Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1916/2020 11.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Bakı Ərazi Şöbəsinə qarşı «ona Çernobıl AES-də qəzanın aradan qaldırılmasında iştirak etdiyinə görə verilən əlavə dördqat məbləğ nəzərə alınmaqla əmək pensiyasının yenidən hesablanması və yaranmış fərq məbləğinin ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması» tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Xəyalə Adil qızı Cəmilovanın sədrliyi və məruzəsi ilə, Elmira Eyvaz qızı Nağıyevadan və Namiq Şamil oğlu Cəfərovdan ibarət tərkibdə, X4-Yusiflinin katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili X2, 3-cü şəxs qismində işə cəlb olunmuş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Bakı Ərazi Şöbəsinə qarşı «ona Çernobıl AES-də qəzanın aradan qaldırılmasında iştirak etdiyinə görə verilən əlavə dördqat məbləğ nəzərə alınmaqla əmək pensiyasının yenidən hesablanması və yaranmış fərq məbləğinin ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması» tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4454/2020 saylı xx xxxxxxxx 2020-ci il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə xx xxxxxx 2020-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Bakı Ərazi Şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona Azərbaycan Respublikası Nazirlər Kabinetinin 577 saylı xx.xx.1991-ci il tarixli qərarına əsasən xx.xx.1988-ci ildən xx.xx.1988-ci il tarixədək Çernobıl AES-də qəzanın nəticələrinin aradan qaldırılması ilə bağlı işə görə ödənilmiş 17213 rubl 4 qat məbləğ Çernobıl AES-də olduğu günlərin sayına bölünərək 25,4-ə vurulmaqla Çernobıl AES-də olduğu dövrün qiymətlər indeksi ilə indeksasiya edilməklə xx.xx.2008-ci il tarixdən əmək pensiyası məbləğinin yenidən hesablanması və yaranmış fərqin birdəfəlik ödənilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Bakı Ərazi Şöbəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ona Çernobıl AES-də qəzanın aradan qaldırılmasında iştirak etdiyinə görə verilən əlavə dördqat məbləğ nəzərə alınmaqla əmək pensiyasının yenidən hesablanması və yaranmış fərq məbləğinin ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4454/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qərarı ilə iddia təmin edilərək, İddiaçı əmək pensiyası məbləğinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 1991-ci il tarixli 577 nömrəli qərarına əsasən xx xxxxx 1988ci il tarixdən xx xxxxxx 1988-ci il tarixədək Çernobıl AES-də qəzanın nəticələrinin aradan qaldırılması ilə bağlı işə görə ödənilmiş 17.213 rubl dördqat məbləğin Çernobıl AES-də olduğu günlərin sayına bölünərək 25,4-ə vurulmaqla həmin dövrün qiymətlər indeksi ilə indeksasiya edilməklə x xxxxxx 2008-ci il tarixdən yenidən hesablanması və yaranmış fərqin ödənilməsi öhdəliyinin cavabdeh DSMF 1 saylı Bakı Ərazi Şöbəsinin üzərinə qoyulması qərara alınmışdır. xx.xx.2020-ci ildə cavabdeh inzibati orqan məhkəməyə vəsatətlə müraciət edərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun hazırkı iş üzrə 3-cü şəxs qismində cəlb edilməsini xahiş etmişdir. Vəsatət onunla əsaslandırılmışdı ki, məhkəmə qərarı ilə İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Bakı Ərazi Şöbəsinə qarşı iddiası təmin edilmişdir. Həmin iş üzrə cavabdeh qismində Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Bakı Ərazi Şöbəsi cəlb edilmişdir. Lakin məhkəmə qərarı ilə vətəndaşın iddiası təmin edildikdən sonra qərara əsasən pensiya məbləğinin yenidən hesablanması müvafiq şöbə tərəfindən həyata keçirilsə də, həmin məbləğin ödənilməsi Dövlət Sosial Müdafiə Fondu tərəfindən icra olunmalıdır. Məhkəmə iclasında DSMF 3-cü şəxs kimi icraata cəlb edilməmişdir. Məhkəmə qərarı ilə “əmək pensiyası məbləğinin yenidən hesablanması və yaranmış fərqin birdəfəlik ödənilməsi” müvafiq şöbəyə həvalə edilmişdir. Həmin qərarın icrası Dövlət Sosial Müdafiə Fondu tərəfindən həyata keçirilməli olduğu halda Fond məhkəmə iclasına cəlb edilməmiş və bu DSMF-nin maraqlarına toxunmuşdur. Həmin məhkəmə qərarı ilə vətəndaşın tələbinin icra edilməsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu və bilavasitə dövlət büdcəsi üçün əlavə maliyyə yükünün yaranmasına səbəb olacaqdır. Bu səbəbdən də Dövlət Sosial Müdafiə Fondunun hazırkı inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunması xahiş edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4454/2020 saylı xx xxxxxxxx 2020-ci il tarixli qərardadı ilə vəsatət təmin edilərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4454/2020 saylı x xxxxxx 2020-ci il tarixli qərarının ləğv edilməsi, işə mahiyyəti üzrə baxılmanın təzələnərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun hazırkı inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilməsi qərara alınmışdır. Həmin qərardaddan narazı qalan iddiaçı tərəfindən şikayət verilərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4454/2020 saylı xx xxxxxxxx 2020-ci il tarixli qərardadının ləğv edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdı ki, qərardad əsassız olduğundan ləğv edilməlidir. Belə ki, vəsatətdən və iş materiallarından aydın olur ki, istər Dövlət Sosial Müdafiə Fondu, istərsə də onun Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Bakı Ərazi şöbəsi məhkəmədə məhkəmə mübahisələri ilə iş üzrə filialı vasitəsilə təmsil olunurlar. Yəni, Dövlət Sosial Müdafiə Fondunun məhkəmə icraatına cəlb olunması heç bir xüsusi önəm kəsb etməyəcək. Belə ki, hər iki inzibati orqanın təmsilçisi eyni qurumdur. Bundan başqa vəsatətdə 3-cü şəxsin cəlb edilməsi üçün səbəb olaraq ödəniləcək pensiya məbləğinin Dövlət Sosial Müdafiə Fondunun büdcəsindən çıxacağı qeyd edilmişdir. Halbuki Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsinə görə şəxslərə pensiyanın təyin edilməsi və eləcə də onun yenidən hesablanması fondun yerli şöbələri tərəfindən həyata keçirilir. Əgər vəsatətdəki mövqe ilə mübahisəyə yanaşılarsa, o zaman Azərbaycan Respublikasının Maliyyə Nazirliyi də 3-cü şəxs qismində işə cəlb edilməlidir. Belə ki, şəxsə ödənilməli pensiya nəticə etibarı ilə dövlət büdcəsinin vəsaiti hesabına təmin ediləcəkdir. Dövlət büdcəsinə nəzarəti isə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi həyata keçirir. Məhkəmə fondun vəsatətini təmin etməklə bir növ iddiaçının pensiyasının yenidən hesablanmasının realizə edilməsinə süni şəkildə maneçilik törətmişdir. Belə ki, işə baxan məhkəmə mübahisə üzrə bütün məsələləri araşdırıb yekun qərar qəbul etsə də hansı əsasla yenidən işin araşdırılmasını həyata keçirəcəkdir. Tərəflərin izahatları İddiaçının nümayəndəsi və vəkili X5 apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək apellyasiya şikayətinin təmin olunmasını və məhkəmə qərardadının ləğv edilərək, vəsatətin təmin olunmamasını məhkəmədən xahiş etmişdir. 3-cü şəxs qismində işə cəlb olunmuş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi X3 şikayətin dəlillərinə etiraz edərək və birinci instansiya məhkəməsində verilmiş vəsatətin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etmişdir. Apellyasiya baxışı zamanı cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar olunsa da, nümayəndəsinin iştirakını təmin etməmişdir. İnzibati məhkəmə icraatının iştirakçıları hazırki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasına etiraz etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılması və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Hazırki işdən görünür ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Bakı Ərazi Şöbəsinə qarşı tələbi “ona Çernobıl AES-də qəzanın aradan qaldırılmasında iştirak etdiyinə görə verilən əlavə dördqat məbləğ nəzərə alınmaqla əmək pensiyasının yenidən hesablanması və yaranmış fərq məbləğinin ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” ilə bağlı olmuşdur. Həmin iddia tələbi birinci instansiya məhkəməsinin 2-1(112)- 4454/2020 saylı x xxxxxx 2020-ci il tarixli qərarı ilə təmin olunsa da, sonradan məhkəmə cavabdehin vəsatətini nəzərə alaraq qəbul edilmiş qərarla Dövlət Sosial Müdafiə Fondunun hüquqları və qanunla qorunan maraqlarının əhəmiyyətli dərəcədə pozulmasının istisna olunmadığına istinad edərək, qərarın ləğv edilməsi və icraatın təzələnərək, həmin qurumun 3-cü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsi qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi x xxxxxx 2020-ci il tarixli qərarı ləğv edərək, icraatın təzələnməsi və Dövlət Sosial Müdafiə Fondunun 3-cü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsi ilə bağlı düzgün nəticəyə gəlməmişdir. Belə ki, birinci instansiya məhkəməsinə təqdim olunmuş “3-cü şəxs qismində cəlbetmə” barədə vəsatətin məzmunundan görünür ki, Dövlət Sosial Müdafiə Fondunun işə 3-cü şəxs qismində cəlb edilməsi məsələsi məhkəmə qərarı ilə vətəndaşın iddiası təmin edildikdən sonra pensiya məbləğinin yenidən hesablanması müvafiq şöbə tərəfindən həyata keçirilsə də, həmin məbləğin ödənilməsinin Dövlət Sosial Müdafiə Fondu tərəfindən icra olunması və buna görə də məhkəmə qərarının DSMF-nun hüquqları və maraqlarına toxunacağı ilə əsaslandırılmışdır. Bu barədə məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Prezidentinin xx xxxx 2020-ci il tarixli 1077 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsi»nə əsasən Dövlət Sosial Müdafiə Fondu məcburi dövlət sosial sığortası və könüllü (əlavə) sosial sığorta, əhalinin əmək pensiyaları, sosial müavinətlər, ünvanlı dövlət sosial yardımı ilə, təqaüd və kompensasiyalarla, habelə Azərbaycan Respublikasının qanunları, Azərbaycan Respublikası Prezidentinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin aktları ilə nəzərdə tutulmuş digər ödənişlərlə təmin edilməsi sahəsində fəaliyyət göstərən publik hüquqi şəxsdir. Fond Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Bakı Ərazi Şöbəsinin yaradılması barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Bakı Ərazi Şöbəsinin **********0 saylı 10 oktyabr 2019-cu il tarixli əmrindən çıxarışdan görünür ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Yasamal rayon və Səbail rayon şöbələrinin bazasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Bakı Ərazi Şöbəsi yaradılmış, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Bakı Ərazi Şöbəsi Yasamal və Səbail rayon şöbələrinin hüquqi varisi hesab edilmiş və 1 saylı Bakı ərazi Şöbəsinin Əsasnaməsi təsdiq edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Bakı Ərazi Şöbəsinin Əsasnaməsinin 1.1-ci bəndinə əsasən 1 saylı Bakı Ərazi şöbəsi Bakı şəhərinin Yasamal və Səbail rayonlarının inzibati ərazisində əhalinin əmək pensiyaları, sosial müavinətlər, ayrı-ayrı kateqoriya şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdləri, kompensasiyalar və digər sosial ödənişlərlə təmin edilməsi sahəsində tədbirlərin həyata keçirilməsini təşkil və təmin edən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun yerli orqanıdır. Göründüyü kimi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Bakı Ərazi Şöbəsi Dövlət Sosial Müdafiə Fondunun yerli orqanı olaraq hazırki işdə iddia tələbi üzrə cavabdeh qismində işə cəlb olunmuş, onun tərəfindən işin mahiyyəti ilə bağlı iddiaya dair etiraz verilmiş, məhkəmədə iştirak edən nümayəndəsi tərəfindən izahatlar verilmiş və həmin qurumun cavabdeh kimi iştirakının mümkünsüzlüyü ilə bağlı icraat zamanı hər hansı dəlil irəli sürülməmişdir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iş üzrə cavabdeh olan qurum Dövlət Sosial Müdafiə Fondunun yerli orqanı olaraq onun Əsasnaməsindən irəli gələn hüquq və vəzifələri daşıdığı üçün əlavə olaraq Fondun da işə 3-cü şəxs qismində cəlb olunmasına zərurət yoxdur. Sonuncunun işə 3-cü şəxs qismində cəlb olunması ilə bağlı verilmiş vəsatətdəki dəlillər isə Fondun 3-cü şəxs qismində işə cəlb olunması üçün əsas ola bilməz. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4454/2020 saylı xx xxxxxxxx 2020-ci il tarixli qərardadının nəticə hissəsində həmin qərardaddan şikayət hüququnun göstərilməməsinə münasibətdə isə məhkəmə kollegiyası qeyd edir ki, bu hal həmin qərardadın apellyasiya qaydasında mübahisələndirilməsini istisna edən hal kimi qəbul edilə bilməz. Belə ki, məhkəmə tərəfindən qəbul edilmiş hansı qərar və qərardadlardan şikayətin verilməsi Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəllənin müddəaları ilə tənzimlənir. Həmin Məcəllənin 28.4-cü maddəsində inzibati məhkəmə icraatına yalnız cəlbetmə barədə olan məhkəmə qərardadından şikayət verilə bilməməsi göstərilmişdir. Hazırki işdə mübahisələndirilən qərardad isə cəlbetmə ilə yanaşı, həm də mahiyyəti üzrə çıxarılmış qərarın ləğv edilməsi və icraatın təzələnməsi barədədir ki, belə qərardad da tərəflərin hüquq və maraqlarına toxunduğu üçün ondan şikayət verilməsi qanunvericiliyin tələbinə görə mümkündür. Beləliklə, məhkəmə kollegiyası işin yuxarıda qeyd olunan hallarını nəzərə alaraq belə qənaətə gəlir ki, iddiaçı tərəfindən verilmiş şikayət təmin edilməli və birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qərardad ləğv edilməli, cəlbetmə barədə cavabdehin vəsatəti təmin edilməməlidir. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəllənin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş şikayət təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4454/2020 saylı xx xxxxxxxx 2020-ci il tarixli qərardadı ləğv edilsin. Cavabdehin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun hazırkı iş üzrə 3-cü şəxs qismində cəlb edilməsi barədə vəsatəti təmin edilməsin. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Elmira Nağıyeva Namiq Cəfərov
Məhkəmə qərarları › İş №2-1(103)-1916/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1916/2020
11.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver