Məhkəmə qərarları › İş №2-1(103)-1905/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1905/2021

09.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1905/2021 09.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası Sədrlik edən və məruzəçi-hakim Bəktaşi Səadət İnayət qızı, hakimlər Nuriyeva Afaq Bayram qızı və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, Orucova Məryəm Faiq qızının katibliyi, iddiaçının nümayəndəsi-vəkili Vəkil və cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Sosial Müdafiə Fondu X11 Xüsusi Şərtlərlə X4rşı güzəştli şərtlərlə yaşa görə əmək pensiyanın təyin edilməsi tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1358/2021 saylı 15 aprel 2021-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə 06-09 iyul 2021-ci il tarixlərdə Bakı Apelyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Sosial Müdafiə Fondu X11 Xüsusi Şərtlərlə Təyinat X10 (bundan sonra Filial) qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və keçmiş müddət üçün 60 yaşının tamam olduğu 01.07.2018-ci il tarixdən alınmamış əmək pensiyasının məbləğinin birdəfəyə ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində qeyd etmişlər ki, o, xx.xx.1958-ci il tarixdə anadan olmuşdur. 25.10.1978-27.12.1980-cı il tarixlərdə həqiqi hərbi xidmət keçmişdir. 30.01.1984-cü il tarixdən 01.01.1999-cü il tarixədək "xxxx" ASC-də (Keçmiş X6 Kombinatı) ümumi stajı 14 il 11 ay 2 gün olmaqla, bu müddətin 10 il 7 ay 2 gününü əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə güzəştli şərtlərlə fəhlə işləmişdir. 19.02.2007-02.11.2009-cu il tarixlərdə “Sumqayıt Kompressorları" ASC-də təmirçi-çilingər (2 il 8 ay 14 gün) işləmişdir. 12.06.2010cu il tarixdən hal-hazıradək “X12” MMC-də isti və zərərli iş şəraitində Mexaniklər sahəsində hidravlik-çilingər vəzifəsində çalışmışdır. Güzəştli şərtlərlə pensiya hüququnun yarandığı 60 yaşı tamam olduğu 01.07.2018-ci ilədək hesablandıqda 8 il 0 ay 19 gün təşkil edir. Ona məxsus 30.08.1984-cü il tarixli, HT-İ № ******* nömrəli əmək kitabçasında qeyd olunmuş əmək stajına və qoşmaya əlavə etdiyi müvafiq arayışlara əsasən 01.07.2018-ci il tarixədək (güzəştli şərtlərlə əmək pensiyasının yarandığı 60 yaşınadək) güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün sığorta stajı 27 il 10 ay 7 gün təşkil edir. 30.01.1984-cu il tarixdən 01.09.1994-cü il tarixədək “Daşkəsən Filizsaflaşdırma" ASC-də (Keçmiş X6 Kombinatı) 10 il 7 ay 2 gün əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə güzəştli şərtlərlə fəhlə işlədiyi dövr və 12.06.2010-ci il tarixdən 01.07.2018-ci il tarixədək “X12” MMC-də isti və zərərli iş şəraitində mexaniklər sahəsində 8 il 0 ay 19 gün hidravlikçilingər vəzifəsində çalışdığı dövr (18 il 7 ay 21 gün) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda nəzərdə tutulmuş vəzifələrə uyğundur. Qanunvericiliyə uyğun olaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün Filiala 23.01.2020-ci il tarixdə ərizə ilə müraciət etmişdir. Filialdan göndərilmiş 03.02.2020-ci il tarixli, **********4 saylı cavab məktubunda əmək kitabçasında “X12” MMC-nin Mexaniklər xidmətində hidravlik-çilingər vəzifəsində işlədiyi vəzifənin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı'”nın metallurgiya istehsalatı bölməsinin (3) polad və ferroərintilər istehsalatı bəndində (3.2) təmirçi çilingərlər, elektrik qaz qaynaqçıları, elektrik avadanlığının təmiri və xidməti üzrə elektrik montyorları vəzifələrinə uyğun gəlmədiyini əsas götürərək güzəştli iş stajının 12 il 6 aydan az hesablayaraq əsassız olaraq ona güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunmasından imtina edilmişdir. Filial tərəfindən göndərilən məktubdan da aydın görünür ki, burada vəzifələrə hərfi mənada yanaşılmışdır. "Hidravlik-çilingər” vəzifəsinin “təmirçi-çilingər” vəzifəsindən fərqli olduğunu qeyd edərkən, bu vəzifələrin əmək funksiyalarının eyni olduğu nəzərə alınmamışdır. “X12" MMC tərəfindən təqdim olunmuş 31.10.2019-ci il tarixli, №148/L saylı arayışda da isti və zərərli iş şəraitində Mexaniklər xidmətində hidravlik-çilingər peşəsinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın 3-cü Metallurgiya İstehsalatı bölməsinin 3.2 (a) yarımbəndində təmirçiçilingərlər kimi öz əksini tapdığı qeyd olunur. Sonda iddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişlər. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1358/2021 saylı 15 aprel 2021-ci il tarixli qərarı ilə iddia tələbi qismən təmin edilərək, İddiaçı 01.07.2018-ci ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Sosial Müdafiə Fondu X11 Xüsusi Şərtlərlə Təyinat X10 həvalə edilməsi, iddia tələbinin qalan hissədə rədd edilməsi qərara alınmışdır. (hakim: Ş.Həsənova) İddiaçı qərarla razılaşaraq ondan apelyasiya şikayəti verməmişdir. Həmin qərardan cavabdeh apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh apelyasiya şikayətində qeyd etmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusi ilə ağır olan işlər Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan siyahı üzrə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısının metallurgiya istehsalatı bölməsinin (3) polad və ferroərintilər istehsalatı bəndində (3.2) təmirçi çilingərlər, elektrik qaz qaynaqçıları, əl ilə elektrik qaynaqçıları, elektrik avadanlığının təmiri və xidməti üzrə elektrik montyorları vəzifələri nəzərdə tutulmuşdur. İddiaçının Mərkəzi filiala təqdim etdiyi 05.02.1981-ci il tarixli ИТ-İ ******* nömrəli əmək kitabçasında 12.06.2010-cu il tarixindən bugünədək olan dövr ərzində “X12” MMC-nin Mexaniklər xidmətində hidravlik-çilingər vəzifəsində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi iddiaçının işlədiyi vəzifə yuxarıda qeyd olunan vəzifələrə uyğun deyil. Bu səbəbdən də onun güzəştli iş stajı 12 il 6 aydan az təşkil edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 18 noyabr 2020-ci il tarixli icmal məktubunda qeyd olunur ki, “məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması dəqiq göstərilməlidir”. Apelyasiya baxışı zamanı cavabdehin nümayəndəsi X5 apelyasiya şikayətini müdafiə edərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin edilməməsi haqqında qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Apelyasiya baxışı zamanı iddiaçının nümayəndəsi-vəkili Vəkil apelyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyası iş üzrə tərəflərin izahatını dinləyərək, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İşdən görünür ki, İddiaçı ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və keçmiş müddət üçün 60 yaşının tamam olduğu 01.07.2018-ci il tarixdən alınmamış əmək pensiyasının məbləğinin birdəfəyə ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin etmiş və qeyd etmişdir ki, iddiaçının müraciətindən imtinasını 05.02.1981-ci il tarixli, İ/İT-İ ******* nömrəli əmək kitabçasında 12.06.2010-cu il tarixindən bugünədək olan dövr ərzində "X12" MMC-də işlədiyi vəzifələrin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş siyahıda qeyd olunan vəzifələrə uyğun gəlmədiyini və bu səbəbdən də onun güzəştli iş stajının 12 il 6 aydan az təşkil etməsi ilə əsaslandırmışdır. Məhkəməyə işəgötürən tərəfindən təqdim edilmiş arayışdan göründüyü kimi təmirçiçilingər və hidravlik-çilingər peşələrin əmək funksiyaları faktiki olaraq eynidir. Hər iki peşənin əmək funksiyalarında istehsal sahəsində olan avadanlıqların, qurğuların və digər mexaniki alət və tərtibatların təmiri və texniki xidmətinin yerinə yetirilməsi nəzərdə tutulub. Hər iki peşənin əmək funksiyaları isti və zərərli iş şəraitində yerinə yetirilir. Məhkəmənin araşdırılması zamanı İddiaçı 30.01.1984-cü ildən – 01.09.1994-cü ilə kimi (10 il 7 ay 2 gün) "xxxx" ASC-də (keçmiş X6 Kombinatında) işlədiyi vəzifələrin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli, 320 №-li Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququverən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin" 2 №-li Siyahının 1-ci Bölməsinin 2010100a-13590, 2010100a-19931 şifrinə, 12.06.2010-cu ildən 01.07.2018-ci ilə kimi (8 il 20 gün) “X12” MMC-də işlədiyi “hidravlik-çilingər” vəzifəsinin funksional vəzifə (iş) olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli, 12 №-li Qərarı ilə təsdiq edilmiş Siyahının 3-cü Bölməsinin 3.2 (a) yarımbəndində nəzərdə tutulan “təmirçi çilingər” vəzifəsinə uyğun olması müəyyən edilmişdir. Göründüyü kimi İddiaçı 60 yaşının tamam olduğu günə ümumi iş stajı hərbi xidmət və əmək fəaliyyəti nəzərə alınmaqla 30 il 09 ay 22 gün, güzəştli iş stajı 18 il 7 ay 22 gün, fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 41641,43 manat (tələb olunan 36.000 manat) təşkil etdiyindən, yəni tələb olunan hər dörd hal iddiaçıya münasibətdə mövcud olduğundan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən iddiaçıya 60 yaşı tamam olduğu tarixdən, yəni 01.07.2018-ci ildən cavabdeh tərəfindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməli idi. Məhkəmə həmçinin hesab etmişdir ki, iddia tələbi “01.07.2018-ci il tarixdən ödənilməli pensiyanın birdəfəlik ödənilməsi hissəsində rədd olunmalıdır. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununda pensiyanın ödənilməmiş hissəsinin bir dəfəlik şəkildə ödənilməsi müddəası mövcud deyildir. Eyni zamanda pensiya qanunvericiliyinə əsasən pensiyaların ödənilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı (yəni DSMF) özü müəyyən edir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası vətəndaşının AZE 0******* №-li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1958-ci il tarixdə Daşkəsən rayonu, Təzəkənd kəndində doğulmuşdur. İş materiallarında olan İddiaçı məxsus NЭ ******* №-li hərbi biletin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, iddiaçı 26.10.1978-ci ildən 15.12.1980-cı ilə qədər (2 il 1 ay 20 gün) Sovet ordu sıralarında hərbi xidmət keçmişdir. İş materiallarında olan İddiaçı məxsus əmək kitabçasının surətindən görünür ki, iddiaçı 05.02.1981-ci ildən 30.01.1984-cu ilə qədər Keçmiş X1maçı köməkçisi (2 il 11 ay 26 gün), 30.01.1984-cü ildən 20.01.1990-cı ilə qədər 6-cı dərəcəli quyu qazmaçısı (5 il 11 ay 21 gün), 20.01.1990-cı ildən 05.08.1992-ci ilə qədər çilingər (2 il 6 ay 16 gün), 05.08.1992-ci ildən 01.01.1999-cu ilə qədər mexanik (6 il 4 ay 27 gün), 19.02.2007-ci ildən 01.09.2007-ci ilə qədər "xxxx" ASC-də 6-cı dərəcəli təmirçi-çilingər (6 ay 13 gün), 01.09.2007-ci ildən 02.11.2009-cu ilə qədər 6-cı dərəcəli mexanik (2 il 2 ay 2 gün) vəzifələrində işləmiş, 12.06.2010-ci ildən hal-hazıra qədər “X12” MMC-də hidravlik-çilingər vəzifəsində işləyir. İş materiallarında olan "xxxx" ASC tərəfindən verilmiş 11.12.2015-ci il tarixli 025 nömrəli arayışdan görünür ki, İddiaçı "xxxx" ASC-də (keçmiş X6 Kombinatı) aşağıdakı peşələrdə (vəzifə) güzəştli şərtlərlə işləmişdir: 30.01.1984-cü ildən 20.01.1990-cı ilədək 2 №-li Siyahı, İ. Dağ-mədən işləri 1) Açıqda dağ-mədən işləri və yer səthində işlər a) fəhlələr qazma qurğularının maşinistləri (2010100a-13590), 20.01.1990-cı ildən-01.01.1997-ci ilədək 2 №-li Siyahı, İ. Dağ-mədən işləri 1) Açıqda dağ-mədən işləri və yer səthində işlər a) fəhlələr növbətçi və avadanlığın təmiri üzrə elektrik çilingərlər 2010100a-19931. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cii il tarixli, 320 nömrəli qərarına əsasən İddiaçı pensiya Siyahısı üzrə güzəştli şərtlərlə işləmişdir. 01.09.1994-cü ildən – 01.01.1997-ci il tarixlər güzəştli staj kimi hesab edilməmişdir. İş materiallarında olan "xxxx" ASC tərəfindən verilmiş 109 №-li, 05.08.2020-ci il tarixli arayışdan görünür ki, İddiaçı həqiqətən “Sumqayıt Kompressorları zavodu”-nda 19.02.2007ci ildən 02.11.2009-cu il tarixinədək işləmişdir. Qeyd: "xxxx" ASC Nazirlər Kabinetinin 283 saylı 20.11.2001-ci il tarixli qərarına əsasən “Sumqayıt Kompressorları zavodu”-nun hüquqi varisidir. İş materiallarında olan “X12” MMC tərəfindən verilmiş 148/L №-li, 31.10.2019-cu il tarixli araşdırıcı arayışdan görünür ki, İddiaçı həqiqətən 12 iyun 2010-cu il tarixdən halhazıradək isti və zərərli iş şəraitində Mexaniklər xidmətində hidravlik-çilingər vəzifəsində çalışır. Qeyd edilmiş peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 Yanvar 2007-ci il tarixli 12 saylı qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnu verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 3-cü Metallurgiya İstehsalatı bölməsinin 3.2 (a) yarımbəndində təmirçi çilingərlər kimi öz əksini tapmışdır. İş materiallarında olan “X12” MMC tərəfindən məhkəməyə ünvanlanmış 201/L №-li, 29.12.2020-ci il tarixli məktubdan görünür ki, təmirçi-çilingər və hidravlik-çilingər peşələrin əmək funksiyaları faktiki olaraq eynidir. Hər iki peşənin əmək funksiyalarında istehsal sahəsində olan avadanlıqların, qurğuların və digər mexaniki alət və tərtibatların təmiri və texniki xidmətinin yerinə yetirilməsi nəzərdə tutulub. Təmirçi-çilingər peşəsinin əmək funksiyalarında istehsal sahəsində olan, mexaniki, hidravlik, pnevmatik, yayma və kran avadanlıqlarının, alətlərin, tərtibatların təmiri və sınaqdan keçirilməsi və digər işlərin görülməsi nəzərdə tutulub. Hidravlik-çilingərin əmək funksiyalarında istehsal sahəsində olan hidravlik və pnevmatik avadanlıqlarının və qurğuların, Hidro-və pnevmosistemlərinin avadanlığın təmiri, sınaqdan keçirilməsi, qrafik üzrə avadanlıqların və mexanizmlərinin carı təmiri, və digər işlərin görülməsi nəzərdə tutulub. Hər iki peşənin əmək funksiyaları isti və zərərli iş şəraitində yerinə yetirilir. İş materiallarında olan cavabdehin 03.02.2020-ci il tarixli, **********4 №-li məktubundan görünür ki, cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin olunmasından imtina edilmişdir. İmtinanın əsası kimi iddiaçının idarəyə təqdim etdiyi 05.02.1981-ci il tarixli ИT-İ ******* nömrəli əmək kitabçasında 12.06.2010-cu il tarixindən bugünədək olan dövr ərzində “X12” MMC-nin Mexaniklər xidmətində hidravlik-çilingər vəzifəsində işlədiyi qeyd olunduğu və işlədiyi vəzifə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş siyahıda qeyd olunan vəzifələrə uyğun olunmadığı, bu səbəbdən də onun güzəştli iş stajı 12 il 6 aydan az təşkil etdiyi və ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmədiyi göstərilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabilyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdirlər. Həmin Qanununun 31-ci maddəsinin 31.1 bəndinə əsasən əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Həmin Qanunun 32-ci maddəsinin 32.1 bəndinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. Həmin Qanunun 9.1-ci maddəsinə əsasən Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, iddiaçı 26.10.1978-ci il tarixdən 15.12.1980-cı il tarixədək (2 il 1 ay 20 gün) Sovet ordu sıralarında hərbi xidmət keçmiş, əmək kitabçasına əsasən iddiaçı 05.02.1981-ci il tarixdən 01.01.1999-cu il tarixədək (17 il 10 ay 27 gün) Keçmiş X6 Kombinatında, 19.02.2007-ci il tarixdən 02.11.2009-cu il tarixədək (2 il 8 ay 14 gün) "xxxx" ASC-də, 12.06.2010-ci ildən hal-hazıra qədər (01.07.2018-ci il tarixədək 8 il 20 gün) “X12” MMC-də hidravlik-çilingər vəzifəsində işləyir. Göründüyü kimi iddiaçının 60 yaşı tamam olduğu dövrə 30 il 9 ay 21 gün sığorta stajına malik olmuşdur. Həmçinin işə götürən tərəfindən verilmiş arayışlara əsasən iddiaçının 30.01.1984-cü il tarixdən 01.09.1994-cü il tarixə kimi (10 il 7 ay 2 gün) "xxxx" ASC-də (keçmiş X6 Kombinatında) işlədiyi vəzifələrin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli, 320 №-li Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququverən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin" 2 №-li Siyahının 1-ci Bölməsinin 2010100a-13590, 2010100a-19931 şifrinə, 12.06.2010-cu ildən 01.07.2018-ci ilə kimi (8 il 20 gün) “X12” MMC-də işlədiyi “hidravlik-çilingər” vəzifəsinin funksional vəzifə (iş) olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli, 12 №-li Qərarı ilə təsdiq edilmiş Siyahının 3-cü Bölməsinin 3.2 (a) yarımbəndində nəzərdə tutulan “təmirçi çilingər” vəzifəsinə uyğun olması müəyyən edilmişdir. Göründüyü kimi iddiaçının 60 yaşı tamam olduğu dövrə 18 il 7 ay 22 gün güzəştli iş stajına malik olmuşdur. Filial tərəfində məhkəməyə ünvanlanmış **********3 №-li, 17.12.2020-ci il tarixli məktubdan görünür ki, İddiaçı 1992-ci ilədək olan əmək stajına uyğun hesablanmış pensiya kapitalı 11016,57 manat, 1992-2006-cı illər arasındakı dövr ərzində 5897,22 manat, 2006-cı ildən sonrakı dövr üçün isə 25727,64 manat olmaqla cəmi pensiya kapitalı 42641,43 manat təşkil edir. Cavabdehin apelyasiya şikayətindəki “iddiaçının 05.02.1981-ci il tarixli, İ/İT-İ ******* nömrəli əmək kitabçasında 12.06.2010-cu il tarixindən bugünədək olan dövr ərzində "X12" MMC-də işlədiyi vəzifələrin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş siyahıda qeyd olunan vəzifələrə uyğun gəlmədiyi və bu səbəbdən də onun güzəştli iş stajının 12 il 6 aydan az təşkil etməsi” barədə dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, "X12" MMC tərəfindən təqdim edilmiş arayışdan görünür ki, təmirçi-çilingər və hidravlik-çilingər peşələrin əmək funksiyaları faktiki olaraq eynidir. Hər iki peşənin əmək funksiyalarında istehsal sahəsində olan avadanlıqların, qurğuların və digər mexaniki alət və tərtibatların təmiri və texniki xidmətinin yerinə yetirilməsi nəzərdə tutulub. Hər iki peşənin əmək funksiyaları isti və zərərli iş şəraitində yerinə yetirilir. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının "X12" MMC-də işlədiyi hidravlik-çilingər peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş siyahıda qeyd olunan təmirçi-çilingər peşəsi ilə eyni əmək funksiyalarını yerinə yetirdiyindən işlədiyi həmin dövr əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə işləməsi kimi nəzərə alınmalıdır. İş materiallarından göründüyü kimi, iddiaçı əmək fəaliyyətinin ilk dövründən əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə işləməklə müəyyən edilmiş yaşa çatdıqda gələcəkdə dövlət tərəfindən ona güzəştli şərtlərlə pensiya verilməsinə ümid etmiş, həmçinin həmin işlərdə işləməklə əmək haqqının müəyyən hissəsini məcburi sığorta haqqı kimi ödəməklə əmək pensiyasının ödənilməsinə yönəldilən vəsaitlərin yaradılmasında iştirak etmiş və həmin vəsaitlərin yaradılması üçün iddiaçı tərəfindən ödənilmiş məbləğ onun mülkiyyəti hesab olunur. “Andreyeva Latviyaya qarşı” məhkəmə işi üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin 18 fevral 2009-cu il tarixli qərarında göstərilmişdir ki, dövlət pensiya proqramını tətbiq etməyə başlayanda, ondan irəli gələn şəxsi hüquqlar və maraqlar, pensiya ödənişləri etməsindən və pensiya proqramının maliyyələşmə vasitələrindən asılı olmayaraq, 1 saylı Protokolun 1-ci maddəsi ilə əhatə edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatlarını, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Azərbaycan Respublikası İPM-nin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Sadalanan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, iddiaçının apelyasiya şikayəti təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 69, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Sosial Müdafiə Fondu X11 Xüsusi Şərtlərlə Təyinat X9 apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1358/2021 saylı 15 aprel 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qüvvəyə minir. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə ondan Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim Səadət Bəktaşi Hakimlər Afaq Nuriyeva Aida Hüseyn

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar