Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1912/2021 12.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Hüseynov Azər Soltanhəmid oğlunun sədrliyi və məruzəsilə, Bəktaşi Səadət İnayət qızı və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, İsmayılzadə Rəhim Fərman oğlunun katibliyi, İddiaçının nümayəndəsi, vəkil X1, Cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı "xxxx" MMC-nin cavabdeh AR İN yanında DVX Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 29.04.2021-ci il tarixli, 2-1(112)-3482/2021 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında apellyasiya qaydasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı “R.N.X5 Biznes” MMC cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 29 dekabr 2020ci il tarixli **********143346 saylı qərarının ləğv edilməsinə dair qərar qəbul olunmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 29.04.2021-ci il tarixli, 2-1(112)-3482/2021 saylı qərarı ilə iddia tələbi təmin edilmişdir. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 29.04.2021-ci il tarixli, 2-1(112)-3482/2021 saylı qərarının ləğv edilməsi, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” 19.08.2020-ci il tarixli **********139183 nömrəli qərarına əsasən “RN. X5 Biznes” MMC-də (VÖEN: **********) növbədənkənar səyyar vergi yoxlaması təyin edilmişdir (yoxlanılan dövr: 01.07.2017-30.06.2020). Səyyar vergi yoxlamasının nəticəsi üzrə 17.11.2020-ci il tarixli **********139402 nömrəli akt tərtib olunmuşdur. “R.N. X5 Biznes” MMC yoxlanılan dövr ərzində faktiki olaraq mühasibat uçotu və audit sahəsində fəaliyyət, vergilər üzrə məsləhətlər fəaliyyəti ilə məşğul olmuşdur. Vergi orqanı tərəfindən çıxarılmış “Operativ vergi nəzarətinin keçirilməsi barədə” 06.12.2019-cu il tarixli **********3669 nömrəli qərar ilə “X8 X10” MMC-də (hal-hazırki "xxxx" MMC) (VÖEN: **********) keçirilən operativ vergi nəzarəti zamanı, cəmiyyətdən götürülmüş 11.6 GB həcmində (qara mühasibatlıq) “elektron cədvəllərdə” qeyd olunmuş fayllar araşdırılarkən “R.N. X5 Biznes” MMC-yə məxsus pul vəsaitlərinin mədaxilini və məxaricini əks etdirən məlumatlar aşkar edilmişdir. Aşkar edilmiş cədvəllərə əsasən 01.08.201831.07.2019 dövr üzrə vergi tutulan əməliyyatların həcminin 217.510 manat olduğu müəyyən edilmiş və bu hal üzrə Vergi Məcəlləsinin 155.1 və 157.3.1-ci maddələrinə əsasən sahibkarlıq fəaliyyəti göstərən və ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) vergi tutulan əməliyyatların həcmindən, yəni 200.000 manatdan artıq olduğuna görə cəmiyyət növbəti ayın 1-dən (01.08.2019-cu il tarixdən) məcburi ƏDV qeydiyyatına alınmışdır. Yoxlama ilə vergi ödəyicisinin gəlirlərinin, 01.08.2019-cu il tarixdən 31.12.2019cu il tarixədək olan dövr üzrə cəmiyyətdən götürülmüş “elektron cədvəllərdə” qeyd olunmuş 88.614.41 manat (104 565.0:1,18) və cəmiyyət tərəfindən təqdim edilmiş 3.600 manat dəyərində e-qaimə fakturalar olmaqla ümumilikdə 92.214.41 manat olması, vergi ödəyicisinin xərclərinin isə vergi ödəyicisində keçirilən operativ vergi nəzarəti zamanı cəmiyyətdən götürülmüş “elektron cədvəllərdə” qeyd olunmuş avqust 2019-cu il - noyabr 2019-cu il dövr üzrə işçilərə hesablanmış əmək haqqı məbləğləri, dekabr 2019-cu il üzrə cəmiyyətin özünün bəyan etdiyi əmək haqqı əsas götürülməklə ümumilikdə 22.891,69 manat, həmin əmək haqqlarına görə sosial sığorta ayırmalarının isə 4.374,21 manat, bank xidməti üzrə xərclərin 540,89 manat, sığorta fəaliyyəti üzrə sair xərclərinin 90.10 manat, digər xərclərinin isə 590,58 manat, ümumilikdə 28.487,47 manat olması müəyyən edilmişdir. Belə ki, yoxlama ilə gəlirlərin 92.214,41 manat, gəlirin əldə edilməsi ilə bağlı xərclərin 28.487,47 manat, vergiyə cəlb olunan gəlirinin 63.726.94 manat, mənfəətdən verginin isə 12.745,39 manat olması müəyyən edilmişdir. Yoxlama ilə, 2019-cu il üzrə 12.740,40 manat (12.745,39 - 4.99) mənfəət vergisi hesablanmış, Vergi Məcəlləsinin 58.1ci maddəsinə əsasən yayındırılmış 12.740,40 manat vəsaitin 50 %-miqdarında yəni 6.370,20 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Yoxlanılan dövrdə müəssisənin sadələşdirilmiş vergi üzrə mükəlləfiyyəti olmuş, cəmiyyət tərəfindən 01.01.2019 - 30.09.2019 vergi dövrü üzrə hasilatdan 2.500 manat dövriyyə göstərilmiş və 2% vergi dərəcəsi ilə 50 manat sadələşdirilmiş vergi hesablanmış və hesablanmış vergi məbləği dövlət büdcəsinə ödənilmişdir. Vergi orqanı tərəfindən 06.12.2019-cu il tarixli **********3669 nömrəli qərar ilə keçirilən operativ vergi nəzarəti zamanı götürülmüş 11.6 GB həcmində (qara mühasibatlıq) elektron cədvəllərə əsasən 01.07.2018-31.07.2019 dövr üzrə müəyyən edilmiş vergi tutulan əməliyyatların həcminin 220.725 manat olduğu müəyyən edilmişdir. Vergi ödəyicisi tərəfindən sadələşdirilmiş vergi üzrə 2018-ci ilin 3-cü və 4-cü rüblərinin bəyannamələri vergi orqanına təqdim edilməmişdir. Qeyd olunan 220.725 manat vəsaitdən Vergi Məcəlləsinin 218-ci maddəsinə uyğun olaraq vergi ödəyicisinə sadələşdirilmiş vergi hesablamışdır. Belə ki, 2018-ci il üzrə (iyul-dekabr aylarında) 3.256,12 manat, 2019-cu il üzrə (yanvar-iyul ayılarında) 2.736,44 manat olmaqla, ümümilikdə 5.992,56 manat sadələşdirilmiş vergi hesablanmış, Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən yayındırılmış 5.992,56 manatın 50%-i miqdarında yəni 2.996,28 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Vergi orqanı tərəfindən 06.12.2019-cu il tarixli **********3669 nömrəli qərar ilə keçirilən operativ vergi nəzarəti zamanı götürülmüş 11.6 GB həcmində (qara mühasibatlıq) cədvəllərə əsasən 01.08.2018 - 31.07.2019 dövr üzrə müəyyən edilmiş vergi tutulan əməliyyatların həcminin 217.510 manat olduğu müəyyən edilmişdir. Vergi Məcəlləsinin 155.1 və 157.3.-ci maddələrinə əsasən sahibkarlıq fəaliyyəti göstərən və ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) vergi tutulan əməliyyatların həcmindən, yəni 200.000 manatdan artıq olduğuna görə cəmiyyət növbəti ayın 1-dən (01.08.2019-cu il tarixdən) məcburi ƏDV qeydiyyatına alınmışdır. Bununla əlaqədar olaraq vergi ödəyicisinə qeydiyyatsız olaraq 2019-cu ilin avqust-noyabr aylarının ƏDV bəyannamələri üzrə yayındırılmış 88.614,41 manat (ƏDV-siz) satış dövriyyəsindən (104.565,0 : 1,18) Vergi Məcəlləsinin 159.1 və 161.1-ci maddələrinə uyğun olaraq 15.950,60 manat (88.614,41 x 18 %) ƏDV hesablanmış, həmçinin cəmiyyət tərəfindən təqdim edilmiş e-qaimə fakturalar əsasında daxil olan pul vəsaitləri də (2019-cu il üzrə 648 manat, 2020-ci il üzrə 7.239,60 manat ƏDV məbləği) ƏDV-yə cəlb edilmişdir. Ümumilikdə ƏDV üzrə 23.838,20 manat ƏDV məbləği hesablanmış, Vergi Məcəlləsinin 58.4-cü maddəsinə əsasən yayındırılmış 23.838,20 manatın 50%-i miqdarında, yəni 11.919,10 manat maliyyə sanksiyası tətbiq edilmişdir. 06.12.2019-cu il tarixli **********3669 nömrəli qərar ilə keçirilən operativ vergi nəzarəti zamanı götürülmüş 11.6 GB həcmində (qara mühasibatlıq) “elektron cədvəllərdə” qeyd olunmuş işçilərə hesablanmış əmək haqqı məbləğlərini özündə əks etdirən hesabatlara əsasən, 16 işçiyə maaşların kart və əlbəəl verilməsini özündə əks etdirən rəqəmlər əsas götürülmüş, oktyabr 2018-ci il - noyabr 2019-cu il dövrü üzrə əmək haqqı məbləğinin cəmiyyət üzrə ümumilikdə 39.247,14 manat olduğu, bu məbləğdən işçilərə kartla ödənilən əmək haqqı məbləğinin 6.117,61 manat və əlbəəl verilən əmək haqqı məbləğinin 33.129,53 manat (39.247,14 – 6.117,61) təşkil etdiyi müəyyən edilmişdir. Aparılan yoxlama ilə 2018-ci ilin oktyabr, noyabr, dekabr ayları üzrə Vergi Məcəlləsinin 101.1-ci maddəsinə uyğun olaraq muzdlu işdən gəlir vergisi hesablanmışdır. Qeyd edilənlərə əsasən yoxlanılan dövr ərzində 200,90 manat məbləğ hesablanmış, Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən yayındırılmış 200,90 manatın 50%-i miqdarında yəni 100,45 manat maliyyə sanksiyası tətbiq edilmişdir. 06.12.2019-cu il tarixli **********3669 nömrəli qərar ilə keçirilən operativ vergi nəzarəti zamanı götürülmüş 11.6 GB həcmində (qara mühasibatlıq) “elektron cədvəllərdə” qeyd olunmuş işçilərə hesablanmış əmək haqqı məbləğlərini özündə əks etdirən hesabatlara əsasən, 16 işçiyə maaşların kart və əlbəəl verilməsini özündə əks etdirən rəqəmlər əsas götürülmüş, oktyabr 2018-ci il-noyabr 2019cu il dövrü üzrə əmək haqqı məbləğinin cəmiyyət üzrə ümumilikdə 39.247,14 manat olduğu, bu məbləğdən işçilərə kartla ödənilən əmək haqqı məbləğinin 6.117,61 manat və əlbəəl verilən əmək haqqı məbləğinin 33.129,53 manat (39.247,14 – 6.117,61) təşkil etdiyi müəyyən edilmişdir. Aparılan yoxlama ilə məcburi dövlət sosial sığorta haqqı üzrə 8.613,67 manat vəsait hesablanmış, Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən yayındırılmış 8.613,67 manatın 50%-i miqdarında yəni 4.306,84 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Belə ki, yoxlamada vergilərin hesablanması üçün istifadə olunmuş, Vergilər Nazirliyinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş idarəsinin (hazırkı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş idarəsi) əməkdaşları tərəfindən götürülmüş aparılmış əməliyyatları əks etdirən “qara mühasibatlıq” sənədlərində (elektron faylarda) cəmiyyətin yoxlanılan dövrdə real dövriyyəsinin ilkin mühasibat sənədlərində əks etdirilmiş analoji göstəricilərindən dəfələrlə artıq olduğu müəyyən edilmişdir. İddiaçı isə öz iddiasını onunla əsaslandırmışdır ki, cavabdeh əsassız və həqiqəti əks etdirməyən elektron sənədlərə aid sübutlara istinad edərək iddiaçıya əlavə vergiyə cəlb edilən dövriyyə müəyyən etmişdir. İddiaçı iddia ərizəsində ikili mühasibatlıq aparmasının səbəblərini əsaslandıra bilməmiş, sadəcə əldə edilmiş qara mühasibatlıq sənədlərinin “R.N. X5 Biznes” MMC-yə aidiyyəti olmadığını qeyd etməklə məsuliyyətdən yayınmağa çalışmışdır. Eyni zamanda qeyd olunmuşdur ki, “X8 X11” MMC-də (hal-hazırki "xxxx" MMC) (VÖEN: **********) keçirilən operativ vergi nəzarəti zamanı, cəmiyyətdən götürülmüş 11.6 GB həcmində (qara mühasibatlıq) “elektron cədvəllərdə” qeyd olunmuş faylların "RN. X5 Biznes" MMC-yə aid olması bu cəmiyyətlərin eyni bir şəxsə bağlı olması ilə əlaqədar mənbəyi bəlli olan məlumat kimi dəyərləndirilə bilər. Məlum olduğu kimi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq Qərarı ilə Koronovirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejimi çərçivəsində ölkədə hərəkət məhdudiyyətinin müəyyən edildiyini nəzərə alaraq “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 51-ci maddəsinin tələblərini pozmadan vergi yoxlaması aktına, vergi qanunvericiliyinin pozulması hallarına, onların aradan qaldırılması və müvafiq sanksiyaların tətbiq edilməsi məsələsinə baxılmışdır. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə uyğun izahat verərək şikayətin təmin olunmasını, Bakı İnzibati Məhkəməsinin 29.04.2021ci il tarixli, 2-1(112)-3482/2021 saylı qərarının ləğv olunmasını, iddianın təmin olunmamasına dair qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi iş materiallarına uyöun izahat verərək şikayətin təmin olunmamasını, Bakı İnzibati Məhkəməsinin 29.04.2021-ci il tarixli, 2-1(112)-3482/2021 saylı qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası tərəflərini izahatlarını dinləyib, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İlk növbədə qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün kollegiya birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. İş materiallarında olan: - İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” 19.08.2020-ci il tarixli **********139183 nömrəli qərarına əsasən “RN. X5 Biznes” MMCdə (VÖEN: **********) növbədənkənar səyyar vergi yoxlaması təyin edilmiş (yoxlanılan dövr: 01.07.2017 - 30.06.2020). Səyyar vergi yoxlamasının nəticəsi üzrə 17.11.2020-ci il tarixli **********139402 nömrəli akt tərtib olunmuşdur. -İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında” **********139348 saylı 21.08.2020-ci il tarixli tələbnamədən görünür ki, “R.N. X5 Biznes” MMC-dən (VÖEN **********) səyyar (kameral) vergi yoxlamasının aparılması üçün Azərbaycan Respublikası Vergi Məcəlləsinin 23-cü, 36-cı, 37-ci və 42-ci maddələrini əsas tutaraq, aşağıdakı zəruri sənədlərin təqdim edilməsi tələb edilmişdir: “1. Yoxlamanın predmetinə aid olan 01.01.2017-ci il tarixdən 30.06.2020-ci il tarixədək olan dövr üzrə aşağıdakı sənədlərin imzalanmış və möhürlənmiş kağız daşıyıcıda və ya gücləndirilmiş elektron imza ilə təsdiq edilmiş elektron surəti, vergi ödəyicisinin dövlət qeydiyyatı və uçot, habelə təşkilatı-struktur dəyişiklikləri barədə məlumat və sənədlər, vergi ödəyicisinin İT sistemi ilə əlaqədar sorğu üzrə cavablar, vergi ödəyicisinin sahibkarlıq fəaliyyəti ilə əlaqədar sorğu üzrə cavablar, yoxlama ilə əhatə edilən dövr üzrə elektron formatda bank hesablarının hərəkəti, yoxlama ilə əhatə edilən dövr üzrə elektron formatda nağd dövriyyələrin hərəkəti, yoxlama ilə əhatə edilən dövrlər üzrə dövriyyə qalıq cədvəli, vergi ödəyicisinə aid olduğu şirkətlər qrupunun təşkilati strukturu, iştirak payı göstərilməklə Azərbaycan Respublikasının hüdudlarından kənarda yerləşən hər-hansı törəmə müəssisə(lər) barədə məlumat, ipoteka predmeti olan bütün aktivlərin mülkiyyət sənədlərinin surəti, Vergi Məcəlləsinin 18-ci maddəsinə əsasən vergi ödəyicisi ilə qarşılıqlı surətdə asılı şəxs hesab olunan bütün şəxslərin siyahısı, vergi ödəyicisinin ən son nizamnamə və ya əsasnaməsinin surəti, yoxlama ilə əhatə edilən dövrlər üzrə hüquqi şəxs vergi ödəyicisinin təsisçilərində olan bütün dəyişikliklər, ünvanı və təyinatı göstərilməklə vergi ödəyicisinin faktiki istifadəsində olan təsərrüfat obyektlərinin (subyektləri) siyahısı, dəyəri 10.000 min manatdan yuxarı olan bütün borc və kredit müqavilələri, dəyəri 2.000 min manatdan yuxarı olan bütün sığorta polisləri, qeydiyyatda olan bütün NKA üzrə Zhesabatları. 2. Aşağıdakı sənədlərin elektron surəti yoxlanılan dövrlər üzrə bütün gəlir və xərc hesablarının hərəkəti (excel faylda): yoxlama ilə əhatə edilən hər bir il üzrə dövriyyə qalıq cədvəli (excel faylda), yoxlama ilə əhatə edilən dövr üzrə elektron formatda yerli və xarici bank hesablarının hərəkəti (excel faylda), yoxlama dövrünü əhatə edən bütün dövrlər üzrə aylıq, rüblük və illik bəyannamələrin hesablama faylları (rəqəmlərin götürüldüyü uçot hesablan göstərilməklə), siyahısı əlavə edilmiş müştəri və podratçılarla olan əməliyyatların xarakteri barədə məlumat, onlarla bağlanmış müqavilələr və onların bütün əlavələrinin surəti, yoxlama ilə əhatə edilən dövrlər üzrə aktivlərin ilkin dəyərini, ilin əvvəlinə olan qalıq dəyərini, alınmış və satılmış aktivləri, il ərzində əsas vəsaitə əlavə edilmiş təmir xərclərini, il ərzində vergi məqsədləri üçün tətbiq edilmiş amortizasiya dərəcələrini, ilin sonunda amortizasiya məbləğlərini və qalıq dəyərlərini göstərməklə əsas vəsait/qeyri-maddi aktivlərin reyestri (excel faylda), yoxlanılan dövrlər üzrə icarədə olan əsas vəsaitərin siyahısı, yoxlama ilə əhatə edilən dövrdə bağlanmış və ya həmin dövrü əhatə edən qeyrirezidentlərlə bağlanmış müqavilələr (PDF faylda), yoxlanılan dövrlər üzrə işçilərin əldə etdiyi bütün mükafatlar, faydalar və ŞGV-ni və SSH-ni göstərməklə əmək haqqı cədvəlləri (aylıq əsasda excel faylda). Sənədlər 15 iş günü müddətində (Vergi Məcəlləsinin 36.3 maddəsində nəzərdə tutulan halda 10 iş günü müddətində), yəni 10.09.2020-ci tarixə kimi vergi orqanın yoxlamanı keçirən vəzifəli şəxslərinə və ya vergi orqanın İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə (AZ 1029, Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti, 115 ünvanında) təqdim olunmalıdır. Səyyar vergi yoxlamasının keçirilməsi zamanı sənədlərin müəyyən edilmiş müddətlərdə təqdim edilməməsinə və ya bilərəkdən təhrif olunmaqla təqdim edilməsinə görə Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 57.3-cii maddəsinə uyğun olaraq məsuliyyət daşıyırsız və Azərbaycan Respublikası Vergi Məcəlləsinin 43-cü maddəsinə uyğun olaraq sənədlər götürüləcəkdir”. -İddiaçı onlayn kargüzarlıq vasitəsi ilə 27 noyabr 2020-ci il tarixli **********468900 saylı məktubla cavabdehə müraciət edərək bildirmişdir ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 19.08.2020-ci il tarixli, **********139183 nömrəli “Səyyar vergi yoxlaması keçirilməsi haqqında” qərarına əsasən iyul 2017- iyun 2020-ci il dövr üzrə 20.08.2020 - 30.09.2020-ci il tarix müddətində müəssisədə yoxlama təyin edilmişdir. Növbədənkənar səyyar vergi yoxlamasının başa çatmasına baxmayaraq bugünə qədər səyyar vergi yoxlaması aktı müəssisəyə təqdim edilməmişdir. Səyyar vergi yoxlamasının nəticəsi barədə aktın və digər sənədlərin, həmçinin səyyar vergi yoxlaması keçirilməsi üçün istifadə olunmuş sənəd və nümunə kimi əşyaların müəssisənin nümayəndəsinə təqdim edilməsinə göstəriş verilməsini xahiş etmişdir. - İddiaçı 28 noyabr 2020-ci il tarixində **********638200 saylı məktubla təkrar olaraq cavabdehə müraciət edərək bildirmişdir ki, səyyar vergi yoxlaması aktı 27.11.2020-ci il tarixində saat 17:45-də müəssisəyə təqdim edilmişdir. Səyyar vergi yoxlaması aktında yoxlamanın başlama tarixi 20.08.2020-ci il, bitmə tarixi 12.11.2020-ci il, aktın tarixi 17.11.2020-ci il göstərilmişdir. Vergi Məcəlləsinin 39.4.-cü maddəsində vergi yoxlaması aktının bir nüsxəsi vergi ödəyicisinə (onun səlahiyyətli nümayəndəsinə) verilmə tarixini təsdiq edən üsulla aktın tərtib edildiyi tarixdən sonra 5 gündən gec olmayaraq verilir və ya göndərilir. Buradan da görünür ki, səyyar vergi yoxlaması aktı qanunvericiliyin tələbləri pozularaq təqdim edilib. Bundan əlavə olaraq yoxlama aktında 06.12.2019-cu il tarixli **********3669 nömrəli qərarla müəssisədə operativ vergi nəzarəti keçirildiyi göstərilmişdir. Müəssisədə 06.12.2019-cu tarixli **********3669 nömrəli qərarla operativ vergi nəzarəti keçirilməmişdir. Bu barədə izahat verilməsini, bu operativ yoxlamanın “R.N. X5 Biznes” MMC-də kimlərin iştirakı ilə və hansı obyektdə keçirilməsini izah edilməsini, müvafiq sübutların təqdim edilməsinin təmin edilməsini xahiş etmişdir. Çünki “R.N. X5 Biznes” MMC-nin hər-hansı obyekti yoxdur. Xidmət keçirilməsi barədə yoxlayıcıya izahat da təqdim edilmişdir. Müəssisəyə MDSS üzrə müəyyən hesablamalar aparılmışdır ki, bununla əlaqədar müəssisədə aparılan yoxlama zamanı heç bir dəlil və sübut təqdim edilməmişdir. Həmçinin, Vergi Məcəlləsinə 29 noyabr 2019-cu il tarixli İ704-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişiklik əsasında MDSS üzrə hər-hansı yoxlama keçirilməsi, yenidən hesablama və sair tədbirlər görülməsi 01.01.2020-ci il tarixdən nəzərdə tutulmuşdur. Yuxarıda göstərilən qanun pozuntularının icraçı şəxsləri barədə intizam tənbehinin verilməsini və qanunsuz olaraq tərtib edilmiş aktın ləğv edilməsini, məsuliyyətdən imtina barədə qərar çıxarılmasını xahiş etmişdir. - Cavabdeh vergi orqanı həmin müraciətlərə cavab olaraq 03 dekabr 2020-ci il tarixli **********177300 saylı məktubla bildirmişdir ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında“ 19.08.2020-ci il tarixli **********139183 nömrəli qərarına əsasən “R.N. X5 Biznes” MMC-nin fəaliyyəti üzrə vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə 01.07.2017-ci il tarixdən 30.06.2020-ci il tarixədək olan dövr əhatə edilməklə növbədənkənar səyyar vergi yoxlaması keçirilmiş və nəticəsi 17.11.2020-ci il tarixli **********139402 nömrəli aktla rəsmiləşdirilmişdir. -Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X6 üzrə Baş İdarəsinin 03.12.2020-ci il tarixli iddiaçıya ünvanlanmış məktubundan görünür ki, “R.N.X5 Biznes” MMC-nin ƏDV məqsədləri üçün vergi orqanında qeydiyyatda olması barədə məlumat aşkar edilməmişdir. -İddiaçı 06 dekabr 2020-ci il tarixli **********089400 saylı və **********399400 saylı məktublarla cavabdehə müraciət edərək bildirilmişdir ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 19.08.2020-ci il taixli **********139183 nömrəli “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” qərarına əsasən "xxxx" MMC-də X2 tərəfindən səyyar vergi yoxlaması keçirilmiş və 17.11.2020-ci il tarixli akt tərtib edilmişdir. -Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 17.11.2020-ci il tarixli **********139402 saylı aktından görünür ki, aparılan səyyar vergi yoxlaması nəticəsində 01.07.2017-ci il tarixdən 30.06.2020-ci il tarixədək olan dövr əhatə edilməklə vergi ödəyicisinə yayınma oldugundan vergilərin hesablanması və maliyyə sanksiyasının tətbiq edilməsi təklif olunmuşdur. -İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin iddiaçının 06.12.2020-ci il tarixli müraciətinə cavab olaraq göndərdiyi məktubla bildirilmişdir ki, “İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” 19.08.2020-ci il tarixli **********139183 nömrəli qərarına əsasən “R.N. X5 Biznes” MMC-nin fəaliyyəti üzrə vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə 01.07.2017-ci il tarixdən 30.06.2020-ci il tarixədək olan dövr əhatə edilməklə növbədənkənar səyyar vergi yoxlaması keçirilmiş və nəticəsi 17.11.2020-ci il tarixli **********139402 nömrəli aktla rəsmiləşdirilmişdir. Yoxlama aktını imzalamamaq və ya etirazınızı, öz yazılı izahatınızı təsdiq edən sənədlərlə birlikdə yoxlamanı həyata keçirən vergi orqanına təqdim edə bilərsiniz. Həmçinin, müraciətiniz əsasında vergi orqanı tərəfindən çıxarılmış “Operativ vergi nəzarətinin keçirilməsi barədə” 06.12.2019-cu il tarixli **********3669 nömrəli Qərarı ilə keçirilən operativ vergi nəzarəti zamanı cəmiyyətdən götürülmüş 11.6 GB həcmində elektron fayllardan, Səyyar vergi yoxlama zamanı vergilərin və icbari ödənişlərin hesablanmasında istifadə edilmiş “noyabr əh 2019 2 müdür düzəldən“ və “Kassasiya şik İyul...son ƏSAS 22.10.2019” adlı fayllar Sizə təqdim olunur”. -İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X6 üzrə Baş İdarəsinin iddiaçının müraciətlərinə cavab olaraq 09 dekabr 2020-ci il tarixli **********209100 saylı məktubla bildirmişdir ki, “Araşdırma zamanı məlum olmuşdur ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” 19.08.2020-ci il tarixli **********139183 nömrəli qərarına əsasən “R.N. X5 Biznes” MMC-nin fəaliyyəti üzrə vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə 01.07.2017-ci il tarixdən 01.07.2020-ci il tarixədək olan dövr əhatə edilməklə növbədənkənar səyyar vergi yoxlaması keçirilmiş və nəticəsi 17.11.2020-ci il tarixli **********139402 nömrəli aktla rəsmiləşdirilmişdir”. -Cavabdehə göndərilmiş 13 dekabr 2020-ci il **********279700 saylı müraciətində iddiaçı bildirmişdir ki, “Məktubunuzda qeyd edilənlər və qoşma cədvəllərlə tanış oldum. Bu cədvəllərin “R.N X5 Biznes” MMC-yə məxsusluğunu necə izah edə bilərsiniz? Siz buradakı rəqəmləri müəssisəmə hansı üsulla aid etməyiniz barədə izahat verməyinizi, həmçinin, müəssisəmdə hər hansı operativ nəzarət qaydasında yoxlama keçirilmədiyini nəzərinizə çatdırmaq istərdim. AVİS altsistemində göstərilən qərarın başqa müəssisəyə aid olduğu müəyyən edilmişdir. Məktubda qeyd edilən operativ nəzarət yoxlaması qərarının mənim müəssisəmə aid edilməsinin hüquqi əsaslarının göstərilməsini xahiş edirəm“. -İddiaçı 19 dekabr 2020-ci il **********155700 saylı cavabdehə müraciətində “R.N. X5 Biznes” MMC-də (VÖEN: **********) keçirilmiş səyyar vergi yoxlaması ilə əlaqədar əsaslandığı 2 fayl məlumatı ilə əlaqədar onu bildirmişdir ki, vergi orqanı tərəfindən müəssisədə “Operativ vergi nəzarətinin keçirilməsi barədə” 06.12.2019-cu il tarixli **********3669 nömrəli qərar çıxarılmamış, operativ vergi nəzarəti keçirilməmiş, cəmiyyətdən hər hansı sənəd və məlumat götürülməmişdir. 11.6 GB həcmində elektron, “noyabr əh 2019 2 müdür düzəldən“ və “Kassasiya şik İyul...son ƏSAS 22.10.2019” adlı fayllar müəssisəyə aid olmadığından səyyar vergi yoxlama zamanı vergilərin və icbari ödənişlərin hesablanmasında istifadə edilə bilməz. -İddiaçı tərəfindən cavabdehə göndərilən 20 dekabr 2020-ci il **********253200 saylı məktuba əsasən “R.N.X5 Biznes” MMC-də (VÖEN: **********) keçirilmiş səyyar vergi yoxlaması ilə əlaqədar əsaslandığı 2 fayl məlumatı ilə əlaqədar onu bildirmişdir ki, vergi orqanı tərəfindən müəssisədə “Operativ vergi nəzarətinin keçirilməsi barədə” göstərdiyi 06.12.2019-cu il tarixli **********3669 nömrəli qərarın, “Müəssisədən sənədlərin və nümunə kimi əşyaların götürülməsi barədə” qərarın və 11.6 GB həcmində elektron fayllarin götürülməsi barədə protokolun təsdiq edilmiş nüsxəsinin təqdim edilməsini xahiş etmişdir. -İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X6 üzrə Baş İdarəsinin iddiaçının 19.12.2020-ci il, 20.12.2020-ci il, 23.12.2020-ci il, 25.12.2020-ci il müraciətlərinə cavab olaraq bildirilmişdir ki, müraciətlərə baxılır və nəticəsi barədə məlumat veriləcəkdir. -Vergilər Nazirliyinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin 06.12.2019-cu il tarixli **********3669 saylı “Operativ vergi nəzarətinin həyata keçirilməsi” haqqında qərarından görünür ki, “X8 X10” MMC-də (hal-hazırki "xxxx" MMC) (VÖEN: **********) keçirilən operativ vergi nəzarəti zamanı, cəmiyyətdən götürülmüş 11.6 GB həcmində “elektron cədvəllərə” əsasən vergi ödəyicisinin gəlirlərinin, 01.08.2019-cu il tarixdən 31.12.2019-cu il tarixədək olan dövr üzrə 88.614.41 manat (104.565,0 : 1,18) və cəmiyyət tərəfindən təqdim edilmiş 3.600 manat dəyərində e-qaimə fakturalar olmaqla ümumilikdə 92.214,41 manat olması, vergi ödəyicisinin xərclərinin isə işçilərə hesablanmış əmək haqqı məbləğləri, dekabr 2019-cu il üzrə cəmiyyətin özünün bəyan etdiyi əmək haqqı əsas götürülməklə ümumilikdə 22.891,69 manat, həmin əmək haqqlarına görə sosial sığorta ayırmalarının isə 4.374,21 manat, bank xidməti üzrə xərclərin 540,89 manat, sığorta fəaliyyəti üzrə sair xərclərinin 90,10 manat, digər xərclərinin isə 590,58 manat, ümumilikdə 28.487,47 manat olması müəyyən edilmişdir. Yoxlama ilə, 2019-cu il üzrə 12.740,40 manat (12.745,39 - 4.99) mənfəət vergisi hesablanmış, Vergi Məcəlləsinin 58.1ci maddəsinə əsasən yayındırılmış 12.740,40 manat vəsaitin 50 %-i miqdarında 6.370,20 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Yoxlanılan dövrdə müəssisənin hasilatdan 2.500 manat dövriyyəsi göstərilmiş və 2% vergi dərəcəsi ilə 50 manat sadələşdirilmiş vergi hesablanmışdır. Elektron cədvəllərə əsasən 01.07.2018 - 31.07.2019 dövr üzrə müəyyən edilmiş vergi tutulan əməliyyatların həcminin 220.725 manat olduğu müəyyən edilərək Vergi Məcəlləsinin 218-ci maddəsinə uyğun olaraq vergi ödəyicisinə ümümilikdə 5.992,56 manat sadələşdirilmiş vergi hesablanmış, Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən yayındırılmış 5.992,56 manatın 50%-i miqdarında 2.996,28 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Cədvəllərə əsasən 01.08.2018 - 31.07.2019 dövr üzrə müəyyən edilmiş vergi tutulan əməliyyatların həcminin 217.510 manat olduğu müəyyən edilərək Vergi Məcəlləsinin 155.1 və 157.3.1-ci maddələrinə əsasən cəmiyyət növbəti ayın 1-dən (01.08.2019-cu il tarixdən) məcburi ƏDV qeydiyyatına alınmışdır. Bununla əlaqədar olaraq vergi ödəyicisinə qeydiyyatsız olaraq 2019-cu ilin avqust-noyabr aylarının ƏDV bəyannamələri üzrə yayındırılmış 88.614,41 manat (ƏDV-siz) satış dövriyyəsindən (104.565,0 : 1,18) Vergi Məcəlləsinin 159.1 və 161.1-ci maddələrinə uyğun olaraq 15.950,60 manat (88.614,41 x 18%) ƏDV hesablanmış, həmçinin cəmiyyət tərəfindən təqdim edilmiş e-qaimə fakturalar əsasında daxil olan pul vəsaitləri də (2019-cu il üzrə 648 manat, 2020-ci il üzrə 7.239,60 manat ƏDV məbləği) ƏDV-yə cəlb edilmişdir. Ümumilikdə ƏDV üzrə 23.838,20 manat ƏDV məbləği hesablanmış, Vergi Məcəlləsinin 58.4-cü maddəsinə əsasən yayındırılmış 23.838,20 manatın 50%-i miqdarında 11.919,10 manat maliyyə sanksiyası tətbiq edilmişdir. “Elektron cədvəllərdə” qeyd olunmuş işçilərə hesablanmış əmək haqqı məbləğlərini özündə əks etdirən hesabatlara əsasən, 16 işçiyə maaşların kart və əlbəəl verilməsini özündə əks etdirən rəqəmlər əsas götürülmüş, oktyabr 2018-ci il noyabr 2019-cu il dövrü üzrə əmək haqqı məbləğinin cəmiyyət üzrə ümumilikdə 39.247,14 manat olduğu, bu məbləğdən işçilərə kartla ödənilən əmək haqqı məbləğinin 6.117,61 manat və əlbəəl verilən əmək haqqı məbləğinin 33.129,53 manat (39.247,14 – 6.117,61) təşkil etdiyi müəyyən edilmişdir. Aparılan yoxlama ilə 2018-ci il - oktyabr, noyabr, dekabr ayları üzrə Vergi Məcəlləsinin 101.1-ci maddəsinə uyğun olaraq muzdlu işdən gəlir vergisi hesablanmışdır. Qeyd edilənlərə əsasən yoxlanılan dövr ərzində 200,90 manat məbləğ hesablanmış, Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən yayındırılmış 200,90 manatın 50%-i miqdarında yəni 100,45 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Aparılan yoxlama ilə məcburi dövlət sosial sığorta haqqı üzrə 8.613,67 manat vəsait hesablanmış, Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən yayındırılmış 8.613,67 manatın 50%-i miqdarında yəni 4.306,84 manat maliyyə sanksiyası tətbiq edilmişdir. -Vergilər Nazirliyinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin 06.12.2019-cu il tarixli **********3689 saylı “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında” **********3689 saylı qərarından görünür ki, “X8 X11” Məhdud Məsuliyyətli Cəmiyyətindən “nəzarət kitabçası, şəxsiyyət vəsiqəsinin surəti, fəaliyyətini həyata keçirdiyi obyekt barədə mülkiyyət və ya istifadə hüququnu təsdiq edən sənədləri, gəlir və xərcin uçotuna dair mühasibatlıq sənədləri, həmin sənədlərin elektron daşıyıcıda surətləri, komputer prosessorlarının, noutbukların, fiziki şəxslərlə bağlanmış əmək müqaviləsi bildirişlərinin ƏƏSMN-nin elektron informasiya sistemində qeydiyyatı barədə məlumatlar, xidmət müqavilələri, digər zəruri sənədlər və əşyalar götürülməsi həyata keçirilməsi qərara alınmışdır. -06.12.2019-cu il tarixli VN seriyalı, 000253 saylı “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında” protokoldan görünür ki, “X8 X11” Məhdud Məsuliyyətli Cəmiyyətindən 2 ədəd yaddaş qurğusu, 2 etibarnamə qovluğu, elektron fayl sənədləri və 9 ədəd noutbuk götürülmüşdür. -Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 29 dekabr 2020-ci il tarixli, **********143346 saylı qərarının təsdiq edilmiş surətindən müəyyən edilir ki, iddiaçı “R.N. X5 Biznes” MMC-nin fəaliyyəti üzrə vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə 01.07.2017-ci il tarixdən 01.07.2020ci il tarixədək olan dövr əhatə edilməklə 17.11.2020-ci il tarixli **********139402 nömrəli aktla rəsmiləşdirilmiş növbədənkənar səyyar vergi yoxlaması keçirilməsi nəticəsində 2019cu il üzrə 12.740,40 manat mənfəət vergisi, Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən yayındırılmış 12.740,40 manat vəsaitin 50 %-miqdarında 6.370,20 manat maliyyə sanksiyası, ƏDV üzrə 23.838,20 manat ƏDV məbləği hesablanmış, Vergi Məcəlləsinin 58.4-cü maddəsinə əsasən yayındırılmış 23.838,20 manatın 50%-i miqdarında 11.919,10 manat maliyyə sanksiyası, muzdlu işdən gəlir vergisi üzrə 200,90 manat, Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən yayındırılmış 200.90 manatın 50%-i miqdarında yəni 100,45 manat maliyyə sanksiyası və məcburi dövlət sosial sığorta haqqı üzrə 8.613,67 manat, Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən yayındırılmış 8.613,67 manatın 50%-i miqdarında yəni 4.306,84 manat maliyyə sanksiyası, işsizlikdən sıgorta haqqı üzrə 331,30 manat, Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən yayındırılmış 331,30 manatın 50%-i miqdarında yəni 165,65 manat maliyyə sanksiyası hesablanaraq tətbiq edilmişdir. Birinci instansiya məhkəməsi işin hallarına Azərbaycan Respublikası Vergi Məcəlləsinin 3.1, 3.8, 3.77, 15.1.6, 15.1.8, 15.1.9, 38.2, 38.4, 39.1, 39.4, 39.5, 39.6, 39.7, 43.1, 43.2.3, 43.5, 43.6, 43.8, 49.5, 53.3, 54.0.2, 62.1, 62.2, 64, 94.0.1-ci maddələrini, Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının Qərarı ilə təsdiq edilmiş “Səyyar vergi yoxlamasının keçirilməsi Qaydaları”-nın 6.1, 6.2, 8.1, 8.2, 8.3, 8.4, 8.11, 8.12, 8.13, 8.14, 8.15-ci bəndlərini, “İnzibati icraat haqqında” Qanunun 21.2, 51.1, 67.2-ci maddələrini tətbiq etməklə belə qənaətə gəlmişdir ki, iddia təmin edilməli, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 29 dekabr 2020ci il tarixli **********143346 saylı qərarı ləğv edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri iş materialları və qanunvericiliyin müddəaları baxımından düzgün əsaslandırılmamışdır. Belə ki, cavabdeh tərəfindən iddiaçının mübahisələndirdiyi qərarın qəbul edilməsi üçün əsas olan Vergilər Nazirliyinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin 06.12.2019-cu il tarixli **********3669 saylı “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” qərarı ilə “X8 X11” MMC-də (hazırkı "xxxx" MMC (VÖEN **********) məxsus olan obyektdə operativ vergi nəzarətinin həyata keçirilməsi nəticəsində əldə edilmiş mənbəyi bəlli olmayan “elektron fayllara” istinad edilmişdir. Halbuki, həmin qərarda iddiaçı “R.N. X5 Biznes” MMC-də (VÖEN **********) hərhansı yoxlamanın keçirilməsi nəzərdə tutulmamışdır. Məhkəmənin tələblərinə baxmayaraq cavabdeh tərəfindən həmin sənədlərin iddiaçıya aid olması barədə heç bir sübut məhkəməyə təqdim edilməmişdir. Proses iştirakçılarının məhkəməyə verdikləri izahatların təhlili, işdə olan yazılı mülahizələr və işə əlavə edilmiş sənədlərin tədqiqi belə bir nəticəyə gəlməyə əsas verir ki, cavabdeh vergi orqanı tərəfindən mübahisələndirilən müvafiq qərar qəbul edilərkən qanunvericiliyin müəyyən etdiyi vergi ödəyicisindən sənədlərin və əşyaların götürülməsi ilə əlaqədar tələblərə tam şəkildə riayət edilməmiş, düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün hallar, o cümlədən, vergi ödəyicisi üçün əlverişli olan hallar araşdırılmamış, cavabdeh inzibati orqan iddiaçı ilə bağlı başladığı inzibati icraat zamanı pozuntulara yol verərək iddiaçıya münasibətdə əlverişsiz inzibati akt qəbul etmişdir. Vergi orqanı vergilərin hesablanması zamanı əlaqəli məlumat qismində yalnız rəsmi sənədlərdən, başqa sözlə desək Vergi Məcəlləsi, “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına uyğun tərtib edilmiş, vergi ödəyicisinin vergitutma məqsədləri üçün gəlir və xərclərini təsdiq edən ilkin uçot sənədlərindən istifadə etməli olduğu halda, sonuncu qanunvericiliyin tələblərini pozaraq mənbəyi bəlli olmayan və mötəbərliyi şüphə doğuran “qara mühasibatlıq” sənədlərindən istifadə etmişdir ki, bu da nəticədə "xxxx" MMC-yə əsassız və qanunsuz əlavə vergi məbləğinin hesablanmasına əsas olmuşdur. İş materiallarına əlavə edilmiş “qara mühasibatlıq” sənədləri ilə bağlı məhkəmə kollegiyası əlavə olaraq qeyd edir ki, həmin sənədlərin kimə məxsus olması, hansı tarixdə tərtib edilməsi və hansı hesabat dövrünü əhatə etməsi qeyri-müəyyəndir ki, bu da həmin sənədlərin vergilərin hesablanması zamanı mənbəyi bəlli olan (əlaqəli) məlumat qismində istifadə edilməsini mümkünsüz edir. Məhkəmə araşdırması nəticəsində cavabdeh vergi orqanı iddiaçı "xxxx" MMC-yə səyyar vergi yoxlaması ilə əhatə olunan hesabat dövrləri üzrə vergi hesablanmasına əsas olan hər hansı mötəbər sübut təqdim edə bilməmiş və həmin hesablamaların əsaslı olmasını sübuta yetirə bilməmişdir, əksinə iş materialları əsasında iddiaçı "xxxx" MMC tərəfindən yoxlama ilə əhatə olunan hesabat dövrləri ərzində dövlət büdcəsinə ödənilməli olan vergilərin düzgün hesablandığı və hər hansı kənarlaşmaya (vergilərin az hesablanması hallarına) yol verilmədiyi müəyyən edilmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq iddianı təmin edərək, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 29 dekabr 2020ci il tarixli **********143346 saylı qərarını ləğv etmişdir. Məhkəmə qeyd olunanlara əsasən hesab edir ki, şikayət təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 29.04.2021-ci il tarixli, 2-1(112)-3482/2021 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublika sı Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qərardan kassasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Azər Hüseynov Hakimlər: Səadət Bəktaşi Vidadi Məmmədov
Məhkəmə qərarları › İş №2-1(103)-1912/2021
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1912/2021
12.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver