Məhkəmə qərarları › İş №2-1(103)-1907/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1907/2020

02.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1907/2020 02.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), Nağıyeva Elmira Eyvaz qızı və Cəmilova Xəyalə Adil qızından ibarət tərkibdə, İddiaçı iştirakı ilə cavabdeh Azərbaycan Respublikasının Cavabdehnə qarşı arayışın, birdəfəlik müavinətin və pul kompensasiyasının ödənilməsi öhdəliyinin qoyulması tələblərinə dair iddia ərizəsi ilə bağlı Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4463/2020 nömrəli iş üzrə xx xxxxxxxx 2020-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək, FHN-də xidmət etdiyi dövrdə xidməti mənzil (yaşayış sahəsi) ilə təmin olunub-olunmaması haqqında arayışın, vəzifə və rütbə maaşının 6 misli məbləğində birdəfəlik müavinətin və növbəti verilən geyim forması əvəzinə onun dəyəri məbləğdə pul kompensasiyasının verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. Qərardadla razılaşmayan iddiaçı ondan apellyasiya şikayəti verərək, ləğv edilib, işə yenidən baxılması üçün həmin məhkəməyə qaytarılmasını xahiş etmişdir. Şikayətin dəlillərinə əsasən, iddiaçı FHN Dövlət Yanğından Mühafizə Xidmətinə yox, FHN-in özünə müraciət etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) tələblərinə müvafiq qaydada iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. Şikayət mümkündür. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərardadının təqdim olunduğu gündən 10 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Şikayət mahiyyətçə əsaslıdır. Birinci instansiya məhkəməsinin qərardadının əsaslarına görə, “Məhkəmənin qənaəti belədir ki, Dövlət Yanğından Mühafizə Xidməti AR Cavabdeh strukturuna daxil olan qurum kimi müstəqil inzibati orqandır. AR NK-nın xx xxxxxx 2007-ci il tarixli 136 nömrəli Qərarı ilə təsdiq edilmiş Təsnifatının İİ bölməsinin 19-cu bəndində inzibaati orqan kimi AR Cavabdeh və onun tabeliyindəki digər qurumlar (Dövlət Yanğın Nəzarəti Xidməti istisna olmaqla) nəzərdə tutulsa da, Təsnifatın V bölməsində “Qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxslər” də inzibati orqna kimi təsnif olunmuşdur. Həmçinin nəzərə alınmalıdır ki, iddiaçının müvafiq məsələ ilə bağlı müraciətinə AR Cavabdeh özü deyil, Nazirliyin Dövlət Yanğın Xidməti tərəfindən baxılaraq cavab verilmişdir. İPM-in 13-cü maddəsinin tələbləri baxımından, iş üzrə cavabdehin dəyişdirilməsinə gəldikdə isə, iş üzrə iddiaçı cavabdehin dəyişdirilməməsində israrlı olduğundan, məhkəmə hazırkı cavabdeh AR Cavabdehnə münasibətdə iddianın mümkünlüyü məsələsinə qiymət verilməsini zəruri bilir. Beləliklə məhkəmənin qənaətinə görə cavabdeh AR Cavabdeh tərəfindən iddiaçının hansı hüquqlarının pozulduğu və ya onun hüquqlarının pozulması ilə nəticələnən hansı vəzifənin yerinə yetirilmədiyi öz təsdiqini tapmadığından, iddia mümkün sayıla bilməz.” Məhkəmə kollegiyası qərardadın əsasları ilə razılaşmır. Belə ki, işdə olan xx.xx.2020-ci il tarixli ********* nömrəli (SS644731773AZ) və ********* nömrəli (SS644731739AZ) poçt mədaxil qəbzlərindən müəyyən olunduğu kimi, iddiaçı və onun etibarnamə üzrə nümayəndəsi A.Qasımov məhz cavabdehə müraciət etmiş (iş vərəqi- 9,10), iddia da sonuncuya qarşı qaldırılmışdır. İddiaçının nümayəndəsinin xx.xx.2020-ci il tarixli ərizəsinə cavabdehin özü deyil, FHN Dövlət Yanğından Mühafizə Xidməti tərəfindən cavab verilməsi də iddia tələbinin məhz iddiaçının müraciət etdiyi və iddiaya cavab verməli olan inzibati orqana yönəldilməsini istisna etmir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən: İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir; İİ. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın; İİİ. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır; İV. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, şikayətin dəlili işin faktiki halları ilə təsdiq olunmaqla, qərardadın ləğvinə əsas verir. Bununla əlaqədar olaraq, birinci instansiya məhkəməsinin prosessual hüquq normalarının pozuntusu ilə qəbul etdiyi qərardad ləğv edilməli, inzibati iş həmin məhkəməyə göndərilməli, apellyasiya şikayəti təmin edilməlidir (İPM-87.6). Göstərilənlərə əsasən və İPM-in 68 və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4463/2020 nömrəli iş üzrə xx xxxxxxxx 2020-ci il tarixli qərardadı ləğv edilsin, inzibati iş həmin məhkəməyə göndərilsin. İddiaçı apellyasiya şikayəti təmin edilsin. HAKİMLƏR Vidadi Məmmədov Elmira Nağıyeva Xəyalə Cəmilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar