Məhkəmə qərarları › İş №2-1(103)-1912/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1912/2022

27.07.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1912/2022 27.07.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Hüseynov Azər Soltanhəmid oğlunun sədrliyi və məruzəsilə, Bəktaşi Səadət İnayət qızı və Abbasov Mirzəli Əbdüləli oğlundan ibarət tərkibdə, Aslanova Gülnar Faiq qızının katibliyi ilə, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7216/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında apellyasiya qaydasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin imtinasının qanunsuz hesab edilməklə, ona pensiya hüququnun yarandığı 21 may 2014-cü ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7216/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı ilə iddia təmin edilmişdir. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7216/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarının ləğv edilməsi, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının Mərkəzi Filiala təqdim etdiyi sənədlərdən göründüyü kimi onun ümumi iş stajı 25 ildən az (24 il 10 ay 7 gün) təşkil edir. Bundan başqa, iddiaçının güzəştli iş stajı isə yoxdur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun xx.xx.2017-ci il tarixindən qüvvədə olan redaksiyasında həmin Qanunun 32.1-1-ci və 37.7-ci maddələrinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği əmək pensiyası təyin olunmuş şəxsə onu almaq hüququ yarandığı gündən, lakin həmin Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün hesablanmaqla ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi N.Rüstəmli apellyasiya şikayətinə uyğun izahat verərək şikayətin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə iddiaççıya lazımı qaydada məlumat verilməsinə baxmayaraq kollegiya iclasında iştirak etmir və gəlməmə səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan iddiaçının (nümayəndəsinin) iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. İlk növbədə qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün kollegiya birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası tərəfin izahatını dinləyib, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan notarial qaydada təsdiq edilmiş Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1957-ci il təvəllüdlüdür. İşdə olan notarial qaydada НЗ seriyalı, ******* nömrəli hərbi biletin surətindən görünür ki, İddiaçı xx.xx.1976-xx.xx.1978-ci illərdə Sovet ordu sıralarında həqiqi hərbi xidmətdə olmuşdur. İşdə olan "xxxx" MMC-nin direktoru tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli izahlı güzəştli arayışdan görünür ki, İddiaçı xx.xx.1980-ci ildən xx.xx.1982- ci ilədək plastik kütlədən məmulatların presləyici, xx.xx.1982-ci ildən xx.xx.1985-ci ilədək bədii zərgərlik məmulatlarının cilalayıcısı, 08.04.195-ci ildən xx.xx.1990-cı ilədək plastik kütlədən məmulatların presləyicisi və xx.xx.1991-ci ildən xx.xx.1992-ci ilədək və xx.xx.1992-ci ildən xx.xx.1999-cu ilədək zərgər-bərkidici peşələrində keçmiş Azərbaycan “Zərgərsənaye” İstehsalat Birliyində zərərli peşələrdə işləmişdir. İşlədiyi müddətdə plastik kütlədən buraxılan məmulatların içərisinə gedən parça materialların üzərinə əvvəlcədən hazırlanmış (lateks.maye şüşə, silikon yağı, taxta kleyi, pva, ammyak və kimyavi bor turşusu) qarışığını xüsusi avadanlıqdan istifadə edərək təzyiqlə vurmaqla məşğul olmuşdur. Həmin qarışığın tərkibində zərərli maddələrin təhlükəsizliyi 3-cü sinifdən aşağı olmayan məhlullardan ibarət olmuşdur. Həmçinin termoplastavtomatda plastik kütlədən müxtəlif məmulatların hissələrini presformalarının köməyi ilə presləmişdir. Texnoloji prossesinə görə presləmə vaxtı presformada plastik kütlənin yanması nəticəsində istilik əmələ gəlir və insan orqanizminə zərərli maddələr ayrılır. İş vaxtı presformanın termoplastavtomatda oturulması və iş rejiminin təyin edilməsi prossesində iştirak etmişdir. Odur ki, yuxarıda göstərilən peşələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il 12 saylı qərarı ilə “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların , peşələrin, vəzifələrin və göstəricilərin siyahısının 35 ümumi peşələr bölməsinin tərkibində zərərli maddələrin təhlükəsisliyi 3-cü sinifdən aşağı olmayan məhlullarla hissə və məlumatların hopdurulması ilə məşğul olan bakelitçilər hopdurucular peşəsinə və plastik kütlədən məmaläflarin presləyiciləri peşəsinə uyğun gəlir .Göstərilənləri nəzərə alaraq , həmin peşələrdə işləyən şəxslər əmək şəraitinə görə güzəştli şərtlərə görə, yaşa görə pensiyaya çıxmaq hüququ vardır. İşlədiyi müddətdə avadanlıqlarda müxtəlif zırgərlik məmulatlarının cilalanması işinin yerinə yetirmişdir. Eyni zamanda qiymətli metallardan hazırlanmış zərgərlik məmulatlarını cilalamaq üçün okis xrom və boya pastalarını bişirib hazırlanmış və 3-cü sinif təhlükədən aşağı olmayan zərərli maddələri tədbiq etməklə metal məmulatların pardaklanması ilə məşğul olmuşdur. Bu maddələrin zərərliyi 3-cü sinif təhlükədən yüksəkdir. Məmulatları parça voyloqla (keçə ) və çit parça ilə cilalayıb təmizləməklə məşğul olmuşdur. Xüsusi olaraq qeyd edilmişdir ki, qiymətli metallardan hazırlanan zərgərlik məmulatlarının cilalanması quru üsulla aparılır. Azərbaycan Respublikasının Əmək məcəlləsinin 92- ci maddəsinə müvafiq olaraq, əmək şəraiti fiziki, kimyavi, bioloji və habelə insan sağlamlığı üçün zərərli olan digər ağır istehsalat amilləri mövcud olan əmək şəraitli istehsalatlarda .peşə və vəzifələrdə çalrşan işçilər həftədə 36 saatdan çox olmayan qısaldılmış iş vaxtında işlədib. Həmçinin, həmin işçilər 6 təqvim günü əmək məzuniyyətinə əlavə və gündəlik südlə təmin edilib. Onun işlədiyi peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007 - ci il 23 yanvar tarixli 12 saylı qərarı ilə güzəştli şərtlərlə yaşa görə əmək təqaüdünə hüquq verən stehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin 2-ci siyahısının 11.9 - bölməsinin “Qaynar üsulla metalın üzlənməsi “-“ Quru üsulla məmulat cilalanması ilə məşğul olan cilalayıcılar şifrəsində göstərilmişdir. Odur ki, həmin peşədə işləyən şəxs əmək şərtlərinə görə güzəştli şərtlərə görə . yaşa görə təqaüdə çıxmaq hüququ vardır. İşlədiyi müddətdə o, nümunə əsasında fərdi qaydada əl ilə zərgərlik məmulatları və onların hissələrini bədii səviyyədə hazırlamışdır. Zərgər-quraşdırıcı işlədiyi müddətdə, qiymətli metaldan qiymətli və yarımqiymətli daşlarla xüsusi mürəkkəb formalı zərgərlik məmulatlarının quraşdırılması ilə məşğul olmuşdur. İş əsnasında o zərgərlik məmulatlarını qaynar üsulla qaynaq işləri aparmışdır. Məmulatı qaynaq edən zaman; Asbest, bor turşusu, xlor turşusu (HCL) eləcə də, qaynaq işini aparmaq üçün benzindən istifadə etmişdir və açıq alovla işləmişdir. İş əsnasında o, xüsusi şəkillərə baxaraq zərgərlik məmulatlarının üzərinə sadə nəqqaş işlərinə, eyni zamanda xüsusi məmulatlarda emal üçün pəncərə düzəltmiş, məmulatı daş bərkitmə dərəcəsinə qədər tam hazır vəziyyətə salmışdır. Eyni zamanda, iş prosesində platindən siqaret qutuları və bədii məmulatlar hazırlamışdır. Sonuncu mərhələdə əlvan metallardan toplanmış ovuntuları əridib, yeni növ zərgərlik hissələrini istehsal etmək üçün külçə hazırlayıb. Məlumat üçün bildirimişdir: Fəhlələr üçün vahid tarif dərəcələri iş və peşələrin sorğu kitabı 1987-ci ilin sorğu kitabında (Moskva nəşriyyatı) göstərilir - zərgər peşəsinə aşağıdakılar aiddir: -zərgər- quraşdırıcı; -zərgər- şəbəkəçi: -zərgər- sepçi; zərgər- nəqqaş: zərgər- bərkidici. Odur ki, həmin peşələrdə işləyən şəxs əmək şəraitinə görə güzəştli, yaşa görə əmək təqaüdünə çıxmaq hüququna malikdir. Onun işlədiyi peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 saylı Qərarına müvafiq olaraq, həmin Qərarın 11.9 bölməsinin “Qaynar üsulla metalın üzlənməsi “-“ Zərgər və bədii məmulatları qaralayanlar” - zərərli sahədə işlədiyini nəzarə alaraq, yaşa görə təqaüdə çıxa bilər. İşdə olan Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi Siyasi Sənədlər Arxivi tərəfindən verilmiş 288 nömrəli, xx.xx.2019-cu il tarixli arxiv arayışının surətindən görünür ki, Azərbaycan Respubikası Prezidentinin İşlər İdarəsinin Siyasi Sənədlər Arxivində saxlanılan maliyyə sənədlərinə əsasən müəyyən edilmişdir ki, İddiaçı Ağahüeyn oğlu Bakı Zərgərlik Zavoduna (sonralar Bakı “Zərgərsənaye” İstehsalat Birliyi) zərgər-bərkidici vəzifəsində işlərkən 1989-cu il yanvar ayından 1993-cü ilin dekabr ayına olan dövr üçün aşağıdakı cədvəl üzrə əmək haqqı almışdır (rubl və manatla): 1989, 1990, 1991, 1992, 1993. Qeyd: 1993-cü ilin may ayı İddiaçı 3 iş günü işləmiş və əmək haqqından 67 rubl 75 qəpik gəlir vergisi tutulmuşdur, eləcə də, həmin ilin iyun ayı 67 rubl 75 qəpik gəlir vergisi tutulmuşdur. İşdə olan iddiaçıya məxsus əmək kitabçasının surətindən görünür ki, o, xx.xx.1975-ci il tarixdən xx.xx.1976-cı il tarixədək, xx.xx.1978-ci il tarixdən xx.xx.1978-ci il tarixədək, xx.xx.1978-ci il tarixdən xx.xx.1980-cı il tarixədək, xx.xx.1980-cı il tarixdən xx.xx.1992-ci il tarixədək, xx.xx.1992-ci il tarixdən xx.xx.1999-cu il tarixədək müxtəlif peşələrdə işləmişdir. İşdə olan Azərbaycan SSR Nazirlər Sovetinin Dövlət Texniki Peşə Təhsili Komitəsi tərəfindən verilmiş 2089 nömrəli attestatın surətindən görünür ki, İddiaçı xx.xx.1972-ci il tarixdən iyul 1973-cü il tarixədək peşə təhsili almışdır. İşdə olan cavabdeh tərəfindən iddiaçının müraciətinə cavab olaraq verilmiş 24 may 2021- ci il tarixli **********7 nömrəli “Güzəşti şərtlərlə pensiya təyinatından imtina haqqında” imtina məktubunun surətindən görünür ki, iddiaçının 4 saylı Bakı “Asan xidmət” Mərkəzi tərəfindən 14 aprel 2021-ci il tarixində daxil olmuş ərizəsinə və ona əlavə edilmiş sənədlərinə aidiyyəti üzrə baxılaraq bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Mərkəzi Filiala təqdim etdiyi sənədlərdən göründüyü kimi, onun ümumi iş stajı 25 ildən az (24 il 10 ay 7 gün) təşkil edir. Bundan başqa onun güzəştli iş stajı isə yoxdur. Qeyd olunanları nəzərə alaraq ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. İşdə olan cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş iddiaçının müraciəti və ona əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçı tərəfindən cavabdehə müvafiq ərizə ilə müraciət edilən zaman aşağıdakı sənədlər ərizəyə qoşma şəklində əlavə edilərək cavabdehə təqdim edilmişdir: şəxsiyyət vəsiqəsinin surəti, hərbi bilet, güzəştli arayış, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Sabunçu rayon İdarəsi tərəfindən verilmiş arayış, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi Siyasi Sənədlər Arxivi tərəfindən verilmiş arxiv arayışı və əmək kitabçası. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ və İİİ hissəsinə əsasən, hər kəsin sosial təminat hüququ vardır və hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 11 dekabr 2017-ci il tarixli, 17 saylı Qərarına əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması və bir növdən başqa növünə keçirilməsi üçün müraciət etmiş şəxslər həmin müraciətlərinə pensiyanın növündən asılı olaraq zəruri sənədlər (2 nömrəli Əlavə qeyd edilən) əlavə edirlər. Qeyd edilən 2 saylı Əlavəyə əsasən Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlərlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı müraciət edən şəxs tərəfindən təqdim edilməlidir ki, iş materiallarına əlavə olunmuş "xxxx" MMC tərəfindən verilmiş arayış iddiaçının güzəştli şərtlərlə pensiya hüququ verən işdə çalışmasını təsdiq edən arayışdır və həmin arayış mötəbər sübut kimi qiymətləndirilməlidir. Belə ki, sözügedən arayışda iddiaçının işlədiyi peşələrin həm xarakteristika və funksiyaları ətraflı şəkildə göstərilmiş, həm də, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 sayıl Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın 35-ci bölməsində “Tərkibində zərərli maddələrin təhlükəsizliyi 3-cü sinifdən aşağı olmayan məhlullarla hissə və məlumatların hopdurulması ilə məşğul olan bakelitçilər hopdurucular peşəsinə və plastik kütlədən məmulatların presləyiciləri”, “11.9-cu bölmənin “Qaynar üsulla metalın üzlənməsi - quru üsulla məmulat cilalanması ilə məşğul olan cilalayıcılar” və “Zərgər və bədii məmulatları qaralayanlar” peşələri altında öz əksini tapdığı təsdiqlənmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə əsasən “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Qeyd olunan hüquq normasında “əvvəllər qüvvədə olmuş qanunvericiliklə müddəası ilə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun qəbul edildiyi vaxta qədər qüvvədə olmuş vətəndaşların pensiya təminatını tənzimləyən normativ aktlar, o cümlədən 2006- cı ilin yanvar ayının 1-dək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunu nəzərdə tutulmuşdur. 01 yanvar 2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin 1-ci abzasının “b” yarımbəndinə əsasən əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəriciərin Siyahı”sı üzrə kişilər – 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 06 ayını həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. Məhkəmə , həmçinin qeyd edir ki, iddiaçının işləmiş olduğu peşələrin güzəştli şərtlərə pensiya hüququ verən peşələr olması ilə bağlı mövcud məhkəmə təcrübəsi də, formalaşmışdır (Ali Məhkəmənin 2-1(102)-2017/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı). Bununla da məhkəmə hesab edir ki, iddiaçı, 01 yanvar 2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin 1-ci abzasının “b” yarımbəndinə əsasən güzəştli şərtlərlə pensiya hüququ qazanmışdır. Bu səbəbdən də, ona 57 yaşdan yaşa görə güzəştli şərtlərlə əmək pensiyası təyin edilməlidir. Apellyasiya şikayətinin “iddiaçının iş stajı 25 ildən az (24 il 10 ay 7 gün) təşkil edir” dəlilinə münaisbətdə qeyd edir ki, iddiaçının təhsil aldığı dövrdə qüvvədə olan (xx.xx.1956cı ildə qanuni qüvvəyə minmiş və xx.xx.1992-ci il tarixədək qüvvədə olmuş) “Dövlət pensiyaları” haqqında SSRİ Qanunun 1-ci maddəsinin v) bəndinə (ali məktəblərdə, orta ixtisas məktəblərində, sənət məktəblərində, başqa məktəblərdə və kadr hazırlayan kurslarda oxuyanlar dövlət pensiyası almaq hüququna malikdirlər) və eyni zamanda, 01 yanvar 2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinin üçüncü bəndinin ğ) yarımbəndinə əsasən (ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, həbslə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir) iddiaçının peşə məktəbində aldığı təhsili (xx.xx.1972-07.1973) onun sığorta stajına daxil edərək, müəyyən etmişdir ki, iddiaçının 25 ildən artıq ümumi iş stajı mövcuddur. Bundan başqa, apellyasiya şikayətininin “iddiaçının güzəştli iş stajı isə yoxdur” dəlilinə münasibətdə məhkəmə qeyd edir ki, iş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli güzəştli arayışdan müəyyən edilir ki, iddiaçının12 il 6 aydan artıq xüsusi əmək stajı olmuşdur. Lakin, cavabdeh sözügedən arayışı, iddiaçının güzəştli iş stajını təsdiq edən sənəd kimi qiymətləndirməmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçı cavabdehə ona güzəştli şərtlərə yaşa görə əmək pensiyasının təyin edilməsi barədə ərizə ilə müraciət edən zaman, onun əmək stajını təsdiq edən əmək kitabçasını, hərbi bileti və arxiv arayışlarını təqdim etmiş, lakin, orta texniki peşə təhsili barədə attestatı təqdim etməmişdir. Bu səbəbdən də, cavabdeh tərəfindən iddiaçının ümumi iş stajı hesablanan zaman, ümumi iş stajı 24 il 10 ay 7 gün hesablanmışdır. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinə 13 iyun 1997ci il tarixli 321-İQD nömrəli Qanunla edilmiş dəyişikliyə əsasən isə həmin maddədə nəzərdə tutulan yaş həddi 01 avqust 1997-ci ildən başlayaraq 01 avqust 2000-ci ilədək hər il 6 ay artırılır. Həmin artırılma nəzərə alındıqda iddiaçının 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmışdır. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq iddianın təmin olunmasına dair qərar qəbul etmişdir. Odur ki, şikayət təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7216/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qərardan kassasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar