Məhkəmə qərarları › İş №2-1(103)-1904/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1904/2025

18.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1904/2025 18.06.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nəbizadə Nigar Xeyrulla qızının sədrliyi və məruzəsi, Əkbərov Kamran Hüseyn oğlu və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, İsayeva Sevinc Ehtiram qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin nümayəndəsi Nümayəndə4, Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X1 və Uçotun Təşkili Baş İdarəsinin nümayəndəsi Nümayəndə3 iştirakı ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X1 və Uçotun Təşkili Baş İdarəsinə və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı qərarların qismən ləğv olunması və həmin qərarların icrasının nəticələrinin aradan qaldırılması tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 28 yanvar 2025-ci il tarixli, e-2-1(112)-758/2025 saylı qərarından cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X2 üzrə Baş İdarəsinə (hazırda İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X1 və Uçotun Təşkili Baş İdarəsi) qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, İqtisadiyyat Nazirliyi Dövlət Vergi Xidmətinin Bakı şəhəri X2 üzrə Baş İdarəsinin xx.xx.2023-cü il tarixli, **********413900 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərarının 4179,40 manat verginin hesablanmasının dəyişdirilmədən saxlanması hissədə, xx.xx.2023-cü il tarixli, **********816200 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərarının 546,85 manat verginin hesablanmasının dəyişdirilmədən saxlanması hissədə, xx.xx.2023-cü il tarixli, **********847500 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərarının ləğv olunması, İqtisadiyyat Nazirliyi Dövlət Vergi Xidmətinin “inzibati şikayətin qismən təmin edilməsi haqqında” 04 noyabr 2023-cü il tarixli, **********502800 saylı qərarının qismən - iddiaçının kameral vergi yoxlaması ilə hesablanmış vergi məbləğinin azaldılması barədə xx.xx.2023-cü il tarixli inzibati şikayətinin təmin edilməyən hissədə, Dövlət Vergi Xidmətinin Bakı şəhəri X2 üzrə Baş İdarəsinin xx.xx.2023-cü il tarixli, **********413900 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərarı 4179,40 manat verginin hesablanmasının dəyişdirilmədən saxlanması hissədə, xx.xx.2023-cü il tarixli, **********816200 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərarının 546,85 manat verginin hesablanmasının dəyişdirilmədən saxlanması hissədə, xx.xx.2023-cü il tarixli, **********847500 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərarının dəyişdirilmədən saxlanması hissədə ləğv olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı yekun olaraq Bakı İnzibati Məhkəməsinə ərizə təqdim edərək cavabdeh İqtisadiyyat Nazirliyi Dövlət Vergi Xidmətinin Bakı şəhəri X2 üzrə Baş İdarəsinin 2022-ci il üzrə 5601,54 manat əlavə gəlir vergisinin hesablanmasına dair dəyişdirilmiş inzibati akt olan xx.xx.2023-cü il tarixli, **********754300 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərarının qismən (həmin qərarın 6-cı bəndi istisna olmaqla) və cavabdeh İqtisadiyyat Nazirliyi Dövlət Vergi Xidmətinin Bakı şəhəri X2 üzrə Baş İdarəsinin 2023-cü il üzrə 755,82 manat əlavə gəlir vergisinin hesablanmasına dair dəyişdirilmiş inzibati akt olan xx.xx.2023-cü il tarixli, **********816200 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərarının tamamilə, həmçinin iddiaçı barəsində cavabdeh İqtisadiyyat Nazirliyi Dövlət Vergi Xidmətinin Lokal Gəlirlər Baş İdarəsinin dəyişdirilmiş inzibati akt olan xx.xx.2024-cü il tarixli, **********317400 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərarının qismən (həmin qərarın 6-cı bəndi istisna olmaqla) - 2023-cü il üzrə 546,85 (735,81-188,96) manat əlavə gəlir vergisinin hesablanması hissəsində ləğv olunması, eləcə də qeyd olunan qərarların icrasının nəticələrinin aradan qaldırılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Birinci instansiyası məhkəməsi tərəfindən iddia tələbinin dəqiqləşdirilməsini “cavabdeh İqtisadiyyat Nazirliyi Dövlət Vergi Xidmətinin Bakı şəhəri X2 üzrə Baş İdarəsinin 2022-ci il üzrə 5601,54 manat əlavə gəlir vergisinin hesablanmasına dair dəyişdirilmiş inzibati akt olan xx.xx.2023-cü il tarixli, **********754300 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərarının qismən (həmin qərarın 6-cı bəndi istisna olmaqla) və cavabdeh İqtisadiyyat Nazirliyi Dövlət Vergi Xidmətinin Lokal Gəlirlər Baş İdarəsinin dəyişdirilmiş inzibati akt olan xx.xx.2024-cü il tarixli, **********317400 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərarının qismən (həmin qərarın 6-cı bəndi istisna olmaqla) - 2023-cü il üzrə 546,85 (735,81-188,96) manat əlavə gəlir vergisinin hesablanması hissəsində ləğv olunması, eləcə də qeyd olunan qərarların icrasının nəticələrinin aradan qaldırılması barədə qərar qəbul edilməsi” kimi qəbul etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2021-ci il tarixdə vergi ödəyicisi kimi uçota alınmış, əsas fəaliyyət növü “ət, ev quşlarının ətinin topdan satışı”ndan ibarətdir. İddiaçı iri və xırda buynuzlu heyvanları rayonlardan almış və şəhərdən kənarda özü kəsmiş, mallar alınarkən iki tərəfli aktlarla rəsmiləşdirilmişdir. İddiaçı indiyə qədər vergi öhdəliklərini vaxtlı-vaxtında tam şəkildə yerinə yetirərək vaxtlıvaxtında vergiləri dövlət büdcəsinə ödəmişdir. Dövlət Vergi Xidmətinin Bakı şəhəri X2 üzrə Baş İdarəsinin xx.xx.2023-cü il tarixli, **********413900 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərarına əsasən, 2022-ci il üçün gəlir vergisi bəyannamələri üzrə 4266,40 manat əlavə gəlir vergisi, xx.xx.2023-cü il tarixli, **********847500 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərara əsasən 2023-cü ilin 1-ci rübü üçün məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannaməsi üzrə 100,05 manat muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan əlavə vergi, xx.xx.2023-cü il tarixli, **********816200 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərarına əsasən, 2023-cü il üçün gəlir vergisi bəyannamələri üzrə 566,95 əlavə gəlir vergisi iddiaçıya qanunsuz hesablanmışdır. Birincisi, Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinin mənasına görə, vergi ödəyicisinin riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilir. “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2019-cu il 29 noyabr tarixli 1704-VQD nömrəli Qanununun tətbiqi və həmin Qanunun tətbiqi ilə əlaqədar bir sıra məsələlərin tənzimlənməsi barədə Azərbaycan Respublikası Prezidentinin 25 dekabr 2019-cu il tarixli 902 saylı Fərmanının 2.8-ci yarımbəndinin mənasına görə, Vergi Məcəllənin 13.2.82-ci maddəsinin ikinci cümləsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi nəzərdə tutulur. Azərbaycan Respublikası Nazirlər Kabinetini 28 iyul 2020-ci il tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 1.3cü yarımbəndinə əsasən, riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların meyarlarına cavab verən və əmtəəsiz və (və ya) riskli əməliyyatlar apardığına görə barəsində Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə uyğun olaraq riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar qəbul edilmiş vergi ödəyicilərinə dair məlumatlar Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəsmi internet saytında dərc edilir. Lakin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən iddiaçının riskli vergi ödəyicisi olması barədə qərar qəbul edilməmiş və bu barədə Dövlət Vergi Xidmətinin rəsmi internet saytında məlumat yoxdur. Beləliklə, cavabdehin iddiaçını riskli vergi ödəyicisi hesab etməsi, Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinin, Azərbaycan Respublikası Prezidentinin 25 dekabr 2019-cu il tarixli 902 saylı Fərmanının 2.8-ci yarımbəndinin və Azərbaycan Respublikası Nazirlər Kabinetini 28 iyul 2020-ci il tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 1.3-cü yarımbəndinin tələblərinin kobud surətdə pozulmasıdır. İkincisi, Vergi Məcəlləsinin 3.2-ci maddəsinə əsasən, vergilər iqtisadi cəhətdən əsaslandırılmalıdır. Həmin Məcəllənin 3.5-ci maddəsinə əsasən, heç bir şəxs əldə etdiyi mənfəətdən (gəlirdən) eyni növ vergini bir dəfədən artıq ödəməyə məcbur edilə bilməz. Lakin iddiaçıya yuxarıda qeyd olunan əlavə vergilərin hesablanması iqtisadi cəhətdən əsaslandırılmamış və bu iddiaçının həmin vergiləri ikinci dəfə ödəməyə məcbur edilməsidir. Üçüncüsü, Vergi Məcəlləsinin 53.3-cü maddəsinə əsasən, vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsizliyinisübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vəzifəsi vergi orqanlarının üzərinə düşür. İddiaçı barəsində yuxarıda qeyd olunan əlavə vergilərin hesablanması barədə qərarların qəbul edilməsi nəticəsində iddiaçı müflis olma həddinə gəlmişdir. Bu isə öz növbəsində iddiaçının fəaliyyətinin dayandırmasına gətirib çıxarmışdır. İddiaçı Dövlət Vergi Xidmətinə müraciət edərək Bakı şəhəri X2 üzrə Baş İdarəsinin xx.xx.2023-cü il tarixli **********413900 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərarının, xx.xx.2023-cü il tarixli, **********816200 saylı “Vergilərin, sosialsığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərarının və xx.xx.2023-cü il tarixli, **********847500 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərarının ləğv edilməsini xahiş etmişdir. Dövlət Vergi Xidmətinin “inzibati şikayətin qismən təmin edilməsi haqqında” 04 noyabr 2023-cü il tarixli, **********502800 saylı qərarına əsasən fərdi sahibkar İddiaçı kameral vergi yoxlaması ilə hesablanmış vergi məbləğinin azaldılması barədə xx.xx.2023-cü il tarixli inzibati şikayəti qismən təmin edilmiş, Dövlət Vergi Xidmətinin Bakı şəhəri X2 üzrə Baş İdarəsinin xx.xx.2023-cü il tarixli **********413900 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərarı 87,00 verginin hesablanması hissəsində ləğv edilmiş, 4179,40 manat verginin hesablanması hissəsində dəyişdirilmədən saxlanılmış, xx.xx.2023-cü il tarixli, **********816200 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərarı 20,01 verginin hesablanması hissəsində ləğv edilmiş, 546,85 manat verginin hesablanması hissəsində dəyişdirilmədən saxlanılmış, xx.xx.2023-cü il tarixli, **********847500 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərarı dəyişdirilmədən saxlanılmışdır. Dövlət Vergi Xidmətinin 04 noyabr 2023-cü il il tarixli, **********502800 saylı qərarı iddiaçıya 21 dekabr 2023-cü il tarixdə təqdim olunmuşdur. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X2 üzrə Baş İdarəsi (hazırda İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X1 və Uçotun Təşkili Baş İdarəsi) tərəfindən iddiaya etiraz məhkəməyə təqdim edilmiş və etiraz onunla əsaslandırılmışdır ki, ilk növbədə, vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab olunmasına münasibət bildirilir. ... Meyarların 2.1.1ci və 3.1.1-ci müddəalarına əsasən, vergi ödəyicilərinin təqdim etdiyi elektron qaiməfakturalarda aldığı və ya idxal etdiyi mal çeşidlərindən fərqli mal çeşidlərinin göstərildiyi hal riskli əməliyyatlar olaraq qiymətləndirilir. Həmçinin “Meyarlar”ın 2.1.3-cü müddəasına əsasən, ticarət fəaliyyəti həyata keçirən vergi ödəyicisinin vergi orqanında qeydiyyatda olan anbarı (o cümlədən icarəyə götürdüyü anbarı) və ya digər təsərrüfat subyekti (obyekti) olmadıqda riskli vergi ödəyicisi hesab olunur. Belə ki, qeyd olunan “Meyarlar”ın müddəalarına əsasən İddiaçı fəaliyyəti təhlil olunmuşdur. Təhlil zamanı müəyyən olunmuşdur ki, vergi ödəyicisi tərəfindən xx.xx.2022- xx.xx.2022-ci il dövr ərzində cəmi 4,5 min manat dəyərində təqdim edilmiş qaimə fakturalar üzrə satışda “ət, ev quşlarının ətinin topdan satışı” qeyd olunduğu müəyyən edilmişdir. Lakin elektron qaimə faktura üzrə vergi ödəyicisinin alışında, idxalında qeyd edilən mallar (iş, xidmət) müəyyən edilməmişdir. Vergi ödəyicisinin ticarət fəaliyyəti ilə məşğul olduğu müəyyən edilmiş, lakin təsərrüfat subyektinin (obyekt) qeydə alınmadığı müəyyən edilmişdir. Qeyd edilənləri nəzərə alaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 2.1.1-ci, 3.1.1-ci və 2.1.3-cü yarımbəndlərinə əsasən vergi ödəyicisi riskli hesab olunur. Vergi ödəyicisi tərəfindən təqdim edilmiş və alınmış mallar Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada sənədlərlə rəsmiləşdirilmədikdə, habelə faktiki çəkilmiş xərclər vergi orqanına təqdim edilmiş vergi hesabatlarında əks olunmasına baxmayaraq həmin xərclərin Vergi Məcəlləsi ilə müəyyən edilən təsdiqedici sənədləri olmadığı hallarda vergi güzəşti tətbiq olunmur. Aparılmış araşdırma zamanı Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli, 265 saylı qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 2.1.1-ci, 3.1.1-ci yarımbəndlərinə əsasən vergi ödəyicisi tərəfindən riskli əməliyyatların aparıldığı müəyyən edilmişdir. Yuxarıda qeyd olunanlarla əlaqədar olaraq iddiaçı tərəfindən təqdim edilmiş bəyannamədə 75 faiz güzəşt hüququnun tətbiq edilməsi vergidən yayınma halı kimi qiymətləndirilərək kənarlaşmanın yaranmasına səbəb olmuşdur. 2023-cü ilin 1-ci rübü ərzində vergi ödəyicisinin iqtisadi göstəricisinin (təqdim edilmiş EQF) olması muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannaməsi üzrə kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Yaranmış kənarlaşma ilə əlaqədar vergi ödəyicisinə "Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) təqdim edilməsi haqqında" xx.xx.2023-ci il tarixli, **********151400 saylı, xx.xx.2023-cü il tarixli, **********988400 saylı, xx.xx.2023-cü il tarixli, **********508300 saylı məktublar göndərilmiş, müvafiq təsdiqedici sənədlərin, ətraflı izahat məktubunun və dəqiqləşdirilmiş bəyannamənin vergi orqanına təqdim edilməsi tələb olunmuşdur. Müəyyən edilmiş kənarlaşmalar barədə vergi ödəyicisi tərəfindən təsdiqedici sənədlər, ətraflı izahat məktubu və dəqiqləşdirilmiş bəyannamə təqdim edilmədiyindən Vergi Məcəlləsinin 37-ci, 67-ci, 83-cü maddələrinə əsasən, kameral vergi yoxlaması ilə 2022-ci il gəlir vergisi bəyannaməsi üzrə əlavə 5601,54 manat (28813,65-805,95)*20%, 2023-cü ilin gəlir vergisi üzrə 735,81 manat (3876-196,95)*20% və 2023-cü ilin 1-ci rübü üçün muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannaməsi üzrə 100,05 əlavə vergi məbləği hesablanmışdır. Aparılmış hesablamalarla bağlı vergi ödəyicisinə xx.xx.2023-cü il tarixli, **********413900 saylı, xx.xx.2023-cü il tarixli, **********816200 saylı və xx.xx.2023-cü il tarixli, **********847500 saylı "Vergilərin hesablanması barədə" Qərarlar göndərilmişdir. İddiaçı mikro sahibkarlıq subyektlərinin sahibkarlıq fəaliyyətlərindən əldə etdikləri gəlir və mənfəətlərinə 75 faiz həcmində güzəşt hüququndan istifadə etmiş, lakin bu zaman özünün riskli vergi ödəyicisi olmasını nəzərə almamışdır. Halbuki, vergi qanunvericiliyində qeyd olunan güzəşt gəlir və xərclərinin uçotunu düzgün aparan vergi ödəyiciləri üçün nəzərdə tutulmuşdur və riskli vergi ödəyiciləri həmin güzəştdən istifadə hüququnu itirmiş sayılırlar. Beləliklə, iddiaçı tərəfindən təqdim edilmiş bəyannamədə 75 faiz güzəşt hüququnun tətbiq edilməsi vergidən yayınma halı kimi qiymətləndirilərək kənarlaşmanın yaranmasına səbəb olmuşdur. “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” 03 dekabr 2021-ci il tarixli 406-VİQD №-li Qanun əsasında Vergi Məcəlləsinin 102.1.30-cu və 106.1.20-ci maddələrinə dəyişiklik edilərək, mikro sahibkarlıq subyektlərinin sahibkarlıq fəaliyyətlərindən əldə etdikləri gəlir və mənfəətlərinə 75 faiz həcmində güzəştin verilməsi üçün onlar tərəfindən gəlir və xərclərinin uçotunun aparılması şərti Vergi Məcəlləsinə daxil edilmişdir. Gəlirlərin və xərclərin uçotunu hüquqi və fiziki şəxslər Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun olaraq aparmalıdırlar. Vergi tutma məqsədləri üçün gəlirlər və xərclər Vergi Məcəlləsinə əsasən müəyyən edilir. Vergi ödəyicisi tərəfindən təqdim edilmiş və alınmış mallar Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada sənədlərlə rəsmiləşdirilmədikdə, habelə faktiki çəkilmiş xərclər vergi orqanına təqdim edilmiş vergi hesabatlarında əks olunmasına baxmayaraq, həmin xərclərin Vergi Məcəlləsi ilə müəyyən edilən təsdiqedici sənədləri olmadığı hallarda vergi güzəşti tətbiq olunmur. Odur ki, vergi ödəyicisi riskli vergi ödəyicisi hesab olunduğundan Vergi Məcəllləsinin 106.1.20-ci maddəsində nəzərdə tutulan 75 faiz güzəşt hüququ onun barəsində tətbiq oluna bilməz. Göründüyü kimi, iddiaçının barəsində aparılmış kameral hesablama qanuna müvafiq qaydada həyata keçirilmişdir. İddiaçı inzibati şikayətlə DVX-ya müraciət edərək kameral vergi yoxlamasının nəticəsi ilə razı olmadığını bildirmiş, 2022-ci və 2023-cü illərin gəlir vergisi və 2023-cü ilin 1-ci rübü üçün muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannamələri üzrə hesablanmış vergi məbləğinin azaldılmasını xahiş etmişdir. Aparılmış təhlilər nəticəsində vergi ödəyicisinin 2023-cü ilin 1-ci rübü ərzində iqtisadi fəaliyyətinin olmasına baxmayaraq, muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannaməsinin göstəricisiz (boş) təqdim edildiyi müəyyən edilmişdir. Fərdi sahibkarın müraciəti ilə əlaqədar olaraq, kameral vergi yoxlaması ilə hesablanmış vergi məbləğinin azaldılması ilə əlaqədar məsələnin birgə araşdırılması məqsədilə fərdi sahibkara xx.xx.2023-cü il tarixli **********290100 nömrəli məktub göndərilərək xx.xx.2023-cü il tarixdə şəxsən və ya səlahiyyətli nümayəndəsi (vəkili) Dövlət Vergi Xidmətinin İnzibati şikayətlərə baxılması baş idarəsinə dəvət olunmuş, fərdi sahibkarın etibarnamə ilə səlahiyyətli nümayəndəsi Vəkil xx.xx.2023-cü il tarixdə araşdırmada iştirak etmişdir. Vəkil araşdırmaya təqdim etdiyi izahatında 2023-cü ilin 1-ci rübü üçün muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannaməsinin göstəricisiz (boş) təqdim edilməsini əsaslandıra bilməmiş, gəlir vergisi üzrə iri və xırda buynuzlu heyvanların rayonlardan alındığı və şəhərdən kənarda fərdi sahibkarın özü tərəfindən kəsildiyini, mallar alınarkən iki tərəfli aktlarla rəsmiləşdirildiyini, vergi orqanında uçotda olmayan fiziki şəxslərdən alınmış mallara görə elektron alış aktının əldə edilməsi barədə fərdi sahibkarın məlumatının olmadığı qeydetmişdir. Şikayət üzrə işin faktiki halları, gətirilmiş dəlillər və toplanmış materiallar (sənədlər) əsas götürülməklə, habelə qanunvericiliyin müddəaları rəhbər tutulmaqla belə nəticəyə gəlinmişdir ki, vergi ödəyicisinin inzibati şikayəti qismən təmin edilməlidir. Belə ki, uçot-baza məlumatlarına əsasən vergi ödəyicisi tərəfindən təqdim edilmiş elektron qaimə-fakturalara əsasən 2022-ci ilin avqust-dekabr ayları ərzində 28813,65 manat dəyərində 3,04 ton, 2023-cü ilin yanvar ayı ərzində 3876,0 manat dəyərində 0,46 ton ət satıldığı, bu dövr ərzində elektron qaimə-fakturalara əsasən mallar əldə edilmədiyi, elektron alış aktı ilə mallar alınmadığı, idxal-ixrac əməliyyatları aparılmadığı, muzdlu işlə əlaqədar ödəmə mənbəyindən tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannaməsi üzrə 2022-ci il üçün 435,00 manat, 2023-cü il üçün 100,05 manat (kameral vergi yoxlaması ilə) sosial sığorta haqqının hesablandığı müəyyən edilmişdir. Vergi orqanının apardığı araşdırma ilə vergi ödəyicisi tərəfindən xx.xx.2022-xx.xx.2022-ci il dövr ərzində cəmi 4,5 min manat dəyərində təqdim edilmiş qaimə fakturalar üzrə satışda “Ət.” qeyd olunduğu müəyyən edilmişdir. Lakin elektron qaimə faktura üzrə vergi ödəyicisinin alışında, idxalında qeyd edilən mallar (iş, xidmət) müəyyən edilməmişdir. Vergi ödəyicisinin ticarət fəaliyyəti ilə məşğul olduğu müəyyən edilmiş, lakin təsərrüfat subyektinin (obyekt) qeydə alınmadığı müəyyən edilmişdir. Qeyd edilənləri nəzərə alaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 2.1.1-ci,3.1.1-ci və 2.1.3-cü yarımbəndlərinə əsasən fərdi sahibkarın “Riskli vergi ödəyicisi hesab edilməsi və riskli vergi ödəyiciləri siyahısına daxil edilməsi barədə” xx.xx.2023-cü il tarixli, **********527700 saylı Qərar qəbul olunmuşdur. Vergi orqanı tərəfindən kameral vergi yoxlaması ilə 2022-ci və 2023-cü il üçün gəlir vergisi bəyannamələrində fərdi sahibkar tərəfindən bəyan edilmiş gəlir və xərc məbləğləri dəyişdirilmədən (2022-ci il üçün bəyannamənin “Hesabat dövrünün gəlirləri” hissəsinin 1200.1-ci (malların təqdim edilməsindən gəlir) sətrində 28813,65 manat, xərcləri hissəsində 370,95 manat, 2023-cü il üçün bəyannamənin “Hesabat dövrünün gəlirləri” hissəsinin 1200.1-ci (malların təqdim edilməsindən gəlir) sətrində 3876,0 manat, xərcləri hissəsində 96,90 manat nəzərə alınmaqla) Vergi Məcəlləsinin 102.1.30-cu maddəsinə əsasən gəlir və xərclərinin uçotunun həmin məcəllədə nəzərdə tutulmuş qaydada aparılmadığı üçün Vergi Məcəlləsinin qeyd olunan maddəsi ilə müəyyən edilmiş güzəşt hüququ nəzərə alınmamış və 2022-ci il üçün 4266,40 manat, 2023-cü il üçün 566,86 manat əlavə gəlir vergisi hesablanmışdır. Bundan başqa fərdi sahibkar tərəfindən 2023-cü ilin yanvar ayında aparılmış əməliyyatlar üzrə təqdim edilmiş elektron qaimə-fakturalara əsasən 3876,0 manat dəyərində ət satıldığının müəyyən edildiyini, nəticədə vergi ödəyicisinin həmin ayda fəaliyyət göstərdiyinə əsaslanaraq 2023-cü ilin 1-ci rübü üçün muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannaməsi üzrə rübün 1-ci ayına sahibkarlıq fəaliyyəti üzrə 86,25 manat (345,00 manat (minimum əmək haqqı) *25%) sosial sığorta haqqı və 13,80 manat (345,00 manat (minimum əmək haqqı) *4%) olmaqla, ümumilikdə 100,05 manat məcburi dövlət sosial sığorta ayırmaları hesablanmışdır. ... Eyni zamanda uçot baza və əlaqəli məlumatlar əsasında aparılan araşdırma zamanı fərdi sahibkarın hüquqi qüvvəyə minmiş əmək müqaviləsi əsasında işlərə cəlb edilmiş işçisinin, habelə fəaliyyət sahəsi üzrə fəaliyyətinin icra edilməsi üçün resursların (nəqliyyat vasitəsinin, cəlb edilmiş nəqliyyat vasitələri ilə bağlı xərclərin və sair) olmadığı müəyyən edilmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-1(112)-5915/2024 saylı qərardadı ilə hazırkı iş üzrə Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi inzibati məhkəmə icraatında birgə cavabdeh qismində nəzərə alınmışdır. Cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən məhkəməyə təqdim edilmiş etirazda qeyd edilmişdir ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X2 Üzrə Baş İdarəsinin vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə xx.xx.2023-cü il tarixli, **********527700 saylı Qərarına əsasən vergi ödəyicisi İddiaçı (VÖEN: **********) riskli vergi ödəyicisiləri siyahısına əlavə edilmişdir. Aparılmış araşdırma zamanı Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları” nın 2.1.1, 2.1.3, 3.1.1-ci yarımbəndlərinə əsasən vergi ödəyicisi tərəfindən riskli əməliyyatların aparıldığı müəyyən edilmişdir. Gəlirlərin və xərclərin uçotunu hüquqi və fiziki şəxslər Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun olaraq aparmalıdırlar. Vergitutma məqsədləri üçün gəlirlər və xərclər Vergi Məcəlləsinə əsasən müəyyən edilir. Vergi ödəyicisi tərəfindən təqdim edilmiş və alınmış mallar Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada sənədlərlə rəsmiləşdirilmədikdə, habelə faktiki çəkilmiş xərclər vergi orqanına təqdim edilmiş vergi hesabatlarında əks olunmasına baxmayaraq həmin xərclərin Vergi Məcəlləsi ilə müəyyən edilən təsdiqedici sənədləri olmadığı hallarda vergi güzəşti tətbiq olunmur. Qeyd olunanlarla əlaqədar olaraq vergi ödəyicisi İddiaçı (VÖEN: **********) tərəfindən təqdim edilmiş 2022-ci və 2023-cü illər üzrə gəlir vergisi bəyannamələrində 75 faiz güzəşt hüququnun tətbiq edilməsi vergidən yayınma halının yaranmasına səbəb olmuş və kənarlaşma kameral vergi yoxlaması ilə aradan qaldırılmışdır. Qeyd olunan dövrlər üzrə azaldılmaqla təqdim edilən gəlir vergisi bəyannamələrinə kameral vergi yoxlaması ilə münasibət bildirilərək hesablanan vergi məbləğlərinin bərpa edilməsinə baxmayaraq vergi ödəyicisinin “riskli vergi ödəyicisi” olması səbəbindən şəxsi hesab vərəqəsinin kameral yoxlanılmalı məbləğ sətrində 6.244,34 manat borc məbləği qalmışdır. Bakı İnzibati Məhkəməsinin 28 yanvar 2025-ci il tarixli, e-2-1(112)-758/2025 saylı qərarı ilə (hakim G.A.Sevdimalıyeva) iddia tələbi təmin edilmiş, İddiaçı (VÖEN **********) münasibətdə cavabdeh İqtisadiyyat Nazirliyi Dövlət Vergi Xidmətinin Bakı şəhəri X2 üzrə Baş İdarəsi (hazırda Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X1 və Uçotun Təşkili Baş İdarəsi) tərəfindən qəbul edilmiş 2022-ci il üzrə əlavə gəlir vergisinin hesablanmasına dair xx.xx.2023-cü il tarixli **********754300 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərarı qismən, həmin qərarın 6-cı bəndi istisna olmaqla və cavabdeh İqtisadiyyat Nazirliyi Dövlət Vergi Xidmətinin Lokal Gəlirlər Baş İdarəsinin 2023-cü il üzrə əlavə gəlir vergisinin hesablanmasına dair xx.xx.2024-cü il tarixli **********317400 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərarı qismən, həmin qərarın 6-cı bəndi və hesablanmış 546,85 manat vergi məbləği istisna olmaqla ləğv edilsin və ləğv olunan hissədə həmin qərarların icrasının nəticələri aradan qaldırılması qərara alınmışdır. Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-1(112)-758/2025 saylı qərardadı ilə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-758/2025 nömrəli iş üzrə 28 yanvar 2025-ci il tarixli qərarının nəticə hissəsində buraxılmış yanlışlıq düzəldilmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-758/2025 nömrəli iş üzrə 28 yanvar 2025-ci il tarixli qərarın nəticə hissəsində “həmin qərarın 6-cı bəndi və hesablanmış 546,85 manat vergi məbləği istisna olmaqla” ifadəsi “həmin qərarın 6-cı bəndi və hesablanmış 188,96 manat vergi məbləği istisna olmaqla” kimi oxunması qərara alınmışdır. Bakı İnzibati Məhkəməsinin 28 yanvar 2025-ci il tarixli, e-2-1(112)-758/2025 saylı qərarından cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X1 və Uçotun Təşkili Baş İdarəsi apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin qərarında qeyd etdiyi “75 faizinə münasibətdə gəlir vergisindən azad olması üçün yeganə tələb kimi Vergi Məcəlləsi ilə müəyyən olunmuş qaydada gəlirlərin və xərclərin uçotunu aparması nəzərdə tutulmuş, vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilib-edilməməsi ilə bağlı hər hansı məhdudiyyət qeyd olunmamışdır”la bağlı əsaslandırma tamamilə əsassızdır. Belə ki, qərarda da 75 faiz güzəştin tətbiq olunamama əsası kimi gəlir və xərcin uçotunun qanunvericiliyə uyğun aparılmamış olması qeyd edilmişdir. Vergi ödəyicisinin riskli əməliyyatlar çərçivəsində təqdim etdiyi malların uçotunun düzgün aparılmamasına münasibətdə isə vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab olunma barədə qərarı mübahisələndirməməsi də həmin qərarla razı olduğunu və malların xərc sənədlərinin olmamasını təsdiq etdiyini sübut edir. ... 2022-ci ildə qüvvədə olan Vergi Məcəlləsinin 102.1.30-cu maddəsinin müddəalarına əsasən “bu Məcəllə ilə müəyyən olunmuş qaydada gəlirlərin və xərclərin uçotunu aparan mikro sahibkarlıq subyekti olan fərdi sahibkarların sahibkarlıq fəaliyyətindən gəlirinin 75 faizi” güzəşt nəzərdə tutulmuşdur. Normadan göründüyü kimi 75 faiz güzəştin tətbiq olunması üçün həm gəlir, həm də xərcin uçotunun Vergi Məcəlləsinə uyğun aparılması tələb olunmuşdir. Belə ki, maddədə “və” bağlayıcısından istifadə olunmuşdur ki, bu da güzəştin tətbiq oluna bilməsi üçün həm gəlirin, həm də xərcin uçotunun qanunvericiliyin tələblərinə uyğun aparılmasını şərtləndirir. Belə ki, “və” bağlayıcısı bir neçə elementi eyni vaxtda nəzərdə tutur. Yəni, bir ifadədə verilən bütün hallar və ya şərtlər birlikdə mövcud olmalıdır. Məhkəmənin qeyd etdiyi kimi, yalnız gəlirin uçotunun aparılması güzəştin tətbiq edilməsi üçün yetərli olsa idi bu zaman maddədə “və” deyil “və ya” bağlayıcısından istifadə edilərdi. Məhkəmənin “iddiaçı məhz riskli vergi ödəyicisi olduğuna görə (avtomatik) olaraq mikro sahibkar üçün təsbit edilmiş güzəşt hüququndan məhrum edilməsi” barədə əsaslandırmasına münasibətdə isə bildiririk ki, vergi ödəyicisinə 75 faiz güzəştin tətbiq olunmaması onun riskli vergi ödəyicisi hesab olunması halı ilə bilavasitə əlaqəli deyil, dolayı əlaqəlidir. Belə ki, vergi ödəyicisinin 75 faiz güzəşt hüququnu itirməsinin səbəbi onun xərclərinin uçotunu Vergi Məcəlləsinin tələblərinə uyğun olaraq aparmaması olmuşdur. Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab olunması ilə dolayı əlaqə isə ondan ibarətdir ki, vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab olunmasının səbəbi də onun xx.xx.2022-xx.xx.2022-ci il dövr ərzində 4,5 min manat dəyərində təqdimetdiyi malların xərc sənədlərinin olmaması olmuşdur. Odur ki, vergi ödəyicisinin barəsində riskli vergi ödəyicisi hesab olunma barədə qərar çıxarılmış olmasaydı belə onun 75 faiz güzəşt tətbiq etmək hüququ olmayacaqdı. İndiki halda isə məhkəmənin vergi orqanının 75 faiz güzəştin tətbiqindən imtina etməsini onun riskli vergi ödəyicisi hesab olunması ilə yalnız əlaqəli olması qənaətinə gəlməsi tamamilə əsassızdır. Məhkəmənin “vergi qanunvericiliyinə əsasən iddiaçının vergi öhdəliyini müəyyən etməyə hər hansı şəkildə manəçilik törətmir”lə bağlı əsaslandırmasına münasibətdə bildirilməlidir ki, Vergi Məcəlləsinin 16.1.3-cü maddəsinə əsasən, qanunvericiliklə nəzərdə tutulmuş qaydada gəlirlərinin (xərclərinin), o cümlədən vergidən azad edilən gəlirlərinin (xərclərinin) və vergitutma obyektlərinin uçotunu aparmaq vergi ödəyicisinin vəzifəsidir. Odur ki, vergi ödəyicisi tərəfindən yalnız 28813,65 manat gəlirin, 805,95 manat xərcin uçotunun aparılması, lakin malların alınmasına dair çəkilən xərclərin uçotunun aparmaması onun Vergi Məcəlləsinin 102.1.30-cu maddəsinə uyğun olaraq 75 faiz güzəş almaq hüququnu itirməsinə səbəb olmuşdur. Məhkəmə qərarında eyni zamanda qeyd edilmişdir ki, vergi ödəyicisi tərəfindən gəlirlərin və xərclərin uçotunun qanunvericiliyə uyğun şəkildə aparılmasının tələb olunmasında məqsəd vergi ödəyiciləri tərəfindən vergidən yayınma hallarının baş verməsinin qarşısını almadır. Gəlirlərin əldə edilməsi ilə bağlı xərclərin məbləğinin az qeyd olunması isə gəlir vergisi məbləğinin hesablanması zamanı vergi ödəyicisinə münasibətdə hər hansı əlverişli şərait yaratmır. Belə ki, rezidentlərin gəlirləri üzrə vergitutma obyekti vergi ili üçün rezidentlərin bütün gəliri ilə həmin dövr üçün bu Məcəllə ilə müəyyənləşdirilən gəlirdən çıxılan məbləğ arasındakı fərqdən ibarət olan vergiyə cəlb edilən gəlirdir (Vergi Məcəlləsinin 96.1-ci maddəsinə əsasən). Belə olan təqdirdə vergi ödəyicisi tərəfindən gəlirin əldə edilməsi ilə bağlı xərclərin məbləğinin az göstərilməsi gəlir vergisi üzrə vergi tutma obyekti olan vergiyə cəlb olunan gəlir (ümumi gəlir – gəlirdən çıxılan xərclər = vergiyə cəlb olunan gəlir) məbləğinin artması ilə nəticələnir, bu isə birbaşa olaraq ödənilməli vergi məbləğinin artması, yəni vergi ödəyicisinə münasibətdə əlverişsiz şəraitin yaranması deməkdir. Məhkəmə məsələyə geniş perspektivdən yanaşmamış, daha dar çərçivədən qiymətləndirmişdir. Məhkəmə qərarında qeyd olunanların əksinə, xərclərin uçotunun aparılmaması vergi yükünü azaltmaq üçün bir üsul kimi istifadə edilə bilər. Belə ki, xərclərin uçotu aparılmadıqda, vergi ödəyicisi gəlirini rəsmi olaraq az göstərə bilər. Misal üçün, vergi ödəyicisi əslində 10 min ədəd mal alıb təqdim edir, lakin satışda 5 min ədəd malın satıldığını bəyan edir. Belə olan halda 5 min ədəd malın uçotu olmadığından onun satışı həyata keçirildikdə də gəlir vergisi ödənmir və nəticədə kölgə iqtisadiyyatına səbəb olur. Əgər gəlir aşağı göstərilirsə, ödəniləcək vergi də azalır. Xərclərin uçotu aparılmadıqda, rəsmi sənədləşdirilmə tələb olunmur və pul dövriyyəsi nəzarətdən kənarda qalır. Satıcılar və alıcılar arasında nağd əməliyyatlar vergidən yayınmağa imkan yaradır. Dövlətin nəzarət mexanizmləri zəifləyir və kölgə iqtisadiyyatının böyüməsinə səbəb olur. Bakı İnzibati Məhkəməsinin 28 yanvar 2025-ci il tarixli, e-2-1(112)-758/2025 saylı qərarından cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin rədd edilməsini xahiş etmiş, apellyasiya şikayəti etirazın məzmununa uyğun əsaslandırılmışdır. Məhkəmə iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin nümayəndəsi Nümayəndə4 izahatında məhkəməyə bildirdi ki, Bakı İnzibati Məhkəməsinin 28 yanvar 2025-ci il tarixli, e-2-1(112)-758/2025 saylı qərarının 47-ci bəndində qeyd olunur ki, “... Məhkəmə nəzərə alır ki, vergi qanunvericiliyinə əsasən vergi ödəyicisinin mikro sahibkarlıq subyekti olan fərdi sahibkar qismində sahibkarlıq fəaliyyətindən gəlirinə münasibətdə 75 faiz vergi güzəştinin tətbiq olunmasından imtina edilməsi üçün iddiaçı hər iki meyar üzrə uçot aparmamış olmalıdır”. 75 faiz vergi güzəştinin tətbiq olunması üçün vergi ödəyicisi tərəfindən gəlirlərin və xərclərin uçotunun qanunvericiliyə uyğun şəkildə aparılması tələb olunur. Burada göründüyü kimi gəlirlərin və ya xərclərin deyil, gəlirlərin və xərclərin uçotunun aparılması tələb olunur. Məhkəmə eyni zamanda qeyd edir ki, 75 faiz vergi güzəştinin tətbiq olunması üçün vergi ödəyicisi tərəfindən gəlirlərin uçotunun aparılması kifayət edir. Birinci instansiya məhkəməsi tərəfindən Vergi Məcəlləsinin müvafiq norması düzgün təfsir edilməmişdir. Eyni zamanda nümayəndə ona verilmiş suallara cavab olaraq aşağıdakıları bildirdi: - Vergi ödəyicisinin malların satışını təsdiq edən sənədləri olsa da, mallaın alışını təsdiq edən sənədləri mövcud deyil. Bu hal xərclərin uçotunun düzgün şəkildə aparılmamasının əyani təzahürüdür. Vergi Məcəlləsinin tələblərinə əsasən xərc sənədlərinin olmaması 75 faiz vergi güzəştinin tətbiq olunmaması üçün əsasdır. - Vergi ödəyicisi tərəfindən 2023-cü ilin əlavə gəlir vergisinə münasibətdə 2024-cü ildə 75 faiz vergi güzəştinin tətbiq olunması hüququndan istifadə etmək üçün vergi orqanına müraciət etmişdir. Həmçinin vergi ödəyicisi tərəfindən 2023-cü il üzrə əmtəəsiz əməliyyatlar həyata keçirilmişdir. - Hər bir halda vergi ödəyicisi tərəfindən vergi orqanına həm gəlir, həm xərclərin uçotu ilə bağlı düzgün məlumatlat təqdim olunmalıdır. Qeyd edilən normanın da məzmununun mahiyyəti məhz bundan ibarətdir. Məhkəmə iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X1 və Uçotun Təşkili Baş İdarəsinin nümayəndəsi Nümayəndə3 izahatında məhkəməyə bildirdi ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin mövqeyi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X1 və Uçotun Təşkili Baş İdarəsinin mövqeyi ilə eynilik təşkil edir. Eyni zamanda nümayəndə ona verilmiş suallara cavab olaraq bildirdi ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X1 və Uçotun Təşkili Baş İdarəsinin vergi ödəyicisi barədə qəbul etmiş olduğu qərar 2022-ci il üzrə gəlir vergisi ilə bağlıdır. Vergi ödəyicisi riskli vergi ödəyicisidir. Təqdim edilən bəyannamələrdə gəlir və xərclərin uçotunun qanunvericiliyə uyğun şəkildə aparılmaması səbəbindən vergi orqanı tərəfindən vergi ödəyicisinə münasibətdə 75 faiz vergi güzəştinin tətbiq olunmasından imtina edilmişdir. Tərəflərindən əməliyyatların aparıldığı dövrdə qüvvədə olan normalara istinad edilir və ümumilikdə vergi ödəyicisinə münasibətdə 75 faiz vergi güzəştinin tətbiq olunmasından imtina əsası kimi Vergi Məcəlləsinin 102.1.30-cu maddəsinə istinad olunur. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil izahatında məhkəməyə bildirdi ki, birinci instasniya məhkəməsi tərəfindən haqlı olaraq Azərbaycan Respublikası Vergi Məcəlləsinin 102-ci maddəsinə istinad edilmişdir. 1 ildən uzun müddət ərzində məhkəmə tərəfindən araşdırma aparılmışdır. Bu müddət ərzində vergi orqanı tərəfindən bir-neçə dəfə qərarlar qəbul edilib, ləğv edilmişdir. Vergi ödəyicisi 188 manata münasibətdə azalma vermişdir. 2022-ci il üzrə gəlir vergisi ilə əlaqədar kameral vergi hesablanıldığı zaman iddiaçıya riskli vergi ödəyicisi olub-olmaması barədə hər hansı irad bildirilməmişdir. İddiaçı tərəfindən bəyannamə verilsə də, vergi orqanı tərəfindən hər hansı irad iddiaçıya bildirilməmişdir. İddiaçıya münasibətdə 75 faiz güzəşt tətbiq olunmalıdır. Vergi orqanı tərəfindən hesablanmış kameral vergisinin doğruluğunun sübut edilməsi məhz vergi orqanının özünün vəzifəsidir. 2022-ci il üzrə gəlir və xərclərin uçotu vergi orqanı tərəfindən təsdiq olunmuşdur. 2023-cü il üzrə vergi ödəyicisi tərəfindən gəlirlərin uçotunun aparılması işin mübahisəsiz halıdır. Qarşı tərəf istinad etdiyi Vergi Məcəlləsinin 102.1.30-cu maddəsini düzgün təfsir etmir. Belə ki, Vergi Məcəlləsinin 102.1.30-cu maddəsinə əsasən o nəzərdə tutulur ki, vergi orqanı tərəfindən 75 faiz vergi güzəştinin tətbiq olunmasından imtina vergi ödəyicisi tərəfindən gəlirlərin və xərclərin uçotunun aparılmaması nəticəsində yol verilə bilər. Analoji işlər üzrə vahid məhkəmə təcrübəsi də formalaşmışdır. Xəclərin uçotunun aparılmaması əslində vergi ödəyicisinin ziyanınadır. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassızdır, birinci instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Belə ki, iş materiallarında olan sənədlərdən aşağıdakılar müəyyən edilir: 2022-ci il vergi dövrü üzrə gəlir vergisinə münasibətdə müəyyən edilmişdir: - “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” **********413900 nömrəli, xx.xx.2023-cü il tarixli Qərar (Bakı şəhəri X3 üzrə Baş İdarəsi tərəfindən qəbul edilmişdir); - “İnzibati şikayətin qismən təmin edilməsi haqqında” xx.xx.2023-cü il tarixli, **********502800 nömrəli Qərar; - “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” **********754300 nömrəli, xx.xx.2023-cü il tarixli Qərar (Bakı şəhəri X3 üzrə Baş İdarəsi tərəfindən qəbul edilmişdir). 2023-cü il vergi dövrü üzrə gəlir vergisinə münasibətdə müəyyən edilmişdir: - “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” **********816200 nömrəli, xx.xx.2023-cü il tarixli Qərar (Bakı şəhəri X3 üzrə Baş İdarəsi tərəfindən qəbul edilmişdir); - “İnzibati şikayətin qismən təmin edilməsi haqqında” xx.xx.2023-cü il tarixli, **********502800 nömrəli Qərar; - “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” **********317400 nömrəli, xx.xx.2024-cü il tarixli Qərar (Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilmişdir). 2022-ci il vergi dövrü üzrə gəlir vergisinə münasibətdə qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” **********413900 nömrəli, xx.xx.2023-cü il tarixli Qərara əsasən: Təqdim edilmiş bəyannamə, hesabat üzrə vergi ödəyicisi tərəfindən hesablanmış vergi və ya sığorta haqqı – 1.422,14 manat, Vergi orqanı tərəfindən aparılmış kameral yoxlama nəticəsində müəyyən edilmiş vergi və ya sığorta haqqı – 5.688,54 manat, Kameral yoxlama nəticəsində əlavə hesablanmış vergi və ya sığorta haqqı məbləği – 4.266,40 manat. Bəyannamədə və hesabatda göstərilən məbləğə düzəliş edilməsinin səbəbi: - Vergi ödəyicisinin riskli əməliyyatlar aparılmaqla gəlirlərinin və xərclərinin uçotunu qanunvericiliyə uyğun olaraq aparmadıqları müəyyən edilmişdir ki, bu da həmin ödəyicilərin mikro sahibkarlıq subyektlərinin sahibkarlıq fəaliyyətlərindən əldə etdikləri gəlir və mənfəətlərinə 75 faiz həcmində güzəşt hüququnun tətbiq edilməsi vergidən yayınma halı qiymətləndirilərək kənarlaşmanın yaranmasına səbəb olmuşdur. 2023-cü il vergi dövrü üzrə gəlir vergisinə münasibətdə qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” **********816200 nömrəli, xx.xx.2023-cü il tarixli Qərara əsasən: Təqdim edilmiş bəyannamə, hesabat üzrə vergi ödəyicisi tərəfindən hesablanmış vergi və ya sığorta haqqı – 188,96 manat, Vergi orqanı tərəfindən aparılmış kameral yoxlama nəticəsində müəyyən edilmiş vergi və ya sığorta haqqı – 755,82 manat, Kameral yoxlama nəticəsində əlavə hesablanmış vergi və ya sığorta haqqı məbləği – 566,86 manat. Bəyannamədə və hesabatda göstərilən məbləğə düzəliş edilməsinin səbəbi: Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli qərarı ilə təsdiq olunmuş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 2.1.1-ci, 3.1.1-ci və 2.1.3-cü bəndlərinə əsasın riskli vergi ödəyicisi hesab edilmişdir. “İnzibati şikayətin qismən təmin edilməsi haqqında” xx.xx.2023-cü il tarixli, **********502800 nömrəli Qərara əsasən:

1. Fərdi sahibkar İddiaçı kameral vergi yoxlaması ilə hesablanmış vergi məbləğinin azaldılmasıı barədə xx.xx.2023-cü il tarixli inzibati şikayət qismən təmin edilmişdir.

2. Dövlət Vergi Xidmətinin Bakı şəhəri X2 üzrə Baş İdarəsinin xx.xx.2023-cü il tarixli **********413900 nömrəli “Vergilərin, sosial sğorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərarı 87,00 verginin hesablanması hissəsində ləğv edilmiş, 4179,40 manat berginin hesablanması hissəsində dəyişdirilmədən saxlanılmış, xx.xx.2023-cü il tarixli **********816200 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərarı 20,01 verrginin hesablanması hissəsində ləğv edilmiş, 546,85 manat verginin hesablanması hissəsində dəyişdirilmədən saxlanılmış, xx.xx.2023-cü il tarixli **********847500 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərarı dəyişdirilmədən saxlanılmışdır. 2022-ci il vergi dövrü üzrə gəlir vergisinə münasibətdə qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” **********754300 nömrəli, xx.xx.2023-cü il tarixli Qərara əsasən: Təqdim edilmiş bəyannamə, hesabat üzrə vergi ödəyicisi tərəfindən hesablanmış vergi və ya sığorta haqqı – 5.688,54 manat, Əvvəlki kameral yoxlama ilə müəyyən edilmiş vergi və ya sığorta haqqı – 5.688,54 manat, Vergi orqanı tərəfindən aparılmış kameral yoxlama nəticəsində müəyyən edilmiş vergi və ya sığorta haqqı – 5.601,54 manat, Kameral yoxlama nəticəsində verginin azaldılmış məlbəği və ya sığorta haqqı – 87,00 manat, Bu qərara əsasən ləğv edilmiş əvvəlki qərar – **********413900, 20230511 Bəyannamədə və hesabatda göstərilən məbləğə düzəliş edilməsinin səbəbi: inzibati şikayətin qismən təmin edilməsi haqqında Qərara əsasən. 2023-cü il vergi dövrü üzrə gəlir vergisinə münasibətdə qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” **********317400 nömrəli, xx.xx.2024-cü il tarixli Qərara əsasən: Təqdim edilmiş bəyannamə, hesabat üzrə vergi ödəyicisi tərəfindən hesablanmış vergi və ya sığorta haqqı – 0,00 manat, Vergi orqanı tərəfindən aparılmış kameral yoxlama nəticəsində müəyyən edilmiş vergi və ya sığorta haqqı – 735,81 manat, Kameral yoxlama nəticəsində əlavə hesablanmış vergi və ya sığorta haqqı məbləği – 735,81 manat Bu qərara əsasən ləğv edilmiş əvvəlki qərar – **********785100, 20231106 Bəyannamədə və hesabatda göstərilən məbləğə düzəliş edilməsinin səbəbi: Qarşılıqlı əməliyyatlar üzrə hesablanan vergi məbləği – 3876 manat dəyərində e-qaimə faktura əsasında satış olduğu halda, alış barədə məlumat müəyyən edilməmişdir. Aparılmış araşdırma zamanı Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli qərarı ilə təqdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 2.1.1-ci və 3.1.1-ci yarımbəndlərinə əsasən vergi ödəyicisi tərəfindən riskli əməliyyatların aparıldığı müəyyən edilmişdir. Eyni zamanda “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” 03 dekabr 2021-ci il tarixli 406-VİQD №-li Qanun əsasında Vergi Məcəlləsinin 102.1.30-cu və 106.1.20-ci maddələrinə dəyişiklik edilərək, mikro sahibkarlıq subyektlərinin sahibkarlıq fəaliyyətlərindən əldə etdikləri gəlir mənfəətlərinə 75 faiz həcmində güzəştin verilməsi üçün onlar tərəfindən gəlir və xərclərinin uçotunun aparılması şərti Vergi Məcəlləsinə daxil edilmişdir. Vergi ödəyicisi tərəfindən təqdim edilmiş 2023-cü il üzrə mənfəət (gəlir) vergisi bəyannaməsində 75% güzəşt hüququ istifadə edilmişdir ki, bu da kənarlaşmanın yaranmasına səbəb olub. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” xx.xx.2023-cü il tarixli, **********527700 nömrəli Qərarına əsasən İddiaçı (VÖEN: **********) riskli vergi ödəyicisi hesab edilmişdir. Bakı İnzibati Məhkəməsinin 28 yanvar 2025-ci il tarixli, e-2-1(112)-758/2025 saylı qərarı aşağıdakılarla əsaslandırılmışdır: “ ... “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” xx.xx.2023-cü il tarixli 1033-VİQD nömrəli Azərbaycan Respublikası Qanunu: 1.29.7. 102.1.30-cu maddə aşağıdakı redaksiyada verilsin: “102.1.30. müvafiq il üzrə orta aylıq muzdlu işçi sayı 3 nəfərdən az olmayan və məcburi dövlət sosial sığorta haqları üzrə borcu olmayan mikro sahibkarlıq subyekti olan fərdi sahibkarların sahibkarlıq fəaliyyətindən əldə etdikləri gəlirinin 75 faizi. Müvafiq il üzrə orta aylıq muzdlu işçi sayı təqvim ili ərzində muzdlu işçilərin sayının cəmlənərək 12-yə bölünməsi yolu ilə müəyyən edilir. Vergi ödəyicisi vergi güzəştinin tətbiqi məqsədilə bu maddədə müəyyən edilən şərtlərə cavab vermədikdə və növbəti hesabat ilində mikro sahibkarlıq subyektindən digər kateqoriya sahibkarlıq subyektinə keçdikdə fərdi sahibkarın mikro sahibkar olduğu əvvəlki 3 təqvim ilinin yekunlarına görə hesablanmış və ödənilmiş gəlir vergisinin 75 faizi həcmində vergi güzəşti müəyyən edilməklə digər sahibkarlıq subyekti olduğu dövrlərdə gəlir vergisi öhdəliyindən çıxılır. Vergi ödəyicisi tərəfindən əmtəəsiz əməliyyatlar aparıldığı halda bu maddə ilə müəyyən edilmiş vergi güzəşti əmtəəsiz əməliyyatlardan yaranan gəlirlərə münasibətdə tətbiq edilmir;”; 3.5. Bu Qanunun 3.1–3.4-cü maddələri nəzərə alınmaqla, bu Qanun 2024-cü il yanvarın 1- dən qüvvəyə minir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 102.1.30-cu maddəsinin xx.xx.2024-cü il tarixə kimi qüvvədə olan redaksiyasına əsasən: 102.1. Fiziki şəxslərin aşağıdakı gəlirləri gəlir vergisindən azaddır: ...102.1.30. bu Məcəllə ilə müəyyən olunmuş qaydada gəlirlərin və xərclərin uçotunu aparan mikro sahibkarlıq subyekti olan fərdi sahibkarların sahibkarlıq fəaliyyətindən gəlirinin 75 faizi. ... İddiaçı münasibətdə 2022-ci il üzrə gəlir vergisi hesablanarkən vergi ödəyicisinin mikro sahibkarlıq subyekti olan fərdi sahibkarlara tətbiq olunan 75 faiz vergi güzəştindən məhrum edilməsinin əsası vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi olmuşdur. Belə ki, İddiaçı Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” xx.xx.2023-cü il tarixli, **********527700 nömrəli Qərarına əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 2.1.1-ci, 2.1.3-cü və 3.1.1-ci bəndlərinə istinad olunaraq riskli vergi ödəyicisi hesab edilmişdir ... İddiaçı münasibətdə 2022-ci il üzrə gəlir vergisi hesablanarkən qüvvədə olan vergi qanunvericiliyə əsasən vergi ödəyicisinin sahibkarlıq fəaliyyətindən gəlirinin 75 faizinə münasibətdə gəlir vergisindən azad olması üçün yeganə tələb kimi Vergi Məcəlləsi ilə müəyyən olunmuş qaydada gəlirlərin və xərclərin uçotunu aparması nəzərdə tutulmuş, vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilib-edilməməsi ilə bağlı hər hansı məhdudiyyət qeyd olunmamışdır. Belə olan təqdirdə, qeyd edilən dövrdə qüvvədə olan qanunvericiliyin tələbinə əsasən vergi orqanı vergi ödəyicisinin məhz riskli vergi ödəyicisi hesab edilməsinə istinad edərək onun mikro sahibkarlıq subyekti olan fərdi sahibkar qismində sahibkarlıq fəaliyyətindəngəlirinin 75 faizinə münasibətdə gəlir vergisindən azad olunmasından imtina etməkdə haqlı sayıla bilməz. ... iddiaçı 2022-ci il vergi dövrü üzrə gəlirlərinin və xərclərinin uçotunu qanunvericiliyə uyğun olaraq aparmış, cavabdeh vergi orqanı isə vergi ödəyicisi tərəfindən aparılmış gəlirlərin və xərclərin uçotunun düzgünlüyünü təsdiq etmişdir. Cavabdehin əsası isə ondan ibarətdir ki, vergi ödəyicisi xərcinin uçotunu aparmayan mikro sahibkardır. Məhkəmə qeyd edir ki, vergi qanunvericiliyinə əsasən iddiaçının vergi öhdəliyini müəyyən etməyə hər hansı şəkildə manəçilik törətmir. Belə ki, iddiaçının gəlirləri məhz təqdim edilmiş (vergi orqanının baza məlumatlarına əsasən) elektron qaimələr əsasında (28813,65 manat) müəyyən edilmiş və (müəyyən edilmiş) gəlir məbləği ilə bağlı tərəflər arasında hər hansı mübahisə yoxdur və uçota alınmış xərci (805,95 manat) vergi orqanı tərəfindən nəzərə alınmışdır. Həmin gəlirə uyğun olaraq da 2022-ci il üzrə gəlir vergisi məbləği hesablanmışdır. Belə olan təqdirdə, iddiaçının mikro sahibkar kimi qanunvericiliklə təsbit edilmiş güzəşt hüququndan məhrum edilməsi qanuni hesab edilə bilməz. Məhkəmə hesab edir ki, qeyd edilən normanın (həmin dövrdə qüvvədə olan redaksiyasına əsasən) mahiyyəti mikro sahibkarın vergi öhdəliyini vergi orqanında mövcud (və bəlli olan) gəlir və xərcləri barədə məlumatlara əsasən müəyyən edilə bilmədiyi hallarına aid edilməlidir. Belə ki, iddiaçı məhz qeyd edilən məbləğdə gəlir və xərcini 75% güzəşt hüququnu tətbiq etməklə (2022-ci il üzrə vergi ödəyicisi tərəfindən hesablanmış vergi 1.422,14 manat (28813,65 gəlir - 805,95 xərc) x 20% gəlir vergisinin dərəcəsi – 75% güzəşt)) bəyan etmişdir. İşin hallarına əsasən məhkəmənin qənaəti ondan ibarətdir ki, iddiaçı məhz riskli vergi ödəyicisi olduğuna görə (avtomatik) olaraq mikro sahibkar üçün təsbit edilmiş güzəşt hüququndan məhrum edilmişdir. Bu hal isə qeyd edilən dövrdə qüvvədə olan Vergi Məcəlləsinin 102.1.30-cu maddənin tələblərində nəzərdə tutulmamışdır. ... vergi ödəyicisi (iddiaçı) İddiaçı tərəfindən qanunvericiliyə uyğun olaraq 2023-cü il üzrə gəlirlərin uçotunun aparılması məhkəmədə şübhə yaratmır. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi də izahatında bildirmişdir ki, vergi ödəyicisinin gəlirləri elektron qaimə fakturalardan görünür, gəlirin uçotu qanunvericiliyə uyğun şəkildə aparılmışdır. ... İddiaçı münasibətdə 2023-cü il üzrə gəlir vergisi hesablanarkən vergi ödəyicisinin mikro sahibkarlıq subyekti olan fərdi sahibkarlara tətbiq olunan 75 faiz vergi güzəştindən məhrum edilməsinin əsası xərclərin uçotunun aparılmaması olmuşdur. ... vergi ödəyicisi tərəfindən gəlirlərin və xərclərin uçotunun qanunvericiliyə uyğun şəkildə aparılmasının tələb olunmasında məqsəd vergi ödəyiciləri tərəfindən vergidən yayınma hallarının baş verməsinin qarşısını almadır. Gəlirlərin əldə edilməsi ilə bağlı xərclərin məbləğinin az qeyd olunması isə gəlir vergisi məbləğinin hesablanması zamanı vergi ödəyicisinə münasibətdə hər hansı əlverişli şərait yaratmır. Belə ki, rezidentlərin gəlirləri üzrə vergitutma obyekti vergi ili üçün rezidentlərin bütün gəliri ilə həmin dövr üçün bu Məcəllə ilə müəyyənləşdirilən gəlirdən çıxılan məbləğ arasındakı fərqdən ibarət olan vergiyə cəlb edilən gəlirdir (Vergi Məcəlləsinin 96.1-ci maddəsinə əsasən). Belə olan təqdirdə vergi ödəyicisi tərəfindən gəlirin əldə edilməsi ilə bağlı xərclərin məbləğinin az göstərilməsi gəlir vergisi üzrə vergi tutma obyekti olan vergiyə cəlb olunan gəlir (ümumi gəlir – gəlirdən çıxılan xərclər = vergiyə cəlb olunan gəlir) məbləğinin artması ilə nəticələnir, bu isə birbaşa olaraq ödənilməli vergi məbləğinin artması, yəni vergi ödəyicisinə münasibətdə əlverişsiz şəraitin yaranması deməkdir. ... yuxarıda qeyd edilən qənaət 2023-cü il üçün gəlir vergisinin hesablanması üçün keçərlidir və iddiaçı məhz riskli vergi ödəyicisi olduğuna görə (avtomatik) olaraq 2023-cü il üçün mikro sahibkar üçün təsbit edilmiş güzəşt hüququndan məhrum edilmişdir. Bu hal isə qeyd edilən dövrdə qüvvədə olan Vergi Məcəlləsinin 102.1.30-cu maddənin tələblərində nəzərdə tutulmamışdır”. Məhkəmə kollegiyası birinci instansiyası məhkəməsinin mövqeyi ilə razılaşaraq eyni zamanda apellyasiya şikayətlərinin dəlillərinə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, vergi qanunvericiliyinə əsasən vergi ödəyicisinin mikro sahibkarlıq subyekti olan fərdi sahibkar qismində sahibkarlıq fəaliyyətindən gəlirinə münasibətdə 75 gaiz vergi güzəştinin tətbiq olunmasından imtina edilməsi üçün iddiaçı hər iki meyar (“gəlir” və “xərc”) üzrə uçot aparmamış olmalıdır. Hazırkı işin faktiki hallarından isə aydın olur ki, vergi ödəyicisi tərəfindən 2023-cü il üzrə gəlirlərin qanunvericiliyə uyğun uçotunun aparılması işin mübahisəsiz halıdır. Odur ki, vergi ödəyicisi tərəfindən “gəlir” meyarı üzrə qanunvericiliyə uyğun uçot aparılmış olduğundan onun hazırda mikro sahibkarlıq subyekti olan fərdi sahibkarlara tətbiq olunan 75 faiz vergi güzəştindən məhrum edilməsi qanunvericiliklə müəyyən edilmiş hüquqi əsası təşkil edən disposiziya şərtinə uyğun gəlmir. Eyni zamanda qeyd olunmalıdır ki, vergi qanunvericiliyinin məqsədi bir tərəfdən dövlət büdcəsinə vergilərin vaxtında və lazımi qaydada daxil olmasını təmin etməkdən ibarətdirsə, digər tərəfdən şəxsin əmlak hüquqlarına qanunsuz müdaxilələrin, o cümlədən, vergi yoxlamalarından və sahibkarlıq fəaliyyətinə nəzarət funksiyalarından aidiyyəti orqanlar tərəfindən sui-istifadə olunması hallarının qarşısının alınmasından və bunun üzərindən azad sahibkarlıq mühitinin təşəkkül tapmasına şərait yaradılmasından ibarətdir. Vergi orqanları öz fəaliyyətlərində vergi qanunvericiliyinin həmin məqsədlərini nəzərə almağa borcludurlar. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İnzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinə görə, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İnzibati Prosessual Məcəllənin 87.6-cı maddəsinə müvafiq olaraq, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayətlərinin dəlilləri formal xarakter daşımaqla, işin halları və qanunvericiliklə təkzib olunur, şikayət qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq şikayətlər təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 28 yanvar 2025-ci il tarixli, e-2-1(112)-758/2025 saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Cavabdehlər İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X1 və Uçotun Təşkili Baş İdarəsi və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 28 yanvar 2025-ci il tarixli, e-2-1(112)-758/2025 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan qərarın tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Nigar Nəbizadə Hakimlər: Kamran Əkbərov Namiq Cəfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar