Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1906/2020 17.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Valeh Məmməd oğlu Ağayevin sədrliyi ilə (məruzəçi); Afaq Bayram qızı Nuriyeva və Hüseyn Aida Əli qızından ibarət tərkibdə; İsmayılzadə Rəhim Fərman oğlunun katibliyi, iddiaçının, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Baş Prokurorluğuna qarşı “prokurorluq orqanlarında güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi üçün pensiya təyin edən orqana xüsusi əmək stajı barədə müvafiq arayışın təqdim edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(81)-250/2019 saylı qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi,540-cı məhəllə) şifahi məhkəmə baxışı qaydasında məhkəmə iclasında baxaraq Müəyyən etdi: 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi 2-1(81)250/2019 saylı xx xxxxxx 2019-cu il tarixli qərarı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Baş Prokurorluğuna qarşı «prokurorluq orqanlarında güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi üçün pensiya təyin edən orqana xüsusi əmək stajı barədə müvafiq arayışın təqdim edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi» tələbinə dair iddiası rədd edilmişdir. Həmin qərardan İddiaçı tərəfindən apelyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)- 1223/2019 saylı xx xxx 2019-cu il tarixli qərarı ilə apelyasiya şikayəti təmin edilməmiş və 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-l(81)250/2019 saylı xx xxxxxx 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Həmin qərardan İddiaçı tərəfindən kasasiya şikayəti verilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(102)2575/19 saylı, xx xxxxxxx 2019-cu il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilməmiş və Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1223/2019 saylı xx xxx 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. İddiaçı yeni açılmış hallarla bağlı icraatın təzələnməsi haqqında ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, iddiaçı 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə cavabdeh Azərbaycan Respublikası Baş Prokurorluğuna qarşı «Döyüş şəraitində döyüş əməliyyatları dövründə, xx xxxx 1992-ci ildən xx xxx 1993-cü il tarixədək Laçın rayon prokurorluğunun stajor müstəntiqi vəzifəsində işlədiyi 1 il 2 ay 21 gün müddətin güzəştli əmək stajı kimi müəyyən edilməklə prokurorluq orqanlarında əmək pensiyası hüququ verən 23 il 10 ay 02 gün qulluq stajına daxil edilməsi və xidmət illərinə görə prokurorluq orqanlarında güzəştli şərtlərlə əmək pensiyası təyin edilib verilməsi üçün aidiyyəti pensiya təyin edən orqana xüsusi əmək stajı barədə müvafiq arayışın təqdim olunması öhdəliyinin cavabdehə həvalə edilməsi» tələbinə dair iddia ərizəsi ilə müraciət etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi işə mahiyyəti üzrə baxaraq 2-1(81)-250/2019 saylı xx xxxxxx 2019-cu il tarixli qərarı ilə iddia tələbini rədd etmişdir. Birinci instansiya məhkəməsinin həmin qərarından o, apelyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1223/2019 saylı xx xxx 2019-cu il tarixli qərarı ilə apelyasiya şikayəti təmin edilməmiş və 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-l(81)-250/2019 saylı xx xxxxxx 2019-cu il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2- 1(103)-1223/2019 saylı, xx xxx 2019-cu il tarixli qərarından o, kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(102)- 2575/19 saylı, xx xxxxxxx 2019cu il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilməmiş və Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1223/2019 saylı xx xxx 2019-cu il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmış və qanuni qüvvəyə minmiş həmin qərarın qəbul edilməsi ilə inzibati məhkəmə icraatı başa çatmışdır. Hazırda qeyd olunan iş üzrə Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının 2-1(102)-2575/19 saylı xx xxxxxxx 2019-cu il tarixli qərarının qəbul edilməsi ilə başa çatmış inzibati məhkəmə icraatı üzrə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qanuni qüvvəyə minmiş 2-1(81)- 250/2019 saylı xx xxxxxx 2019-cu il tarixli qərarı prokurorluq orqanlarında onun güzəştli iş stajının hesablanması ilə bağlı tətbiq edilməli normativ hüquqi aktların tətbiq edilməməsi və tətbiq edilməməli normativ hüquqi aktın tətbiq olunması və məhkəmədə həmin mübahisə həll edilərkən maddi hüquq normalarının düzgün şərh edilməməsi məsələsinə görə, əsasən əsaslandırma hissəsində mübahisə olunur. Belə ki, məhkəmənin hakimi iş üzrə xx xxxxxx 2019-cu il tarixli qərarında iddia tələbini rədd etməsini onunla əsaslandırmışdır ki, iddia ərizəsində istinad olunmuş «Zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər, ədliyyə, gömrük, miqrasiya, fövqəladə hallar orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və onların ailələrinə pensiya təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması qaydası haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1992-ci il 23 noyabr tarixli 631 nömrəli Qərarının prokurorluq orqanları işçilərinə münasibətdə tətbiq edilməsi nəzərdə tutulmamışdır. Prokurorluq orqanlarında xidmət illərinin hesablanması Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 31 oktyabr tarixli 168 nömrəli qərarının 12 nömrəli əlavəsində «Prokurorluq işçilərinə iş stajına görə əlavə haqqın verilməsi qaydası» ilə tənzimlənir. Həmin qaydalarda əlavə haqq almaq hüququ verən iş stajının hesablanması qaydası, əlavə haqqın hesablanması və verilməsi qaydası, əlavə haqq almaq hüququ verən iş stajının müəyyən edilməsi qaydası barədə müddəalar öz əksini tapsa da, müharibə, münaqişə və digər fəvqəladə hallarda xidmət illərinə görə stajın hər hansı bir digər qaydada hesablanması barədə müddəa yoxdur. 1 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinin hazırda mübahisə edilən 2-1(81)-250/2019 saylı xx xxxxxx 2019-cu il tarixli qərarından görünür ki, işə məhkəmədə baxılarkən bir sıra maddi və prosessual hüquq normalarının pozulması və düzgün tətbiq edilməməsi hallarına yol verilmiş və tətbiq edilməli olan normativ aktlar nəzərə alınmamış və düzgün təfsir edilməmiş, tətbiq edilməməli normativ akt tətbiq edilmiş, Azərbaycan Respublikası Konstitusiyasının və mövcud qanunvericiliyin tələblərinə riayət olunmamışdır. Eyni zamanda iş üzrə qəbul edilmiş qərardan göründüyü kimi məhkəmə pensiya təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması qaydaları ilə, prokurorluq orqanları işçilərinə əlavə haqq almaq hüququ verən iş stajının hesablanması qaydasını, eləcə də bu baxımdan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1992-ci il 23 noyabr tarixli 631 nömrəli və 2002-ci il 31 oktyabr tarixli 168 nömrəli qərarlarının ayrı-ayrı növ ictimai münasibətləri tənzimləməsini hüquqi cəhətdən fərqləndirə bilməmiş və bu maddi hüquq normaları səhv təfsir edilməklə iddia tələbinə münasibətdə tətbiq edilməli normativ hüquqi aktlar tətbiq edilməmiş və tətbiq edilməməli normativ akt tətbiq olunmuşdur. İş üzrə inzibati məhkəmə icraatının başa çatmasından sonra iddiaçı kimi pozulmuş hüquqlarının bərpası məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin rəhbərliyinə həmin normayaratma orqanının qəbul etmiş olduğu 1992-ci il 23 noyabr tarixli 631 nömrəli Qərarının pensiya hüququna malik prokurorluq orqanları işçilərinə şamil edilib-edilməməsi məsələsinə «Normativ hüquqi aktlar haqqında» Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13 və 90-cı, «Dövlət qulluğu haqqında» Qanununun 2.3-cü və 4-cü maddələrinin tələbləri baxımından şərh verilməsi ilə bağlı etdiyi müraciətlərinə əsasən ünvanına göndərilmiş xx xxxxxx 2019-cu il tarixli 08/Q 722/1 saylı cavab məktubunun məzmunundan ona məlum olmuşdur ki. Nazirlər Kabinetinin yuxarıda adıçəkilən həmin Qərarının 2-ci hissəsinin 24-cü abzasına uyğun olaraq, bu Qərarla nəzərdə tutulmayan hallarda xidmət dövrləri ali dövlət hakimiyyət və idarəetmə orqanlarının ayrı-ayrı normativ aktları əsasında güzəştli şərtlərlə müəyyənləşdirilə bilər. Eyni zamanda bu məsələ Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 2017-ci il 11 dekabr tarixli 17 nömrəli Qərarı ilə də tənzimlənir. Bununla əlaqədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının xx xxxxxx 2017-ci il tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş Qaydaların 3.8-ci bəndinin tələblərinə görə də, hərbi qulluqçuların, xüsusi rütbəli şəxslərin, prokurorluq və ədliyyə orqanları işçilərinin xidmət müddətinin (qulluq illərinin) hesablanması Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər, ədliyyə, gömrük, miqrasiya, fövqəladə hallar orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və onların ailələrinə pensiya təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması qaydası haqqında» 1992-ci il 23 noyabr tarixli 631 nömrəli, «Prokurorluq orqanları işçilərinin maddi və sosial təminatı haqqında» 2002-ci il 31 oktyabr tarixli 168 nömrəli qərarları və digər normativ hüquqi aktlarla həyata keçirilir. Habelə, yuxarıda qeyd olunan normativ hüquqi aktın həmin müddəaları idarəetmə orqanı olan Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Kollegiyasının xx xxxxxxxx 2007-ci il tarixli 6 nömrəli və xx xxxxxx 2011-ci il tarixli 17 nömrəli qərarları ilə təsdiq olunmuş, əvvəllər qüvvədə olan Qaydaların müvafiq olaraq 3.4-cü və 3.6-cı bəndlərində də nəzərdə tutulmuşdur. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Prokurorluq orqanları işçilərinin maddi və sosial təminatı haqqında» 2002-ci il 31 oktyabr tarixli 168 nömrəli qərarı ilə təsdiq edilmiş «Prökurorluq işçilərinə iş stajına görə əlavə haqqın verilməsi Qaydası» prokurorluq orqanları işçilərinə pensiya təyin edilib verilməsi üçün xidmət müddətinin (qulluq illərinin) güzəştli şərtlərlə hesablanmasını yox, başqa növ ictimai münasibətləri, əlavə haqq almaq hüququ verən iş stajının hesablanması qaydasını tənzimlədiyindən və Nazirlər Kabinetinin 1992-ci il 23 noyabr tarixli 631 nömrəli Qərarı və idarəetmə orqanların yuxarıda qeyd olunan normativ hüquqi aktları əsasında həyata keçirilməsinin qəbul edilmədiyi hallarda belə, «Normativ hüquqi aktlar haqqında» Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinin tələbləri və «Dövlət qulluğu haqqında» Qanunun 4-cü maddəsində təsbit olunmuş dövlət qulluqçularının hüquq bərabərliyi və dövlət qulluğunun digər prinsiplərinə aid müddəaları nəzərə alınaraq, Nazirlər Kabinetinin 1992-ci il 23 noyabr tarixli 631 nömrəli Qərarının pensiya təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının güzəştli şərtlərlə hesablanması ilə bağlı müddəaları həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik norması kimi hər bir halda pensiya hüququna malik prokurorluq orqanları işçilərinin barəsində tətbiq edilməlidir. İş üzrə iddia ərizəsində həmin Konstitusiya Qanununun 13-cü maddəsinə istinad etmiş olsa da, birinci instansiya məhkəməsində işə baxılarkən qanununvericiliyin bu tələblərinə heç bir hüquqi münasibət bildirilməmiş və nəticədə mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən hallar nəzərə alınıb qiymətləndirilmədən hüquqlarının pozulmasına səbəb olan qanunsuz və əsassız qərar qəbul edilmişdir. «Normativ hüquqi aktlar haqqında» Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13.2-ci maddəsinə əsasən konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1992-ci il 23 noyabr tarixli 631 nömrəli Qərarının pensiya təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtınm güzəştli şərtlərlə hesablanması ilə bağlı müddəalarının pensiya hüququna malik prokurorluq işçilərinə şamil edilib-edilməməsinə dair əvvəlki müraciətlərinə əsasən verilmiş cavabların mahiyyət etibarı ilə yarımçıq və qeyri-müəyyən formada olmasını nəzərə alaraq, bununla bağlı Nazirlər Kabinetinin Aparatının rəhbərinə etdiyi təkrar müraciətlərinə əsasən xx.xx.2020-ci il tarixdə poşt vasitəsilə ünvanına daxil olmuş xx xxxxx 2020-ci il tarixli 10/Q 722/2 saylı cavab məktubundan da məlum olmuşdur ki, həmin Qərarın məzmununda qeyri-müəyyənliklər və fərqlər, habelə tətbiqi təcrübəsində ziddiyyətlər aşkar edilməmişdir. Eyni zamanda Nazirlər Kabinetinin 1992-ci il 23 noyabr tarixli 631 nömrəli Qərarının məzmununun izahı Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının 2019cu il 14 iyun tarixli 10/Q-215 nömrəli məktubu ilə ona təqdim edilmişdir. Göründüyü kimi həmin cavab məktubunda və bundan əvvəl mahiyyət etibarı ilə yarımçıq və qeyrimüəyyən olmaqla rəsmi blank formasında yox, qeydiyyatsız olaraq adi kağız formatında verilmiş, sonunda vəzifəli şəxsin imzası və xx.xx.2019-cu il tarixi qeyd olunan ilkin icraat zamanı işin materiallarına əlavə edilməsi üçün məhkəməyə təqdim etdiyi, lakin qərar qəbul edilərkən nəzərə alınmayan məktubda, eləcə də iş üzrə inzibati məhkəmə icraatı başa çatdıqdan sonra ünvanına göndərilmiş xx xxxxxx 2019-cu il tarixli 08/Q-722/1 saylı və xx xxxxx 2020-ci tarixli 10/Q-722/2 saylı cavab məktublarında qeyd olunanlardan bir daha aydın olur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1992-ci il 23 noyabr tarixli 631 nömrəli Qərarının pensiya təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının güzəştli şərtlərlə hesablanması ilə bağlı müddəalarının pensiya hüququna malik prokurorluq işçilərinə münasibətdə tətbiq olunması istisna edilmir. Eyni zamanda həmin cavab məktublarında bu güzəşt hüququnu məhdudlaşdıran heç bir mənfi rəy və ya mülahizə yer almamışdır. Əksinə Nazirlər Kabineti Aparatının xx xxxxxx 2019-cu il tarixli 08/Q-722/1 saylı cavab məktubunda bu məsələnin 1992-ci il 23 noyabr tarixli 631 nömrəl Qərarın 2-ci hissəsinin 24-cü abzasının müddəalarına uyğun olaraq Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 2017-ci il 11 dekabr tarixli 17 nömrəli Qərarı ilə hüquqi cəhətdən tənzimlənməsi göstərilmişdir. Bu baxımdan məhkəmə iş üzrə qərar qəbul edərkən nəzərə almamışdır ki, Azərbaycan Respublikası Prezidentinin 2017ci il 10 oktyabr tarixli 1627 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Nazirlər Kabinetinin Aparatı haqqında Əsasnamə»nin 3.0.26 və 5.9.13-cü bəndlərində Nazirlər Kabinetinin normativ hüquqi aktlarını rəsmi şərh etmək və rəsmi şərhin təşkil edilməsi Nazirlər Kabineti Aparatının vəzifələri kimi müəyyən edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin İ hissəsinə əsasən normativ hüquqi aktlar hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikası Qanununun 33.2-ci maddəsinin həmin Qanunun 2.3cü maddəsinin tələbləri baxımından şərh edilməsinə dair xx xxxx 2018-ci il tarixli Qərarında qeyd olunur ki, sosial təminat sahəsində qanunverici tərəfindən müəyyən olunmuş güzəştlərin eyni hüquqi vəziyyətdə olan şəxslərə eyni qaydada tətbiq edilməməsi sosial ədalətin və tarazlığın pozulmasına səbəb ola bilər. Eyni zamanda, sosial təminat sahəsində münasibətlərin hüquqi tənzimlənməsi zamanı eyni hüquqi vəziyyətdə olan subyektlər arasında ayrı-seçkiliyə yol verilməsi belə tənzimləmənin bütün subyektlərə münasibətdə qüsurlu olmasına gətirib çıxara bilər. Konstitusiya Məhkəməsinin hüquqi mövqelərinin qüvvəsi onun qərarlarının hüquqi qüvvəsinə bərabər olduğundan və ümumi xarakter daşıdığından, yalnız konstitusiya işinin predmetini təşkil etmiş hala deyil, hüququn mənbəyi kimi hüquq tətbiqetmə təcrübəsində rast gəlinən analoji hallara da şamil edilməlidir. «Prokurorluq orqanlarında qulluq keçmə haqqında» Azərbaycan Respublikası Qanununun 20, 21 və 32-ci maddələrində prokurorluq işçilərinin sosial müdafiəsi, pensiya və digər maddi təminatı, o cümlədən xidmət illərinə görə pensiya hüququna malik olmalarına dair müddəalar əks olunsa da, pensiya təyin edilib verilməsi üçün üzün müddət xidmət vaxtının (qulluq illərinin) güzəştli şərtlələ hesablanması ilə bağlı hər hansı norma nəzərdə tutulmamışdır. Eyni zamanda belə bir müddəa Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 31 oktyabr tarixli 168 nömrəli qərarının 12 nömrəli əlavəsində «Prokurorluq işçilərinə iş stajına görə əlavə haqqın verilməsi qaydası» ilə də müəyyən edilməmişdir. Bütün bunlar isə bir daha onu göstərir ki, iş üzrə məhkəmənin qərarında prokurorluq orqanlarında xidmət illərinin hesablanmasının həmin qayda ilə tənzimlənməsi barədə gəldiyi nəticə özü belə tam əsassızdır. Bu hal Nazirlər Kabinetinin xx xxxxxx 2019cu il tarixli 08/Q 722/1 saylı məktubundan sonra müraciətinə əsasən Laçın rayon prokurorluğunda xidmət etdiyi güzəştli şərtlərə aid iş stajı ayrıca qeyd olunmaqla Baş Prokurorluğun Kadrlar idarəsi tərəfindən ona verilmiş xx.xx.2019-cu il tarixli, 11/1351 nömrəli arayışla da təsdiq olunur. Bununla bağlı sonradan aşkar olunmuş və işin düzgün həlli üçün xüsusi əhəmiyyət kəsb edən, yuxarıda qeyd olunan yeni sübutlar və ya hallar ərizəçi kimi ondan asılı olmayan səbəblərdən ilkin icraat zamanı məhkəməyə təqdim edilməmiş və nəzərə alınmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12-ci maddəsinin tələblərinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Lakin birinci instansiya məhkəməsinin iş üzrə xx xxxxxx 2019-cu il tarixli qərarından göründüyü kimi prokurorluq orqanlarında iş stajının güzəştli şərtlərlə hesablanması məsələsi ilə bağlı iddia ərizəsində istinad etdiyi normativ hüquqi aktlara və iddiamın əsasını təşkil edən dəlillərin heç birinə məhkəmədə münasibət bildirilməmiş və işin faktiki halları qanunvericiliyin tələbləri baxımından düzgün qiymətləndirilməmişdir. Bütün bünlar isə hakimin işin nəticəsinə münasibətdə qərəzsizliyinə və obyektivliyinə bir daha şübhə doğurur və bununla bağlı onu deməyə əsas verir ki, inzibati məhkəmə icraatı qaydasında həyata keçirilən ədalət mühakiməsi özü belə ədalət anlayışına cavab verməmiş və göstərilən səbəblərdən də onun Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsində nəzərdə tutulmuş hüquq və azadlıqlarının məhkəmə müdafiəsi təminatı və «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndində təsbit edilmiş ədalətli məhkəmə araşdırması hüquqları pozulmuşdur. Habelə, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində işə baxılarkən qəbul edilmiş 2-l(81)-250/2019 saylı xx xxxxxx 2019-cu il tarixli qərar özü də İPM-nin 68.2-ci maddəsinin tələbləri pozularaq məhkəmə icraatında tədqiq olunmiş faktlar və sübutlarla əsaslandırılmamışdır. Əgər belə olmasaydı birinci instansiya məhkəməsi iş üzrə qəbul etmiş olduğu həmin qərarında istinad etdiyi normativ hüquqi aktları və sübutları ona və iddia tələbinin dəlillərinə münasibətdə təhrif etməzdir, habelə mübahisənin qanuni və ədalətli həlli üçün qanununvericiliyin xüsusi əhəmiyyət kəsb edən norma və müddəalarını düzgün təfsir etməklə qiymətləndirmiş və tətbiq etmiş olardı. Eyni zamanda hesab edir ki, birinci instansiya məhkəməsindən əlavə, apelyasiya və kassasiya instansiyaları məhkəmələrinə də bu məsələ ilə bağlı qərar qəbul edərkən işin nəticəsinə əhəmiyyətli şəkildə təsir edəcək və ya iş üçün xüsusi əhəmiyyət kəsb edən yeni sübutlar və ya hallar məlum olmuş olsaydı, məhkəmə araşdırması zamanı nəzərə alınmaqla mahiyyətcə ədalətli və başqa məzmunda yeni qərar qəbul edilmiş olardı. Həmçinin məhkəmə nəzərə almamışdır ki, Nazirlər Kabinetinin 2002-ci il 31 oktyabr tarixli 168 nömrəli Qərarı ilə təsdiq edilmiş 12 nömrəli əlavənin müddəaları əlavə haqq almaq hüququ verən iş stajının müəyyən olunmasını tənzimlədiyindən, prokurorluq orqanlarında işləyən işçilərə aiddir. Prokurorluq orqanlarında işləyən və «Prokurorluq orqanlarında qulluq keçmə haqqında» Qanunun 32.5-ci maddəsində nəzərdə tutulmuş digər orqanlardan və vəzifələrdən prokurorluğa qulluğa qəbul edilmiş işçilərin əlavə haqq almaq hüququ verən xidmət dövrləri də güzəştli şərtlərlə yox, prokurorluq orqanlarındakı iş stajına adi qaydada daxil edilir və prokurorluq işçilərinin əlavə haqq almaq hüququ verən iş stajının hesablanmasında güzəştli xidmət illəri nəzərə alınmır. Bu baxımdan həmin normativ hüquqi aktın pensiya təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının (qulluq illərinin) güzəştli şərtlərlə hesablanmasına heç bir aidiyyəti yoxdur. Digər tərəfdən isə nəzərə almaq lazımdır ki, Nazirlər Kabinetinin 2002-ci il 31 oktyabr tarixli 168 nömrəli Qərarı ilə təsdiq edilmiş 12 nömrəli əlavənin müddəaları prokurorluq işçilərinə əlavə haqq almaq hüququ verən iş stajının müəyyən olunması qaydasını, Nazirlər Kabinetinin 1992-ci il 23 noyabr tarixli 631 nömrəli Qərarı isə pensiya təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının güzəştli şərtlərlə hesablanması qaydasını müəyyən edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1992-ci il 23 noyabr tarixli 631 nömrəli Qərarında döyüş şəraitində döyüş əməliyyatlarında iştirak edənlərin «bir xidmət ili iki xidmət ili (bir xidmət günü iki xidmət günü) kimi hesablanır...» müddəası müvafiq qanunvericiliklə sığorta stajının hesablanmasında güzəştlər nəzərdə tutan, Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü və müstəqilliyi uğrunda döyüş əməliyyatlarında iştirak edənlərin əmək pensiyası hüququ verən sığorta stajına güzəştli şərtlərlə daxil edilən dövrlərə tətbiq olunur və bu müddəalar həmin Qərarın 2-ci bəndinə 12-ci abzas kimi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 1 iyul tarixli 125 nömrəli Qərarına əsasən əlavə edilmişdir. Döyüş şəraitində döyüş əməliyyatlarında iştirak dövründə dövlət qulluğunun xüsusi növünə aid orqanlarda qulluq edən pensiya hüququna malik şəxslərə pensiya təyin olunması üçün üzun müddət xidmət vaxtının (qulluq illərinin) güzəştli şərtlərlə hesablanmasının qayda və şərtləri isə Nazirlər Kabinetinin 1992-ci il 23 noyabr tarixli 631 nömrəli Qərarının 2-ci bəndinin digər yarımbəndlərinin və absazlarının tələblərinə uyğun həyata keçirilir. Məhkəmə iş üzrə qərar qəbul edərkən pensiya təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması qaydaları ilə, prokurorluq orqanları işçilərinə əlavə haqq almaq hüququ verən iş stajının hesablanması qaydasını və müxtəlif növ ictimai münasibətləri tənzimləyən bu normativ hüquqi aktları, eləcə də döyüş şəraitində döyüş əməliyyatlarında iştirak edənlərin xidmət müddətinin, bundan fərqli olaraq döyüş şəraitində döyüş əməliyyatlarında iştirak dövründə dövlət qulluğunun xüsusi növünə aid orqanlarda qulluq edən pensiya hüququna malik şəxslərə pensiya təyin olunması üçün üzun müddət xidmətin güzəştli şərtlərlə hesablanmasının Azərbaycan Respublikası Nazirlər Kabinetinin yuxarıda adıçəkilən 1992-ci il 23 noyabr tarixli 631 nömrəli Qərarı ilə müəyyən edilmiş qayda və şərtlərini hüquqi cəhətdən fərqləndirə bilməmişdir. Məhz elə bunun nəticəsidir ki, iddia tələbinə münasibətdə maddi hüquq normalarının müddəaları düzgün tətbiq olunmamış və qiymətləndirilməmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(81)-250/2019 saylı qərardadı ilə İddiaçı ərizəsi təmin edilməmişdir. Qərardaddan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(81)-250/2019 saylı qərardadının ləğv edilməsi, ərizənin təmin edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti ərizənin dəlillərinə uyğun əsaslandırılmışdır. Apellyasiya baxışı zamanı iddiaçı apellyasiya şikayətinə uyğun izahat verərək şikayətin təmin olunmasını, Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(81)- 250/2019 saylı qərardadının ləğv olunması, ərizənin təmin olunması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Cavabdehin nümayəndəsi iş materilallarına uyğun izahat verərək bildirmişdir ki, NKnin qərarına əsasən prokurorluq işçilərinin stajı güzəştli hesablanmır. Həmin dövrdə Baş Prokurorluğun əmrinə əsasən sərhəd zonasında işləyən əməkdaşlara maaş ikiqat hesablanıb. Maaşın ikiqat hesablanması stajın da güzəştli hesablanmasına əsas deyil. Apellyasiya şikayətinin təmin olunmamasını, Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(81)-250/2019 saylı qərardadının qüvvədə saxlanılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini, tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə hərtərəfli araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2- 1(81)-250/2019 saylı qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Ərizəyə birinci instansiya məhkəməsində baxılarkən məhkəmə qeyd etmişdir ki, həm ərizədən, həm də iddiaçının məhkəmə iclasında verdiyi izahatdan görünür ki, iddiaçı yeni açılmış hal kimi məhkəmə tərəfindən tətbiq edilməli normativ hüquqi aktların tətbiq edilməməsini və tətbiq edilməməli normativ hüquqi aktın tətbiq olunmasını və məhkəmədə həmin mübahisə həll edilərkən maddi hüquq normalarının düzgün şərh edilməməsini əsaslandırır. İddiaçının fikrincə, məhkəmə tərəfindən bir sıra maddi və prosessual hüquq normalarının pozulması və düzgün tətbiq edilməməsi hallarına yol verilmiş və tətbiq edilməli olan normativ aktlar nəzərə alınmamış və düzgün təfsir edilməmiş, tətbiq edilməməli normativ akt tətbiq edilmiş, Azərbaycan Respublikası Konstitusiyasının və mövcud qanunvericiliyin tələblərinə riayət olunmamış, ayrı-ayrı Qaydaların tələbləri düzgün fərqləndirilməmiş və səhv tətbiq edilmişdir, iddia ərizəsində istinad etdiyi normativ hüquqi aktlara və iddianın əsasını təşkil edən dəlillərin heç birinə məhkəmədə münasibət bildirilməmiş və işin faktiki halları qanunvericiliyin tələbləri baxımından düzgün qiymətləndirilməmişdir. Məhkəmə həmçinin qeyd etmişdir ki, göstərilən əsaslar məhkəmə qərarlarının yuxarı instansiya məhkəmələrində mübahisələndirilməsi üçün əsaslara aiddir. Həmin əsaslar qüvvəyə minmiş məhkəmə qərarının qəbul edilməsi ilə başa çatmış inzibati məhkəmə icraatının proses iştirakçılarından birinin yeni açılmış hallarla bağlı ərizəsinə əsasən təzələnməsinə əsas olan sonradan aşkar olunmuş yeni sübutlar və ya hallar kimi qiymətləndirilə bilməz. İddiaçı məhkəmə icraatının təzələnməsinə əsas olan sonradan aşkar olunmuş hər hansı yeni sübutlar və ya halları məhkəməyə təqdim edə bilmədi. Bu səbəbdən məhkəmə hesab edir ki, ərizə əsassızdır və rədd edilməlidirqeyd edir ki, mövcud qanunvericilik məhkəmədə “mübahisələndirmə haqqında” iddianın mübahisələndirilən inzibati aktın təqdim (elan) olunmasından 1 aylıq iddia müddəti ərzində qaldırılmasını nəzərdə tutur. Hazırkı iddia ərizəsi isə məhkəməyə iddiaçı tərəfindən xx xxxxxx 2017-ci il tarixli inzibati aktın qəbulundan 2 il 4 aydan artıq vaxt keçdikdən sonra təqdim olunmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi ərizəni təmin etməməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri ərizənin dəlilləri ilə eyni olduğundan və Məhkəmə kollegiyası həmin dəlillər üzrə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşdığından, Kollegiya apellyasiya şikayətinin dəlilləri üzrə əlavə araşdırma aparılmasına zərurət görmür. Həmçinin, Kollegiya qeyd edir ki, İPM-nin 106.3-cü maddəsinə əsasən, icraatın təzələnməsi üçün bu Məcəllənin 100-cü maddəsində nəzərdə tutulmuş əsaslardan hər hansı birinin mövcud olmadığı hallarda, ərizənin rədd edilməsi haqqında məhkəmə tərəfindən qərardad qəbul edilir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının hazırki iş üzrə yeni açılmış hallarla bağlı icraatın təzələnməsi barədə ərizəsi əsassız olduğundan təmin edilməməlidir. Ona görə də şikayət təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş şikayət təmin olunmasın. Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(81)-250/2019 saylı qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-iqtisadi kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim: Valeh Ağayev Hakimlər: Afaq Nuriyeva Aida Hüseyn
Məhkəmə qərarları › İş №2-1(103)-1906/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1906/2020
17.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver