Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1909/2021 14.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Həmidov Həmid Üzeyir oğlu (sədrlik edən və məruzəçi), Nağıyeva Elmira Eyvaz qızı və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X2, İddiaçının nümayəndəsi X3, Cavabdehin nümayəndəsi X5 iştirakları ilə, İddiaçı MMM-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlər Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı «qərarların ləğv edilməsi» tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2215/2021 saylı, 10 mart 2021-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin "xxxx" MmM barəsində 05 oktyabr 2020-ci il tarixli **********132500, **********142200, **********149100 və **********170900 saylı "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" tərtib edilmiş Qərarlarının ləğv edilməsi, "xxxx" MMM-si tərəfindən ödənilmiş 30 manat prossesual xərc olaraq cavabdehdən tutularaq "xxxx" MMM-nin hesabına ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 05 oktyabr 2020-ci il tarixli **********132500 nömrəli, 05 oktyabr 2020-ci il tarixli **********142200 nömrəli, 05 oktyabr 2020-ci il tarixli **********149100 nömrəli, 05 oktyabr 2020-ci il tarixli **********170900 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarlarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində bildirilmişdir ki, İddiaçı (VÖEN: **********) barəsində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı Lokal Gəlirlər Baş İdarəsi tərəfindən 05 oktyabr 2020-ci il tarixli **********132500, sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" Qərarlar qəbul edilmişdir. Cavabdeh tərəfindən aparılan kameral yoxlama nəticəsində 05 oktyabr 2020-ci il tarixli **********132500 saylı qərarına əsasən 2019-cu ilin 1 -ci rübü üzrə 178.185,26 manat, **********142200 saylı qərarına əsasən 2019-cu ilin 2-ci rübü üzrə 110.762,78 manat, **********149100 saylı qərarına əsasən 2019-cu ilin 3-cü rübü üzrə 124.464,06 manat və **********170900 saylı qərarına əsasən 2019-cu ilin 4-cü rübü üzrə isə 130.741,21 manat əlavə hesablanmış vergi məbləği göstərilmişdir. Qeyd edilən qərarlar əsassızdır. Belə ki, "xxxx" X4 (VÖEN: **********) 1997ci ildə qeydiyyatdan keçmiş və həmin vaxtdan ekspedisiya xidmətlərindən ibarətdir (fəaliyyət kodu 49201). Fəaliyyətləri daxili, eləcə də beynəlxalq yük daşımalarını əhatə edir, yəni daxili yük daşımalarını "xxxx" QSC və onunla birbaşa müqavilələri olan Azərbaycan Respublikasının rezident şirkətləri olan fraxt agentləri vasitəsi ilə, Beynəlxalq yük daşımaları Azərbaycan Respublikasının hüdudları daxilində yuxarıda göstərilən fraxt agentləri, digər dövlətlərin ərazisində olan daşımaları isə həmin dövlətlərin rezident şirkətləri (Azərbaycan Respublikası üçün qeyri rezident sayılan) vasitəsi ilə yerinə yetirir. Tərəfmüqabillərlə qarşılıqlı bütün ödənişlər nağdsız qaydada banklar vasitəsi ilə icra olunur. Beləliklə, daşıma ilə əlaqədar xərcləri Azərbaycan Respublikasının rezidentlərinə və qeyri-rezidentlərinə ödənişlərdən ibarət olur ki, bu da "Mənfəət vergisinin bəyannaməsində" öz əksini tapır. Beynəlxalq yük daşımalarında ekspeditor qismində iştirak edən tərəf müqabilləri onlara yalnız Azərbaycan Respublikasının hüdudlarından kənarda xidmət göstərmiş və bu zaman özlərinə məxsus heç bir nəqliyyat vasitəsindən istifadə etməmişlər. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 125.1.4-cü maddəsində Azərbaycan Respublikası ilə digər dövlətlər arasında beynəlxalq rabitə və ya beynəlxalq daşımalar həyata keçirilərkən rabitə və ya nəqliyyat xidmətləri üçün rezident müəssisəsinin və ya sahibkarın ödəmələri - 6 faiz kimi göstərilsə də, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr və sazişlərdə, xüsusən də ikiqat vergiqoymanın aradan qaldırılması haqqında Sazişlərdə beynəlxalq daşımaların vergiyə cəlb olunmasına dair müddəalar nəzərdə tutulmuşdur. Belə ki, Azərbaycan Respublikası Höküməti ilə Rusiya Federasiyası Höküməti arasında gəlirlərə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergiqoymanın aradan qaldırılması haqqında Saziş də nəqliyyat vasitələrinin beynəlxalq daşımalarda istismarından əldə etdiyi gəlir (mənfəət) yalnız həmin razılığa gələn Dövlətdə vergiyə cəlb edilir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 2.5-ci maddəsində göstərilmişdir ki, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə vergilər haqqında bu Məcəllə ilə və ona müvafiq olaraq qəbul edilmiş normativ hüquqi aktlarla nəzərdə tutulmuş müddəalardan fərqli müddəalar müəyyən edildikdə, həmin beynəlxalq müqavilələrin müddəaları tətbiq edilir. Vergi Məcəlləsi ilə Saziş arasında olan ziddiyyətlə əlaqədar izah alınması üçün iddiaçı tərəfindən 25.11.2002-ci il tarixdə Azərbaycan Respublikası Vergilər Nazirliyinə ünvanlanmış məktuba cavab olaraq Vergilər Nazirliyinin Vergi siyasəti və strateji araşdırmalar Baş İdarəsi tərəfindən verilmiş 09.12.2002-ci il tarixli 08/08-24/2149-1936 saylı cavabında göstərilmişdir ki, Vergi Məcəlləsinin və Sazişin (Azərbaycan Respublikası Höküməti ilə Rusiya Federasiyası Höküməti arasında gəlirlərə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergiqoymanın aradan qaldırılması haqqında Saziş) müdəalarına əsasən öz ölkəsinin iki məntəqəsi arasında nəqliyyat daşımaları həyata keçirən qeyri rezidentə aparılan ödənişlərdən ödəmə mənbəyindən vergi tutulmur. Vergi Məcəlləsinin 55-ci maddəsinə əsasən, Vergi qanunvericiliyinin pozulmasında şəxsin təqsirini istisna edən hallardan biri kimi 55.1.3-cü maddədə vergi ödəyicisi və ya vergi agenti tərəfindən vergi orqanının və ya digər səlahiyyətli dövlət orqanının, yaxud onların vəzifəli şəxslərinin öz səlahiyyətləri daxilində verdikləri yazılı göstərişlərinin və ya izahatlarının yerinə yetirilməsi göstərilmişdir. Beləliklə də, "xxxx" MMM öz fəaliyyətində yalnız Vergilər Nazirliyinin Vergi siyasəti və strateji araşdırmalar Baş İdarəsi tərəfindən verilmiş 09.12.2002-ci il tarixli 08/08-24/2149-1936 saylı məktuba əsaslanaraq fəaliyyət göstərmiş olsa belə vergi qanunvericiliyinin pozulmasına görə heç bir məsuliyyətə cəlb edilə bilməzdi. Bundan əlavə Vergi Məcəlləsinin 3.11-ci maddəsinə əsasən vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. Cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin iddiaya qarşı məhkəməyə təqdim olunmuş yazılı etirazında aşağıdakılar bildirilmişdir: - DVX Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, Vergi Məcəlləsinin 23.1.1-ci maddəsinə əsasən bu məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək vergi orqanlarının hüququdur. 37.1-ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən, vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. 37.3-cü maddəsinə əsasən kameral yoxlama aparmaq üçün vergi ödəyicisindən təqdim olunmuş bəyannamə ilə bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə vergi orqanı vergi ödəyicisindən əlavə məlumat, sənəd və izahat tələb edə bilər. Uçot-baza məlumatlarına əsasən vergi ödəyicisinin əsas fəaliyyətinin dəmir yolu vasitəsi ilə yük daşıması olduğu müəyyən edilmişdir. Mübahisələndirilən qərarlar ilə bağlı bildirilmişdir ki, vergi ödəyicisi tərəfindən 03.06.2020-ci il tarixdə 2019-cu ilin 1-4-cü rübləri üzrə təqdim edilmiş ödəmə mənbəyində tutulan vergi bəyannamələrində beynəlxalq daşımalar həyata keçirilərkən nəqliyyat xidmətləri üçün ödəmələr üzrə hesablamalar aparılmasına baxmayaraq, 21.07.2020-ci il tarixdə müvafiq dövrlər üzrə təqdim edilmiş dəqiqləşdirilmiş vergi bəyannamələrində hesablamalar azaldılaraq 0,00 manat göstərilmişdir. 2019-cu ilin 1-4-cü rübləri üzrə yaranmış uyğunsuzluq ilə əlaqədar vergi ödəyicisinə "Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” 24.07.2020-ci il tarixli uyğunsuzluq məktubu göndərilmiş və müvafiq sənədlərin vergi orqanına təqdim edilməsi tələb olunmuşdur. Lakin vergi ödəyicisi tərəfindən dəqiqləşdirilmiş vergi bəyannamələri təqdim edilməsinə baxmayaraq, azalmanın səbəblərini təsdiq edən müvafiq sənədlər və ətraflı izahat məktubu vergi orqanına təqdim edilmədiyindən 05.10.2020-ci il tarixdə 2019cu ilin 1-ci rübü üzrə təqdim edilmiş ödəmə mənbəyində tutulan vergi bəyannaməsi üzrə 178185,26 manat, 2019-cu ilin 2-ci rübü üzrə təqdim edilmiş ödəmə mənbəyində tutulan vergi bəyannaməsi üzrə 110762,78 manat, 2019-cu ilin 3-cü rübü üzrə təqdim edilmiş ödəmə mənbəyində tutulan vergi bəyannaməsi üzrə 124464,06 manat və 2019-cu ilin 4-cü rübü üzrə təqdim edilmiş ödəmə mənbəyində tutulan vergi bəyannaməsi üzrə 130741,21 manat vergi məbləğləri bərpa edilmişdir. Kameral vergi yoxlamasının nəticəsi üzrə qəbul edilmiş "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 05.10.2020-ci il tarixli **********132500, **********142200, **********149100 və **********170900 nömrəli qərarlar vergi ödəyicisinə göndərilmişdir. Vergi Məcəlləsinin 16.1.5-ci maddəsinə əsasən vergi orqanlarının vergi qanunvericiliyinin aşkar edilmiş pozuntularının aradan qaldırılması haqqında qanuni tələblərini icra etmək vergi ödəyicisinin vəzifəsidir. 77.1 -ci maddəsinə əsasən vergi ödəyicisinin bu Məcəllədə göstərilən hallarda və qaydada müəyyən edilən vergini (o cümlədən cari vergi ödəmələrini), hesablanmış faizləri və tətbiq edilmiş maliyyə sanksiyalarını ödəmək vəzifəsi onun vergi öhdəliyi hesab olunur. 77.3-cü maddəsinə əsasən vergi ödəyicisi vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq verginin ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan vergi öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdehdir. "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 05.10.2020-ci il tarixli **********132500; **********İ42200; **********149100 və **********170900 nömrəli qərarlar ilə hesablanmış vergi məbləğləri Vergi Məcəlləsinin tələblərinə uyğundur, qanuni və əsaslıdır. Ona görə də iddiaçının formal mülahizələri əsasında vergi orqanı tərəfindən hesablanmış vergilər əsassız hesab edilə bilməz. Göstərilənləri nəzərə alaraq, İddiaçı MMM-nin iddiasının təmin edilməməsi məhkəmədən xahiş olunmuşdur. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2215/2021 saylı, 10 mart 2021-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, İddiaçı MMM barəsində tərtib edilmiş cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 05.10.2020-ci il tarixli **********132500 nömrəli, “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 05.10.2020-ci il tarixli **********142200 nömrəli, “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 05.10.2020-ci il tarixli **********149100 nömrəli və “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 05.10.2020-ci il tarixli **********170900 nömrəli qərarları ləğv edilmişdir. Məhkəmənin qərarından cavabdeh tərəfindən apellyasiya şikayəti verilmiş, apellyasiya şikayəti iddia tələbinə dair etiraza uyğun əsaslandırılmış və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsi xahiş edilmişdir. Daha sonra cavabdeh tərəfindən apelyasiya şikayətinə əlavə verilmişdir. Apelyasiya şikayətinə əlavə onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi Vergilər Nazirliyi Vergi Siyasəti və Strateji Araşdırmalar Baş İdarəsinin 09.12.2002-ci il tarixli məktubuna və Azərbaycan Respublikasının 10.04.1998-ci il tarixli 467-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Höküməti ilə Rusiya Federasiyası Höküməti arasında gəlirlərə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergiqoymanın aradan qaldırılması haqqında” Sazişə istinad edərək ziddiyyətli mövqe nümayiş etdirməklə iddianı təmin etmişdir. Belə ki, məhkəmə bir tərəfdən daşıma xidmətlərinin digər ölkənin iki məntəqəsi arasında aparıldığına istinad edərək və yekunda bu daşımanı beynəlxalq daşıma hesab etməməklə əməliyyatdan ÖMV-nin tutulmalı olmaması barədə nəticəyə gəlmişdir. Digər tərəfdən isə məhkəmə ikiqat vergiqoymanın aradan qaldırılması haqqında Sazişə istinad edərək əməliyyatdan ÖMV-nin tutulmalı olmaması barədə nəticəyə gəlmişdir. Başqa sözlə desək məhkəmə 1-ci dəlilində əməliyyatı ölkə daxili daşıma kimi qiymətləndirsə də, 2-ci dəlilində bunun əksinə olaraq əməliyyatı beynəlxalq daşıma hesab edib ikiqat vergiqoymanın aradan qaldırılması haqqında sazişin müddəasına əsasən əməliyyatdan Azərbaycan Respublikasında ÖMV-nin tutulmalı olmadığı qənaətinə gəlmişdir. Daşıma xidmətlərinin digər ölkənin iki məntəqəsi arasında aparılması barədə bildirilməlidir ki, məhkəmə tərəfindən heç bir araşdırma aparılmadan yalnız iddiaçının ərizəsində sübutsuz olaraq qeyd edilən fikirlərə əsaslanmaqla daşımanın digər ölkənin iki məntəqəsi arasında aparıldığı qənaətinə gəlinmişdir. Halbuki, iş materiallarında daşıma xidmətlərinin digər ölkənin iki məntəqəsi arasında aparıldığını iddiaçı sübut edə biməmiş və bu halları təsdiq edən hər hansı bir sübut da mövcud deyildir. Belə ki, daşımanın beynəlxalq deyil, ölkədaxili həyata keçirildiyini təsdiq edən sübutlar olmalıdır. Bu sübutlar daşıma sənədləridir. Belə ki, iddiaçı hesab edirsə ki, həmin əməliyyatlar ölkədaxili daşımalara aiddir o zaman qeyri-rezident daşıma şirkətinin malı hansı məntəqədə qəbul etməsi və hansı məntəqədə təhvil verməsi, daşımanın hansı nəqliyyat vasitəsi, hansı sürücülər vasitəsilə həyata keçirilmədiyi barədə sübutları məhkəməyə təqdim etməli idi. Həmçinin gömrük bəyannamələri də təqdim edilməmişdir. Eyni zamanda qeyd olunmalıdır ki, Azərbaycan Respublikası ilə hər hansı xarici dövlət arasında imzalanmış və müvafiq dövlətdaxili prosedurlara uyğun qaydada qüvvəyə minmiş gəlirlərə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması haqqında beynlxalq müqavilələrin icrasının təmin edilməsi məqsədilə Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 12.06.2017-ci il tarixli **********009300 nömrəli Qərar ilə Azərbaycan Respublikası ilə digər dövlətlər arasında bağlanmış ikiqat vergitutmanın aradan qaldırılması haqqında beynəlxalq müqavilələrin inzibatçılığı Qaydaları təsdiq edilmişdir. Həmin Qaydaların 5.1-ci maddəsinə əsasən əgər beynəlxalq müqavilədə qeyrirezidentin Azərbaycan mənbəyindən əldə etdiyi hər hansı gəlirin vergidən azad edilməsi və ya aşağı dərəcə ilə vergiyə cəlb edilməsi nəzərdə tutulmuşdursa, qeyri-rezident ona gəlir ödəyən şəxsin uçotda olduğu vergi orqanına elektro və ya kağız daşıyıcısında doldurulmuş “Qeyri-rezidentin Azərbaycan Respublikasından əldə etdiyi gəlirə ödəmə mənbəyində beynəlxalq müqavilədə nəzərdə tutulmuş azadolma və ya aşaöı dərəcənin tətbiq edilməsi haqqında” Ərizə (bundan sonra-DTA-03 forması) (Əlavə №4) təqdim etməklə həmin azad olma və ya aşağı vergi dərəcəsinin tətbiq edilməsi ilə bağlı müraciət edə bilər. Qaydaların 5.3-cü bəndin əsasən DTA-03 Forması gəlirin ödənildiyi tarixədək təqdim edilməli və həmin müraciətə qeyr-rezidentin razılığa gələn digər dövlətdə rezidentliyini təsdiq edən rezidentlik sertifikatı ilə yanaşı gəlirin ödənilməsinə əsas verən və gəliri əldə edən şəxsin həmin gəlirin faktiki sahibi olduğunu sübut edən bütün təsdiq edici sənədlərin (müqavilələr, invoyslar, iştirak payını, borc öhdəliyini, müəlliflik hüququnu təsdiq edən sənədlər və.s.) bu Qaydaların 8-ci hissəsinə müvafiq qaydada təsdiq edilmiş surətləri əlavə edilməlidir. Qaydaların 5.5-ci bəndinə əsasən tələb olunan azadolma və ya aşağı vergi dərəcəsi qeyri-rezidentə münasibətdə tətbiq edilməlidirsə, Vergilər Nazirliyinin elektron informasiya sistemində bu Qaydalara əlavə edilən forma (Əlavə №5) üzrə razılıq məktubu tərtib edilir və Vergilər Nazirliyinin müvafiq struktur vahidinin səlahiyyətli şəxsi ilə razılaşdırdıqdan sonra, elektron formada imzalanaraq, eyni zamanda həm müraciət edən şəxsə, həm də gəlir ödəyən şəxsə (vergi agentinə) göndərilir. Müraciət edən şəxs vergi orqanından razılıq məktubunu kağız daşıyıcısında imzalı və möhürlü nüsxəsini tələb edə bilər. Bu halda razılıq məktubunun kağız daşıyıcısında imzalı və möhürlü nüsxəsi müraciət edən şəxsin seçiminə əsasən onun poçt ünvanına göndərilir və ya şəxsən vergi orqanından əldə edilir. Qaydaların 5.6-cı bəndinə əsasən gəlir ödəyən şəxs (vergi agenti) yalnız uçotda olduğu vergi orqanından bu Qaydaların 5.5-ci bəndində qeyd olunmuş razılıq məktubunun, gəliri əldə edən qeyri-rezidentdən isə vergi orqanına təqdim edilmiş bütün sənədlərin əslini əldə etdikdən sonra qeyri-rezidentə ödəniş edərkən beynəlxalq müqavilədə nəzərdə tutulmuş azadolma və ya aşağı faiz dərəcəsini tətbiq edə bilər. Adıçəkilən razılıq məktubu alınanadək qeyri-rezidentə edlən ödənişlərə münasibətdə azadolma və ya aşağı vergi dərəcəsinin tətbiq edilməsinə yol verilmir. Qeyd olunan normalardana göründüyü kimi iddiaçıya daşıma xidməti göstərmiş qeyri-rezident vergi ödəyicisi Azərbaycan mənbəyindən əldə etdiyi hər-hansı gəlirin vergidən azad edilməsi üçün həmin gəlirin faktiki sahibi olduğunu sübut edən bütün təsdiqedici sənədləri (müqavilələr, invoyslar, iştirak payını, borc öhdəliyini, müəlliflik hüququnu təsdiq edən sənədlər və.s.) əlavə etməklə iddiaçının uçotda olduğu vergi orqanına DTA-03 Formasnı əldə etmək üçün müraciət etməli idi. Müraciət müsbət həll olunduğu təqdirdə vergi orqanından razılıq məktubu əldə edilməli və iddiaçı bu razılıq məktubunu əldə etdikdən sonra qeyd olunan daşıma xidmətlərindən ÖMV tutmaya bilərdi. Lakin iş materiallarından göründüyü kimi gəlir əldə edən qeyri-rezident vergi ödəyicisi tərəfindən vergi orqanına müraciət olunmamış, belə bir razılıq məktubu əldə edilməmiş və məhkəməyə təqdim edilməmişdir. Məhkəmə isə qanunvericiliyin tələblərini araşdırmadan ikiqat vergi qoymanın aradan qaldırılması haqqında sazişə istinad edərək iddiaçının əməliyyatdan ÖMV tutmağı olmaması barədə yalnış nəticəyə gəlmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi tərəflərindən verilmiş apellyasiya şikayətinə və apellyasiya şikayətinə əlavəyə uyğun izahat verərək təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi izahat verərək şikayətin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyərək, apellyasiya şikayətini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilərək yeni qərar qəbul edilməli və iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. İş materiallarında olan İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 05.10.2020-ci il tarixli **********132500 nömrəli qərarından görünür ki, vergi orqanı tərəfindən aparılmış kameral yoxlama nəticəsində müəyyən edilmiş vergi və ya sığorta haqqı üzrə "Soyuzkontakt-Trans” MMM-nə (VÖEN**********) 178.185,26 manat əlavə vergi məbləği hesablanmışdır (bəyannamə və hesabat növü ödəmə mənbəyində tutulan vergi, bəyannamə və hesabat dövrü - 1 -ci rüb 2019). İş materiallarında olan İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 05.10.2020-ci il tarixli **********142200 nömrəli qərarından görünür ki, vergi orqanı tərəfindən aparılmış kameral yoxlama nəticəsində müəyyən edilmiş vergi və ya sığorta haqqı üzrə "Soyuzkontakt-Trans” MMM-nə (VÖEN**********) 110.762,78 manat əlavə vergi hesablanmışdır (bəyannamə və hesabat növü ödəmə mənbəyində tutulan vergi, bəyannamə və hesabat dövrü - 2-ci rüb 2019). İş materiallarında olan İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 05.10.2020-ci il tarixli **********149100 nömrəli qərarından görünür ki, vergi orqanı tərəfindən aparılmış kameral yoxlama nəticəsində müəyyən edilmiş vergi və ya sığorta haqqı üzrə "Soyuzkontakt-Trans” MMM-nə (VÖEN**********) 124.464,06 manat əlavə vergi hesablanmışdır (bəyannamə və hesabat növü ödəmə mənbəyində tutulan vergi, bəyannamə və hesabat dövrü - 3-cü rüb 2019). İş materiallarında olan İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 05.10.2020-ci il tarixli **********170900 nömrəli qərarından görünür ki, vergi orqanı tərəfindən aparılmış kameral yoxlama nəticəsində müəyyən edilmiş vergi və ya sığorta haqqı üzrə "Soyuzkontakt-Trans” MMM-nə (VÖEN**********) 130.741,21 manat əlavə vergi hesablanmışdır (bəyannamə və hesabat növü ödəmə mənbəyində tutulan vergi, bəyannamə və hesabat dövrü - 4-cü rüb 2019). İddiaçının mübahisələndirdiyi həmin qərarlar ilə bağlı məhkəmə kolegiyası qeyd edir ki, iddiaçıya kameral qaydada vergi hesablanarkən qanunvericiliyin bütün tələblərinə riayət olunmuşdur. Belə ki, vergi ödəyicisi tərəfindən 03 iyun 2020-ci il tarixdə, 2019-cu ilin l-lV rübləri üzrə təqdim edilmiş ödəmə mənbəyində tutulan vergi bəyannamələrində beynəlxalq daşımalar həyata keçirilərkən, nəqliyyat xidmətləri üçün ödəmələr üzrə hesablamalar aparılmasına baxmayaraq, 21 iyul 2021-ci il tarixdə müvafiq dövrlər üzrə təqdim edilmiş dəqiqləşdirilmiş vergi bəyannamələrində həmin hesablamalar azaldılaraq 0,00 manat göstərilmişdir. Həmin rüblər üzrə yaranmış uyğunsuzluq ilə əlaqədar vergi ödəyicisinə “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” 24 iyul 2020-ci il tarixli uyğunsuzluq məktubu göndərilmiş və müvafiq sənədlərin vergi orqanına təqdim edilməsi tələb olunmuşdur. Lakin vergi ödəyicisi tərəfindən dəqiqləşdirilmiş vergi bəyannamələri təqdim edilməsinə baxmayaraq, azalmanın səbəblərini təsdiq edən müvafiq sənədlər və izahat məkyubu təqdim edilmədiyinə görə vergi orqanı müvafiq qərarlar qəbul edərək vergi ödəyicisinə göndərmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Vergilər Nazirliyi Vergi Siyasəti və Starteji Araşdırmalar Baş İdarəsi tərəfindən İddiaçı MMM-ə ünvanlanmış 09.12.2002-ci il tarixli 08/08-24/2149-1936 nömrəli məktubda qeyd edilmişdir ki, Vergi Məcəlləsinin 13.2.33-cü maddəsinə əsasən beynəlxalq daşıma yüklərin və sərnişinlərin Azərbaycan Respublikası ilə (Azərbaycan Respublikası sərhədindən) digər dövlətlərdəkı məntəqə arasında daşınma sayılır. Vergi Məcəlləsinin 125.1-ci maddəsinə əsasən qeyri-rezidentin Məcəllənin 13.2.16-cı maddəsi ilə Azərbaycan mənbəyindən əldə olunan gəliri kimi müəyyən edilən və qeyri-rezidentin Azərbaycan Respublikasının ərazisindəki daimi nümayəndəliyinə aid olmayan ümumi gəliri Azərbaycan Respublikası ilə digər dövlətlər arasında beynəlxalq rabitə və ya beynəlxalq daşımalar həyata keçirilərkən rabitə və ya nəqliyyat xidmətləri üçün rezident müəssisəsinin və ya sahibkarın ödəmələrindən ödəmə mənbəyində xərclər çıxılmadan 6 faiz dərəcəsi ilə vergi tutulur. Bununla yanaşı ikiqat vergiqoymanın aradan qaldırılması haqqında Sazişlərdə, o cümlədən bir sıra MDB ölkələri ilə bağlanan Sazişlərdə də beynəlxalq daşımaların vergiyə cəlb olunmasına dair müddəalar nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında gəlirlərə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergiqoymanın aradan qaldırılması haqqında Sazişin 8-ci maddəsinə əsasən razılığa gələn dövlətin müəssisəsinin bu Sazişin 3-cü maddəsinin 1-ci bəndinin e) yarımbəndində qeyd edilən nəqliyyat vasitələrinin beynəlxalq daşımalarda istismarından əldə etdiyi gəlir (mənfəət) yalnız həmin razılığa gələn Dövlətdə vergiyə cəlb edilir. Sazişin 3-cü maddəsinin 1-ci bəndinin e) yarımbəndinə əsasən beynəlxalq daşımalar - nəqliyyat vasitələrinin Razılığa gələn Dövlətlərin birində yerləşən məntəqələr arasında istismar edildiyi hallar istisna olmaqla, Razılığa gələn Dövlətlərin müəssisələrinin su, hava, avtomobil yaxud dəmir yolu nəqliyyatı ilə yerinə yetirdikləri bütün daşımaları bildirir. Eyni zamanda məktubdan görünür ki, daşıma haqları sifarişçi rezident müəssisə və ya sahibkar tərəfindən Azərbaycan Respublikasının rezidenti olan İddiaçı MMM-ə ödənilir. Yuxanda qeyd olunanları nəzərə alaraq məktubunuzda qeyd olunan nəqliyyat daşımaları ilə əlaqədar olaraq bildirilmişdir ki, Vergi Məcəlləsinin və Sazişin göstərilən müddəalarına əsasən öz ölkəsinin iki məntəqəsi arasında nəqliyyat daşınmalarını həyata keçirən qeyrirezidentə aparılan ödənişlərdən ödəmə mənbəyində vergi tutulmur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarında istinad edilən Vergilər Nazirliyi Vergi Siyasəti və Strateji Araşdırmalar Baş İdarəsinin 09.12.2002-ci il tarixli 08/08-24/2149-1936 nömrəli məktubu ilə bağlı bildirir ki, həmin məktub imperativ xarakter daşımır, eyni zamanda sözü gedən məktubda qanunvericiliyin müddəalarına istinad edilməklə Soyuzkontakt-Trans” MMM-yə münasibətdə konkret olaraq həyata keçirilən daşıma fəaliyyətinə görə qeyri-rezidentə edilən ödənişlərdən ödəmə mənbəyində verginin tutulmaması kimi hallar qeyd edilməmişdir. Birinci instansiya məhkəməsi iddianı təmin edərkən qərarında qeyd etmişdir ki, iddiaçının fəaliyyət növü dəmir yolu vasitəsi ilə yük daşımasıdır. Cavabdeh tərəfindən kameral yoxlama aparılmış, "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 05.10.2020-ci il tarixli **********132500 nömrəli qərara əsasən 178.185,26 manat əlavə vergi məbləği (bəyannamə və hesabat növü - ödəmə mənbəyində tutulan vergi, bəyannamə və hesabat dövrü - 1 -ci rüb 2019), "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 05.10.2020-ci il tarixli **********142200 nömrəli qərara əsasən 110.762,78 manat əlavə vergi (bəyannamə və hesabat növü - ödəmə mənbəyində tutulan vergi, bəyannamə və hesabat dövrü - 2-ci rüb 2019), "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 05.10.2020-ci il tarixli **********149100 nömrəli qərara əsasən 124.464,06 manat əlavə vergi (bəyannamə və hesabat növü - ödəmə mənbəyində tutulan vergi, bəyannamə və hesabat dövrü - 3-cü rüb 2019), "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 05.10.2020-ci il tarixli **********170900 nömrəli qərara əsasən 130.741,21 manat əlavə vergi (bəyannamə və hesabat növü - ödəmə mənbəyində tutulan vergi, bəyannamə və hesabat dövrü - 4-cü rüb 2019) məbləğləri hesablanmışdır. «Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında gəlirlərə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergiqoymanın aradan qaldırılması haqqında» Sazişin tələblərindən də görünür ki, Razılığa gələn Dövlətin müəssisəsinin bu Sazişin 3-cü maddəsinin 1-ci bəndinin e) yarımbəndində qeyd edilən nəqliyyat vasitələrinin beynəlxalq daşımalarda (nəqliyyat vasitələrinin Razılığa gələn Dövlətlərdən birində yerləşən məntəqələr arasında istismar edildiyi hallar istisna olmaqla, Razılığa gələn Dövlətlərin müəssisələrinin su, hava, avtomobil yaxud dəmir yolu nəqliyyatı ilə yerinə yetirdikləri bütün daşımalar) istismarından əldə etdiyi gəlir (mənfəət) yalnız həmin Razılığa gələn Dövlətdə vergiyə cəlb edilir. Göstərilən qanunvericilik normalarının tələblərindən də göründüyü kimi, ikiqat vergiqoymanın aradan qaldırılması məqsədi ilə qeyd olunan nəqliyyat xidmətləri ödəmə mənbəyində vergiyə cəlb olunmalı deyildir. Həmçinin Azərbaycan Respublikası Vergilər Nazirliyi Vergi Siyasəti və Starteji Araşdırmalar Baş İdarəsi tərəfindən "Soyuzkontakt-Trans” MMM-ə ünvanlanmış 09.12.2002-ci il tarixli məktubda da öz ölkəsinin iki məntəqəsi arasında nəqliyyat daşınmalarını həyata keçirən qeyri-rezidentə aparılan ödənişlərdən ödəmə mənbəyində verginin tutulmalı olmadığı bildirilmişdir. Məhkəmə kollegiyası işin hallarının araşdırılması zamanı müəyyən olunmuş faktları və qanunvericiliyin tələblərini əsas götürərək, birinci instansiya məhkəməsinin gəldiyi qənaətlə razılaşmır və öz gəldiyi nəticəni aşağıdakı kimi əsaslandırır. Birinci instansiya məhkəməsi bir tərəfdən daşıma xidmətlərinin digər ölkənin iki məntəqəsi arasında aparıldığına istinad etmiş və yekunda bu daşımanı beynəlxalq daşıma hesab etməməklə əməliyyatdan ÖMV-nin tutulmalı olmaması barədə nəticəyə gəlmişdir. Digər tərəfdən isə məhkəmə ikiqat vergiqoymanın aradan qaldırılması haqqında Sazişə istinad edərək əməliyyatdan ÖMV-nin tutulmalı olmaması barədə nəticəyə gəlmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni əsaslandırarkən 1-ci dəlilində əməliyyatı ölkə daxili daşıma kimi qiymətləndirsə də, 2-ci dəlilində bunun əksinə olaraq əməliyyatı beynəlxalq daşıma hesab edərək ikiqat vergiqoymanın aradan qaldırılması haqqında sazişin müddəasına əsasən əməliyyatdan Azərbaycan Respublikasında ÖMV-nin tutulmalı olmadığı qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası iddiacının daşıma xidmətlərinin digər ölkənin iki məntəqəsi arasında aparılması barədə dəlillərinə münasibətdə bildirir ki, məhkəmə tərəfindən heç bir araşdırma aparılmadan yalnız iddiaçının ərizəsində sübutsuz olaraq qeyd edilən fikirlərə əsaslanmaqla daşımanın digər ölkənin iki məntəqəsi arasında aparıldığı qənaətinə gəlinmişdir. Halbuki, iş materiallarında daşıma xidmətlərinin digər ölkənin iki məntəqəsi arasında aparıldığını iddiaçı sübut edə biməmiş və bu halları təsdiq edən hər hansı bir sübut da mövcud deyildir. Məhkəmə kollegiyası hesab edir ki, daşımanın beynəlxalq deyil, ölkədaxili həyata keçirildiyini təsdiq edən sübutlar olmalıdır. Bu sübutlar daşıma sənədləridir. Əgər iddiaçı hesab edirsə ki, həmin əməliyyatlar ölkədaxili daşımalara aiddir, o zaman qeyri-rezident daşıma şirkətinin malı hansı məntəqədə qəbul etməsi və hansı məntəqədə təhvil verməsi, daşımanın hansı nəqliyyat vasitəsi, hansı sürücülər vasitəsilə həyata keçirilməsi barədə sübutları məhkəməyə təqdim etməli idi. Həmçinin gömrük bəyannamələri də təqdim edilməmişdir. Eyni zamanda qeyd olunmalıdır ki, Azərbaycan Respublikası ilə hər hansı xarici dövlət arasında imzalanmış və müvafiq dövlətdaxili prosedurlara uyğun qaydada qüvvəyə minmiş gəlirlərə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması haqqında beynlxalq müqavilələrin icrasının təmin edilməsi məqsədilə Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 12.06.2017-ci il tarixli **********009300 nömrəli Qərar ilə Azərbaycan Respublikası ilə digər dövlətlər arasında bağlanmış ikiqat vergitutmanın aradan qaldırılması haqqında beynəlxalq müqavilələrin inzibatçılığı Qaydaları təsdiq edilmişdir. Həmin Qaydaların 5.1-ci maddəsinə əsasən əgər beynəlxalq müqavilədə qeyrirezidentin Azərbaycan mənbəyindən əldə etdiyi hər hansı gəlirin vergidən azad edilməsi və ya aşağı dərəcə ilə vergiyə cəlb edilməsi nəzərdə tutulmuşdursa, qeyri-rezident ona gəlir ödəyən şəxsin uçotda olduğu vergi orqanına elektro və ya kağız daşıyıcısında doldurulmuş “Qeyri-rezidentin Azərbaycan Respublikasından əldə etdiyi gəlirə ödəmə mənbəyində beynəlxalq müqavilədə nəzərdə tutulmuş azadolma və ya aşaöı dərəcənin tətbiq edilməsi haqqında” Ərizə (bundan sonra-DTA-03 forması) (Əlavə №4) təqdim etməklə həmin azad olma və ya aşağı vergi dərəcəsinin tətbiq edilməsi ilə bağlı müraciət edə bilər. Qaydaların 5.3-cü bəndin əsasən DTA-03 Forması gəlirin ödənildiyi tarixədək təqdim edilməli və həmin müraciətə qeyr-rezidentin razılığa gələn digər dövlətdə rezidentliyini təsdiq edən rezidentlik sertifikatı ilə yanaşı gəlirin ödənilməsinə əsas verən və gəliri əldə edən şəxsin həmin gəlirin faktiki sahibi olduğunu sübut edən bütün təsdiq edici sənədlərin (müqavilələr, invoyslar, iştirak payını, borc öhdəliyini, müəlliflik hüququnu təsdiq edən sənədlər və.s.) bu Qaydaların 8-ci hissəsinə müvafiq qaydada təsdiq edilmiş surətləri əlavə edilməlidir. Qaydaların 5.5-ci bəndinə əsasən tələb olunan azadolma və ya aşağı vergi dərəcəsi qeyri-rezidentə münasibətdə tətbiq edilməlidirsə, Vergilər Nazirliyinin elektron informasiya sistemində bu Qaydalara əlavə edilən forma (Əlavə №5) üzrə razılıq məktubu tərtib edilir və Vergilər Nazirliyinin müvafiq struktur vahidinin səlahiyyətli şəxsi ilə razılaşdırdıqdan sonra, elektron formada imzalanaraq, eyni zamanda həm müraciət edən şəxsə, həm də gəlir ödəyən şəxsə (vergi agentinə) göndərilir. Müraciət edən şəxs vergi orqanından razılıq məktubunu kağız daşıyıcısında imzalı və möhürlü nüsxəsini tələbedə bilər. Bu halda razılıq məktubunun kağız daşıyıcısında imzalı və möhürlü nüsxəsi müraciət edən şəxsin seçiminə əsasən onun poçt ünvanına göndərilir və ya şəxsən vergi orqanından əldə edilir. Qaydaların 5.6-cı bəndinə əsasən gəlir ödəyən şəxs (vergi agenti) yalnız uçotda olduğu vergi orqanından bu Qaydaların 5.5-ci bəndində qeyd olunmuş razılıq məktubunun, gəliri əldə edən qeyri-rezidentdən isə vergi orqanına təqdim edilmiş bütün sənədlərin əslini əldə etdikdən sonra qeyri-rezidentə ödəniş edərkən beynəlxalq müqavilədə nəzərdə tutulmuş azadolma və ya aşağı faiz dərəcəsini tətbiq edə bilər. Adıçəkilən razılıq məktubu alınanadək qeyri-rezidentə edlən ödənişlərə münasibətdə azadolma və ya aşağı vergi dərəcəsinin tətbiq edilməsinə yol verilmir. Qeyd olunan normalardan göründüyü kimi iddiaçıya daşıma xidməti göstərmiş qeyri-rezident vergi ödəyicisi Azərbaycan mənbəyindən əldə etdiyi hər-hansı gəlirin vergidən azad edilməsi üçün həmin gəlirin faktiki sahibi olduğunu sübut edən bütün təsdiqedici sənədləri (müqavilələr, invoyslar, iştirak payını, borc öhdəliyini, müəlliflik hüququnu təsdiq edən sənədlər və.s.) əlavə etməklə iddiaçının uçotda olduğu vergi orqanına DTA-03 Formasını əldə etmək üçün müraciət etməli idi. Müraciət müsbət həll olunduğu təqdirdə vergi orqanından razılıq məktubu əldə edilməli və iddiaçı bu razılıq məktubunu əldə etdikdən sonra qeyd olunan daşıma xidmətlərindən ÖMV tutmaya bilərdi. Lakin iş materiallarından göründüyü kimi gəlir əldə edən qeyri-rezident vergi ödəyicisi tərəfindən vergi orqanına müraciət olunmamış, belə bir razılıq məktubu əldə edilməmiş və məhkəməyə təqdim edilməmişdir. Məhkəmə isə qanunvericiliyin tələblərini araşdırmadan ikiqat vergi qoymanın aradan qaldırılması haqqında sazişə istinad edərək iddiaçının əməliyyatdan ÖMV tutmağı olmaması barədə yalnış nəticəyə gəlmişdir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı ləğv edilərək yeni qərar qəbul edilməli, iddia təmin edilməməlidir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: 23.1-ci maddəsinə əsasən aşağıdakılar vergi orqanlarının hüquqlarına aiddir: (23.1.1) bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək, (23.1.6) müəyyən edilmiş müddətlərdə ödənilməmiş vergilərin, faizlərin, maliyyə sanksiyalarının və inzibati cərimələrin qanunla müəyyən edilmiş qaydada dövlət büdcəsinə ödənilməsini təmin etmək. 13.2.33-cü maddəsinə əsasən Azərbaycan Respublikası ərazisindən tranzit gömrük qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikası sərhəddindəki iki məntəqə arasında Azərbaycan Respublikası ərazisi ilə daşınma. Beynəlxalq daşıma - yüklərin, sərnişinlərin, baqajın və poçtun daşıma sənədləri əsasında müxtəlif nəqliyyat növləri ilə Azərbaycan Respublikasında yerləşən göndərilmə (təyinat) məntəqəsi ilə digər dövlətdəki təyinat (göndərilmə) məntəqəsi arasında daşınmasıdır; 23.1.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək vergi orqanlarının hüququdur; 24.0.1-ci və 24.0.2-ci maddələrinə əsasən vergi orqanları vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə; vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə; vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə və müdafiə etməyə borcludurlar; 37.1-ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir; 37.4-cü maddəsinə əsasən kameral yoxlama nəticəsində vergi bəyannaməsində vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir; 125.1 -ci maddəsinə əsasən qeyri-rezidentin, bu Məcəllənin 13.2.16-cı maddəsi ilə Azərbaycan mənbəyindən əldə olunan gəliri kimi müəyyən edilən və qeyri-rezidentin Azərbaycan Respublikasının ərazisindəki daimi nümayəndəliyinə aid olmayan ümumi gəlirindən ödəmə mənbəyində xərclər çıxılmadan aşağıdakı dərəcələrlə vergi tutulur: 125.1.4. Azərbaycan Respublikası ilə digər dövlətlər arasında beynəlxalq rabitə və ya beynəlxalq daşımalar həyata keçirilərkən rabitə və ya nəqliyyat xidmətləri üçün rezident müəssisəsinin və ya sahibkarın ödəmələri - 6 faiz. 125.3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının tərəfdar çıxdığı ikiqat vergitutmanın aradan qaldırılması haqqında beynəlxalq müqavilələrdə vergilərin aşağı dərəcəsi və ya vergilərdən tam azad olunma nəzərdə tutulduğu halda, ödəmə mənbəyində artıq tutulmuş vergi məbləği bu Məcəllənin 87.4-cü maddəsində müəyyən edilmiş qaydada geri qaytarılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh inzibati orqanın apellyasiya şikayəti təmin edilsin. Hazırki iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2215/2021 saylı, 10 mart 2021-ci il tarixli qərarı ləğv edilsin və iş üzrə yeni qərar qəbul edilsin. İddia tələbi təmin edilməsin. Qərardan, təqdim edildiyi gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına (Bakı şəh.Yusif Səfərov küç.14, 1193-cü məh. AZ1025) Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-1909/2021
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1909/2021
14.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver