Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1906/2021 16.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Həmidov Həmid Üzeyir oğlu və Nağıyeva Elmira Eyvaz qızından ibarət tərkibdə, cavabdehin nümayəndəsi X1 və iddiaçının iştirakı ilə İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi tələbinə dair” inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3245/2021 saylı, 21.04.2021-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək onun zərərli iş şəraitində işləməyi ilə bağlı güzəştli şərtlərlə yaşa görə 57 yaşdan əmək pensiyasının təyin edilməsinin cavabdehin öhdəsinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. İddianın əsaslarına görə iddiaçı 1978-1980-ci illərdə hərbi xidmətdə olmuş, 14 noyabr 1980-ci ildən əmək fəaliyyətinə başlamış, 01 iyul 1999-cu ildən 13 dekabr 1999-cu ilədək tunel fəhləsi, 05.08.2002-ci il tarixdən 07.11.2007-ci ilədək tunel fəhləsi, 07.11.2007ci il tarixdən 14.08.2014-cü il tarixədək elektrik çilingəri peşəsində çalımışdır. 14.08.2014cü ildən 01.06.2016-cı il tarixədək "xxxx" Qapalı Səhmdar Cəmiyyəti (“QSC”) Tunel qurğuları xidmətində elektrik çilingəri, 01.06.2016-cı il tarixdən süni qurğular təmirçisi peşəsinə keçirilmişdir. 11.07.2019-cu il tarixdə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən işdən azad edilmişdir. İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün ərizə ilə cavabdehə müraciət etmiş, lakin sonuncu 16 iyun 2020-ci il tarixli mətubu ilə iddiaçının 06.12.2020-ci il tarixində daxil olmuş həmin ərizəsinin icra olunmasından imtina edərək, işlədiyi tunel fəhləsi və süni qurğular təmirçisi peşələrinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş "güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"nda nəzərdə tutulmadığı və fərdi hesabın sığorta hissəsində qeydə alınmış cəmi 33439 manat pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermədyini bildirmişdir. İddiaçı həmin imtinanı əsassız hesab edərək, əmək kitabçası üzrə 25 ildən artıq ümumi stajı olduğunu və "xxxx" QSC tərəfindən verilmiş güzəştli arayışa əsasən zərərli iş şəraitində əmək stajının 14 ildən çox təşkil etməsinə əsaslanaraq yaşa görə güzəştli pensyiya çıxmaq hüququna malik olduğunu iddia edir. Cavabdeh iddia ərizəsinə qarşı məhkəməyə ünvanladığı etirazını imtina məktubuna uyğun əsasla iddianın rədd olunmasını məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3245/2021 saylı, 21.04.2021-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilmiş, İddiaçı 57 yaşı tamam olduğu tarixdən, yəni 01.06.2017-ci ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmuşdur. Cavabdeh apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti İPM-in 85-ci maddəsinin tələblərinə uyğun verilmişdir, apellyasiya icraatı mümkündür. Apellyasiya şikayəti, məhkəmənin qərarının əsassız olduğu qeyd edərək, “Əmək pensiyaları haqqında” Qanunun 9.1, 9.8, 1.0.2, 1.0.8 və 21.1-ci maddələrinə istinadən aşağıdakılarla əsaslandırılmışdır ki, iddiaçının Bakı Metropoliteni” QSC-də 01.07.1999- 07.11.2007 dövrlərində işlədiyi tunel fəhləsi və 01.06.2016–cı il tarixdən etibarən işlədiyi süni qurğular təmirçisi peşəsi Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 N-li qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda nəzərdə tutulmamış, 07.11.2007-ci il tarixdən 14.08.2014-cü il tarixədək işlədiyi elektrik çilingəri peşəsi isə həmin Siyahının “Bina, qurğu və digər obyektlərin, yer qurğularının tikintisi və təmiri üzrə yeraltı işlər bəndində fəhlələr” kateqoriyası altında nəzərdə tutulan peşələrə uyğun gəlmir. Bundan əlavə onun fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, 38400,00 manat məbləğində pensiya kapitalı tələb olunduğu halda, onun pensiya kapialı cəmi, 36836,14 manat təşkil edir. Məhkəmə kollegiyasının iclaslarında iştirak edən cavabdehin nümayəndəsi N.Rüstəmli apellyasiya şikayətini dəlillərinə uyğun müdafiə edərək təmin olunimasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclaslarında iştirak edən İddiaçı cavabdehin şikayətinin dəlilləri ilə razılaşmamış, birinci instansiya məhkəməsinin qərarını qüvvəsində saxlanılmasını məhkəmədən xahiş etmişdir. İİ. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, aşağıdakı əsaslara cavabdehin apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Belə ki, 01.01.2006-cı il tarixdən qüvvədə olan «Əmək pensiyaları haqqında» Qanunun 01.07.2017-ci il tarixədək qüvvədə olan 9.1-ci maddəsinin redaksiyasına görə axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar-52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. İddaiçının iş materiallarına əlavə olunmuş şəxsiyyət vəsiqəsinin təsdiq olunmuş surətinə (Binəqədi RPİ: 29.12.2011) əsasən təvəllüdü xx.xx.1960-cı ildir. Belə olan halda onun 57 yaşı 01.06.2017-ci ildə tamam olur. «Əmək pensiyaları haqqında» Qanunun 21.2.3-cü maddəsinə əsasən müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət müddəti də sığorta stajına daxil edilir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyasının təyin edilməsi, yenidən hesablanması bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları»nın 3.1.1-ci və 3.2.1-ci bəndlərinə əsasən Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. İddiaçının işə əlavə olunmuş hərbi biletinin (N-043276.29.08.1989 Naxçıvan ASSR) əmək kitabçasının (17.07.1978) surətlərinə əsasən müəyyən olunur ki, 57 yaşının tamamlandığı 01.06.2017-ci il tarixinə olan iş stajı aşağıdakı kimidir: 23.10.1978 - 20.10.1980: həqiqi hərbi xidmət – 1 il 11 ay 27 gün 3. 24.11.1980 – 01.09.1983: Naxçıvan rayonlararası m/h nəqliyyat müəssisəsində fəhlə - 2 il 9ay 7gün; 17.10.1983-23.08.1984: Şahbuz rayon Textəminat Birliyində çilingər – 10 ay 6 gün 05.10.1984 – 28.09.1988: Şahbuz rayon XXİİ Partya qurultayı adına sovxozda azad komsomol komitə katibi – 3 il 11 ay 23 gün; 01.07.1999-13.12.1999: “Bakı metropolitenində tunel fəhləsi, yalnız gecə işi -5 ay 12 gün; 05.08.2002-07.11.2007 həmin metropolitendə tunel fəhləsi, yalnız gecə işində - 5 il 3ay 2gün; 07.11.2007 - 01.06.2016: həmin metropolitendə yalnız gecə işində elektrik çilingəri– 12 il 6 ay 24 gün; 01.06.2016-01.06.2017 (57 yaşı tamam olan gün) həmin metropolitendə süni qurğular və yol baxıcısı - 1 il (11.07.2019-cu ilə qədər həmin peşədə işləmişdir). Eyni zamanda, işə əlavə olunmuş Şahbuz rayon Dövlət Arxivinin 24.02.2006-cı il tarixli - 86/08 saylı və 86/09 saylı arayışlarına əsasən iddiaçı: 1988-1994-cü illərdə Şahbuz rayon Gömür kənd icra nümayəndəsi işləmiş 1988-ci ildə 6 ay, 1989-1991-ci illərdə bütün aylarda, 1992-1993-cü ildə hər ilin 11 ayında, 1994-cü ildə isə 10 ay ərzində əmək haqqı almış; 1995-1996-cı illərdə Şahbuz rayon İcra Hakimiyyətində işləmiş 1995-ci ildə 3 ay, 1996-cı ildə isə 7 ay əmək haqqı almışdır. Beləliklə də iddiaçının, təkcə, əmək kitabçasının qeydləri üzrə iş stajı ümumilişdirildikdə, 57 yaşının tamam olduğu 01.06.2017-ci il tarixinə onun 28 il 8 ay 17 gün iş stajı yaranır. Başqa sözlə, onun 57 yaşının tamam olduğu 01.06.2017-ci il tarixinə 25 ildən çox ümumi stajı mövcud olur. Cavabdehin apellyasiya şikayətinin dəlillərindən də göründüyü kimi iddiaçının qeyd olunan tarixə 25 ildən çox iş stajının olması mübahisələndirilmir. Cavabdeh apellyasiya şikayətinin dəlillərində onu mübahisələndirir ki, iddiaçının Bakı Metropoliteni” QSC-də işlədiyi tunel fəhləsi və süni qurğular təmirçisi peşəsi - Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 N-li qərarı ilə təsdiq edilmiş Siyahıda nəzərdə tutlmamış, elektrik çilingəri peşəsi isə “Bina, qurğu və digər obyektlərin, yer qurğularının tikintisi və təmiri üzrə yeraltı işlər bəndində fəhlələr” kateqoriyası altında nəzərdə tutulan peşələrə uyğun gəlmir. Məhkəmə kollegiyası cavabdehin qeyd olunan dəlilləri ilə əlaqədar aşaığıdakıları qeyd edir. İddiaçının yuxarıda qeyd olunan iş stajının tərkibindən, eləcə də "xxxx" QSC-nin birinci instansiya məhkəməsinə ünvanlanmış 18 fevral 2021-ci il tarixli 18 fevral 2021-ci il tarixli 10N-10/3-230 saylı izahalı araıyış məktubuna (İş vərəqi 64-65) əsasən : 01.09.1999 - 07.11.2007 dövründə metropolitendə yalnız gecə işlərində - 5 il 9 ay 5 gün tunel fəhləsi; 07.11.2007 - 01.06.2016-dövründə isə metropolitendə yalnız gecə işlərində 12 il 6 ay 24 gün elektrik çilingəri; 01.06.2016 - 01.06.2017 dövründə (57 yaşı tamam olan gün) metropolitendə süni qurğular və yol baxıcısı - 1 il – çalışmışdır. "xxxx" QSC-nin qeyd olunan 18 fevral 2021-ci il tarixli 10N-10/3-230 saylı izahlı arayışında iddiaçının metropolitendə işlədiyi - tunel fəhləsi, tunel qurğularında elektrik çilingəri və süni qurğular təmirçisi peşələri zərərli iş şəraitinə aid olan, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 N-li qərarı ilə təsdiq edilmiş Siyahının 29-cu bəndinə əsasən güzəştli pensiya hüququ verən xüsusilə ağır və zərərli iş şəraiti olan peşələr kimi təsbit olunmuşdur, o cümlədən: - “Tunel fəhləsi” - Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 N-li qərarı ilə təsdiq olunmuş Siyahının 21.5 “Metropolitenlər” bölməsində (21.06.1993-cü il tarixli (qüvvədən düşmüş)qərarla təsdiq olunmuş siyahıda 2300200a a) yalnız gecə vaxtlarında tunellərdə və yeraltı qurğularda daim məşğul olan fəhlələr.) -“Stansiya və tunel avadanlıqların təmiri və qulluğu üzrə elektrik çilingəri” - Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 N-li qərarı ilə təsdiq olunmuş Siyahının 29-cu “Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizat, bərpası və təmiri.Metropoliten və yer qurğularının tikintisi və təmiri üzrə yeraltı işlər” bölməsində a) avadanlığın təmiri üzrə və növbətçi elektrik çilingərləri (çilingərlər). (21.06.1993-cü il tarixli (qüvvədən düşmüş)qərarla təsdiq olunmuş siyahıda 2290100a-19931 avadanlığın təmiri üzrə və növbətçi elektrik çilingərləri (çilingərlər) -“Süni qurğular və yol baxıcısı” - Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 Nli qərarı ilə təsdiq olunmuş Siyahının 21.5 “Metropolitenlər” bölməsində (21.06.1993-cü il tarixli (qüvvədən düşmüş)qərarla təsdiq olunmuş siyahıda 2300200a a) yalnız gecə vaxtlarında tunellərdə və yeraltı qurğularda daim məşğul olan fəhlələr.) “Stansiya və tunel avadanlıqların təmiri və qulluğu üzrə elektrik çilingəri” - Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 N-li qərarı ilə təsdiq olunmuş Siyahının 29-cu “Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizat, bərpası və təmiri.Metropoliten və yer qurğularının tikintisi və təmiri üzrə yeraltı işlər” bölməsində a) avadanlığın təmiri üzrə və növbətçi elektrik çilingərləri (çilingərlər). (21.06.1993-cü il tarixli (qüvvədən düşmüş)qərarla təsdiq olunmuş siyahıda 2290100a-19931 avadanlığın təmiri üzrə və növbətçi elektrik çilingərləri (çilingərlər) Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlilləri baxımından, arayışda qeyd olunanlara münasibət bildirərək qeyd edir ki, ən azından, iddiaçının 07.11.2007 - 01.06.2016-cı illərdə metropolitendə yalnız gecə işlərində - elektrik çilingəri kimi çalışdığı dövr , yəni 12 il 6 ay 24 gün, onun güzəştli pensiya hüququ verən xüsusi iş stajı üçün kifayət edir və metropolitendə çalışdığı digər işlərin araşdırılmasına ehtiyac da qalmır. Belə ki, Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 N-li qərarı ilə təsdiq olunmuş Siyahıda: 29-cu, “Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizat, bərpası və təmiri.” bilməsinin “Metropoliten və yer qurğularının tikintisi və təmiri üzrə yeraltı işlər” üzrə “a) fəhlələr:” bəndinin 15-ci sətrində: həm “avadanlığın təmiri üzrə, həm də növbətçi - elektrik çilingərləri (çilingərlər) xüsusilə zərərli iş şəraiti olan peşələrə aid edilmişdir. "xxxx" QSC-nin tədqiq olunan arayışında da məhz, düzgün olaraq iddiaçının onun həmin peşədə çalışdığı dövrün xüsusilə zərərli iş şəraiti olan iş stajına aid olmasına tam aydınlığı ilə izah verilmişdir. Cavabdeh inzibati orqan tərəfindən isə apellyasiya şikayətində həmin Siyahıının 29-cu bölməsinin qeyd olunan bəndində göstərilən “avadanlığın təmiri üzrə və növbətçi elektrik çilingərləri (çilingərlər)” peşəsi, iddiaçıya münasibətdə açıq-aşkar düzgün təfsir olunmamışdır. Beləliklə də işin tədqiq olunan halları ilə müəyyən olunur ki, iddiaçının 57 yaşının tamam olduğu 01.06.2017-ci il tarixinə onun 25 ildən çox ümumi, 12 il yarımdan çox xüsusi sığorta stajı toplanır. Belə olan halda, 01.01.2006-cı il tarixdən qüvvədə olan «Əmək pensiyaları haqqında» Qanunun 01.07.2017-ci il tarixədək qüvvədə olan 9.1-ci maddəsinin redaksiyası baxımından, həmin tarixdən onun, fərdi hesabında minimum pensiya təminatı üçün pensyia kapitalının olub- olmamasından asılıb olmayaraq, güzəştli pensiya hüququ yaranmış olur. Göründüyü kimi, cavabdehin apellyasiya şikayətinin iddiaçının fərdi hesabında qanunvericiliyə uyğun pensiya kapitalının mövcud olmadığını mübahisələndirən dəlilləri də əsassızdır. «Əmək pensiyaları haqqında» Qanunun əmək pensiyasının ödənilməsinin mövcud qaydasını müəyyənləşdirən 32.1-1-ci maddəsinin tələbinə görə əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Birinci instansiya məhkəməsinin qərarından da görünür ki, məhkəmə tərəfindən iddianın təmin edilməsi və iddiaçıya 57 yaşından, 30.12.2017-ci il tarixindən hesablanmaqla, güzəştli şərtlərlə pensiya təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi mahiyyəti üzrə düzgün nəticədir. İPM-in 73.1-ci maddəsi də nəzərdə tutur ki, inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə də qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin birinci instansiya məhkəməsinin qərarının əsassız olduğunu mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3245/2021 saylı, 21.04.2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İPM-in 14, 69, 82, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara a l d ı: Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3245/2021 saylı, 21.04.2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1(bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Cahangir Yusifov Hakimlər: Həmid Həmidov Elmira Nağıyeva
Məhkəmə qərarları › İş №2-1(103)-1906/2021
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1906/2021
16.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver