Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1908/2021 17.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Hüseynov Azər Soltanhəmid oğlunun sədrliyi ilə (məruzəçi); Bəktaşi Səadət İnayət qızı və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, İsmayılzadə Rəhim Fərman oğlunun katibliyi, İddiaçı qızının, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh AR Mərkəzi Bankına qarşı (üçüncü şəxs: Əmanətlərin Sığortalanması Fondu və LPO "xxxx" ASC) “kompensasiya ödənilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 15.04.2021-ci il tarixli, 2-1(112)-2045/2021 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apelyasiya Məhkəməsinin binasında şifahi məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X2 cavabdehlər Azərbaycan Respublikası Mərkəzi Bankına, Əmanətlərin Sığortalanması Fonduna və "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, 1.234 manat məbləğində kompensasiyanın müştərək qaydada ödənilməsi öhdəliyinin cavabdehlərin üzərinə qoyulması barədə qərar qəbul etməyi məhkəmədən xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Əmanətlərin Sığortalanması Fondu və "xxxx" ASC-nin cavabdehlər sırasından çıxarılaraq, üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilməsini məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 12.02.2021-ci il tarixli qərardadı ilə Əmanətlərin Sığortalanması Fondu və "xxxx" ASC üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişlər. Bakı İnzibati Məhkəməsinin 15.04.2021-ci il tarixli, 2-1(112)-2045/2021 saylı qərarı ilə iddia tələbi təmin edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək şikayətin təmin olunmasını, Bakı İnzibati Məhkəməsinin 15.04.2021-ci il tarixli, 2-1(112)-2045/2021 saylı qərarının ləğv olunmasını, iddianın təmin olunmamasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Apelyasiya baxışı zamanı iddiaçı yazılı ərizə ilə məhkəməyə müraciət edərək baxılan iş üzrə iddia tələbindən imtinanın qəbul edilməsini, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi ərizənin təmin olunmasına etiraz etmədiyini bildirmişdir. Məhkəmə kollegiyası ərizəni iş materialları ilə birgə araşdıraraq hesab edir ki, iddiadan imtina qəbul edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməklə inzibati iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İPM-nin 55.1-ci maddəsin əsasən, məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər iddiaçı iddiadan imtina etməyə haqlıdır. Həmin Məcəllənin 55.2-ci maddəsinə müvafiq olaraq şifahi məhkəmə baxışında tərəflərin çıxışlarından sonra iddiadan imtina edilməsinə yalnız cavabdehin razılığı ilə yol verilir. Həmin Məcəllənin 55.4-cü maddəsinə görə, iddiadan imtina edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna edir. Həmin Məcəllənin 55.5-ci maddəsinə uyğun olaraq iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən imzalanaraq məhkəməyə təqdim edilmiş yazılı ərizədə iddiadan imtina etməsi qanuna zidd deyil, hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozmur. Cavabdehin səlahiyyətli nümayəndəsi ərizənin təmin ediləsinə razılıq vermişdir. İddiaçıya izah olunur ki, O, iddiadan imtina etdikdən sonra və bu haqda müvafiq məhkəmə qərardadı qəbul edildikdən sonra eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırmaq hüququnu itirir. Ona görə də, iddiadan imtina qəbul edilməli və inzibati işin icraatına xitam verilməlidir. Yuxarıdakılara əsasən və İPM-in 55-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı iddia tələbindən imtinası qəbul edilsin. Bakı İnzibati Məhkəməsinin 15.04.2021-ci il tarixli, 2-1(112)-2045/2021 saylı qərarı ləğv edilsin. İddiaçı cavabdeh AR Mərkəzi Bankına qarşı (üçüncü şəxs: Əmanətlərin Sığortalanması Fondu və LPO "xxxx" ASC) “kompensasiya ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işin icraatına xitam verilsin. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2-1(103)-1908/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1908/2021
17.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver