Məhkəmə qərarları › İş №2-1(103)-1914/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1914/2021

18.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1914/2021 18.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Hüseynov Azər Soltanhəmid oğlunun sədrliyi və məruzəsi ilə, Bəktaşi Səadət İnayət qızı və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, İsmayılzadə Rəhim Fərman oğlunun katibliyi, Cavabdehin nümayəndələri X11 və X3 iştirakları ilə, İddiaçı cavabdeh AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “işə bərpa və məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 08.10.2020-ci il tarixli, 2-1(112)-3100/2020 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında apellyasiya qaydasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı 2020-ci il 06 fevral tarixdə Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə X14 və Proqnozlaşdırma şöbəsinin Hesabat və Statistika sektorunun aparıcı məsləhətçisi vəzifəsindən azad edilməsi barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 2020-ci il 08 yanvar tarixli, **********1 saylı əmrinin ləğv olunması və 08 yanvar 2020-ci il tarixdən məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilməklə əvvəlki vəzifəsinə bərpa edilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, O, 1961-ci ildə Naxçıvan Muxtar Respublikasının Ordubad şəhərində doğulmuş, 1982-ci ildə müəllimə kimi əmək fəaliyyətinə başlamış və müxtəlif vəzifələrdə işləmişdir. 2004-cü il tarixdən Dövlət Sosial Müdafiə Fondunda işləməyə başlamış, Fondun mərkəzi aparatının İşlər idarəsinin arxiv müdiri vəzifəsinə təyin edilmişdir. Həmin ildə aparatın Fərdi uçotun təşkili şöbəsinin Bəyannamələr sektorunun aparıcı məsləhətçisi vəzifəsinə keçirilmiş, 2007-ci ildə Pensiya sənədləri və müraciətlərlə iş şöbəsinin Arxivləşdirilmiş pensiya sənədləri ilə iş sektorunun aparıcı məsləhətçisi vəzifəsinə keçirilmiş, 25 yanvar 2011-ci il tarixli əmrlə ona “dövlət qulluğunun kiçik müşaviri” ixtisas dərəcəsi verilmişdir. 14.07.2016-cı il tarixdə bağlanmış əmək müqaviləsinə və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 09/11/-308 saylı əmrinə əsasən “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə uyğun olaraq Dövlət Sosial Müdafiə X9 və proqnozlaşdırma şöbəsinin hesabat və statistika sektorunun aparıcı məsləhətçisi vəzifəsinə keçirilmiş, 08 yanvar 2020-ci il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin **********1 saylı əmri ilə “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.1.6-cı maddəsinə əsasən Dövlət Sosial Müdafiə X9 və proqnozlaşdırma şöbəsinin hesabat və statistika sektorunun aparıcı məsləhətçisi vəzifəsindən azad edilmiş, 14 iyul 2016-cı il tarixdə bağlanmış Əmək müqaviləsinə xitam verilmişdir. O, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 08 yanvar 2020-ci il tarixli, **********1 saylı əmrini qanunsuz hesab edir və hesab edir ki, onunla bağlanmış əmək müqaviləsi ləğv edilərkən “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununun və Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələbləri kobud şəkildə pozulmuşdur. Belə ki, dövlət qulluqçusu işlədiyi müddət ərzində onun heç bir nöqsanı olmamış, rəhbərlik tərəfindən heç bir irad tutma, töhmət və ya xəbərdarlıq almamışdır. Dövlət Sosial Müdafiə Fondunun Büdcə və proqnozlaşdırma şöbəsinin hesabat və statistika sektorunun aparıcı məsləhətçisi vəzifəsində işlədiyi müddətdə əsas fəaliyyəti şöbə rəhbərliyinin göstərişi ilə əmək bölgüsünə əsasən hər ayın ilk günü Fondun yerli şöbələrindən (Naxçıvan MR daxil olmaqla, respublikanın bütün ərazisi üzrə şəhər və rayon şöbələrindən) məcburi dövlət sosial sığorta haqları və işsizlikdən sığorta haqları üzrə aylıq icmal məlumatları, xərclər və gəlirlər barədə rəsmi məlumatları kağız formada toplayaraq sonrakı təhlil və ya istifadə üçün şöbə rəhbərliyinə təhvil verilməsi olmuşdur. Onun yığdığı məlumatların dürüstləşdirilmiş forması büdcənin icrası adlanan aylıq hesabatdır ki, onu da sektorun böyük məsləhətçisi Türkel İmamzadə hər ay elektron sistemə yığıraq və sektor müdiri Ramil İbrahimova təhvil verirdi. Onlar bu məlumatları birlikdə yoxladıqdan sonra aidiyyatı üzrə dövlət orqanlarına göndərir. Fondun tabe olduğu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin aparatına, digər nazirliklərə və dövlət orqanlarına həmin məlumatlar yalnız şöbə rəhbərliyi tərəfindən hazırlanmış və yekun xarakterli məlumatlar şəklində təqdim edilir. O, eyni zamanda şöbə rəhbərliyi tərəfindən verilən digər tapşırıqlar üzrə üzərinə düşən vəzifələri də icra etmişdir. O, 08 yanvar 2020ci il tarixdə Nazirliyin Dövlət qulluğu və kadr məsələləri şöbəsinin rəhbərliyinin qəbuluna çağrılmış və ondan işdən azad edilməyi barədə ərizə yazmağı tələb edilmiş, əks təqdirdə “maddə” ilə işdən azad olunacağı bildirilmişdir. O, hansı səbəbdən işdən azad olunmağını soruşduqda, ona bildirilmişdir ki, Fonddan şikayət var. Lakin onu şikayətlə tanış etməmiş, şikayətin nədən ibarət olmasını ona bildirməmişlər. O, ərizə yazmaqdan imtina edərək, Fonda qayıtmış, bu barədə şöbə rəhbərliyinə məruzə etmiş, eyni zamanda iki dəfə Fondun direktorunun qəbuluna düşməyə çalışmış, lakin onu qəbul etməmişlər. O, 2020-ci ilin 15 yanvar tarixinə kimi işə gəlmiş, verilən tapşırıqları yerinə yetirmiş, yalnız 15 yanvarda şöbə rəhbərliyi tərəfindən ona, Fondun direktorunun xidməti məruzəsi əsasında 2020-ci ilin yanvar 8-dən nazirin əmri ilə işdən azad olunmağı barədə məlumat verilmişdir. O, 7 gün müddətində iş yerinə gələrək şöbədə əmək fəaliyyətini davam etdirmiş, digər əməkdaşlarla birlikdə tabel kitabına gündəlik saat 9.00-da və 18.00-da imza etmişdir. Bundan başqa qeyd edir ki, “Dövlət qulluğu haqqında” Qanunun 25.2.6-cı maddəsində nəzərdə tutulmuş intizam tənbeh tədbiri, yəni dövlət qulluğundan azad edilmə dövlət qulluğunda vəzifələrinin icrası zamanı kobud və ya mütəmadi olaraq pozuntulara yol verildikdə və ya bu Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş məhdudiyyətlərə əməl edilmədikdə tətbiq oluna bilərdi. Lakin bu maddədə nəzərdə tutulmuş əsasların ona heç bir aidiyyatı yoxdur. Eyni zamanda onun barəsində heç bir araşdırma aparılmamış, ondan izahat alınmamış, işdən çıxarılmağının səbəbləri ona bildirilməmişdir. 08 yanvar 2020-ci il tarixli əmrdə əsas kimi Azərbaycan Respublikası Əmək və ƏhalininSosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun direktoru H.Məmişovun 29 dekabr 2019cu il tarixli **********1 saylı xidməti məruzəsi göstərilmişdir. Bu xidməti məruzə 2019cu ilin sonuncu iş günü yazılmış, 2020-ci ildə iş günü 06 yanvarda başlamışdır. Onu isə 08 yanvarda çağırmış və araşdırma aparmadan işdən azad olunmağı barədə əmr vermişlər. Halbuki,Qanunun 25.3-cü maddəsinə əsasən bu Qanunun 25.2-ci maddəsinə uyğun olaraq intizam tənbehinin tətbiqinə əsaslar olduqda, müvafiq dövlət orqanı rəhbərininəmri ilə araşdırma aparılır, dövlət qulluqçusundan yazılı izahat alınır. Zərurət olduqda, müvafiq dövlət orqanının rəhbəri xidməti yoxlama təyin edir. Dövlət qulluqçusunun yazılı izahat verməkdən imtina etməsi rəsmiləşdirilir və bu, intizam tənbehinin tətbiqinə mane olmur. Bakı İnzibati Məhkəməsinin 08.10.2020-ci il tarixli, 2-1(112)-3100/2020 saylı qərarı ilə iddia tələbi təmin edilməmişdir Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv olunmasını və iddia tələbinin təmin edilməsinə dair yeni qərar qəbul olunmasını xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinin dəlillərinə uyğun əsaslandırılmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 26 yanvar tarixli, 2- 1(103)-579/2021 nömrəli qərarı ilə Bakı İnzibati Məhkəməsinin 2020-ci il 08 oktyabr tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27.04.2021-ci il tarixli, 2-1(102)-737/2021 saylı qərarı ilə kassasiya şikayəti qismən təmin olunmuş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 26 yanvar tarixli, 2-1(103)- 579/2021 nömrəli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün apellyasiya məhkəməsinə gönərilmiş, kassasiya şikayəti qalan hissədə təmin olunmamışdır. Növbəti apellyasiya baxışı zamanı əvvəlki məhkəmə iclaslarında iştirak edən iddiaçı apellyasiya şikayətinə uyğun izahat verərək şikayətin təmin olunmasını, Bakı İnzibati Məhkəməsinin 08.10.2020-ci il tarixli, 2-1(112)-3100/2020 saylı qərarının ləğv olunmasını, iddianın təmin olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndələri iş materiallarına uyğun izahat verərək şikayətin təmin olunmamasını, Bakı İnzibati Məhkəməsinin 08.10.2020-ci il tarixli, 2-1(112)-3100/2020 saylı qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasına dair qərar qəbul edilməsini xahiş etmişlər. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün kollegiya birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. İş materiallarında olan: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin **********1 nömrəli 08 yanvar 2020-ci il tarixli Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə X9 və proqnozlaşdırma şöbəsinin hesabat və statistika sektorunun aparıcı məsləhətçisi vəzifəsində qulluq keçən İddiaçı ilə 08.01.2020-ci il tarixdə 14.07.2016-cı il tarixli əmək müqaviləsinə xitam verilmiş (1.3 bəndi), əsas kimi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun direktoru H.Məmişovun 29 dekabr 2019-cu il tarixli **********1 nömrəli xidməti məruzəsi qeyd edilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Daxili nəzarət və struktur bölmələrlə iş şöbəsinin sektor müdiri Aqşin Əlizadənin 20.11.2019-cu il tarixli **********7 saylı xidməti məruzəsindən görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunda (bundan sonra - Fond) aparılmış araşdırmalar nəticəsində Fondun Büdcə və proqnozlaşdırma şöbəsinin Hesabat və statistika sektorunun aparıcı məsləhətçisi X7 tərəfindən icra intizamının kobud şəkildə pozulması, habelə onun tutduğu vəzifəyə uyğun gəlmədiyi məlum olmuşdur. Məsələ ilə əlaqədar X2 yazılı izahatı alınmışdır. O, izahatında 2019-cu ilin 1518 oktyabr tarixlərində şöbə müdirindən icazə alaraq işə gəlmədiyini, lakin sonradan davamiyyət kitabçasına həmin günlər üçün imza çəkdiyini bildirmişdir. Bundan başqa Büdcə və proqnozlaşdırma şöbəsinin müdir müavini-Hesabat və statistika sektorunun müdiri X1 Daxili nəzarət və struktur bölmələrlə iş şöbəsinə məktub ünvanlayaraq X2 ona həvalə edilmiş tapşırıqları icra edə bilmədiyini, mütəmadi olaraq icra etdiyi işlərdə nöqsanlara yol verdiyini bildirmişdir. Bundan başqa məktubda bildirilmişdir ki, X7 vəzifəsi üzrə Fondun yerli şöbələrindən müxtəlif hesabatlar qəbul etməli, analitik təhlillər aparmalı, həmin hesabatları icmallaşdırmalı, dövri olaraq müvafiq orqanlara hesabatlar hazırlamalıdır. Bu isə öz növbəsində yüksək peşəkarlıq tələb edir. Buna baxmayaraq onun kompüter bilikləri, analitik təhlil qabiliyyəti və riyazi bilik səviyyəsi tutduğu vəzifəyə uyğun deyil. Yuxarıda qeyd olunanları nəzərə alaraq, hazırki təsnifatda tutduğu vəzifəyə uyğun gəlmədiyinə görə “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 25.2.4cü maddəsinə əsasən Fondun Büdcə və proqnozlaşdırma şöbəsinin Hesabat və statistika sektorunun aparıcı məsləhətçisi X2 daha aşağı təsnifatdan olan vəzifəyə keçirilərək Fondun yerli şöbələrindən birinə göndərilməsini təklif etmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Büdcə və proqnozlaşdırma şöbəsinin müdir müavini Ramil İbrahimovun 04.12.2019-cu il tarixli **********3 saylı xidməti məruzəsindən görünür ki, Fondun Daxili nəzarət və struktur bölmələrlə iş şöbəsinin **********7 nömrəli 2019-cu il 20 noyabr tarixli məruzəsində də qeyd olunduğu kimi Fondun Büdcə və proqnozlaşdırma şöbəsinin Hesabat və statistika sektorunun böyük məsləhətçisi X7 tərəfindən əmək inztizamı kobud şəkildə pozulmuşdur. Eyni zamanda bildirilir ki, Fondun Büdcə və proqnozlaşdırma şöbəsi tərəfindən hər ayın ilk iş günü Fondun yerli orqanlarından gəlir və xərclər barədə operativ məlumatlar toplanır və icmallaşdırılır ki, bu funksiyanı da Hesabat və statistika sektorunun böyük məsləhətçisi X7 icra edir. Qeyd olunan məlumatlar əsasında həm Nazirliyin Apartına həm də digər mərkəzi icra hakimiyyəti orqanlarına hər ayın ilk iş gününə Fondun gəlir və xərcləri barədə operativ məlumatlar ötürülür. Həmçinin məlumunuz olduğu kimi Fondla Vergilər Nazirliyi arasında 2019-cu ilin 6 ayı üzrə məcburi dövlət sosial sığorta haqlarının və işsizlikdən sığorta haqlarının üzləşdirilməsi aparılmış və bu proses yekunlaşdıqdan sonra növbəti aylar üzrə iki orqan arasında işçi qaydada daxilolmalar barəsində məlumat mübadiləsi həyata keçirilir. 2019-cu ilin iyul ayı üzrə daxilolma məlumatları təhlil edilərkən məlum olmuşdur ki, Vergilər Nazirliyi ilə Fondun məlumatları arasında məcburi dövlət sosial sığorta haqlarından daxilolmalar üzrə 13,2 mln manat fərq mövcuddur. Fərq araşdırılarkən məlum olmuşdur ki, şöbənin Hesabat və statistika sektorunun əməkdaşı Mehdiyevə Mətanət ona tapşrılmış daxilolma məlumatlarını icmallaşdırarkən Fondun yerli orqanlarına daxil olan SUN qeydiyyatı üzrə digər şöbədə uçotda olan ödəyicilərdən daxil olan vəsaitləri nəzərə almamış və bunun nəticəsində həmin fərq yaranmışdır. Fond tərəfindən digər orqanlara təqdim olunan gəlir və xərclər cədvəli artan yekunla tərtib olunduğundan qeyd olunan səhvin mövcudluğu iyul ayından etibarən cari ildə təqdim olunan bütün digər məlumatların dəyişdirilməsini zəruri edir ki, bu da fondun digər orqanlar qarşısnda işgüzar nüfuzuna xələl yetirir, peşəkarlıqla icra edilmiş digər işlərin nəticələrinə kölgə salır. Eyni zamanda Fondun yerli orqanlarının xəzinə hesablarına daxil olan işsizlikdən sığorta haqları üzrə daxilolmalar barədə operativ məlumatın hazırlanması və icmallaşdırılması işi də şöbənin əməkdaşı X4 həvalə edilmişdir. Lakin cari il ərzində işsizlikdən sığorta haqları üzrə operativ məlumat hazırlana bilinməmiş və işçi tərəfindən ona verilmiş tapşırıq icra edilməmişdir. Fondun Daxili nəzarət və struktur bölmələrlə iş şöbəsinin **********7 nömrəli 2019-cu il 20 noyabr tarixli məruzəsi, həmçinin şöbənin əməkdaşı X2 ona həvələ edilmiş qulluq funksiyalarını icra edə bilməməsi, tapşırıqların öhdəsindən gələ bilməməsi nəzərə alınaraq, məqəsəmüvafiq hesab etdiyiniz təqdirdə onun Fondun digər struktur bölmələrində işlə təmin olunması üçün Fondun Hüquqi təminat və insan resursları ilə iş şöbəsinə göstəriş verilməsi xahiş edilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun direktoru Himalay Məmişovun 29 dekabr 2019-cu il tarixli **********1 nömrəli yazılı məruzəsinə əsasən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun (Fond) aparatının Büdcə və proqnozlaşdırma şöbəsinin Hesabat və statistika sektorunun böyük məsləhətçisi X7 ona həvalə edilmiş vəzifələrin icrasına etinasız yanaşaraq icra intizamını pozmuşdur. Fond və Azərbaycan Respublikasının Vergilər Nazirliyi tərəfindən 2019-cu ilin 6 ayı üzrə məcburi dövlət sosial sığorta haqlarının və işsizlikdən sığorta haqlarının üzləşdirilməsi aparmış və bu proses yekunlaşdıqdan sonra növbəti aylar üzrə iki orqan arasında işçi qaydada daxilolmalar barəsində məlumat mübadiləsi təhlil edilərkən Vergilər Nazirliyi ilə Fondun təqdim etdiyi məlumatlar arasında məcburi dövlət sosial sığorta haqlarından daxilolmalar üzrə 13,2 mln manat fərq yaranmışdır. Araşdırma nəticəsində məlum olmuşdur ki, həmin fərq İddiaçı tərəfindən Fondun yerli orqanlarına daxil olan SUN qeydiyyatı üzrə digər şöbədə uçotda olan ödəyicilərdən daxil olan vəsaitlər nəzərə alınmadığı üçün yaranmışdır. Beləliklə, Fond tərəfindən digər orqanlara təqdim olunan gəlir və xərclər cədvəli artan yekunla tərtib olunduğundan həmin səhvin mövcudluğu bütün digər məlumatların dəyişdirilməsini zəruri etməklə yanaşı Fondun işgüzar nüfuzuna xələl yetirmişdir. Bundan əlavə, Fondun aparatının Daxili nəzarət və struktur bölmələrlə iş şöbəsinin 2019-cu il 20 noyabr tarixli **********7 nömrəli xidməti məruzəsində M.Mehtiyeva tərəfindən icra və əmək intizamının pozulduğu göstərilmişdir. Yuxarıda qeyd olunanları nəzərə alaraq M.Mehtiyeva barəsində intizam tənbeh tədbirinin görülməsinə dair Nazirliyin Aparatının Dövlət qulluğu və kadr məsələləri şöbəsinə müvafiq tapşırıq verilməsi xahiş edilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Bakı şəhəri üzrə X6 Komitəsinin sədri Bəxtiyar Əzizov tərəfindən imzalanmış 01 saylı 07.01.2020-ci il tarixli “X6 Təşkilatının razılığının təqdim edilməsi” haqqında məktubdan müəyyən edilir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə X9 və proqnozlaşdırma şöbəsinin Hesabat və statistika sektorunda aparıcı məsləhətçi vəzifəsində qulluq keçən X5 ilə bağlanmış əmək müqaviləsinə “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.1.6-cı maddəsinə əsasən xitam verilməsi məsələsi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Bakı şəhəri üzrə X6 Komitəsinin üzvlərinin iştirakı ilə müzakirə edilmiş, təqdim edilən məruzəyə əsasən Nazirlik yanında Dövlət Sosial Müdafiə X9 və proqnozlaşdırma şöbəsinin Hesabat və statistika sektorunda aparıcı məsləhətçi vəzifəsində qulluq keçən X5 əmək funksiyalarının icrasında yol verdiyi nöqsanlara görə onunla bağlanmış əmək müqaviləsinə “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.1.6-cı maddəsinə əsasən xitam verilməsinə etiraz edilməmişdir. Fondun əməkdaşının izahat verməkdən imtina etməsi haqqında 04.12.2019-cu il tarixli aktdan görünür ki, Fondun Büdcə və proqnozlaşdırma şöbəsinin müdir müavini Ramil İbrahimov, Fondun Büdcə və proqnozlaşdırma şöbəsinin böyük məsləhətçisi Türkel İmamzadə, Fondun Büdcə və proqnozlaşdırma şöbəsinin baş mütəxəssisi Xuraman İbrahimova, bu aktı ona görə tərtib etmişlər ki, Vergilər Nazirliyi ilə Fondun məlumatları arasında məcburi dövlət sosial sığorta haqlarından daxilolmalar üzrə yaranmış 13,2 mln manat fərqlə bağlı Fondun Büdcə və proqnozlaşdırma şöbəsinin Hesabat və statistika sektorunun aparıcı məsləhətçisi Mehdiyevə Mətanətdən izahat verməsi tələb edilsə də O, izahat verməkdən imtina etmişdir. Birinci instansiya məhkəməsi işin hallarına “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununun 25.1, 25.2, 18.0, 25.3, 25.11, 33.1.6, 34-cü maddələrini, "Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikası Qanunun 5.1, 7.1, 12.1, 23.1, 23.2, 23.3-cü, tətbiq etməklə belə qənaətə gəlmişdir ki, iddia təmin edilməməlidir. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, məhkəmə tərəfindən müəyyən edilmiş işin mövcud faktiki hallarına əsasən iddiaçı bir dövlət qulluqçusu kimi ona həvalə edilmiş vəzifələrin icrasına etinasız yanaşaraq icra intizamını pozmuş, qulluq keçdiyi orqanın nüfuzunu aşağı sala biləcək hərəkətə yol vermiş, Dövlət qulluğu haqqında Qanunun 18-ci maddəsinin tələblərini pozmuş, Dövlət Sosial Müdafiə Fondu tərəfindən araşdırma aparılmış, araşdırmanın nəticəsi olaraq hazırlanmış yazılı məruzə əsasında iddiaçı barəsində Dövlət qulluğu haqqında qanunun 25.2-ci maddəsində qeyd edilən intizam tənbeh tədbirlərindən biri – dövlət qulluğundan azad etmə tətbiq edilmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. İşə kassasiya şikayətinə əsasən baxılarkən Ali məhkəmə apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşmayaraq qeyd etmişdir ki, cavabdehin əmrinin əsasları və məhkəmənin əsaslandığı hallar, həmçinin istinad etdiyi hüquq normalarının dispozisiya şərtləri “Dövlət qulluğu haqqında” Qanunun 25.6-cı maddəsinin tələbləri nəzərə alınmaqla İPM-in 12.1 və 58.7-ci maddələrinin tələblərinə uyğun yoxlanılmalı və qiymətləndirilməli idi. Hazırkı işdə bu, baş verməmişdir. Bundan başqa, “Dövlət qulluğu haqqında” Qanunun 25.3-cü maddəsinə əsasən, bu Qanunun 25.2-ci maddəsinə uyğun olaraq intizam tənbehinin tətbiqinə əsaslar olduqda, müvafiq dövlət orqanı rəhbərinin əmri ilə araşdırma aparılır, dövlət qulluqçusundan yazılı izahat alınır. Zərurət olduqda, müvafiq dövlət orqanının rəhbəri xidməti yoxlama təyin edir. Dövlət qulluqçusunun yazılı izahat verməkdən imtina etməsi rəsmiləşdirilir və bu, intizam tənbehinin tətbiqinə mane olmur. Həmin Qanunun 25.4-cü maddəsinə əsasən, xidməti yoxlamanın aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Məhkəmələr işin hallarını yuxarıda qeyd edilən normaların tələbləri baxımından araşdırmayıblar. İddiaçı barəsində inzibati orqan tərəfindən araşdırma aparılmasının qaydalarına riayət olunduğuna (Qanunun 25.3 maddəsi) dair işdə məlumat yoxdur. Apellyasiya instansiyası məhkəməsi iddiaçının apellyasiya şikayətinin dəlillərinə, o cümlədən inzibati icraat zamanı ondan ümumiyyətlə izahat alınmadığına, inzibati icraatın (araşdırmanın) aparılmasından məlumatsız olduğuna dair dəlillərinə münasibət bildirməmişdir. İnzibati Prosessual Məcəllənin 96.11-ci maddəsinə əsasən mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Həmçinin qeyd olunmalıdır ki, apellyasiya şikayətinin dəlilləri iş materiallarına və maddi hüquq normalarına istinadla açıq-aşkar əsaslandırılmamışdır. Belə ki, növbəti apellyasiya icraatı zamanı cavabdeh tərəfindən məhkəməyə təqdim olunmuş sənədlərə əsasən müəyyən edilmişdir ki, iddiaçı 08.01.2020-ci il tarixdə “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.1.6-cı maddəsinə əsasən işdən azad edilmişdir (əmrin surəti iş materiallarına əlavə olunmuşdur). İddiaçı işdən azad edilməsinə əsas Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 29 dekabr 2019-cu il tarixli **********1 nömrəli xidməti məruzəsi olmuşdur (surəti iş materiallarına əlavə olunmuşdur.) Məruzəyə əsasən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə X9 və proqnozlaşdırma şöbəsinin Hesabat və statistika sektorunun böyük məsləhətçisi Mehdiyevə Fond və Azərbaycan Respublikasının Vergilər Nazirliyi tərəfindən 2019-cu ilin 6 ayı üzrə məcburi dövlət sosial sığorta haqlarının və işsizlikdən sığorta haqlarının üzləşdirilməsi aparmış və bu proses yekunlaşdıqdan sonra növbəti aylar üzrə iki orqan arasında işçi qaydada daxilolmalar barəsində məlumat mübadiləsi təhlil edilərkən Vergilər Nazirliyi ilə Fondun təqdim etdiyi məlumatlar arasında məcburi dövlət sosial sığorta haqlarından daxilolmalar üzrə 13,2 mln manat fərq yaranmışdır. Araşdırma nəticəsində məlum olmuşdur ki, həmin fərq M.Mehdiyevə tərəfindən Fondun yerli orqanlarına daxil olan SUN qeydiyyatı üzrə digər şöbədə uçotda olan ödəyicilərdən daxil olan vəsaitlər nəzərə alınmadığı üçün yaranmışdır. Beləliklə, Fond tərəfindən digər orqanlara təqdim olunan gəlir və xərclər cədvəli artan yekunla tərtib olunduğundan həmin səhvin mövcudluğu bütün digər məlumatların dəyişdirilməsini zəruri etməklə yanaşı Fondun işgüzar nüfuzuna xələl yetirmişdir. X16 və proqnozlaşdırma şöbəsinin 04 dekabr 2019-cu il tarixli **********3 nömrəli xidməti məruzəsində qeyd edilir ki, Fondun yerli orqanlarının xəzinə hesablarına daxil olan işsizlikdən sığorta haqları üzrə daxilolmalar barədə operativ məlumatın hazırlanması və icmallaşdırılması işi də şöbənin əməkdaşı X4 həvalə edilmişdir. Lakin cari il ərzində işsizlikdən sığorta haqları üzrə operativ məlumat hazırlana bilinməmiş və işçi tərəfindən ona verilmiş tapşırıq icra edilməmişdir (surəti iş materiallarına əlavə olunmuşdur). Bundan əlavə, Fondun aparatının Daxili nəzarət və struktur bölmələrlə iş şöbəsinin 2019- cu il 20 noyabr tarixli **********7 nömrəli xidməti məruzəsində M.Mehtiyeva tərəfindən icra və əmək intizamının pozulduğu göstərilmişdir (surəti iş materiallarına əlavə olunmuşdur). Belə ki, M.Mehdiyevə 15-18 oktyabr 2019-cu ilin tarixlərində qanunvericiliyin tələblərini pozaraq işə gəlməmiş, lakin sonradan davamiyyət kitabçasına həmin günlər üçün imza çəkdmişdir. Həmçinin Nazirliyin “Məzuniyyət və ezamiyyət əmrlərinin imzalanması səlahiyyətinin verilməsi barədə” 26.10.2018- ci il tarixli **********3 nömrəli əmrinin tələblərinə məhəl qoyulmamışdır. M.Mehtiyeva bunu izahatında təsdiq etmişdir (surəti iş materiallarına əlavə olunmuşdur). Təqdim olunmuş sənədlərdən göründüyü kimi iddiaçı vəzifələrin icrası zamanı həm kobud həm də mütəmadi pozuntulara yol verdiyi aşkar edilmişdir. Belə ki, onun hərəkətləri ilə bağlı bir nəçə dəfə məruzələr hazırlanmışdır. Nazirliyin “Məzuniyyət və ezamiyyət əmrlərinin imzalanması səlahiyyətinin verilməsi barədə” 26.10.2018-ci il tarixli **********3 nömrəli əmrinin tələblərəinə məhəl qoymayaraq 4 gün işə gəlməmiş, işində yol verdiyi nöqsan nəticəsində Fond və Azərbaycan Respublikasının Vergilər Nazirliyi tərəfindən 2019-cu ilin 6 ayı üzrə məcburi dövlət sosial sığorta haqlarının və işsizlikdən sığorta haqlarının üzləşdirilməsi aparmış və bu proses yekunlaşdıqdan sonra növbəti aylar üzrə iki orqan arasında işçi qaydada daxilolmalar barəsində məlumat mübadiləsi təhlil edilərkən Vergilər Nazirliyi ilə Fondun təqdim etdiyi məlumatlar arasında məcburi dövlət sosial sığorta haqlarından daxilolmalar üzrə 13,2 mln manat fərq yaranmış, cari il ərzində işsizlikdən sığorta haqları üzrə operativ məlumat hazırlana bilinməmiş və ona verilmiş tapşırıq icra etməmişdir. Bu pozuntuların təkrar edilməsi onun mütəmadi olduğunu və eyni zamanda Əmək Məcəlləsinin 72-ci maddəsinin “a” və “e” bəndlərinə əsasən kobud olduğunu göstərir. “Dövlət qulluğu haqqında” Qanunun 18.0.2-ci maddəsinə əsasən rəhbərlərin öz səlahiyyəti hüdudunda verdikləri əmrləri, sərəncamları və göstərişləri yerinə yetirmək (iddaçı 4 gün üzürlü səbəb olmadan işə gəlməməklə və verilmiş tapşırıqları icra etməməklə pozuntuya yol vermişdir), 18.0.3-ci maddəyə əsasən dövlət orqanında müəyyən edilmiş qulluq reqlamentinə riayət etmək (Nazirliyin “Məzuniyyət və ezamiyyət əmrlərinin imzalanması səlahiyyətinin verilməsi barədə” əmrin tələblərinə əməl etməməklə bu tələbi pozmuşdur), 18.0.4-cü maddəyə əsasən başqa dövlət qulluqçularının işini çətinləşdirən, yaxud qulluq keçdiyi dövlət orqanının nüfuzunu aşağı sala biləcək hərəkətlərə yol verməmək (yalnış hesabat hazırlamaqla işlədiyi digər əməkdaşların işini çətinləşdirmiş və dövlət orqanının nüfuzuna zərər vurmuşdur) və 18.0.12-ci maddəsinə əsasən etik davranış qaydalarına əməl etmək (“Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikası Qanununun 5.1-ci maddəsinə əsasən dövlət qulluqçusu öz fəaliyyətini Azərbaycan Respublikasının qanunvericiliyi İlə müəyyən olunmuş səlahiyyətlər çərçivəsində və peşəkarlıq səviyyəsində yerinə yetirməyə borcludur. 9-cu maddəyə əsasən dövlət qulluqçusu bütün şəxslərə, o cümlədən birbaşa və yuxarı rəhbəri ilə və ya tabeliyində olan şəxslərə münasibətdə nəzakətli, xeyirxah, diqqətli və səbrli olmalıdır. 10.1-ci maddəyə əsasən dövlət qulluqçusu birbaşa və ya yuxarı rəhbərinin qanuna uyğun olan və səlahiyyətləri daxilində qəbul etdiyi yazılı əmri, sərəncamı və ya verdiyi şifahi tapşırıqları yerinə yetirməyə borcludur). Göründüyü kimi iddiaçı tərəfindən Qanunun yuxarıda göstərilən tələbləri pozulmuşdur. “Dövlət qulluğu haqqında” Qanunun 25.3-cü maddəsinə əsasən bu Qanunun 25.2-ci maddəsinə uyğun olaraq intizam tənbehinin tətbiqinə əsaslar olduqda, müvafiq dövlət orqanı rəhbərinin əmri ilə araşdırma aparılır, dövlət qulluqçusundan yazılı izahat alınır. Zərurət olduqda, müvafiq dövlət orqanının rəhbəri xidməti yoxlama təyin edir. Dövlət qulluqçusunun yazılı izahat verməkdən imtina etməsi rəsmiləşdirilir və bu, intizam tənbehinin tətbiqinə mane olmur. 25.4-cü maddəyə əsasən Xidməti yoxlamanın aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Xidməti yoxlamanın aparılması ilə bağlı cavabdeh tərəfindən bildirilmişdir ki, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 29 dekabr 2000-ci il tarixli 435 nömrəli Fərmanının 3.1-ci bəndinə uyğun olaraq bu günə qədər belə bir qayda təsdiq edilməmişdir. İddaçının 1 xidməti məruzə ilə bağlı (üzürsüz səbəbdən işə gəlməmə) izahatı alınmışdır, digər məruzələrlə bağlı izahat verməməməsi rəsmiləşdirilmişdir. Həmin vaxt qüvvədə olmuş Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 24 iyun tarixli 976 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu haqqında Əsasnamə”nin 5.6.9-cu yarımbəndinə uyğun olaraq intizam tənbehi ilə bağlı Nazirliyə təqdimat edilmişdir. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.4-cü maddəsinə əsasən Mərkəzi icra hakimiyyəti orqanlarının yanında yaradılan dövlət agentlikləri və dövlət xidmətləri 3-cü kateqoriya dövlət orqanıdır. Həmin Qanunun 11.1.3.6-cı maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanlarının yanında yaradılan dövlət agentliklərinin və dövlət xidmətlərinin rəhbərləri 2-ci təsnifat inzibati vəzifə sayılır. Göründüyü kimi xidmət rəisi xidmətin işçilərinə münasibətdə həm də orqan rəhbəri hesab edilir. Bundan əlavə iddiaçının istinad etdiyi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 80-ci maddəsinin 1-ci hissəsinin tələbinə əsasən Bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. İddiaçının dövlət qulluğuna Əmək Məcəlləsinin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla deyil, “Dövlət qulluğu haqqında Qanunun 33.1,6-cı maddəsi ilə xitam verildiyindən Həmkarlar İttifaqının rəyinin alınması zəruri deyildir. Bununla belə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Bakı şəhəri üzrə X6 Komitəsinin razılığı təqdim edilmişdir (surəti iş materiallarına əlavə olunmuşdur). Göründüyü kimi iddiaçının vəzifələrinin icrası zamanı kobud və ya mütəmadi olaraq pozuntulara yol verməsi iş materiallarına əsasən sübut olunmuşdur. Eyni zamanda, “Dövlət qulluğu haqqında” Qanunun 25.3-cü maddəsinə əsasən, bu Qanunun 25.2-ci maddəsinə uyğun olaraq intizam tənbehinin tətbiqinə əsaslar olduqda, müvafiq dövlət orqanı rəhbərinin əmri ilə araşdırma aparılır, dövlət qulluqçusundan yazılı izahat alınır. Zərurət olduqda, müvafiq dövlət orqanının rəhbəri xidməti yoxlama təyin edir. Dövlət qulluqçusunun yazılı izahat verməkdən imtina etməsi rəsmiləşdirilir və bu, intizam tənbehinin tətbiqinə mane olmur. Həmin Qanunun 25.4-cü maddəsinə əsasən, xidməti yoxlamanın aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. İş materiallarına əlavə olunmuş sənədlərə əsasən inzibati orqan inzibati tənbehi Qanunun tələblərinə uyğun tətbiq etmişdir. Belə olan halda məhkəmə haqlı olaraq iddianın təmin olunmaması qərarına gəlmişdir. Baxılan iş üzrə iddiaçının əsas – Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə X14 və proqnozlaşdırma şöbəsinin Hesabat və statistika sektorunun aparıcı məsləhətçisi vəzifəsindən azad edilməsi barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 2020-ci il 08 yanvar tarixli, **********1 saylı əmrinin ləğv olunmasına dair tələbi təmin olunmadığından əsas tələbdən doğan əlavə – 08 yanvar 2020-ci il tarixdən məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilməklə əvvəlki vəzifəsinə bərpa edilməsinə dair tələbi də təmin olunmamalıdır. Ona görə də şikayət təmin olunmamalı, Bakı İnzibati Məhkəməsinin 08.10.2020-ci il tarixli, 2-1(112)-3100/2020 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 08.10.2020-ci il tarixli, 2-1(112)-3100/2020 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qərardan kassasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar