Məhkəmə qərarları › İş №2-1(103)-1911/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1911/2020

10.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1911/2020 10.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Ağayev Valeh Məmməd oğlunun sədrliyi ilə (məruzəçi), Nuriyeva Afaq Bayram qızı və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, İsmayılzadə Rəhim Fərman oğlunun katibliyi, Ərizəçinin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh AR ƏMDK yanında DƏDRX-in 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi ” tələbinə dair inzibati iş üzrə X4 tərəfindən verilmiş ərizəyə dair 2 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(82)-4488/2017 saylı qərardadından X1 tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək “xxxxxxxxxxxxxxx” MTK-nin Bakı şəhəri, Xocalı prospekti 32 ünvanında inşa etdiyi yüksək mərtəbəli binanın birinci mərtəbəsində yerləşən sahəsi 220 kv.m olan qeyri-yaşayış sahəsi üzərində onun mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxx 2017-ci il tarixli 2-1(82)4488/2017 nömrəli qərarı ilə iddia təmin edilmiş, “xxxxxxxxxxxxxxx” MTK-nin Bakı şəhəri, Xocalı prospekti 32 ünvanında inşa etdiyi yüksək mərtəbəli binanın birinci mərtəbəsində yerləşən sahəsi 220 kv.m olan qeyri-yaşayış sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, reyestrdən çıxarışın verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. Qərar qanuni qüvvəyə mindikdən sonra icra edilməsi üçün cavabdehə göndərilmiş və qərar İdarə tərəfindən icra olunmuşdur. E.A.Axundov ərizə ilə məhkəməyə müraciət edərək 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxx 2017-ci il tarixli qərarının ləğv edilməsini, həmin iş üzrə onun üçüncü şəxs qismində cəlb edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarından məlumatlı olmamışdır. Bu barədə məlumat aldıqdan dərhal sonra xx xxxxxx 2019-cu il tarixdə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, xx xxxxxx 2019-cu il tarixdə həmin qərarın surətini əldə etmişdir. Onunla “xxxxxxxxxxxxxxx” MTK ilə aralarında bağlanmış xx xxxxxx 2007-ci il tarixli 11 saylı müqaviləyə əsasən “xxxxxxxxxxxxxxx” MTK-nın Bakı şəhəri, Xocalı prospekti 32 ünvanında inşa etdiyi yüksək mərtəbəli binanın A1 blokunun 1-2-3-4-cü mərtəbələrində yerləşən, ümumi sahəsi 860 kv.m olan qeyri-yaşayış sahəsinin dəyərini MTK-ya ödəyərək almışdır. “xxxxxxxxxxxxxxx” MTK həmin müqavilə üzrə qeyd olunan qeyri-yaşayış sahələrinin təhvil verilməsi ilə bağlı üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyinə görə, onun iddia tələbi əsasında Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxxx 2015-ci il tarixli 2(011)- 5834/2015 saylı qətnaməsinə əsasən iddia tələbi təmin edilərək, “xxxxxxxxxxxxxxx” MTK-nın Bakı şəhəri Xocalı prospekti 32 ünvanında inşa etdiyi yüksək mərtəbəli binanın A1 blokunun 1-2-3-4cü mərtəbələrində yerləşən ümumi sahəsi 860 kv.m - o cümlədən 1-ci mərtəbədə ümumi sahəsi 130 kv.m, 2-ci mərtəbədə ümumi sahəsi 130 kv.m, 3-cü mərtəbədə ümumi sahəsi 300 kv.m, 4-cü mərtəbədə ümumi sahəsi 300 kv.m olan qeyri-yaşayış sahəsinə onun sahiblik və istifadə hüququ tanınmış və həmin 860 kv.m qeyri-yaşayış sahəsinin onun sahibliyinə və istifadəsinə verilməsi vəzifəsi “xxxxxxxxxxxxxxx” MTK-ya həvalə edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2016cı il tarixli 2(103)-1496/2016 saylı qətnaməsinə əsasən Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(011)-5834/2015 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(102)-2939/2016 saylı qərarına əsasən Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(103)-1496/2016 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bundan sonra Xətai rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(011)-5834/2015 saylı qətnaməsi icraya yönəldilmiş və qeyd olunan 860 kv.m qeyriyaşayış sahəsi ona təhvil verilmişdir. O, həmin qeyri yaşayış sahəsində zəruri təmir tikinti işləri aparmışdır. Qeyd edir ki, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)4488/2017 saylı xx.xx.2017-ci il tarixli qərarı ilə İddiaçı adına qeydiyyata alınması qərara alınan, “xxxxxxxxxxxxxxx” MTK-nın Bakı şəhəri, Xocalı prospekti 32 ünvanında inşa etdiyi yüksək mərtəbəli binanın A1 blokunun l mərtəbəsində yerləşən 220 kv.m qeyri yaşayış sahəsinin 130 kv.m hissəsi, yuxarıda istinad etdiyi Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(011)-5834/2015 saylı qətnaməsi ilə üzərində sahiblik və istifadə hüququ tanınan və onun sahibliyinə və istifadəsinə verilməsi qət olunan qeyri-yaşayış sahəsi ilə eynidir. Belə ki, 2-1(82)4488/2017 saylı inzibati işin materiallarına iddiaçı tərəfindən təqdim edilməklə əlavə edilmiş qeyri-yaşayış sahəsinin yerləşdiyi, “xxxxxxxxxxxxxxx” MTK tərəfindən Bakı şəhəri Xocalı prospekti 32 ünvanında inşa edilmiş yüksək mərtəbəli binanın A1 blokunun l mərtəbəsinin Bakı şəhəri İcra Hakimiyyətinin memarlıq və şəhərsalma Baş idarəsi ilə xx.xx.2012-ci il tarixdə 18/04-383 nömrə ilə razılaşdırılmış layihəsindən görünür ki, iş üzrə iddiaçının adına DƏDRX-də qeydiyyata alınması və adına çıxarışın verilməsi qərara alınan 220 kv.m qeyri-yaşayış sahəsi Al blokunun 1-4 oxları ilə B-D oxları və 4-5 oxları ilə D-E oxları arasında yerləşir. Qeyd edir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(011)5834/2015 saylı qətnaməsinin icrası ilə bağlı, Xətai rayon İcra və Probasiya şöbəsinin xx xxxxxx 2017-ci il tarixli xx/xx-3173/10 saylı məktubu əsasında Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyindən alınmış xx xxxxx 2017 ci il tarixli rəydən görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(011)5834/2015 saylı qətnaməsinə əsasən “xxxxxxxxxxxxxxx” MTK ilə X4 arasında bağlanmış xx.xx.2007-ci il tarixli 11 saylı müqaviləyə görə ”xxxxxxxxxxxxxxx” MTK tərəfindən X3 təhvil verilməli olan Bakı şəhəri Xocalı prospekti 32 ünvanında inşa olunmuş yüksək mərtəbəli binanın A1 blokunun 1-2-34-cü mərtəbələrində yerləşən ümumi sahəsi 860 kv.m - qeyri yaşayış sahəsinin 1-ci mərtəbədə yerləşən ümumi sahəsi 130 kv.m-dən ibarət hissəsi 1-4 oxları ilə D-L oxları arasında yerləşir. Bir sözlə 2 saylı Bakı İnzibati-İqtisadi məhkəməsi, 2-1(82)-4488/2017 saylı işə baxarkən, ona məlumat vermədən, eyni zamanda maraqlarına toxunan 3-cü şəxs qismində onu cəlb etmədən, artıq qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə onun sahibliyinə və istifadəsinə verilmiş qeyri-yaşayış sahəsinin İddiaçı adına mülkiyyət hüququ ilə qeydiyyata alınmasına dair qərar qəbul etmişdir. Göründüyü kimi işə baxan 2 saylı İnzibati-İqtisadi Məhkəməsi hazırkı qərarı ilə sahibliyində, istifadəsində və potensial mülkiyyətində olan əmlak üzərində hüquqlarını kobud şəkildə pozmuşdur. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2-1(82)4488/2017 nömrəli qərardadı ilə ərizə təmin edilməmişdir. Ərizəçi həmin qərardaddan apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini və ərizənin təmin olunmasını xahiş etmişdir Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2020-ci il 18 mart tarixli 21(103)- 843/2020 nömrəli qərardadı ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmışdır. Ərizəçi həmin qərardaddan kassasiya şikayəti verərək qərardadın ləğv edilməsini və ərizənin təmin olunmasını xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-1556/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarı ilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2020ci il 18 mart tarixli 21(103)-843/2020 nömrəli qərardadı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmiş, şikayət qalan hissədə təmin olunmamışdır. Apelyasiya baxışı zamanı ərizəçinin nümayəndəsi şikayətə uyğun izahat verərək ərizənin təmin olunmasını xahiş etmişdir. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş tərəflər məhkəmə iclasına gəlməmiş və səbəbinin üzürlü olması barədə əvvəlcədən məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan tərəflərin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə kollegiyası ərizəçinin nümayəndəsini dinləyib, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, şikayət təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv olunmalı,X4 iş üzrə üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmalı, iş baxılması üçün Bakı İnzibati Məhkəməsinə qaytarılmalıdır. İş materiallarından görünür ki, ”X10” MTK ilə X5 xx.xx.2007-ci il tarixdə bağlanılmış müqavilədən görünür ki, Bakı şəhəri Xocalı pr 32 ünvanında inşa edilən yüksək mərtəbəli binanın tikintisi başa çatdıqdan sonra binanın A1 blokunda 1-2-3-4-cü mərtəbəsində yerləşən və 1-ci mərtəbənin ümumi sahəsi 130 kv.m, 2-ci mərtəbənin ümumi sahəsi 130 kv.m, 3-cü mərtəbənin ümumi sahəsi 300 kv.m, 4-cü mərtəbənin ümumi sahəsi 300 kv.m təşkil edir.Kooperativ payçıya həmin qeyriyaşayış sahəsinin verilməsini, payçı ilə həmin qeyri-yaşayış sahəsinin tam dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Bundan başqa cavabdeh inzibati orqan tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2017ci il tarixli məktubdan görünür ki, RX Seriyalı, ******* nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 32 ünvanında yerləşən qeyri-yaşayış sahəsi Qəhrəmanov Könül Nadir qızının adına xüsusi mülkiyyət kimi xx.xx.2017-ci il tarixdə qeydə alınmışdır. Ali məhkəmənin qərarında qeyd olunmuşdur ki, Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticənin əsası kimi qeyd etmişdir ki, “İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Auditorlar Palatasının üzvü A.A.Əliyev tərəfindən Bakı şəhəri Xətai rayon İcra və Probasiya şöbəsinə ünvanlanmış 09/1 saylı xx.xx.2018-ci il tarixli rəydən müəyyən olunur ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5834/2015 saylı xx.xx.2015-ci il tarixli qətnaməsi ilə X3 verilməli olan “xxxxxxxxxxxxxxx” MTK tərəfindən Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 32 ünvanında tikilmiş çoxmərtəbəli yaşayış kompleksinin A1 blokunun 1-ci mərtəbəsindəki 130 kv.mdən ibarət qeyri-yaşayış sahəsinin ölçüləri ilə həmin ünvandakı yaşayış kompleksinin, A1 blokunun, birinci mərtəbəsindəki xx.xx.2006cı il tarixli müqavilədə, RX seriyalı ******* saylı ********** qeydiyyat nömrəli, xx.xx.2017-ci il tarixli çıxarışda göstərilən vətəndaş İddiaçı məxsus 220 kv.m-dən ibarət qeyri-yaşayış sahəsinin ölçüləri üst-üstə düşmür.” Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qənaətini İPM-in 12-ci və 58.7-ci maddələrinin tələblərinə uyğun hesab etmir. Belə ki, həmin qənaət iddiaçının irəli sürdüyü tələb üzrə işə baxılması və mahiyyəti üzrə həll edilməsi mərhələsində tədqiq olunmuş sübutlara əsaslanmır. Ərizəçi isə, məhkəmə qərarı üzrə icra icraatına deyil, bilavasitə inzibati məhkəmə icraatına cəlb edilməsini tələb edir. İddia ərizəsində, ona əlavə edilmiş sənədlərdə, habelə iddianı təmin edən məhkəmənin qərarında iddia olunan sahənin yerləşmə vəziyyəti əks olunmamış, müvafiq olaraq həmin məzmunda iddianı təmin edən məhkəmənin qərarında da iddia olunan sahənin yerləşmə vəziyyətini əks etdirən hər hansı mötəbər sübuta istinad olunmamışdır. İddiaya əlavə olunmuş sxem (ümumi layihədən çıxarış) notarial qaydada təsdiq olunsa da, həmin sxemdə iddia olunan sahə sərbəst şəkildə qaralanmış, iddiaçıya satılmış sahənin məhz həmin koordinatlarda yerləşdiyi lazımi qaydada təsdiq olunmamışdır. Apellyasiya instansiyası məhkəməsi qeyd edir ki, “Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5834/2015 saylı xx.xx.2015-ci il tarixli qətnaməsində E.A.Axundova verilməli olan qeyri-yaşayış sahəsinin dəqiq ölçüləri göstərilməmişdir.”. Belə olan halda, apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası Auditorlar Palatasının üzvü A.A.Əliyev tərəfindən Bakı şəhəri Xətai rayon İcra və Probasiya şöbəsinə ünvanlanmış 09/1 saylı xx.xx.2018-ci il tarixli rəyinin - həmin rəy iddianın mahiyyəti üzrə həll edilməsindən sonrakı mərhələyə aid olsa da, bir halda ki, məhkəmə öz qənaətinin əsası kimi ona istinad edir mötəbərliyini qeyd-şərtsiz qəbul etdiyini əsaslandırmalı idi. Belə ki, əgər E.A.Axundova verilməli olan qeyri-yaşayış sahəsinin dəqiq ölçüləri göstərilmədiyi halda, mübahisəli və iddia olunan sahələrin üstüstə düşmədiyini söyləmək mümkündürsə, deməli, eyni mövqedən çıxış edərək onların üst-üstə düşdüklərini də iddia etmək olar. Apellyasiya instansiyası məhkəməsi işin yuxarıda qeyd edilən hallarını, o cümlədən, apellyasiya şikayətinin dəlillərini İPM-in 12-ci və 58.7ci maddələrinin tələblərinə uyğun yoxlamaqla nəzərdən keçirməli idi. Həmin normaların tələbləri apellyasiya instansiyası məhkəməsi tərəfindən təmin olunmadığından apellyasiya instansiyası məhkəməsinin qərardadı ləğv edilməli, iş təkrar baxılması və istinad edilən normaların tələblərinin təmin olunması üçün həmin məhkəməyə göndərilməlidir. İnzibati prosessual məcəllənin 96.11-ci maddəsinə əsasən mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxx 2017-ci il tarixli Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28-ci maddəsinin şərh edilməsinə dair qərarında göstərilmişdir:

1. İnzibati məhkəmə icraatına cəlb olunmamış, qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə maraqlarına toxunan şəxsin Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsindən və “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsindən irəli gələn məhkəməyə müraciət etmək hüququnun tənzimlənməsi Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə edilsin.

2. Məsələ qanunvericilik qaydasında həll edilənədək Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsində və “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsində nəzərdə tutulan məhkəməyə müraciət etmək hüququnun təmin edilməsi məqsədilə inzibati məhkəmə icraatına cəlb olunmamış, qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə maraqlarına toxunan şəxs, hüquqları və qanunla qorunan maraqları əhəmiyyətli dərəcədə pozulduğu hallarda inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilə bilər. Belə cəlbetmə bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelər nəzərə alınmaqla, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28.1-ci maddəsinə uyğun həll edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28.1-ci maddəsinə görə iş üzrə məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər və ya iş yuxarı instansiya məhkəməsinin icraatında olduğu müddətdə, məhkəmə qərarının digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq öz təşəbbüsü ilə və ya həmin şəxslərin vəsatəti əsasında onları üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edə bilər. Baxılan iş üzrə qəbul olunan qərar ərizəçinin hüquqlarına və qanunla qorunan maraqlarına toxunur. Buna görə də kollegiya hesab edir ki, şikayət təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv olunmalı, X4 iş üzrə üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmalı, iş baxılması üçün Bakı İnzibati Məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəllənin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası,

q ə r a r a a l d ı: X1 tərəfindən verilmiş şikayət təmin edilsin. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(82)-4488/2017 qərardadı ləğv olunsun. X4 iş üzrə üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunsun. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2-1(82)-4488/2017 qərarı ləğv olunsun. İddiaçı cavabdeh AR ƏMDK yanında DƏDRX-in 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxs: X4) “çıxarışın verilməsi ” tələbinə dair iş baxılması üçün həmin məhkəməyə göndərilsin.

Sədrlik edən: Valeh Ağayev Hakimlər: Afaq Nuriyeva Aida Hüseyn

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar