Məhkəmə qərarları › İş №2-1(103)-1913/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1913/2022

05.07.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1913/2022 05.07.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Bakı şəhər Yasamal rayon Qeydiyyat Şöbəsinə qarşı “doğum akt qeydində düzəliş aparılmasının cavabdehə havalə edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X10 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Mirzə Nəsib oğlu Tağızadədən və Aytən Pənah qızı Oruczadədən ibarət tərkibdə, X8-Yusiflinin katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Vəkil1, 3-cü şəxsin nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhər Yasamal rayon Qeydiyyat Şöbəsinə qarşı “doğum akt qeydində olan yanlışlığın aradan qaldırılması” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6443/2020 saylı 04 noyabr 2020-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 05 iyul 2022-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Bakı şəhər Yasamal rayon Qeydiyyat Şöbəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, “X1 doğum akt qeydində olan yanlışlığa düzəliş edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6443/2020 saylı 04 noyabr 2020-ci il tarixli qərardadı ilə iddianın mümkün sayılmaması qərara alınmışdır. Həmin qərardaddan narazı qalan İddiaçı tərəfindən apellyasiya şikayəti verilərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6443/2020 saylı 04 noyabr 2020-ci il tarixli qərardadının ləğv edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılışdır ki, məhkəmənin qərardadı ləğv edilməlidir. Belə ki, eyni məsələ ilə bağlı mülki məhkəmə icraatı qaydasında da müraciət olunmuş, lakin həmin işin icraatına xitam verilmiş və məhkəmə hesab etmişdi ki, mübahisə inzibati məhkəmə icraatında həll edilməlidir. Məhkəmənin bu mövqeyi apellyasiya və kassasiya qaydasında dəyişdirilmədən saxlanılmışdır. Qeyd olunanları birinci instansiya məhkəməsi nəzərə almamış və iddiaçının inzibati məhkəmə icraatı qaydasında verdiyi iddianı qeyri-mümkün saymışdır. Apellyasiya şikayətinə yazılı etirazın dəlilləri: Apellyasiya şikayətinə yazılı etiraz onunla əsaslandırılmışdır ki, iddiaçının hazırki tələblə bağlı məhkəməyə müraciət etmək üçün subyektiv hüququ yoxdur. İddiaçının doğum aktı qeydində ata qrafasında düzəlişin aparılmasını tələb etməsi birbaşa atalığın mübahisələndirməsidir. Belə ki, mübahisəni nə yetkinlik yaşına çatmış şəxsin özü, nə atası kimi yazılan şəxs, nə də onun həqiqi valideyni olması iddia edilən şəxs açmamışdır. Həmçinin hazırki mübahisəyə məhkəmə qaydasında baxılmalı deyildir. Yasamal rayon prokurorluğunda aparılan iş üzrə işdə olan 4/1272 saylı xx.xx.2021-ci il tarixli məhkəmə xətşünaslıq ekspertizasının rəyində vətəndaş X1 doğum aktı qeydi üçün müraciət olunan imzanın həqiqətən X5 məxsus olması təsdiq edilmişdir. Tərəflərin izahatları Apelyasiya baxışı zamanı cavabdeh bu barədə lazımi qaydada məlumatlandırılsa da, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. İnzibati məhkəmə icraatının iştirakçıları hazırki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasına etiraz etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki iş üzrə verilmiş apellyasiya şikayətinə cavabdeh Yasamal rayon Qeydiyyat Şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxılması və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddia ərizəsini və apellyasiya şikayətini müdafiə edərək və onların məzmununa uyğun izahat verərək onun təmin edilməsini, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilib işin baxılması üçün həmin məhkəməyə göndərilməsini xahiş etmişdir. 3-cü şəxsin nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətini müdafiə edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, İddiaçı cavabdeh Bakı şəhər Yasamal rayon Qeydiyyat Şöbəsinə qarşı tələbi “X1 doğum akt qeydinə düzəlişin edilməsi” barədədir. İşdən məlum olur ki, iddiaçı cavabdeh inzibati orqana qarşı “aktda düzəliş edilməsi” ilə bağlı iddia tələbi ilə bundan əvvəl Bakı şəhəri Yasamal rayon Məhkəməsinə müraciət etmiş, məhkəmə inzibati orqanın hərəkətlərindən şikayətlərə baxılmasının mülki məhkəmə icraatının predmeti olmadığına istinad edərək, həmin iş üzrə icraata xitam vermiş, bu barədə qərardad apelyasiya və kassasiya instansiya məhkəmələri tərəfindən dəyişdirilmədən saxlanılmışdır. Hazırki işə birinci instansiya qaydasında baxmış məhkəmə “akt qeydində olan səhvin düzəldilməsi” məsələsinə inzibati məhkəmə icraatı qaydasında baxılmalı olmadığına istinad edərək iddianı mümkün saymamış və iddiaçıya mövcud tələblə bağlı ümumi məhkəməyə müraciət etmək hüququnun olduğunu izah etmişdir. Məhkəmə kollegiyası işə birinci instansiya qaydasında baxmış məhkəmənin mövqeyi ilə razılaşmayaraq aşağıdakıların qeyd olunmasını zəruri hesab edir. İlk öncə qeyd olunmalıdır ki, bu növ iddianın mümkün sayılması üçün onun həm ümumi, həm də xüsusi mümkünlük şərtləri yoxlanılmalıdır. Ümumi mümkünlük şərtləri ilə bağlı tələblərə iddia cavab verir. Xüsusi mümkünlük şərti olan iddia qaldırmaq səlahiyyətinin də mövcud olub-olmadığı yoxlanılmalıdır. Başqa sözlə, iddiaçı öz (subyektiv) hüquqlarının pozulduğunu bildirməlidir. Subyektiv hüquq şəxsə dövlətin onun qanunla qorunan azadlıq sferasına müdaxilə etməkdən çəkinməyi və belə bir müdaxilənin aradan qaldırılmasını tələb etmək hüququ verir. Hazırki işdə 3-cü şəxs iddiaçının inzibati məhkəmə icraatı qaydasında qaldırdığı iddia ilə bağlı subyektiv hüququnun olmadığını bildirir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 2.9-cu bəndinə görə bu Qaydanın 2.8.1 və 2.8.2-ci yarımbəndlərinə uyğun olaraq doğum haqqında şəhadətnamədə valideynlər barədə qeyd haqqında mübahisə yalnız məhkəmə yolu ilə, uşağın valideyni qismində yazılmış şəxsin və ya onun həqiqi valideyninin, habelə uşaq yetkinlik yaşına çatandan sonra onun özünün və ya uşağın qəyyumunun, eləcə də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesab edilən valideynin qəyyumunun tələbi ilə açıla bilər. Bu barədə məhkəmə kollegiyası bildirir ki, hazırki işdə iddiaçının iddiası 3-cü şəxs olan əmisi oğlu Turqayın doğum haqqında akt qeydində valideyn barədə olan qeydin mübahisəsi ilə bağlı deyil, akt qeydində olan səhvin düzəldilməsi ilə bağlıdır, hansı ki, həmin akt qeydi müvafiq inzibati orqana təqdim olunan sənədlər əsasında aparılmalı idi. İddiaçı sözügedən doğum akt qeydindəki səhvin düzəldilməsində subyektiv hüququnun mövcud olduğunu bildirir. Azərbaycan Respublikası İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud da inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda, mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin maddənin təfsirinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlərdən biri kimi iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. Qeyd olunan normaların tələblərinə və müvafiq Plenum qərarındakı hüquqi mövqelərə görə inzibati məhkəmə icraatı inzibati hüquq münasibətləri ilə bağlı mübahisələr üzrə aparılır. İnzibati mübahisələrin predmetini inzibati orqanlar (və ya onun vəzifəli şəxsləri) tərəfindən ümumi publik hüquq sahəsində qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri (hərəkətsizliyi) təşkil edir. Beləliklə, inzibati məhkəmə icraatı qaydasında iddia iddiaçının publik hüquqdan irəli gələn subyektiv hüquqlarının müdafiəsi məqsədilə qaldırılır və iddianın mümkün sayılması üçün mübahisəli münasibətə dair cavabdeh orqanın (və ya vəzifəli şəxsin) cavabdehliyi, onun hüquqi mövqeyini ehtiva edən iradə ifadəsi (inzibati akt, faktiki hərəkəti və ya hərəkətsizliyi) mövcud olmalıdır. Başqa sözlə, iddiaçı ilk növbədə qanundan irəli gələn hüquq və mənafelərin mövcudluğunu, cavabdehin qərar, hərəkət və hərəkətsizliyinin isə onun həmin hüquq və mənafelərinə toxunduğunu sübut etməlidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 1.1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Göründüyü kimi, sözügedən Qanun inzibati orqanlar və ya qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş fiziki və ya hüquqi şəxslər tərəfindən publik hüquq sahəsində həyata keçirilən inzibati fəaliyyətə tətbiq edilir. Qeyd olunan normaların tələblərinə görə inzibati məhkəmə icraatı inzibati hüquq münasibətləri ilə bağlı mübahisələr üzrə aparılır. İnzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən ümumi publik hüquq sahəsində qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri (hərəkətsizliyi) təşkil edir. İşə baxan məhkəmələr icraatın bütün mərhələlərində iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcud olubolmadığını yoxlamalıdırlar. Bakı şəhəri Yasamal rayon VVAQ şöbəsinin XVİİ-JQ seriyalı 466332 saylı xx.xx.1994-cü il tarixli doğum haqqında şəhadətnamədən görünür ki, X3 xx.xx.1994-cü ildə anadan olmuş, ata qrafasında X7, ana qrafasında X11 göstərilmişdir. İş üzrə iddiaçı Turqay Paşazadənin diğum aktı qeydində yol verilmiş səhvin düzəldilərək ata haqqında məlumat bölməsində “Səlahəddin” əvəzinə “Rafail” qeydinin yazılmasını, yəni akt qeydində düzəliş aparılmasını tələb edir. Apellyasiya baxışı zamanı iddianın inzibati məhkəmə icraatında mümkünlüyünün tam yoxlanılması məqsədilə iddiaçının akt qeydində düzəlişin aparılması barədə olan iddiası üzrə 2(004)-1961/2020 saylı mülki iş Yasamal rayon Məhkəməsindən tələb edilmişdir. Həmin mülki işin materialları nəzərdən keçirilərkən aydın oldu ki, Səlahəddin Rzayev (iddiaçının atası) ayrı-ayrı vaxtlarda Tahirə Rzayeva, Çiçək Rzayeva, Mahru Rzayeva ilə nikahda olmuşdur. X1 adına verilmiş doğum haqqında akt qeydində ata haqqında məlumat qrafasında xx.xx.1965-ci il təvəllüdlü X7, ana haqqında məlumat qrafasında isə xx.xx.1966-cı il təvəllüdlü X11 göstərilmişdir. 331 saylı nikah haqqında şəhadətnaməyə əsasən X12 (iddiaçının əmisi) ilə Rzayeva (Hüseynova) Azadə Şirin qızı arasında xx.xx.1989-cu il tarixdə nikah olmuşdur. Məhkəmə tərəfindən X2 aid doğum haqqında şəhadətnamənin verilməsi üçün əsas olan sənədlərin təsdiq olunmuş surətlərinin məhkəməyə təqdim edilməsi ilə bağlı Bakı şəhəri Yasamal rayon Qeydiyyat Şöbəsinə sorğu məktubu göndərilmişdir. xx.xx.2022-ci il tarixdə sorğuya cavab olaraq Bakı şəhəri Yasamal rayon Qeydiyyat Şöbəsindən məhkəməyə daxil olmuş 621 saylı xx.xx.1994-cü il tarixli doğum haqqında akt qeydindən görünür ki, X4 xx.xx.1994-cü il tarixdə doğulmuş, ata haqqında məlumat qrafasında xx.xx.1965-ci il təvəllüdlü X7, ana haqqında məlumat qrafasında xx.xx.1966-cı il təvəllüdlü X11 göstərilmiş və həmin akt qeydində Volqoqrad şəhəri Krosnodar şəhərində bağlanmış nikahla bağlı 339 saylı xx.xx.1989-cu il tarixli evlənmə şəhadətnaməsinə istinad olunmuşdur. Məhkəmə kollegiyası onu da nəzərə alır ki, İddiaçı müraciəti ilə əlaqədar xx.xx.2019cu il tarixdə vəfat etmiş X7 barəsində Bakı şəhəri 46 saylı Notariat Ofisində açılmış 10/2020 saylı vərəsəlik işində X4 tərəfindən vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi ilə bağlı müraciət edilmişdir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddiaçının 3-cü şəxsə məxsus doğum haqqında akt qeydinə düzəlişin edilməsini tələb etməkdə subyektiv hüququ vardır. İddianın hansı məhkəməyə aidiyyətinin olması ilə bağlı qeyd olunur ki, “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 saylı 10 aprel 2015-ci il tarixli Qərarının 9.1-ci bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını aparan orqanlar (Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin və Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri, nikah evləri, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xaricdəki konsulluq idarələri, rayon tabeli şəhərlərdə, qəsəbələrdə və kəndlərdə rayon, şəhər, şəhər rayonu icra hakimiyyətlərinin nümayəndəlikləri) tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin aparılması, qeydlərin aparılmasından imtina olunması və ya həmin qeydlərdə düzəlişlərin edilməsindən imtina olunması ilə bağlı maraqlı şəxslərlə həmin orqanlar arasındakı mübahisələrə (vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin düzgün olmamasının müəyyən edilməsi haqqında ərizələr istisna edilməklə (MPM-in XXXVİİ fəsli), habelə adın, ata adının və soyadın dəyişdirilməsindən imtina olunması ilə bağlı verilən iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. X14 9.2-ci bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını aparan orqanlarda qeydə alınmalı olan hüquqlara dair maraqlı şəxslər arasındakı mübahisələrə (nikahın etibarsızlığı, atalığın müəyyən edilməsi, valideynlər tərəfindən uşağa adın verilməsi və s.) mülki məhkəmə icraatı qaydasında baxılır. “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı” Qaydasının 2.5-ci bəndinə əsasən doğumun qeydə alınması üçün aşağıdakı sənədlər təqdim edilməlidir: 2.5.1. valideynlərin şəxsiyyətini təsdiq edən sənədlər; 2.5.2. valideynlərin nikah haqqında şəhadətnaməsi; 2.5.3. doğum faktını, vaxtını və yerini təsdiq edən tibb müəssisəsindən sənəd; 2.5.4. uşaq tibb müəssisəsindən kənarda doğulduqda, doğuma kömək göstərmiş və ya doğuşdan sonra valideynlərin müraciət etdiyi həkimin verdiyi sənəd; 2.5.5. uşaq ölü doğulubsa, onun ödü doğulması barədə həkimin verdiyi sənəd; 2.5.6. uşaq, ana tibb müəssisəsindən çıxmamışdan əvvəl ölübsə, doğum və ölüm barədə həkimin verdiyi sənəd. İddiaçının iddia ərizəsinin məzmunundan da görünür ki, onun hüquqi marağı 3-cü şəxsə məxsus doğum aktı qeydində “ata haqqında məlumat” bölməsində “Səlahəddin” adı müvafiq qeydiyyat şöbəsinə təqdim olunmuş valideynlər arasında bağlanmış nikah haqqında şəhadətnaməyə zidd olaraq aparıldığından, qeyddəki səhvin düzəldilərək “ata haqqında məlumat” bölməsində “Səlahəddin” əvəzinə “Rafail” qeydinin aparılmasından ibarətdir. Bu fakt bir daha onu təsdiq edir ki, iddiaçının tələbi akt qeydində düzəlişin edilmə vəzifəsinin cavabdeh inzibati orqanın üzərinə qoyulması ilə bağlıdır, akt qeydinin düzgün olmamasının müəyyən edilməsi ilə bağlı deyildir, eyni nəticə oxşar tələblə iddiaçının mülki məhkəmə icraatı qaydasında iddia verərkən həmin iş üzrə icraata xitam verilməsi barədə qəbul edilmiş qərardadlarda da öz əksini tapmışdır. Beləliklə, apellyasiya qaydasında iddianın mümkünlüyü ilə bağlı aparılan araşdırmalar onu deməyə əsas verir ki, iddiaçının iddia tələbi 3-cü şəxsə məxsus doğum aktı qeydində düzəlişin aparılması ilə bağlıdır, bu düzəlişin aparılması akt qeydinin düzgün olmamasının müəyyən edilməsinə, yəni fakta deyil, müvafiq inzibati orqana təqdim edilmiş qanunda nəzərdə tutulan sənədlərə söykənməlidir, akt qeydinə düzəlişin yolverilənliyinə isə inzibati orqan tərəfindən aparılmış icraat çərçivəsində ona qanunla verilmiş səlahiyyətini düzgün icra edib-etməməsi yoxlandıqdan sonra qiymət verilə bilər. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının tələbinin mövcud sənədlər əsasında qeydiyyat şöbəsi tərəfindən doğum aktı qeydi aparılarkən bu səlahiyyətin düzgün yerinə yetirib-yetirilməməsinə qiymət verilməsi ilə bağlı olduğunu nəzərə alıb iddianın inzibati məhkəmə icraatı qaydasında baxılmasını mümkün saymalı idi. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Hazırki işdə məhkəmə kollegiyası birinci instansiya məhkəməsi tərəfindən iddiaçının iddiasının mümkünlük şərtlərinin tam yoxlanılmaması qənaətindədir və işin yuxarıda qeyd olunan hallarını nəzərə alaraq belə hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı Azərbaycan Respublikası İPM-nin 35-ci maddəsinin tələbləri pozulmaqla qəbul edildiyi üçün ləğv edilməli və iş bu qərardadın əsaslandırıcı hissəsində göstərilənlər nəzərə alınmaqla zəruri prosessual hərəkətlərin edilməsi məqsədilə (o cümlədən Yasamal rayon Məhkəməsindən 2(004)-1961/2021 saylı mülki iş tələb olunmalı) həmin məhkəməyə göndərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.7.2-ci bəndinə əsasən inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 87.9-cu maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 80, 87, 90, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6443/2020 saylı 04 noyabr 2020-ci il tarixli qərardadı ləğv edilsin. İş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün həmin məhkəməyə göndərilsin. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Mirzə Tağızadə Aytən Oruczadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar