Məhkəmə qərarları › İş №2-1(103)-1904/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1904/2022

26.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1904/2022 26.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: X7 Oruczadənin sədrliyi və məruzəsi ilə, Həmid Üzeyir oğlu Həmidov və Mirzə Nəsib oğlu Tağızadədən ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi X3, Üçüncü şəxs X4 vəkili X8 iştirakları ilə, İddiaçı “Azərbaycan Əczaçılar İttifaqı”nın cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxs: X9) “çıxarışın qismən ləğv olunması” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 1904/2022 saylı, 06 aprel 2022-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2 şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İddiaçı “Azərbaycan Əczaçılar İttifaqı” cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxs: X9) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X4 adına ünvan 3 ünvanında yerləşən, 3024,2 kv.metrdən ibarət qeyri- yaşayış binası üzərində, Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydin və 11.06.2016-cı il tarixdə verilmiş RX seriyalı ******* nömrəli çıxarışın qismən, yəni 549 kv.m. hissəsində (X1 09 mart 2021-ci il tarixli 22 saylı mütəxəssis rəyindəki ortofoto görüntülərlə müəyyən olunmuş 208 kv.m («Ülvi» şadlıq sarayına aid hissəsində) + 341 kv.m. («Ülvi» şadlıq sarayının arxasında inşa edilmiş qeyri-yaşayış sahəsinə aid hissəsində) ləğv olunması və həmin hissədə daşınmaz əmlakın Dövlət reyestrində aparılmış qeydin çıxarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10022/2021 saylı 07 dekabr 2021-ci il tarixli qərardadı ilə iddianın mümkün sayılmaması qərara alınmışdır. Həmin qərardaddan narazı qalan iddiaçı apelyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin mümkün sayılmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-807/2022 saylı 07 yanvar 2022-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10022/2021 saylı 07 dekabr 2021-ci il tarixli qərardadı ləğv edilmiş, inzibati iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə göndərilmişdir. Məhkəmə icraatı zamanı üçüncü şəxsin vəkili iş üzrə icraatın dayandırılması barədə vəsatət təqdim edərək, hazırki işin Bakı Apellyasiya Məhkəməsinin icraatında olan mülki iş üzrə yekun qərar qanuni qüvvəyə minənə kimi dayandırılmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6063/2022 saylı 06 aprel 2022-ci il tarixli qərardadı ilə vəsatət təmin edilmiş, hazırkı iş üzrə icraat Bakı Apellyasiya Məhkəməsinin icraatında olan “Azərbaycan Əczaçılar İttifaqı”nın cavabdehlər X5 və X6 qarşı (üçüncü şəxslər: Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 Agentliyi, Bakı şəhər İcra Hakimiyyəti, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti və “Natiq” firması) “qanunsuz tikililərin sökülməsi özbaşına tutulmuş torpaq sahəsinin boşaldılması” tələbinə dair iş üzrə yekun məhkəmə qərarı qəbul edilərək qanuni qüvvəyə minənədək dayandırılmışdır. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-807/2022 saylı 07 yanvar 2022-ci il tarixli qərardadı ilə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10022/2021 saylı 07 dekabr 2021-ci il tarixli qərardadı ləğv edilərək, inzibati iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə göndərilsə də, 06 aprel 2022-ci il tarixdə keçirilən məhkəmə iclasında apellyasiya məhkəməsinin hüquqi mövqeyi nəzərə alınmamış, üçüncü şəxsin hüquqlarına qanunsuz üstünlük verilmişdir. Bundan başqa, 06 aprel 2022-ci il tarixdə keçirilən məhkəmə iclası təxirə salınmalı idi. Belə ki, iddiaçının vəkili və nümayəndəsi e-məhkəmə informasiya sistemi vasitəsilə 05.04.2022-ci il tarixli ərizə ilə müraciət edərək, Bakı Apellyasiya Məhkəməsinin 2-2(103)- 2578/2022 saylı iş üzrə hakim Azad İmanovun sədrliyi ilə keçiriləcək məhkəmə iclasının 06 aprel 2022-ci il tarixə, saat 10:55-ə təyin edilməsi səbəbindən, məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Lakin iddiaçının məhkəmə iclasının təxirə salınması barədə vəsatətinə münasibət bildirilməmiş, üçüncü şəxsin vəsatəti təmin edilmişdir. Tərəflərin izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək, təmin olunmamasını, qərardadın dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxsin vəkili apellyasiya şikayətini əsassız hesab edərək, qərardadın dəyişdirilmədən qüvvədə saxlanılması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, iddiaçı məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə iddiaçı iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (İPM) 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1904/2022 saylı, 06 aprel 2022-ci il tarixli qərardadı ləğv edilməli, şikayət təmin edilməlidir. İş materiallarından görünür ki, birinci instansiya məhkəməsinin iclasında iştirak edən üçüncü şəxsin vəkili iş üzrə icraatın dayandırılması barədə vəsatət və Bakı Apellyasiya Məhkəməsinin 20.04.2021-ci il tarixli 2-1(103)193/2021 nömrəli qətnaməsini, Azərbaycan Respublikası Ali Məhkəməsinin 18.11.2021-ci il tarixli 2(102)-4731/2021 nömrəli qərarını təqdim edərək sözügedən iş üzrə yekun məhkəmə aktı qəbul edilənə və həmin qərar qüvvəyə minənə qədər hazırki iş üzrə icraatın dayandırılmasını xahiş etmiş, vəsatət təmin edilərək hazırkı iş üzrə icraat dayandırılmışdır. Məhkəmə Kollegiyası ilk öncə qeyd edir ki, İPM-in 7-ci maddəsinə əsasən: 7.1. Mübahisənin həllinin tamamilə və ya qismən həmin dövrdə baxılan digər inzibati mübahisənin predmetini təşkil edən və ya inzibati orqan tərəfindən baxılmalı olan hüquq münasibətinin mövcud olmasından və ya olmamasından asılı olduğu hallarda, məhkəmə iş üzrə icraatı həmin mübahisə həll edilənə kimi və ya inzibati orqan tərəfindən müvafiq qərar qəbul edilənə kimi dayandıra bilər. İş üzrə icraatın dayandırılması haqqında məsələni həll edərkən, məhkəmə onun davam etdirilməsinin məqsədəuyğunluğu ilə bağlı halları nəzərə almalıdır. 7.2. İnzibati məhkəmə icraatının gedişində mübahisənin predmeti və ya mübahisə edilən hüquq münasibəti ilə bağlı cinayətin törədilməsi ilə əlaqədar cinayət təqibinin mübahisənin həllinə təsir edə biləcəyi hallarda, habelə məhkəmənin qərarının cinayət və ya mülki işlər üzrə məsələnin həllindən asılı olduğu hallarda məhkəmə cinayət işi və ya mülki iş üzrə icraat başa çatana kimi məhkəmə baxışını dayandırmalıdır. 7.3. Məhkəmə prosesinin istənilən mərhələsində məhkəmə işin hallarını nəzərə alaraq öz təşəbbüsü ilə, yaxud tərəflərdən birinin müraciəti əsasında onlara mübahisənin mediasiya vasitəsilə həllini təklif edə bilər. Tərəflər arasında “Mediasiya prosesinin tətbiqi barədə müqavilə” bağlanarsa, məhkəmə icraatı barışıq sazişi və mediasiya prosesinin nəticələri barədə protokol təqdim edilənədək dayandırılır. Göründüyü kimi, inzibati iş üzrə dayandırmanın əsasları inzibati prosessual qanunvericilikdə tənzimlənmişdir. Birinci instansiya məhkəməsi iş üzrə icraatın dayandırılması ilə bağlı vəsatəti təmin edərkən İPM-in 7.1-ci maddəsinə istinad etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq hazırki iş üzrə dayandırmanın əsası hesab edilən mülki işə nəzər yetirir. Həmin mülki iş üzrə iddiaçı “Azərbaycan Əczaçılar İttifaqı” cavabdehlər cavabdehlər X5 və X6 qarşı (üçüncü şəxslər: Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 Agentliyi, Bakı şəhər İcra Hakimiyyəti, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti və “Natiq” firması) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsinin şimalqərb hissəsində (Y.Əliyev küçəsi) yerləşən Dərman Bitkilərinin tədarükü və istehsalı zavodunun qanuni istifadəsindəki 10.000 kv.metr torpaq sahəsinin ayrıcı cizgisində göstərilən BQ ("Natiq" firması ilə) sərhədi boyunca təqribən 2000 kv.metr sahəsində cavabdehlər tərəfindən tikinti işlərinin aparılmasının qanunsuz hesab edilməsi, göstərilən ünvanda cavabdehlər tərəfindən inşa edilmiş qanunsuz tikililərin onların hesabına sökülməsi, özbaşına tutulmuş torpaq sahəsinin boşaldılması və həmin torpaq sahəsinin qeyd-şərtsiz ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Hazırki inzibati iş üzrə isə iddiaçının tələbi ünvan 3 ünvanında yerləşən, 3024,2 kv.metrdən ibarət qeyri- yaşayış binası üzərində, Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydin və 11.06.2016-cı il tarixdə verilmiş RX seriyalı ******* nömrəli çıxarışın qismən, yəni 549 kv.m. hissəsində (X1 09 mart 2021-ci il tarixli 22 saylı mütəxəssis rəyindəki ortofoto görüntülərlə müəyyən olunmuş 208 kv.m («Ülvi» şadlıq sarayına aid hissəsində) + 341 kv.m. («Ülvi» şadlıq sarayının arxasında inşa edilmiş qeyri-yaşayış sahəsinə aid hissəsində) ləğv olunması və həmin hissədə daşınmaz əmlakın Dövlət reyestrində aparılmış qeydin çıxarılması ilə bağlıdır. Beləliklə, aydın olur ki, iddiaçı həm onun mülkiyyətində olan torpaq sahəsindən cavabdehlərin çıxarılmasını, həm də inzibati iş üzrə 3-cü şəxsin (mülki işdəki cavabdehin) qeyd edilən torpaq sahəsi üzərində aparılmış qeydlərinin ləğvini tələb edir ki, Məhkəmə kollegiyası hər bir halda hesab edir ki, hazırki inzibati işin aqibəti sözügegedən mülki işdən asılı ola bilməz, əksinə hazırki inzibati iş üzrə icraat davam etdirilməli və bu iş üzrə qəbul edilən yekun akt mülki işin nəticəsinə təsir edə bilər. Məhkəmə kollegiyası hətta qeyd edir ki, Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 2(103)-193/2021 nömrəli 20.04.2021-ci il tarixli qətnaməsində də qeyd edilmişdir ki, cavabdeh X9 tərəfindən inşa edilmiş tikili (şadlıq sarayı) onun mülkiyyətindədir və həmin tikili daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçdiyinə görə MM-nin 180.4-cü maddəsinin mənasında özbaşına tikili hesab edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən, hazırkı inzibati işə apellyasiya qaydasında baxan Məhkəmə kollegiyası işin müzakirə edilən hallarına məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iş üzrə icraatın dayandırılması ilə bağlı qərardadı ləğv edilməli, iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə göndərilməlidir. NƏTİCƏVİ HİSSƏ: Göstərilənlərə əsasən və İPM-in 2, 35, 80, 85-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası QƏRARA ALDİ: İddiaçı “Azərbaycan Əczaçılar İttifaqı”nın apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1904/2022 saylı, 06 aprel 2022-ci il tarixli qərardadı ləğv edilsin. İnzibati iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə göndərilsin. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Həmid Həmidov Mirzə Tağızadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar