Məhkəmə qərarları › İş №2-1(103)-191/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-191/2024

18.01.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-191/2024 18.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), X5 və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi tələbinə dair” inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2792/2023 saylı xx.xx.2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı məcburetmə haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, güzəştli şərtlərlə yaşa görə əmək pensiya hüququnun yarandığı 15 aprel 2020-ci il tarixindən (52 yaşdan) “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinin 01 iyul 2017-ci il tarixinə kimi qüvvədə olmuş redaksiyasının tələblərinə uyğun olaraq, güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsinin və ödənilməmiş pensiya məbləğinin hesablanaraq ödənilməsinin cavabdehə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddianın əsaslarına görə xx.xx.1968-ci il təvəllüdlü iddiaçı natamam orta təhsilini başa vurduqdan sonra, Bakı Dəmiryol Nəqliyyatı Texnikumunda 01.09. 1983- xx.xx.1987ci illərdə əyani təhsil almış, xx.xx.1987- xx.xx.1989-cu i illərdə «Neftmaşıntəmir» Bakı Kontorunda çap maşinisti, həmin müəssisədə, xx.xx.1989–01.07. 1989-cu illlərdə mühəndis, xx.xx.1989-xx.xx.1991-ci il illərdə iqtisadçı, xx.xx.1991-xx.xx.1993- cü illərdə Azərbaycan Uşaq Fondunun Eliksir kooperativində inzibatçı, 10.02. 1993-28.07 1993-cü illərdə Minimaks şirkətində baş mühasib, xx.xx.1993-10.03 1994- cü illərdə “Qismət” kiçik müəssisəsində mühasib, xx.xx.1994 – 01.03. 1995 - ci illərdə “Azəriqaz”ın X1 usta, xx.xx.1995-18.03. 1997-ci illərdə "xxxx" istehsalat kommersiya firmasında mühasib işləmişdir. Daha sonra o, xx.xx.1997- xx.xx.2009-cu illərdə “Azalavia” Bakı Nəqliyyat Aviasiyasında təyyarə bələdçisi işləmişdir. Həmin tarixə qədər onun 21 il 4 ay 4 gün ümumi iş stajı, 10 il 9 ay güzəştli iş stajı toplamışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinin 01 iyul 2017-ci il tarixinə kimi qüvvədə olmuş redaksiyasının tələblərinə uyğun olaraq 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yarandığı üçün cavabdehə ona pensiya təyinatı aparılması üçün müraciət edilmiş, cavabdeh isə xx.xx.2022-ci il tarixli, **********4 nömrəli məktubu ilə onun güzəştli stajının 10 ildən azh olması əsası ilə pensiya təyin edilməsindən imtina etmişdir. Cavabdeh iddia ərizəsinə etirazında iddianı qəbul etməmiş, rədd olunmasını məhkəmədən xahiş etmiş və bunu onunla əsaslandırmışdır ki, iddiaçının 1 yanvar 2006-cı il tarixinədək ümumi iş stajı 20 ildən (17 il 3 ay 23 gün (xx.xx.1983-xx.xx.1987-ci il, xx.xx.1987-xx.xx.1991-ci il, xx.xx.1994-xx.xx.1995-ci il və xx.xx.1997-xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər), güzəştli iş stajı isə 10 ildən az (5 il 8 ay 24 gün (xx.xx.1997xx.xx.2003-cü il tarixləri arasındakı dövr)) təşkil edir. Həmçinin, iddiaçı qanunvericiliklə tələb olunan pensiya yaşına çatmadığı üçün onun pensiya hüququ yaranmamışdır. Belə ki, iddiaçının 2020-ci il 15 aprel tarixində 52 yaşı olmuşdur. Həmin tarixdə qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanuna əsasən qadınlar üçün nəzərdə tutulan güzəştli yaş həddi 55 olmuşdur. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2792/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ilə iddia təmin edilmiş, iddiaçı xx.xx.1968-ci il təvəllüdlü İddiaçı 52 yaşdan, yəni xx.xx.2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi və pensiya hüququnun yarandığı xx.xx.2020-ci il tarixdən ödənilməyən pensiya məbləğinin ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin rədd olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti aşağıdakılarla əsaslandırılmışdır: «…Qərar əsasızdır . Belə ki, İddiaçının 1 yanvar 2006-cı il tarixinədək ümumi iş stajı 20 ildən (17 il 3 ay 23 gün (xx.xx.1983-xx.xx.1987-ci il, xx.xx.1987-xx.xx.1991-ci il, xx.xx.1994-xx.xx.1995-ci il və xx.xx.1997-xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər), güzəştli iş stajı isə 10 ildən az (5 il 8 ay 24 gün (xx.xx.1997-xx.xx.2003-cü il tarixləri arasındakı dövr)) təşkil edir. "xxxx" QSC-in iddiaçıya təqdim olunan xx.xx.2022-ci il tarixli 150 saylı məktubunda uçuş saatlarına görə verilən arayışın etibarsız sayılması xahiş olunmuş, onun uçuş saatlarına malik olması barədə yeni arayışda tələb olunan 10 il güzəştli iş stajı tamamlanmamışdır. Məhkəmə iddiaçının ümumi stajına münasibətdə düzgün araşdırma aprmamış, kifəyət qədər sübutlar toplamamışdır. Belə ki, həm iddiaçıya, həm də məhkəməyə təqdim olunmuş arayışlarda iddiaçının işlədiyi Azərbaycan Uşaq Fondunun «Eliksir» kooperativinə, «Minimaks», «Qismət» kiçik müəssisəsinin, "xxxx" istehsalat kommersiya firmasının arxiv sənədləri tapılmamışdır. Məhkəmə sorğusuna verimiş Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin xx.xx.2022-ci il tarixli, 01/3-4792 №-li cavab məktubunda göstərilmişdir ki, 1996-cı ildə yaradılmış Azərbaycan Respublikasının statistik vahidlərin Dövlət reyestrində Azərbaycan Uşaq Fondu “Eliksir” kooperativinə və "xxxx" X2 dair məlumat mövcud deyildir. Azərbaycan Respublikasının statistik vahidlərin Dövlət reyestrində “Qismət” kiçik müəssisəsi adı ilə 9 statistik vahidin qeydiyyatına dair məlumat mövcuddur. Onlardan 2-si müvafiq olaraq xx.xx.1996 - xx.xx.1999-cu il və xx.xx.1996 - xx.xx.1997-ci il tarixlərində qeydiyyatda olmuş, 7-si isə xx.xx.1996 - xx.xx.1998-ci il tarixləri ərzində qeydiyyata alınsalar da, qeydiyyat tarixindən hal-hazıradək Dövlət Statistika Komitəsində sözügedən müəssisələrə dair hər hansı əlavə məlumat mövcud olmamışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin X6 Qeydiyyatı İdarəsinin xx.xx.2023-cü il tarixli, **********020100 №-li məhkəmə sorğusuna verilmiş cavab məktubunda göstərilmişdir ki, kommersiya X6 reyestrində Azərbaycan Uşaq Fondu “Eliksir” Kooperativi adlı kommersiya qurumu aşkar edilməmişdir. Bundan başqa reyestrdə “Qismət” kiçik müəssisəsi adlı bir neçə fərqli kommersiya hüquqi şəxs aşkar edilmişdir. Araşdırma nəticəsində müəyyən edilmiş “X4 Marat” məhdud məsuliyyətli cəmiyyəti xx.xx.1993- cü il tarixdə dövlət qeydiyyatına alınmış (VÖEN **********) və xx.xx.2015-ci il tarixdə ləğv edilərək X6 reyestrindən çıxarılmışdır…» Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi E.Hüseynov apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri, gəlmədiyi təqdirdə onun iştirakı olmadan işə baxılacağı barədə xəbərdar edilmiş iddiaçı məhkəməyə gəlməmiş, İPM-in 62.3-cü maddəsinin tələblərini nəzərə alan məhkəmə kollegiyası onun iştirakı olmadan işə baxılmasını mümükn hesab etmişdir. ІІ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə hesab edir ki, aşağıdakı əsaslara görə cavabdehin apellyasiya şikayəti təmin edilmədən, birinci instasiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Cavabdeh apellyasiya şikayətinin dəlillərində mübahisələndirir ki, iddiaçıya 52 yaşından yaşa görə əmək pensiyası təyin olunması üçün onun 1 yanvar 2006-cı il tarixədək 20 il ümumi və tələb olunan 10 il güzəştli iş stajı toplanmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin qeyd olunan dəlilləri əsassızdır. Belə ki, xx.xx.2006-cı il tarixdən qüvvədə olan «Əmək pensiyaları haqqında» Qanunun 9.1-ci maddəsinin qüvvədə olan redaksiyasına görə axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsi isə nəzərdə tutur ki, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Əvvəllər, xx.xx.2006-cı il tarixə qədər qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Qanunun «d» bəndinə əsasən d) hava gəmilərində bələdçi işləyən şəxslər: kişilər—55 yaşına çatdıqda və azı 25 il-ümumi iş stajı olduqda bu müddətin azı 15 ilini bələdçi vəzifəsində çalışarsa; qadınlar—50 yaşına çatdıqda və azı 20 il ümumi iş stajı olduqda bu müddətin azı 10 ilini bələdçi vəzifəsində çalışarsa yaşa görə güzəştli şərtlərlə pensiya hüququları vardır. Həmin Qanunun 67-ci maddəsinin 3-cü hissəsinə əsasən həqiqi əhrbi xidmət müddəti, habelə ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir (Bundan əvvəl də, 1956-cı il 01 oktyabr tarixdən qüvvədə olmuş “Dövlət pensiyaları haqqında” SSRİ Qanununun 1-ci maddəsinin “v” bəndinə, habelə , SSRİ Nazirlər Sovetinin 04 avqust 1956-cı il tarixli, 1044 saylı qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi Qaydaları”nın 109-cu maddəsinin «i» bəndinə əsasən də “texniki peşə məktəblərində təhsil müddəti” ümumi staja daxil edilirdi.) Həmin Qanunun 69-cu maddəsinin 1-ci hissəsinə əsasən iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Eyni zamanda, qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi” Qaydasının 4.1.1-ci bəndinə əsasən 2006-cı il yanvarın 1-dək olan dövr üzrə sosial sığorta stajı: “1. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən - hesablanır. İddiaçının işə əlavə olunmuş diplomu (xx.xx.1987, № 024011) və əmək kitabçasınının (xx.xx.1987, № 1204457) təsdiq olunmuş surətlərinə və arxiv, işəgötürən arayışlara əsasən xx.xx.2006-cı il tarixədək aşağıdakı kimi iş stajı müəyyən olunur: 01.09. 1983-xx.xx.1987- Bakı Dəmiryol Nəqliyyatı Texnikumunda əyani təhsil müddəti- 4 il 5 ay 24gün ; xx.xx.1987- xx.xx.1989 - «Neftmaşıntəmir» Bakı Kontorunda çap maşinisti – 1 il 7ay 20 gün; xx.xx.1989-xx.xx.1991 – mühəndis, iqtisadçı – 2 il 7ay 9 gün; xx.xx.1991-xx.xx.1993- Azərbaycan Uşaq Fondunun «Eliksir» kooperativində inzibatçı – 1 il 5 ay 5 gün; 10.02. 1993-28.07 1993- «Minimaks» şirkətində baş mühasib- 5 ay 18 gün; xx.xx.1993-10.03 1994- “Qismət” kiçik müəssisəsində mühasib – 7 ay 7 gün; xx.xx.1994–xx.xx.1995 - “Azəriqaz”ın X1 usta –10 ay 6 gün; xx.xx.1995-xx.xx.1997- "xxxx" istehsalat kommersiya firmasında mühasib- 1 il 11 ay 17 gün; xx.xx.1997- 01. 01.2006- “Azalavia” Bakı Nəqliyyat Aviasiyasında təyyarə bələdçisi - 8 il 8 ay 24 gün; İddiaçının qeyd olunan xx.xx.2006-cı ilə qədər olan iş stacjı toplandıqda, hətta, onun “Azalavia” Bakı Nəqliyyat Aviasiyasında (indiki "xxxx" QSC-də) təyyarə bələdçismi kimi işlədiyi müddət illərlə hesablandıqda -22 il 9 ay 11 gün ümumi stajı toplanır (Təyyarə bələdçisi işlə qəbul olunana qədər xx.xx.1997-ci ilə kimi olan stajı 14 il 17 gün təşkil edir.) Cavabdehin apellyasyia şikayətindən göründüyü kimi, iddiaçının Azərbaycan Uşaq Fondunun «Eliksir» kooperativində, «Minimaks», «Qismət» kiçik müəssisəsində və "xxxx" istehsalat kommersiya firmasında işlədiyi dövrləri (cəmi, 5 il 5 ay 17 gün), arxiv sənədləri tapılmadığından, onun sığorta stajına hesablanmasısından imtina edir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin qeyd olunan əsasla iddiaçının sözügedən qurumlarda çalışdığı dövrün onun sığorta stajına daxil edilməsindən imtina olunması əsassızdır. Birincisi ona görə ki, işə əlavə olunmuş Dövlət Statistika Komitəsinin xx.xx.2022-ci il tarixli, 01/3-4792 №-li və X6 Qeydiyyatı İdarəsinin xx.xx.2023-cü il tarixli məktublarına əsasən “Qismət” kiçik müəssisəsinin, “X4, «Marat” MMC-nin dövlət qeydiyyatında olması fəaliyyəti müəyyən olunur. Azərbaycan Uşaq Fondunun «Eliksir» kooperativinin arxiv sənədlərinin tapılmamasına gəldikdə bu iddiaçının hüquqlarının məhdudlaşdıra bilməz. Belə ki, həmin vaxt qüvvədə olan «Vətəndaşların pensiya təminatı haqqında» Qanunun 69-cu maddəsinə və hazırda qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi” Qaydasının 4.1.1-ci bəndinin qeydolunan tələblərinə görə 2006-cı ilə qədər sığorta stajı əmək kitabçasına əsasən hesablanır. Digər tərəfdən “İnzibati icraat haqqında” Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. “Azalavia” Bakı Nəqliyyat Aviasiyasında təyyarə bələdçisi kimi işlədiyi dövr qanunvericiliklə müəyyən olunan hesablama qaydası ilə hesablandıqda isə onun 2006-cı ilə qədər onun 11 il 7 ay güzəştli iş stajı müəyyən olunur. Belə ki, "xxxx" QSCxx.xx.2023-cü il tarixli məktubu ilə birinci instansiya məhkəməsinə təqdim olunmuş eyni tarixli arayışa əsasən müəyyən olunur ki, iddiaçının xx.xx.2005-ci il tarixədək 2527 saat, 782 dəqiqə (yəni, 2,8 saat) - cəmi, 2529,18 uçuş saatı təşkil etmişdir. “Əmək pensiyaları haqqında” Qanunun 22.3-cü maddəsinə əsasən mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyənlərin sığorta stajlarının hesablanması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 26 oktyabr tarixli 231 nömrəli qərarı ilə təsdiq edilmiş, Mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyənlərin sığorta stajlarının hesablanması Qaydalarının 3.1-ci bəndinə əsasən mülki aviasiya uçuş və uçuşsınaq heyətində işləyənlərin və güzəştli şərtlərlə pensiya almaq hüququ olan şəxslərin sığorta stajı aşağıdakı qaydada hesablanır: - təyyarədə çalışan sıravi ekipaj üzvləri üçün ümumi sığorta stajı - sıravi ekipaj üzvü qismində uçuş işinin bütün dövrü ərzində faktiki uçuş saatı 18-ə, alınan nəticə isə 12 aya bölünür. Həmin qayda ilə hesablama aparıldıqda iddiaçının təyyarə bələdçisi kimi 2006-cı ilə qədər sığorta stajı 11 il 7 ay (2529,18 :18):12)) təşkil edir ki, həmin müddət onun xx.xx.1997-ci ilə qədərki istehsalat stajı ilə ( 14 il 17 gün) stajı ilə toplandıqda, onun ümumilikdə 25 il 7 ay 17 gün sığorta stajı mövcud olur ki, bunun da 10 ildən də çoxunu o, təyyarə bələdçisi kimi çalışmışdır. Belə olan halda, iddiaçının 52 yaşının tamam olduğu 15 aprel 2020-ci il tarixdən yaşa görə güzəştli şərtlərlə əmək pensiyası hüququ yaranmış olur. «Əmək pensiyaları haqqında» Qanunun 32.1-ci məddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir 32.1-1. Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Göründüyü kimi, cavabdeh tərəfindən iddiaçıya 52 yaşından pensiya təyin edilməsindən imtina olunması işin hallarına və qanunvericiliyin tələblərinə zidd olmuş, bununla da iddiaçının hüquqlarını pozmuşdur. İPM-in 73.1-ci maddəsinin tələbindən də görünür ki, inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə də, məhkəmə kollegiyası qeyd olunanları ümumiləşdirərək hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı ilə iddianın təmin edilməsi işdə olan sübutlara və maddi hüquq normalarına uyğun nəticədir. Ona görə də məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin həmin qərarın əsassız olduğunu mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-2792/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İPM-in 82, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2792/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəh., Yusif Səfərov küç., 14, 1193cü məhəllə) Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar