şərtlərlə Təyinat X10) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasında vətəndaşların "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə (güzəştli şərtlərlə əmək pensiyası hüququ olan şəxslər) əsasən 57 yaşının tamam olduğu vaxtdan, yəni 29 noyabr 2012-ci il tarixindən əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1(112)-1180/2021 nömrəli qərarı ilə iddia rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2- 1(103)-1763/2021 nömrəli qərarı ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1(112)-1180/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli 2-1(102)-1313/2022 nömrəli qərardadı ilə iddiaçının prosessual müddətin bərpasına dair ərizəsi təmin olunmayaraq, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli 2-1(103)-1763/2021 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş şikayət üzrə kassasiya mümkün sayılmamış və kassasiya şikayətinin qəbulundan imtina edilmişdir. İddiaçı daha sonra yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, hazırda yeni hal, yeni sübutların və ya halların aşkar olunması və həmin sübutların və ya halların ondan aslı olmayan səbəblərdən ilkin icraat zamanı təqdim olunmaması əsası ilə yeni hallarla bağlı ərizəsinə əmək kitabçasını əlavə edib göndərməklə iddia ərizəsinə mahiyyəti üzrə yenidən baxılmasını və həmin iddia ərizəsini yaşayış yeri üzrə Şirvan İnzibati Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin qəbul etdiyi 2-1(112)-1180/2021 saylı 09 yanvar 2025-ci il tarixli qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu X13 Xüsusi Şərtlərlə X1rşı güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi tələbinə dair inzibati iş üzrə iddiaçı tərəfindən verilmiş yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizəsinin mümkün sayılmaması qərara alınmışdır. İddiaçı xx.xx.2025-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, ona dövlət hesabına vəkil təyin olunmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1180/2021 saylı xx.xx.2025-ci il tarixli qərardadı ilə iddiaçının ərizəsi təmin olunmuşdur. xx.xx.2025-ci il tarixdə İddiaçı tərəfindən apellyasiya şikayəti verilərək, Bakı İnzibatı Məhkəməsinin 2-1(112)-1180/2021 saylı 09 yanvar 2025-ci il tarixli qərardadının ləğv edilməsi və ərizənin təmin edilməsi barədə qərardad qəbul edilməsi xahiş edilmişdir. İddiaçının vəkili Vəkil xx.xx.2025-ci il tarixdə “Elektron Məhkəmə” sistemi vasitəsilə apellyasiya şikayətinin verilməsi üçün ötürülmüş prosessual müddətin bərpa edilməsi barədə ərizə verərək, müddətin bərpa olunmasını və apellyasiya şikayətinin icraata qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, qərardaddan narazı qaldığına görə apellyasiya şikayətinin verilməsi üçün dövlət hesabına vəkillə təmin olunma barədə iddiaçı tərəfindən Bakı İnzibati Məhkəməsinə ərizə verilmişdir. Bakı İnzibati Məhkəməsi xx.xx.2025-ci il tarixli 2-1(112)-1180/2021 saylı qərardadı ilə həmin ərizəni təmin edərək, İddiaçı dövlət büdcəsinin vəsaiti hesabına vəkil təyin edilməsi Azərbaycan Respublikasının Vəkillər X2 həvalə edilmişdir. Bakı İnzibati Məhkəməsinin yuxarıda göstərilən qərardadı AR Vəkillər Kollegiyası Bakı şəhəri “Mərkəz” Vəkil Bürosuna xx.xx.2025-ci il tarixdə daxil olmuşdur. xx.xx.2025-ci il tarixdə Bakı şəhəri “Mərkəz” Vəkil Bürosu tərəfindən Vəkil İddiaçı dövlət büdcəsinin vəsaiti hesabına vəkil təyin olunmuşdur. Bu səbəbdən apellyasiya şikayəti xx.xx.2025-ci il tarixdə verilmişdir. AR MPM-in 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Yuxarıda göstərilənləri nəzərə alaraq, buraxılmış müddəti üzürlü səbəb hesab edib, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-1180/2021 saylı xx.xx.2025-ci il tarixli qərardadından iş üzrə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin icraata qəbul edilməsi xahiş olunmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayır. İnzibati prosessual qanunvericiliyin tələblərinə görə apellyasiya şikayətinin vaxtında verilməsi apellyasiyanın mümkün sayılması üçün əsas şərtlərdən biridir. Bununla bağlı apellyasiyanın mümkünlüyü məsələsinə baxılması xx.xx.2025-ci il tarixə təyin edilmişdir. İddiaçı və iddiaçının vəkili Vəkil apellyasiya şikayətinin verilməsi üçün ötürülmüş prosessual müddətin bərpa edilməsi barədə ərizənin məzmununa uyğun izahat verərək, prossesual müddətin ötürülməsində təqsiri olmadıqlarından ərizəsinin təmin olunmasını və birinci instansiya məhkəməsinin qərardadından verilmiş apellyasiya şikayətinə baxılmasını xahiş etmişdir. Cavabdehin nümayəndəsi X9 isə ərizənin təmin olunmamasını və apellyasiya şikayətinin qeyri-mümkün hesab edilməsini xahiş etmişdir. İş materiallarından müəyyən olunur ki, iddiaçı Bakı İnzibati Məhkəməsinin qəbul etdiyi 2-1(112)-1180/2021 saylı 09 yanvar 2025-ci il tarixli qərardadın surətini xx.xx.2025-ci il tarixdə şəxsən qəbzə imza etməklə əldə etmişdir. Bundan sonra iddiaçı həmin qərardaddan apellyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş 10 günlük prosessual müddəti ötürməklə xx.xx.2025-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, ona dövlət hesabına vəkil təyin olunmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə iddiaçının vəkillə təmin olunma barədə ərizəsi təmin edilmişdir. Bundan sonra iddiaçı vəkili vasitəsilə xx.xx.2025-ci il tarixdə apellyasiya şikayəti vermişdir. Eyni zamanda iddiaçı vəkili vasiləsilə ötürülmüş prosessual müddətin bərpasına dair ərizə də vermişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 75.3-cü maddəsinə görə məhkəmə qərarı, bu Məcəllənin 20.1-ci maddəsində nəzərdə tutulmuş qaydada proses iştirakçılarına təqdim edilir. Həmin Məcəllənin 20.1-ci maddəsinə əsasən müddətin axımının başlanmasına səbəb olan məhkəmə qərarları, qərardadları, sərəncamları, eləcə də məhkəmə iclasının tarixinin müəyyən olunması ilə və ya məhkəməyə çağırışla bağlı olan məhkəmə sənədləri proses iştirakçılarına şəxsən və ya digər üsullarla təqdim edilməlidir. Hər bir halda təqdimetmənin təsdiqi barədə müvafiq qeydlər və ya sənədlər iş üzrə materiallara əlavə olunur. Həmin Məcəllənin 22.1-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda nəzərdə tutulmamışdırsa, müddətin axımı təqdim edilmə anından, təqdim edilmənin bu Məcəllə ilə məcburi hesab olunmadığı hallarda isə, elan edilmə anından başlanır. Eyni zamanda həmin Məcəllənin 23.1-ci maddəsinə əsasən məhkəmə qərarına (qərardadına) qarşı şikayət verilməsi ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş müddətin axımı, proses iştirakçısına həmin qərara (qərardada) qarşı şikayət vermənin qaydası və müddəti, şikayətin verilə biləcəyi məhkəmə və onun ünvanı barədə məlumatların nəzərdə tutulduğu məhkəmə aktının və ya bu barədə məhkəmə tərəfindən yazılı məlumatın təqdim edildiyi gündən başlanır. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Bununla bağlı Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1180/2021 saylı 09 yanvar 2025ci tarixli qərardadından apellyasiya şikayəti verilməsi üçün iddiaçıya münasibətdə son müddət onun qərarı rəsmi aldığı tarixdən, yəni xx.xx.2025-ci il tarixdən 10 gün müddətində olmaqla, xx.xx.2025-ci il tarixi hesab olunduğu halda, iddiaçı tərəfindən apellyasiya şikayəti xx.xx.2025-ci il tarixdə verilmişdir. İlkin olaraq iddiaçı xx.xx.2025-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, apellyasiya şikayəti verilməsi üçün ona dövlət hesabına vəkil təyin olunmasını xahiş etmişdi ki, həmin ərizə də məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə təmin olunmuşdu. Lakin nəticə etibarilə verilmiş “prosessual müddətin bərpası barədə” ərizədə iddiaçı tərəfindən prosessual müddətin üzrlü səbəbdən ötürülməsini göstərən dəlillər yetəri qədər əsaslandırılmamış və bu barədə müvafiq sübutlar təqdim olunmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 24.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən olunmuş müddət inzibati məhkəmə icraatı iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Həmin Məcəllənin 24.2-ci maddəsinə əsasən buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. Bununla bağlı məhkəmə kollegiyası inzibati prosessual qanunvericiliyin yuxarıda sadalanan normaları baxımından iddiaçının mübahisələndirdiyi 09 yanvar 2025-ci il tarixli qərardaddan apellyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş 10 günlük prosessual müddətin üzrlü səbəbdən ötürülməsini təsdiq edən mötəbər sübutların təqdim olunmadığını, əksinə məhkəmə qərardadının şəxsən xx.xx.2025-ci il tarixdə iddiaçıya təqdim olunmasına baxmayaraq ondan apellyasiya şikayətinin prosessual müddət üzrsüz səbəbdən ötürülməklə verildiyini, başqa sözlə, prosessual müddətin iddiaçının təqsiri olmadan ötürüldüyünü təsdiq edən sübutların təqdim olunmadığını, belə olan halda prosessual müddətin üzrsüz səbəbdən ötürülməsi və bu səbəbdən də onun bərpası üçün əsasların mövcud olmadığını nəzərə alaraq hesab edir ki, müddətin bərpası ilə bağlı verilmiş ərizə təmin olunmamalı və şikayət qeyri-mümkün sayılaraq onun qəbulundan imtina edilməlidır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 87.3-cü maddəsinə əsasən apellyasiya mümkün sayılmadıqda apellyasiya instansiyası məhkəməsi şikayəti qəbul etməkdən imtina edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 22.1, 23.1, 24.1, 80, 85.1, 87, 90 və 94-cü maddələrini rəhbər tutub, məhkəmə kollegiyası QƏRARAALDİ: İddiaçı “prosessual müddətin bərpası” barədə ərizəsi təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1180/2021 saylı 09 yanvar 2025-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin və şikayətin qəbulundan imtina edilsin. Qərardaddan, onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova X11 Elvin Əliyev
Məhkəmə qərarları › İş №2-1(103)-1903/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1903/2025
02.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver