Məhkəmə qərarları › İş №2-1(103)-1910/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1910/2022

20.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1910/2022 20.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Həmidov Həmid Üzeyir oğlu (sədrlik edən və məruzəçi), Yusifov Cahangir Afər oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Məmmədova Leyla Asəf qızının katibliyi, İddiaçının nümayəndəsi X2 və Cavabdeh iştirakları ilə, İlkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşı artıq ödənilmiş pensiya məbləğinin cavabdehdən tutulması barədə iddia tələbinə dair ilk, ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh pensiyanın bərpa olunması və ödənilməmiş pensiya məbləğinin ödənilməsi tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8514/2021 saylı, 22 dekabr 2021-ci il tarixli qərarından İlkin iddia üzrə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı cavabdeh X1 qarşı Cavabdeh artıq ödənilmiş 16738.78 manat pensiya məbləğinin cavabdehdən tutularaq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının hesabına ödənilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən mütəmadi olaraq aparılan araşdırmalar nəticəsində vətəndaşların pensiya hüquqlarının təsbiti ilə bağlı əsaslı şübhələr yarandıqda, həmçinin əmək pensiyası və əmək pensiyasına əlavələrin verilməsi şərtlərinə uyğun olmayan hallar aşkar edildikdə təyin edilmiş əmək pensiyasının ödənişi “Əmək pensiyaları haqqında” Azerbaycan Respublikası Qanununun 37.8.3-cü maddəsinin tələblərinə uyğun olaraq dayandırılır. Bununla əlaqədar nəzərə çatdırırlar ki, ona vaxtilə əmək pensiyası təyinatı aparılarkən əsas götürülmüş halların pensiya qanunvericiliyinin tələblərinə uyğunluğu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X3 Departamenti tərəfindənaraşdırılmışdır. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər .qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiqlənmiş 2 №-li siyahıya görə 25 il ümumi stajı olan və bu stajın ən azı 12 il 6 ayını güzəştli işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın dağ-mədən işləri bölməsinin (1) tikintidə, rekonstruksiyada, yenidən texniki təchizatda və əsaslı təmir üzrə dağ- mədən yerlərində, metropolitenlərdə, yeraltı arxlarda, tunellərdə və s. yeraltı qurğularda yeraltı işlər bəndinin (1.1.2) fəhlələr yarımbəndində (a) yeraltı dağ-keçid avadanlığının elektrik çilingərləri (çilingərlər) peşəsi nəzərdə tutulmuşdur. Vaxtilə cavabdehə pensiya təyin edilərkən təqdim olunmuş sənədlərdə xx.xx.1981- xx.xx.1983-cü il və xx.xx.1985-xx.xx.1991-ci il tarixləri arasındakı dövrlər ərzində “Bakıtuneltikinti”nin 3 nömrəli Tikinti İdarəsində yeraltı quraşdırıcı çilingər peşəsində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi, onun işlədiyi yeraltı quraşdırıcı çilingər peşəsi yuxarıda qeyd olunan yeraltı dağ-keçid avadanlığının elektrik çilingərləri peşəsinə uyğun deyil. Bu səbəbdən də, 1 yanvar 2006-cı il tarixədək cavabdehin güzəştli iş stajı yoxdur. Araşdırma zamanı yuxarıda göstərilənlərə əsasən ona xx.xx.2016-cı il tarixindən Fondun Nizami rayon şöbəsi tərəfindən qanunvericiliyə zidd olaraq 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edildiyi aşkar olunmuşdur. Qeyd olunanlara əsasən Fondun Daxili nəzarət departamenti tərəfindən ona xx.xx.2016-xx.xx.2020-ci il tarixləri arasındakı dövr ərzində ümumilikdə 16738,78 manat artıq pul vəsaitinin ödənildiyi müəyyən edilmiş və həmin artıq ödənilmiş pul vəsaitinin büdcəyə qaytarılması Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filiala tapşırılmışdır. Bununla əlaqədar olaraq xx.xx.2021-ci il tarixli **********6 nömrəli məktubla ona artıq ödənilmiş pul vəsaitini könüllü şəkildə büdcəyə (bank rekvizitləri əlavə olunur) qaytarılması xahiş edilmiş, əks halda qanunvericiliyin tələblərinə uyğun qaydada tədbirlər görüləcəyi bildirilmişdir. Cavabdeh isə iddiaçıya qarşı qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək, onun güzəştli şərtlərlə pensiya təminatının 1 №-li siyahıya əsasən yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, o, 1980-ci ildə Bakı Metro Tikintidə yeraltı işlərdə, tunel qazma işlərində işə başlamışdır. 80 metr dərinlikdə yeraltında ağır, xüsusilə ağır iş şəraitdə işlədiyi nəzərə alınaraq, 2016-cı ildə güzəştli şərtlərlə pensiya çıxmışdır. 2021-ci ildə onun güzəştli şərtlərlə verilən pensiyası ona xəbərdarlıq edilmədən dayandırılmışdır. Bununla bağlı, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə xx.xx.2021-ci il tarixdə müraciət etmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində DSMF-nun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı xx.xx.2021-ci il tarixli, **********6 saylı məktubla ona cavab göndərmişdir. Cavabda qeyd olunmuşdur ki, ona güzəştli şərtlərlə təyin olunan pensiya qanuni deyil və onun pensiyası Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2-ci siyahıya aid iş sahəsini əhatə edir. Halbuki, onun işlədiyi peşə və "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin təqdim etdiyi arayışda (xx.xx.2021, A/118) onun Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 1-ci siyahıya və hətta birinci başlığa aid edilən peşələr arasındadır. Üstəlik güzəştli şərtlərlə pensiya təyinatı üçün tələb olunan əmək stajı artıqlaması ilə öz əksini tapır. Lakin, Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialıisrarla onun əmək fəaliyyətini 2-ci siyahıya daxil etməyə çalışır. Onun sosial sığorta şəhadətnaməsində 60.000 (altmış min) manat kapital yığımı var. Qanuna əsasən işçinin pensiya kapitalı ona ödənilən məbləğdən çoxdursa, o halda işçiyə ödənilən artıq pensiya onun kapitalı hesabına geri qaytarılır. Xüsusi Şərtlərlə Təyinat üzrə mərkəzi Filial ona öz haqqı olan halal pensiyasını ödəməyi bir kənara, üstəlik onu məhkəməyə verib guya ona artıq ödənilmiş 17.000 (on yeddi min) manat vəsaitin geri qaytarılması tələbini qoyur. Görünən odur ki, onun haqqı olan pensiyası cavabdehin maraqları dairəsindədir. Məhz bu səbəblə, müxtəlif qeyri-qanuni yollara baş vuraraq, onun güzəştli şərtlərlə qazandığı pensiyasını əlindən almağa çalışır. Yuxarıda qeyd olunanları və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarını və “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13- cü maddəsini nəzərə alıb, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan qarşılıqlı iddia tələbi dəqiqləşdirilərək, ona təyin olunmuş güzəştli şərtlərlə əmək pensiyasının dayandırıldığı tarixdən bərpa olunması və dayandırıldığı tarixdən ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8514/2021 saylı, 22 dekabr 2021-ci il tarixli qərarı ilə ilkin iddia tələbi rədd edilmiş, qarşılıqlı iddia tələbi təmin edilmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh təyin olunmuş güzəştli şərtlərlə əmək pensiyasının dayandırıldığı tarixdən bərpa olunması və dayandırıldığı tarixdən ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyi qarşılıqlı iddia üzrə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə olunmuşdur. İlkin iddia üzrə iddiaçı qərardan apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8514/2021 saylı, 22 dekabr 2021-ci il tarixli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinə uygun əsaslandırılmışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını yoxlayıb, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8514/2021 saylı, 22 dekabr 2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalı, iddiaçının apellyasiya şikayəti təmin olunmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İşin faktiki halları: - işdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2021-ci il tarixli, **********6 nömrəli “Pensiya ödənişinin dayandırılması haqqında” məktubun surətindən görünür ki, iddiaçıya vaxtilə əmək pensiyası təyinatı aparılarkən əsas götürülmüş halların pensiya qanunvericiliyinin tələblərinə uyğunluğu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X3 Departamenti tərəfindən araşdırılmış və bildirilmişdir ki, Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260- İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiqlənmiş 2 №-li siyahıya görə 25 il ümumi stajı olan və bu stajın ən azı 12 il 6 ayına güzəştli işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın dağ-mədən işləri bölməsinin (1) tikintidə, rekonstruksiyada, yenidən texniki təchizatda və əsaslı təmir üzrə dağ-mədən yerlərində, metropolitenlərdə, yeraltı arxlarda, tunellərdə və s. yeraltı qurğularda yeraltı işlər bəndinin (1.1.2) fəhlələr yarımbəndində (a) yeraltı dağ-keçid avadanlığının elektrik çilingərləri (çilingərlər) peşəsi nəzərdə tutulmuşdur. Vaxtilə ona pensiya təyin edilərkən təqdim olunmuş sənədlərdə xx.xx.1981- xx.xx.1983-cü il və xx.xx.1985-xx.xx.1991-ci il tarixləri arasındakı dövrlər ərzində “Bakıtuneltikinti”nin 3 nömrəli Tikinti İdarəsində yeraltı quraşdırıcı çilingər peşəsində işlədiyiniz qeyd olunmuşdur. Göründüyü kimi işlədiyi yeraltı quraşdırıcı çilingər peşəsi yuxarıda qeyd olunan yeraltı dağ-keçid avadanlığının elektrik çilingərləri peşəsinə uyğun deyil. Bu səbəbdən də, 1 yanvar 2006-cı il tarixinədək onun güzəştli iş stajı yoxdur. Araşdırma zamanı yuxarıda göstərilənlərə əsasən ona xx.xx.2016-cı il tarixindən Dövlət Sosial Müdafiə Fondunun Nizami rayon Şöbəsi tərəfindən qanunvericiliyə zidd olaraq 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edildiyi aşkar olunmuşdur. Qeyd olunanlara əsasən Dövlət Sosial Müdafiə X3 Departamenti tərəfindən ona xx.xx.2016xx.xx.2020-ci il tarixləri arasındakı dövr ərzində ümumilikdə 16738,78 manat artıq pul vəsaitinin ödənildiyi müəyyən edilmiş və həmin artıq ödənilmiş pul vəsaitinin büdcəyə qaytarılması Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filiala tapşırılmışdır. Bununla əlaqədar olaraq ona artıq ödənilmiş pul vəsaitinin könüllü şəkildə büdcəyə (bank rekvizitləri əlavə olunur) qaytarılması xahiş edilmişdir. Əks halda qanunvericiliyin tələblərinə uyğun qaydada tədbirlər görüləcəkdir. - işdə olan Azərbaycan Respublikası vətəndaşının AZE seriyalı, ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh xx.xx.1959-cu il təvəllüdlüdür. - işdə olan Cavabdeh məxsus xx.xx.1977-ci il tarixdə açılmış əmək kitabçasının surətindən görünür ki, xx.xx.1976-xx.xx.1977-ci illərdə təhsil almış, xx.xx.1977-cı il tarixdən xx.xx.1977-ci il tarixədək işləmiş, xx.xx.1977-xx.xx.1979-cu illərdə hərbi xidmətdə olmuş, xx.xx.1979-cu il tarixdən xx.xx.1980-ci il tarixədək, xx.xx.1980-ci il tarixdən xx.xx.1980-ci il tarixədək şagird kimi qəbul edilmiş, xx.xx.1980-ci il tarixdən xx.xx.1991-ci il tarixədək, xx.xx.1991-ci il tarixdən xx.xx.1993-cü il tarixədək, xx.xx.1993-cü il tarixdən xx.xx.1996-cı il tarixədək, xx.xx.2006-cı il tarixdən hal-hazıradək müxtəlif peşələrdə işləmişdir. - işdə olan Azərbaycan Respublikası "xxxx" QSC tərəfindən verilmiş A/188 nömrəli, 14 iyul 2021-ci il tarixli arayışdan görünür ki, xx.xx.1959-cu il təvəllüdlü, Cavabdeh həqiqətən, xx.xx.1980-ci il tarixində şit maşinisti peşəsi üzrə təhsil almaq üçün “Bakıtuneltikinti” İdarəsinin Tədris məntəqəsinə daxil olmuş (Əmr № 13/UP. xx.xx.1980-ci il), xx.xx.1980-ci il tarixində təhsilini tunel-tikinti işlərində hərəkətdə olan şit maşinisti ixtisası üzrə bitirmişdir (Əmr № 31/UP, xx.xx.1980-ci il). xx.xx.1980-ci il tarixdən “Bakıtuneltikinti" İdarəsinin 2 №-li Tikinti-Quraşdırma İdarəsinə yeraltı şəraitində 4-cü dərəcəli şit maşinisti (tunel-qazma işlərində yeraltı çuqun həlqələrin və beton həlqə blokların quraşdırılması və sökülməsi işləri üzrə) peşəsinə qəbul edilmişdir (Əmr № 73/OK, xx.xx.1980-ci il). İş şəraiti növbəli (4 növbəli, gecə və gündüz), xx.xx.1981 -ci il tarixdən 4-cü dərəcə ilə yeraltı keçid mexanizm və komplekslərinin (qazma qurğularının) quraşdırıcı çilingəri peşəsinə keçirilmişdir (Əmr № 90/OK. xx.xx.1981- ci il), xx.xx.1983-cü il tarixdən 4-cü dərəcə ilə yeraltı şəraitində şit maşinisti peşəsinə keçirilmişdir (Əmr № 63/K, xx.xx.1983-cü il), xx.xx.1984-cü il tarixdən 4-cü dərəcə ilə yeraltı şəraitində quraşdırıcı çilingər peşəsinə keçirilmişdir (Əmr №38/K, xx.xx.1984-cü il), xx.xx.1985-ci il tarixində 5-ci dərəcə verilmişdir (Əmr №152/K, xx.xx.1985-ci il).xx.xx.1991-ci il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 37-ci maddəsinə əsasən (öz xahişi ilə) işdən azad edilmişdir (Əmr № 22/J1C, 13.03 1991-ci il). xx.xx.1993-cü il tarixdən “Azərtunelmetrotikinti” İstehsalat Birliyinin 2 №-li TikintiQuraşdırma İdarəsinə 4-cü dərəcə ilə yeraltı qazmaçı peşəsinə qəbul edilmişdir (Əmr № 4, xx.xx.1993-cü il). xx.xx.1996-cı il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 38-cı maddəsinin 1 -ci bəndinə əsasən (ştatların ixtisarı ilə) işdən aaad edilmişdir (Əmr № 13. xx.xx.1996-cı il). xx.xx.2006-cı il tarixdən “Azərtunelmetrotikinti” SC-nin 2 saylı Tunel Tikinti İdarəsinə 5-ci dərəcə ilə yeraltı qaynaqçı peşəsinə qəbul edilmişdir (Əmr № 03/K xx.xx.2006) xx.xx.2006-cı il tarixdən yerüstü əmək şəraitinə keçirilmişdir (Əmr №216/K 29.11,2006-cı il), xx.xx.2010-cu il tarixdən 6-cı dərəcə verilmişdir (Əmr №08/K xx.xx.2010-cu il), xx.xx.2012-ci il tarixdən 6-cı dərəcə ilə yeraltı şəraitində quraşdırıcı çilingər peşəsinə keçirilmişdir (Əmr №74/K, xx.xx.2012-ci il), xx.xx.2014-cü il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən (öz xahişi ilə) işdən azad olunmuşdur (Əmr №137/85-K, 31,07.2014-cü il). xx.xx.2014-cü il tarixdən “Bakı Metropoliteni" QSC-nin Tikinti Departamentinin 2 saylı Tunel Tikinti dəstəsinə 6-cı dərəcə ilə yeraltı şəraitində quraşdırıcı çilingər peşəsinə qəbul edilmişdir (Əmr № K-483, 0T7Ö8.2014-cü il), xx.xx.2017-ci il tarixdən 1 saylı Tunel və Ümumi Tikinti işləri üzrə dəstəsinə 6-cı dərəcə ilə yeraltı şəraitində quraşdırıcı çilingər peşəsinə keçirilmişdir (Əmr № Ş-5134, xx.xx.2017-ci il), xx.xx.2021-ci il tarixdən Birləşmiş emalatxanaların Maşın və mexanizmlərin təmiri sahəsinə 6-cı dərəcə ilə çilingər peşəsinə keçirilmişdir (Əmr №B-78. xx.xx.2021-ci il) və hal-hazırda həmin peşədə işləyir. Cavabdeh ağır və zərərli yeraltı şəraitində işlədiyi peşələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərə görə əmək pensiyası hüququ verən istehsalatların peşələrin, vəzifələrin və göstəricilərin siyahısı ”nın 1-ci Dağ-mədən işləri bölməsinə aid edilmişdir xx.xx.1986-cı il tarixli 76/R saylı əmrə əsasən “Bakıtuneltikinti" İdarəsinin 2 №-li Tikinti-Quraşdırma İdarəsi ləğv olunmuş, 3 №-li Tunel-Quraşdırma İdarəsi adlandırılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 2 №-ii Sərəncamına əsasən “Bakıtuneltikinti” İdarəsinin bazası əsasında “Azərtunelmetrotikinti” İstehsalat Birliyi yaradılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02.11,1993-cü il tarixli 77 saylı Sərəncamına əsasən “Azərtunelmetrotikinti” istehsalat Birliyi “Azərtunelmetrotikinti" Dövlət şirkəti adlandırılmışdır. Azərbaycan Respublikası Prezidentinin xx.xx.1998-ci il tarixli 857 saylı Sərəncamına əsasən “Azərtunelmetrotikinti” Dövlət şirkəti “Azərtunelmetrotikinti” SC adlandırılmışdır Azərbaycan Respublikası Prezidentinin xx.xx.2014-cü il tarixli 289 saylı Sərəncamına əsasən Bakı Metropoliteni və “Azərtunelmetrotikinti” SC-nin yenidən təşkili yolu ilə səhmləri dövlətə məxsus "xxxx" QSC yaradılmışdır. İşdə olan məhkəmənin sorğusuna əsasən Azərbaycan Respublikası "xxxx" QSC tərəfindən verilmiş 40N-10/3- 1328 nömrəli, xx.xx.2021-ci il tarixli məktubun surətindən görünür ki, Cavabdeh “Bakıtuneltikinti” İdarəsinin 2 №-li Tikinti-Quraşdırma İdarəsində xx.xx.1981-ci il tarixdən xx.xx.1983-cü il tarixinədək yeraltı keçid mexanizm və komplekslərinin (qazma qurğularının) quraşdırıcı çilingəri, xx.xx.1984-cü il tarixdən xx.xx.1991-ci il tarixədək yeraltı şəraitində quraşdırıcı çilingər peşələrində çalışdığı əmək şəraiti ağır və zərərli yeraltı şəraitinə aiddir. Quraşırıcı çilingər peşəsinin əmək şəraiti, xarakteristikası və funksiyaları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli qərarı ilətəsdiq edilmiş “Güzəştli şərtlərə görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın 1-ci Dağ-mədən işləri bölməsinin 1.1.2-ci Tikintidə, rekonstruksiyada, yenidən texniki təchizatda və əsaslı təmirdə: dağ-mədən yerlərində, metropolitenlərdə, yeraltı arxlarda, tunellərdə və s. yeraltı qurğularda yeraltı işlər hissəsinin a) fəhlələr bəndində əks olunan yeraltı dağ-keçid avadanlığının elektrik çilingəri (çilingərlər) peşəsinin əmək şəraiti, xarakteristikası və funksiyaları ilə eynilik təşkil edir. İş materiallarından göründüyü kimi Filialın iddiaçının pensiya ödənişinin dayandırılması ilə bağlı dəlili ondan ibarət olmuşdur ki, Cavabdeh tərəfindən ona pensiya təyin edilərkən təqdim olunmuş sənədlərdə xx.xx.1981-xx.xx.1983-cü il və xx.xx.1985xx.xx.1991-ci il tarixləri arasındakı dövrlər ərzində “Bakıtuneltkinti”nin 3 nömrəli Tikinti İdarəsində yeraltı quraşdırıcı çilingər peşəsində işlədiyi qeyd olunmuşdur. Cavabdeh işlədiyi yeraltı quraşdırıcı çilingər peşəsi yuxarıda qeyd olunan yeraltı dağ-keçid avadanlığının elektrik çilingərləri peşəsinə uyğun olmaması səbəbindən cavabdeh organ 1 yanvar 2006-cı il tarixinədək cavabdehin güzəştli iş stajının mövcud olmaması qənaətinə gəlmiş və hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Məhkəmə tərəfindən Filialın ilkin iddia ərizəsində göstərilən dəlilləri araşdırılmış, aidiyyəti üzrə müvafiq quruma sorğu göndərilmiş, həmçinin iş materialları hərtərəfli araşdırılaraq belə bir qənaətə gəlinmişdir ki, cavabdehin dəlilləri əsassızdır. İş materiallarında olan iddiaçının iş yerindən alınmış işlədiyi peşənin xarakteristikası və funksiyaları barədə məlumatdan görünür ki, Cavabdeh “Bakıtuneltikinti” İdarəsinin 2 №li Tikinti-Quraşdırma İdarəsində xx.xx.1981-ci il tarixdən xx.xx.1983-cü il tarixinədək yeraltı keçid mexanizm və komplekslərinin (qazma qurğularının) quraşdırıcı çilingəri, xx.xx.1984cü il tarixdən xx.xx.1991-ci il tarixədək yeraltı şəraitində quraşdırıcı çilingər peşələrində çalışdığı əmək şəraiti ağır və zərərli yeraltı şəraitinə aiddir. Quraşırıcı çilingər peşəsinin əmək şəraiti, xarakteristikası və funksiyaları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərə görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın 1-ci Dağ-mədən işləri bölməsinin 1.1.2-ci Tikintidə, rekonstruksiyada, yenidən texniki təchizatda və əsaslı təmirdə: dağ-mədən yerlərində, metropolitenlərdə, yeraltı arxlarda, tunellərdə və s. yeraltı qurğularda yeraltı işlər hissəsinin a) fəhlələr bəndində əks olunanyeraltı dağ-keçid avadanlığının elektrik çilingəri (çilingərlər) peşəsinin əmək şəraiti, xarakteristikası və funksiyaları ilə eynilik təşkil edir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının işlədiyi xx.xx.1981-ci il tarixindən xx.xx.1983-cü il tarixinədək yeraltı keçid mexanizm və komplekslərinin (qazma qurğularının) quraşdırıcı çilingəri, xx.xx.1984-cü il tarixdən xx.xx.1991-ci il tarixədək yeraltı şəraitində quraşdırıcı çilingər peşələrinin adları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərə görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın 1-ci Dağ-mədən işləri bölməsinin 1.1.2-ci hissəsinin müvafiq bəndlərində nəzərdə tutulmasa da, onun işlədiyi peşənin xarakteristikası və funksiyaları 1.1.2-ci hissəsinin a) fəhlələr bəndində əks olunan yeraltı dağ-keçid avadanlığının elektrik çilingəri (çilingərlər) peşəsinin əmək şəraiti, xarakteristikası və funksiyaları ilə eynilik təşkil etdiyindən, həmin dövrlər iddiaçının güzəştli iş stajına daxil edilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh apellyasiya şikayətində Cavabdeh 1 yanvar 2006-cı il tarixədək güzəştli iş stajının olmamasına istinad etsə də, iddiaçının pensiya hüququ “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin tələblərinə əsasən deyil, xx.xx.2017-ci il tarixədək qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinin tələblərinə əsasən əldə edilmişdir. Qarşılıqlı iddianın predmetini iddiaçıya təyin edilmiş güzəştli şərtlərlə əmək pensiyasının dayandırıldığı tarixdən bərpa olunması və dayandırıldığı tarixdən ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi təşkil etdiyindən, ilkin iddia üzrə isə artıq məhkəmə tərəfindən iddiaçıya təyin olunmuş pensiya ödənişinin dayandırılması ilə bağlı dəlillərə hüquqi qiymət verilərək, dayandırılma ilə bağlı dəlillər əsassız hesab edildiyindən, eləcə də, məhkəmə araşdırması zamanı iddiaçının xx.xx.2017-ci il tarixədək qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən (axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır) güzəştli şərtlərlə pensiya hüqunun olması öz təsdiqini tapdığından, məhkəmə haqlı olaraq qarşılıqlı iddianı əsaslı hesab edərək təmin etmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçıya məxsus əmək kitabçası, şəxsiyyət vəsiqəsi, "xxxx" QSC tərəfindən verilmiş A/188 nömrəli, 14 iyul 2021-ci il tarixli, 40 N-10/3-1328 nömrəli, 25 oktyabr 2021-ci il tarixli arayışlardan müəyyən edilmişdir ki, iddiaçı xx.xx.1959-cu il təvəllüdlü olmaqla, xx.xx.2016-cı il tarixdə xx.xx.2017-ci il tarixədək qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun yuxarıda qeyd edilən maddəsinin tələbinə əsasən müəyyən edilmiş yaş həddinə - 57 yaşına çatmış və həmin vaxt onun 25 ildən artıq ümumi və 12 ildən 6 aydan artıq xüsusi əmək stajı olmuşdur. Cavabdeh inzibati orqan apardığı icraat zamanı işin yuxarıda qeyd edilən hallarına düzgün qiymət verməmiş, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq tələblərinə cavab verən qaydada, lazımi şəkildə araşdırılma aparmış, işin faktiki və hüquqi hallarına düzgün qiymət verməmiş, nəticədə qanunsuz və əsassız olaraq iddiaçının pensiya ödənişini dayandırmışdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 24-cü maddəsinin tələblərinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işinbütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 73, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8514/2021 saylı, 22 dekabr 2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar