Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1914/2022 08.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “artırılmış yaşayış sahəsinə dəyişiklik edilərək, mənzilin artan ölçülərinin dəqiqləşdirilməsi haqqında sərəncamın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X12 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Mirzə Nəsib oğlu Tağızadədən və Aytən Pənah qızı Oruczadədən ibarət tərkibdə, X8-Yusiflinin katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “artırılmış yaşayış sahəsinə dəyişiklik edilərək, mənzilin artan ölçülərinin dəqiqləşdirilməsi haqqında sərəncamın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7691/2021 saylı 21 dekabr 2021-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 08 iyun 2022-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı hazırki iddia ilə məhkəməyə müraciət edərək, “artırılmış yaşayış sahəsinə dəyişiklik edilərək, mənzilin artan ölçülərinin dəqiqləşdirilməsi haqqında sərəncamın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” barədə qərar çıxarılmasını xahiş edir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “artırılmış yaşayış sahəsinə dəyişiklik edilərək, mənzilin artan ğlçülərinin dəqiqləşdirilməsi haqqında sərəncamın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” 2011-ci ildə Socar Sosial İnkişaf Departamentinin Təmir-Tikinti Şöbəsi öz subpodratçısı "xxxx" MMC vasitəsilə Azərbaycan Respublikası Prezidentinin 28.09.2006-cı il tarixli, 2006-2010-cu illərdə Dövlət Proqramı çərçivəsində Bakı şəhərinin qəsəbələrinin sosialiqtisadi inkişafının sürətləndirilməsinə dair “Tədbirlər Proqramı”nın təsdiq edilməsi haqqında sərəncamına, Bakı şəhər İcra Hakimiyyəti Başçısının Dövlət Neft Şirkətinin qərarı ilə yeni yaşayış və ictimai obyektlərin planlaşdırılması və tikintisinə dair 262 saylı əmri (11.06.2007) əsasında Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsində yerləşən 118 saylı yaşayış binasmda rekonstruksiya apararaq yeni üzlük vurmuşlar. Görülmüş təmirtikinti işləri nəticəsində həmin binada yerləşən bütün mənzillərin konstuksiyası və ölçüləri dəyişilmişdir. Görülən işlər Bakı şəhər İcra Hakimiyyətinin 7-78/17g saylı, 06.02.2007-ci il tarixli, 7-169/17g saylı 20.03.2007-ci il tarixli, 7-267/17g saylı 01.06.2007-ci il tarixli məktubları ilə Bakı şəhərində aparılan abadlıq və yenidənqurma işlərinə kömək olunması müraciətinə əsasən Memarlıq və Şəhərsalma Baş İdarəsinin 18/04-398 saylı 13.12.2011-ci il tarixli razılaşdırdığı eskiz layihəsi və Bakı Dövlət Layihə İnstitutunun işlədiyi layihə sənədlərinə uyğun olaraq aparılmışdır. Bu məlumatı Socar-ın Sosial İnkişaf İdarəsi 08.02.2018-ci il tarixli cavab məktubunda da, yazmışdır. Socarın Sosial İnkişaf İdarəsinin ona ünvanladığı cavab məktubunda qeyd edilmişdir ki, aparılmış təmir-tikinti işləri və mənzillərdə yaranmış əlavə sahə, plan dəyişiklikləri barədə müvafiq sənədlər təqdim edilməklə İdarə tərəfindən aidiyyatı üzrə Cavabdehnə Qİ12/ƏTr-02/140 nömrəli, 28.01.2014-cü il tarixli məktub ünvanlanmışdır. Mənzilinin artırılmış sahəsinin sənədləşdirilməsi üçün Cavabdehnə müraciət etməsi tövsiyyə edilmiş və müvafiq sərəncamın verilməsi Cavabdeh səlahiyyətinə aid olduğu bildirilmişdir. O, bir neçə dəfə müvafiq sərəncamın verilməsi barədə Cavabdehnə müraciət etdikdən sonra yekunda ona verilmiş 28.05.2021-ci il tarixli imtina məktubunda qeyd edilmişdir ki, hüquqmüəyyənedici sənədlər Sosial İnkişaf İdarəsi tərəfindən İcra hakimiyyətinə təqdim edildikdən sonra məsələyə yenidən baxılacaqdır. Hesab edir ki, bu cavab tam əsassız və qanunsuzdur. Belə ki, həmin hüquqmüəyyənedici sənədlər bir neçə ildir ki, Cavabdehnə təqdim edilmişdir. Nəzərə çatdırır ki, həmin binanın sakini X2 məxsus 13 saylı "Mənzilin ölçülərinin dəqiqləşdirilməsi haqqında” Cavabdeh Başçısı 15.03.2016-cı il tarixli sərəncam vermiş və yeni ölçülər əsasında həmin mənzilə dair 12.07.2018-cı il tarixdə yeni Çıxarış əldə etmişdir. Həmçinin, X14, X3 və X4 Cavabdehnə qarşı həmin binada yerləşən özlərinə məxsus müvafiq olaraq 123, 124 və 125 saylı mənzillərin artırılmış yaşayış sahələrinə dəyişiklik edilərək, bu məzillərin artan ölçülərinin dəqiqləşdirilməsi haqqında Sərəncam verilməsinin Cavabdehnə həvalə edilməsi barədə iddia tələbləri Bakı İnzibati-İqtisadi Məhkəməsinin 10.10.2018-ci il tarixli Qərarı ilə təmin edilmişdir. Həmin qərar Bakı Apellyasiya Məhkəməsinin 19.02.2020-ci il tarixli və Ali Məhkəmənin 01.07.2020-ci il tarixli Qərarları ilə qüvvədə saxlanılmışdır. (Ali Məhkəmənin 01.07.2020-ci il tarixli Qərarı əlavə edilir). Hesab edir ki, həmin binada yerləşən və onun xüsusi mülkiyyətində olan 12 saylı mənzilində edilmiş dəyişiklik nəticəsində artan sahənin dəqiqləşdirilməsi barədə sərəncam vermək səlahiyyəti Cavabdehnə məxsusdur və eyni zamanda həmin səlahiyyəti icra etmək vəzifəsini daşıyır. Mənzil Məcəlləsinin 23, 24 və 26-cı maddəsinə və Azərbaycan Respublikası Prezidentinin 13.01.2015-ci il tarixli, 439 nömrəli Fərmanının 6- cı bəndinə əsasən müvafiq İnzibati aktı qəbul etmək səlahiyyəti Cavabdehnə məxsusdur. Cavabdehin etirazları: İş üzrə cavabdeh inzibati orqan tərəfindən iddiaya dair yazılı etiraz verilərək bildirilmişdir ki, 2011-ci ildə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Sosial İnkişaf İdarəsinin Təmir Tikinti şöbəsi öz subpodratçi "xxxx" MMC vasitəsi ilə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 27 fevral 2006-cı il tarixli “2006-2010- cu illərdə” “Bakı şəhərinin qəsəbələrinin sosial-iqtisadi inkişafin sürətləndiriləndirilməsinə dair Tədbirlər Proqramı”nın təsdiq edilməsi haqqında” sərəncamına, Bakı şəhər İcra Hakimiyyəti Başçısının Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin qərarı ilə yeni yaşayış və ictimai obyektlərin planlaşdırılması və tikintisinə dair 262 saylı əmri (11.06.2007-ci il) əsasında ünvan 4 ünvanda yerləşən 5 mərtəbəli mövcud yaşayış binalarının fasadlarının yenidən qurulması işləri aparılmışdır (blok 1,2,3,4,5,6,7,8,9,10,11). Görülmüş təmir tikinti işləri nəticəsində həmin binada yerləşən, sakinlərə məxsus daşınmaz əmlakın, bütün mənzillərinin konstruksiyası və yaşayış sahələrinin ölçüləri dəyişdirilmişdir. Görülən işlər Bakı şəhər İcra hakimiyyətinin 7-78/17g saylı 06 fevral 2007ci il tarixli, 7-169/17g saylı 20 mart 2007-ci il tarixli, 7- 267/17g saylı 01 iyun 2007- ci tarixli məktubları ilə Bakı şəhərində aparılan abadlıq və yenidənqurma işlərinə kömək olunması müraciətinə əsasən Memarlıq və Şəhərsalma Baş İdarəsinin 18/04- 398 saylı 13 dekabr 2011-ci il tarixli razılaşdırdığı eskiz layihəsi və “Bakı Dövlət Layihə” İnstitutunun işlədiyi layihə sənədlərinə uyğun olaraq aparılmışdır. Aparılmış tikinti-işləri və mənzillərdə yaranmış sahə, plan dəyişiklər barədə müvafiq sənədlər təqdim olunmaqla Sosial İnkişaf İdarəsi tərəfindən aidiyyəti üzrə Cavabdehnə məktub ünvanlanmışdır. Bu məlumatı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Sosial İnkişaf İdarəsi 08 fevral 2018-ci il tarixli SOKAR **********31671373X00002 saylı cavab məktubunda yazmışdır (məktub əlavə olunur). Cavabdeh Başçısına ünvanlanmış 28.01.2014-cü il tarixli, Qİ12/ƏTY-02/140 nömrəli məktubdan görünür ki, ünvan 7 ünvandakı beş mərtəbəli yaşayış binasının bir qrup sakini Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Sosial İnkişaf İdarəsinə müraciət edərək, yaşadıqları binaların fasadlarında aparılmış əsaslı təmiryenidənqurma işlərindən sonra mənzillərində yaranmış sahə və plan dəyişikliklərinin texniki sənədlərdə nəzərə alınmasına köməklik olunmasını xahiş etmişlər. Göstərilən ünvanda beş mərtəbəli yaşayış binasının fasadının və dam örtüyündə Sosial İnkişaf İdarəsinin sifarişi ilə aparılmış əsaslı təmir-yenidənqurma işləri Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi ilə razılaşdırılmış eskiz layihəsini, aidiyyəti dövlət qurumlarının rəylərini göndərərək, sakinlərin müraciətlərinə baxılmasına göstəriş verilməsi xahiş olunmuşdur. Məktuba aşağıdakı sənədlər əlavə olunmuşdur: Eskiz layihəsinin surəti bir albom - 1 (bir) nüsxə, X17 Xidmətinin rəyi-bir nüsxə 2(iki) vərəqdə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəyi- bir nüsxə 2(iki) vərəqdə Respublika Gigiyena və Epedemiologiya Mərkəzinin rəyi- bir nüsxə 3(üç) vərəqdə (məktub əlavə olunur). Yuxarıda sadalanan işin faktiki hallarından müəyyən olunmuşdur ki, Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsində yerləşən 118 saylı, beş mərtəbəli yaşayış binalarının fasadların yenidən qurulması Azərbaycan Respublikası Dövlət Nəft Şirkətinin Sosial İnkişaf İdarəsinin sifarişi ilə aparılmış əsaslı təmiryenidənqurma işlərinin Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi ilə razılaşdırılmışdır. Lakin, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Sosial İnkişaf İdarəsinin sifarişi ilə aparılmış əsaslı təmir - yenidənqurma işləri dövlət qəbul komissiyası tərəfindən istismara qəbul olunmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 02 fevral tarixli 25 nömrəli Sərəncamına əsasən “Azərbaycan X18” X9 balansında olan yaşayış binaları, yataqxanalar və qeyri-yaşayış sahələri Bakı şəhər İcra Hakimiyyətinin balansına, Bakı şəhər İcra Hakimiyyətinin 2015-ci il 20 fevral tarixli, 65 nömrəli Sərəncamının 1-ci bəndinə əsasən isə “Azərbaycan X18” X9 balansında ölan yaşayış binaları, yataqxanalar və qeyriyaşayış sahələri Bakı şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin balansına və xidmət dairəsinə verilmişdir. Bakı şəhəri, ünvan 13 bina Azərbaycan X18” X9 balansında olmuş və hal-hazırda da, Bakı Şəhər Mənzil- Kommunal Təsərrüfatı Departamentinin balansındadır. Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi 118 saylı binada yaşayan İddiaçı M-102-091 nömrəli, 24.05.2021-ci il qeydiyyat tarixli ərizə ilə Cavabdehnə müraciət edərək, Bakı şəhəri, ünvan 13 binada ona məxsus olan 12 saylı mənzildə təmirdən sonra əlavə sahənin sənədləşdirilməsi barədə sərəncam qəbul edilməsini xahiş etmişdir. Cavabdeh M-102-091, 28.05.2021-ci il tarixli məktubu ilə ərizəçiyə bildirilmişdir ki, RİH tərəfindən Azərbaycan Respublikası Dövlət Nəft Şirkətinin Sosial İnkişaf İdarəsinə ərizəçinin qaldırdığı məsələ ilə bağlı müraciət ünvanlanmışdır. Hüquqmüəyyənedici sənədlər Sosial İnkişaf İdarəsi tərəfindən rayon İcra Hakimiyyətinə təqdim olunduqdan sonra ərizəçinin qaldırdığı məsələyə yenidən baxılacaqdır. İddiaçını cavab qane etmədiyindən, o, məhkəməyə müraciət etməyi üstün tutmuşdur. Yaşayış binalarında əsaslı təmir-yenidənqurma işlərinin aparılması “Tikinti işlərinin təşkili, aparılması və tikintisi başa çatmış obyektlərin istismara qəbulu qaydalan”nın (AzDTN 1.6- 1*, 6.3) tələblərinə uyğun Azərbaycan Respublikası Dövlət Nəft Şirkətinin Sosial İnkişaf İdarəsi tərəfindən tam başa çatdırılmamışdır. Tikintisinin istehsalat sənədləri AzDTN 1.6-1* normativ sənədinin 4.8 bəndinə uyğun (tikinti-quraşdırma işlərin jurnalı, üstü örtülən işlərin və məsul konstruksiyaların qəbul edilmə aktların tərtib edilməsi, yuk aparan daş hörqüsünün ilişmə möhkəmliyinin sınaq aktları və s.) tam həcmində hazırlanmamışdır. Yaşayış binasının dayanıqlığı və istismara yararlığı barədə Fövqəladə Hallar Nazirliyindən müvafiq rəy alınmamışdır. Obyektinin sifarişçisi olan Azərbaycan Respublikası Dövlət Nəft Şirkətinin Sosial İnkişaf İdarəsi tərəfindən əsaslı təmir-yenidənqurma işləri yekunlaşdırdırdıqdan sonra yaşayış binasının istismara qabul edilməsi üçün dövlət qəbul komissiyasının yaradılması barədə (AzDTN 1.6-1*, 6.7. bəndinə əsasən) Fövqəladə Hallar Nazirliyinə hər hansı bir müraciət edilməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 5 dekabr tarixli 272 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi tərəfindən tikinti sahəsində dövlət nəzarətinin mərhələlərlə həyata keçirilməsi Qaydaları”nın 1.2-ci bölməsinə əsasən bu Qaydalar Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin (bundan sonra - Nazirlik) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi (bundan sonra - Agentlik) və digər struktur bölmələri tərəfindən tikinti, yenidənqurma, əsaslı təmir və bərpa işlərinin (bundan sonra tikinti işləri) bütün mərhələlərində qanunvericiliklə müəyyən edilmiş səlahiyyətləri çərçivəsində dövlət nəzarətinin həyata keçirilməsi mexanizmini müəyyən edir. Həmin Qaydaların 1.4-cü bölməsinə əsasən bu Qaydalar İİİ məsuliyyət səviyyəli bina və qurğuların tikinti işləri ilə bağlı məsələlərinin tənzimlənməsinə şamil olunmur. Həmin Qaydaların 3.5.1-ci bölməsinə əsasən respublika ərazisində İ və İİ məsuliyyət səviyyəli bina və qurğularda aparılan tikinti işlərinə dövlət nəzarəti Agentliyin Baş Dövlət Tikinti Müfəttişliyi (bundan sonra — Dövlət Müfəttişliyi) tərəfindən həyata keçirilir. Digər bina və qurğularda yerli icra hakimiyyəti və bələdiyyə orqanlarının memarlıq-tikinti nəzarət xidmətləri öz işlərini müvafiq qanunvericiliyə və normativ-texniki sənədlərə uyğun olaraq təşkil edir; Həmin Qaydaların 3.6.4-cü bölməsinə əsasən qəbul komissiyasının tərkibinə sifarişçinin, podratçının, subpodratçının, layihəçinin, istismarçının, Fövqəladə Hallar Nazirliyi X17 Xidmətinin, Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi Baş Dövlət Tikinti Müfəttişliyinin və tələb olunan hallarda X7 Görülməsi və DağMədən X5, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinin, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin, yerli icra hakimiyyəti (şəhərin tərkibində olan rayonlar üzrə həm şəhər, həm də rayon icra hakimiyyəti) və ya bələdiyyə orqanının, kommunal xidmətləri göstərən təşkilatların qaz, su, elektrik və kanalizasiya) və tələb olunan hallarda digər müvafiq təşkilatların nümayəndələri daxil edilməlidir. Həmin Qaydaların 3.6.6-cı bölməsinə əsasən qəbul komissiyası işin yekunu üzrə obyektin istismara qəbul edilməsi və ya edilməməsi haqqında qərar qəbul edir və bu qərar akt formasında rəsmiləşdirilir. Bildirilir ki, Bakı şəhəri Cavabdeh şəhərin tərkibində olan rayondur və obyektin (Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi 118 ünvanında yerləşən beş mərtəbəli yaşayış binasının) qəbul komissiyasının tərkibinə Cavabdeh nümayəndəsi daxil edilməmişdir. Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli 439 nömrəli Fərmanının 6-cı bəndinə əsasən yerli icra hakimiyyəti orqanları müvafiq inzibati ərazi vahidi ərazisində bu Fərman qüvvəyə mindiyi günədək aparılmış abadlaşdırma tədbirləri çərçivəsində yerinə yetirilmiş tikinti işləri nəticəsində fiziki və hüquqi şəxslərin mülkiyyətində olan daşınmaz əmlak obyektlərinin sahəsində və digər göstəricilərində baş vermiş dəyişikliklər barədə məlumatların daşınmaz əmlakın dövlət reyestrinə daxil edilməsini təmin etmək məqsədi ilə həmin tikinti işləri ilə bağlı tikinti layihəsinin memarlıqplanlaşdırma bölməsinin və istismara qəbul aktının surətlərinin mülkiyyətçinin müraciət etdiyi gündən 7 iş günü ərzində onlara təqdim olunmasını təmin etməlidirlər. Azərbaycan Respublikası Prezidentinin fərmanında qeyd olunur ki, yerli icra hakimiyyəti orqanı (Cavabdeh) binanın tikinti işləri ilə bağlı tikinti layihəsinin memarlıqplanlaşdırma bölməsinin (mənzilin deyil) və binanın istismara qəbul aktının (mənzilin deyil) surətlərinin mülkiyyətçinin müraciət etdiyi gündən 7 iş günü ərzində onlara təqdim olunmasını təmin etməlidir. Tək sözügedən ünvanda yox, rayonun digər ərazilərində yerləşən binalarda da aparılmış əsaslı təmir-yenidənqurma işləri yekunlaşdırıldıqdan sonra sifarişçi tərəfindən istismara qəbul aktı alınmamasına görə sakinlər eyniməzmunlu problemlə qarşılaşmışlar. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 16 sentyabr 2008-ci il tarixli, 214 nömrəli “İ, İİ və İİİ məsuliyyət səviyyəli bina və qurğuların təsnifatı”nın təsdiq edilməsi haqqında qərarın 1-ci hissəsinə əsasən İstismara yararsız olduğu halda, eləcə də dağılması zamanı müxtəlif miqyaslı iqtisadi, sosial və ekoloji nəticələrə səbəb olan bina və qurğuların məsuliyyət səviyyəsinin uçotu üçün üç səviyyə təyin olunmuşdur. Təsnifata əsasən yaşayış evləri (12 metr hündürlüyədək yaşayış evləri istisna olmaqla) İİ məsuliyyət səviyyəli bina və qurğulara aid edilmişdir. ünvan 7 ünvandakı beş mərtəbəli yaşayış binası İİ normal məsuliyyət səviyyəli bina və qurğulara aiddir. ünvan 7 ünvandakı beş mərtəbəli yaşayış binası İİ normal məsuliyyət səviyyəli bina və qurğulara aiddir və istismara qəbul etmək Bakı şəhər İcra Hakimiyyəti başçısının vəzifəsinə aiddir. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli, 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş Yerli icra hakimiyyətləri haqqında Əsasnamədə Yerli icra hakimiyyəti başçılarının səlahiyyətləri qeyd edilmişdir. Əsasnamənin 1.3-cü yarımbəndinə əsasən Yerli icra hakimiyyətlərinin başçıları öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarını (Naxçıvan Muxtar Respublikasında həm də Naxçıvan Muxtar Respublikasının Konstitusiyasını və qanunlarını, Naxçıvan Muxtar Respublikasının ali vəzifəli şəxsinin fərman və sərəncamlarını, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını), Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri və bu Əsasnaməni rəhbər tuturlar. Həmin Əsasnamənin 4.11.11.5-ci yarımbəndinə əsasən Yerli icra hakimiyətinin başçısı təmirtikinti, memarlıq və şəhərsalma sahələrində İ və İİ məsuliyyət səviyyəli binaların memarlıq layihəsi təsdiq edildikdən və qeydiyyatdan keçdikdən sonra tikintiyə icazə sənədi vermək səlahiyyətinə malikdir. Həmin Əsasnamənin 4.11.12-ci yarımbəndinə əsasən müvafiq ərazidə İİİ məsuliyyət səviyyəli binaların tikintisinə icazə vermək səlahiyyətinə malikdir. Həmin Əsasnamənin 4.18.2-ci yarımbəndinə əsasən bu Əsasnamənin 4.5.4-cü, 4.7.8-ci, 4.11.11,5-ci, 4.11.17-ci, 4.12.3-1 -ci, 4.13.6-cı, 4.15.2-ci, 4.16.4- cü yarımbəndlərində nəzərdə tutulmuş səlahiyyətlər şəhər rayonlarının icra hakimiyyəti başçılarına aid edilmir. ünvan 7 ünvandakı beş mərtəbəli yaşayış binası İİ normal məsuliyyət səviyyəli bina və qurğulara aiddir və Dövlət Neft Şirkətinin Sosial İnkişaf İdarəsi sifarişçi kimi binanı istisma qabul edilməsi üçün dövlət qəbul komissiyasının yaradılması üçün vəzifəsini daşıyır. Sadalanan qanunvericilik aktları normalarına əsasən hesab edirlər ki, Cavabdeh 9/M-102- 091 saylı, 28.05.2021-ci il tarixli məktubu qanuni və əsaslı olmuşdur. Azərbaycan Respublikası Dövlət Nəft Şirkətinin Sosial İnkişaf İdarəsinə tərərfindən ünvan 7 ünvandakı beş mərtəbəli yaşayış binaların fasadların yenidən qurulması ilə bağlı istismara qəbul aktının təqdim olunduqdan sonra ərizədə qaldırmış məsələyə yenidən baxıla bilər. Bu da onu deməyə imkan verir ki, iddia maddi hüquqi cəhətdən əsassızdır və bu səbəbdən təmin oluna bilməz Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7691/2021 saylı 21 dekabr 2021-ci il tarixli qərarı ilə iddia təmin edilmişdir. Həmin qərardan narazı qalan Cavabdeh tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilib iddia tələbinin rədd olunması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddiaya dair etirazın məzmunu ilə eynilik təşkil edir, əlavə olaraq göstərilmişdir ki, ünvan 4 ünvanda yerləşən beşmərtəbəli yaşayış binalarının fasadlarının yenidən qurulması işləri Azərbaycan Dövlət Neft Şirkətinin Sosial İnkişaf İdarəsi tərəfindən 2014-cü ilə kimi aparılmışdır. Bu barədə iş müteriallarında olan Cavabdeh Başçısına ünvanlanmış Azərbaycan Dövlət Neft Şirkətinin Sosial İnkişaf İdarəsinin Qİ12/ƏTr-02/140 saylı 28.01.2014-cü il tarixli məktubdan aydın olur. Həmin zaman Azərbaycan Respublikası Nazirlər Kabinetinin 272 saylı 5 dekabr 2008-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Fövqəladə Hallar nazirliyi tərəfindən tikinti sahəsində Dövlət Nəzarətinin mərhələli şəkildə həyata keçirilməsi Qaydaları” qüvvədə olmuş və Azərbaycan Dövlət Neft Şirkətinin Sosial İnkişaf İdarəsi tərəfindən riayət edilməlidir. Lakin bu məsələyə məhkəmə tərəfindən qiymət verilməmişdir. Tərəflərin izahatları: Cavabdehin nümayəndəsi X6 apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izhaat verərək onun təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddianın rədd edilməsini xahiş etmişdir. İddiaçı apellyasiya şikayətinin dəlillərinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmənin 08 iyun 2022-ci il tarixli qərardadı ilə hazırki iş üzrə Dövlət Neft Şirkətinin Sosial İnkişaf İdarəsinin, Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin 3-cü şəxs qismində cəlb edilmələrinin ləğv edilməsi qərara alınmışdır. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, hazırki iddia ilə bağlı iddiaçının həm ARDNŞ-nin Sosial İnkişaf İdarəsinə, həm də Cavabdehnə müraciətləri olmuşdur. Cavabdeh inzibati orqanın 28.05.2021-ci il tarixli məktubu ilə iddiaçıya bildirilmişdir ki, müraciətdə qeyd olunan hüquqmüəyyənedici sənədlər ARDNŞ-nin Sosial İnkişaf İdarəsi tərəfindən rayon icra hakimiyyətinə təqdim olunduqdan sonra qarlıdırdığı məsələyə yenidən baxılacaqdır. Bundan sonra iddiaçı hazırki iddia ilə məhkəməyə 21.06.2021-ci il tarixdə müraciət etmişdir ki, bununla da inzibati prosessual qanunvericiliyin tələblərinə əsasən müəyyən edilmiş müddət çərçivəsində iddia qaldırdığı üçün iddiası mümkündür. İşin mahiyyətinə gəldikdə isə hazırki işdən müəyyən olunur ki, iddiaçıya məxsus mənzilin yerləşdiyi Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi 118 saylı ünvandakı beşmərtəbəli yaşayış binası Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Sosial İnkişaf Departamentinin Təmir Tikinti şöbəsi və subpodratçı "xxxx" MMC Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 28 sentyabr 2006-cı il tarixli «2006–2010-cu illərdə Dövlət Proqramı Azərbaycan Respublikası «Bakı şəhərinin qəsəbələrinin sosial iqtisadi inkişafının sürətləndirilməsinə dair Tədbirlər Proqramı»nın təsdiq edilməsi haqqında» sərəncamına, Bakı Şəhər İcra Hakimiyyətinin Başçısının Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin qərarı ilə yeni yaşayış və ictimai obyektlərin planlaşdırılması və tikintisinə dair 262 saylı əmri əsasında Bakı şəhəri, Nizami küçəsində yerləşən 118 saylı yaşayış binasında rekonstruksiya işləri aparılaraq, yeni üzlük vurulmuşdur. Yaşayış binasının fasadında aparılmış təmir-tikinti işləri səbəbindən mənzillərin planlarında dəyişikliklər yaranmışdır. Bununla bağlı iddiaçının müraciətləri müvafiq orqanlar, o cümlədən cavabdeh inzibati orqan tərəfindən təmin olunmamışdır. Buna görə də iddiaçı məhkəmədə iddia qaldırmış və onun iddiası məhkəmə tərəfindən təmin edilmişdir. İşə birinci instansiya qaydasında baxmış məhkəmə cavabdehin özünün mövqeyinin ardıcıl olmamasına, faktiki halları oxşar olan işlər üzrə əsaslandırılmamış şəkildə fərqli qaydada davranmasına, bununla da, «İnzibati icraat haqqında» Qanunun 12.2-ci maddəsinin tələblərinin pozulmasına istinad edərək iddianın təmin edilməsi qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə bağlı gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıların qeyd olunmasını zəruri hesab edir. SOCAR Sosial İnkişaf İdarəsi tərəfindən verilmiş 16.05.2020-ci il tarixli məktubdan görünür ki, Memarlıq və Şəhərsalma Baş İdarəsinin 18/04-398 saylı 13 dekabr 2011-ci il tarixli razılaşdırdığı eskiz layihəsi və “Bakı Dövlət Layihə” İnstitutunun işlədiyi layihə sənədlərinə uyğun olaraq aparılmışdır. Nəzərə çatdırmışlar ki, yaşadığı binanın fəsad və dam örtüyündə işlərin aparılması zamanı yaranmış sahələrin sənədləşdirilməsi Sosial İnkişaf İdarəsinin deyil, Cavabdeh səlahiyyətinə aiddir. Bununla əlaqədar olaraq, aparılmış tikinti-təmir işləri və mənzillərdə yaranmış əlavə sahə, plan dəyişiklikləri barədə müvafiq sənədlər təqdim olunmaqla Sosial İnkişaf İdarəsi tərəfindən aidiyyəti üzrə Cavabdehnə Qİ12/ƏTr-02/140 nömrəli 28.01.2014-cü il tarixli məktub ünvanlanmışdır. Yenidənqurma nəticəsində mənzildə yaranmış əlavə sahənin sənədləşdirilməsi üçün Cavabdehnə müraciət etməsi tövsiyyə olunmuşdur. Məktuba qoşma şəklində Cavabdehnə ünvanlanmış məktubun surəti əlavə edilmişdir. SOCAR Sosial İnkişaf İdarəsi tərəfindən Bakı şəhəri Cavabdeh başçısına ünvanlanmış Qİ12/ƏTr-02/140 nömrəli 28.01.2014-cü il tarixli məktubun surətindən görünür ki, Nəsimi rayonu, Nizami küçəsi 118 saylı ünvandakı üç mərtəbəli yaşayış binalarının bir qrup sakini Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Sosial İnkişaf İdarəsinə müraciət edərək, yaşadıqları binaların fasadlarında aparılmış əsaslı təmiryenidənqurma işlərindən sonra mənzillərində yaranmış sahə və plan dəyişikliklərinin texniki sənədlərdə nəzərə alınmasına kömək olunmasını xahiş etmişlər. Göstərilən ünvandakı beş mərtəbəli yaşayış binalarının fasadlarında və dam örtüyündə Sosial İnkişaf İdarəsinin sifarişi ilə aparılmış əsaslı təmir-yenidənqurma işlərinin Bakı şəhər Memarlılq və Şəhərsalma Baş İdarəsi ilə razılaşdırılmış eskiz layihəsini, aidiyyəti dövlət qurumlarının rəylərini göndərərək sakinlərin müraciətinə baxılmasına göstəriş verilməsini xahiş etmişdir. Məktuba qoşma şəklində eskiz layihəsinin surəti bir albom - 1(bir) nüsxə, X17 Xidmətinin rəyi – bir nüsxə 2 (iki) vərəqdə Respublika Gigiyena və Epedemiologiya Mərkəzinin rəyi – bir nüsxə 3 (üç) vərəqdə (məktub əlavə olunur) əlavə olunmuşdur. Cavabdeh başçısı tərəfindən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Sosial İnkişaf İdarəsinə ünvanlanmış 01.10.2020-ci il tarixli, 3/M-173-151 nömrəli məktubdan görünür ki, ünvan 10 ünvandakı beş mərtəbəli yaşayış binasının bir qrup sakini rayon İcra Hakimiyyətinə müraciət edərək, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Sosial İnkişaf İdarəsi tərəfindən yaşadıqları binaların fasadlarında aparılmış əsaslı təmiryenidənqurma işlərindən sonra mənzillərində yaranmış sahə və plan dəyişikliklərin texniki sənədlərdə nəzərə alınmasına köməklik olunmasını xahiş etmişlər. Qeyd edirlər ki, sözügedən ünvanda görülmüş işlər Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi ilə razılaşdırılaraq aparılmışdır. Sosial İnkişaf idarəsinin sifarişi aparılmış əsaslı təmiryenidənqurma işləri ilə bağlı sənədlər – eskiz layihəsinin surəti bir albom 1(bir) nüsxə, X17 Xidmətinin rəyi – bir nüsxə 2 (iki) vərəqdə, X11 Nazirliyinin rəyi – bir nüsxə 2 (iki) vərəqdə Respublika Gigiyena Epedemiologiya Mərkəzinin rəyi – bir nüsxə 3 (üç) vərəqdə rayon İcra Hakimiyyətinə təqdim olunmuşdur. Lakin, aparılmış əsaslı təmir-yenidənqurma işləri ilə bağlı yaşayış binasının dayanıq və istismara yaralılığı barədə Fövqəladə Hallar Nazirliyindən müvafiq rəyi və müvafiq qərarı, Komissiyanın istismara qəbul sənədi təqdim olunmamışdır. Lakin, aparımış əsaslı təmir yenidən qurma işləri ilə bağlı yaşayış binasının dayanıqlığı və istismara yararlığı barədə Fövqəladə Hallar Nazirliyindən müvafiq rəyi və müvafiq qərarı Komissiyanın istismara qəbul sənədi təqdim olunmamışdır. Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli, 439 nömrəli Fərmanının 6-cı bəndinə əsasən yerli icra hakimiyyəti orqanları müvafiq inzibati ərazi vahdi ərazisində bu Fərman qüvvəyə mindiyi günədək aparılmış abadlaşdırma tədbirləri çərçivəsində yerinə yetirilmiş tkinti işləri nəticəsində fiziki və hüquqi şəxslərin mülkiyyətində olan daşınmaz əmlak obyektlərinin sahəsində və digər göstəricilərində baş vermiş dəyişikliklər barədə məlumatların daşınmaz əmlakın dövlət reyestrinə daxil edilməsini təmin etmək məqsədi ilə həmin tikinti işi ilə bağlı tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsinin və istismara qəbul aktının surətlərinin rayon İcra Hakimiyyətinə təqdim olunması xahiş edilmişdir. SOCAR Sosial İnkişaf İdarəsi tərəfindən Cavabdeh başçısına ünvanlanmış 15.10.2020-ci il tarixli, “Cavabdeh başçısının 3/M-173-151 saylı, 01.10.2020-ci il tarixli” məktubuna cavab olaraq verilmiş məktubdan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi 118 saylı beş mərtəbəli yaşayış binalarının fasadlarında, dam örtüyündə aparılmış təmir işlərinin memarlıq-planlaşdırma bölməsinin və istismara qəbul aktlarının İcra Hakimiyyətinə təqdim olunması barədə SOCAR-ın Sosial İnkişaf İdarəsinə ünvanladığı məktuba baxılaraq bildirilmişdir ki, məktubda qeyd olunan ünvandakı yaşayış binalarının fasadlarında, dam örtüklərində təmir işləri Azərbaycan Respublikası Prezidentinin, “Bakı şəhərinin və ətraf qəsəbələrinin abadlaşdırılması proqramı” barədə sərəncamına əsasən aparılmış və zəruri səbəblərdən sakinlərin mövcud eyvanlarının plan ölçülərinin eyniləşdirilməsi tədbirləri görülmüşdür. Göstərilənləri nəzərə alaraq, tərəflərindən görülən işlər Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi ilə razılaşdırılmış, aidiyyəti qurumlardan rəylər alınmışdır. Cavabdeh başçısı tərəfindən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Sosial İnkişaf İdarəsinə ünvanlanmış 14.08.2021-ci il tarixli, 3/755 nömrəli məktubdan görünür ki, ünvan 13 ünvandakı beş mərtəbəli yaşayış binasının bir qrup sakini rayon icra Hakimiyyətinə müraciət edərək, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Sosial inkişaf idarəsi tərəfindən yaşadıqları binaların fasadlarında aparılmış əsaslı, təmiryenidənqurma işlərindən sonra mənzillərində yaranmış sahə və plan dəyişikliklərinin texniki sənədlərdə nəzərə alınmasına köməklik olunmasını xahiş etmişlər. Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsiində yerləşən 118 saylı, beş mərtəbəli yaşayış binalarının fasadlarında və dam örtüyündə görülmüş işlər Azərbaycan Respublikası Dövlət Nəft Şirkətinin Sosial inkişaf idarəsinin sifarişi ilə Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş idarəsi ilə razılaşdırılaraq aparılmışdır. Bildirmişlər ki, aparılmış əsaslı təmir-yenidənqurma işləri ilə bağlı rayon İcra Hakimiyyətinə aşağıdakı sənədlər əlavə olunmuşdur: Eskiz layihəsinin surəti bir albom-1 (bir) nüsxə, X17 Xidmətinin rəyi-bir nüsxə 2(ikı) vərəqdə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəyi bir nüsxə 2(iki) vərəqdə Respublika Gigiyena və Epedemiologiya Mərkəzinin rəyi- bir nüsxə 3(üç) vərəqdə. Lakin, aparılmış əsaslı təmiryenidənqurma işləri dövlət qəbul komissiyası tərəfindən istismara qəbul olunmamışdır. Yaşayış binaların əsaslı təmir-yenidənqurma işlərinin aparılması “Tikinti işlərinin təşkili, aparılması və tikintisi başa çatmış obyektlərin istismara qəbulu qaydaları'’ ilə (AzDTN 1.6- 1*, 6.3) mütləq tələblərinə uyğun tam başa çatdırılmamışdır. Yaşayış binasının dayanıqlığı və istismara yararlığı barədə Fövqəladə Hallar Nazirliyindən müvafiq rəyi alınmamışdır. Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli 439 nömrəli Fərmanının 6-cı bəndinə əsasən yerli icra hakimiyyəti orqanları müvafiq inzibati ərazi vahidi ərazisində bu Fərman qüvvəyə mindiyi günədək aparılmış abadlaşdırma tədbirləri çərçivəsində yerinə yetirilmiş tikinti işləri nəticəsində fiziki və hüquqi şəxslərin mülkiyyətində olan daşınmaz əmlak obyektlərinin sahəsində və digər göstəricilərində baş vermiş dəyişikliklər barədə məlumatların daşınmaz əmlakın dövlət reyestrinə daxil edilməsini təmin etmək məqsədi ilə həmin tikinti işləri ilə bağlı tikinti layihəsinin memarlıqplanlaşdırma bölməsinin və istismara qəbul aktının surətlərinin rayon icra Hakimiyyətinə təqdim olunması xahiş edilmişdir. Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən Azərbaycan Respublikası tərəfindən Dövlət Neft Şirkəti Sosial İnkişaf İdarəsinin rəisinə ünvanlanmış 188/04-398 saylı 13.12.2011-ci il tarixli məktubdan görünür ki, ünvan 13 ünvanda yerləşən yaşayış binalarının fasadlarının yeni memarlıq həllinə dair təqdim olunmuş memarlıq planlaşdırmasının eskiz layihəsinə baxılaraq (“Bakıdövlətlayihə”-nin işi, LBM Ə.Şükürlü) razılaşdırılmışdır. Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti tərəfindən 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin icraatında olmuş 2-1(81)-2859/2018 saylı iş üzrə 18.09.2018-ci il tarixli məhkəmə sorğusuna cavab olaraq verilmiş 718 saylı 09.10.2018-ci il tarixli məktubdan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 s saylı 02.02.2015-ci il tarixli sərəncamının icrası haqqında Bakı şəhər İcra Hakimiyyəti Başçısının 65 saylı 20.02.2015-ci il tarixli sərəncamına əsasən “Azərbaycan X18” Qapalı Səhmdar Cəmiyyətinin balansında olan mənzil fondu, o cümlədən Nəsimi rayonu, Nizami küçəsi, 118 ünvanında yerləşən yaşayış binası aidiyyəti struktur təşkilatlarının balansına və xidmət dairəsinə qəbul edilmişdir. Bakı şəhəri, Nizami küçəsi, 118 saylı bina hal-hazırda Bakı şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin 3 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balansındadır. “X18” 2 nömrəli Mənzil İstismar Sahəsi tərəfindən təsdiq edilmiş aktın surətindən görünür ki, 2 nömrəli Mənzil İstismar Sahəsinin rəisi E.Manafov, texnik X.Məmmədov, mühasib İ.Vəliyeva aktı tərtib etmişlər ondan ötrü ki, Nizami küçəsi, 118 saylı ev, mənzil 12-nin sakni İddiaçı mənzilindəki əlavə sahə mənzilin əvvəlki sahibnin uzun illər bundan əvvəl mənzilində öz şəxsi vəsaiti hesabına rekonstruksiya işləri aparması nəticəsində yaranmışdır. Aktın doğruluğunu öz imzaları ilə təsdiq etmişlər. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən İddiaçı ünvanlanmış 11/8369 saylı 20.07.2006-cı il tarixli məktubdan görünür ki, Bakı şəhər İcra Hakimiyyəti tərəfindən 22.06.2006-cı il tarixdə İdarəyə daxil olmuş ərizəsinə baxılaraq bildirilmişdir ki, ərizədən göründüyü kimi, onun istifadəsinə 1 otaq verilmişdir. Lakin, mühəndis tərəfindən yerində mənzilə baxış zamanı faktiki olaraq 2 otaq aşkar edilmişdir. Bu səbəbdən, xahişinin yerinə yetirilməsi imkan xaricində olmuşdur. "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış 06.01.2012-ci il tarixli müqavilənin surətindən görünür ki, müqavilənin 1-ci bəndinə əsasən "xxxx" MMC İddiaçı məxsus 12 saylı mənzilin eyvanın yenidən qurarkən parket, tavan və divar kağızlarının bu müqavilənin imzalandığı ana olduğu vəziyyət və keyfiyyətdə (müqaviləyə əlavə edilən 8 ədəd foto şəkildə əks olunan qaydada) bərpasını öhdəsinə götürmüşdür. Müqavilənin 2-ci bəndinə əsasən İddiaçı "xxxx" MMC-nin xəbərdarlığından sonra 1 (bir) gün ərzində mənzili boşaldaraq eyvanın təmiri üçün şəraitin yaradılmasını öhdəsinə götürmüşdür. Bakı şəhər İcra Hakimiyyəti başçısının Aparatı Mənzil-Kommunal Təsərrüfatı Departamenti 3 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyi tərəfindən ünvan 16 ünvanlanmış 55 nömrəli, 30 yanvar 2018-ci il tarixli məktubdan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi 118 ünvanında yerləşən çoxmənzilli binada yaşayış sahələrinin yenidən qurulması və planlaşdırılması, vətəndaşlara məxsus əmlakların təkrar qeydidyyatına alınması üçün lazımi sənədlərin təqdim edilməsi ilə əlaqədar müraciətə baxılaraq bildirilmişdir ki, Azərbaycan Respublikaıs Nazirlər Kabinetinin 25 s saylı 02.02.2015-ci il tarixli sərəncamına əsasən Bakı şəhər İcra Hakimiyyəti başçısının 65 saylı 20.02.2015-ci il tarixli sərəncamı və Bakı şəhər İcra Hakimiyyəti MənzilKommunal Təsərüfatı Departamentinin 13 saylı 27.02.2015-ci il tarixli sərəncamına əsasən sözügedən ünvan 3 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balansına verilmişdir. Yuxarıda göstərilən sərəncamlardan da məlum olur ki, həmin binalarda yenidən qurulma və planlaşdırma işləri aparılarkən bina 3 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balansında olmamışdır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 23.1-ci maddəsinə əsasən yaşayış sahəsinin yenidən qurulması yaşayış sahəsinin texniki pasportunda dəyişikliklər edilməsini tələb edən yaşayış sahəsində konstruktiv elementlərin (o cümlədən, yaşayış sahəsinin daşıyıcı divar və dirəklər, mərtəbələrarası arakəsmələr, pilləkən meydançaları və pilləkənlərin), çoxmənzilli binada birdən artıq yaşayış və ya qeyri-yaşayış sahəsinə xidmət edən kommunikasiya qurğularının (o cümlədən, lift şaxtası və ya digər şaxtalar, bacalar, sanitar-texniki və digər avadanlıqların) quraşdırılması, əvəz edilməsi və yerinin dəyişdirilməsindən ibarətdir. Həmin Məcəllənin 23.2-ci maddəsinə əsasən yaşayış sahəsinin yenidən planlaşdırılması bu Məcəllənin 23.1-ci maddəsində göstərilənlər istisna olmaqla, yaşayış sahəsinin texniki pasportunda dəyişikliklər edilməsini tələb edən yaşayış sahəsində arakəsmələrin sökülməsi (ləğv edilməsi), yerinin dəyişdirilməsi və ya yenilərinin quraşdırılması, qapı yerlərinin dəyişdirilməsi və yenilərinin quraşdırılması, mənzildəki yardımçı sahələr hesabına otaqların sahəsinin genişləndirilməsi, əlavə mətbəxin və ya sanitar qovşaqların quraşdırılması və ya onların yerinin dəyişdirilməsi kimi yaşayış sahəsinin konfiqurasiyasının dəyişdirilməsindən, habelə istilik sisteminin quraşdırılması və ya yenidən quraşdırılmasından ibarətdir. Həmin Məcəllənin 24.1-ci maddəsinə əsasən yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması tikinti norma və qaydalarına riayət etməklə müvafiq icra hakimiyyəti orqanının və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumun (bundan sonra – razılaşdırmanı həyata keçirən orqan) qərarı əsasında aparılır. Həmin Məcəllənin 26-cı maddəsinə əsasən yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılmasının başa çatması razılaşdırmanı həyata keçirən orqanın yaratdığı qəbul komissiyasının aktı ilə təsdiqlənir. Qəbul komissiyasının aktı razılaşdırmanı həyata keçirən orqan tərəfindən dövlət kadastr uçotunun aparılması məqsədi ilə daşınmaz əmlakın dövlət reyestrini aparan orqana göndərilməlidir. «Azərbaycan Respublikası Mənzil Məcəlləsinin icrasının təmin edilməsi» barədə Azərbaycan Respublikası Prezidentinin 2727 saylı, 24 may 2010-cu il tarixli Fərmanının 1.1-ci bəndinə əsasən Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 18-ci maddəsində, 21.1-ci maddəsində ikinci halda, 24.1-ci maddəsində ikinci halda, 24.2.6-cı maddəsində, 28.3-cü maddəsinin birinci cümləsində, 28.4-5-ci maddəsində ikinci halda və 143-cü maddəsində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir. Həmin Fərmanın 1.4-cü bəndinə əsasən həmin Məcəllənin 24.1-ci maddəsində birinci halda nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini dövlət (məcburi köçkünlərin müvəqqəti məskunlaşması üçün tikilmiş mənzil fonduna münasibətdə Azərbaycan Respublikası Qaçqınların və X10 üzrə Dövlət Komitəsinin razılığı ilə) və xüsusi mənzil fondlarına münasibətdə yerli (rayon, şəhər və şəhər rayonu) icra hakimiyyəti orqanları, bələdiyyə mənzil fonduna münasibətdə isə müvafiq bələdiyyənin razılığı əsasında yerli (rayon, şəhər və şəhər rayonu) icra hakimiyyəti orqanları həyata keçirir. Qeyd olunun normativ-hüquqi aktların müddəalarından göründüyü kimi, hazırkı halda iddiaçının mənzilinin yerləşdiyi binada aparılmış yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması işinin nəticələrinin rəsmiləşdirilməsi ilə bağlı müvafiq akt qəbul etmək səlahiyyəti cavabdeh Bakı şəhəri Cavabdehnə məxsus səlahiyyətdir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı»nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli 439 saylı Fərmanının 6cı bəndinə əsasən yerli icra hakimiyyəti orqanları müvafiq inzibati ərazi vahidi ərazisində bu Fərman qüvvəyə mindiyi günədək aparılmış abadlaşdırma tədbirləri çərçivəsində yerinə yetirilmiş tikinti işləri nəticəsində fiziki və hüquqi şəxslərin mülkiyyətində olan daşınmaz əmlak obyektlərinin sahəsində və digər göstəricilərində baş vermiş dəyişikliklər barədə məlumatların daşınmaz əmlakın dövlət reyestrinə daxil edilməsini təmin etmək məqsədi ilə həmin tikinti işləri ilə bağlı tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsinin və istismara qəbul aktının surətlərinin mülkiyyətçinin müraciət etdiyi gündən 7 iş günü ərzində onlara təqdim olunmasını təmin etməlidirlər. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçının tələbinin təmin edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə maddi hüquq normalarının tətbiqi baxımından qanuni, işin faktiki halları baxımından əsaslı olmuşdur. Cavabdehin apellyasiya şikayətində qeyd etdiyi dəlillərə gəldikdə isə məhkəmə kollegiyası bu barədə bildirir ki, həmin dəlillər iddiaya dair yazılı etirazın məzmunu ilə eynilik təşkil etməklə, qərarın əsaslandırıcı hissəsində qeyd olunanlarla bağlı əsassız olub, qəbul edilməməklə yanaşı, birinci instansiya məhkəməsinin qərarının ləğvi üçün də heç bir əsas yaratmır. Qeyd olunmalıdır ki, oxşar işlər üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının qərarlarında hüquqi mövqeyi də belə əsaslandırılmışdır (2-1(102)- 1421/2021 saylı inzibati məhkəmə işi). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Bu səbəbdən də cavabdeh inzibati orqan tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7691/2021 saylı 21 dekabr 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 87, 90 və 94cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7691/2021 saylı 21 dekabr 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Mirzə Tağızadə Aytən Oruczadə
Məhkəmə qərarları › İş №2-1(103)-1914/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1914/2022
08.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver