Məhkəmə qərarları › İş №2-1(103)-1907/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1907/2024

01.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1907/2024 01.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı, Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: « maaşa əlavənin ödənilməs ») Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Şərafət Asif qızı Məmmədova (sədrlik edən və məruzəçi), Cahangir Afər oğlu Yusifovdan və X1 ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi, İddiaçının və onun vəkili (nümayəndəsi) Vəkil, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3438/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından iddiaçının apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında (ünvan: ünvan 2 qərarı qəbul etdi. İşin halları

1. Müdafiə Nazirliyinin iddiaçıya ünvanlanan məktubunda qeyd edilmişdir ki, 137 nömrəli 2002-ci il 22 avqust tarixli Nazirlər Kabinetinin Qərarına əsasən qeyd olunan əlavənin adalarda xidmət edən şəxslərə ödənilməsi nəzərdə tutulmamışdır.

2. 11 avqust 2005-ci il tarixli əmrdən görünür ki, iddiaçı Çilov adasında yerləşən hərbi hissədə xidmətə başlamışdır.

3. 17 avqust 2023-cü il tarixli əmrdən görünür ki, iddiaçı öz arzusu ilə hərbi xidmətdən ehtiyata buraxıldığına görə 01 oktyabr 2023-cü il tarixdən şəxsi heyətin siyahısından çıxarılmışdır.

4. Müdafiə Nazirliyinin məhkəmə sorğusuna cavab olaraq Bakı Apellyasiya Məhkəməsinə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, ehtiyatda olan mayor İddiaçı şəxsi işindən xidmət dəftərçəsinin və digər sənədlərin təsdiq edilmiş kserosurətləri məhkəməyə göndərilir.Əlavə olaraq bildiririk ki, hərbi qulluqçuların xidmət illəri “Zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər, ədliyyə, gömrük, miqrasiya, fövqəladə hallar və vergi orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və onların ailələrinə pensiya təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması qaydası haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1992-ci il 23 noyabr tarixli 631 nömrəli Qərarına əsasən sayılır.

5. Müdafiə Nazirliyinin məhkəmə sorğusuna cavab olaraq Bakı Apellyasiya Məhkəməsinə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir: “Bildiririk ki, “Zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər, ədliyyə, gömrük, miqrasiya, fövqəladə hallar və vergi orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və onların ailələrinə pensiya təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması qaydası haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1992ci il 23 noyabr tarixli 631 nömrəli Qərarının 2-ci hissəsinin “b” bəndinin dördüncü abzasının müddəalarına görə iqlim şəraiti xüsusilə ağır olan yerlərdə xidmət müddətinin bir ayı ayyarım kimi sayılması Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi həmin yerlərin siyahısı əsasında həyata keçirilməlidir. Bundan başqa, hesab edirik ki, “Əmək şəraiti ağır və zərərli olan işlərdə və iqlim şəraitinə görə işləmək üçün əlverişli olmayan iş yerlərində çalışan işçilərin və Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində işləyən mütəxəssislərin əmək haqqının yüksək məbləğdə ödənilməsini təmin edən artımların (əmsalların) məbləğinin minimum miqdarının müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002- ci il 22 avqust tarixli 137 nömrəli Qərarının 4-cü bəndində qeyd olunan artım əmsalların, bir şərt olaraq, Xəzər dənizinin adalarında deyil, məhz Xəzər dənizində (suda) yerləşən obyektlərdə çalışan işçilərin tarif (vəzifə) maaşlarına tətbiq olunması ehtiva edilir, həmçinin “sahillə əlaqə” dedikdə dəniz kənarı sahillə (torpaqla) və ya adanın sahili ilə dənizdə (suda) yerləşən obyektin arasında olan məsafə nəzərdə tutulur.”

6. Müdafiə Nazirliyinin məhkəmə sorğusuna cavab olaraq Bakı Apellyasiya Məhkəməsinə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubu əsasında məhkəməyə təqdim edilmiş ehtiyatda olan mayor İddiaçı şəxsi işindən xidmət dəftərçəsinin təsdiq edilmiş kserosurətlərindən (dəftərçənin 11-ci bəndinin sonu) görünür ki, xidmət dəftərçəsində aşağıdakı qeydlər mövcuddur:Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1992-ci il 23 noyabr tarixli 631 nömrəli Qərarının 2-ci maddəsinin “b” bəndinə, 2002-ci il 22 avqust tarixli 137 nömrəli Qərarının 4-cü maddəsinə əsasən göstərilən həqiqi hərbi xidmət müddəti pensiya təminatı zamanı 1(bir) ay həqiqi hərbi xidmət müddəti 1.5 (ay yarım) həqiqi hərbi xidmət kimi hesablansın. Xidmət müddəti xx.xx.2005-xx.xx.2012. N nömrəli hərbi hissənin qərargah rəisi, hərbi hissə komandirinin müavini polkovnik-leytenant Ruslan Məmmədov, imza və N nömrəli hərbi hissənin möhürü. İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “maaşa əlavənin ödənilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

8. İddia onunla əsaslandırılmışdır ki, o, hazırda ehtiyatda olan hərbi qulluqçu kimi 2005- 2012-ci illər əzrində Xəzər dənizinin Çilov adasında yerləşən hərbi hissədə xidmət etmişdir. Həmin ada Bakı şəhərindən 62 km uzaqlıqda yerləşir və quru yol əlaqəsi mövcud deyildir. İddiaçı hesab edir ki, “Əmək şəraiti ağır və zərərli olan işlərdə və iqlim şəraitinə görə işləmək üçün əlverişli olmayan iş yerlərində çalışan işçilərin və Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində işləyən mütəxəssislərin əmək haqqının yüksək məbləğdə ödənilməsini təmin edən artımların (əmsalların) məbləğinin minimum miqdarının müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 137 nömrəli 22 avqust 2002-ci il tarixli Qərarına və “Zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər, ədliyyə, gömrük, miqrasiya, fövqəladə hallar və vergi orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və onların ailələrinə pensiya təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması qaydası haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1992-ci il 23 noyabr tarixli 631 nömrəli Qərarının 2-ci hissəsinin “b” bəndinə əsasən ona vəzifə maaşına 1,65 əmsal tətbiq edilməklə əlavə ödənilməlidir.

9. Sonradan iddiaçı ərizə ilə müraciət edərək cavabdehin əsl cavabdeh Maliyyə və Büdcə İdarəsi ilə əvəz edilməsini xahiş etmiş, ərizə icraata qəbul edilmişdir.

10. Cavabdeh iddiaya qarşı yazılı etiraz təqdim etmişdir. Etirazda qeyd edilmişdir ki, əlavələr Xəzər dənizində yerləşən obektlərdə çalışan içilərə ödənilir. Çilov adası isə obyekt olmamaqla Azərbaycan Respublikası inzibati ərazisidir. Həmin halla bağlı isə mövcud qanunvericilikdə hər hansı əlavənin ödənilməsi nəzərdə tutulmamışdır.

11. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3438/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə iddia təmin edilməmişdir.

12. Qərardan narazı qalan iddiaçı qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

13. Apellyasiya şikayəti iddia ərizəsi ilə oxşar məzmunda əsaslandırılmışdır.

b) Apellyasiya instansiya məhkəməsində icraat

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

c) Apellyasiya şikayətinin dəlilləri

14. Apellyasiya şikayəti iddia ərizəsi ilə oxşar məzmunda əsaslandırılmışdır.

ç)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

15. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır.

d) Proses iştirakçılarının izahatları

16. Məhkəmə Kollegiyasının iclasında iştirak edən iddiaçı və vəkili (nümayəndəsi) apellyasiya şikayətini müdafiə edərək və şikayətin dəlillərinə istinad edərək təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdirlər.

17. Məhkəmə Kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək şikayətin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

Tətbiq edilən hüquq

18. Azərbaycan Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər.

19. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun:1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur.

2.0.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab olunur.

20. “Əmək şəraiti ağır və zərərli olan işlərdə və iqlim şəraitinə görə işləmək üçün əlverişli olmayan iş yerlərində çalışan işçilərin və Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində işləyən mütəxəssislərin əmək haqqının yüksək məbləğdə ödənilməsini təmin edən artımların (əmsalların) məbləğinin minimum miqdarının müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 137 nömrəli 22 avqust 2002-ci il tarixli Qərarı: Bənd 4. Xəzər dənizində yerləşən obyektlərdə çalışan işçilərin tarif (vəzifə) maaşlarına sahillə əlaqə şəraitindən asılı olaraq artımın (əmsalın) minimum miqdarı aşağıdakı kimi müəyyən edilsin: sahillə quru yol əlaqəsi olduqda 1,4 quru yol əlaqəsi olmadıqda və sahildən aşağıdakı uzaqlıqda yerləşdikdə: 0,5 km-ə qədər 1,5 0,5 km-dən 70 km-ə qədər 1,65 70- km-dən artıq 1,75

21. “Zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər, ədliyyə, gömrük, miqrasiya, fövqəladə hallar və vergi orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və onların ailələrinə pensiya təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması qaydası haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1992-ci il 23 noyabr tarixli 631 nömrəli Qərarının 2-ci hissəsinin “b” bəndi: b) xidmətin bir ayı ayyarım sayılmaqla: -bütün ad və ixtisaslardan olan dalğıc vəzifələrində (bu qərarın 2-ci bəndinin “b” yarımbəndində göstərilən dalğıclardan savayı); -müdafiə, daxili işlər, ədliyyə nazirliklərinin, dövlət təhlükəsizliyi xidmətinin, xarici kəşfiyyat xidmətinin və dövlət sərhəd xidmətinin xüsusi təyinatlı dəstələrində və digər hərbi birləşmələrdə bu nazirliklərin müəyyən etdiyi vəzifə siyahısı və şərtlər üzrə; -iqlim şəraiti xüsusilə ağır olan yerlərdə xidmət – Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi siyahı üzrə; -sırada olan, bilavasitə Azərbaycan Respublikası sərhədlərinin keşiyində duran dəniz sərhəd gəmilərində və katerlərində; -sərhəd mühafizəsi orqanlarının zastava və komendaturalarında, respublikanın dövlət sərhədində onlara bərabər tutulan bölmələrdə (sərhəd postlarında, texniki nəzarət postlarında, nəzarət radiostansiyalarında və sərhəd nəzarəti məntəqələrində) ......

22. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 68.1 məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2-məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

Apellyasiya baxışının hədləri

23. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

24. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.(Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsi.)

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

25. Əvvəla məhkəmə məhkəmə Kollegiyası bildirir ki, apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur.

26. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, (Bakı apellyasiya məhkəməsinin 2-1(103)-1907/24 saylı, 01.102024-cü il tarixli qərardadı ilə iddia iddiaçının Xəzər dənizinin Çilov adasında xx.xx.2005-ci il tarixdən xx.xx.2011-ci il tarixədək olan dövrdə hərbi xidmətkeçmə müddətinin 1(bir) ay həqiqi hərbi xidmət müddəti 1.5 (ay yarım) həqiqi hərbi xidmət kimi hesablanmaqla verilməmiş maaşına əlavənin 1.65 əmsalın tətbiq edilməklə hesablanaraq iddiaçıya ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması hissəsində mümkün sayılmamışdır.) iddiaçının Xəzər dənizinin Çilov adasında xx.xx.2011-ci il tarixdən xx.xx.2012-ci il tarixədək olan dövrdə hərbi xidmətkeçmə müddətinin 1(bir) ay həqiqi hərbi xidmət müddəti 1.5 (ay yarım) həqiqi hərbi xidmət kimi hesablanmaqla verilməmiş maaşına əlavənin 1.65 əmsalın tətbiq edilməklə hesablanaraq iddiaçıya ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasına dair iddia tələbi təmin olunmalıdır.

27. Məhkəmə kollegiyası işin faktiki hallarına tətbiq edilən hüquq normalarından (Bu qərarın 20-21-cü bəndləri) çıxış edərək aşağıdakıları qeyd edir:

28. İddiaçı - İddiaçı xx.xx.2000-ci il tarixdən Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmətə başlamış və xx.xx.2023-cü il tarixində, Ordu sıralarında 23 (iyirmi üç) təqvim ili ərzində xidmət etdikdən sonra mayor hərbi rütbəsində ehtiyata buraxılmışdır. (ordu sıralarından tərxis olunmuşdur.)

29. Hərbi xidmətinin bir hissəsini-xx.xx.2005-ci il tarixdən xx.xx.2012-ci il tarixədək (7il 6 ay), yəni 90 təqvim ayı ərzində, sahil ilə quru yol əlaqədi olmayan- Xəzər dənizindəki Çilov adasında yerləşən hərbi obyektdə- N saylı hərbi hissədə xidmət etmişdir.

30. Bu fakt cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Maliyyə və Büdcə idarəsi tərəfindən də təsdiq olunmuşdur.Bununla belə, cavabdeh tərəfindən, Çilov adasında hərbi obyektdə keçdiyi xidmətə görə vəzifə maaşına müvafiq-1,65 əmsal tətbiq edilməmiş, bunun nəticəsində iddiaçıya vaxtında(Cilov adasında xidmət dövründə) müvafiq vəzifə maaşı verilməmiş, pensiya təyin edilərkən isə-Çilov adasında keçdiyi 1 ay= 1,5 ay hesablanmalı olan xidmət müddəti nəzərə alınmamışdır.

31. Halbuki, “Əmək şəraiti ağır və zərərli olan işlərdə və iqlim şəraitinə görə işləmək üçün əlverişli olmayan iş yerlərində çalışan işçilərin və Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində işləyən mütəxəssislərin əmək haqqının yüksək məbləğdə ödənilməsini təmin edən artımların (əmsalların) məbləğinin minimum miqdarının müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 137 nömrəli 22 avqust 2002-ci il tarixli Qərarının 4-cü bəndinə əsasən Xəzər dənizində yerləşən obyektlərdə çalışan işçilərin tarif (vəzifə) maaşlarına sahillə əlaqə şəraitindən asılı olaraq artımın (əmsalın) minimum miqdarı aşağıdakı kimi müəyyən edilmişdir: -sahillə quru yol əlaqəsi olduqda 1,4 -quru yol əlaqəsi olmadıqda və sahildən aşağıdakı uzaqlıqda yerləşdikdə: 0,5 km-ə qədər 1,5 -0,5 km-dən 70 km-ə qədər 1,65 -70- km-dən artıq 1,75

32. Həmin Qərarın:

33. 5. Azərbaycan Respublikasında dəniz səviyyəsindən hündürlükdə yerləşən müəssisə, idarə, təşkilatlarda və ya iş yerlərində çalışan işçilərin əmək haqqında hündürlük 1200 metrdən 1500 metrədək olduqda, artımın (əmsalın) minimum miqdarı 1,1, 1500 metrdən 2000 metrədək olduqda, artımın (əmsalın) minimum miqdarı 1,2, 2000 metrdən yuxarı olduqda isə artımın (əmsalın) minimum miqdarı 1,3 məbləğində müəyyən edilsin.

34. 6. Azərbaycan Respublikasında dəniz səviyyəsindən 1200 metrdən 1500 metrədək, 1500 metrdən 2000 metrədək və 2000 metrdən yuxarıda yerləşən yaşayış məntəqələrinin siyahısı 1 və 2 nömrəli əlavələrə uyğun olaraq müəyyən edilsin.

35. “Zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər, ədliyyə, gömrük, miqrasiya, fövqəladə hallar və vergi orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və onların ailələrinə pensiya təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması qaydası haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1992-ci il 23 noyabr tarixli 631 nömrəli Qərarının 2-ci hissəsinin “b” bəndi: b) xidmətin bir ayı ayyarım sayılmaqla: -bütün ad və ixtisaslardan olan dalğıc vəzifələrində (bu qərarın 2-ci bəndinin “b” yarımbəndində göstərilən dalğıclardan savayı); -müdafiə, daxili işlər, ədliyyə nazirliklərinin, dövlət təhlükəsizliyi xidmətinin, xarici kəşfiyyat xidmətinin və dövlət sərhəd xidmətinin xüsusi təyinatlı dəstələrində və digər hərbi birləşmələrdə bu nazirliklərin müəyyən etdiyi vəzifə siyahısı və şərtlər üzrə; -iqlim şəraiti xüsusilə ağır olan yerlərdə xidmət – Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi siyahı üzrə; -sırada olan, bilavasitə Azərbaycan Respublikası sərhədlərinin keşiyində duran dəniz sərhəd gəmilərində və katerlərində; -sərhəd mühafizəsi orqanlarının zastava və komendaturalarında, respublikanın dövlət sərhədində onlara bərabər tutulan bölmələrdə (sərhəd postlarında, texniki nəzarət postlarında, nəzarət radiostansiyalarında və sərhəd nəzarəti məntəqələrində)

36. Məhkəmə Kollegiyası diqqətə çəkir ki, Müdafiə Nazirliyinin məhkəmə sorğusuna cavab olaraq Bakı Apellyasiya Məhkəməsinə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubu əsasında məhkəməyə təqdim edilmiş ehtiyatda olan mayor İddiaçı şəxsi işindən xidmət dəftərçəsinin təsdiq edilmiş kserosurətlərindən (dəftərçənin 11-ci bəndinin sonu) görünür ki, xidmət dəftərçəsində aşağıdakı qeydlər mövcuddur:Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1992-ci il 23 noyabr tarixli 631 nömrəli Qərarının 2-ci maddəsinin “b” bəndinə, 2002-ci il 22 avqust tarixli 137 nömrəli Qərarının 4-cü maddəsinə əsasən göstərilən həqiqi hərbi xidmət müddəti pensiya təminatı zamanı 1(bir) ay həqiqi hərbi xidmət müddəti 1.5 (ay yarım) həqiqi hərbi xidmət kimi hesablansın. Xidmət müddəti xx.xx.2005-xx.xx.2012. N nömrəli hərbi hissənin qərargah rəisi, hərbi hissə komandirinin müavini polkovnik-leytenant Ruslan Məmmədov, imza və N nömrəli hərbi hissənin möhürü.

37. Beləliklə, göründüyü kimi, iddiaçının xx.xx.2005-ci il tarixdən xx.xx.2012-ci il tarixədək xidmət etdiyi N saylı hərbi hissənin olduğu Xəzər dənizindəki Çilov adasının sahildən - 0,5 km-dən 70 km-ə qədər məsafə arasında yerləşdiyi işin mübahisələndirilməyən halıdır. Bu halda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 137 nömrəli 22 avqust 2002-ci il tarixli Qərarının 4-cü bəndinə əsasən iddiaçının tarif (vəzifə) maaşına sahillə əlaqə şəraitindən asılı olaraq 1,65 artımın (əmsalın) 1,65 tətbiq edilməlidir.

38. Belə ki, yuxarıda istinad olunduğu kimi iddiaçının şəxsi işindən xidmət dəftərçəsində də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1992-ci il 23 noyabr tarixli 631 nömrəli Qərarının 2-ci maddəsinin “b” bəndinə, 2002-ci il 22 avqust tarixli 137 nömrəli Qərarının 4-cü maddəsinə əsasən xx.xx.2005-xx.xx.2012-ci illər həqiqi hərbi xidmət müddəti pensiya təminatı zamanı 1(bir) ay həqiqi hərbi xidmət müddəti 1.5 (ay yarım) həqiqi hərbi xidmət kimi hesablanmalı olmasını N nömrəli hərbi hissənin qərargah rəisi, hərbi hissə komandiri imza və möhürlə təsdiq etmişdir.

39. Odur ki, cavabdehin və cavabdehin dəlilləri ilə razılaşan birinci instansiya məhkəməsinin əlavələr Xəzər dənizində yerləşən obektlərdə çalışan içilərə ödənilir, Çilov adası isə obyekt olmamaqla Azərbaycan Respublikası inzibati ərazisidir kimi mövqeyi qanuni və əsaslı olmamışdır.

40. Bundan başqa məhkəmə Kollegiyası cavabdeh Müdafiə Nazirliyinin məhkəmə sorğusuna cavab olaraq Bakı Apellyasiya Məhkəməsinə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubunda qeyd etdiyi “Bildiririk ki, “Zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər, ədliyyə, gömrük, miqrasiya, fövqəladə hallar və vergi orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və onların ailələrinə pensiya təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması qaydası haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1992-ci il 23 noyabr tarixli 631 nömrəli Qərarının 2-ci hissəsinin “b” bəndinin dördüncü abzasının müddəalarına görə iqlim şəraiti xüsusilə ağır olan yerlərdə xidmət müddətinin bir ayı ayyarım kimi sayılması Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi həmin yerlərin siyahısı əsasında həyata keçirilməlidir.

41. Bununla bağlı məhkəmə Kollegiyası qeyd edir ki, “Əmək şəraiti ağır və zərərli olan işlərdə və iqlim şəraitinə görə işləmək üçün əlverişli olmayan iş yerlərində çalışan işçilərin və Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində işləyən mütəxəssislərin əmək haqqının yüksək məbləğdə ödənilməsini təmin edən artımların (əmsalların) məbləğinin minimum miqdarının müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 137 nömrəli 22 avqust 2002-ci il tarixli Qərarının 4-cü bəndinə əsasən məhkəmə iddiaçın tələbinin təmin edilməli olması qənaətinə gəlir.Yəni iddiaçının şəxsi işindən xidmət dəftərçəsində də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1992-ci il 23 noyabr tarixli 631 nömrəli Qərarının 2-ci maddəsinin “b” bəndinə, 2002-ci il 22 avqust tarixli 137 nömrəli Qərarının 4-cü maddəsinə əsasən xx.xx.2005-xx.xx.2012-ci illər həqiqi hərbi xidmət müddəti pensiya təminatı zamanı 1(bir) ay həqiqi hərbi xidmət müddəti 1.5 (ay yarım) həqiqi hərbi xidmət kimi hesablanmalı olmasını N nömrəli hərbi hissənin qərargah rəisi, hərbi hissə komandiri imza və möhürlə təsdiq etmişdir.

42. Həmçinin, iqlim şəraiti xüsusilə ağır olan yerlərdə xidmət müddətinin bir ayı ayyarım kimi sayılması Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi həmin yerlərin siyahısı əsasında həyata keçirilməli olması tələbi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 137 nömrəli 22 avqust 2002-ci il tarixli Qərarının 4-cü bəndində deyil, 5 və 6-cı bəndində nəzərdə tutulmuşdur.

43. Həmin Qərarın 5-ci bəndinə əsasən Azərbaycan Respublikasında dəniz səviyyəsindən hündürlükdə yerləşən müəssisə, idarə, təşkilatlarda və ya iş yerlərində çalışan işçilərin əmək haqqında hündürlük 1200 metrdən 1500 metrədək olduqda, artımın (əmsalın) minimum miqdarı 1,1, 1500 metrdən 2000 metrədək olduqda, artımın (əmsalın) minimum miqdarı 1,2, 2000 metrdən yuxarı olduqda isə artımın (əmsalın) minimum miqdarı 1,3 məbləğində müəyyən edilsin.

44. Həmin Qərarın 6-cı bəndinə əsasən isə Azərbaycan Respublikasında dəniz səviyyəsindən 1200 metrdən 1500 metrədək, 1500 metrdən 2000 metrədək və 2000 metrdən yuxarıda yerləşən yaşayış məntəqələrinin siyahısı 1 və 2 nömrəli əlavələrə uyğun olaraq müəyyən edilsin.

45. Beləliklə, məhkəmə Kollegiyası hesab edir ki, iddiaçının Xəzər dənizinin Çilov adasında xx.xx.2011-ci il tarixdən xx.xx.2012-ci il tarixədək olan dövrdə hərbi xidmətkeçmə müddətinin 1(bir) ay həqiqi hərbi xidmət müddəti 1.5 (ay yarım) həqiqi hərbi xidmət kimi hesablanmaqla verilməmiş maaşına əlavənin 1.65 əmsalın tətbiq edilməklə hesablanaraq iddiaçıya ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasına dair iddia tələbi əsaslıdır və təmin olunmalıdır.

46. İnzibati Prosessual Məcəllənin 12-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.

47. Göründüyü kimi, birinci instansiya məhkəməsində işə baxılarkən yuxarıda qeyd olunan məsələlər araşdırılmamış, həqiqətə nail olmaq üçün göstərilən faktlara hüquqi münasibət bildirilmədən iddia rədd edilmişdir.

48. Buna görə də məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın rədd edilməsi ilə bağlı gəldiyi nəticə maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanuni, ədalətli və işin faktiki halları baxımdan əsaslı olmamışdır.

49. Beləliklə, məhkəmə Kollegiyası tətbiq edilmiş hüquq normalarına və işin yuxarıda sadalanan faktiki hallarına istinad edərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3438/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ləğv edilməli və iddiaçının Xəzər dənizinin Çilov adasında xx.xx.2011-ci il tarixdən xx.xx.2012-ci il tarixədək olan dövrdə hərbi xidmətkeçmə müddətinin 1(bir) ay həqiqi hərbi xidmət müddəti 1.5 (ay yarım) həqiqi hərbi xidmət kimi hesablanmaqla verilməmiş maaşına əlavənin 1.65 əmsalın tətbiq edilməklə hesablanaraq iddiaçıya ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasına dair iddia tələbi təmin olunmalıdır.

50. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2-ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

qərara aldı:

Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3438/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ləğv edilsin. İddia təmin edilsin. İddiaçının Xəzər dənizinin Çilov adasında xx.xx.2011-ci il tarixdən xx.xx.2012-ci il tarixədək olan dövrdə hərbi xidmətkeçmə müddətinin 1(bir) ay həqiqi hərbi xidmət müddəti 1.5 (ay yarım) həqiqi hərbi xidmət kimi hesablanmaqla verilməmiş maaşına əlavənin 1.65 əmsalın tətbiq edilməklə hesablanaraq iddiaçıya ödənilməsi vəzifəsi cavabdehin üzərinə qoyulsun. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar