Məhkəmə qərarları › İş №2-1(103)-1910/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1910/2023

05.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1910/2023 05.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), X1 və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, iddiaçının nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı “qərarın ləğv edilməsi və qaçqın statusunun verilməsi tələbinə dair” İddiaçı Mohajeri Ghalehlar Akbarın cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı “qaçqın statusunun verilməsi barədə qərar qəbul edilməsi tələbinə dair» Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2861/2023 saylı xx.xx.2023-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Ι. İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin İQ-19/1 nömrəli 06 sentyabr 2022-ci il tarixli qaçqın statusu verilməsindən imtina edilməsi haqqında qərarın ləğv edilməsi və cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin üzərinə İddiaçı xx.xx.2022-ci il tarixli vəsatətini təmin edərək ona qaçqın statusu verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. İddianın əsaslarına görə iddiaçı xx.xx.1985-ci il tarixdə Pakistan İslam Respublikasının Pəncab vilayətinin Faisalabad şəhərində anadan olmuşdur. Pakistan İslam Respublikasının vətəndaşıdır. Milliyyətcə pəncabi, dini etiqadına görə əhmədidir. Kəndində 8 il orta təhsilini almış, lakin xüsusi peşəsi olmadığı üçün alasının vəfat etdiyi 2010-cu ilə kimi onunla birlikdə kənd təsərrüfatı sahəsində çalışmışdır. 2010-2013-cü illərdə tekstil fabrikində kargüzar işləmiş, 2013-2022-ci illərdə isə həmin fabrikdə operator kimi işləmişdir. Ölkəsini tərk edərək Azərbaycanda sığınacaq axtarmağının səbəbi dini etiqadına görə əvvəllər suni olduğunu, sonradan əhmədi təriqəti qəbul eldiyini, lakin bunu açıq şəkildə bəyan etmədiyini, lakin dini etiqadı dəyişməsi faktının bacısının əri tərəfindən üzə çıxarıldıqdan sonra ailə üzvləri tərəfindən döyüldüyünü, təhdid və təziqlərə məruz qaldığını, bacısının əri və “X2” təşkilatının üzvləri tərəfindən polisə şikayət edilərək kafirlikdə ittiham edildiyini bildirmişdir. xx.xx.2022-ci ildə DMX İQ-19/1 saylı qərarı ilə ərizəçinin sığınacaq vəsatətini rədd edib. DMX qərarını onunla əsaslandırıb ki, iddiaçının sığınacaq üçün əsasları mövcud deyil. Cavabdeh iddianı qəbul etməmiş, rədd olunmasını məhkəmədən xahiş etmişdir. Etirazın onunla əsaslandırılmışdır ki, ərizəçi ilə müsahibədən sonra əldə olunmuş nərıcələrə görə işin hallarında əsaslandırılmış təqib qorxusu mövcud olmadığından Dövlət Miqrasiya Xidməti tərəfindən ona münasibətdə əsaslı qərar qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2861/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ilə iddia rədd edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək həmin qərarın ləğv olunmasını və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə maddi hüquq normalarını pozmuş və ciddi posessual pozuntulara yol vermişdir. Onun təqqib edilməsinin əsasını etnik və dini mənsubiyyəti təşkil edir.O. əvvəllər xristian olmuşdur. Qeyri-rəsmi qürumlar tərəfindən təqib edilir.. Pakistan rəsmi qürumları isə onu qorumaq iqtidarında və niyyətində deyil. İddiaçının izahatları cavabdeh tərəfindən mötəbərlik prezumpsiyasına uyğun qiymətləndirilməyib və qərar “İnzibati icraat haqqında” Qanunun 61-ci maddəsinə uyğun əsaslandırılmayıb. Belə ki, əsaslandırma zamanı işin hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar göstərilməyib. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi Vəkil apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclası barədə xəbərdar edilmiş cavabdeh (nümayəndəsi) məhkəmə iclasına gəlməmiş, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəllənin («İPM») 62.3-cü maddəsinin tələblərini nəzərə alan məhkəmə kollegiyası onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. ΙΙ. Məhkəmə iddiaçının nümayəndəsini dinəyib, iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İPM-in 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İşin hallarından göründüyü kimi, iddiaçı ona qaçqın statusu verilməsi ilə bağlı cavabdehə müraciət etmiş, lakin sonuncu onun şikayətinə imtina qərarı ilə cavab vermiş, narazı qalan iddiaçı arzuladığı inzibati aktın qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə məcburetmə haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, birinci instansiya məhkəməsi tərəfindən onun iddia tələbi rədd olunmuşdur. İddia ərizəsi və apellyasiya şikayətinin dəlilləri, eləcə də, işdə olan digər sənədlər təhlil edildikdə, iddiaçıya Azərbaycan Respublikasında qaçqın statusunun verilməsini zəruri edən faktiki şərtlər müəyyən olunmur. Belə ki, «Qaçqın və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında» Azərbaycan Respublikası Qanunun 1-ci maddəsinə əsasən «Qaçqın» - Azərbaycan Respublikasının vətəndaşı olmayıb, irqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə təqiblərin qurbanı olmaq barəsində tam əsaslı ehtiyat üzündən vətəndaşı olduğu ölkədən kənarda qalan və eyni ehtiyat üzündən həmin ölkənin himayəsindən istifadə edə bilməyən və ya istifadə etmək istəməyən, yaxud müəyyən vətəndaşlığı olmayıb oxşar hallar nəticəsində əvvəl adətən yaşadığı ölkədən kənarda qalan, ehtiyat üzündən oraya qayıda bilməyən və ya qayıtmaq istəməyən şəxsdir. Həmin Qanunun 10-cu maddəsinin 2-ci hissəsinə əsasən qaçqın statusu verilməsi haqqında vəsatətə baxılması qaydasını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirir. Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 13 noyabr tarixli, 419 nömrəli Fərmanı ilə təsdiq edilmiş, «Qaçqın» statusu verilməsi haqqında vəsatətə baxılması Qaydasının preambulasına əsasən bu Qayda Azərbaycan Respublikasının Konstitusiyasına, «Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında» Azərbaycan Respublikasının Qanununa, Birləşmiş Millətlər Təşkilatının Qaçqınların statusu haqqında 1951-ci il Konvensiyasına, 1967-ci il Protokoluna, Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 8 iyul tarixli 148 nömrəli Fərmanına, habelə, Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına uyğun olaraq hazırlanmışdır və Azərbaycan Respublikasında «Qaçqın» statusunun verilməsi haqqında vəsatətə baxılması qaydasını müəyyən edir. Həmin «Qayda»nın 1-ci bəndinin 3-cü abzasına əsasən «Qaçqın» statusu verilməsi barədə vəsatətlə müraciət edən şəxs vəsatətində «Qaçqın» statusu verilmə xahişinin səbəblərini göstərməklə xüsusi anket blankını doldurmalı, özünün, habelə (himayəsində və qəyyumluğunda olan şəxslər də daxil olmaqla) ailə üzvləri barədə məlumatları göstərməklə ölkəsi, doğulduğu yer, ailə vəziyyəti haqqında məlumatları qeyd edir, yol sənədini və şəxsiyyətini təsdiq edən sənədi (xarici pasport, yol vəsiqəsi və s.) Dövlət Miqrasiya Xidmətinə təhvil verir. Həmin «Qayda»nın 7-9-cu bəndlrinə əsasən : «Qaçqın» statusu verilməsi haqqında vəsatət verən şəxslə Dövlət Miqrasiya Xidmətinin səlahiyyətli əməkdaşları müsahibə aparır. Müsahibə fərdi qaydada keçirilir və məzmunu aşkarlanmır. Müsahibə zamanı şəxs «Qaçqın» statusu verilməsi xahişinin səbəblərini izah edən faktları bildirməli, həmçinin onun yaşadığı yerlər, hərəkət marşrutları, başqa dövlətlərin ərazisində dayanma səbəbləri, həmin dövlətlərdə ona «Qaçqın» statusu verilməsi barədə müraciət edib-etməməsi və digər zəruri faktlar barədə məlumat verməlidir. «Qaçqın» statusu almaq niyyətində olan şəxs özü barəsində məlumat verməkdən imtina edərsə və ya «Qaçqın» statusu verilməsi xahişinin səbəblərinə dair bilərəkdən yanlış məlumat verərsə, onun vəsatətinə baxılması müxtəlif mərhələlərdə dayandırılır və şəxsə qüvvədə olan qanunvericiliyə uyğun olaraq «Qaçqın» statusu verməkdən imtina edilir. Cavabdehin iş materiallarına əlavə edilmiş imtina qərarından, iddiaçının vəsatətinə əsasən onunla apardığı müsahiənin müsahibənin nəticələrinə əsasən müəyyən olunur ki, iddiaçının ona qaçqın statusu verilməsi barədə vəsatəti qanunvericiliyin yuxarıda qeyd olunan tələbləri qaydasında cavabdeh tərəfindən ətraflı araşdırılaraq qiymətləndirilmə aparılmış və nəticələri üzrə qəbul etdiyi əsaslandırılmış qərarı ilə onun həmin vəsatəti təmin edilməmiş, qaçqın statusu verilməsindən imtina olunmuşdur. “İnzibati icraat haqqında” Qanunun 61-ci maddəsinə əsasən 61.1. Yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. 61.2. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. 61.3. İnzibati akt diskresion səlahiyyətlər daxilində qəbul edildiyi halda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə əsaslandırmalıdır. 61.4. İnzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. İddiaçınn vəsatətinə baxılması ilə əlaqədar işə əlavə olunmuş iddiaçı tərəfindən dolduruluş ərizə anket, onun vəsatəti və həmin vəsatətinə baxılması ilə bağlı cavabdeh tərəfindən onunla aparılan müsahibə və nəticələrinə dair qəbul olunmuş 06 sentyabr 2022ci il tarixli qərarının təhlili olunduqda müəyyən olunur ki, cavabdehin imtina qərarı “İnzibati icraat haqqında” Qanunun qeyd olunan tələbləri qaydasında əsaslandırılmışdır. Belə ki, tədqiq olunan həmin sənədlərə əsasən müəyyən olunur ki, iddiaçı ölkəsini tərk edərək Azərbaycanda sığınacaq axtarma səbəbi haqqında danışarkən dini etiqadına görə əvvəllər müsəlman (sünni) olduğunu, sonradan əhmədi təriqətini qəbul etdiyini, lakin bunu açıq şəkildə bəyan etmədiyini, heç bir kəsə bu barədə məlumat vermədiyini, lakin dini etiqadını dəyişməsi faktının bacısının əri tərəfindən üzə çıxarılmasından sonra ailə üzvləri tərəfindən döyüldüyünü, təhdid və təzyiqlərə məruz qaldığını, bacısının əri və “X2” təşkilatının üzvləri tərəfindən polisə şikayət edilərək kafirlikdə ittiham edildiyini bildirsə də, söylədiyi faktlarda bəzi ziddiyyətli məqamlar və uyğunsuzluqlar aşkar edilmişdir. Belə ki, Qaçqın statusunun verilməsi ilə bağlı ilkin ərizəsində ərizəçi 2013-cü ildə əhmədi təriqətini qəbul etməsini, bu barədə ailə üzvlərinə və ya iş yoldaşlarından heç kimə məlumat verməməsini qeyd etsə də, ərizə-anketinin qeydiyyatı və müsahibə zamanı bu təriqəti iki iş yoldaşının məsləhəti ilə qəbul etdiyini, digər əhmədi təriqətinə mənsub olan iş yoldaşlari ilə birlikdə şirkətdə namaz qıldığını bildirmişdir. Həmçinin, ərizəçi evliliyindən qabaq əhmədi olduğu üçün digər əhmədilər kimi xüsusi bir problemlə qarşılaşmadığını, yalnız əhmədilərə məxsus ümumi problemlərlə üzləşdiyini bildirməsi onun dim etiqadı barədə heç kimə məlumat verməməsi barədə dedikləri ilə ziddiyyət təşkil edir. Həmçinin, ərizəçinin ərizə-anketinin qeydiyyatı və müsahibə zamanı dediyi məlumatlardan məlum olmuşdur ki, çalışdığı iş yerində işçilərin 80% əhmədi təriqətinə mənsub olmuş, həmin mənsublardan birinin tövsiyəsi ilə ərizəçi öz həyat yoldaşı ilə əhmədilərin dini mərkəzi sayılan Rabvahda rəsmi nikah bağlamışdır. Ərizəçinin könüllü olaraq işdən çıxması, Azərbaycana məhz BMT QAK-a görə gəlməs BMT QAK-ın onu qəbul etməyərək Dövlət Miqrasiya Xidmətinə göndərməsi, bunun əleyhinə olaraq ərizəçinin əvvəlcədən bu barədə məlumatlı olacağı təqdirdə Azərbaycana deyil bassa ölkələrə gedəcəyini bildirməsi onun həqiqətən Azərbaycana sığınacaq əldə etmək məqsəmə gəlməsini şübhə altına alır. Mənşə ölkəsi haqqında aparılan araşdırma göstərmişdir ki, hazırda Pakistan ərazisində 2- 4 milyon arası əhmədi təriqətinə etiqad edən insan yaşamaqdadır. Bundan əlavə, ərizəçinin dini etiqadını dəyişməsinin evliliyindən sonra üzə çıxması barədə dedikləri ilə müqayisədə xx.xx.2020-ci il tarixində əldə etdiyi pasportunda dini etiqadı əhmədi olaraq göstərilmişdir. Bu isə onun dini etiqadının həmin tarixdən etibarən rəsmi şəkildə dövlət nümayəndələri tərəfindən əhmədi kimi tanınmasını sübuta yetirir. Göründüyü kimi, iddiaçıya qaçqın statusunun verilməsi ilə bağlı irqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə təqiblərin qurbanı olmaq barədə tam əsaslı təqib qorxusu mövcud deyil. Cavabdeh tərəfindən “ iddiaçının vəsatətinə əsasən hərtərəfli araşdırma aparılmış, onun İran İslam Respublikasında təqibə və təsirə məruz qaldığını əsaslandıran dəlilləri həqiəqətə uyğun olduğu təkzib olunmuş, onun istinad etdiyi hallara aydınlıq gətirə bilmədyi, mötəbərliyi açıq şübhə doğuran faktlar müəyyən edilmişdir ki, bütün bunlar da ona qaçqın statusu verilməsi imkanını istisna edir. Cavabdeh də məhz, mübahisələndirilən qərarında qeyd olunanlara əsasən və Qaçqınların və məcburi köçkünlərin statsu haqqında” Qanunun 1 hissəsinin 1-ci bəndində “qaçıqın”a verilən anlayışın tələbləri ilə əhatə olunmadığı və Azərbaycan Respublikası Prezideninin xx.xx.2000-ci il tarixli 419 N-li Fərmanı ilə təsdiq olunmuş “Qaçqın statusu verilməsi haqqında” vəsatətə baxılması Qaydası” nın 3-cü və 7-ci bəndləri nəzərə alınaraq iddiaçı ilə aparılan müsahiəbədən sonra ələdə olunmuş nəticələr nəzərə alınmaqla, ərizəçinin əsaslandırıliış təqib qoruxusuna uyğun gəlmədiyindən onun vəsatəti təmin olunmamış, qaçqın statusu verilməsindən imtina olunmuşdur. İPM-in 73.1-ci maddəsinin tələbindən də görünür ki, məhkəmə, o halda inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur ki, inzibati aktın qəbulundan imtina olunması və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsi qanuna zidd və iddiaçının hüquqlarını pozmuş olsun. Qeyd olunanlar onu deməyə əsas verir ki, birinci instansiya məhkəməsi tərəfindən iddianın rədd olunması, işin hallarına, maddi və prosessual hüquq normalarına uyğundur. Ona görə də qeyd edilənləri nəzərə alan məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin, birinci instansiya məhkəməsinin qərarının əsaslandırılmadığını, maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyini mübahisələndirən dəlilləri ilə razılaşmır yekunda belə nəticəyə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2861/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İPM-in 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər. Göstərilənlərə əsasən və İPM-in 14, 87, 89, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası Qəraraaldı: İddiaçının apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2861/2023 saylı xx.xx.2023-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlansın. Qərardan rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası vasitəsilə Azərbaycan Respublikasın Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar