Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-191/2023 15.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Birgə Azərbaycan-İngiltərə MMC-nin Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X10 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Aytən Pənah qızı Oruczadədən və X4 ibarət tərkibdə, Alıcanlı-Yusifli Sevinc Mahir qızının katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Birgə Azərbaycan-İngiltərə MMC-nin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5642/2022 saylı 17 may 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 15 mart 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə **********481600 saylı 24 noyabr 2021-ci il tarixli qərardan görünür ki, iddiaçı MMC-dən 2021-ci ilin 3-cü rübü üzrə 28.333,33 manat əlavə vergi və ya sığorta haqqı hesablanmış və qeyd edilmişdir ki, 2021-ci ilin 3-cü rübü üzrə təqdim edilmiş ödəmə mənbəyində vergi tutulan vergi bəyannaməsinin 2 nömrəli Əlavəsinə əsasən 2021-ci ilin 3-cü rübü ərzində tərəfimizdən güzəştli vergi tutulan ölkələrdə və ərazilərdə qeydiyyatdan keçmiş subyektlərə (Alia international Limited Şirkətinə) 283 333.33 manat ödəniş edildiyi və 1603.2-ci (qeyri-rezidentim AR-da dividend gəlirləri) sətirində göstərilməsinə baxmayaraq, aparılmış ödənişlərin 1608.5-ci “Vergi Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulan güzəştli vergi tutulan ölkələrdə təsis edilmiş (qeydiyyatdan keçmiş) subyektlərə rezident və qeyri-rezidentlərin Azərbaycan Respublikasındakı daimi nümayəndəlikləri tərəfindən birbaşa və ya dolayısı ilə edilən ödənişlər” sətri üzrə cəlb edilmədiyi müəyyən edilmişdir. Hazırda İddiaçı Birgə Azərbaycan-İngiltərə MMC cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin qəbul etdiyi **********481600 saylı 24 noyabr 2021-ci il tarixli Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə qərarın ləğv edilməsini tələb edir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Birgə Azərbaycan - X3 Cəmiyyəti tərəfindən 2021-ci ilin üçüncü rübü üzrə 20 oktyabr 2021-ci il tarixdə təqdim edilmiş “Ödəmə mənbəyində tutulan vergi bəyannaməsi” üzrə cavabdeh vergi orqanı tərəfindən kameral yoxlama nəticəsində 24 noyabr 2021-ci il tarixli, **********481600 saylı qərarla 28.333,33 manat əlavə vergi hesablanmışdır. Göstərilən qərarda əlavə verginin hesablanması əsası kimi 2021-ci ilin 3-cü rübü üzrə təqdim edilmiş ödəmə mənbəyində tutulan vergi bəyannaməsinin 2 nömrəli Əlavəsinə əsasən Alia İnternational Limited Şirkətinə (Rezident olduğu ölkənin adı - Britaniya Virgin adaları) 283.333.33 manat ödəniş edildiyi, 1603.2-ci (qeyri-rezidentin AR-da dividend gəlirləri) sətirində göstərilməsinə baxmayaraq, həmin ödənişin 1608.5-ci sətir üzrə vergiyə cəlb edilmədiyi müəyyən edilmişdir. Əlavə hesablamanın hüquqi əsası göstərilməmişdir. Hesablanmış əlavə vergi məbləğləri qərarların çıxarıldığı gün İddiaçının hesabından silinmişdir. İddiaçı tərəfindən 04 noyabr 2021-ci ildə vergi orqanına yazılı etiraz təqdim edilmişdir. Etiraza cavab olaraq 10 noyabr 2021 -ci il tarixli məktub ilə bildirilmişdir ki, güzəştli vergi tutulan ölkələrdə qeydiyyatda olan qeyri-rezidentlərin dividend gəlirləri ilə bağlı rezident müəssisənin ödəmələrindən Vergi Məcəlləsinin 125.1.1-ci maddəsinə uyğun olaraq ödəmə mənbəyində 10 faiz dərəcə ilə vergi tutulmaqla yanaşı, Vergi Məcəlləsinin 125.1.9-cu maddəsinə uyğun olaraq ödəmə mənbəyində 10 faiz dərəcə ilə vergi tutulub dövlət büdcəsinə ödənilir. Cavabdeh vergi orqanının 24 noyabr 2021-ci il tarixli, **********481600 saylı qərarından 06 yanvar 2022-ci ildə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə inzibati şikayət verilmişdir. Bu günədək həmin şikayətə baxılması barədə hər hansı məlumat yoxdur. Cəmiyyət Azərbaycan Respublikasının xarici investisiyalı hüquqi şəxsi və vergiqoyma baxımından rezident müəssisədir. Müxtəlif növ sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Təsisçiləri 81% payla X5 qeydiyyatda olan "xxxx" Şirkəti, 19% payla Dominikan Respublikasında qeydiyyatda olan “Alaris Corporation" Şirkətidir. Təsisçilərin heç birinin Azərbaycan Respublikasında nümayəndəliyi və / və ya fılialı olmayıb və yoxdur. Təsisçilərin ümumi yığıncağının 12 fevral 2021-ci il tarixli qərarına əsasən müvafiq olaraq: -2020-ci ilin yekunlarına görə bölüşdürülən xalis mənfəət 3.585,068.98 manat, dividenddən 10% vergi 358,506.90 manat. "xxxx" Şirkətinə çatacaq məbləğ 1.537,361.93 ABŞ dolları, "xxxx" Şirkətinə çatacaq məbləğ 360,615.76 ABŞ dolları; — müəyyən olunmuşdur. -“Alia İnternational Limited" Şirkətinə çatacaq məbləğin 150.000 ABŞ dolları hissəsi 01 iyul 2021-ci ildə köçürülmüş və həmin tarixdə dividend məbləğinə müvafiq olaraq, 10 % vergi məbləğinin - 28.333,33 manatın Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına ödənilməsi təmin olunmuşdur. Cavabdehin etirazları: İş üzrə cavabdeh inzibati orqan iddiaya dair yazılı etiraz verərək bildirmişdir ki, aparılan araşdırma zamanı iddiaçı tərəfindən 2021-ci ilin 3- cü rübü üzrə təqdim edilmiş ödəmə mənbəyində tutulan vergi bəyannaməsinin 2 nömrəli Əlavəsinə əsasən 2021-ci ilin 3-cü rübü ərzində güzəştli vergi tutulan ölkələrdə və ərazilərdə qeydiyyatdan keçmiş subyektlərə (Alia international limited şirkətinə) 283333,33 manat ödəniş edildiyi və qeyrirezidentin AR-da dividend gəlirləri sətirində göstərilməsinə baxmayaraq, aparılmış ödənişlərin “Vergi Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulan güzəştli vergi tutulan ölkələrdə təsis edilmiş (qeydiyyatdan keçmiş) subyektlərə rezidentlər və qeyri-rezidentlərin Azərbaycan Respublikasındakı daimi nümayəndəlikləri tərəfindən birbaşa və ya dolayısı ilə edilən ödənişlər” sətri üzrə vergiyə cəlb edilmədiyi müəyyən edilmişdir. Qeyd edilən kənarlaşmalar üzrə iddiaçı vergi ödəyicisinə “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” xx.xx.2021-ci il tarixli **********603100 nömrəli məktub göndərilərək araşdırma üçün zəruri olan sənədlərin, dəqiqləşdirilmiş vergi bəyannaməsinin vergi orqanına təqdim edilməsi bildirilmişdir. Lakin məktubda qeyd olunan müddət ərzində əsaslandırılmış izahat, zəruri sənədlər və mövcud uyğunsuzluqlar aradan qaldırılmaqla bəyannamələr təqdim edilmədiyi üçün Vergi Məcəlləsinin 37-ci, 67-ci, 83-cü maddələrinə əsasən ödəmə mənbəyində tutulan vergi üzrə xx.xx.2021-ci il tarixli **********481600 nömrəli qərar göndərilmişdir. İddia ərizəsində qeyri-rezident təsisçilərə aparılan ödənişlərdən ödəmə mənbəyində verginin Vergi Məcəlləsinə əsasən tutulduğu və bu məbləğdən təkrar vergi tutulmasının həmin Məcəllənin prinsiplərinə zidd olduğu bildirilmişdir. İlk növbədə qeyd olunmalıdır ki, vergi orqanı tərəfindən eyni növ vergi tətbiq edilməmişdir. Belə ki, Vergi Məcəlləsinin 125.1.1-ci maddəsinə əsasən dividenddən bu Məcəllənin 122-ci maddəsinə uyğun olaraq, Məcəllənin 125.1.9-cu maddəsinə uyğun olaraq isə bu Məcəllənin 13.2.16.14-1 -ci maddəsində göstərilən ödəmələrdən 10 faiz dərəcələrlə vergilər tutulması nəzərdə tutulmuşdur. Vergi Məcəlləsinin 13.2.16.14-1-ci maddəsinin müddəalarına əsasən bu Məcəllənin 128-ci maddəsində nəzərdə tutulan güzəştli vergi tutulan ölkələrdə təsis edilmiş (qeydiyyatdan keçmiş) şəxslərə, o cümlədən digər ölkələrdə olan filial və ya nümayəndəliklərinə, habelə güzəştli vergi tutulan ölkələrdə olan bank hesablarına rezidentlərin və qeyri-rezidentlərin Azərbaycan Respublikasındakı daimi nümayəndəlikləri tərəfindən birbaşa və ya dolayısı ilə edilən ödənişlər Azərbaycan mənbəyindən gəlirə aid edilmişdir. Eyni zamanda, Vergi Məcəlləsinin 125.1.9-cu maddəsinə əsasən bu Məcəllənin 13.2.16.14-1-ci maddəsində göstərilən ödəmələr 10 faiz dərəcə ilə ödəmə mənbəyində vergiyə cəlb edilir. Göründüyü kimi, Vergi Məcəlləsində birbaşa olaraq bu vergilərin tutulması nəzərdə tutulmuşdur. Bundan əlavə Vergi Məcəlləsinin ödəmə mənbəyində verginin tutulması qaydasını müəyyən edən Vergi Məcəlləsinin 150-ci maddənin müddəalarına əsasən qeyri-rezidentə ödəmələr verən hüquqi şəxslər və ya sahibkarlar vergi agentləri hesab edilərək ödəmə mənbəyində vergini tutmağa borcludurlar. Vergi Məcəlləsinin 10.0.2-ci maddəsi ilə bu Məcəlləyə uyğun olaraq vergi agenti hesab edilən hüquqi və fiziki şəxslər vergi qanunvericiliyi ilə tənzimlənən münasibətlərin iştirakçıları hesab edilir. Həmin Məcəllənin 17.1-ci maddəsinə əsasən vergi agenti bu Məcəlləyə uyğun olaraq vergini hesablamağa, onu vergi ödəyicisindən tutmağa və təyinatı üzrə köçürməyə borclu olan şəxsdir. Həmçinin 17.4-cü maddəsinə əsasən vergi agenti qanunla ona həvalə edilmiş vəzifələri yerinə yetirməməyə və ya lazımınca yerinə yetirməməyə görə bu Məcəllə və digər qanunlarla müəyyən edilmiş qaydada məsuliyyət daşıyır. Göründüyü kimi, iddiaçı vergi ödəyicisinin iş üzrə qeyri-rezidentə ödəmələr aparması və vergi agenti hesab olunması işin mübahisəsiz tərəfi olsa da, həmin vergi agentinin yerinə yetirməli olduğu öhdəliklər hissəsində qanunvericiliyin tələbləri pozulmuşdur. Qeyd olunmalıdır ki, Azərbaycan mənbəyindən əldə olunan gəlirlərin siyahısı Vergi Məcəlləsinin 13.2.16-cı maddəsi ilə müəyyən edilmişdir. Təqdim olunan bəyannamə məlumatlarına əsasən ödənişlərin aparıldığı qeyri- rezidentlər ‘Alia İnternational limited” Şirkətinin rezident olduğu ölkə - Britaniya Virgin adaları, ‘Alaris Corporation” Şirkətinin rezident olduğu ölkə Dominikan Respublikası “Güzəştli vergi tutulan ölkələrin və ərazilərin siyahısı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli 1505 nömrəli Fərmanına əsasən güzəştli vergi tutulan ölkələrin və ərazilərin siyahısına daxil edilmiş ölkələrdir. Göründüyü kimi, güzəştli vergi tutulan ölkələrdə təsis edilmiş qeyri-rezident şəxslərə ödəniş aparan zaman vergitutma öhdəliyi müəyyən edilmişdir. İddiaçı isə qanunun bu tələbini yerinə yetirməyərək, dividentdən vergitutma öhdəliyi yerinə yetirildiyindən, digər müddəa üzrə verginin tutulmalı olmaması qənaətinə gəlmişdir. Halbuki, qanunvericilik həm dividentlər üzrə, həm də güzəştli vergi tutulan ölkələrdə təsis edilmiş qeyri-rezident şəxslərə ödəniş aparan zaman vergitutma öhdəliyinin olmasının konkret vergi dərəcələri ilə müəyyən etmiş, bu müddəalarının tətbiqində istisna müəyyən etməmişdir. İddiaçı əlavə vergi hesablanmasının hüquqi əsasının göstərilmədiyini bildirsə də, cavabdeh tərəfindən qanunun konkret hansı maddəsinin tələblərinə istinad edilmişdir. iddiaçının kameral vergi yoxlamasının aparılması müddəti ilə bağlı istinad etdiyi hallarla bağlı bildirilir ki, həmin yoxlamanın Vergi Məcəlləsinin 37.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla 30 iş günü müddətində həyata keçirilməsi təmin edilmişdir. Belə ki, iddiaçı tərəfindən 2021-ci ilin 3-cü rübü üçün xx.xx.2021-ci il tarixdə təqdim edilmiş ödəmə mənbəyində tutulan vergi bəyannaməsi üzrə kameral vergi yoxlaması üzrə hesablama xx.xx.2021-ci il tarixdə həyata keçirilmişdir. Göründüyü kimi, 30 iş günündən az müddətə həyata keçirilmiş yoxlama ilə bağlı iddiaçı heç bir əsası olmayan tələb irəli sürmüşdür. İddiaçının Dövlət Vergi Xidmətinə edilmiş inzibati şikayət xx.xx.2022-ci il tarixli **********689800 nömrəli məktubla cavablandırılmış, eyni predmet üzrə Bakı İnzibati Məhkəməsinə müraciət etdiyi müəyyən edildiyindən, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 72.2-ci maddəsinə əsasən həmin şikayət üzrə başlanılmış icraata xitam verimişdir. Əlavə olaraq qeyd olunmaldır ki, hesablama ilə bağlı adları çəkilən ölkələrlə Azərbaycan Respublikası arasında ikiqat vergitutmanın aradan qaldırılmasına dair sazişlər mövcud deyildir. Azərbaycan Respublikası Avropa Şurası və OECD tərəfindən birgə hazırlanmış “Vergi məsələləri üzrə qarşılıqlı inzibati yardım haqqında Çoxtərəfli Konvensiya” 26 mart 2003-cü il tarixində Konvensiyanı, 23 may 2014-cü il tarixində isə həmin Konvensiyaya düzəlişlər edilməsi haqqında Protokolu imzalamış və təşkilatın vergitutma sahəsində mövcud hesabat və tövsiyyələrini tətbiq etmək üçün sıx əməkdaşlıq aparır. Həmin təşkilatın Mənfəətin yerdəyişməsi və vergitutma bazasının aşınması ilə mübarizə çərçivəsində hazırladığı 5-ci Fəaliyyət Planına əsasən aşağı və ya sıfır dərəcəli vergitutma sistemini tətbiq edən ölkələrin təcrübəsinin digər ölkələrin vergitutma bazasına zərərli nəticələrinin aradan qaldırılması üçün dövlətlərə həm beynəlxalq, həm də mövcud daxili qanunvericiliyin tərtibi üçün tövsiyələr hazırlayır. Cavabdehin yazılı etirazına əlavəsi: İş üzrə cavabdeh inzibati orqan iddiaya dair yazılı etiraza əlavə verərək bildirmişdir ki, hesablama barədə qərarların mübahisələndirilməsi ilə bağlı etiraz məhkəməyə təqdim edilmişdir. Məbləğlərin üzərinə faiz hesablanmaqla iddiaçının bank hesablarına geri qaytarılması ilə bağlı bildiririk ki, vergi qanunvericiliyinin tələblərinə əsasən faizlər vaxtında ödənilməmiş vergilər üzrə hesablanır və əsas vergi öhdəliyi ilə bağlı hesablamalar ləğv edildikdə ona uyğun hesablanmış faizlər də ləğv edilir. Belə ki, Vergi Məcəlləsinin 59.1-ci maddəsinə əsasən vergi və ya cari vergi ödəməsi bu Məcəllə ilə müəyyən edilmiş müddətdə ödənilmədikdə, ödəmə müddətindən sonrakı hər bir ötmüş gün üçün vergi ödəyicisindən və ya vergi agentindən ödənilməmiş vergi və ya cari vergi ödəməsi məbləğinin 0,1 faizi məbləğində faiz tutulur. Hesablanmış vergi məbləğlərinin iddiaçının bank hesablarına geri qaytarılması ilə bağlı bildiririk ki, kameral vergi yoxlaması ilə hesablanmış əlavə vergi məbəğləri ləğv edildikdə həmin məbləğlərə müvafiq faizlərlə birgə müvafiq düzəlişlər şəxsi hesab vərəqəsində aparılır. Şəxsi hesab vərəqəsində müvafiq düzəlişlərin aparılması həmin məbləğlərin avtomatik olaraq iddiaçının bank hesablarına geri qaytarılmasını nəzərdə tutmur. Belə ki, məbləğlərin geri qaytarılması vergi ödəyicisinin ərizəsi əsasında həyata keçirilən və qanunvericilikdə xüsusi qaydalarla tənzimlənən ayrıca prosedurlardır. Məbləğlərin qaytarılması yalnız vergi ödəyicisinin şəxsi hesab vərəqəsində mövcud artıq ödəmə məbləğləri ilə bağlı həyata keçirilməklə Vergi Məcəlləsinin 87-ci maddəsi ilə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 fevral 2001-ci il 48 nömrəli qərarı ilə təsdiq olunmuş “Artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının, faizlərin və maliyyə sanksiyalarının qaytarılması” Qaydaları ilə tənzimlənir. Vergi Məcəlləsinin 87-ci maddəsinə əsasən bu Məcəlləyə əsasən hesablanmış aksiz vergisinin icbari tibbi sığorta fonduna ödənilən hissəsi istisna olmaqla, vergilərin, faizlərin və maliyyə sanksiyalarının ödənilmiş məbləğləri onların hesablanmış məbləğlərindən artıq olduqda, inzibati cərimələr üzrə borclar istisna olmaq şərti ilə, artıq ödənilmiş məbləğlər digər vergilərin, faizlərin, maliyyə sanksiyalarının və inzibati cərimələr üzrə borcların ödənilməsi hesabına aid edilir və ya vergi ödəyicisinin razılığı ilə sonrakı öhdəliklər üzrə ödəmələrin hesabına aid edilir. Məcəllədə başqa hallar müəyyən edilməmişdirsə, artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qalan məbləğləri vergi ödəyicisinin yazılı ərizəsinə əsasən 45 gün ərzində vergi ödəyicisinə qaytarılır. Həmin Məcəllənin 87.4-ci maddəsinə əsasən artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğlərinin vergi ödəyicisinə qaytarılması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin qaydaların 3.1.-ci bəndinə əsasən vergi ödəyicisi artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qaytarılması barədə ərizə (1 nömrəli əlavə) ilə bu Qaydaların 1.2.1 -ci yarımbəndi nəzərə alınmaqla aidiyyəti üzrə vergi orqanlarına və ya gömrük orqanlarına, Özəlləşdirilməsi başa çatmış dövlət əmlakına görə ödənilmiş əmlak vergisinin qaytarılması barədə ərizə (2 nömrəli əlavə) ilə vergi orqanına, sığortaedən artıq ödənilmiş məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarının, faizlərin, maliyyə sanksiyalarının qaytarılması barədə ərizə (3 nömrəli əlavə) ilə vergi orqanına, sığortalı isə artıq ödənilmiş icbari tibbi sığorta haqlarının, faizlərin, maliyyə sanksiyalarının qaytarılması barədə ərizə (3 nömrəli əlavə) ilə vergi orqanına müraciət etməlidir. İnzibati prosessual qanunvericiliyin tələblərinə əsasən, kameral vergi yoxlaması barədə qərarların ləğvi mübahisələndirmə haqqında iddia olduğu halda, məbləğlərin geri qaytarılması yalnız artıq ödəmələrin yarandığı hallara şamil edilməklə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara daxildir. İnzibati Prosessual Məcəllənin 2-ci maddəsi ilə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia), inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş iddia ərizəsinə əlavədə Vergi Məcəlləsinə 03 dekabr 2021-ci il tarixli qanunla edilmiş dəyişikliklərə və “Normativ hüquqi aktlar haqqında” qanunun normativ hüquqi aktların geriyə qüvvəsi ilə bağlı müddəalarına istinadlar edilir. Qeyd olunanlarla əlaqədar bildiririk ki, iddiaçı vergi ödəyicisində kameral vergi yoxlaması 24 noyabr 2021-ci il tarixdə həyata keçirilməklə Vergi Məcəlləsinə 03 dekabr 2021-ci il tarixli qanunla edilmiş dəyişikliklər 01 yanvar 2022ci il tarixdən qüvvəyə minir. Hesab edirlər ki, iş üzrə qanunvericiliyə edilmiş dəyişkliklərə istinad edilməsi tamamilə əsassızdır. İlk növbədə qeyd olunmalıdır ki, qanunla nəzərdə tutulmuş vergiləri ödəmək Konstitusiya ilə müəyyən edilmiş əsas öhdəliklərdən biri olmaqla şəxsin vəziyyətini ağırlaşdıran hal kimi qiymətləndirilməməlidir. Belə ki, vergi öhdəliyi şəxslərin vəziyyətini ağırlaşdırmaq, cəzalandırmaq məqsədi deyil, dövlətin və bələdiyyələrin fəaliyyətinin maliyyə təminatına yönəlməklə sosial problemlərin həll olunması vəzifəsini daşıyır. Azərbaycan Respublikası Konstitusiyasının 16-cı maddəsinin İ hissəsinə görə Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır. Bu funksiyaların həyata keçirilməsinin təmin edilməsi qanunla müəyyən edilmiş vergiləri ödəməklə bağlı fiziki və hüquqi şəxslərin hüquqi vəzifələrini yaradır. Vergi Məcəlləsinin 11-ci maddəsinə əsasən vergi dövlətin və bələdiyyələrin fəaliyyətinin maliyyə təminatı məqsədi ilə vergi ödəyicilərinin mülkiyyətində olan pul vəsaitlərinin özgəninkiləşdirilməsi şəklində dövlət büdcəsinə və yerli büdcələrə köçürülən məcburi, fərdi, əvəzsiz ödənişdir. Hazırda iddia predmeti dövlət büdcəsinə ödənilməli olan, lakin vaxtında ödənilməmiş və yayındırılmış vergi məbləğinin hesablanması üzrə qərarın mübahisələndirilməsidir. Qeyd olunan vergi öhdəliyi hesablamanın aparıldığı dövrdə qanunvericiliyin birbaşa tələbindən irəli gəlməklə, həmin il üçün müəyyən edilən dövlət büdcəsinin tərkibində nəzərdə tutulmuşdur. “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 56.1 -ci maddəsinin və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75 və 213-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Qərarında da qeyd olunduğu kimi, fiziki və hüquqi şəxslər tərəfindən ödənişin məcburiliyi, onun fərdiliyi və əvəzsizliyi vergiləri digər icbari ödənişlərdən fərqləndirən əsas əlamətlərdir. Vergilərin dövlət və bələdiyyələrin fəaliyyətinin maliyyə təminatı kimi qəbul edilməsi onların üzərinə sosial problemlərin həll olunması vəzifəsini də qoyur. Dövlət və bələdiyyə büdcələrinin formalaşması mənbələri sırasında vergilərin xüsusi yeri və çəkisi vardır. Vergi münasibətlərini tənzimləmək yolu ilə dövlət özünün və bələdiyyələrin məqsəd və vəzifələrinin həyata keçirilməsini təmin edir. Büdcə sistemi ilə vergilər arasındakı mövcud əlaqələrin həcmi və möhkəmliyi dövlət və cəmiyyətdəki iqtisadi və sosial proseslərin inkişafına göstərdiyi təsirlə sıx bağlıdır. Dövlət məhz maliyyə resursları (o cümlədən vergi yığımları) hesabına iqtisadi, sosial, ekoloji və s. sahələrdəki funksiyalarının maliyyələşdirilməsi imkanına malik olur. Vergi ödəmək öhdəliyi mütləq xarakter daşımaqla qanunvericiliyə edilmiş dəyişikliklərin yalnız sonrakı münasibətlərə şamil edilməsini nəzərdə tutur. Belə ki, vergi qanunvericiliyinə hər yeni dəyişklik edilməsi əvvəlki illərdə ödənilmiş vergilərin geri tələb edilməsi kimi nəticələr nəzərdə tutmur. Vergilərin dövlətin öz funksiyalarını yerinə yetirilməsindəki rolu və iqtisadi mahiyyəti normaların geriyə tətbiqinin dövlət orqanı tərəfindən yoxlanılmış dövrlər üzrə tətbiq edilmiş əvvəlki vergilərin əsassız olması nəticəsinə gətirmir. Hazırkı mübahisələndirilən dövr üzrə müvafiq yoxlama aparılmış və aid olduğu dövrlər üzrə vergi öhdəliyi müəyyən edilmişdir. Qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək Azərbaycan Respublikasının Konstitusiyasi ilə müəyyən edilmiş vəzifədir. Qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarına əsasən verginin ödənilməməsi ilə bağlı iddiaçının istinad etdiyi hallar tamamilə əsassızdır. Cavabdehin yazılı etirazına dair iddiaçının mülahizəsi (etirazı): Cavabdehin yazılı etirazına dair iddiaçının mülahizəsi (etirazı) onunla əsaslandırılmışdır ki, apellyasiya şikayəti cavabdehin vergi ödəyicisinin hüquqlarının və qanuni mənafeyinin əsassız və qanunsuz pozulması cəhdlərinin bariz nümunəsi və təsdiqi kimi qəbul edilməlidir. Cavabdeh “hal-hazırkı vergi ödəyicisindən tutulan məbləğ bir halda dividend olaraq Vergi Məcəlləsinin 125.1.1-ci maddəsinə əsasən, digər halda isə 125.1.9cu maddəsinə əsasən, güzəştli vergi tutulan ölkələrə edilən ödənişlər üzrə ödəmə mənbəyində verginin tutulmasıdır” kimi gülünc mövqeyini hər hansı qanuni əsasa istinad etməklə əsaslandıra bilmir, belə mövqe qeyri- obyektiv, sui-istifadə və qərəzli xarakter daşıyır və vergitutma bazasının müəyyən edilməsinin və vergi tətbiqinin fundamental müddəaları ilə uzlaşmır, eyni bazanın eyni dərəcə ilə iki dəfə vergiyə cəlb edilməsi kimi iqtisadi və hüquqi əsası olmayan mülahizələrə yol verildiyinə dəlalət edir. Halbuki, Cəmiyyətin təsisçisi olan Alia international Limited Şirkəti (Rezident olduğu ölkənin adı Britaniya Virgin adaları) Azərbaycan Respublikası ilə bağlı yalnız dividend kimi və yalnız İddiaçı mənbə olmaqla gəlir əldə edir və Azərbaycan Respublikası Vergi Məcəlləsinin 13.2.16.6-cı və 122-ci maddələrinə əsasən, ödənilmiş dividend məbləğindən İddiaçı tərəfindən 10% vergi tutularaq büdcəyə ödənilmişdir. Həmin ödənişlər Vergi Məcəlləsinin 122, 125.1.1 və 150.1 maddələrinin tələblərinə riayət olunmaqla Ödəmə mənbəyindən vergi bəyannaməsinin 1603.2-ci - Təsisçiyə ödənişlər üzrə gəlirin məbləği - sətrində öz əksini tapmışdır. Bununla da, İddiaçı vergi ödəyicisi kimi tam qanunauyğun hərəkət etmişdir. Vergi orqanının qanunun tələblərini bilərəkdən kənara qoyaraq dividend ödənişlərinə əlavə 10% məbləğlərin hesablanmasının əsası kimi Azərbaycan Respublikası Vergi Məcəlləsinin 13.2.16.14-1-ci və 125.1.9-cu maddələrinə istinadı da qəbul edilən və anlaşılan deyil. Vergi Məcəlləsinin ümumi məntiqinə və vergi tutma prinsiplərinə, eləcə də. Vergi Məcəlləsinin 125- ci maddəsində müəyyənləşdirilən əsaslara, habelə 13.2.16.14-1-ci maddəsinin güzəştli vergi tutulan ölkələrdə təsis edilmiş şəxslərə, o cümlədən digər ölkələrdə olan filial və ya nümayəndəliklərinə, habelə güzəştli vergi tutulan ölkələrdə olan bank hesablarına rezidentlərin və qeyri-rezidentlərin Azərbaycan Respublikasındakı daimi nümayəndəlikləri tərəfindən birbaşa və ya dolayısı ilə edilən ödənişlərin Azərbaycan mənbəyindən gəlir hesab edilməsi barədə göstərişlərini autentik anlamda nəzərə aldıqda, qanunvericinin belə ödənişlər sırasında dividendləri nəzərdə tutmadığını aydın və birmənalı olaraq başa düşmək mümkündür. Cavabdeh apelyasiya şikayətinin dəlillərinin Vergi Məcəlləsinin 122-ci maddəsinin tələblərinə zidd olduğunun mahiyyətinə varmadan qanunsuz mövqeyini davam etdirməkdə israr edir. Belə ki. həmin maddənin tələbinə əsasən, rezident müəssisə tərəfindən ödənilən dividenddən ödəmə mənbəyində 10 faiz dərəcə ilə vergi tutulur. Dividendin faktiki sahibi olan fiziki və hüquqi şəxslərdən bu Məcəllənin 122.1-ci maddəsinə uyğun olaraq vergi tutulmuşdursa, dividendi alan fiziki və hüquqi şəxslərin həmin gəlirindən bir daha vergi tutulmur. Həmin gəlir yenidən dividend şəklində verilən zaman vergiyə cəlb olunmur. Birləşmiş Millətlər Təşkilatının İnkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında ikiqat verginin aradan qaldırılması haqqında Birtipli Konvensiyanın 22-ci maddəsinə, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının "Gəlirlərə və kapitala dair X6 10-cu maddəsinə əsasən dividend vergisi 5%, maksimal 15% nəzərdə tutulur. Cavabdehin birinci instansiya məhkəməsinin mövqeyini təhrif etmə cəhdləri də anlaşılan deyil. Məhkəmə haqlı olaraq qeyd etmişdir ki, vergi qanunvericiliyinin tələblərinə əsasən bütün ziddiyyətlər və aydın olmayan tələblər vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. Cavabdeh isə göstərilən halla bağlı Azərbaycan Respublikası Vergi Məcəlləsinin 3.11-ci maddəsində müəyyən olunan birmənalı tələbi kobud şəkildə pozmasını ört-basdır etməklə, heç bir zərurət olmadan məhkəmənin Konstitusiya Məhkəməsinə sorğu verməli olması kimi absurd mövqe ifadə etmişdir. Digər tərəfdən, nəzərə alınmalıdır ki, hazırki iddia tələbinə baxılması və qərar çıxarılması zamanı qanunvericilikdə çətin anlaşılan hallara aydınlıq gətirilərək Vergi Məcəlləsinin bir sıra maddələrinin məzmununda dəqiqləşmələr aparılmışdır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 125-ci maddəsinə (Qeyri-rezidentin gəlirindən ödəmə mənbəyində vergi tutulması) 03 dekabr 2021-ci il tarixli qanunla edilmiş 01 yanvar 2022-ci ildən qüvvəyə minən ("Azərbaycan” qəzeti, 31 dekabr 2021-ci il, № 286) əlavə və dəyişikliklərə görə göstərlən maddənin işlə əlaqədar mübahisənin həlli üçün tətbiq edilməli olan hissələri aşağıdakı məzmuna malikdir: “125.1. Qeyri-rezidentin, bu Məcəllənin 13.2.16-cı maddəsi ilə Azərbaycan mənbəyindən əldə olunan gəliri kimi müəyyən edilən və qeyri-rezidentin Azərbaycan Respublikasının ərazisindəki daimi nümayəndəliyinə aid olmayan ümumi gəlirindən ödəmə mənbəyində xərclər çıxılmadan aşağıdakı dərəcələrlə vergi tutulur: 125.1.1. dividend - bu Məcəllənin 122-ci maddəsinə uyğun olaraq; 125.1.5. bu Məcəllənin 125.1.1-ci - 125.1.4-cü, 125.1.6-cı - 125.1.8-ci və 125.1-1-ci maddələrində göstərilən gəlirlər istisna olmaqla, hüquqi şəxslərin və vergi ödəyicisi kimi uçota alınmış fiziki şəxslərin işlərin görülməsindən və ya xidmətlərin göstərilməsindən əldə edilən gəlirlər və Azərbaycan mənbəyindən əldə edilən digər gəlirlər üzrə ödəmələri - 10 faiz; 125.1.9. bu Məcəllənin 13.2.16.14 1 e-i maddəsində göstərilən ödəmələr—10 faiz. Eyni qanunla Vergi Məcəlləsinə 125-1 maddəsi (Güzəştli vergi tutulan ölkələrdə və ya ərazilərdə təsis edilmiş (qeydiyyatdan keçmiş) şəxslərə və güzəştli vergi tutulan ölkələrə və ya ərazilərə apardan ödənişlərin ödəmə mənbəyində vergiyə cəlb edilməsi) əlavə olunmuşdur. Həmin maddəyə görə Bu Məcəllənin digər müddəalarından asılı olmayaraq, bu Məcəllənin 13.2.16.14-1-ci maddəsində göstərilən ödəmələrdən ödəmə mənbəyində 10 faiz dərəcə ilə vergi tutulur. Eyni qanunla Vergi Məcəlləsinin 13.2.16.14-1. maddəsinin yeni ıadaksiyasına əsasən: "Bu Məcəllənin 128-ci maddəsində nəzərdə tutulan güzəştli vergi tutulan ölkələrdə və ya ərazilərdə təsis edilmiş (qeydiyyatdan keçmiş) şəxslərə, o cümlədən onların digər ölkələrdə olan filial və ya nümayəndəliklərinə, habelə güzəştli vergi tutulan ölkələrdə və ya ərazilərdə olan bank hesablarına rezidentlər və qeyri-rezidentlərin Azərbaycan Respublikasındakı daimi nümayəndəlikləri, habelə vergi orqanında uçotda olmayan rezident fiziki şəxslər tərəfindən birbaşa və ya dolayısı ilə edilən ödənişlər "Azərbaycan Respublikasına qoyulmuş investisiyalar və Azərbaycan Respublikasındakı maliyyə institutlarına yerləşdirilmiş depozitlər üzrə faiz və dividend gəlirləri ödənildikdə” (7-ci bənd) bu maddənin məqsədləri üçün Azərbaycan mənbəyindən gəlirlərə aid edilmir. Cavabdehin vergi qanunvericiliyinin müstəsnalığı və onda edilən dəyişikliklərin geriyə şamil edilə bilinməməsi barədə irəli sürdüyü mövqe nihilist xarakterə malikdir. Bununla bağlı həm Konstitusiyanın birbaşa qüvvəyə malik olan normasını, habelə Azərbaycan Respublikası Məhkəməsinin Plenumunun "Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əlavə və dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 28 noyabr 2003-cü il tarixli Qanununun İİ hissəsinin şərh edilməsinə dair” 07 sentyabr 2004-cü il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyi heçə endirir. Göstərilən qərara əsasən, “Azərbaycan Respublikası Vergi Məcəlləsinə əlavə və dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Qanununun İİ hissəsinə görə 01 yanvar 2004-cü ildən qüvvəyə minmiş həmin Qanun, Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin İİİ hissəsinə uyğun olaraq dərc edildiyi 31 yanvar 2004-cü il tarixdən tətbiq və icra olunmalıdır. Göstərilən Qanun tətbiq və icra olunarkən Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinin müddəaları nəzərə alınmalıdır. Beləliklə, qanunvericilik oxşar və eyni münasibətləri tənzimləyən əvvəlki normaların başa düşülməsində və tətbiqində anlaşılmazlıqları aradan qaldırmaq və səhvlərə yol verilməməsi məqsədilə qanun yaradıcılığı imkanlarından istifadə edərək birmənalı şəkildə dividendlərdən ödəmə mənbəyində yalnız bir dəfə 10 % vergi tutulmasını, güzəştli vergi tutulan ölkələrdə və ya ərazilərdə təsis edilmiş (qeydiyyatdan keçmiş) şəxslərə, Azərbaycan Respublikasına qoyulmuş investisiyalar və Azərbaycan Respublikasındakı maliyyə institutlarına yerləşdirilmiş depozitlər üzrə faiz və dividend gəlirləri ödənildikdə əlavə hər hansı vergi öhdəliyi qoyula bilmədiyini birmənalı şəkildə bir daha təsbit etmişdir. Cavabdehin “vergi ödəmək öhdəliyinin şəxsin vəziyyətini ağırlaşdıran hal kimi qiymətləndirilməməli olması, bu öhdəliyin mütləq xarakter daşımaqla qanunvericiliyə edilmiş dəyişikliklərin yalnız sonrakı münasibətlərə şamil edilməsinin nəzərdə tutulmasına” dair qeyri- ciddi qanunyaradıcılığı təşəbbüsü öz fəaliyyətində qanunun tələblərini deyil, subyektiv mülahizələrini və uydurmalarını üstün tutması bir daha təsdiq edir və belə mövqe Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ bəndinin və "Normativ-hüquqi aktlar haqqında” Azərbaycan Respublikası qanununun 87-ci maddəsinin tələbi ilə tamamilə ziddiyət təşkil edir. Nəzərə almaq lazımdır ki, burada yalnız şəxsin (hüquqi şəxsin) vəziyyətini ağırlaşdıran hallardan deyil eyni zamanda hüquqi vəziyyətini yaxşılandıran halların mövcudluğundan söhbət gedir. Və bu tələb hər hansı qanunvericilik aktına və ya qanun normasına münasibətdə istisna edilə bilməz. Cavabdehin yazılı etirazına dair iddiaçının mülahizəsinə əlavə (etiraza əlavə): Cavabdehin yazılı etirazına dair iddiaçının mülahizəsinə əlavə (etiraza əlavə) onunla əsaslandırılmışdır ki, Habelə “Neptun" Birgə Azərbaycan - X3 Cəmiyyətinin (İddiaçı) 30 ilə yaxın müddət ərzində Azərbaycan Respublikasında xarici investisiyalı müəssisə kimi daşınmaz əmlak və xidmət bazarında müxtəlif istiqamətlərdə fəaliyyət göstərdiyi nəzərə alınmalıdr. Təsisçilər: Alia international Limited Şirkəti (Rezident olduğu ölkənin adı - Britaniya Virgin adaları) - 81%; “Alaris Corporation" Şirkəti - 19% iddiaçı cəmiyyətdə paya malikdirlər. Qeyd edirik ki, mübahisı üzrə cavabdeh vergi orqanının mövqeyi həm də Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq sənədlərdə təsbit olunmuş prinsip və qydalarla da ciddi surətdə uzlaşmır. "Azərbaycan Respublikası hökuməti ilə Böyük Britaniya və X9 Krallığı hökuməti arasında ikiqat vergiyə cəlbetməyə yol verilməməsi, gəlirlərə və əmlak dəyərinin artımına görə vergilərin ödənilməsindən yayınmanın qarşısının alınması haqqında” 1994-cü il fevralın 23-də imzalanmış Konvensiyaya əsasən: Bu Konvensiya hər iki dövlətin və onun yerli orqanları tərəfindən gəlirlərə və əmlakın artımına görə alman vergilərə tətbiq olunur (2-ci maddə). 10-cu maddəsinə görə "xxxx" Şirkəti Neptun şirkətinin səsvermə hüququnun 81%-nə malik olduğundan dividentlərin ümumi məbləğinin 10%-dən çox vergi tutulmamalıdır. 25-ci maddəsinə görə, bütün vergilərə münasibətdə diskriminasiya halları qadağan edilir. O, cümlədən kapitalının tamamilə və ya bir hissəsininn Razılığa gələn Dövlətin bir və ya bir neçə brezidentinə məxsus olduğu, habelə bunlar tərəfindən birbaşa və ya dolayısı ilə nəzarət olunduğu Razılığa gələn bir Dövlətin müəssisələri, bu Dövlətdə onun başqa oxşar müəssisələrinə tətbiq edilən və ya tətbiq edilə bilən vergilərdən və bununla əlaqədar tələblərdən daha ağır olan vergi və tələblərə cəlb edilmirlər (5-ci bənd). Habelə "Azərbaycan Respublikası hökuməti ilə Böyük Britaniya və X9 Krallığı hökuməti arasında investisiyaların təşviqi və qorunması haqqında” 1996-cı yanvarın 4-də imzalanmış Sazişə əsasən: "Gəlir" investisiyaların qoyulması nəticəsində əldə edilən məbləğ deməkdir və xüsusilə mənfəətdən, faizlərdən, kapitalın artmasından alman gəlirdən, dividentlərdən, royaltidən, əmək haqqından ibarətdir (1-ci maddənin “b” bəndi). Hər hansı Razılığa gələn Tərəf öz ərazisində digər Razılığa gələn Tərəfin vətəndaşları və şirkətlərinin investisiya və ya gəlirləri üçün öz vətəndaşları və şirkətlərinin investisiya və ya gəlirləri və yaxud hər hansı üçüncü Dövlətin vətəndaşları və şirkətlərinin investisiya və ya gəlirləri üçün müəyyən edilmiş şəraitdən az əlverişli şərait yaratmamalıdır (3-cü maddənin birinci bəndi). Tərəf, Tərəflərin fiziki və ya hüquqi şəxsi arasında sonuncunun birincinin ərazisində olan investisiyaları ilə əlaqədar baş verən istənilən hüquqi mübahisəni 1965-ci il martın 18-də Vaşinqtonda imzalanmaq üçün açılmış olan Dövlətlərt və digər Dövlətlərin vətəndaşları arasında İnvestisiya Mübahisələrinin tənzimlənməsi üzrə Konvensiya çərçəvəsində barışdırma və ya arbitraj yolu ilə həll ütmək üçün investisiya mübahisələrinin həlli üzrə Beynəlxalq Mərkəzə müraciət etməyə razılıq verir (8-ci maddənin birinci bəndi). Göstərilənlərin də nəzərə alınaraq, Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 87.6-cı maddəsini rəhbər tutaraq, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin apellyasiya şikayətinin təmin edilməməsi və Bakı İnzibati Məhkəməsinin 17 may 2022-ci il tarixli, 2-l(112)-5642/2022 nömrəli qərarının dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsi təkrarən xahiş edilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5642/2022 saylı 17 may 2022-ci il tarixli qərarı ilə iddia təmin edilərək, Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin **********481600 saylı 24 noyabr 2021-ci il tarixli qərarının ləğv edilməsi, 28.333,33 manatın vergi ödəyicisinin şəxsi hesab vərəqəsinə qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması və iddiaçının hüquqlarının qorunmasına görə bağlanmış müqavilə üzrə ödənilmiş 2010 manat məbləğin cavabdehdən tutularaq iddiaçının hesabına keçirilməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsi tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iş üzrə qərar qəbul edərkən işin hallarını hərtərəfli, obyektiv və qərəzsiz araşdırmamış, bununla da bir sıra maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. Məhkəmə iddia tələbini təmin edərkən eyni növ verginin iki dəfə tutulmasının düzgün olmadığını, vergi orqanı tərəfindən hər hansı müddəanın tələbinin pozulmadığını və ümumilikdə hesablamaya əsas olmuş müddəanın ziddiyyətli olması səbəbindən tətbiq edilməli olmamasını bildirmişdir. Məhkəmə bununla həm prosessual hüquq normalarını pozmuş, həm də üzərinə düşən vəzifəni icra etməmişdir. Belə ki, məhkəmə vergi orqanı tərəfindən hansı normanın düzgün tətbiq etməməsini bildirməmişdir. Başqa sözlə inzibati orqan hər hansı qanunvericilik normasını pozmamışdır. Sadəcə tətbiq edilən normanın özü ziddiyyətli olduğundan tətbiq edilməməlidir. Məhkəmə inzibati orqanın qərarının ləğvinin əsası kimi qanunvericilikdə normanın ziddiyyətli olması ilə əlaqələndirmişdir. Yəni qanunun özünün səhv olmasına görə inzibati orqanın qərarının ləğv edilməsi qanunvericilikdə nəzərdə tutulmamışdır. Qanunvericilikdə belə bir halın olduğu halda həmin normaların şərh edilməsi ilə bağlı Konstitusiya Məhkəməsinə müraciət edilməsi nəzərdə tutulmuşdur. Yəni, qanunverici hər hansı normanın düzgün olmaması ilə bağlı halları istisna etməmiş, lakin belə halın olduğu halda məhkəmələr tərəfindən həmin normaya qiymət verilməsi üçün Konstitusiya Məhkəməsinə müraciət edilməli olması və nəticədə sonrakı hüquqi mübahisələrin baş verməməsi və həqiqətən də həmin normanın düzgün olmamasının müəyyənləşdirilməsini müəyyən etmişdir. Məhkəmə nə proses vaxtı, nə də ki qərarında inzibati orqanının tətbiq etdiyi normanın hansı halda tətbiq edilməli olmasını və maddənin hansı səbəbdən qəbul olunmasını aydınlaşdırmadan, çıxarılmış qərara əsasən ümumilikdə bu normanın tətbiq edilməsinin mümkünsüzlüyünə gətirib çıxartmasını nəzərə almamışdır. Məhkəmə qərar qəbul edərkən Vergi Məcəlləsinin 12-ci maddəsinin tələblərini nəzərə almamışdır. Göründüyü kimi, vergi qanunvericiliyinə əsasən iddia tələbində tutulan məbləğlər bir halda dividend olaraq Vergi Məcəlləsinin 125.1.1-ci maddəsinə əsasən, digər halda isə 125.1.9cu maddəsinə əsasən güzəştli vergitutulan ölkələrə edilən ödənişlər üzrə ödəmə mənbəyində verginin tutulmasıdır. Başqa sözlə həmin ödənişlər 13.2.16.14-1-ci maddəsində göstərilmiş şəxslərə və bank hesablarına ödənilmədiyi halda həmin ödənişlərdən hər hansı digər vergi tutulmayacaqdı. Məhkəmə qərar qəbul edərkən vergi orqanı tərəfindən həyata keçirilən vergi tutulmasını birbaşa Vergi Məcəlləsinin tələblərindən irəli gəlməsi və inzibati orqan tərəfindən icra edilmədiyi halda normaların pozuntu sayılması halı nəzərə alınmamışdır. İşin faktiki hallarına əsasən ödənişlərin güzəştli vergi tutulan ölkələrdə təsis edilmiş şəxslərə köçürülməsi işin mübahisəsiz faktı olduğu halda məhkəmə tərəfindən bu tələbin icra edilməməsini qanunun pozulmaması kimi qiymətləndirmişdir. Bundan əlavə Vergi Məcəlləsinin ödəmə mənbəyində verginin tutulması qaydasını müəyyən edən Vergi Məcəlləsinin 150-ci maddənin müddəalarına əsasən qeyri-rezidentə ödəmələr verən hüquqi şəxslər və ya sahibkarlar-vergi agentləri hesab edilərək ödəmə mənbəyində vergini tutmağa borcludurlar. Məhkəmə qərarında Vergi Məcəlləsinin 13.2.16.14-1-ci maddəsinin göstərişləri nəzərə alınmaqla qanunvericiliyin belə ödənişlər sırasında dividendlərin nəzərdə tutulmadığını bildirir. Qeyd olunmalıdır ki məhkəmə bununla Vergi Məcəlləsinə sonradan edilmiş dəyişkliyə, 1 yanvar 2022-ci il tarixdən qüvvədə olan redaksiyasına istinad edir. Hesab edirik ki, iş üzrə qanunvericiliyə edilmiş dəyişkliklərə istinad edilərək iddianın təmin edilməsi əsassızdır. Məhkəmə vergi orqanı tərəfindən hesablamanın aparıldığı dövrdə qanunun birbaşa tələbindən irəli gələn hesablamanın, sonrakı qanunla istisna edilməsi səbəbindən hesablamanı əsassız hesab etmişdir. Qanunla nəzərdə tutulmuş vergiləri ödəmək Konstitusiya ilə müəyyən edilmiş əsas öhdəliklərdən biri olmaqla şəxsin vəziyyətini ağırlaşdıran hal kimi qiymətləndirilməməlidir. Belə ki, vergi öhdəliyi şəxslərin vəziyyətini ağırlaşdırmaq, cəzalandırmaq məqsədi deyil, dövlətin və bələdiyyələrin fəaliyyətinin maliyyə təminatına yönəlməklə sosial problemlərin həll olunması vəzifəsini daşıyır. Hazırda iddia predmeti dövlət büdcəsinə ödənilməli olan, lakin vaxtında ödənilməmiş və yayındırılmış vergi məbləğinin hesablanması üzrə qərarın mübahisələndirilməsidir. Qeyd olunan vergi öhdəliyi hesablamanın aparıldığı dövrdə qanunvericiliyin birbaşa tələbindən irəli gəlməklə, həmin il üçün müəyyən edilən dövlət büdcəsinin tərkibində nəzərdə tutulmuşdur. “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 56.1-ci maddəsinin və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75 və 213-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Qərarında da qeyd olunduğu kimi, fiziki və hüquqi şəxslər tərəfindən ödənişin məcburiliyi, onun fərdiliyi və əvəzsizliyi vergiləri digər icbari ödənişlərdən fərqləndirən əsas əlamətlərdir. Vergilərin dövlət və bələdiyyələrin fəaliyyətinin maliyyə təminatı kimi qəbul edilməsi onların üzərinə sosial problemlərin həll olunması vəzifəsini də qoyur. Dövlət və bələdiyyə büdcələrinin formalaşması mənbələri sırasında vergilərin xüsusi yeri və çəkisi vardır. Vergi münasibətlərini tənzimləmək yolu ilə dövlət özünün və bələdiyyələrin məqsəd və vəzifələrinin həyata keçirilməsini təmin edir. Büdcə sistemi ilə vergilər arasındakı mövcud əlaqələrin həcmi və möhkəmliyi dövlət və cəmiyyətdəki iqtisadi və sosial proseslərin inkişafına göstərdiyi təsirlə sıx bağlıdır. Dövlət məhz maliyyə resursları (o cümlədən vergi yığımları) hesabına iqtisadi, sosial, ekoloji və s. sahələrdəki funksiyalarının maliyyələşdirilməsi imkanına malik olur. Vergi ödəmək öhdəliyi mütləq xarakter daşımaqla qanunvericiliyə edilmiş dəyişikliklərin yalnız sonrakı münasibətlərə şamil edilməsini nəzərdə tutur. Belə ki, vergi qanunvericiliyinə hər yeni dəyişklik edilməsi əvvəlki illərdə ödənilmiş vergilərin geri tələb edilməsi kimi nəticələr nəzərdə tutmur. Vergilərin dövlətin öz funksiyalarını yerinə yetirilməsindəki rolu və iqtisadi mahiyyəti normaların geriyə tətbiqinin dövlət orqanı tərəfindən yoxlanılmış dövrlər üzrə tətbiq edilmiş əvvəlki vergilərin əsassız olması nəticəsinə gətirmir. Hazırkı mübahisələndirilən dövr üzrə müvafiq yoxlama aparılmış və aid olduğu dövrlər üzrə vergi öhdəliyi müəyyən edilmişdir. Qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək Azərbaycan Respublikasının Konstitusiyasi ilə müəyyən edilmiş vəzifədir. Məhkəmənin vəkil xidmətlərinə görə ödənilmiş məbləğin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qənaəti də tamamilə əsassızdır. Belə ki, iddiaçı tərəfindən vergi orqanının qərarının ləğv edilməsi ilə əlaqədar məhkəməyə müraciət edilmişdir. Vergi ödəyicisinin onun barəsində çıxarılmış qərarını mübahisələndirməsi hüquq və azadlıqların inzibati və məhkəmə təminatı kimi konstitusion prinsipdən irəli gəlir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Lakin qeyd olunmalıdır ki, bu hüququ tətbiq edən hər kəs tərəfindən özü üçün dəymiş zərər formalaşdırması və bununla bağlı inzibati orqana qarşı tələb irəli sürməsi dövlətin hüquqların qorunmasının məhkəmə təminatına dair iradəsinin təhrif olunmasına, həmin konstitusion hüquqdan sui-istifadə olunmasına və dövlət orqanlarının fəaliyyətinin məhdudlaşdırılmasına səbəb ola bilər. Göründüyü kimi, birinci instansiya məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tətbiqində əhəmiyyətli səhvlərə yol vermiş, gəldiyi nəticə üçün həlledici əhəmiyyət kəsb edən bütün hüquqi və faktiki halları aydınlaşdırmadan qanunvericiliyin müddəalarına zidd qərar qəbul etmişdir. Tərəflərin izahatları: Cavabdehin nümayəndəsi X2 apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək apellyasiya şikayətinin təmin olunmasını və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir İddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, apellyasiya şikayətinin təmin olunmamasını və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, hazırki iddia növünə görə “mübahisələndirmə haqqında” iddialara aiddir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. İddiaçı tərəfindən mübahisələndirilən xx.xx.2021-ci il tarixli qərarın ləğvi ilə bağlı məhkəməyə vaxtında xx.xx.2022-ci il tarixdə (qərarın alınma tarixi barədə dəqiq məlumat olmadığından) müraciət edildiyi üçün “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.1-ci maddəsində nəzərdə tutulmuş 30 günlük iddia müddətinə əməl olunmuşdur. Bu baxımdan iddia mümkündür. İşin mahiyyətinə gəldikdə isə hazırki işdən müəyyən olunur ki, İddiaçı Birgə Azərbaycan-İngiltərə MMC-nin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinə qarşı tələbi “cavabdehin qəbul etdiyi **********481600 saylı 24 noyabr 2021-ci il tarixli Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə qərarın ləğv edilməsi” barədədir. Mübahisələndirmə haqqında iddialarla bağlı mübahisələr üzrə məhkəmə qərarı, öhdəliyin icrası və məcburetmə haqqında iddialardan fərqli olaraq, mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına uyğun çıxarılmalıdır. Bu məqsədlə, inzibati aktın qanuniliyi iki mərhələdə yoxlanılır: 1) formalhüquqi baxımdan; 2) maddi-hüquqi baxımdan. İnzibati akt qanunda əksini tapan şərtlərə uyğun gəlmirsə, qanuna zidd sayılır. İnzibati aktın qanuni hesab edilməsi üçün aşağıdakı şərtlərin mövcudluğu zəruridir: 1. inzibati aktın səlahiyyətli orqan tərəfindən qəbul edilməsi və bu zaman icraat və forma ilə bağlı bütün müddəalara riayət olunması (formal-hüquqi baxımdan qanunilik); 2. inzibati aktın qüvvədə olan hüquqa uyğun olması. İnzibati orqanın əsaslandığı səlahiyyətverici normanın dispozisiya şərtləri konkret halda mövcud olmalı və inzibati aktın nəticəsi həmin normada nəzərdə tutulmuş nəticə ilə üst-üstə düşməlidir (maddi-hüquqi baxımdan qanunilik). Birinci instansiya məhkəməsi hesab etmişdir ki, ödənilmiş 283333,33 manat məbləğ Vergi Məcəlləsinin tələblərinə əsasən vergitutma obyektidir və bu vergitutma obyektindən ödəmə mənbəyində tutulan vergi növündə iki dəfə vergi tələb edilməkdədir. Məhkəmə kollegiyası iddianın təmin edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq, aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Vergi Məcəlləsinin: Maddə 13. Bu Məcəllədə istifadə edilən əsas anlayışlar ... (1 yanvar 2022-ci il tarixdə qüvvəyə minmiş redaksiya) 13.2.16.14-1. bu Məcəllənin 128-ci maddəsində nəzərdə tutulan güzəştli vergi tutulan ölkələrdə və ya ərazilərdə təsis edilmiş (qeydiyyatdan keçmiş) şəxslərə, o cümlədən onların digər ölkələrdə olan filial və ya nümayəndəliklərinə, habelə güzəştli vergi tutulan ölkələrdə və ya ərazilərdə olan bank hesablarına rezidentlər və qeyrirezidentlərin Azərbaycan Respublikasındakı daimi nümayəndəlikləri, habelə vergi orqanında uçotda olmayan rezident fiziki şəxslər tərəfindən birbaşa və ya dolayısilə edilən ödənişlər. əvvəlki redaksiyada deyilirdi: 13.2.16.14-1. bu Məcəllənin 128-ci maddəsində nəzərdə tutulan güzəştli vergi tutulan ölkələrdə təsis edilmiş (qeydiyyatdan keçmiş) şəxslərə, o cümlədən digər ölkələrdə olan filial və ya nümayəndəliklərinə, habelə güzəştli vergi tutulan ölkələrdə olan bank hesablarına rezidentlərin və qeyri-rezidentlərin Azərbaycan Respublikasındakı daimi nümayəndəlikləri tərəfindən birbaşa və ya dolayısı ilə edilən ödənişlər. Bu maddənin məqsədləri üçün alınmış borclar üzrə qaytarılan borcun əsas məbləği (faizlər nəzərə alınmadan) Azərbaycan mənbəyindən gəlirə aid edilmir. Bu maddənin müddəaları rezident banklar tərəfindən açılan müxbir hesablara aid edilmir; Maddə 37. Kameral vergi yoxlaması 37.1. Kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan digər sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. 37.2. Kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən bu Məcəllənin 72-ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışın təqdim edildiyi tarixdən mənfəət və gəlir vergisi bəyannaməsinə (ödəmə mənbəyində tutulan gəlirlər üzrə və xüsusi notariusun gəlir vergisi bəyannaməsi istisna olmaqla) münasibətdə 60 iş günü müddətində, digər bəyannamələrə, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışlara münasibətdə isə 30 iş günü müddətində keçirilir. Xaricdən əldə olunan gəlirlər üzrə xarici dövlətlərin səlahiyyətli orqanlarından müvafiq məlumatlar daxil olduğu halda kameral vergi yoxlaması bu Məcəllənin 85.4-cü maddəsində göstərilən dövr üzrə məlumatlar daxil olduğu tarixdən 30 iş günü müddətində keçirilir. Bu müddət başa çatdıqdan sonra bu maddənin birinci və ikinci cümləsində nəzərdə tutulmuş bəyannamə, cari vergi ödəmələrinin hesablanması haqqında arayış və ya xaricdən əldə olunan məlumatlar, habelə bu Məcəllənin 37.2-1-ci maddəsində göstərilən bildiriş üzrə verilmiş dəqiqləşdirilmiş bəyannamə üzrə yenidən kameral vergi yoxlaması keçirilə bilməz. 37.2-1. Kameral vergi yoxlaması başa çatdıqdan sonra vergi orqanı verginin hesablanması üçün əlavə sənəd və ya mənbəyi məlum olan digər məlumat aşkar etdikdə, vergi ödəyicisinə 5 iş günü müddətində bu Məcəllənin 72.5-ci maddəsində nəzərdə tutulmuş dəqiqləşdirilmiş hesabatın 10 iş günü müddətində təqdim edilməsi barədə bildiriş göndərir. 37.3. Kameral yoxlama aparmaq üçün vergi ödəyicisi tərəfindən təqdim olunmuş bəyannamə və cari vergi ödəmələrinin hesablanması haqqında arayışla bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisi tərəfindən əlavə məlumat, sənəd və izahat tələb edir. 37.4. Kameral yoxlama nəticəsində vergi bəyannaməsində və ya cari vergi ödəmələrinin hesablanması haqqında arayışda vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. Bu maddənin birinci hissəsində göstərilən hallarda və (və ya) kameral yoxlama aparmaq üçün vergi bəyannaməsi, sənədlər və məlumatlar üzrlü əsas olmadan təqdim edilmədikdə, vergi orqanının bu Məcəllənin 67-ci maddəsinə müvafiq olaraq vergiləri hesablamaq hüququ vardır. Maddə 125. Qeyri-rezidentin gəlirindən ödəmə mənbəyində vergi tutulması 125.1. Qeyri-rezidentin, bu Məcəllənin 13.2.16-cı maddəsi ilə Azərbaycan mənbəyindən əldə olunan gəliri kimi müəyyən edilən və qeyri-rezidentin Azərbaycan Respublikasının ərazisindəki daimi nümayəndəliyinə aid olmayan ümumi gəlirindən ödəmə mənbəyində xərclər çıxılmadan aşağıdakı dərəcələrlə vergi tutulur: 125.1.1. dividend - bu Məcəllənin 122-ci maddəsinə uyğun olaraq; (1 yanvar 2022-ci il tarixdən sonra qüvvədən düşmüş) 125.1.9. bu Məcəllənin 13.2.16.14-1-ci maddəsində göstərilən ödəmələr – 10 faiz. Maddə 128. Güzəştli vergi tutulan ölkələrdə və ya ərazilərdə əldə edilən gəlir (1 yanvar 2022-ci il tarixdə qüvvəyə minmiş redaksiya) 128.1. Rezident güzəştli vergi tutulan ölkədə və ya ərazidə gəlir əldə edən qeyrirezidentin nizamnamə fondunun 20 faizindən çoxuna bilavasitə və ya dolayısı ilə sahibdirsə, yaxud öz növbəsində onun səsvermə hüququ verən səhmlərinin 20 faizindən çoxunun sahibidirsə, rezidentin həmin gəliri onun vergi tutulan gəlirinə daxil edilir. 128.2. Güzəştli vergi tutulan xarici ölkə və ya ərazi dedikdə, vergi dərəcəsi bu Məcəllədə müəyyən edilmiş dərəcədən 2 dəfə və ya daha çox aşağı olan və (və ya) maliyyə məlumatını, yaxud əmlakın faktiki sahibi və ya gəlir (mənfəət) götürən barədə sirri qorumaq imkanı verilmiş şirkətlər haqqında məlumatın məxfiliyinə dair qanunun mövcud olduğu ölkə və ya ərazi başa düşülür. 128.3. Güzəştli vergi tutulan ölkələrin və ya ərazilərin və ya ərazilərin siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Məhkəmə kollegiyası hesab edir ki, işə birinci instansiya qaydasında baxmış məhkəmə iddianın təmin edilməsi ilə bağlı düzgün nəticəyə gəlməmişdir Belə ki, işin tərəflər arasında mübahisələndirilməyən hallarına görə, iddiaçı 2021-ci ilin 3-cü rübü ərzində güzəştli vergi tutulan ölkələrdə və ərazilərdə qeydiyyatdan keçmiş subyektlərə (Alia international limited şirkətinə) dividend gəlirlərini köçürmüşdür. İddiaçı köçürdüyü dividenddən Vergi Məcəlləsinin 122 və 125.1.1-ci maddələrinə uyğun olaraq vergi ödəsə də, cavabdeh hesab edir ki, əlavə olaraq Vergi Məcəlləsinin 125.1.9-cu maddəsinə uyğun olaraq da vergi ödənməlidir (köçürülən pulun 10%-i məbləğində ödəmə mənbəyində vergi). Belə ki, 283333.33 manat məbləğin "xxxx" şirkətinə ödənilməsinə görə cavabdeh vergi orqanının Vergi Məcəlləsinin 125.1.9-cu maddəsinə (hazırda qüvvədə olan redaksiyasının 125-1-ci maddə) istinad etməklə güzəştli vergi tutulan ölkələrdə və ya ərazilərdə təsis edilmiş (qeydiyyatdan keçmiş) şəxslərə və güzəştli vergi tutulan ölkələrə və ya ərazilərə aparılan ödənişlərə görə tələb etdiyi vergi də həmçinin ödəmə mənbəyindən tutulan vergi növünə aid olması işin mübahisəsiz halıdır. İddiaçı hazırkı iş üzrə iddia tələbinin əsaslılığına dəlalət edən və vergi orqanının ona vergi hesablamasının qanunauyğun olmamasının əsası kimi o hala istinad edir ki, Vergi Məcəlləsinin 13.2.16.14-1-ci və 125.1.9-cu maddələri dividendin ödənişi zamanı tətbiq edilmir. Vergi Məcəlləsinin 13.2.16-cı maddəsi Azərbaycan mənbəyindən gəlirləri müəyyən edir və onlardan biri də Məcəllənin 128-ci maddəsində nəzərdə tutulan güzəştli vergi tutulan ölkələrdə və ya ərazilərdə təsis edilmiş (qeydiyyatdan keçmiş) şəxslərə ... habelə güzəştli vergi tutulan ölkələrdə və ya ərazilərdə olan bank hesablarına rezidentlər ... tərəfindən birbaşa və ya dolayısilə edilən ödənişlərdir (həmin maddədə təsbit edilmiş istisnalar nəzərə alınmaqla). Vergi Məcəlləsinin 125.1-ci maddəsinə əsasən isə qeyri-rezidentin, bu Məcəllənin 13.2.16-cı maddəsi ilə Azərbaycan mənbəyindən əldə olunan gəliri kimi müəyyən edilən və qeyri-rezidentin Azərbaycan Respublikasının ərazisindəki daimi nümayəndəliyinə aid olmayan ümumi gəlirindən ödəmə mənbəyində xərclər çıxılmadan vergi tutulur. Vergi Məcəlləsinin hər iki maddəsinin birgə təhlili onu deməyə əsas verir ki, qeyrirezident Məcəllənin 13.2.16-cı maddəsinə uyğun Azərbaycan mənbəyindən gəlir əldə etdikdə 125-ci maddənin təsir dairəsinə düşür. Odur ki, Vergi Məcəlləsinin 13.2.16.14-1-ci və 125.1-ci maddələrinin tələbi nəzərə alındıqda iddiaçının güzəştli vergi tutulan ölkədəki (ərazidəki) qeyri-rezidentə ödədiyi ödəniş həmin qeyri-rezidentin Azərbaycan mənbəyindən əldə olunan gəliridir və ödəmə mənbəyində vergiyə cəlb edilməlidir. Eyni zamanda, Vergi Məcəlləsinin 13.2.16.6, 122.1.1 və 125.1-ci maddələrinə əsasən rezident hüquqi şəxsdən dividend şəklində əldə edilən gəlir də Azərbaycan mənbəyindən əldə olunan gəliridir və ödəmə mənbəyində vergiyə cəlb edilməlidir. İddiaçı Vergi Məcəlləsinin 13.2.16.14-1-ci və 125.1.9-cu maddələrinin dividendin ödənişi zamanı tətbiq edilmədiyinə istinad etsə də, bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, Məcəllənin 125.1-ci maddəsində sadalanan əsaslar bir-birindən asılı deyildir, yəni birinin tətbiqi digərini istisna etmir. Xüsusilə qeyd edilməlidir ki, 2022-ci il yanvarın 1-dən qüvvəyə minən “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” 03 dekabr 2021-ci il tarixli 406-VİQD saylı Azərbaycan Respublikasının Qanunu ilə güzəştli vergi tutulan ölkədəki (ərazidəki) qeyri-rezidentə ödənilən məbləğlərə görə verginin tutulması Vergi Məcəlləsinin 125.1.9-cu maddəsindən çıxarılmış və yeni 125-1-ci maddə Məcəlləyə əlavə edilmiş, maddənin məzmununa görə isə, bu Məcəllənin digər müddəalarından asılı olmayaraq, bu Məcəllənin 13.2.16.14-1-ci maddəsində göstərilən ödəmələrdən ödəmə mənbəyində 10 faiz dərəcə ilə vergi tutulur. Sözügedən məzmunda müddəa vergi orqanının mübahisələndirilən qərarı qəbul edilən zaman qüvvədə olmasa da, qanunverici 125.1.9-cu maddə ilə bağlı niyyətini konkretləşdirmiş, 125.1-ci maddədə sadalanan əsaslar bir-birindən asılı olmadan tətbiqi ilə bağlı hüquqi mövqeyini dəqiqləşdirmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının iddia tələbini bu qərarın əsaslandırıcı hissəsində göstərilən məsələləri yoxlamadan təmin etməkdə düzgün nəticəyə gəlməmişdir. Məhkəmə kollegiyası onu da qeyd edir ki, iddiaçının əsas- **********481600 saylı 24 noyabr 2021-ci il tarixli qərarın ləğv edilməsi barədə tələbi əsassız olub rədd edildiyindən, onun digər- 28.333,33 manatın şəxsi hesab vərəqəsinə qaytarılması və hüquqlarının qorunmasına görə bağlanmış müqavilə üzrə ödənilmiş 2010 manat məbləğin cavabdehdən tutularaq ona ödənilməsi barədə tələbləri də əsas tələbə əlavə tələblər olduğundan və əsas tələbin təmin olunmaması səbəbindən həmin tələblər də rədd edilməlidir. Kollegiya onu da nəzərə alır ki, oxşar işlər üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının hüquqi mövqeyi qərarlarında (2-1(102)-1957/2022 saylı xx.xx.2022-ci il tarixli qərar) bu qərarın əsaslandırıcı hissəsindəki kimi sərgilənmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməkdə düzgün nəticəyə gəlmədiyi üçün cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-5642/2022 saylı 17 may 2022-ci il tarixli qərarı ləğv edilməli və iddia rədd edilməlidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5642/2022 saylı 17 may 2022-ci il tarixli qərarı ləğv edilsin. İddia təmin edilməsin. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Aytən Oruczadə Rəşid Səmədov
Məhkəmə qərarları › İş №2-1(103)-191/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-191/2023
15.03.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver