Məhkəmə qərarları › İş №2-1(103)-1915/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1915/2021

21.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1915/2021 21.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Tağızadə Mirzə Nəsib oğlu və Cəmilova Xəyalə Adil qızından ibarət tərkibdə, cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “pensiyanın yenidən hesablanması və yaranacaq fərqin birdəfəyə ödənilməsi tələbinə dair» iddiası üzrə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)- 2719/2019 saylı, 31.07.2019-cu il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İ. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Pirallahı rayon şöbəsinə (hazırkı prosessual hüquqi varisi: Xüsusi Şərtərlə Təyinat üzrə Mərkəzi Filialı) qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, onun 01.01.2008-ci il tarixdən, həmin tarixdə qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri əsasında yəni, son 24 (2004-2005-ci illər) ayın orta aylıq əmək haqqısı nəzərə alınmaqla 1 (bir) nömrəli siyahı üzrə, 01.01.2008-ci il tarixindən hal-hazırkı günə qədər pensiyanın yenidən hesablanması və yaranacaq fərqin birdəfəyə ödənilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Pirallahı rayon şöbəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşin faktiki halları aşağıdakılardan ibarətdir: İddiaçı ağır dəniz şəraitində işlədiyi üçün ona güzəştli şərtlərlə pensiya təyin edilmiş, hal hazırda 377 manat əmək pensiyası alır. 20.05.2009-cu il tarixinədək əmək fəaliyyəti ilə məşğul olmuş, yaşı ilə əlaqədar olaraq öz təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilmiş və işdən azad olunmuşdur. Hazırkı tələbi ilə bağlı məhkəməyə qədər ərizə ilə cavabdehə etmiş, lakin sonuncu 29.04.2019 cu il tarixli məktubu ilə onun ərizəsini təmin etməkdən imtina etmişdir. Cavabdeh imtinasını onunla əsaslandırmışdır ki, iddiaçıya cavabdehin (hüquq sələfinin) 17.02.1994-cü il tarixli qərarı ilə “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 50 yaşından güzəştli şərtlərlə yaşa görə əmək pensiysı təyin edilmişdir. 20.05.2009-cu il tarixdə iddiaçı işdən azad olunduqdan sonra pensiyasının məbləği 27.94 manat artırılaraq 228.89 manara (75 manat baza hissəsi, 153,89 manat sığorta hissəsi, 27.94 manat yığım hissəsi) çatdırılmışdır. İddiaçıya pensiya təyin olunan zaman son iki ilin əmək haqqı nəzərə alınaraq hesablanmışdır. Pensiyanın sığorta hissəsi Azərbaycan Respublikası Prezidentinin sərəncamlarına əsasən hər ilin inflyasiya faizinə əsasən indeksəşdirilərək 377.91 manata çatdırılmışdır. İddiaçı Azərbaycan Respublikası Konstitusiyasının 26-cı, 38-ci və 60-cı maddələrinə, “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci, 31.1-ci maddələrinə, Azərbaycan Respublikası İPM-in 2.2-ci, 2.2.2-ci, 14.3-cü və 33-cü maddələrinə istinadən hesab edir ki, imtina qanunsuz və əsassızdır.” 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-2719/2019 saylı, 31.07.2019-cu il tarixli qərarı ilə iddia təmin edilmiş, İddiaçı 01.01.2008-ci il tarixdən, həmin tarixdə qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri əsasında yəni, son 24 (2004-2005-ci illər) ayın orta aylıq əmək haqqısı nəzərə alınmaqla, 1 (bir) nömrəli siyahı üzrə, 01.01.2008-ci il tarixindən hal-hazırkı günə qədər pensiyanın yenidən hesablanması və yaranacaq fərqin birdəfəyə ödənilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Pirallahı rayon şöbəsinin üzərinə qoyulmuşdur. Cavabdeh apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, “...qərar qanunsuz və əsassızdır. Belə ki, iddiaçıya Dövlət Sosial Müdafiə Fondunun Xəzər rayon şöbəsinin 17.02.1994-cü il tarixli qərarı ilə “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanuna əsasən 50 yaşından güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. 20.05.2009-cu il tarixdə iddiaçı işdən azad olunduqdan sonra pensiyasının məbləği 27.94 manat artırılaraq 228.89 manata (75 manat baza hissəsi, 153.89 manat sığorta hissəsi, 27.94 manat yığım hissəsi) çatdırılmışdır. Pensiyasının sığorta hissəsi Azərbaycan Respublikası prezidentinin sərəncamlarına əsasən hər ilin inflyasiya faizinə əsasən indeksləşdirilərək 377.91 manata çatdırılmışdır. İddiaçıya zərərli sahədə işləməyi ilə əlaqədar güzəştli şərtlərlə pensiya hüququ 17.02.1994-cü il tarixdə yarandığına görə, pensiyası da ona təyin olunan vaxtda son 24 ayın əmək haqqısına əsasən hesablanmışdır. İddiaçının pensiya hüququ həmin vaxt qüvvədə olan “Vətəndaşların pensiya təminatı haqqında” Qanuna əsasən təyin edilib. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi isə hal-hazırda qüvvədə olan Əmək pensiyaları haqqında” Qanuna əsasən qərar qəbul etmişdir...” Bakı Apellyasiya Məhkəməsinin X2 07.11.2019-cu il tarixli 2-1(103)-2457/2019 saylı qərarı ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilərək, birinci instansiya məhkəməsinin qəmin qərarı ləğv edilmiş, iddia tələbi rədd edilmişdir. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-Kollegiyasının 2-1(102)- 550/2020 saylı 11.02.2020-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin həmin qərarı ləğv edilmiş və iş təkrar baxılması üçün göndərilmişdir. İşə təkrar apellyasiya qaydasında baxılarkən, Bakı Apellyasiya Məhkəməsinin X2 17.10.2019-cu il tarixli qərardadı ilə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Pirallahı rayon şöbəsi - cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsi (hazırkı adı: DSMF-nin Xüsusi şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı) ilə əvəz edilmişdir. Daha sonra, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 07.10.2020-ci il tarixli 2-1(103)-1090/2020 saylı qərarı ilə birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Cavabdeh kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin rədd olunmasını xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 735/2021 saylı 27.04.2021-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin həmin qərarı ləğv edilmiş və iş təkrar baxılması üçün göndərilmişdir. Ali Məhkəmə həmin qərarının 28-34-cü bəndlərində aşağıdakıları qeyd etmişdir: “... İşdən göründüyü kimi, apellyasiya instansiyası məhkəməsində təkrar icraat zamanı iddiaçının pensiya işi (inzibati icraat materialları) məhkəmə tərəfindən araşdırılmayıb. İddiaçıya əvvəlki qanunla əmək pensiyasının təyin edildiyi nəzərə alındıqda, hazırkı halda, ona yenidən əmək pensiyasının təyin edilməsi deyil, təyin edilmiş əmək pensiyasının yeni qanuna görə yenidən hesablaması, bu hesablamanın qanuna uyğun aparılıb-aparılmadığı araşdırmanın predmeti ola bilər. İddiaçı da öz tələbində 2008-ci il 1 yanvar tarixdə qüvvədə olan qanuna istinadla əmək pensiyasının 2008-ci il 1 yanvar tarixdən yenidən hesablanmasını tələb edir. Beləliklə, iddiaçıya 2006-cı il 1 yanvar tarixdən əvvəl əmək pensiyası təyin edildiyindən, apellyasiya instansiyası məhkəməsi iddiaçının hazırkı məzmunda irəli sürdüyü tələbin əsaslarını “Əmək pensiyaları haqqında” Qanunun 2008-ci il 1 yanvar tarixdən tətbiq edilməli olan 26.2-ci maddəsində və həmin maddənin “Qeyd”ində təsbit olunanlar nəzərə alınmaqla yoxlamalı idi. Həmin normaya görə: 26.2. Bu Qanunun qüvvəyə mindiyi günədək müvafiq orta aylıq əməkhaqqına məhdudiyyət (ölkə üzrə pensiya hesablanması üçün təsdiq olunmuş orta aylıq əmək haqqının üçqat məbləğində) tətbiq edilməklə hesablanmış əmək pensiyası, həmin əməkhaqqının tam məbləği əsas götürülməklə yenidən hesablanır. Qeyd: 26.2-ci maddə 2008-ci il yanvarın 1-dən tətbiq edilir və bu tarixədək olan dövr üzrə pensiyaların hesablanmasına, indeksləşdirilməsinə və ödənilməsinə şamil edilmir. Normanın məzmunundan da göründüyü kimi, qanunun həmin məzmunda tələbi o şəxslərə münasibətdə tətbiq olunur ki, onların əmək pensiyaları “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi günədək müvafiq orta aylıq əməkhaqqına məhdudiyyət (ölkə üzrə pensiya hesablanması üçün təsdiq olunmuş orta aylıq əməkhaqqının üçqat məbləğində) tətbiq edilməklə hesablanmışdır. Normanın tələbi nəzərə alınmaqla, məhkəmə iddiaçının pensiya işinin materiallarını tədqiq etməli, iddiaçıya əmək pensiyası təyin edilərkən (hesablanarkən) onun orta aylıq əməkhaqqına məhdudiyyətin tətbiq olunub-olunmadığını, əgər məhdudiyyət tətbiq olunmuşdursa - “Əmək pensiyaları haqqında” Qanunun 2008-ci il 1 yanvar tarixdən tətbiq edilməli olan 26.2-ci maddəsinin tələblərinə əsasən, məhz məhdudiyyət tətbiq edilmiş həmin əməkhaqqının tam məbləği əsas götürülməklə əmək pensiyasının yenidən hesablanıb-hesablanmadığını, bu hesablamanın qanuna uyğun aparılıb-aparılmadığını yoxlamalı idi. Bundan başqa, məhkəmə iddiaçının əmək pensiyasının məhz 2004-2005-ci illərin orta aylıq əməkhaqqına görə hesablanmalı olduğuna dair tələbinin təmin olunmasının hüquqi əsası kimi “Əmək pensiyaları haqqında” Qanunun 2008-ci il 1 yanvar tarixdən tətbiq edilməli olan 26.2-ci maddəsinə o halda istinad edə bilərdi ki, iddiaçıya əmək pensiyası əvvəlki Qanunla məhz 2004-2005-ci illərin orta aylıq əməkhaqqına məhdudiyyət tətbiq edilməklə hesablanmış olsun. Belə bir hal hazırkı işdə müəyyən edilməyib...” İş təkrar baxılması zamanı məhkəmə kollegiyasının iclaslarında iştirak edən cavabdehin nümayəndəsi (vəkil D.Novruzov) Ali Məhkəmənin göstərişləri qaydasında məhkəmənin tapşırığı əsasında DSMF-nin Bakı şəhəri Pirahllahı rayon şöbəsindən əldə olunmuş iddiaçının pensiya işini və onda olan sənədlərdən çıxarışları (surətlərini) məhkəməyə təqdim etmiş və məhkəmə tərəfindən həmin çıxarışların pensiya işində olan sənədlərlə düzlüyü yoxlanılmaqla, tədqiq olunması üçün işə əlavə edilmişdir. Eyni zamanda, cavabdehin hazırkı məhkəmə iclasında iştirak edən həmin nümayəndəsi məhkəmənin şifahi tapşırığı nəzərə alınmaqla, 1994-cü ildə təyin edilmiş iddiaçıya əmək pensiyaının, 2008-ci ilin yanvar ayının 1-dən orta aylıq əmək haqqının tam məbləği əsas götürülməklə yenidən hesablanaraq 164, 26 manata çatdırıldığını bildirərək bu barədə cavabdeh inzibati orqanın yazılı cavabını məhkəməyə təqdim etmiş və şikayətin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən İddiaçı pensiya işində olan əlumatlar nəzərinə çatdırılmış və onun əmək haqqına məhdudiyyət tətbiq olunubolunmadığının araşdırılması ilə bağlı etirazı olmamış və hər bir halda, birinci instansiya məhkəməsinin qərarını qüvvəsində saxlanılmasını məhkəmədən xahiş etmişdir. İİ. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını, iş materiallarını və hazırkı mərhələdə iddiçının pensiya işinə dair əldə olunmuş sənədləri araşdırıb hesab edir ki, aşağıdakılara görə cavabdehin apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddianın təmin edilməməlidir. “Əmək pensiyaları haqqında”Qanunun 26.2-ci maddəsinə, 06.11.2007-ci il tarixli, 474-İİİQD №-li Qanunla edilən dəyişiklikdən sonra 01 yanvar 2008-ci il tarixindən qüvvədə olan redaksiaysı nəzərdə tuturdu ki, bu Qanunun qüvvəyə mindiyi günədək müvafiq orta aylıq əmək haqqına məhdudiyyət (ölkə üzrə pensiya hesablanması üçün təsdiq olunmuş orta aylıq əmək haqqının üçqat məbləğində) tətbiq edilməklə hesablanmış əmək pensiyası, həmin əmək haqqının tam məbləği əsas götürülməklə yenidən hesablanır. Konkret halda, iddiaçının iddia tələbindən göründüyü kimi, 01.01.2008-ci il tarixdən, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun həmin tarixdə qüvvədə olan tələbləri əsasında, yəni, son 24 (2004-2005-ci illər) ayın orta aylıq əmək haqqısı nəzərə alınmaqla 1 nömrəli siyahı üzrə, 01.01.2008-ci il tarixindən hal-hazırkı günə qədər pensiyanın yenidən hesablanması və yaranacaq fərqin birdəfəyə ödənilməsini cavabdehdən tələb edir. Lakin hazırkı mərhələdə iddiaçının DSMF-nin Bakı şəhəri Pirallahı rayon şöbəsindən əldə olunmuş pensiya işinin materiallarına əsasən məlum olmuşdur ki, İddiaçı 09.02.1994-cü il tarixdə pensiya təyin olunması üçün Bakı şəhər Əzizbəyov rayon pensiya şöbəsinə müraciət etmiş və sonuncunun 17 fevral 1994-cü il tarixli qərarı ilə 09.02.1994cü il tarixindən ona 54.397,00 manat)rub) məbləğində pensiya təyin edilmişdir. Göründüyü kimi, iddiaçıya əmək pensiyası əvvəlki qanunla təyin edilmişdir. Belə olan halda, məhkəmə kollegiyası hazırkı halda hesab edir ki, hazrkı məhkəmə araşdırmasının predmetini iddiaçının qeyd olunan tələbi üzrə onun 2004-2005-ci illər üzrə əmək haqqı nəzərə alınmaqla ona yenidən əmək pensiyası təyin edilməsi məsələsi deyil, yalnız təyin edilmiş əmək pensiyasının 01.01.2008-ci il tarixindən qüvvəyə minmiş yeni “Əmək pensiyaları haqqında” Qanunun normasına görə yenidən hesablaması və bu hesablamanın qanuna uyğun aparılıb-aparılmaması təşkil etməlidir. Bakı şəhəri Pirallahı rayon şöbəsinin iddiaçının pensiya işinin materialları üzrə Bakı şəhər Əzizbəyov rayon pensiya şöbəsinin 17 fevral 1994-cü il tarixli qərarından aydın olur ki, iddiaçının əmək pensiyası 1992-1994-cü illər üzrə orta aylıq əmək haqqının 68.684,00 “rub” manat təşkil edən tam məbləğindən deyil, həmin məbəlğin 66%-dən və həmin vaxt minimumum əmək haqqı (9000 rub) nəzərə alınmaqla hesablanmışdır. Göründüyü kimi, 1994-cü ildə iddiaçıya əmək pensiyası təyin olunarkən, onun 1992-1994-cü illərin orta aylıq əmək haqqınnın tam məbləğindən hesablanmamışdır. “Əmək pensiyaları haqqında”Qanunun 26.2-ci maddəsinin 1 yanvar 2008-ci il tarixindən qüvvədə olan qeyd olunan norması baxımından bu Qanunun qüvvəyə mindiyi günədək müvafiq orta aylıq əmək haqqına məhdudiyyət (ölkə üzrə pensiya hesablanması üçün təsdiq olunmuş orta aylıq əmək haqqının üçqat məbləğində) aradın qaldırılmaqla, iddiaçının pensiyasının yenidən hesablanıb-hesablanmamasını müəyən etmək üçün tədqiq olunan pensiya işində mövcud olan hesablamalara və 01.01.2008-ci il tarixindən onun orta aylıq əmək haqqının tam məbləği nəzərə alınmaqla, yenidən hesablanma aparılıb-aparılmadığına aydınlıq gətirilməsi üçün cavabdehin işdə iştirak edən nümayəndəsinə (vəkil D.Novruzova) təmsil etdiyi orqanın izahlı arayışının məhkəməyə təqdim edilməsi həvalə olunmuş və onun tərəfindən məhkəməyə təqdim olunmuş, DSMFnin Xüsusi Şərtlərlə Təiynat üzrə Mərkəzi Filialının “müvafiq məlumatların göndərilməsi haqqında” 14 oktyabr 2021-ci il tarixli **********66 saylı məktubunda məzhkəməyə aşağıdakılar bildirmişdir: “... Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 78-ci maddəsinə əsasən pensiya hesablanarkən müvafiq icra hakimiyyəti orqanı tərəfindən respublika üzrə pensiya hesablanması üçün təsdiq olunan orta əmək haqqının üçqat məbləğindən artıq olmayan orta aylıq əmək haqqı nəzərə alınır. 6 noyabr 2007-ci il tarixli 474-İİQD nömrəli “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun üçüncü bəndinə əsasən “bu Qanunun qüvvəyə mindiyi günədək müvafiq orta aylıq əmək haqqına məhdudiyyət (ölkə üzrə pensiya hesablanması üçün ki, arayarayn məhkəməyə təqdim təsdiq olunmuş orta aylıq əmək haqqının üçqat məbləğində) tətbiq edilməklə hesablanmış əmək pensiyası, həmin əmək haqqının tam məbləği əsas götürülməklə yenidən hesablanır. Qeyd olunanları nəzərə alraq, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa edilmiş sözügedən dəyişikliyə əsasən İddiaçı əmək pensiyası 01.01.2008-ci il tarixindən hesablanraq 92,86 manatdan 164,26 manata artırılmışdır...” Göründüyü kimi, iddiaçının 1994-cü ildən təyin olunan əmək pensiyası “Əmək pensiyaları haqqında” Qanunun qeyd olunan norması tətbiq olunmaqla, 2008-ci ilin yanvarın 1-dən, yenidən orta aylıq əmək haqqının tam məbləğindən hesablanmış, nəticədə, onun əmək pensiyası 1,8 (164,26 : 92,86 ) dəfə artmışdır. Belə olan halda, iddiaçının hazırda 01.01.2008-ci il tarixdən, həmin tarixdə qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun tələbləri əsasında əmək pensiysının yenidən hesablanmısını tələb etməkdə haqlı hesab oluna bilməz. Çünki qeyd olunanlardan göründüyü kimi, həmin tarixdən onun əmək pensiyasının adıçəkilən Qanunun həmin tarixdən qüvvədə olan normasına müvafiq olaraq yenidən hesablandığı sübuta yetirilir. Bu baxımdan, cavabdehin pensiyasının yenidən hesablanmısından imtina etməsi onun hüquqlarının pozulması kimi qiymətləndirilməsi istisna olunur. İPM-in 73.1-ci maddəsinin məzmunu ilə ifadə olunan mənası da məhz ondan ibarətdir ki, məhkəmə o halda, inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur ki, cavabdehin imtinası və ya hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsi qanuna zidd olsun və iddiaçının hüquqlarını pozmuş olsun. Lakin,birinci instansiya məhkəməsinin qərarından görünür ki, məhkəmə iş üzrə hərtərəfli araşdırma aparmamış, iddiaçının pensiya işini tələb edib işin həqiqi halları müəyyən etməmiş və gəldiyi nəticə üçün iş üçün bütün əhəmiyyəti olan faktiki halları aydınlaşdırmamışdır. Halbuki, İPM-in 12.1-ci maddəsinin tələbinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Qanunun 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə də qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin birinci instansiya məhkəməsinin qərarının qanunsuz və əsassız olmasına dair əsaslandırıcı dəlilləri ilə razılaşır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin olunmalı, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)- 2719/2019 saylı, 31.07.2019-cu il tarixli qərarı ləğv edilməli və iddianın rədd olunmasına dair yeni qərar qəbul olunmalıdır Qeyd edilənlərə əsasən və İPM-in 69, 82, 87, 90, 94-cü maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Cavabdehin apellyasiya şikayəti təmin edilsin. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-2719/2019 saylı, 31.07.2019cu il tarixli qərarı ləğv edilsin. İddiaçı əmək pensiyasının yenidən hesablanması barədə iddia tələbi təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Cahangir Yusifov Hakimlər: Mirzə Tağızadə Xəyalə Cəmilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar